Şəlalə Camal – Mənim yolum

MƏNİM YOLUM

Mənim yolum məhəbbətdən keçməyib,
Darıxmışam, usanmışam, küsmüşəm…
Üzdü həyat məni, itdi ümidim
Sevilməyi özümə çox görmüşəm.

Saçlarımı külək yoldu apardı,
Fırtınalar eşq dünyamı qopardı.
Harda olsam nalə məni tapardı…
De, sevdanı mən harda itirmişəm?

Ömrümün ən şirin çağı silindi,
Bir ovuc xatirə əllərimdədi.
Sığınıb bir küncə ağlasam – söylə
Mənim bu ürəyim ancaq sənindi.

“YAZARLAR” JURNALINI MAY – 2025 № 05 (53)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUB

“YAZARLAR” JURNALINI MAY – 2025 № 05 (53)-CÜ SAYI MÜZAKİRƏYƏ TƏQDİM OLUNUR – PDF: yazarlar-53

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru