Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar – Yunus Oğuz

Jurnalistika və ədəbiyyatda iz qoyan sənətkar

Yunus Oğuz Azərbaycan mədəni mühitində, ədəbi-bədii mühitində və jurnalistika mühitində çox ciddi, önəmli yerlərdən birini tutan bir sənətkar, bir  yazardır. Onu çox ciddi statuslarla qiymətləndirmək, dəyərləndirmək olar.
Yunus Oğuz “Olaylar”ı yaratmaqla Azərbaycan jurnalistika sistemində çox ciddi, müstəqil bir xətt formalaşdırdı. Jurnalistika sistemimizə ədəbi məktəb səviyyəsində gətirdiyi “Olaylar” qəzeti və “Olaylar” saytı ilə bizə məlumdur. Onun rəhbərlik etdiyi bu qəzet və bu sayt, sözün həqiqi mənasında, müasir Azərbaycan jurnalistikasına  bir töhfədir.
Digər tərəfdən, Yunus Oğuz  Azərbaycan bədii fikrində, ədəbiyyatında müasir dövrdə çox önəmli yer tutan bir yazıçıdır. Əlbəttə, yazıçılarımız çoxdur, sənətkarlarımız çoxdur. Amma Yunus Oğuz bizi mövzuları ilə təmin edir. Azərbaycan tarixinin ən çətin dövrlərini özünün müxtəlif romanlarında ortaya qoyub. Onun  Azərbaycan tarixi ətrafında yazdığı romanlar bəzən o qədər təəccüb doğurur ki… Təəccüb ondadır ki, bu faktları o necə axtarır, necə tapır? Çünki o faktların çoxu – bəlkə də romanlarındakı faktların əksəriyyəti, demək olar ki, yeni faktlardır.
Faktlar bir yana, həm də Yunus Oğuz bu faktları ədəbi-bədii dildə o qədər gözəl ifadə edir ki, o əsərləri oxumamaq mümkün deyil.Ona görə də Yunus Oğuzun ədəbiyyatımıza, jurnalistikamıza gəlişi və 65 yaşı mübarək olsun!

Cahangir MƏMMƏDLİ

Bakı Dövlət Universitetinin professoru 

polad hesimov

Ofeliya Salmanova: “Polad Həşimovun şəhid olduğu posta bir ildən sonra getdik. Qohumlarımız məni qoymurdular ki, ora təhlükəlidir. Həm də vəziyyətimin daha da pisləşəcəyini düşünürdülər. Özüm də fikirləşirdim, getsəm, dayana bilmərəm. Qızım atasının yoxluğunu qəbul etmək istəmirdi. O getmədi. Oğlanlarım getdilər… Elə bilirdim ürəyim tab gətirməz. Amma getdim, tamam başqa insan oldum. Əlbəttə, çox ağırdır. Baxırsınız, orda bir nöqtə var, Polad Həşimovun qanı tökülüb. Ancaq vətən sevgisi necə bir duyğu imiş, bunu orada daha yaxşı anladım. On yeddi il tanıdığım Polad, əslində, o zirvədəki Polad imiş. Çox qəribədir… Poladı gördüm o zirvədə. Varlığını hiss etdim, onunla görüşdüm. Şəhid həyat yoldaşları bu hissləri yaşayıblar. Danışırlar ki, elə bir məqam olur, şəhidinlə görüşürsən, ürəyin rahatlıq tapır. Mən də hiss etdim ki, Polad həmin an ordadır. Qəlbimə çökmüş bir illik ağrı, acı yox oldu. Uşaqlar da özlərini itirmədilər. Ancaq bilirəm, onların da qəlbində tufan qopdu”.
Tovuz döyüşlərindən 5 il ötür.

Arif Nəzər oğlu Heydərov (1926)

Tarixi foto: Heydər Əliyev və SSRİ daxili işlər naziri Nikolay Şelokov Azərbaycan daxili işlər naziri Arif Heydərovun dəfnində iştirak edirdilər. Arif Heydərovun 1978-ci ilin yayında qətlə yetirilməsi o dövrün ən səs-küylü hadisələrindən biri olmuşdu.
Arif Nəzər oğlu Heydərov 1926-cı il iyunun 28-də Ağdaş şəhərində anadan olub. Əslən Qubadlının Gürcülü kəndindən olan ailəsi Ağdaşda yaşadığı üçün atası Nəzər Heydərov burada işləyirdi. Daha sonra Bakıya təyinat alır və Arif də məhz burada böyüyür. Nəzər Heydərov 1949-1954-cü illərdə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsini icra edib. Lakin Stalinin ölümündən sonra Mircəfər Bağırovun bütün yaxın ətrafı kimi o da vəzifəsini itirib.
Arif Heydərov əmək fəaliyyətinə 1942-ci ildə neft mədənində çilingər kimi başlayıb. Bir il sonra Moskvaya göndərilərək kəşfiyyat məktəbində təhsil alıb. 1944-cü ildə oranı bitirdikdən sonra kəşfiyyatçı zabit kimi İkinci Dünya Müharibəsində iştirak edib. Müharibədən sonrakı iki il ərzində isə Şərqi Almaniyada və Polşada operativ xidmət aparıb.
1947-ci ildə Azərbaycana qayıdan Arif Heydərov təhlükəsizlik nazirliyində işləməyə başlayıb. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində qiyabi təhsil alıb. Məhz burada Heydər Əliyevlə tanış olaraq yaxın dost olmuş, bu dostluq sonradan onun daxili işlər naziri təyin olunmasında mühüm rol oynamışdı.
1967-1970-ci illərdə Arif Heydərov Türkiyədə SSRİ-nin konsulu vəzifəsində çalışıb. Əslində isə o, sovet kəşfiyyatının həmin ölkədəki rezidenti idi.
1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin olunduqdan bir il sonra köhnə dostunu və KQB həmkarını Bakıya gətirərək daxili işlər naziri vəzifəsinə təyin edir.
1978-ci il iyunun 29-da, 52 yaşının tamam olmasından bir gün sonra general-leytenant Arif Heydərov öz kabinetində müavini, Sovet İttifaqı Qəhrəmanı general-mayor Səlahəddin Kazımovla birlikdə qətlə yetirilir.
Qatil Ziya Muradov Şuşa həbsxanasının zabiti idi. O zaman həbsxanalar DİN-in tabeliyində olduğundan o, xidməti səbəbdən həbsxananın klubunda qalır, buna görə də ailəsindən ayrı düşmüşdü. Dəfələrlə nazirliyə müraciət edərək mənzillə təmin olunmasını və ya başqa şəhərə köçürülməsini xahiş etmişdi. Lakin bu xahişləri cavabsız qalmışdı. O vaxt yayılan söz-söhbətlərə görə, nazir müavini Səlahəddin Kazımov süründürməçiliyə yol verir, hətta rüşvət tələb edirmiş. Ziya Muradovun da əsas narazılığı məhz ondan idi.
Hər şeydən bezən və psixoloji gərginlik keçirən Muradov 1978-ci il iyunun 29-da xidməti silahını götürərək nazirliyə gəlir. Burada Səlahəddin Kazımovun nazirin kabinetində müşavirə keçirdiyini öyrənib ora gedir. Qəbul otağında nazirin köməkçisi polkovnik Əziz Səfixanovu qətlə yetirib kabinetə daxil olur. Əvvəlcə Səlahəddin Kazımovu güllələyir. Ehtimal olunur ki, əslində Arif Heydərova atəş açmaq niyyəti yox idi. Lakin onun stolun gözündən silah çıxarmağa çalışdığını görəndə onu da vurur. Kabinetdə olan digər şəxslərə toxunmadan, Muradov sonradan silahı öz ağzına dirəyib atəş açaraq intihar edir.
Həmin ilin sentyabrında sovet lideri Leonid Brejnev Bakıya gələcəkdi. İki generalın – nazir və nazir müavininin qətli böyük rezonans doğurur, xarici radiostansiyalar bu barədə geniş materiallar yayımlayır. Lakin aparılan istintaq cinayətin arxasında hər hansı siyasi motivin olmadığını, səbəbin adi süründürməçilikdən və şəxsi narazılıqdan qaynaqlandığını müəyyənləşdirir.
Məlumatı ictimailəşdirdi: Yadigar Sadıqlı

Mənbə: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xələfşə Rotası Haqqında

Könüllü ruhun səngər səsi: Tarix yazan kənd- Xələfşə

(Xələfşə Rotası Haqqında)
Xalqımızın tələbi ilə rus qoşunları ölkəni tərk edirdilər. Belə bir zamanda milli ordumuz yaranırdı.1992-ci ilin fevral ayında əslən qonşu Cuvarlı kəndindən olan Zahir Həsənov Müdafiə Nazirliyinin əmri ilə könüllü hərbi hissə yaratmağa başladı.Xələfşə kəndimizdən də torpaqlarımızı sevən oğlanlar həmin hərbi hissəyə yazılaraq kəndimizin,rayonumuzun müdafiəsinə qoşuldular.Kəndimizdən hərbi hissəyə yazılaraq torpaqlarımızın müdafiəsində iştirak edən vətənpərvər döyüşçülər aşağıdakılardır:

Paşayev Rafiq Tofiq oğlu,leytenant idarəçi

Ağayev Seyfəli Mirələm oğlu,tağım komandiri

Həmzəyev Əhmədalı Yusif oğlu,döyüşçü

Qasımov Malik Şamxal oğlu,döyüşçü

Məmmədov Millət Səbzəli oğlu,döyüşçü

Ağayev Mirsadə Ağa oğlu,döyüşçü

Abdullayev Şahin Xəlifə oğlu,döyüşçü

Əhmədov Nofəl Əyyub oğlu,döyüşçü

Şirinov Əmirxan Çərkəz oğlu,döyüşçü

Şərifov Ceyhun Bəhmən oğlu,döyüşçü

Paşayev Rasim Tofiq oğlu,döyüşçü

Şərifov Zamin Bəhmən oğlu,döyüşçü

Həmidov Şaxlar Arif oğlu,döyüşçü

Kərimov İxtiyar İsa oğlu,döyüşçü

Məmmədov Qulu Orduxan oğlu,döyüşçü

Hüseynov Fərzəli İsvahan oğlu,döyüşçü

Şirinov Mürşüd Pəhlivan oğlu,döyüşçü

Sadıqov Rövşən Sadıq oğlu,döyüşçü

Cəfərov Oqtay Hədis oğlu,döyüşçü

Fərəcov Elçin(Seyfəddin) Əhliman oğlu,döyüşçü

İlqar(Xavər müəllimənin oğlu)döyüşçü

Hüseynov Abbas İsvahan oğlu,döyüşçü

Şirinov Ağasət Siyasət oglu, döyüşçü

Kərimov Namiq Kərim oğlu,döyüşçü

Qasımov Bəbir Şamxal oğlu,döyüşçü

Şirinov Fərman Pəhlivan oğlu,döyüşçü

Şirinov Yalçın Pəhlivan oğlu,döyüşçü

Qeyd edim ki,Kamil Hacıoglu da bir neçə ay kəndimizin müdafiəsində iştirak etdi.Bizim kənd rotamızda kənd Horadizdən və rayonumuzun bir çox yerlərindən də qulluq edən döyüşçülər vardı.Hərbi hissələrimiz,rotamız həqiqətən də kəndimizin,rayonumuzun müdafiəsində çox fəal iştirak etmişlər.
Torpaqlarımızın qorunması üçün çox çətin,ağır günlərimiz, əziyyətlərimiz olmuşdur.Rayonumuzda üç könüllü hərbi hissə yaradılmışdı.Rayonumuzun qeyrətli oğlanları hərbi hissələrə yazılaraq silahlanıb torpaqlarımızı düşməndən məharətlə qoruyurdular.Füzuli rayonunun bütün dağlarında,təpələrində erməni postlarına ,döyüş mövqelərinə tuşlanmış silahlar yerləşdirilmişdi.Ermənilər demək olar ki,çarəsiz vəziyyətdə idilər,lakin o vaxt ölkəmizdə baş verən hadisələr,qarşıdurmalar ermənilərin fəallaşmasına səbəb oldu. Füzulinin strateji yüksəkliklərindən ermənilərin strateji postlarına tuşlanmış silahlar yoxa çıxırdı,haralarasa aparıldı.Ölkəmizin bir tərəfində torpaqlarımızın qorunmasına cavabdeh olan korpus komandiri Əlikram Hümbətovun rəhbərliyi altında Talış Muğan Respublikası yaratmaq istəyirdilər,o biri tərəfdə isə Ləzgi Sadvalcılar torpaqlarımızın bir hissəsini Rusiyaya birləşdirmək istəyirdilər.Gəncə də Sürət Hüseynov dövlət çevrilişinə cəhd edirdi.O vaxtkı hakimiyyət baş verənlərin qarşısını ala bilmirdi.O vaxtlar da biz ermənilərdən güclü idik.Lakin bütün qüvvələrimizi düşmən əleyhinə cəmləşdirən bir lider yox idi.Hərbi hissələrə kömək edilmirdi.Bakıda mitinqlər gedirdi.Belə bir vəziyyətdə ermənilər,Qarabağda olan Rus qoşunlarının köməyindən istifadə edərək,bütün qüvvələrini birləşdirərək hardasa beş-bir nisbətində bir-bir rayonlarımıza hücum edirdilər.Köməksiz vəziyyətdə qalan hərbi hissələrimiz itkilər verərək geri çəkilməyə məcbur olurdular.Ermənistan ordusu torpaqlarımızı hissə-hissə işğal edirdilər.Çoxlu faciələr törətdirdiər.Beləliklə,birinci Qarabağ müharibəsində təxminən 14 min şəhidimiz oldu,4 minə qədər itkin düşənlərimiz,30 minə yaxın yaralımız.Torpaqlarımızın 20 faizi işğal olundu.Bir milyondan çox əhalimiz öz evlərindən,torpaqlarından qaçqın düşürdülər.Xalqımızın Ümumili lideri Heydər Əliyev,xalqın tələbi ilə hakimiyyətə gələrək atəşkəs və sabitlik yaratdı.Ölkədə baş verə biləcək çevirilişlərin, özbaşınalıqlarının qarşısı alındı.Ölkəmiz ordu quruculuğuna başladı.Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz,2020-ci ilin 44 günü ərzində erməni işğalçılarını məhv edərək,qovaraq noyabr ayında torpaqlarımızı işğaldan azad edərək Ermənistanı təslimçilik aktına qol çəkməyə məcbur etdilər.Hal-hazırda şükürlər olsun,böyük Allaha ərazi bütövlüyümüz təmin olunub.Rayonlarımızda bərpa,quruculuq işləri gedir.Soydaşlarımız yavaş-yavaş öz doğma yurdlarına qayıdırdılar.Bütün bunlara görə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə,veteranlarımıza Allah can sağlığı versin.

Mənbəyə görə Rafiq Paşayevə təşəkkür edirik.

Müəllif: Sərvanə DAĞTUMAS,

ədəbiyyatşünas

E-mail:ferecli404@gmail.com

SƏRVANƏ DAĞTUMASIN YAZILARI

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aydın Kerkük yazır

Zamanın Tanığı, Kimliğin Kalemi- Kerkükname

Kerkük… Tarihin nabzının attığı, kültürlerin buluştuğu, acının ve umudun yan yana yürüdüğü kadim bir şehir. Bu toprakların sesi, Türkmen halkının kalbi ve Ortadoğu’nun kültürel vicdanı olan Kerkük, yüzyıllardır anlatılmayı bekleyen hikâyelerle doludur. Bu hikâyeleri kaleme alan bir isim, Kerkük aşığı ve Kerkük’ün vefalı evladı Şemsettin Küzeci.
Kerkükname, araştırmacı gazeteci-yazar Şemsettin Küzeci’nin 1985’ten 2025’e uzanan yazın yolculuğunun bir meyvesidir. Neredeyse dört kuşaklık bir zaman dilimini kapsayan bu eser, Kerkük’ün değişen yüzünü, Türkmen toplumunun dönüşümünü ve bölgesel gelişmeleri belgeleyen bir kültür arşivi-dir. Yazar, Irak, Türkiye ve Azerbaycan basınında yayımlanan yazılarıyla yalnızca bir gazeteci değil; aynı zamanda bir kültür elçisi, bir kimlik savunucusu ve bir tarih anlatıcısıdır.
Bu kitap, bir dönemin değil; bir halkın, bir kültürün ve bir kimliğin yazılı hafızasıdır. Kerkükname, geçmişi belgeleyen, bugünü yorumlayan ve geleceğe ışık tutan bir kültürel mirastır. Her satırı, Kerkük’ün taşına, toprağına, insanına ve ruhuna dokunan bir tanıklıktır.
Şemsettin Küzeci, yalnızca bir gazeteci değil; aynı zamanda kelimelerle kültür inşa eden, satırlarla kimlik savunan bir edebiyat insanıdır. Onun kalemi, Kerkük’ün taşına sinmiş tarihi, Türkmen halkının yüreğinde biriken özlemi ve coğrafyanın kadim hikâyelerini bir araya getirir. Kerkükname, bu edebi kişiliğin en berrak yansımasıdır.
Küzeci, haberin ötesine geçerek düşüncenin, duygunun ve kültürün izini sürmüştür. Her yazısı, bir gözlemden öte; bir içsel tanıklıktır. Siyasi analizlerinde bir bilge duruşu, akademik makalelerinde bir araştırmacı titizliği, edebi yazılarında ise bir şairin kalp ritmi hissedilir.
Kerkükname, bu çok yönlü edebi kimliğin bir sentezidir. Kitapta yer alan
bölümler, Küzeci’nin kaleminin farklı renklerini sergiler.
Kerkükname eseri 5 ana bölümden oluşmaktadır. Yazar Küzeci, bu ilk bö-ümde Irak’ta yaşadığı 30 yıl içerisinde Bağdat’ta Irak devleti tarafindan 1970 yılından 2003 yılına kadar yayınlanan “Yurt” gazetesinden yaklaşık 100 yazısından 12 yazısına yer vermiştir.

İkinci bölümde, Irak’ta Türkmenler üzerinde oynanan sinsi oyunların ışığında Türkmenlerin haklı mücadelesini bir dava bilinciyle kaleme aldığı siyasi yazıları yer almaktadır. Üçüncü bölümde ise, Irak’ta Türkmen varlığının bakası yolunda, tarihi süreç içerisindeki kültürel bir mirası akademik makalele-reler ortaya koymuştur. Dördüncü bölümde Küzeci, Türkmen kültürü, sanatı, dili, edebiyatı ve folkloru ile ilgili araştırmalar yaparak; aşkı, sevdayı, tutkuyu ve hasreti evrensel bir dille anlatmıştır.
Beşinci bölümde ise, genel kültür ve sanat temalarına daha önem vererek,
Kerkük’ün ve Türkmeneli’nin müziğini, folklorunu ve estetik mirasını yaşatmak amacıyla duygu ve düşüncelerini yazılara yansıtmıştır.
Bu yönleriyle Kerkükname, Şemsettin Küzeci’nin edebi kişiliğiyle bütünleşmiş bir kültür anıtıdır. Her satırında bir yazarın vicdanı, bir halkın sesi ve bir şehrin ruhu vardır.

Türkmen toplumunun çok değerli aydını ve yurtdışında kültür elçimiz olan
Dr. Şemsettin Küzeci’yi kutlar daha nice eserlere imza atacağına inancımız tamdır.

Aydın Kerkük,
Irak Türkmen Edebiyatçılar Birliği
Başkanı

Kerkük, 14 Temmuz 2025

Aydın Kerkük digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Şuşam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dünyaya sülh lazımdır

Dünyaya sülh Lazımdır

Sübh ağarıb. O mavi səmanın bağrında hələ süzülməkdə olan ay, Zühra ulduzu və az sonra dünyanı nurla bürüyəcək Günəş. Hər şey nə qədər gözəldir, həyat nə qədər qiymətlidir!
Sərin külək əsir, quşlar mədhiyə oxuyur. Kəpənəklər çiçəklərin üzərində uçur, arılar bal yığır, su xışıltısı musiqiyə bənzəyir, ətraf gül, reyhan ətiri ilə doludur. Bu gözəllik insan üçündür – Tanrıya minnətdarlıqdan başqa nə edə bilərik?
Bir tərəfdə işə tələsən insanlar, məktəbə gedən uşaqlar, dua kimi səslənən babalarımız, nənələrimiz, qapımızdan gələn körpə ağlamaları, küçələr, mədəniyyət obyektləri, bağlar — hər kəs əslində bu Vətən üçün çalışır!
Bu həyat gözəldir!
Amma niyə bu qədər gözəl məkanlarda qan tökülür? Niyə insanlar bir-birinə zərər verir?
Əfqanıstan, Suriyanın, Fələstinin taleyi; yandırılan evlər, körpə ağlamaları, ölən uşaqlar, anasız təkim, körpə yıxıntılar… Hər bir insan ürəyi bu səhnələrə necə dözə bilər?
Onsuz da dünyamızın bir insanı ədalətsiz öldürmək — bütün bəşəriyyəti məhv etmək kimidir. Ədalətli insanı xilas etmək — bütün insanlığı xilas etmək kimidir. Amma hələ də bəzi insanlar bu gerçəyi unudub, qapqara qəlblə masumları, uşaqları hədəf alırlar.
Şükürlər olsun, insani dəyərləri qoruyanlar, Fələstin xalqını dəstəkləyənlər, yardımlar gətirənlər hələ var. Amma bu fikirsiz cinayətlər qarşısında susmaq olmaz!
Əgər bir damla su göl olur,
ən kiçik dualar birlikdirsə,
Fələstin xalqına həmrəyliyimizlə yeni ümidlər doğa bilər.
Əlimizi uzadaq, birlikdə böyük güc olaq.
Susmaq qaldıqca, o od bizə də yaxınlaşar.
Hər birimiz insan övladıyıq. Fələstin xalqına edilən zərər — bu bizim də dərdimizdir.
Əgər dünya bir olsa,
ölkələr birləşərək insanlıq üçün dua etsə,
ümidlər canlanar, yenidən gül-çiçəklərlə dolu yerlər bərpa olar. Gələcək nəslin üzü gülər.
Zaman çətin, düşmənlər amansız olsa da, birgə olsan, bu qaranlıq odu söndürmək olur.

Labər RUSTAMOVA,
Özbəkistan Yazıçılar Birliyinin üzvü.

Tərcüməçi: Cahangir NAMAZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü və Özbəkistan üzrə təmsilçisi.

Zaur Ustac kimdir ?

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Dəmirdən yumruğun mübarək, dağlar!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir yazır

Qəribə sakitliyi var. Sükutunun diliylə danışar adamla. Durğu işarələriylə ifadə edər çox vaxt fikrini. Anlayançun gözəl müsahibdi. Əsərlərinin diliylə öz dili eynidi. Ahəng qanunundan kənara çıxmağı sevməz.
Dostlara etibar edər sözünü. Elə Sözüylə də tanıdar içindəki mənini. Tarixinə , kökünə çox bağlıdı. Türkçülüyə xidmət edir. Bütöv Azərbaycançılığı var. Təvazökardı və eyni zamanda diqqət mərkəzində olmağı da sevir. Laqeydliyə qarşıdı. Daim axtarışdadı və hər gün özünə hesabat verməyə alışıb. Sözünün arxasında durandı və dünyaya işıq tərəfdən baxır. Elə qələmi də . İmzası oxuculara yaxşı tanışdı. Yunus Oğuzdan danışıram. Oxucunu tarixiylə , köküylə üz -üzə qoyan , öz cığırından çıxmayan , sözünün çəkisini bilən nasir Yunus Oğuzdan. Yazdıqlarında ədalətə və həqiqətə sığınan yazıçı Sözə Tanrının gözüylə baxanlardandı. Axı böyük Sözə bəşəri sevgisi var. Tarixi bədiiləşdirmək , eyni zamanda yalansız, boyasız təqdim etmək elə də asan deyil.. Bu da böyük cəsarət tələb edir. Zənnimcı Yunus Oğuz bunun öhdəsindən peşəkarcasına gəlir . Bu baxımdan yazıçının bütün əsərləri geniş oxucu kütəsinin rəğbətini qazanıb .
“Əmir Teymur” ,”Uçurum”, “Nadir şah”, “Cığır ” və başqa romanlar yazıçı təxəyyülünün məhsulu olsa da tarixi faktlara köklənib. . Yunus Oğuzun ədəbiyyatda öz dəst -xətti var və hadisələrə yanaşma tərzi tamam fərqlidi. Yazıçı təkrarı sevmir və daim axtarışdadı. Tarixə istinadən yazılan yazılar elə də asan ərsəyə gəlmir. Hamısı uzun axtarışların və zəhmətin bəhrəsidi. Bu yaxınlarda onun “Türk etnonimi və törələri ” adlı əsərini oxudum və yazıçının yazı manerasına heyran qaldım. Mən bu əsəri türk etnologiyası tarixində ən qiymətli tapıntı kimi dəyərləndirirəm. Türk etnonimi , törələr , qanunlar , ilk ailə anlayışı , ibtidai cəmiyyət, olum , ölüm , ruh , ibtidai inanclar , “Bozqurd “fəlsəfəsi, Oguz türklərinin yaşam tərzi və başqa bu kimi dəyərli tarixi faktlarla zəngin olan bu əsər soy -kökümüz haqqında oxucuya yeni məlumat verir .
Eyni zamanda yazıçı orta əsr qadınının cəmiyyətdə öz yeri olduğunu və hadisələrdən kənarda qalmadığını vurğulayır. Quba xanı Fətəli xanın həyat yoldaşı Tutibikə xatunun simasında qadınların cəmiyyətdə tutduğu mövqedən , onların mübarizəsindən söz açır. İsbat edir ki, türk qadını kölə yox, cəmiyyətin aparıcı qüvvələrindən biri olub.
Yazıçı qədim türk dövlətlərinin yaranması , coğrafiyası , inkişafı , mübarizəsi haqqında da geniş məlumat verir ..
Türk inanclarına görə Tanrı təkdi. Türk törəsinə görə hər kəsin cəmiyyət içində öz yeri və mövqeyi var. Türk ideologiyasına görə ailə ocaqdı. Xaqan başda olmaqla hər kəs törələrə uyğun hərəkət etməlidi. Qanunlardan kənara çıxmaq olmaz. Türk qanunlarında düzlük , ədalət , insanlıq hər şeydən öncə gəlir. Yazıçı bu əsərdə çox nüanslara toxunub.
Müəllif mənbələrə əsaslanaraq həqiqətən ortalığa çox gərəkli və qiymətli əsər qoyub . Bu yazıçının zəngin tarixi biliyə malik olmasından xəbər verir.
Əminəm ki, bu əsər də yazıçının başqa əsərləri kimi geniş oxucu kütləsi qazanacaq və seviləcək.
Yunus Oğuz həm də “Olaylar” qəzetinin təsisçisidi , eyni zamanda gözəl publisistdi.. Ara-sıra şeirlər də yazır. Amma qələmi nəsrdə daha mükəmməldi. Bu da mənim fikrimdi.
Qarşıdan Yunus bəyin doğum günü gəlir. Bu ərəfədə onu yeni yaşı münasibətilə qəlbən təbrik edir və yaradıcılıq uğurları arzulayırıq.

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru