Rafiq Yusifoğlu – GÖZƏGÖRÜNMƏZ İLLƏR

GÖZƏGÖRÜNMƏZ İLLƏR

Başımıza iş açır
Gözəgörünməz illər.
Biz göz açıb yumunca,
Ağarır qara tellər…

Əvvəllər sifətimi
Tanımırdı qırışlar.
İndi mənim üzümdə
Gör nə qədər qırış var…

Bu qədər ağ deyildi,
Saç-saqqalım ötən yaz,
Təzə dən düşən saçlar
İndi olub bəmbəyaz…

Cavan-cavan oğlanlar
Olub ağsaqqal kişi…
İllər görünməsə də,
Göz önündədir işi…

15.06.2016

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir