Adilə Nəzər – Dünya


Dünya, heç əzəldən olmayıb vəfan,
Haqq deyən dilləri lal eyləyibsən.
Keyfi-kök tərəfi namərd yaşayıb,
Mərdinsə başını qal eyləyibsən.

Qaçan da, qovan da gəlib oyununa,
Gizlənmək istəyən girib qoynuna,
Yıxıbsan günahı fəslin boynuna,
Güllü gülüstanı çöl eyləyibsən.

Ən uzun xoşbəxtlik bir anlıq olub…
Bir evi uçan yurd qaranlıq olub…
Sənin ilk dustağın azadlıq olub…
Nuru az, zülməti bol eyləyibsən.

Allah, barı sən duy bu qədər ahı,
Yenə dirigözlü açdım sabahı,
Bu boyda bədəni, bu boyda ruhu,
Bir yoxun dərdinə qul eyləyibsən.

Müəllif: Ailə NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir