
Şəfqət Aziz Hacam Hindistanın Kəşmir bölgəsindən olan şair və ədəbiyyat icmalçısıdır. Kupvara rayonunun Handvara tehsili, Kargama kəndində anadan olmuşdur. O, uşaqlar üçün yazılmış “The Cuckoo’s Voice” və “Tawheed Islamic Rhymes”, böyüklər üçün isə “The Unknown Wounded Heart” adlı şeirlər kitablarının müəllifidir.
Şeirləri Hindistan, ABŞ, Böyük Britaniya, İspaniya, Banqladeş və digər ölkələrdə nəşr olunan qəzet, jurnal və antologiyalarda dərc edilmişdir. ABŞ-da poeziya müsabiqəsinin qalibi olmuş, İtaliyada beynəlxalq poeziya mükafatına layiq görülmüşdür. Hazırda Handvarada yerləşən AIIMS Secondary School məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərir.
SƏSSİZLİK
Bəzən sükut bir müdriklikdir —
İnsanların namusunu, heysiyyətini qorumaqdır.
Bəzən sükut bir nadanlıqdır —
İtirilmiş dəyərlərin ağrısından yayınmaqdır.
Bəzən sükut qorxudur,
Qan tökülməsin deyə susmaqdır.
Bəzən sükut ruh düşkünlüyüdür —
İnsanı pisliklərlə mübarizədən saxlayan zəiflikdir.
Bəzən sükut bir səbirdir —
Arzulanan məqsədə çatmaq üçün
Sakitcə çalışmağa ehtiyacdır.
Demək, sükut da bir dildir.
Yaxşı və ya pis olması isə
Onu nə zaman işlətməyimizdən asılıdır.
Müəllif: Şafkat Aziz Hajam (Hindistan)
Mütərcim: Zaur USTAC (AZƏRBAYCAN)
ŞAFKAT AZİZ HAJAMIN DİGƏR YAZILARI