Nəsiminin dərisinin soyulması – reallıq, yoxsa əfsanə?

Nəsiminin dərisinin soyulması – reallıq, yoxsa əfsanə?
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük qəzəl ustadı Nəsiminin faciəvi edamı tarixin ən acınacaqlı ölümlərindən biri hesab olunur. Dini-fəlsəfi görüşlərinə görə şairin diri-diri dərisinin soyulması, ölümündən sonra bədəninin hisslərə bölünməsi hər bir kəsə yaxşı məlumdur. Təsadüfi deyildir ki, xalq yaddaşında şairin diri-diri dərisinin soyularaq edam edilməsi onun cəsarətinin, əqidəsinə sədaqətinin simvoluna çevrilib. Lakin tanınmış şərqşünas alim, akademik Ziya Bünyadovun araşdırmaları bu məşhur hadisənin tarixi fakt deyil, sonradan formalaşmış bir xalq rəvayəti olduğunu göstərir. Maraqlıdır; Nəsiminin dərisinin diri-diri soyularaq edam edilməsi rəvayətdir, yoxsa reallıq?
Əvvəlcə onu diqqətə çatdıraq ki, Nəsiminin həyatı ilə bağlı mənbələr azdır, olanlar isə çox vaxt ziddiyyətlidir. Bir sıra müəlliflər onun taleyinə işıq salmağa çalışsa da, məlumatlar qaranlıq məqamlarla doludur. Ziya Bünyadovun irəli sürdüyü arqument, yəni Nəsiminin dərisinin soyulmasının bir əfsanə, rəvayət olması alim Məhəmməd Raqibin yazdıqlarına əsaslanır. O, bu faktı 1479-cu ildə vəfat etmiş Əbuzər Əhməd ibn Burhan İbrahim ibn əl-Hələbinin “Künüz əz-zəhəb fi-tarix Hələb” (“Hələb tarixinə dair qızıl xəzinələr”) adlı əsərindən götürüb.
Ziya Bünyadovun istinad etdiyi Məhəmməd Raqib yazır ki, şair məhkəmədən sonra bir müddət ədalət sarayında dustaq saxlanılıb, daha sonra qala həbsxanasına köçürülüb. Raqibin qələmində bu sətirlər yer alır: “Sultan əl-Müəyyədin əmri gəlib çatdı ki, Nəsimi öldürülsün, daha sonra dərisi soyulsun və yeddi gün Hələbdə car çəkilsin, sonra isə cəsədi parça-parça edilsin…” Lakin Ziya Bünyadov “Azərbaycan şərqşünaslığı” jurnalında dərc etdirdiyi məqalədə bu təsvirlərə ehtiyatla yanaşmağın vacibliyini vurğulayırdı. Alimin fikrincə, Nəsiminin diri-diri dərisinin soyulması ideyası xalqın ona olan böyük sevgisindən, şairi qəhrəmanlaşdırmaq istəyindən doğmuşdur: “Bu əfsanəni elmi sübut edilmiş fakt kimi qəbul etmək düzgün deyil”, – deyə o qeyd edirdi. Qısacası, akademikin fərziyyəsinə görə Nəsimi sultanın fətvası ilə öldürülmüş, daha sonra onun cansız vücuduna işgəncə verilərək aləmə ibrət olsun deyə dərisi soyulmuşdur.
Əsl adı Seyid Əli İmadəddin olan Nəsimi yalnız şeir dünyasının deyil, elmin də sirlərinə bələd bir şəxsiyyət idi. Riyaziyyat, təbabət, astronomiya, məntiq sahələrində bilik sahibi olan şair klassik Şərq və qədim yunan fəlsəfəsini, islam və xristianlıq təlimlərini dərindən öyrənmişdi. O, üç dildə – Azərbaycan, fars və ərəb dillərində qələm çəkərək zəngin ədəbi irs qoyub getmişdi. Azərbaycan dilində on beş min misralıq, fars dilində isə beş min misralıq divanı bu gün də oxucularını heyran edir.
Nəsiminin məzarı Suriyanın qədim Hələb şəhərində, köhnə qala ərazisində yerləşir. Onun sözünün qüdrəti əsrləri aşaraq dünyaya yayılıb. 1971-ci ildə şairin 600 illik yubileyinin UNESCO tərəfindən qeyd olunması, 1973-cü ildə “Nəsimi” filminin ekranlara çıxması bu böyük sənətkarın bəşəri dəyər kimi qəbul edildiyinin göstəricisidir.

Mənbə və müəllif: Məcid Rəşadətoğlu

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Ustadım Nəsimi, sözümüz sözdü

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mikayıl Müşfiqin bacısı Balacaxanım İsmayılova

Mikayıl Müşfiqin bacısı Balacaxanım İsmayılova

Fotodakı qadın Mikayıl Müşfiqin bacısı Balacaxanım İsmayılovadır. Əlində tutduğu isə qardaşının bəraətindən sonra nəşr olunan ilk şeir kitabının siqnal nüsxəsidir. Foto 1957-ci ilin mayında çəkilib.
Mikayıl Müşfiqin bacısı Balacaxanım 1906-cı ildə dünyaya gəlib. 64 ömür sürüb. Qardaşı Mikayılın amansız qətlinin ağrılı-acılı yükünü, bacısı Böyükxanımın faciəli intiharının mənəvi əzablarını həyatı boyu ürəyində daşıyıb. 1970-ci ildə dünyasını dəyişib Balacaxanım. Yazırlar ki, o, ölüm yatağında 3 gün can verir, hər nəfəsində də qardaşını arzulayır…
Ailə üzvlərinin sözlərinə görə, qardaş dərdi, illərin keşməkeşli, əzablı həyatı Balacaxanıma rahat can verməyə imkan vermirdi. Həmin vaxt evdə Zeynəb Xanlarovanın plastinkası var imiş. Üzərində də Mikayıl Müşfiqin şəkli. Onu gətirib xanımın sinəsinin üstünə qoyurlar, yenə də sakitləşmir… Məcbur qalıb Dilbəri çağırırlar – Mikayıl Müşfiqin həyat yoldaşını. Dilbər xanımın gəlişindən sonra onun ürəyi, sanki təskinlik tapır. Balacaxanım Müşfiqdən qalan tək yadigarını görüb, beləcə haqq dünyasına qovuşur…

Mənbə və müəllif: Məcid Rəşadətoğlu

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Kapitalizm

Kapitalizmin ən müfəssəl tərifi

“Kapitalizm ilə idarə olunan məmləkətlər zahirdə abad, məmnun, xoşbəxt görünüyorlarsa da, batində təzadlarla dolu səfalətə məhkum, həyatından naməmnun əmələ sinfi və demokratiyadan ibarətdirlər”.

Məhəmməd Əmin Rəsulzadə “Sosializm həqqində” , “Açıq Söz” qəzeti, 1917-ci il.

Məlumatı hazırladı: Leyla Mahirqızı

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I