Fotodakı qadın Mikayıl Müşfiqin bacısı Balacaxanım İsmayılovadır. Əlində tutduğu isə qardaşının bəraətindən sonra nəşr olunan ilk şeir kitabının siqnal nüsxəsidir. Foto 1957-ci ilin mayında çəkilib. Mikayıl Müşfiqin bacısı Balacaxanım 1906-cı ildə dünyaya gəlib. 64 ömür sürüb. Qardaşı Mikayılın amansız qətlinin ağrılı-acılı yükünü, bacısı Böyükxanımın faciəli intiharının mənəvi əzablarını həyatı boyu ürəyində daşıyıb. 1970-ci ildə dünyasını dəyişib Balacaxanım. Yazırlar ki, o, ölüm yatağında 3 gün can verir, hər nəfəsində də qardaşını arzulayır… Ailə üzvlərinin sözlərinə görə, qardaş dərdi, illərin keşməkeşli, əzablı həyatı Balacaxanıma rahat can verməyə imkan vermirdi. Həmin vaxt evdə Zeynəb Xanlarovanın plastinkası var imiş. Üzərində də Mikayıl Müşfiqin şəkli. Onu gətirib xanımın sinəsinin üstünə qoyurlar, yenə də sakitləşmir… Məcbur qalıb Dilbəri çağırırlar – Mikayıl Müşfiqin həyat yoldaşını. Dilbər xanımın gəlişindən sonra onun ürəyi, sanki təskinlik tapır. Balacaxanım Müşfiqdən qalan tək yadigarını görüb, beləcə haqq dünyasına qovuşur…
Fotodakı qadın Mikayıl Müşfiqin bacısı Balacaxanım İsmayılovadır. Əlində tutduğu isə qardaşının bəraətindən sonra nəşr olunan ilk şeir kitabının siqnal nüsxəsidir. Foto 1957-ci ilin mayında çəkilib. Mikayıl Müşfiqin bacısı Balacaxanım 1906-cı ildə dünyaya gəlib. 64 ömür sürüb. Qardaşı Mikayılın amansız qətlinin ağrılı-acılı yükünü, bacısı Böyükxanımın faciəli intiharının mənəvi əzablarını həyatı boyu ürəyində daşıyıb. 1970-ci ildə dünyasını dəyişib Balacaxanım. Yazırlar ki, o, ölüm yatağında 3 gün can verir, hər nəfəsində də qardaşını arzulayır… Ailə üzvlərinin sözlərinə görə, qardaş dərdi, illərin keşməkeşli, əzablı həyatı Balacaxanıma rahat can verməyə imkan vermirdi. Həmin vaxt evdə Zeynəb Xanlarovanın plastinkası var imiş. Üzərində də Mikayıl Müşfiqin şəkli. Onu gətirib xanımın sinəsinin üstünə qoyurlar, yenə də sakitləşmir… Məcbur qalıb Dilbəri çağırırlar – Mikayıl Müşfiqin həyat yoldaşını. Dilbər xanımın gəlişindən sonra onun ürəyi, sanki təskinlik tapır. Balacaxanım Müşfiqdən qalan tək yadigarını görüb, beləcə haqq dünyasına qovuşur.
Fotoşəkildəki oturan qadın Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadədir. Ayaq üstə dayanan isə Xalq yazıçısı Mehdi Hüseynin həyat yoldaşı Fatma xanım Hüseynovadır. Şəkil 1932 – ci ildə çəkilib, yəni Mikayıl Müşfiqin amansız qətlindən 5 il öncə.
Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq, ruhun ehtiyacından. Qardaşından, bacından Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə də bir vuraydı, qəlbimiz gizli-gizli, Sən, ey əsmər bənizli.
Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud, İnsanlar daha məsud. Duyğular daha incə, fikirlər daha dərin, Ürəklər daha sərin. İnsanların vüqarı, tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır!
Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə qucaqlarkən dalğalar, Qəlbimdə qasırğalar, Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı. Cumub alaydım səni dalğaların əlindən, Yapışaydım belindən. Xəyalımız üzəydi sevda dənizlərində, Ləpələr üzərində. İlhamımın yelkəni, zərrin saçın olaydı, Sular xırçın olaydı.
Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə. Çıxalım Buzovnada kiçik qayalıqlara, Seyrə dalım bir ara… Gecələr sayrışarkən, ulduzlar lalə kimi, İşıqlar jalə kimi. Çilənib dağılarkən ətrafa damla-damla, Ən yaxın bir adamla. Nə gözəldir dinləmək suların nəğməsini, Təbiətin səsini! Nə gözəldir dolaşmaq, isti yay fəsilləri, Bu sərin sahilləri!
Nə gözəldir səhərlər bizim böyük ruhumuz, Aşıb-daşan duyğumuz. Şəklindəki sulara, baxaraq ləzzət almaq, Bu mavi şerə dalmaq. Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək, Bəzən hürküb çəkinmək. Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi, Bizim bu həyat kimi!
Yenə o bağ olaydı sevdalar ölkəsində, O söyüd kölgəsində. İnci qumlar üstündə yenə verib baş-başa, Yayı vuraydıq başa. Günlərimiz keçəydi qızğın fərəhlər kimi, Dolu qədəhlər kimi. Yarpaqlar arasından uzadaraq əlini, Oxşayaraq telini.
Gecələr darayaydı saçlarını ay gözəl! Sən gözəlsən, ay gözəl? Əllərində əllərim, gözlərində gözlərim… Asılaydı sözlərim Könlünün qulağından bir qızıl tana kimi, Günəş doğana kimi. Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar, Can-ciyər olacaqlar. Bir az da uzaqlara açacaqlar yelkəni, Ruh yeni, həyat yeni… Çıxacaqlar göyləri aşaraq dönə-dönə, Buludların fövqünə. Uçacaqlar sabaha, uçacaqlar yarına, Yerin boşluqlarına. Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən, Bu insan oğlu bilsən. Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.
Yenə o bağ olaydı, yenə yığışaraq siz, O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim. Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər-axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?
Ben zaten bilmezdim aşkın adını. Bu sırrı sen bana anlatmadın mı? Cihana sığmayan şair gönlümü Göğsümden çıkarıp oynatmadın mı?
Ben şarkı söylerdim menekşelerden İşim zevk almaktı şık güzellerden. Benden uzaklarda gezsen de bazen, Kalbimi kırmaya can atmadın mı?
Bin hicran gönlümü esir alanda Sen benim halime üzülmedin mi? Müşfik’in yüreği avuçlarında Tatlı rüyasını sen bölmedin mi?
SEVİYORUM
Seviyorum Menekşe gibi Boynunu bükmeni, O dalgın hallerini…
Seviyorum Benimle göz göze geldiğinde Şimşek bakışlarının fırtınasını. Seviyorum Yelpaze kipriklerinle Beni süzerek Bir mahir avcıdan korkmuş, ürkek Nazlı ceylan bakışlarını…
ONA
İsmiyle gönlümü avlamış biri, Melek değil, ama kanatları var. Siyah kaşlarının ızsızlığında Aşık güvercinler hep kanat çırpar Misafir eyledim gönül dalında, Hep şarkı söylerler onlar benimçin. Şimdi tüm kalbimle inanmışım ben, Ne kadar bahtiyar insanmışım ben. Çağlayan misali akan saçları İnce omuzlardan dökülü vermiş Bembeyaz teninin benzeri ancak Güneşten saklanmış kuzey karları. Aman, fırtınalar kopmasın artık Solmasın aşkımın gonca gülleri.
Şair : Mikayıl Müşfik Türkçeye aktaran : Turan Novruzlu
Esse Mən şəkil sevənəm. İki şairin şəkli heç vaxt gözümün qabağından getmir. Biri Mikayıl Müşfiqin türmədəki şəklidir, biri də Əli Kərimin xəstəxanadakı şəkli… Əli Kərimin şəkli haqqında sonra… Mikayıl Müşfiqin türmədə çəkilmiş həyəcanlı bir şəkli var. Üzü tüklənib, gözlərində yorğun kədər, usanmış və bezmiş bir ümid var. Üzünə nahaqdan duranların, satqın dostların təəssüfü donub elə bil. Həyatı qədər sevdiyi ellərdən, Dilbərdən ayrılığı lövbər salıb sifətində.
Yaşamaq eşqi şəkildə o qədər güclüdür ki, düz qırx ildi o şəklə doğru yol gedirəm, o şəklə çata bilmirəm. Mən gedirəm, şəkil gedir. Müşfiqin gözləri upuzun bir yoldur, sonuna çatmaq mümkün deyil.
Türmədəki şəkil Müşfiqin ən gözəl şəklidir. Düşünurəm ki, hər bir şairin gözəl bir şəkli olsun gərək. Üstünə gül qoymağa, üstündə ağlamağa, divara və baş daşına vurmağa. Amma hər şairin də şəkli gözəl çıxmır. Mən nə qədər şəkil çəkdirdim, heç biri gözəl çıxmadı ki, çıxmadı. Görəsən niyə? Çünki alnıma güllə Ay kimi doğmamışdı, dostlarım üzümə durmamışdı. Ona görə şəklim gözəl çıxmadı.
Elə bilirəm Mikayıl Müşfiqin türmədəki həmin şəkli segahdır. Neçə ildir bu səsin dalınca düşürlər, o səsə çata bilmirlər. Çünki bilmirlər ki, bu səsi oxuyan hansı tərəfdən oxuyur.
Şeirlə bağlı 37-ci ili ən çox xarakterizə edən bir fakt var. Rusiyadan qırmızı traktorlar gətirmişdilər. Xışı köhnəliyin qalığı kimi muzeylərə atmışdılar. Şairləri məcbur edirdilər ki, traktora aid şeir yazsınlar. Bir gün Mərkəzi Komitənin katibi Ruhulla Axundov Hüseyn Cavidi qəbuluna çağırır və deyir:
– Cavid Əfəndi, siz traktora niyə şeir yazmırsınız? Cavid Əfəndi cavab verir:
– Ruhulla, oğlum, sən traktorun şəklini kabinetində başının üstünə as, mən də şeir yazım.
Mikayıl Müşfiqin qırxdan çox şeirində traktor və kombaynın adı çəkilir. Bu Müşfiqin çıxılmaz vəziyyətdə qalmağının təzahürüdür. Bu cizgi də var Müşfiqin türmədəki şəklində. Hələ traktora şeir yazmaq o yana dursun, o vaxt kəndlərimizdə adamlar milli adlardan imtina edib övladlarına dəmir-dümür adları; Traktor, Kombayn, yaxud Sovet, Təşkilat, Partiya, Komsomol kimi adlar verirdilər. Bu günə kimi kəndimizdə həmin insanların bəziləri yaşayır.
Mikayıl Müşfiq ilk şeirlər kitabının adını “Pam¬bıq” qoymuşdu. Müşfiq çox istedadlı bir şair idi, Fü¬zulini əzbər bilirdi, şübhəsiz kitabına belə ad seç¬məzdi. Bu əlacsızlığın görüntüsü var türmədəki şəklində.
Mikayıl Müşfiq Stalinə poema yazmışdı. Amma yenə xilas ola bilmədi. Şəkildə bu məğlubiyyət də var. Şeirlərinin birində Mikayıl Müşfiq yazır:
Atam fabrik, anam zavod!
M.Müşfiq böyük şair idi. Ata-ananı heç vaxt fab¬rikə, zavoda bənzətməzdi. Bu çətinlik də var Müş¬fi¬qin türmədəki şəklində. Mikayıl Müşfiq Əhməd Cavadın “Göy göl” şeirini dönə-dönə oxumuşdu. Və bilirdi ki, bu şeirə görə Əhməd Cavadın başına nə oyun açırlar. Əsəri tərcümə edib Moskvaya göndərirlər ki, Mərkəz şeir haqqında fikrini bildirsin. Mərkəz də deyir ki, bu şeirdə siyasi məsələ yoxdur, ancaq ədəbi məsələdir, tənqidçilər məşğul olsun.
Bizimkilərin ürəyi soyumur, yenə məsələ qaldırırlar. Mərkəzi Komitədə “Əh¬məd Cavad məsələsi” yaranır.
Bundan sonra Mikayıl Müşfiq “Göy göl” adlı şeir yazır. Şeirin axırını bilərəkdən belə qurtarır. “Göy göl”ün qoynunda düşünür qızıl əsgər”. Şair hər şeyi bilirdi, onu nə gözlədiyindən xəbəri vardı (Yelkənim açılır, qara yel əsmə). Ona görə də qızıl əsgəri “Göy gölün” sahilində düşüncələrə daldırır. Bu intizar da var Mikayıl Müşfiqin türmədəki şəklində.
Tarı köhnəliyin qalığı kimi ləğv etmək istəyənlərə Mikayıl Müşfiq cəsarətlə yazırdı:
Oxu tar, oxu tar, Səni kim unudar?
Ona cavab olaraq Süleyman Rüstəm deyirdi:
Oxuma tar, oxuma tar, Səni sevmir proletar
Bu işgəncə də M.Müşfiqin türmədəki şəklində yer alıb. Ona görə şairin o gözəl şəkli uzun illərdi ürəkləri yandırıb yaxır. Dönə-dönə biz də şəkil çəkdiririk, amma şəklimiz yaxşı çıxmır ki, çıxmır. Heç şübhəsiz, səbəbini bilirsiniz.