WUF-13 çərçivəsində Milli Kitabxanada “Şəhərsalma və Memarlıq ili” mövzusunda tədbir keçirilib
19 may tarixində Azərbaycan Milli Kitabxanasında WUF-13 çərçivəsində “Şəhərsalma və Memarlıq ili” mövzusunda tədbir keçirilib. Tədbirdə ənənəvi kitab sərgisinin açılışı və “2026 – Şəhərsalma və Memarlıq ili” mövzusunda elektron sərginin (Azərbaycan və ingilis dillərində) təqdimatı olub.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb və qeyd edib ki, ölkə prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixində imzaladığı sərəncama əsasən 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib və bu qərar ölkəmizin zəngin şəhərsalma və memarlıq irsinin qorunması, milli memarlıq ənənələrinin yaşadılması, memarlıq və şəhərsalma istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Direktor bildirib ki, Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafına xüsusi önəm verilmiş, bu istiqamətdə mühüm işlər həyata keçirilmişdir. O, qeyd edib ki, Heydər Əliyevin təşəbbüsü ilə tarixi və memarlıq abidələrinin bərpası və mühafizəsi istiqamətində mühüm addımlar atılmış, Azərbaycanın zəngin mədəni irsinin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir və bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən geniş quruculuq işləri Ulu öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurlu davamıdır.
Professor çıxışında işğaldan azad olunan bölgələrdə son illərdə həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərindən ətraflı bəhs edib, həmin ərazilərdə inşa edilən yeni yaşayış kompleksləri, avtomobil yolları, müasir memarlıq üslubunda tikilən inzibati binalar, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və digər sosial obyektlərin regionun inkişafına verdiyi töhfələri xüsusi vurğulayıb. O, həmçinin həyata keçirilən işlərin həmin ərazilərin əvvəlki həyatına qaytarılması və dayanıqlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Natiq Azərbaycanın WUF13-ə (13-cü Ümumdünya Şəhərsalma Forumu – World Urban Forum) ev sahibliyi etməsinin ölkənin şəhərsalma, memarlıq və davamlı inkişaf sahəsində həyata keçirdiyi islahatların beynəlxalq səviyyədə təqdim edilməsi üçün çox vacib olduğunu vurğulayıb.
Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova öz çıxışında Milli Kitabxanada şəhərsalma və memarlıq ilə bağlı biblioqrafik və metodik vəsaitlərin hazırlanması, elektron layihələrin təşkili, həmçinin mövzu üzrə ölkədaxili və beynəlxalq miqyasda ədəbiyyatın təbliği istiqamətində görülən işlər haqqında danışıb.
Tədbirin gedişində Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “2026 – Şəhərsalma və Memarlıq ili” (https://anl.az/el/vsb/Sehersalma_ve_memarliq_ili/index.htm) mövzusunda elektron sərgi təqdim olunub. Sərgidə qədim dövrlərdən bu günə qədər Azərbaycan memarlığının keçdiyi inkişaf yolu, şəhərsalma ənənələri, tarixi şəhərlərimiz, memarlıq abidələri, xalq yaşayış məkanlarının özünəməxsus xüsusiyyətləri, tikinti və mühəndislik sənəti, milli memarlıq elementləri, görkəmli memarların fəaliyyəti və onların yaratdığı abidələr haqqında məlumatları özündə əks etdirən kitablar, rəsmi sənədlər, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr təqdim edilir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri ilə bağlı nəşrlər və məqalələr də sərgidə yer alır.
Sonda tədbir iştirakçıları ənənəvi kitab sərgisi ilə tanış olublar. https://www.millikitabxana.az/news/milli-kitabxanada–shehersalma-ve-memarliq-ili
2 yıl 7 ay Medine’yi savunan Fahreddin Paşa ve babası Tuna Vilayeti Posta ve Telgraf Müdürü Mehmed Nahid Efendi
Fahrettin Paşa kimdir?
1868 yılında, bugün Bulgaristan sınırları içinde yer alan Rusçuk’ta dünyaya gelen Fahreddin Paşa’nın babası Mehmed Nahid Efendi, annesi ise Fatma Adile Hanım’dı.
93 Harbi’nin ardından ailesiyle birlikte İstanbul’a gelen Fahreddin Paşa, 1888’de Harp Okulu’ndan mezun oldu. Ardından 1891 yılında kurmay subayların yetiştirildiği Erkan-ı Harbiyye’yi tamamlayarak kurmay yüzbaşı rütbesiyle görev hayatına başladı.
Balkan Harbi sırasında Çatalca müdafaasında gösterdiği başarıyla dikkat çeken Fahreddin Paşa, Edirne’nin yeniden alınmasında önemli görev üstlendi. Osmanlı Devleti’nin 1914’te 1. Dünya Harbi’ne dahil olduğu dönemde ise miralay rütbesiyle 4. Ordu’ya bağlı 12. Kolordu kumandanı olarak Musul’da bulunuyordu.
25 Kasım 1914 tarihinde mirlivalığa yükseltilen Fahreddin Paşa, 26 Ocak 1915’te 12. Kolordu’daki vazifesine ek olarak 4. Ordu kumandan vekilliğine getirildi.
Bu süreçte İngilizlerle iş birliği yapan Mekke Şerifi Hüseyin’in ayaklanma hazırlığında olduğuna dair haberlerin ulaşması üzerine, 4. Ordu Kumandanı Cemal Paşa tarafından 28 Mayıs 1916’da Medine’ye gönderildi.
Medine ve çevresinde güvenliği sağlamak amacıyla harekete geçen Fahreddin Paşa; Aşar Boğazı, Bi’riderviş, Bi’riabbas ve Bi’rireha bölgelerini asilerden arındırdı. Böylece 29 Ağustos 1916 itibarıyla Medine çevresinde yaklaşık 100 kilometrelik güvenlik hattı oluşturuldu.
Kısıtlı imkânlara rağmen Medine’yi 2 yıl 7 ay boyunca savunan Fahreddin Paşa, direnişiyle tarihe geçti.
24 Eylül 1921’de Milli Mücadele’ye katılmak amacıyla Ankara’ya gelen Fahreddin Paşa, 9 Kasım 1921’de Türkiye Büyük Millet Meclisi tarafından Kabil Büyükelçiliği görevine atandı. Bu dönemde Türk-Afgan ilişkilerinin güçlenmesinde önemli katkılar sağladı.
12 Mayıs 1926’da görev süresinin sona ermesiyle Türkiye’ye dönen Fahreddin Paşa, 5 Şubat 1936’da tümgeneral rütbesiyle emekliye ayrıldı. Fahreddin Paşa, 22 Kasım 1948 tarihinde vefat etti ve Aşiyan Mezarlığı’na defnedildi.
Ən yeni tarix. Maraqlı faktlar. Küçə uşağının general-leytenant olması – Stalinin killeri, Xruşovun dustağı…
Ötən əsrin əvvəllərində, çar Rusiyasının inqilabi təlatümlərdə yırğalandığı vaxtda – 1907-ci ildə Tavriya quberniyasının Melitpol şəhərində doğulmuş bu oğlan vətəndaş müharibəsi illərində həm atadan, həm də anadan yetim qalıb.
12 yaşlı Paşa çöllərə düşüb – kimsəsiz, ac-susuz. Onun yaşadığı şəhər əldən-ələ keçib, şəhərdə gah bolşeviklər, gah aqvardiyaçılar, gah da başqaları ağalıq edib. Nəhayət, qırmızılar şəhərə nəzarəti götürəndə hələ yeniyetmə belə olmayan Pavel Sudoplatov onlara qoşulub və 1919-cu ilin iyun ayında Melitopoldan bolşevik ordusu ilə ayrılıb. O, alayın sıralarında olub, əl-ayaq işlərinə baxıb. Daha sonra əsir götürülüb. Uşaq olduğuna görə ona baş qoşan olmayıb deyə, əsirlikdən qaça bilib, o zaman ağqvardiyaçıların nəzarətində olan Odessaya gedib, orada küçə uşağı kimi yaşayıb, limanda yarımştat işləyib. Şəhər qırmızılar tərəfindən tutulduqdan sonra yetim Paşa yenidən qırmızı orduya qoşulub.
1921-ci ildə o, atıcı diviziyanın xüsusi şöbəsində telefon operatoru və şifrəçi kimi xidmət edib. Vaxtilə Melitpolda aldığı təhsil kara gəlib, oxuyub-yazmaq bildiyinə görə 95 faizi tam bisavad adamlardan ibarət olan alayda onun ibtidai savadına ehtiyac olub. Daha sonra Pavel baş siyasi idarənin əyalət şöbəsində xidmət edib, oradan sərhəd qoşunlarına keçib, 1923-cü ildən komsomolda çalışıb. 1925-ci ilin fevral ayında 18 yaşlı Sudoplatov siyasi idarənin Melitopol və Xarkov rayon şöbələrində işçi, mühasib, statistik, rəislərin köməkçisi, kiçik əməliyyatçı kimi işlərdə çalışıb. 1928-ci ilin avqust ayından etibarən o, Ukrayna SSR-in Baş Siyasi İdarəsinin informasiya şöbəsinin səlahiyyətli nümayəndəsi olub. 1928-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə qəbul olunub.
Beləcə, inqilabın ilk illərində küçə uşağı, alay oğlu olan yetim oğlan 25 yaşında ikən artıq vəzifə, rütbə yiyəsi daşıyan birinə çevrilib.
Ancaq onun hərbi karyerası bununla bitməyib. O, sovet hökumətinə misilsiz xidmətlər göstərib. Xarici dilləri mükəmməl öyrənmək, insanlarla ünsiyyət qurmaq, özünü yaxşı tərəfdən təqdim etmək bacarığı Sudoplatovun mahir kəşfiyyatçı-diversant kimi püxtələşməsində mühüm rol oynayıb.
Onun adı sovet tarixinə Ukrayna müqavimət hərəkatının mühacirətdə yaşayan liderləri Yevgeni Konovalets və Roman Şuxeviçin, eləcə də bolşevik inqilabının ən öncül iki liderindən biri olan Lev Trotskinin həyatına sui-qəsd təşkil etməklə düşüb.
O, Konovaletsi şəxsən, Moskvada hazırlanmış və şokolad qutusuna yerləşdirilmiş partladıcı maddə ilə qətlə yetirib. Bundan əvvəl o, Ukrayna müqavimət hərəkatının fəali kimi Konovaletsin etimadını qazanıb, onunla dəfələrlə görüşüb, güclü və zəif tərəflərini öyrənib, adamın şokolad və digər şirin şeylərə aludəçiliyinə əmin olandan sonra onu məhz şokoladla həlak edib.
1938-ci ildə SSRİ-yə qayıtdıqdan sonra o, SSRİ XDİK-in (NKVD) Dövlət Təhlükəsizliyi Baş İdarəsinin 5-ci və 7-ci şöbəsinin rəislərininn köməkçisi vəzifələrində işləyib. Onun rəisləri, eləcə də daxili işlər komissarı Nikolay Yejovun vəzifəsindən kənarlaşdırılmasından sonra o, aparatda qalıb və yeni komissar Lavrenti Beriyanın dönəmində komissarlığın Xarici İşlər İdarəsinin rəisi vəzifəsini icra edib.
1938-ci il dekabrın sonlarında az qala onu repressiya edəcəkmişlər, partiya təşkilatı Sudoplatovu “xalq düşmənləri ilə əlaqələrinə” görə “ifşa edib”. Onu hətta partiyadan da xaric ediblər. Ancaq Beriyanın müdaxiləsi ilə 1939-cu ilin yanvar ayında bu qərar dəyişib. Ondan sonra Sudoplatov XDİK-in Dövlət Təhlükəsizliyi Baş İdarəsində mühüm vəzifələr tutub.
Sudoplatovu Stalinin sevimlisi edən hadisə isə, şübhəsiz ki, SSRİ-dən deportasiya edildikdən sonra bir neçə ölkədə müvəqqəti yaşayan, axırda Meksikada yerləşən və Stalinə qarşı mübarizəsini davam etdirən L.Tortskinin qətlini təşkil etməsidir. Bu qətl üçün Sudoplatovun A və B planı olub. A planına Trotskinin iqamətgahına hücum etmək və onu evindəcə güllələmək daxil idi. Bu, baş tutmayıb, uğursuz nəticələnib. Belə olanda Sudoplatov B planının həyata keçirilməsinə start verib, nəhayət, Ramon Merkaderin əliylə Stalinin arzusunu çin edib.
Buna görə ona ikinci dəfə “Lenin” ordeni verilib. (Birincini Konovaletsin qətlinə görə alıb). Sudoplatov üçüncü “Lenin” ordenini müharibə dövründəki fəaliyyətinə görə alıb. O, sovet-alman müharibəsində XDİK-in 4-cü idarəsinin rəisi kimi Moskvanın müdafiəsi zamanı strateji hədəflərin minalanmasını, Qafqazda alman qoşunlarına qarşı təxribat fəaliyyətlərini və alman kəşfiyyatı ilə strateji radio oyunlarının təşkilini təmin edib.
SSRİ-nin tezliklə atom silahı əldə etməsi P.Sudoplatovun adıyla bağlıdır. ABŞ-də işləyən nüvə fizikləri atom silahı ilə bağlı məlumatları sovet tərəfinə məhz Sudoplatov tərəfindən əməkdaşlığa cəlb ediləndən sonra ötürüblər. Yoxsa SSRİ atom bombasını 1949-da yox, ən azı 8-10 il sonra yarada bilərmiş.
Bu şəxsin Stalin və Beriyanın əmri ilə nə qədər adamın qətlini təşkil etdiyi tam bəlli deyil. Çünki bu barədə heç vaxt danışmayıb və bunu öz vəzifə borcu hesab edib. Ancaq sonradan məhkəməsi zamanı üzə çıxıb ki, Beryanın əmri ilə yaradılan “xüsusi qrup”a rəhbərlik edən Sudoplatov və Eytingon mülki vətəndaşlara qarşı məhkəmədənkənar qisas əməliyyatları həyata keçirib. 1946-1947-ci illərdə onlar dörd əməliyyat təşkil ediblər, nəticədə Saratovda keçmiş yüksək vəzifəli partiya və sovet məmuru Şumski, Ulyanovskda mühəndis Səməd, Zakarpatyedə kilsə yepiskopu Romja və Moskvada keçmiş XDİK agenti Oqgins həlak olub.
1953-cü ildə Stalin öləndən və Beriya həbs ediləndən sonra general-leytenant Sudoplatovun qara günləri başlayıb. “Beriyanın dəstəsinin üzvü” olaraq onu da həbs ediblər. Böyük ehtimalla digər xidmət yoldaşları kimi Sudoplatovu da güllələyəcəkmişlər. Amma doğuşdan ağıllı, hiyləgər, fəndgir adam olan Sudoplatov gah özünü dəliliyə vurub, gah da hər zaman legitim hakimiyyətin, dövlət rəhbərlərinin tapşırıqlarını son dərəcə dəqiqliklə yerinə yetdirdiyini, buna görə həbs olunmalıdırsa, əmrlərin qanunsuz olmasının etiraf edilməsini tələb edib. Axır ki, o başının salamatlığına nail olub. Sudoplatova 15 il həbs cəzası kəsiblər. O, ən ciddi rejimli həbsxanada günə-günə yatıb, əmlakı, təltifləri müsadirə olunub.
21 avqust 1968-ci ildə həbsxanadan çıxdıqdan sonra Supoplatov uzun müddət susub, heç nə danışmayıb. Bu dövrdə o, ədəbi yaradıcılıqla məşğul olub, özünə Anatoli Andreyev təxəllüsü götürüb və İrina Quro ilə birlikdə kitablar nəşr etdirib: “Üfüqlər: Stanislav Kosiorun nağılı” (1977), “Qəddar sahildə: Marseli Novotko haqqında povest” (1983) və “‘Atım qaçır…: Viktor Kurnatovski haqqında” (1987).
Qorbaçov hakimiyyətə gələndən sonra başlanmış “yenidənqurma və aşkarlıq” illərində köhnə kəşfiyyatçı maraqlı və zəngi həyat yolunun bəzi detallarını, sovet dövlətinə xidmətinin bir hissəsini jurnalistlərə danışıb, oğlu ilə birlikdə kitab yazıb və bir sıra sirlərin açılması ilə əlamətdar olan həmin kitablar – “Kəşfiyyat və Kreml” və “Xüsusi əməliyyatlar. Lubyanka və Kreml. 1930-1950” – bestsellərə çevrilib.
Maraqlıdır ki, “Vladimir” həbsxanasında cəza çəkərkən üç dəfə infarkt keçirən, bir gözü kor olan bu şəxs necə sarsılmaz iradəyə malik olubsa, uzun ömür yaşayıb, yalnız 1996-cı ildə, 90 yaşını haqlayaraq vəfat edib.
Onun bəraət almasının qanuniliyini şübhə altına alanlar da olub. Onlar bildiriblər ki, Sudoplatov məhkəmə tərəfindən sübut edilmiş cinayət əməllərində iştirak edib.
Beləliklə, Leninin dövründə küçə uşağı və alay oğlu, Stalinin dönəmində diversant və killer, Xruşovun vaxtında güzəştsiz cəza çəkən dustaq, Brejnevin və Qorbaçovun zamanında yazıçı, Yeltsinin hakimiyyəti illərində isə əməkdar kəşfiyyatçı kimi yaşayan bu şəxs hazırda Rusiyada dövlət üçün mühüm işlər görmüş dövlət xadimi hesab olunur.
Milli-mənəvi sərvətimiz – Rafiq Əliyev İnsan yaşlaşdıqca zahiri görünüşü gündən-günə nurlanırsa, bu, insanın daxili aləminin zənginliyindən xəbər verir. Bəzi insanlar dəniz kimidir. Get-gedə təmizlənir. Gözəlləşir. Ovqatını təzələyir, sənə yeni ruh verir. Ətrafı işıqlandırır… Millət, xalq insanı ilə, seçilmişləri ilə tanınır. İnsan özünü dərk edəndən, vətən məhfumunu anlamağa başlayandan könlündən, düşüncəsindən həmişə xüsusi bir istək keçir: “Özününküləri – öz millətinin nümayəndələrini ön sırada görmək”. Normal istəkdir. Tanıdıqlarını, görmək istədiklərini yüksək kürsülərdə görəndə, qazanılan titullar sırasında adını, mötəbər məclislərdə səsini eşidəndə ürəyin dağa dönür. Qürurlanırsan. Daxili bir rahatlıq tapırsan. Mövcud elmi nəzəriyyələrə eyham kimi baxmayan, elm avtoritetləri qarşısında baş əyməyən, dünya elmi ictimaiyyəti tərəfindən qəbul və geniş istifadə olunan elmi nəzəriyyələri, o cümlədən “Sistemlərin dayanıqlıq nəzəriyyəsi”, “Ümumi qərar qəbuletmə nəzəriyyəsi” və “Yeni qeyri-müəyyən ədədlər hesabı” ilə millətə baş ucalığı gətirən, hamının uğurlarına sevinən, hamımızı ruhlandıran professor Rafiq Əliyev kimi. R.Əliyevin respublikamızda və bir sıra xarici ölkələrdə informatika və idarəetmə sahəsində elmi-tədqiqat işlərinin təşkilində müstəsna rolu olub. O, informatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəb yaradıb, Azərbaycanda, Rusiyada, Almaniyada, Türkiyədə, Kiprdə və İranda 150-dən çox elmlər namizədi, 30 elmlər doktoru hazırlayıb. Onun yetişdirdiyi elmlər doktorları sırasında bu gün dünyanın müxtəlif ölkələrində uğurla çalışan alimlər var. Rafiq Əliyev Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da, o, Amerikadan çox əzəmətli görünür. Məşhur amerikan alimi Ronald Yager Rafiq Əliyevin üstünlüklərindən və uğurlarından biri də dünyanın qəbul etdiyi RAFIQ ƏLIYEV MƏKTƏBİdir. Onun dünyanın aparıcı elm ocaqlarından, nüfuzlu (indeksli) jurnallarından səsi gələn tələbələri hazırda onun yaratdığı məktəbin ənənələrini təkcə Azərbaycanın elm mərkəzlərində deyil, digər ölkələrdə də (ABŞ, Almaniya, Kanada, Türkiyə, Rusiya, İran və s.) davam etdirirlər. R.Əliyevin rəhbərliyi və iştirakı ilə 1994-cü ildən başlayaraq hər iki ildən bir dünyanın bir sıra ölkələrində “Qeyri-səlis sistemlərin tətbiqi”, 2000-ci ildən başlayaraq hər iki ildən bir Daşkənddə “Qeyri-səlis sistemlərin tətbiqi və Soft Computing”, 2000-ci ildən başlayaraq hər iki ildən bir müxtəlif şərq ölkələrində “Sistem təhlilində, qərar qəbuletmə və idarəetmədə sözlə hesablama və Soft Computing” üzrə beynəlxalq elmi konfranslar keçirilir. O, dünyanın müxtəlif ölkələrində, o cümlədən Almaniya, İtaliya, İspaniya, Fransa, Türkiyə, Kipr və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfransların yaradıcısı və sədridir. Onun rəhbərliyi altında keçirilmiş belə konfransların sayı 30-dan çoxdur. O, bu konfransların birincisini hamımızın nağıllar, röyalar şəhəri olan doğma Təbrizdə keçirib. Bu da təsadüfü deyil. Rafiq müəllim o illəri belə xatırlayır: “Təbriz mənim yuxularımın şəhəri idi. Tanrı elə qismət elədi ki, 3 il Təbriz Universitetində çalışmalı oldum (1992-1994, ildə 3 dəfə 1 ay). Bu illər ərzində yeni ixtisaslar açdıq, elmlər doktorları hazırladıq, müasir elm sahələri üzrə ingilis dilində 3 kitab dərc elətdirdik. Ancaq düşünürdüm ki, Təbrizin adını yüksəklərə qaldırmaq, yaşatmaq üçün bu azdır. Dostum, Təbriz Universitetinin rektoru, professor Hüseyn Pur Feyzi ilə dünyada Təbrizin adını yüksəltmək üçün ilk beynəlxalq elmi konfransı Təbriz Universitetində keçirməyi qərarlaşdırdıq. Bütün elmi, təşkilati işləri həyata keçirdik. Konfransa dünyanın müxtəlif ölkələrindən – Amerika, Almaniya, Rusiya, Türkiyə, Azərbaycan və s. ölkələrdən – 500-ə yaxın alim və mütəxəssislər gəlmişdilər. Konfransa bir neçə gün qalmış belə bir fikir irəli sürüldü ki, bu konfrans Tehranda keçirilsin. Mən qətiyyətlə bildirdim ki, bu elmi konfransın keçirilmə yeri Təbriz olmalıdır. Dünya Təbrizi qoy bir elmi mərkəz kimi də tanısın. Bu təkid nəticə verdi. Axı mən düşünürdüm ki, böyük Nizami demişkən; Qüvvət elmdədir, başqa cür heç kəs Heç kəsə üstünlük eyləyə bilməz. Konfrans çox uğurla keçdi. Bu Təbrizimizin uğuru idi”. Rafiq Əliyev haqqında açıqlama verən Lütfi Zadə görkəmli professorun “İnperfekt (tam olmayan) informasiya şəraitində yeni qərar qəbul etmə nəzəriyyəsi” işinə görə Nobel mükafatı ala biləcəyini deyib. (Yəni hər hansı bir həyatı məsələ ilə bağlı qərar qəbul edilən mühitdə informasiya tam, müəyyən olmadığı halda müvafiq, səmərəli, bütün cəhətlər nəzərə alınaraq qərar qəbul edilsin). Bütün bunları eşitdikcə qürur hissi keçirirsən. Rafiq müəllimin dünyanın aparıcı universitetlərində tədris olunan xeyli sayda kitabları var. Adama elə gəlir ki, 74 kitabın müəllifi olan Rafiq müəllim durmadan kitab yazır. Rafiq müəllim isə kitabı qonorara, mükatafa, təltifə görə yox, ancaq yeni ideyası olanda yazır. Bəşəriyyəti tərəqqiyə, inkişafa aparacaq, yeni nailiyyətlərin özülü qoyulacaq bu kitabların müəlifinin səninlə bir zamanda yaşaması, sənin həmvətənin olmasının özü bir xoşbəxtlikdir. Nə mutlu bizlərə ki, Rafiq müəllimlə eyni zamanı və eyni məkanı bölüşürük. Biz çox zaman özümüzünkülərin – yanımızdakıların qədrini, dəyərini bilmirik. Onlar haqqında əcnəbilərin fikrini eşidəndən sonra qayıdıb ona yenidən baxmalı oluruq. Amma içimizdə hələ də tərəddüd qalır. İnana bilmirik ki, dahi deyilən adamlar bizimlə bir arada yaşaya bilərlər. Onlardan biri bizim tanıdıqlarımızdan biri ola bilər. Biz zamanında özümüzünkünləri qiymətləndirmirik. Bizi daima artıq gec olan yoxluq silkələyir. Tərpədir… Rafiq müəllimin bütün məsələlərə yanaşması qlobaldır, fundamentaldır. Onun yanaşmasında məsələnin özündən çox onu yaradan səbəbləri – qaynaqları öyrənmək, onu törədənlərin nədənlərini açmaqdır. Hadisəni, situasiyanı, onu doğuran səbəbləri araşdıraraq nəticə çıxarmaq, fikir yürütmək məsələsidir. Bu ən xırdadan tutmuş, ən böyük məsələlərə, hadisələrə zaman və məkan baxımını nəzərə almaqla elmi baxış etmək, əsaslanmış qərarlar qəbul etməkdən doğaraq qənaətə gəlmək bacarığıdır. Bu fikirlərdə, yanaşmalarda dəqiq elm sahəsi ilə məşğul olan adamın baxışının, gəldiyi qənaətin olduğu açıq-aydın hiss olunur. Məhz, fərqlilik də elə bundadır. Rafiq müəllimin uğurlarının fövqündə insanın azadlığı, azad düşüncə sahibi olması dayanır. Daxili azadlığını həmişə qoruyan Rafiq müəllim hərəkətləri, davranışları ilə nümunədi. Bir də nəfsə qarşı olmağı. “İnsanı şəxsiyyət edən onun nəfsidir. Bütün məsələlərin kökündə nəfs dayanır. Nə qədər savadlı adam, yaradıcı insan olsan, elmi dərəcən olsa və ya hər hansı yüksək vəzifə sahibi olsan belə, onda şəxsiyyət olursan ki, nəfsinə hakim kəsilə bilirsən. Bu halda həm də şəxsiyyət kimi yaddaşlarda qalırsan. Bütün səhv addımlarına rəğmən, insan özünü necə təqdim etməsinə, onun hansı formada təqdim edilməsinə baxmayaraq, istənilən halda məhz nəfsinə hakim olanlar yaddaşlarda qalır, xatırlanır…”. Həyat çətinliklərlə zənginləşir. Zəhmət insanı ən uca zirvəyə qaldırır. İnsanı çətinliklər bərkidir. Püxtələşdirir. Bir də gendən gələn şeylər var. Sən onun daşıyıcısısan. Daşıyırsan və ötürürsən. Təmizlik, daxili saflıq, xarakter… Rafiq müəllim təmiz yaşamaqdan, öz zəhmətinin sayəsində qazandığınla dolanmaqdan söz düşəndə daima iki şeyi misal gətirir: “Atam Ağdamda idarə müdiri işləsə də, ailəmizi ancaq maaşıyla dolandırırdı. Bu pul ailənin yeməyinə və geyiminə çatırdı. Uşaqların kitab-dəftərinə pul qalmırdı. Uşaq vaxtı barama qurdu saxlayırdıq ki, il ərzində lazım olan kitab-dəftəri ala bilək. Bir dəfə tut ağacına çıxıb budağı qıranda dəhrə əlimdən çıxıb ayağıma dəydi. O iri göy yara yeri qıçımda indi də qalır. Hər dəfə onu görəndə o günləri xatırlayıram. Qıçımdakı o göyərti mənim “Həyat mayakımdır”. “Moskvada aspiranturada oxuduğum illəri tez-tez xatırlayıram. Təzə evlənmişdik. Aldığım təqaüd ayın axırına çatmırdı. Aidə xanım utana-utana mağazadan bir alma, iki kartof alırdı. Amma mənə heç nə demirdi. Sonra müdafiə etdim. Maaşım artdı. Ev aldım. Mükafat aldım. Kitablarım çıxmağa başladı…. İmkanlarım xeyli genişləndi. Amma o günləri heç vaxt unutmadım… Bir dəfə elmi rəhbərim bizi evinə qonaq çağırdı. Qış vaxtı idi. Aidə xanım nazik ayaqqabı geymişdi. Professor Petrov ayaqqabını görüb təəccübləndi ki, qarda belə ayaqqabımı geyərlər? Dinmədik. Deyə bilməzdik ki, elə olanı budur. Yəni biz bu əzablardan keçib gəlmişik”. Rafiq müəllim çox dözümlüdür. Ən ağır hadisələrə, situasiyalara müdrikcəsinə yanaşma var bu müdrik insanda. Yaxınlarını, doğmalarını belə əsəbləşdirən, özündən çıxaran insanlara, hadisələrə ötəri bir təbəssümlə yanaşır. Alim olmayıb özünü alim kimi (hətta dünya səviyyəli alim kimi) təqdim edənlərə də, danışıqlarında özü olmayanlara da, yalançı vətənpərvərlərə də. “O da elədi. Mən onu olduğu kimi qəbul edirəm”, söyləyir. Emosiyasız. Sakitcə… Böyük olaraq. “Siz ona niyə elə reaksiya verirsiz. Hamı eyni cür olsa, dünya yeknəsək olar” deyərək. Onun təbəssümü qarşısında boşalırsan, yumşalırsan. Qeyri-ixtiyari sən də olanları elə o təbəssümlə də qarşılamalı olursan. Hər halda o anda… İlk baxışdan, danışıqdan, təmasdan sadə, sakit görünən, səsində, baxışında daima qəribə bir mülayimlik hiss olunan bu insanda işinə, yoluna, əqidəsinə qarşı inanılmaz bir prinsipiallıq var. Dönməzlik var. Və bir də xoşlamadığı, fikir və düşüncələri üst-üstə düşməyən insanların yaxşı işini görəndə, xoş xəbərini eşidəndə onları o məqam üçün qiymətləndirməsi və hadisəyə sevinməsi. Bəlkə də budur insanların ona olan sevgisinin səbəbi. “Dünyanın tanınmış alimisiz, tez-tez elmi konfranslarda sədr, ya iştirakçı kimi iştirak etmək üçün ABŞ-a, Avropa ölkələrinə getməli olursunuz. Niyə gedib ABŞ-da, ya Avropa ölkələrinin birində yaşamırsız?” – deyə soruşanlara, “mən indi işğalda olan Qarabağda doğulmuşam. Onu bu vəziyyətdə qoyub hara gedim?” – cavabını verən Rafiq müəllim söhbətlərində, hətta elmi müsahibələrindəki pauzalarda da xəyalən o yerlərə gedir. O yerləri gəzib gəlir. Ağdamdakı, evlərinin eyvanındakı mizin siyirtməsində qalan uşaqlıq xatirələrini yada salır. Olanlardan-keçənlərdən danışır. O illərlə söhbət edirmiş kimi… Musiqini çox sevir. Bəlkə də bu onun doğulub boya-başa çatdığı yerlə, məkanla – Qarabağla bağlıdır. Klassik musiqini, muğamları, bəstəkar mahnılarını sevə-sevə dinləyir. Orta məktəbdə tar sinfinə getməsi ona musiqi ilə bağlı fikrini bildirmək imkanı verir. “Zəminxarə”yə qulaq asmaqdan doymur. İnsan kənara çıxdıqca Vətənini, yurdunu və millətini daha çox sevməyə başlayır. Yəqin məsafə sevgiylə düz mütənasibdir. Dünyanın harasında olursa olsun, onun adının yanında, adıyla yanaşı Azərbaycanın, Ağdamın, doğulduğu Novruzlu kəndinin adının yazılması, səslənməsi və onunla bağlı, əsasən də xarici dilli yazılarda bu adların olması ona xüsusi xoş bir əhval-ruhiyyə gətirir. Zövq verir. “Mən yurdumu, vətənimi, Azərbaycanımı dünyada tanıtmağa çalışıram”, söyləyir. Fikirləri, düşüncələri, ideyaları ilə dünyanı gəzən, dünyanın elm nəhənglərini öz düşüncəsi, ideyaları ilə təccübləndirən bu adamın məmləkətinə, millətinə xüsusi bir sevgisi var. Hər şeydə nəfsini saxlaya bilən Rafiq müəllim dostlara olan sevgi nəfsini saxlaya bilmir. Düşüncəsi, əqidəsi üst-üstə düşən insanları görəndə, “Bu gün mən daha çox qazandım”, – deyir. “Sizləri tanıdım. Dost qazandım”, – söyləyir. İnsanın yeni nailiyyətinə, uğuruna çox sevinir. Demokratik düşüncəli, daxilən azad insan görəndə, “hələ bu millət ölməyib, öləziyib”, – deyərək, daxilən bir rahatlıq tapır. Milləti, xalqı, dövləti tanıdan, ucaldan hər kəsin uğurunu öz uğuru sayır. Uğura sevinir. Nə yaxşı ki, sevə-sevə ömrünü həsr etdiyi elm sahəsi var. Ona, ölkəsinə, hamımıza uğur və sevinc gətirən elmi nailiyyətləri var. Gözəl övladları, nəvələri. Bir də dəyər verdiyi yaxşı dostları var. Rafiq müəllim ayrılıqdan da ayrıla bilmir. Ayrılmaq istəmir. Qarabağ itkisindən sonra onun da içində bir həsrət, ayrılıq var. Yurd həsrəti. Yurd ayrılığı. Bu ayrılıqların üstünə bir əbədi ayrılıq da gəldi. Onu xatirələrin qoynuna alıb aparan, hər an yada salan, yadlaşmayan, onu tək buraxmayan həyat yoldaşı Aidə xanımın ayrılığı… Rafiq müəllim son vaxtlar bağ evinə ancaq dostları ilə gedir. Hər dəfə hamı oranı tərk edəndə bağı bir neçə dəfə təkcə addımlamağa başlayır. Hərdən əlini çənəsinə dayayaraq nələrəsə cavab verirmiş kimi dayanıb gözünü bir nöqtəyə zilləyir. Üzünün ifadəsi dəyişir. Baxışlar dəyişir… Sanki “Ayrılıq nə yaman çətin, ağır olurmuş”, – söyləyir özü-özünə. Heç kim onu o ovqatdan ayırmaq istəmir. Hamı bilir ki, o, indi tək deyil. (Əslində son vaxtlar həmişə belə olur.) Yanındakı xəyalıyla üstünü qum örtmüş köhnə addım izlərinin üzəri ilə qoşa addımlarla həyəti gəzməyə başlayır. Hərdən budağı yuxarı qaldırır ki, yanındakına toxunmasın. Əlini qolundan keçən əlin üstünə qoyub yanındakına nəsə pıçıldayır, nəyisə xatırladır. Ağacın yarpağını sığallayır, çiçəyini qoxlamaq üçün ona tərəf əyir. Uzaqlardakı, xatirələrdəki sevincli günləri sanki təzədən yaşayır. Həyətin sonundakı hasara çatıb dayanır. Bir vaxtlar yaşıl, güllü-çiçəkli bağın nə tez solduğunu, saraldığını sanki indi görür. İndi hiss edir. Geriyə dönüb ətrafa saralan, quruyan güllərə, çiçəklərə baxır… O, olan hər yerlərdə onu axtarır. Sonda başını qaldırıb yoxluğu evin eyvanında axtarır. Səhərlər, axşamüstü o eyvandan bəslədiyi güllərə, çiçəklərə, ağaclara və ona baxan, ONA……. Üzünə qonmuş müvəqqəti təbəssüm sönür. Gözündəki sevinc yox olur. Dayanıb uzaqlara baxır. Həyət qapısı bağlanmamış bir də geri dönüb olanları yerinə qoyur. Xatirələri bir həftəlik könülsüz baş-başa buraxıb, artıq o, doğma, sevinci yox olmuş, şənliyi sönmüş bağ evindən çıxır… Ən çox danışan sükutdur, deyirlər. Rafiq müəllimin sükutu adama hər şeyi deyir. Eşitmək istədiyini də, demək istədiyini də. Onunçün pauza fikirlə qərar arasındakı son aralıqdır. Qərarlaşma zamanıdır. Söhbət, danışıq əsnasında yaranan pauzadan sonra bilirsən ki, fikrin tam əhatəli yekunu veriləcək. Rafiq Əliyev dünyanın ən görkəmli alimlərindən biridir. Hər bir ölkə istəyər ki, onun Rafiq Əliyev kimi alimi olsun. Lütfi Zadə. Rafiq müəllim həqiqətən xalq üçün, millət üçün lazım olan çox əziz bir varlıqdır. Töhfədir. Bu reallıqdır. Aristotel məntiqini qəbul etməyən, 0-la 1 arasında nə qədər rəqəmlərin, ağla qara arasında çoxlu sayda rənglərin, rəng birləşmələrin, kəskin fərqlər arasındakı keçidlərin olduğunu sübut edən, bunlarla bağlı yeni nəzəriyyələr yaradan adamın niyə daha çox qara geydiyi başa düşülən deyil. (Onun qara rəngi sevdiyini bilirəm). Bəlkə bu onun xarici görünüşünün eyniyyətinə oxşarlığından doğur. Bəlkə də… Dümağ saçı qarayanız sifətinə, ümumi ortamda bir uyğunluq gətirir. Rafiq müəllimin qarayanız üzündə bir parıltı var. Özü nefti sevməsə də, nədənsə Rafiq müəllimə kənardan baxanda o, mənə nefti xatırladır. Amma Azərbaycan neftini yox, Norveç neftini. (Onu neft buruqlarına bənzədirəm. Uzaqdan səmanın qoynunda görünən neft buruqlarına). Xalqın, insanların gələcəyinə yönələn, xeyir verən, hamının ola bilən və ondan hamıya pay düşəsi milli sərvətə. Rafiq müəllim işıqlı adamdı. Nurlu adamdı. Adam onunla söhbətdən doymur. Yeni enerji, güc, yaşamaq həvəsi alır. Hər dəfə ondan ayrılanda mənən doyduğunu hiss edirsən. Çox pozitivdi. Səmimiyyətiylə, qayğısıyla. Doğmalığıyla. Onda xüsusi bir cazibə var. Təmizlikdən, saflıqdan, səmimiyyətdən doğan cazibə. Heç bir umacağı olmayan bu adam insana sevgi, ümid və xoş ovqat bəxş edir. Rafiq müəllim söhbət əsnasında Əhməd Ağaoğlundan “Qarabağlılar yaman and içən olurlar” iqtibasını gətirir. “Sənin əziz canın üçün”, – deyib, sözünü davam etdirir. Bu, Rafiq müəllimin kimə nəyi isə inandırmaq fikrindən irəli gəlmir. Onsuz da hamı onun səmimiyyətinə, dürüstlüyünə qeyri-şərtsiz inanır. Hamı bilir ki, bu and, and içdiyi adamın ona əziz, doğma olduğunu bildirmək üçündür. Rafiq müəllim bunu o qədər səmimi və gözəl edir ki, hamının içindən Rafiq müəllimin onun canına and içməsi keçir. Mən bilirəm Rafiq müəllim ingilis dillilər üçün yazdığı kitabları ingiliscə, alman dillilər üçün almanca, rus dillilər üçün yazdığı kitabları rusca yazır. Amma bilmirəm, Rafiq müəllim ingilis, alman, rus dillərində də Qarabağ ləhcəsiylə belə şirin danışırmı? Azərbaycan türkcəsində elə şirin danışır ki, bu adamın sənə nə qədər doğma, əziz olduğunu bir daha hiss edirsən. Eynəyin arxasından gözlər eyni bir nöqtəyə dikiləndə düşünürsən ki, beyində hansısa bir hesablama, əməliyyat gedir. Çox dəqiq bir analiz aparılır. Bu proses bir müddət davam edir. Hansısa bir qənaətə gələnə kimi. “Vaxt Rafiq müəllim üçün daha əhəmiyyətlidir, vacibdir”, – deyib, növbəti görüşü, ünsiyyəti gözləməli olursan. Narahat etməkdən çəkinirsən. Hansısa ideyanın gecikməsindən ehtiyatlanırsan. Onunla keçən zamanın necə keçdiyini duymursan. Çünki yorulmursan. Öyrənirsən. Saflaşırsan… Üzünə xoş təbəssüm qonur. İçinə rahatlıq gəlir. Ovqatın təzələnir. Təmizlənirsən. Durulursan. Ziyarətə getmiş kimi…
Rəsul Rzanın anadan olmasının 116-cı ildönümü qeyd olunur Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Rəsul Rzanın anadan olmasının 116-cı ildönümü tamam olur. Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti, dərin fəlsəfi düşüncəsi və yenilikçi poetik üslubu ilə seçilən sənətkar milli poeziyanın inkişafında mühüm rol oynayıb. 1910-cu il mayın 19-da Göyçay şəhərində dünyaya göz açan Rəsul Rza Azərbaycan poeziyasına yeni nəfəs gətirən sənətkarlardan biri kimi tanınıb. Onun yaradıcılığı yalnız poetik ifadə zənginliyi ilə deyil, həm də insan, zaman, vicdan və mənəvi dəyərlər haqqında düşündürücü fəlsəfi məzmunu ilə seçilib. Şairin əsərlərində müasirlik, azad düşüncə və vətəndaş mövqeyi əsas xətt təşkil edib. Rəsul Rza uzun illər ərzində Azərbaycan ədəbi-mədəni mühitinin inkişafına böyük töhfələr verib, həm şair, həm dramaturq, həm tərcüməçi, həm də ictimai xadim kimi geniş fəaliyyət göstərib. Onun zəngin ədəbi irsi bu gün də aktuallığını qoruyur, yeni nəsil oxucular və ədəbiyyatsevərlər üçün mühüm mənəvi mənbə olaraq qalır. Xalq şairinin xatirəsi daim ehtiramla anılır, əsərləri müxtəlif dillərə tərcümə olunur, yaradıcılığı ilə bağlı elmi araşdırmalar aparılır. Azərbaycan poeziyasının inkişafında müstəsna xidmətləri olan Rəsul Rza milli ədəbiyyat tarixində əbədi yaşayacaq sənətkarlardandır.
Ko‘nglimda yashaysan sirli bir doston, Har nafasim senda topar o‘z makon, Sen bo‘lsang yonimda qolmaydi armon, Sevgilim o‘zimni sevgilim.
Yomg‘irlar yog‘sa ham ismingni aytib, Sog‘inchlar ichida yuragim qaytib, Faqat sen tomonga intilar aytib, Sevgilim o‘zimni sevgilim.
Qo‘llaring tutganda to‘xtar zamonim, Ko‘zlaring boqganda yo‘qdir gumonim, Sen bilan to‘liqdir meni hayotim, Sevgilim o‘zimni sevgilim.
Bir kun ham ajrama mendan, iltijo, Sensiz bu dunyoda yo‘qdir bir ziyo, Sevging — eng ulug‘, eng pok bir daryo, Sevgilim o‘zimni sevgilim.
***
SƏN MƏNİM SEVGİLİMSƏN
Könlümdə yaşayırsan, sirli bir dastan kimi, Nəfəsimə hopmusan, şəfalı dərman kimi, Gəl, qal mənim yanımda, yaşayım insan kimi, Sən mənim sevgilimsən, məndə sənin sevgilin.
Həsrətindən ürəyim göynüm-göynüm göynəyir, Soruşur öz-ozundən, görən yarım neyləyir? Hər yağan yağmur mənə, səndən xəbər söyləyir, Sən mənim sevgilimsən, məndə sənin sevgilin.
Əllərini tutarsam toxtayacaq, zamanım, Gözlərinə baxarsam, yox olacaq gümanım, Sevginlə nəfəs alır, yaşayır ruhsuz canım, Sən mənim sevgilimsən, məndə sənin sevgilin.
İstəyirəm səninlə, ömrümə ömür qatım, Xoşbəxtliyə səninlə, birlikdə addım atım, Əsla məni tərk etmə, sönər o gün həyatım, Sən mənim sevgilimsən, məndə sənin sevgilin.
“GƏL” NƏZİRƏSİNDƏ İNSANİLİK, MƏNƏVİ DƏSTƏK VƏ ƏDƏBİ VARİSLİK RUHU (Zaur Ustac – Gəl) Müasir Azərbaycan poeziyasında klassik nəzirə ənənəsini yaşadan, onu çağdaş düşüncə ilə zənginləşdirən qələm adamlarından biri də Zaur Ustacdır. Onun ədəbiyyatşünas alim-şair Qəndabın “Amansızdır xəstəliyim” şeirinə yazdığı “GƏL” nəzirəsi yalnız poetik cavab deyil, həm də mənəvi dayaq, insani həmrəylik və yaşamaq eşqini təlqin edən mükəmməl bədii nümunədir. Bu şeir bir tərəfdən klassik nəzirə məktəbinin poetik xüsusiyyətlərini qoruyursa, digər tərəfdən müəllifin fərdi üslubunu, ictimai düşüncəsini və humanist baxışlarını özündə əks etdirir. Azərbaycan ədəbiyyatında nəzirə yazmaq yalnız forma təkrarı deyil. Bu, bir şairin digər şairlə mənəvi dialoqu, poetik söhbəti, fikrə və duyğuya verilən cavabdır. Klassik Şərq poeziyasında geniş yayılmış bu ənənə Nizami, Füzuli, Vaqif, Sabir kimi sənətkarların yaradıcılığında mühüm yer tutmuşdur. Müasir dövrdə isə bu ənənənin yaşadılması həm ədəbi yaddaşın qorunması, həm də söz sənətinin davamlılığı baxımından xüsusi əhəmiyyət daşıyır. Qəndabın “Amansızdır xəstəliyim” şeirində həyatın ağrıları, insanın daxili iztirabları, dərdlə üz-üzə qalması poetik dillə təqdim olunursa, Zaur Ustac həmin ağrıya ümid, təsəlli və birlik hissi ilə cavab verir. Bu baxımdan “GƏL” şeiri bir növ poetik məlhəm təsiri bağışlayır. Şeirin ilk bəndində müəllif dərdin qarşısında təslim olmamağı təlqin edir: “Sənə gələn, mənə gəlsin”, Sipər çəkək dərdə qoşa. Elə həmən təslim olma, Ömrü vuraq birgə başa. Bu misralarda yalnız fərdi hisslər deyil, ümumbəşəri humanizm vardır. Müəllif dərdi bölüşməyi, ağrını paylaşmağı həyat fəlsəfəsi kimi təqdim edir.“Sipər çəkək dərdə qoşa” ifadəsi birlik ideyasının poetik zirvəsidir. Burada insanın insana dayaq olması əsas ideya kimi ön plana keçir. “GƏL” şeirinin əsas gücü onun səmimiyyətindədir. Müəllif oxucuya yuxarıdan baxmır, öyüd vermir, əksinə, dərdi birlikdə yaşamağı təklif edir. Bu, müasir dövrün mənəvi ehtiyaclarından biridir. İnsanların getdikcə tənhalaşdığı bir zamanda belə misralar cəmiyyətə mənəvi yaxınlıq mesajı verir. Şeirin ikinci bəndində müəllif həyatın fəlsəfi mahiyyətinə toxunur: Hər nə gəlsə, bizə gələr, Dildən çıxan sözə gələr, Haqdan doğru düzə gələr, Könlü fərah, xürrəm yaşa. Burada taleyə münasibət, sözün məsuliyyəti və haqq anlayışı ön plana çıxır. “Dildən çıxan sözə gələr” misrası Azərbaycan xalq hikmətinə söykənən dərin mənalı poetik qənaətdir. Şair insanın dediyi sözün, etdiyi əməlin qarşısına çıxacağını xatırladır. Bu fikir həm dini-mənəvi, həm də etik baxımdan böyük məna daşıyır. “Haqdan doğru düzə gələr” misrası isə müəllifin ədalət və ilahi həqiqət anlayışını poetik şəkildə ifadə edir. Burada insanın düzgün yaşaması, haqq yolundan ayrılmaması əsas mənəvi çağırış kimi təqdim edilir. Şeirin son bəndində müəllif özünəməxsus poetik ifadə ilə ustad-şagird münasibətinə, dostluğa və mənəvi bağlılığa toxunur: Hər söz Ustaca fərmandır, Əlin əlimdə dərmandır, Sinəm halalca xırmandır, Baballa qoyma baş-başa. Bu misralarda Zaur Ustacın daxili dünyası, insan münasibətlərinə verdiyi dəyər açıq görünür. “Əlin əlimdə dərmandır” misrası sadəcə poetik təşbeh deyil, insanın insana şəfa olması ideyasının bədii ifadəsidir. Şair burada mənəvi yaxınlığın, dost əlinin ən böyük təsəlli olduğunu vurğulayır. “Sinəm halalca xırmandır” misrası isə müəllifin geniş ürək sahibi olduğunu göstərir. Burada həm mərhəmət, həm də saflıq duyulur. Şair insanları kinə, nifrətə deyil, halallığa və vicdanlı yaşamağa çağırır. Zaur Ustacın yaradıcılığına diqqət etdikdə onun poeziyasında insanlıq, mərhəmət, milli-mənəvi dəyərlər və sözə sədaqət xəttinin daim aparıcı mövqe tutduğu görünür. O, şeirlərində sadəcə estetik gözəllik yaratmağa çalışmır, həm də oxucunun mənəvi dünyasına təsir etməyi bacarır. .“GƏL” şeiri də bu baxımdan müəllifin humanist poetik düşüncəsinin uğurlu nümunələrindəndir. Burada həyat eşqi, dostluq, ümid və mənəvi dayaq ideyaları poetik ahənglə təqdim edilir. Şeir həm forma baxımından axıcıdır, həm də məna yükü etibarilə düşündürücüdür. “GƏL” nəzirəsi çağdaş Azərbaycan poeziyasında nəzirə ənənəsinin uğurlu davamı olmaqla yanaşı, insanı yaşamağa, mübarizəyə və mənəvi birliyə çağıran dəyərli poetik nümunədir. Şeir göstərir ki, söz yalnız estetik vasitə deyil, həm də mənəvi dayaq, ruhi təsəlli və insani körpüdür. Qəndabın nisgil dolu poetik harayına Zaur Ustac ümid, dostluq və mərhəmət dili ilə cavab verir. Bu isə ədəbiyyatın əsas missiyasını — insanı insana yaxınlaşdırmaq missiyasını bir daha təsdiqləyir. 19.05.2026. Bakı – Novxanı.