Elçin Səlimli (1960)

Elçin Səlimli – yazar

Elçin Səlimli – Elçin Məmmədağa oğlu Səlimov 20 noyabr 1960-cı iıdə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olmuşdur .
İlk təhsilini Xıllı qəsəbə ibtiai məktəbində almışdır .
1969-cu ildə ailələri həmin rayonun Aşağı Surra kəndinə köçmüş və təhsilinin davamını burada almışdır .
1978 -ci ildə Aşağı Surra kənd orta məktəbini “yaxşı” və “əla”qiymətlərlə bitirmişdir . Elə həmin il şəhərə gəlmiş və təhsilini burada da davam etdirmişdir .
Əvvəlcə texniki peşə məktəbini , ardınca SPT-nun gündüz şöbəsini , onun ardınca isə ATİ-nin axşam fakultəsini bitirmişdir .
Metallurq Energetik ixtisası ilə uzun müddət istehsalatda çalışmışdır .
1985-ci ildən ədəbi mühitdədir . Çoxlu sayda mətbu orqanlarda və ədəbi jurnallarda çap olunmuşdur .
AYB-nin üzvü olan şair , hal-hazırda 9 kitab və 1 pyes müəllifidir . Bu gündə fasiləsiz olaraq mətbuatda çıxış edir .
Ailəlidir . İki ali təhsilli övladı var .
“Qızıl Qələm”, media mükafatçısıdır .
Hazırda növbəti iki kitabını nəşrə hazırlayır .

Kitabları:

“Oğul olub doğulduğum torpağa ” 2000-ci il , “Təzə əsrin yazı gəlir ” , 2001-ci il ,
“Miras” , “Qadın ləyaqəti ” 2004-cü il , “Ürəkdə də bahar olsa ” 2007-ci il , ” Məni qınamağa dəyərmi dünya ” 2020-ci il , ” Ömrün yarım əsri” 2022-ci il , “Görüşünə gəlmişəm” 2023-cü il və ” Şəhidliklə bitən ömür ” 2025-ci il adlı kitablarım nəşr olunmuşdur .


KİMİNƏ ACI

İllər gedir ömürdən illər ,
Deməyə var hələ ,ürəkdə sözlər ,
Söz dolu aləmə təşrif buyurun ,
Dolansın fəsillər , ötsün fəsillər .

Dərindir bu sirri , böyük aləmin ,
Dərindən qavra ki , qoy olsun sənin ,
Odur gələcəyin , barın , bəhərin ,
Dəyişsə nəsillər , gəlsə nəsillər .

Bax , belə yaradıb , bizi yaradan ,
Yaradıb , qurmağı öyrəndik ondan ,
Yolumdan etməyi bacarmaz nadan ,
Layiqdir sayğıya yalnız əsllər .

Yaşamaq həyatın ölməz qanunu ,
Qocalıq bu ömrün , başının tacı !
Ömürlük yaddaşda saxlayın bunu ,
Kiminə xoş gəlir , kiminə acı !

    01.06.2026 

BİR XATİRƏDİR

Fəsillər yerini dəyişir bir-bir ,
İllər bir-biriylə olublar əlbir ,
Ömür karvan kimi ,baş alıb gedir ,
Yazdığım hər şeirim , bir xatirədir .

Elə hey yol gedir , ömür karvanım ,
Bilmirəm haraya dartır sarvanım ,
Hər ikisi olubdur mənim həyanım ,
Hər misram , hər bəndim bir xatirədir .

Bəzən də bu karvan dayanıb , durur ,
Sarvanın özü də möhkəm yorulur ,
Gözlərim hicranın yaşıyla dolur ,
Hər sözüm , hər sətrim bir xatirədir .

Çəksəm də özümü , mən hey kənara ,
Tuş oldum hər zaman , yaman axara ,
Sizdən ricam , bunu deməyin yara ,
Onunçün Elçinin özü , bir xatirədir .

    02.06.2026.

BİR DAHA DAŞMA

Salam , “Ana Kür”üm , xoş gördüm səni ,
Qismətim görüşə gətirib məni ,
Suların aşmaqda yenə sahili ,
Aman , “Ana Kür”üm , sahilin aşma .

Yenə qan-qan deyib , axıb gedirsən ,
Göy dolu buluda baxıb gedirsən ,
Sığmayıb yatağa çıxıb gedirsən ,
Aman , doğma Kürüm , həddini aşma .

Əsrlər boyunca dada çatmısan ,
Öz səxavətinlə anda çatmısan ,
Suyun həyat verib ,ada çatmısan ,
Aman , “Dəli Kür”üm , bəndini aşma .

Suyunla canlanır , hər qarış torpaq ,
Hətta yaşıllaşır quruyan budaq ,
Sayəndə gur yanır , yurdumda ocaq ,
Aman , “Sirli Kür”üm , səddini aşma .

Bütün el-obanı gəzər ,dolaşar ,
Doğma Xəzərimə Kürüm yaraşar ,
Elçin də , adına min dastan qoşar ,
Otur yatağına , bir daha , daşma .

  25.05.2026.

GÜLÜM 

Bir anlıq qəlbimi təsəlli etsən ,
Yüz il həsrətinlə yaşaram , gülüm .
Bal tək ləblərindən bir busə versən ,
Dərya tək çağlayıb , coşaram , gülüm .

Gəl yetiş dadıma , dayağım ol , sən ,
Eşq adlı dünyamda qonağım ol , sən ,
Yuxuma girməsən , xəyalım ol , sən ,
Sənin həsrətinə dözmərəm , gülüm .

Həyat çox şirindir , yaşamaq gözəl ,
Ömürlük səninəm , almasa əcəl ,
Sevginlə daima zirvəyə yüksəl ,
Dünyanı səninlə , bölərəm , gülüm .

  08.04.2026.

SON SÖZÜ

Nə qədər dünyada silah olarmış ?
Nə qədər insanın , qanı axarmış ?
Hamıya bəs edər bu yer üzünün ,
Başına nə qədər bəla gələrmiş .

Yorub artıq bizi , uçan raketlər ,
Dənizlərdə üzən hərbi gəmilər ,
Dayanın , bir durun , ay gicbəsərlər ,
Dünyanın sonuna bir şey qalmayıb .

Vurur təyyarəsi , atır PUA-sı ,
Tökülür başıma mərmi , bombası ,
Od , alov içində yanır yer üzü ,
Düşünüb , dayanın , Allah bəndəsi .

Çox çəkəcək hələ , bu hərbə-zorba ,
Cahanın başına keçirib “torba” ,
Dinlər arasında qızışıb “borba” ,
Yoxdur insanların gündüz , gecəsi .

Qurtarın qırğını , qurtarın baba ,
Düşməsin yurduma bir daha bomba ,
Bu qanlı davadan bizə nə fayda ,
Düşünən beyinlər desin son sözü .

  29.04.2026.

DÜNYA 

Artıq ümidim yox uzaq illərə ,
Quran insanlara tuzaq illərə ,
İsti havalarda sazaq illərə ,
Aparırsan bizi hayana , dünya .

Həyat nə verib ki , nəyi də alsın ?
Əzab , əziyyət , zülümdən başqa .
Bir quru canım var , onu da alsın ,
Onsuz da arzular toxunub daşa .

Bütün ömür boyu yük daşımışam ,
Çiyinlər bu yükdən inan qat salıb .
Bu ağır illəri necə aşmışam ,
Onlar ürəyimə ağır çat salıb .

Köçsəm bu dünyadan , dərd məni üzməz ,
Keçsəm həyatımdan , mərd məni üzməz ,
Yol daşlı , kəsəkli , sərt məni üzməz ,
Daşıyırsan bizi , nə fayda , dünya .

  24.04.2026.

***
Mən bir bütöv Azərbaycan ,
Qürurum , həm varlığımsan,
Sən vətənim, həm anamsan
Azərbaycan , Azərbaycan !

Dəmir qapı Dərbənd mənəm ,
Zəngəzuram , həm Göyçəyəm ,
Qarayazı , Borçalıyam ,
Azərbaycan , Azərbaycan .

Mən Bakıyam, mən Təbrizəm ,
Mavi gözlü bir dənizəm ,
Düşünmə ki, mən sənsizəm,
Azərbaycan , Azərbaycan !

Xan Arazam,Dəli Kürəm ,
Maral göləm,mən Göy göləm ,
Düşmənini məhv edərəm ,
Azərbaycan , Azərbaycan !

Mən Şuşayam, Qarabağam,
Həm Aranam , həm də dağam ,
Sən olmasan , mən də yoxam ,
Azərbaycan , Azərbaycan ! .

        16.03.2026.

ELÇİN SƏLİMLİNİNİN DİGƏR YAZILARI

MƏLAHƏT QULİYEVANIN YAZILARI

QƏNDABIN XANIMIN YAZILARI

ZAUR USTACIN YAZILARI

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir