O vaxtdan sənə tərəf saçımı darayıram

VAMP QADIN

Qəfil
Mafiya babası Eskobardan yox,
Kafe-barlardan yox…
Dənizkənarı bulvardan yox…
Elə bil, lay divarlardan,
Ayrıldı, qopdu, peyda oldu bu gözəl qız.
Restoran menyusuna gözucu baxıb
öz musiqisini pıçıldadı:
“Tomatsız…

Xatırladız?
Bu o həmin qızdi, həmin qız.
Kimə, ” Uzaq sahillərdə”ki qara geyimli faşist,
Əli qara toxmaqlı, fələk qırmanclı Cənab Şullts
Demışdi :
“Ah ğülsatan qız”….

O vaxtdan sənə tərəf saçımı darayıram.
Daraqsız.
Yanğımi söndürmür
İçdiyim “Sarikiz”.
Ah gülsatan qız.

Bu gün yenə də Mehdi Hüseynzadəyəm.
Yenə də elə həmin casusam.
Elə həmin casus.
Ah gülsatan qız.
Bu bir əbədi filmdir
Xronometrajsız.
Nizami kinoteatrınin 28- ci sirasindan görüb sevdim səni…
Bu bir filmdi.
Kinoafişasiz.
Həyat puçdur.
Əgər o vamp qadınsızdı,
Vamp qadınsız.
Eləmi cənab Şults?

Müəllif: Həmid Herisçi

Həmid Herisçinin digəri yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir