
Brilyant Cahan qızı Qurbanova – 1958-ci il avqustun 15-də Tovuz rayonunun Aşağı Eyyublu kəndində anadan olub.
ŞAİR
Günəştək nur saçır hər zaman parlaq,
Dünyanı sözüylə bəzəyir şair.
Qəlbinin səsiylə salır səs-soraq,
Nahaqqı haqqıyla tez əyir şair.
Nəmli yanaqları görüb ağlayır,
Hər an ümidini Haqqa bağlayır,
Dərdin qucağında coşub çağlayır,
Qəlbinə – “qəlbləri gəz”, – deyir şair.
Çox zaman dəryatək lal durur, baxır,
Qələmin nuruyla ruhlara axır,
O vaxt ki, “məngənə”ağzında sıxır-
Dilini yüyəntək çeynəyir şair.
Atəş dözüb, dözür dünya dərdinə,
Oduna yandığı həyat verdi nə?
Nə qədər sevinsək, gülsək də yenə-
Qəmsiz bir ömürü neyləyir şair?
06.12.2023.
Müəllif: Brilyant Qurbanova
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru