
“ORQAN” SÖZÜNÜN İNZİBATİ TƏŞKİLATLARIN ADLARI İLƏ ƏLAQƏLƏNDİRİLMƏSİ HARADAN GƏLİR?
(DİLÇİLİKDƏN ETÜDLƏR)
Bütün elmlər kimi dilçilik elmi də öz sahəsində inkişaf yolunu seçir və bu elmin təkmilləşməsində elmi tədqiqatlarını genişləndirir.Digər elmlərdə olduğu kimi dilçilik elmində də problemlərin aradan qaldırılması başa çatdırılmamışdır.
Dilçilikdə fonetik tərkib və səslənməsinə görə eyni, mənaca müxtəlif leksik-semantik söz qrupları “omonimlər” adlanır.(yunancadan “eyniadlı” mənasındadır)
Əslində insanın bədən üzvləri kimi “orqan” sözü tam yerindədər.Söz yunan dilində “organum” sözündən olub, bioloji bir termindir.Heyvanlarda və insanda beyin, ürək, göz, qaraciyər, mədə və s.; bitkilərdə kök, gövdə, yarpaq, çiçək orqanlar hesab edilir.Orqanizm sözü də bədən orqanlarının (üzvlərinin) tam şəkildə məcmusudur.
“Təşkilat, orqanizasiya” sözü latın dilində “organizo” sözündən olub, “qururam” mənasını bildirir.”Orqan” sözü bu mənada “təşkilat, qurum” kimi də yeni sözlər yaratmışdır.
“Orqan” sözünün musiqi aləti kimi də mənası vardır.
Hətta dilimizə daxil olan “orqanik” neologizmini də bu omonim sırasına daxil etmək məqsədə uyğun saymaq olar.
”Orqan” sözünün dörd mənada özünü göstərməsi ilk baxışda omonimiyanın mənaca müxtəlif, qrafik cəhətdən uyğunluğu ilə özünü təsdiq edir.
”Orqan” sözü ələlxüsus xüsusi qapalı (məxfi) təşkilatlara: hüquq-mühafizə, təhlükəsizlik idarələri, administrativ şöbələrin adları ilə birgə işlədilir.Yəni bütün təşkilatların (orqanların) adına qoşulmur.
Buna səbəb nədir?
Doğrusu sözün mənşəyinin vətəni olan ölkə dilçiləri üçün də bu sözün etimologiyası qaranlıqdır.Bu səbəbdən də heç bir ensiklopedik mənbədə sözün etimologiyası açılmamışdır.
Əslində “təşkilat” və bədən üzvü kimi işlənən “orqan” omonimi kökündən fərqlidir.Latın dilində “arcanum, arcanus” sözləri tərcümədə “gizli, sirli” mənasını bildirir.İngilis dilində də “arcane” sözü eyni mənanı bildirir.Lakin bu söz ingilis dilində arxaik söz kimi hesab olunur.
Əgər biz “arcanum” sözünə diqqət etsək, “organ-orqan” sözünün “arcanum” sözündən fonetik deformasiya nəticəsində yarandığını söz duyumu ilə qəbul edə bilərik.Sözün “gizli, sirli, məxfi” semantikası və fonetik quruluşundakı oxşar fonemlərin iştirakı bunu qəbul etməyə əsas verir.
Araşdırmadan belə nəticəyə gəlmək olur ki, təşkilat mənasında “orqan” sözü, bədən üzvü kimi işlənən “orqan” sözü ilə ilkin formada omonim olmamış, sonradan omonimik formaya düşmüşdür.
Hər zaman insanı düşündürən bu sözün işlənmə yeri nəhayət ki, öz məntiqi mənasını doğrultmuş oldu.
P.S.Həmişə “ filankəsin filanı orqan işçisidir” deyiləndə anında həmin şəxsin inzibati orqanlarda işləməsi məlum olurdu.Yəni “orqan” sözü digər təşkilatların təyinatından fərqli bir təşkilat olması hamı üçün anlaşıqlı olmuşdur.
“Organizo” sözünün xüsusi təyinatlı təşkilatlara mənsub olmasının mahiyyətini qərb dövlətlərinin dilçiləri də bu sözün “arcanus” sözündən yaranmasını bilmirlər.Bu dilçiliyin məntiqi və sözduyumu sahəsinin məhsuludur.
Mənim özüm üçün də maraqlı oldu.
Təşəkkür edirəm.
Müəllif: Həsən ƏLİYEV
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru