Namaz xalçasıdır şeir dəftərim

Namaz xalçasıdır şeir dəftərim

Məni güldürəndə gülmüşəm Allah,
Ən böyük sevinci özün ver mənə.
Yenə hüzuruna gəlmişəm Allah,
Bir mömin bəndəyəm, dözüm ver mənə.

Qəlbimdə ən böyük möcüzə şeir,
Sözü misra-misra tökür dilimdən.
Kor olmuş şeytana lənət tükənmir,
Azalmır Allaha şükür dilimdən.

Yaxşının dostuyam, pislərə yadam,
Duyğular qəlbimdə xoş avazlıdır.
Yenə sevicinə məs çəkir nidam,
Nöqtəmlə,vergülüm dəstəmazlıdır.

Dilimdə çevirim sözü qibləyə,
Yazmağı pozmağı bir adət edim.
Mənim tək dayanıb üzü qibləyə
Kağız da, qələm də ibadət edir.

Sevgimin gözündə yenə sökür dan,
Təsbehin qazancı zikrlər olsun.
Hər şeyə qadirdir böyük yaradan
Onun qüdrətinə şükürlər olsun.

Dayanıb arada bir nəfəs dərim,
Şeirə bir az da marağım artar.
Namaz xalçasıdır şeir dəftərim
Sərilib sözlərin ayağı altda.

Müəllif: Şahin Həmidi

Şahin Həmidinin yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

         

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir