AD GÜNÜ YALNIZ KEÇƏN İLLƏRİ XATIRLAMAQ DEYİL

AD GÜNÜ YALNIZ KEÇƏN İLLƏRİ XATIRLAMAQ DEYİL

Ad günü – hər il təkrarlanan və mənim üçün özümü daha dərindən anlamağa və keçirdiyim illəri dəyərləndirməyə vaxt ayırdığım bir gündür.
Bu, yalnız bir tarixi qeyd etməkdən daha çoxdur; varlığımı və həyatımı daha dərindən dərk etməli olduğum bir andır.
Hər ad günüm, nə qazandığımı və nə itirdiyimi dərk edərək cavablar tapmağa çalışıram.
Ad günümə gəldikdə qəribə bir hiss meydana gəlir ki, bunu sözlə ifadə etmək çox çətindir. “Ad günümdə ölmək istəyirəm” – deyə düşünürəm.
Əslində bu, pis bir hissiyat deyil, ruh halımın bir əksidir. Bu, həyatımın mənasını daha dərindən qiymətləndirmək və keçən zamanın dəyərini anlamağa çalışdığımı göstərir.


Bu vəziyyət həyatımı tərk etmək və ya özümə uzaqlaşmaq deyil.
Əksinə, hər il keçən zamanı qiymətləndirərək, hər anı daha mənalı şəkildə yaşamağa çalışmaqdır. İnsan yaşı artdıqca özünü daha yaxşı anlamaya, keçmiş illəri dəyərləndirməyə və həyatın mənasını daha dərin başa düşməyə çalışır.
Ad günü yalnız keçən illəri xatırlamaq deyil, həmçinin gələcəyə olan ümidlər və arzuların yeni bir mərhələsinə addım atmaq üçün bir fürsətdir.
Hər ad günüm həyatımı necə keçirdiyimi, doğru və ya yanlış istifadə edib etmədiyimi düşünərək özümdə dərin bir təhlil edirəm.
Bu prosesdə özümü ciddi şəkildə qiymətləndirir və gördüyüm işləri dəyərləndirirəm.
Hər ad günüm mənə daha dərin başa düşməyə, həyatımı daha mənalı etməyə imkan verir.
Ad günüm zamanı keçmiş dövrü və gələcəyə olan arzularımı təhlil edirəm.
Bu gün – həyatımı bir daha hiss etmək, yeni yaşımı qəbul etmək və ona daha güclü bir şəkildə yaxınlaşmaq günüdür. Sonuçda, hər ad günü bizə özümüzdən razı olmaq, şükür etmək və yaşadığımız həyatı daha dərinləşdirmək üçün bir fürsət təqdim edir.

24.01.2025

Cahangir NAMAZOV
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir