
Gəlməmisənki?
Zəngimi açmırsan,halım xarabdı,
Sinəndə daş barı hörməmisənki?
Qəmim siqaretdi,dərdim şərabdı,
Dərdindən keflənən,görməmisənki?
Kəsib,doğrayırsan kündə,əzizim,
Ölüb,dirilirəm gündə ,əzizim.
Nöqsan axtarırsan məndə,əzizim,
Sevgimdən dönməzəm,bilməmisənki?
Ağızda,damaqda xoş dad var idi,
Sevincdən uçmağa qanad,var idi.
Könül dəftərində bir ad var idi,
Üstündən xətt çəkib,siməmisənki?
Bu da yaşadığım bir cür ömürmüş,
Yanıb,tüstülənir,qalan kömürmüş.
Sənin ki ürəyin daşmış,dəmirmiş,
Cavab ver zəngimə,ölməmisənki?
Məhəmməd qalıbdır qulağı səsdə,
Gözləri yol çəkir,olubdur xəstə.
Dərd gəlir hər gündə dərdinin üstə,
İnsafa,mürvətə gəlməmisənki?
Aprel 2025
Müəllif: Məhəmməd Yəhyayev