Azərbaycan xalqının mədəni həyatında baş verən ən əhəmiyyətli hadisələrdən biri

Azərbaycan xalqının mədəni həyatında baş verən ən əhəmiyyətli hadisələrdən biri

“Birinci Türkoloji Qurultay 20-ci əsrin başlanğıcında türk xalqlarının, xüsusən Azərbaycan xalqının mədəni həyatında baş verən ən əhəmiyyətli hadisələrdən biri olaraq tarixə düşüb”.

Bunu Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş layihənin yeni buraxılışında TÜRKSOY-un Baş katibi, Qırğızıstanın xalq yazıçısı Sultan Rayev deyib.

O bildirib ki, qurultaya Sovet İttifaqı sərhədləri içində, eyni zamanda xaricdə yaşayan elm adamları, dilçi-alim, tarixçi, şair və yazıçılar, digər önəmli mütəfəkkirlərdən ibarət heyət, bütövlükdə 131 təmsilçi qatılıb:

“Bu böyük qurultay türk xalqlarının mədəni inteqrasiyasını vacib bir mərhələyə keçirib. Geniş, əhatəli coğrafiyada yaşayan əksər türk xalqlarını maraqlandıran bir sıra vacib mövzunun bəlirlənməsi, müzakirəsi, hazırlanması, sonradan gerçəkləşdirilməsi baxımından bu qurultay fövqəladə əhəmiyyətə malikdir”.

Mənbə: Baku.Tv

Birinci Türkoloji Qurultayın 100 illiyinə

Sultan Rayev haqqında

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir