
O qədər yolunu gözlədim ki, mən,
Yolunda gözümün nuru gedibdi.
Biz niyə ayrıldıq, söylə, de nədən?
Cavabın tapmıram, çox qəribədi…
Hansı daş altında gəzim eşqimi?
İndiki sevgilər görən eşqdirmi?
Allah hardadır de, gör eşidirmi?
Bu gediş, bu ağrı mənə zərbədi…
Qorxuram, özümü itirib gedim,
İzin ver sevgimi gətirib gedim.
Yarımçıq sözümü bitirib gedim,
Çox söz də demərəm, bircə kəlmədi…
Müəllif: Şəlalə CAMAL