Aysel Nazim – Gördüm

Gördüm

Bələndi duyğular könül mehrinə,
Ruhum vaqif oldu eşqin sehrinə.
Cənnət diyarımın daldım seyrinə,
Uca dağlarını, düzünü gördüm.

Haqdan dönməmişəm darda, çətində,
Mətin yaranmışlar qalır mətin də.
Günəşin alovlu hərarətində,
Doğma ocağımın kökünü gördüm.

Şair, hikmətini saxla özündə,
Qoxusu duyulur hər bir sözündə.
Ayna bulaqların zümrüd gözündə,
Bir mələksimanın üzünü gördüm.

06.09.2025

Müəllif: Aysel NAZİM


AYSEL NAZİMİN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir