
“Bu şəkildən nəsə çox xoşum gəlir. Ona görə ki, necə, kim tərəfindən çəkildiyindən nə mənim,nə də Azərin xəbəri olmayıb. Səhv etmirəmsə 2017- ci ilin may ayıdır. İsmayıllıda,”Qız qalası” istirahət mərkəzində, cənnətmisallı təbiətin qoynunda Musa Yadubun 80 illik yubileyidir. Məclisi Sabir Rüstəmxanlı aparırdı. “Ədəbiyyat qəzeti”nin baş redaktoru olan Azərə söz verməmişdən əvvəl, Sabir müəllim mənim haqqımda da bir neçə xoş söz dedi. Azər danışmamışdan əvvəl rəhmətlik Musa Yaqub atamı da xatırladı. Şəkildə Azər “Ədəbiyyat qəzeti”nin Musa müəllimə ünvanladığı təbriki oxuyur. Musa müəllimin sol tərəfində Sabir Rüstəmxanlı əyləşib. Sağ-görünməyən tərəfində isə Anar müəllim idi. Azər danışanda Anar müəllim məndən nəsə soruşdu… Bu şəkil də məhz həmin vaxt çəkilib…
Yubileydən bir müddət sonra Neftçaladan Musa Yaquba zəng etmişdim,söhbət əsnasında Musa müəllimdən yubiley kasetini istədin. Musa müəllim mənə:
-Yaxşı yadıma saldın – dedi- Həmin kaseti televiziyada göstərmək üçün (çox məşhur bir jurnalistin adını çəkdi) məndən aldı. Hələ də göstərməyiblər… Üstəlik həmin kaseti geri də ala bilmirəm. Sən Azərə de, gör o kaseti həmin jurnalistdən ala bilər…
Az sonra Musa müəllim xəstələndi…
Kasetin taleyindən də xəbərim olmadı…”
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında