Təvəkkül Goruslu – Axtarırıq

AXTARIRIQ

İnsan olan bir ömürdü çarpışmada,
Yaşam adlı qayğıların hesabı yox.
Qəlb deyilən için- için alışmada,
Həm yazmağa dəftəri yox, kitabı yox.

Cavanların saçlarına düşən “ağ”lar,
Ataların, anaların qəlbin dağlar.
İçdə tufan, baxış tutqun, gözlər ağlar,
Beləcə də can olanı əcəl haqlar.

Ədalətin nəfəsi yox, vicdan yatıb,
Qanun yazan yazır, pozur öz nəfinə.
Adamların bir ovucu varda batıb,
Bəşər dönüb hərisliyin hədəfinə.

Zəhmətkeşin əli qabar, mədəsi boş,
Müftəxorun, tüfeylinin artır sayı.
Haram yolla varlananın ürəyi daş,
Kasıb doğma qardaşına olmaz payı.

Altmış beşdə təqaüdə çatan adam,
Anlayır ki, qırx beş ilin verib yelə.
Boğulurkən saman çöpü tutan adam,
Ahıl yaşda çarəsizcə girib selə.

Bax beləcə ömr edirik, ömür desən,
Yoxdu elmə nə əxlaqa qiymət verən.
Həyatından, öz- özündən çoxdu küsən,
İnsan oğlu yurd- yuvadan olub pərən.

Gün çıxınca batmasını gözləyənlər,
Yata bilsək yuxu yozan axtarırıq.
Naqisliyə, pisliklərə göz döyənlər,
Dinən, deyən, düzü yazan axtarırıq!

12.10.2026

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir