Tanınmış pedaqoq, jurnalist, yazıçı Fərhad Əsgərov “Gizli oyunlar” adlı yeni kitabının nəşr olunması münasibətilə “Ziyadar” mükafatı ilə təltif olunub. Təbrik edirik!
Müasir fəlsəfənin ən nüfuzlu simalarından biri hesab edilən alman filosofu İmmanuel Kantın əxlaq fəlsəfəsinin mərkəzində əxlaqi mülahizələrə və qərarların qəbuluna rəhbərlik edən əsas prinsip olan kateqoriyalı imperativ anlayışı dayanır. Kantın əxlaq fəlsəfəsinin əsasını onun bütün rasional varlıqlara aid universal prinsip kimi təqdim etdiyi kateqorik imperativ ideyası təşkil edir. Kant kateqorik imperativi bir neçə yolla formalaşdırdı, lakin ən məşhur ifadələrdən biri belədir: “Qarşındakına uyğun hərəkət et ki, eyni zamanda onun ümumbəşəri qanuna çevrilməsini istəyə biləsən” Daha sadə dillə desək, bu o deməkdir ki, insan oxşar şəraitdə eyni qaydaya əməl edən hər kəslə rahat olacaq şəkildə hərəkət etməlidir. Kateqorik imperativin başqa bir ifadəsi belədir:“Elə hərəkət et ki, insanlığa istər öz şəxsində, istərsə də başqasının simasında, heç vaxt sadəcə məqsədə çatmaq üçün bir vasitə kimi, həmişə eyni zamanda məqsəd kimi davranma” Kant burada bütün insanların xas dəyərini və ləyaqətini vurğulayır, başqalarından heç vaxt öz məqsədlərimiz üçün sadəcə alət kimi istifadə etməməyimizi təklif edir. Kantın əxlaq fəlsəfəsinin mərkəzində əxlaqi prinsiplərin ağıl və rasionallığa əsaslanması fikri dayanır.O, rasional varlıqların muxtariyyətə, özünüidarəetmə qabiliyyətinə və əxlaqi qərar qəbul etmə qabiliyyətinə malik olduğuna inanırdı. Kanta görə, biz rasional qabiliyyətlərimiz vasitəsilə ümumbəşəri əxlaq qanunlarını tanımağa və onlara əməl etməyə qadir olan əxlaqi agentlərik. Kant həm də şərti məqsədlərə əsaslanan hipotetik imperativlərlə əxlaqi vəzifəyə əsaslanan kateqoriyalı imperativləri fərqləndirirdi. Hipotetik imperativlər bizə konkret məqsədlərə nail olmaq üçün nə etməli olduğumuzu söyləsə də, kateqoriyalı imperativ şəxsi istəklərimizdən və məqsədlərimizdən asılı olmayaraq nə etməli olduğumuzu söyləyir. Kant üçün bir hərəkətin mənəvi dəyəri onun nəticələri ilə deyil, onun arxasında duran motivlə müəyyən edilir. O, iddia edirdi ki, vəzifə hissi ilə həyata keçirilən və əxlaqi qanunun rəhbər tutduğu hərəkətlər, nəticələrindən asılı olmayaraq mənəvi dəyərə malikdir. Kanta görə, qeyd-şərtsiz yaxşı olan yeganə şey yaxşı iradədir.Kantın əxlaqi borcun əhəmiyyətini və rasional varlıqların daxili dəyərini vurğulaması etik nəzəriyyəyə dərin təsir göstərmiş və əxlaq və etika ilə bağlı müasir müzakirələri formalaşdırmağa davam edir. Onun əxlaq fəlsəfəsi tənqid və müzakirələrə məruz qalmasına baxmayaraq, Kantın fikirləri etika sahəsinə əhəmiyyətli töhfə olaraq qalır və fəlsəfi araşdırmalara ilham verməkdə davam edir. Nəticə etibarilə, Kantın əxlaq fəlsəfəsi öz diqqətini kateqoriyalı imperativ, rasionallıq, muxtariyyət və əxlaqi vəzifəyə yönəltməklə, etikanı anlamaq və əxlaqi qərarların qəbul edilməsinə rəhbərlik etmək üçün cəlbedici çərçivə təmin edir. Kant əxlaqi prinsiplərin ümumbəşəri mahiyyətini və vəzifə hissi ilə hərəkət etməyin vacibliyini vurğulayaraq, əxlaqın təbiəti və etik davranışın əsasları haqqında dəyərli fikirlər təklif edir.
P.S. Şair şiirde kendi karamsarlığında ve sıkıntılarında boğulduğu algısını yaratsa da aslında burada çok önemli bir ayrıntıya dikkat çekmektedir. Muhteşem bir yüzyılda olmamıza rağmen şair coğrafyalarda hala var olan acılara dikkat çekmek istemiştir.
Norveçin paytaxtı Oslo şəhərində Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanın “Trolların sirri” adlı nağıl kitabına təqdimat keçirilib. Sözügedən nağıl Skandinaviya xalqlarının nağıl qəhrəmanları Trollara həsr edilib.
Tədbiri giriş sözü ilə N. Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva açaraq, “Trolların sirri” nağıl kitabının Gülzar İbrahimova ilə həftəsonu məktəbinin sıx əməkdaşlığı əsasında yarandığını bildirib: “ Bu nağıl kitabı həm məzmunu, həm də tərtibatı ilə şagirdlərin marağına səbəb olub. Artıq məktəbimizin şagirdləri “ Trolların sirri” kitabını Norveç dilinə tərcümə etməyə başlayıblar. Bu kitab həm məktəbimizin, həm də şagirdlərin kitabxanasında xüsusi yer alıb”.
Tədbirdə çıxış edən Gülzar İbrahimova Norveçdə dünyaya göz açmış uşaqlarımızın dilimizlə yanaşı, ədəbiyyatımızı da öyrənməsini təqdirəlayiq olduğunu bildirib. “Trolların sirri” kitabının yaranmasından danışan G. İbrahimova nağılın bir il müddətinə ərsəyə gəldiyini bildirib. Yazıçı sözügedən nağılın oxucular tərəfindən sevildiyini bildirib və Trolların onun yazdığı yerli və xarici nağıl qəhrəmanları arasında özünəməxsus yeri olduğunu bildirib.
Tədbirdə uşaq yazıçısı, “Ağıllı bala” nəşriyyatının rəhbəri, Fatima Alxas, Tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü,“Məcməüşşüəra” ədəbi məclisinin sədri Şahin Fazil, şairlərdən – Gülayə Şınıxlı, Fəxrəddin Meydanlı, Zaur Ustac, 1 saylı uşaq-gənclər məktəbəqədər müəssisənin, 189, 220 saylı məktəblərin müəllim və şagirdləri “Trolların sirri” kitabı haqqında fikirlərini bildirib və G. İbrahimovaya yaradıcılıq uğurları arzu ediblər.
Təqdimatda Muğam Mərkəzinin solistləri Könül Xəlilzadə, Elgiz Əliyev və balaca müğənni Əhəd Ağayev, gözəl ifaları ilə iştirakçıları heyran etməyi bacarıblar. Səhər Zərdablının və Tunar Qarayevin həm milli, həm xarici üslubda əyləncəli rəqsləri tədbirə əlavə sevinc qatdıb.
Tədbirin sonunda Osloda N. Gənvəvi adına həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata məxsus olan “Ana dilim” və “Sağ ol, Ey Vətən! ” mahnılarını ifa ediblər.
Tədbirdə iştirakçılara hədiyyə paketi şəklində içərisində müəllifin “Trolların sirri” və “Norveç qoğalı” olan kitabları təqdim edilib.
Onu da qeyd etmək lazımdır ki, “Trolların sirri” kitabının təqdimatı ilk dəfə 25 may 2024-cü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin və Osloda N. Gəncəvi adına həftəsonu məktəbinin birgə təşkilatçılığı ilə Oslonun məşhur “Deichman Bjørvika “ kitabxanasında keçirilib. Tədbirdən fotolar:
YENİ “PEDAQOGİKA” DƏRSLİYİ NƏŞR OLUNDU “Mütərcim” nəşriyyatı pedaqogika elmləri doktorları, professorlar Akif Abbasov və Hikmət Əlizadənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün yazdıqları “Pedaqogika” dərsliyini nəşr etdi (Bakı: Mütərcim, 2024, 400 səh.). Dərsliyin elmi redaktoru pedaqogika elmləri doktoru, professor Fərahim Sadıqov; rəyçiləri pedaqogika elmləri doktorları, professorlar Hümeyir Əhmədov, İntiqam Cəbrayılov və Həsən Bayramovdur. Dərslik 4 bölmə və 28 fəsildən ibarətdir. Dərslikdə pedaqogikanın ümumi məsələləri, pedaqogikanın ümumi məsələləri, məktəbin və pedaqoji fikrin inkişaf tarixi, Azərbaycanda pedaqoji fikrin inkişafı, şəxsiyyətin inkişafı və tərbiyəsi, pedaqoji prosesdə müəllim və onun vəzifələri, təhsil sistemi, təhsil qanunu, və təhsilin inkişafı strategiyası, didaktika, təlim prosesi, təhsilin məzmunu, təlimin prinsipləri, metodları və təşkili formaları, şagird nailiyyətlərinin qiymətləndirilməsi kimi məsələlər öz əksini tapmışdır. Haqqında danışılan məsələlər prof. H.Ə. Əlizadə tərəfindən işlənmişdir. Professor A.N. Abbasovun qələmə aldığı məsələlər bunlardır: tərbiyənin nəzəri məsələləri, tərbiyənin mənşəyi, mahiyyəti, məqsəd və vəzifələri, tərbiyənin prinsipləri, metodları və tərkib hissələri (mənəvi tərbiyə, əmək tərbiyəsi, fiziki tərbiyə, estetik tərbiyə, hüquq tərbiyəsi, iqtisadi tərbiyə və ekoloji tərbiyə); məktəblilərlə sinifdənxaric və məktəbdənkənar iş, məktəb, ailə və ictimaiyyətin əlbir işi, məktəbşünaslıq. Dünyada məktəb və pedaqoji fikrin inkişafı tarixinə qısa ekskursun ardınca Azərbaycan pedaqogikasının çoxəsrlik formalaşma prosesinə, ən yeni dövrdə təlim və tərbiyənin inkişaf strategiyasına, məzmun məsələlərinə, tədris texnologiyalarına diqqət yetirilir. Tədris resursu kimi çoxəsrlik ali təhsilin bakalavriat səviyyəsi üçün nəzərdə titulsa da, təhsil ixtisasları və ixtisaslaşdırmaları üzrə magistrantlar və doktorantlara, pedaqoji kadrlara, eləcə də kütləvi oxucuya gərəkli ola bilər.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı bütövlükdə Çeçenistana həsr edilib.
525.az xəbər verir ki, bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Onun bildirdiyinə görə, nəşrin “Çeçenistan” sayında fərqli ədəbi nəsillərə mənsub sanballı imzaların seçmə proza və poeziya nümunələri toplanıb. Nəşrdə Çeçenistanın tarixinə və bugününə, çeçen dili və ədəbiyyatına dair məqalələr də öz əksini tapıb.
SEYFƏDDİN HÜSEYNLİ qeyd edib ki, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair SƏLİM BABULLAOĞLUnun rəhbərliyi və təşkilatçılığı ilə gerçəkləşən bu yaradıcılıq layihəsi Azərbaycan-Çeçenistan ədəbi əlaqələrinə böyük töhfədir: “Fikrimcə, dərgimizin “Çeçenistan” sayı çeçen ədəbiyyatının Azərbaycan dilinə sistemli tərcüməsi, bizim ədəbi mühitdə layiqincə tanıdılması yolunda ilk mühüm addım kimi də əlamətdardır!”
Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla nəşrdəki “Qafqaz dağlarıtək məğrur çeçen ədəbiyyatı” adlı təqdimat yazısında qeyd edir ki, “Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbi cameəsinə həsr olunmuş bu sayında təqdim olunan klassik və müasir nümunələrdə çeçen həyatı, xalqın quruculuq və mübarizə tarixi boy göstərir: “Bu yazılarda çeçen xarakteri, xalqın gələnəklərini ortaya qoyan qəhrəmanlıq motivləri, çeçenlərin bugünkü həyatı öz əksini tapıb”. Akademikin fikrincə, “çeçen ədəbiyyatı mənsub olduğu xalqla eyni taleyi yaşayıb, dəfələrlə repressiyalarla üz-üzə qalıb, lakin sınmayıb, tarix səhnəsini tərk etməyib, çətinliklərdən keçərək, sınaqlardan çıxaraq öz bədii mövcudluğunu qoruyub saxlamağı bacarıb, xalqın taleyini, özünəməxsus mədəniyyətini bugünümüzə daşıyıb”.
Şair və tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu “Ən vacib mövzularda çeçen ruhu ilə yazmaq…” essesində həm bu sayın ərsəyə gəlməsinə yol açan hadisələr, həm də çeçen xalqının tarixi, ədəbiyyatı və bugünü ilə bağlı düşüncələrini, təəssüratını qələmə alıb. Onun qənaətinə görə, Şimali Qafqaz xalqlarının yeni yazılı ədəbiyyatları sırasına aid edilən hazırkı çeçen ədəbiyyatının tarixi son iki yüz ili əhatə eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi, sistemli öyrənilməsi əsasən son yüz ildə baş verib: “Hərçənd elə həmin o son yüz il də əsla sadə dövr olmayıb; 3 dəfə “əlifba (ərəb-latın-kiril) islahatı”nın hər bir xalqın dili və ədəbiyyatı üçün yumşaq desək, nə qədər böyük çətinliklər yaratdığını biz azərbaycanlılar pis bilmirik; üstəgəl, bütün bu əlifba dəyişiklikləri məlum tarixi hadisələrin, təlatümlərin, qanlı savaşların, repressiya və təqiblərin, sürgün, terror və vətəndaş qarşıdurmalarının təzahürü olub…”
S.Babullaoğlu essesini Çeçenistanın paytaxtı Qroznıya səfərindən bir xatirə və çeçen xalqının gələcəyinə dair çox mühüm diləklə tamamlayır: “Axşamüstüdür. Mərkəzdə türk ustaların inşa etdiyi 4 minarəli “Çeçenistanın ürəyi” məscidinə tərəf addımlayıram. Görüşdüyüm universitet müəllimlərinin və gənc tələbələrin, gün ərzində üz-üzə gəldiyim insanların elə yol boyu da təkəmseyrək qarşılaşdığım adamlar kimi sarışın, ağbəniz, işıqlı simaları, ağıllı baxışları təkrar-təkrar gözümün önündən keçir və anlayıram ki, Çeçenistan yaralarını sağaldıb, sağaldır. Qoy Allah bu mərd xalqa bir də savaş, qırğın nəsib eləməsin!”
Dərginin bu sayı AYB ilə Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Nəşrin hazırlanmasında Çeçenistan DPU-nun rektoru İsmayıl Bayxanovun, əsərlərin tərcüməsi üçün hüquqların təmin olunmasında Çeçenistan Yazıçılar İttifaqının sədri Aləməhəd Yelsayevin xüsusi rolu var. Layihənin koordinator və məsləhətçiləri Tamara Avtayeva və Raisa Buralovadır.
Nəşrin “Proza” bölümündə Səidbəy Arsanov, Xalid Oşayev, Səid Budayev, Məhəmməd-Salah Qadayev, Umar Qaysultanov, İsa Zakriyev, Səid-Həmzət Nunuyev, Musa Əhmədov, Əminət Tapalayeva, Asya Umarova və başqa müəlliflərin yaradıcılığından nümunələr var.
“Poeziya” bölümündə Məryəm İsayeva, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Əhməd Süleymanov, Raisa Əhmədova, Şeyxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev və digər şairlərin əsərləri verilib.
Çeçen poeziyası nümunələri Azərbaycan oxucusuna Səlim Babullaoğlunun tərcüməsində təqdim olunub. Bədii nəsr və ədəbiyyatşünaslıq materiallarını isə Seyfəddin Hüseynli, Azad Yaşar, Dürdanə İbrahimova-Hüseynbəyli, Şəfiqə Şəfa, Səadət Sultan və Həmid Piriyev tərcümə ediblər.
Mövsur İbrahimovun “Çeçen Respublikası: tarix və çağdaş dövr” məqaləsini S.Hüseynli, Aysa Xalidovun “Çeçenlərin yazı mədəniyyəti: tarixi keçmiş və müasir vəziyyət” yazısını A.Yaşar, Zarema Çukuyevanın “Çeçen ədəbiyyatı: inkişafının əsas mərhələləri və tendensiyaları” məqaləsini Ş.Şəfa çevirib.
Nəşrin bədii tərtibatında Çeçenistanın tanınmış rəssamlarından Məhəmməd Zakriyev və Rüstəm Yaxixanovun təsviri sənət nümunələrindən istifadə olunub.
Dizayneri Emil Camalov, korrektorları Gülzar Vaqifqızı və İbrahim Cəfərov olan dərginin bu sayı “Mücrü” nəşriyyatında çap edilib.
Ədəbiyyatda müxtəlif cür “tanınmaq” var. Ədəbi mühitdə tanınmaq, əsasən hay-küy hesabına. Xalqın sənnən xəbəri yoxdur amma sən xalqın adından püskürürsən, od-alov saçırsan. İmza günü keçirirsən. Bir az qohum -əqrəba, bir az dost filan. Nişana oxşar bir şey. Elə bil söyüş qoyublar ki, tənqid olmaz. Saxta təriflər,saxta alqışlar,ət-tökən çıxışlar. İştirakçılar səbəbkara azərbaycan ədəbiyyatında özünə məxsus yer axtarırlar, və asanlıqla tapırlar. Az keçmir ki, yüz səhifəlik şeri haqqında üç yüz səhifəlik kitab yazırlar… Var imzasından tanınmaq. Yəni əsərinin effektinin zəif olmasından asılı olmayaraq ona-buna imkan vermədən adının tez-tez görünməsi və zorən yaddaşa pərçim olunması. Buna deyirlər imzasından tanınmaq. Yəni heç bir yazısı ,sözü yadda qalmadan sadəcə adı, təxəllüsü çox hallandığından, gözü döydüyündən imzasının yadda qalması . Filan şairi tanıyırsanmı-soruşanda ,-hə, imzasını tanıyıram -deyir… Var şəklindən tanınmaq. Yəni şerindən xeyli böyük olan şəklinin oxucunun gözünü döyməsi ilə yadda qalmaq. İri “mənalı” şəkil adətən səif yazını ört-basdır eləmək üçün nümaiyş etdirilir. Əlbəttə bunu istedadlı mətnin mövzusuna uyğun hər hansı mənzərənin və müəllifin şəklinin qovuşuğundan alınan təbii bədii kompozisiya ilə qarışdırmaq olmaz. Musiqi sahəsində olduğu kimi ədəbi qalmaqalla yadda qalmaq, tarixi şəxsiyyətlərə, haqq dünyasında uyuyan şair və yazıçıların ruhuna sataşmaqla, nəhayət onların varisləri ilə ədəbi şounu davam etdirməklə tanınmağa çalışanlar var.Özünü tanımayanların özünü tanıtmaqları daha tragikomik görünür. Əllaməçiliklə məşğul olub ədəbiyyatdan əbədiyyətə can atanlar daha qorxuncdur. Var sözündən tanınmaq. Bax bu tanınmağın ən mübarək ,ən ali mərhələsidir. Yazdığı sözdən yazarın bütün əlamətləri görünür. Şəkli, xarakteri, şəxsiyyəti, dünyagörüşü və s. Çalışın sözündən tanınanlardan olun əziz dostlar!
Şəkildə Dostoyevski tərəfindən yazılmış “Karamazov Qardaşları” əsərinin qaralaması təqdim edilmişdir: Fyodor Dostoyevskinin “Karamazov qardaşlar” kitabı onun şah əsəri olmaqla bərabər, həm də son əsəridir. Bu əsərdə ,o, bir sıra nüanslara toxunmuşdur: 1.Varlığın əzabı: Həyat əzab, şübhə və əxlaqi mürəkkəbliklərlə doludur. Roman bu ekzistensial suallarla mübarizə aparır, oxucuları onlarla üz-üzə durmağa təşviq edir.
– İnamın gücü və ya onun yoxluğu: Dostoyevski məna və məqsəd tapmaqda imanın rolunu araşdırır. Ziddiyyətli personajlar vasitəsilə o, onun məhdudiyyətlərini şübhə altına alaraq, gətirə biləcəyi təsəlli imanını təsvir edir. 3.İnsan təbiətinin ikiliyi: Xarakterlər hamımızın daxilində yaxşı və şəri təcəssüm etdirir. Bu ifratları araşdırmaq həm şəfqət, həm də qəddarlıq qabiliyyətimiz haqqında düşünməyə sövq edir. 4.Azad iradə və məsuliyyət: Romanda azad iradə anlayışı dərinləşir. Biz seçim etməkdə azadıq, həm də müsbət və mənfi nəticələrə görə məsuliyyət daşıyırıq. 5.Sevgi və şəfqətin əhəmiyyəti: Qaranlığa baxmayaraq, Dostoyevski əzablara qalib gəlmək və başqaları ilə əlaqə qurmaq üçün sevgi və şəfqətin gücünü vurğulayır. “Bizi daha yaxşı hiss etdirən şeylər çox vaxt bizi hiss etdirən şeylərdir. Və hiss – həqiqətən hiss – sağalmanın yeganə yoludur.”