Kateqoriya arxivləri: www.USTAC.az

Allah rəhmət eləsin

Yazarlar cameəsi adından dəyərli dostumuz, “Yazarlar jurnalı”nın və Yazarlar.Az saytının Özbəkistan üzrə təmsilçisi, Beynəlxalq əlaqələr üzrə meneceri Cahangir Namazovun qəfil ölümündən kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına, doğmalarına və bütün Cahangirsevərlərə – Türk ədəbi cameəsinə başınız sağ olsun deyirik.

Allah rəhmət eləsin. Amin.

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Hayrettin YAZICI – Allah rəhmət eləsin

Kafamız dün meydana gelen olaylardan dolayı zaten ölümlere kurgulanmışken, sabah sabah bu haberi sayfamda görmek beni inanılmaz mutsuz etti ve üzdü. Has ismi ile Cihangir Mirza NAMAZOV.

İki yıldan bu yana tanıdığım, sizlerin de neredeyse her gün sayfamda fotoğrafına ve yazılarına rastladığınız, ki paylaşmayı çok severdi. Türk Dünyası ve Özbekistan’ın, kanlı canlı, heyecan dolu ve çok genç ve başarılı, bu has evladının vefatı beni çok üzdü. Rahmetler diliyorum, ruhu şad, mekanı cennet olsun…Özbek dostlarıma başsağlığı ve sabır diliyorum…

Hayrettin YAZICI

“Gece saat 23:30’da, öğrencim bana kötü bir haber getirdi:
Namanganlı yetenekli şair Jahangir Nomozov (Jahongir Mirzo)’nun vefat ettiğini söyledi.

Jahangir’i yakından tanımasam da, birbirimizi uzaktan tanıyorduk ve zaman zaman haberleşiyorduk.
Yaklaşık on gün önce, İspanya’da yayımlanan AZAHAR dergisinde ikimizin de şiirleri yayımlanmıştı.

Henüz 29. baharını yeni karşılamış olan şair dostumuz bugün artık aramızda yok.
Kader onun alnına kısa bir ömür yazmış…
Allah rahmet eylesin.

Rabbim yakınlarına sabır versin.

Şüphesiz biz Allah’a aidiz ve sonunda O’na döneceğiz.
İnnâ lillâhi ve innâ ileyhi râciûn.”

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Вахобова Турсуной – ЙИҒЛАБ-СИҲТАБ

Охирати обод бўлсин, Оллоҳ чорлаган экан. Кўникишга мажбурмиз

ЙИҒЛАБ-СИҲТАБ

Келиб кетар даҳр экан-ютарин қуймас,
Ёшмиди, қарими-тутарин қуймас,
Азал абад чарх мотам-чилторин қуймас,
Ўтганларга марсия битаверамиз,
Йиғлаб-сихтаб аза тутаверамиз.

Дунё дея шошганча-чала қолиб иш,
Югурсанг, чопсанг ҳам-битмай ҳар юмуш,
Кўз ёшингга боқмасдан-жон олар эмиш,
Кетганларга тазия этаверамиз,
Йиғлаб-сиҳтаб аза тутаверамиз.

Товонингга ботганча-кунда тиконлар,
Гоҳ ука, гоҳ ака-юрагинг қонлар,
Тўлмайин жон ютар-қаро ўпқонлар,
Кунда ғам-ғуссага ботаверамиз,
Йиғлаб- сихтаб аза тутаверамиз.

Ҳаёт қонли йўлдир-заҳмати улкан,
Ҳар сатрингда ногоҳ-кимдир қуларкан,
Ғанимат жон дея- Раҳмон имларкан,
Ҳар қисматга кўниб кетаверамиз,
Йиғлаб-сиҳтаб аза тутаверамиз.

Қовжираб қолади, сен эккан гуллар,
Бўш косанг лабларинг, интиқиб тилар,
Ёмонми, яхшими ўтказиб онлар,
Оға-ининг–тобутга ортаверамиз
Йиғлаб-сиҳтаб аза тутаверамиз.

Ҳар инсон ғанимат- ҳар он лаҳзалик,
Гоҳ қадрин биламиз-гоҳида ўлик,
Дунё меҳмонхонадир- умр тўрт кунлик,
,, Бандалик”лаб-дарсин ютаверамиз,
Йиғлаб-сихтаб аза тутаверамиз.

Yazar: Tursunoy Vahobova

Вахобова Турсуной (Tursunoy Vahobova)

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

Yazarlar.Az

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qabil Nəbi – HARA GEDİRSƏN?

HARA GEDİRSƏN?
Hara gedirsən, dostum?..
Tanıyırsanmı yolunu,
yol yoldaşın kimdir bəs?
Bilməsən də olar adını.
Yetər,
ürəyi daş deyilsə,
ağlı çaşbaş deyilsə.
Qocalıqdan deyil,
cahillikdən itirir ağlını
bu zamanda insanlar.
İçi yalanla doludur adamların,
yollarımız dumanla.
Əl uzadıb silməyi gəlir adamın,
tərləmiş şüşəni silən təki.
Bu temperatur fərqindən yaranan tər deyil,
Düzlə əyrinin arasına qonan çəndir.
Bu arada əyilmişlərin gözü görür ancaq…
Əyilə bilməmək bir dərddir,
əyilib düzələ bilməmək bir.
Yenə düz qalmaq yaxşıdı.
Yağmurlara
məruz qalan səthi
az olur bədənin…
Hələ o təpədən
enmək də var.
Kimi dığırlanar,
kimi düşər ayağıyla.
Pambıq tıxama
barı vicdanının qulaqlarına.
Adi qulaqlar onsuz da eşitmir
bir çox hıçqırtıları.
Yolun açıq olsun,
dostum.

Müəllif: QABİL NƏBİ

QABİL NƏBİNİN YAZILARI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Xəzan” ədəbi-bədii jurnalının növbəti – mart-aprel, 2026 sayı çapdan çıxıb

“XƏZAN” – 72

“Xəzan” ədəbi-bədii jurnalının növbəti – mart-aprel, 2026 sayı çapdan çıxıb. Sayca 72-ci olan yeni nömrə 104 səhifədir. Redaktorun seçməsi olan “Molla Nəsrəddin” jurnalının nəşri ilə bağlı araşdırma yazısı ilə başlayan jurnalın bu sayında rəssam Nazim Hüseynovun (70), Əməkdar müəllim, publisist Bayram Məmmədovun (70), şairlər: Mayıl Məmmədlinin (65) və Müşfiq Borçalının (55) yubiley yaşlarının tamam olması münasibətilə təbrik mətnləri və onların yaradıcılıqlarından nümunələr çap olunub. Eyni zamanda klassiklərdən sayılan Səməd Vurğunun 120 illiyi münasibətilə Günay Rzayevanın araşdırma yazısı verilmişdir.
Poeziya, nəsr və dövrümüzü təsvir edən publisistik yazılarla zəngin jurnalın növbəti nömrəsində yazı düzümü aşağıdakı kimidir:

YAZI DÜZÜMÜ

Redaktor guşəsi
-“Yüz iyirmi il bundan əvvəl”
-“Mayıl Məmmədli – 65”

Publisistika
-Günay RZAYEVA – “Səməd Vurğun yaradıcılığında qadın obrazları”
-Əli BƏY AZƏRİ – “Rənglərin sehrində keçən ömür” (Rəssam Nazim Hüseynovun 70 yaşına)
-Zeynəb CƏMALƏDDİN – “Hiss” (esse)
-Rəşid FAXRALI – “Mətbuat Şurasında Əməkdar müəllim Bayram Məmmədovun elmi və pedaqoji fəaliyyətinə nəzər salınıb”
-Mərhəmət ABIYEV – “Hər sabahını özü “yoğuran” insan” (Əməkdar müəllim Bayram Məmmədovun 70 yaşına)
-Mahir CAVADLI – “Stadion məhəlləsinin uğur adamı”
-Yunis QARAXANLI – “Qalibiyyətin zirvəsində” (Müşfiq Borçalı – 55)
-Həmidə FAZİLQIZI – “Çağdaş mətbuatımız və doktor Müşfiq Borçalı”
-Arzu ƏSƏDOVA – “Şagirdlərin tərbiyəsində Nizami irsindən istifadə yolları”
-Lalə MAHMUDOVA – “Zaman keçər, sevgi və xatirələr qalar”
-Güldanə MEHDİYEVA – “Dünyanın ən qədim xalqlarından biri Azərbaycandır!”
-Nazlı İBRAHİMOVA – “Sevinc baharı”
-Zemfira MƏHƏRRƏMLİ – “Hər şey yaxşı olacaq!” (Mahir Cavadlının “Hökümə” poemasına ön söz)
-Səbuhi RƏHİMLİ – “Bürclərin tarixi – tarixin bürcləri” (Bürclər necə yarandı?)
-Əli BƏY AZƏRİ – “Vətənləşən oğulların poeması” (Asya Əhmədovanın “Sən Vətənsən” poemasında real həyatla mifoloji tale yazısı sintezi)
-Nəzakət EMİNQIZI – “Ağrılı yolların işıqlı dayanacağında…”
-Çərkəz NƏSİRLİ – “Möhtəşəm çəkilişin son taleyi”, “22 yanvar 1990-cı il Zəngilan mitinqi”80
-Bayram MƏMMƏDOV – “Həyat fəlsəfəsi” (xatirə-oçerk)
-Əli BƏY AZƏRİ – “Qəbulə xanım – tarixi şəxsiyyət, ədəbi obraz” (Rus istilasına qarşı ilk dirəniş hərəkatı liderinin həyatı Azər Turanın araşdırmasında)
-Ağalar QUT – “Azərbaycanlıların “Türkiyəcə” danışmaq və yazmaq sevgisi”

Poeziya
–Vəli QARAÇAYLI – “Yaşayır”, “Xankəndidən Turana”, “Yaradanı, quranı var dünyanın”, “Xocalı”, “Kamera”, “Ömrümü əritdim gülə-gülə mən”, “Olmaz”, “Tarqovı”, “Qara “Volqa””, “Qayıdacam dənizlərə”, “Dərd içində dərd içində”, “Dəmir yumruq”, “Sibir gözəli” (şeirlər)6
-Mayıl MƏMMƏDLİ – “Apardı”, “Sənsiz darıxacam”, “Tənha qadına”, “Darıxaq”, “Qayıt gəl”, “Nəyinə gərək?” (şeirlər)
-Gülnarə İSRAFİL – “Uzun yol”, “İllərin qollarında”, “Üskük”, “Tale bir oyun oynadı”, “Dirilim”, “Tanrım”, “Ölülər şəhərində”, “Bir, iki, üç”, “Əşyaların dili var”, “Bir sevginin”, “Bədəndədi” (şeirlər)
-Hafiz ƏLİMƏRDANLI – “Qəzəllər, rübailər” (şeirlər)
-Elnarə CAHAN (BABAYEVA) – “Nağıllar”, “Çəngəl, qaşıq və bıçaq”, “Kitab”, “Mehriban olaq gərək”, “Günəş”, “Arı” (şeirlər)
-Xuraman ZAKİRQIZI – “Kamillik ağaran saçda deyil ki”, “Tərk etmir bir an da qayğılar məni”, “Yaşamaq özü də urvatdan çıxıb” (şeirlər)
–Lalə MAHMUDOVA – “Bir də baxarsan ki, sadəcə şəkildir insan”, “Səninlə hər anımı nağıl edərəm”, “Bəzən həyat dolu olmaq istərəm” (şeirlər)
–Mətanət DUYĞULU – “Susdurun müharibələri”, “Hər gün səninlə”, “Bağışla, gəncliyim” (şeirlər)
–Xanəli KƏRİMLİ – “Niyə qayıdırsan?” (şeir)
–Ramiz İSMAYIL – “Anam şəhərə köçmür” (şeir)
-Vüsal AĞA – “Sənsiz sənsizliyə dözən dörd il…” (şeir-elegiya)

Tərcümə
-Şəhla ŞÜKRULLAQIZI – “Hədiyyə et mənə”, “Diləyirəm”, “Alov”, “Hiss edərmi?”, “Hidayət et”, “Əfsun deyil”, “Cəbrdir”, “Sultanım”, “Əridi” (şeirlər) (Özbək dilindən Azərbaycan dilinə Rəhmət Babacan tərcümə edib)

Nəsr
-Firavan MAHİR – “İki mələk” (hekayə)
-Damət SALMANOĞLU – “Cavabsız məktubların sonu” (hekayə)
-Vaqif ƏSƏDOĞLU – “Sehrbaz göyərçin və uçan insanlar” (fantastik hekayə)
-Yunis QARAXANLI – “Aldanmış qəlb”, “Gizli sevgi” (hekayələr)
-Mənsurə XƏLƏFBƏYLİ – “Əmanət” (hekayə)
-Zaur USTAC – “Sonuncu döyüş” (hekayə)

“Xəzan” jurnalı

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

PROZA.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC – TÜRKAN ALPTURAN – PDF


ZAUR USTAC – TÜRKAN ALPTURAN – PDF

I>>> OXU >>>>>> XÜSUSİ BURAXILIŞ – 61

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Nizami Gəncəvi və Füzuli yaradıcılığında eşq konsepsiyası: dünyəvi hissdən ilahi məhəbbətə

Nizami Gəncəvi və Füzuli yaradıcılığında eşq konsepsiyası: dünyəvi hissdən ilahi məhəbbətə

          Şərq ədəbiyyatının iki böyük zirvəsi olan Nizami Gəncəvi və Füzuli yaradıcılıqları ilə eşq anlayışını bədii və fəlsəfi müstəviyə yüksəltmişlər. Onların əsərlərində sevgi yalnız iki insan arasında yaranan hiss kimi deyil, insanın mənəvi kamilliyə doğru inkişafını təmin edən ali bir qüvvə kimi təqdim olunur. Bu baxımdan hər iki sənətkarın yaradıcılığında eşq konsepsiyası həm dünyəvi, həm də ilahi məzmun daşıyır. Dünya ədəbiyyatının ən zəngin və dərin qatlarından birini təşkil edən Şərq poeziyası əsrlər boyu insanın mənəvi aləmini, daxili axtarışlarını və varlıqla bağlı suallarını bədii şəkildə ifadə etmişdir. Bu böyük ədəbi ənənə içərisində eşq anlayışı xüsusi yer tutur. Şərq ədəbiyyatında eşq təkcə iki insan arasında yaranan hiss kimi deyil, həm də kainatın mahiyyətini dərk etməyə aparan fəlsəfi və mənəvi bir yol kimi qəbul olunur. Bu baxımdan klassik şairlərin yaradıcılığı yalnız estetik zövq mənbəyi deyil, həm də insanın özünü və dünyanı anlama vasitəsidir. Azərbaycan və ümumilikdə Şərq ədəbiyyatının inkişafında mühüm rol oynamış Nizami Gəncəvi və Füzuli bu ənənənin ən parlaq nümayəndələrindən hesab olunur. Onların yaradıcılığı əsrlər keçsə də aktuallığını itirməmiş, müxtəlif dövrlərdə fərqli baxış bucaqlarından tədqiq edilmişdir. Hər iki sənətkarın əsərlərində insan, həyat, sevgi və mənəviyyat kimi mövzular dərin bədii və fəlsəfi ümumiləşdirmələrlə təqdim olunur. Bu isə onların irsini yalnız milli deyil, ümumbəşəri dəyərə çevirir. Nizami Gəncəvi yaradıcılığı epik genişliyi, zəngin süjet quruluşu və ideal insan modeli ilə seçilir. Onun əsərlərində eşq insan həyatının ayrılmaz hissəsi kimi təqdim olunur və bu hiss vasitəsilə insanın mənəvi kamilliyə doğru inkişafı göstərilir. Nizami eşqi həyatın içində, real münasibətlər fonunda təsvir edərək onu həm fərdi, həm də ictimai dəyər kimi dəyərləndirir. Onun yaratdığı obrazlar və süjetlər eşqin insan xarakterini formalaşdıran gücünü aydın şəkildə nümayiş etdirir. Digər tərəfdən, Füzuli yaradıcılığı lirik dərinliyi, emosional gücü və fəlsəfi məzmunu ilə fərqlənir. O, eşqi yalnız dünyəvi hiss kimi deyil, insanın mənəvi yüksəlişinin və ilahi həqiqətə qovuşmasının əsas vasitəsi kimi təqdim edir. Füzuli poeziyasında sevgi insanın daxili aləmini sarsıdan, onu iztirablar vasitəsilə saflaşdıran və kamilləşdirən müqəddəs bir qüvvə kimi çıxış edir. Bu isə onun yaradıcılığında eşq anlayışına daha dərin və mistik məna qazandırır. Hər iki şairin yaradıcılığında eşq mövzusu mərkəzi yer tutsa da, onların bu anlayışa yanaşmaları fərqli istiqamətlərdə inkişaf edir. Nizami Gəncəvi eşqi daha çox dünyəvi və ictimai kontekstdə təqdim edərək onun həyatla bağlı tərəflərini ön plana çıxarır. Füzuli isə bu anlayışı daha da dərinləşdirərək onu ilahi və fəlsəfi müstəviyə yüksəldir. Bu fərqli yanaşmalar isə əslində bir-birini inkar etmir, əksinə, tamamlayaraq eşqin bütöv və çoxşaxəli mahiyyətini üzə çıxarır. Məhz bu baxımdan Nizami Gəncəvi və Füzuli yaradıcılığının müqayisəli şəkildə tədqiqi xüsusi əhəmiyyət kəsb edir. Onların əsərlərində eşq anlayışının dünyəvi hissdən ilahi məhəbbətə doğru inkişafını izləmək, bu anlayışın müxtəlif bədii və fəlsəfi çalarlarını araşdırmaq Şərq ədəbiyyatının dərinliklərini daha yaxşı anlamağa imkan verir. Bu məqalənin məqsədi də məhz Nizami Gəncəvi və Füzuli yaradıcılığında eşq konsepsiyasını müqayisəli şəkildə təhlil etmək, onun dünyəvi hissdən ilahi məhəbbətə doğru keçidini araşdırmaq və bu iki böyük sənətkarın ədəbiyyat tarixində tutduğu mövqeyi bir daha aydın şəkildə ortaya qoymaqdır. Bu yanaşma həm ədəbi, həm də fəlsəfi baxımdan eşq anlayışının mahiyyətini daha dolğun şəkildə dərk etməyə xidmət edir. Nizami Gəncəvi yaradıcılığında eşq daha çox həyati və ictimai çalarlarla təqdim olunur. Onun əsərlərində sevgi insanı saflaşdıran, onu daha müdrik və ədalətli edən bir qüvvədir. Nizami üçün eşq yalnız fərdi hiss deyil, həm də cəmiyyətin mənəvi əsaslarından biridir. Leyli və Məcnun əsərində sevgi real həyat hadisələri fonunda inkişaf edir. Burada aşiq və məşuqun qarşılaşdığı maneələr ictimai mühitlə bağlıdır və bu, eşqin dünyəvi xarakterini daha aydın göstərir. Nizami eşqi insanın kamilləşməsi üçün vacib bir mərhələ kimi təqdim edir. Füzuli yaradıcılığında isə eşq daha dərin və fəlsəfi məna kəsb edir. O, eşqi yalnız dünyəvi hiss kimi deyil, ilahi həqiqətə çatmağın əsas yolu kimi dəyərləndirir. Füzuli poeziyasında sevgi insanı yandıran, iztirablarla saflaşdıran və onu mənəvi zirvəyə yüksəldən bir qüvvədir. Leyli və Məcnun əsərində Məcnunun sevgisi artıq sadə məhəbbət çərçivəsindən çıxaraq ilahi eşq səviyyəsinə yüksəlir. O, Leyliyə olan sevgisi vasitəsilə maddi dünyadan uzaqlaşır və mənəvi kamilliyə çatır. Bu isə Füzuli yaradıcılığında eşqin mistik və sufi mahiyyətini açıq şəkildə nümayiş etdirir. Nizami Gəncəvi və Füzuli yaradıcılıqlarını müqayisə etdikdə aydın olur ki, hər iki sənətkar eyni mövzunu fərqli aspektlərdən işləmişdir. Nizamidə eşq daha çox real həyatla bağlıdır və insanın ictimai mühitdə kamilləşməsinə xidmət edir. Füzulidə isə bu anlayış daha da dərinləşərək ilahi məhəbbət səviyyəsinə yüksəlir. Bu baxımdan demək olar ki, Nizami eşqin başlanğıc mərhələsini – dünyəvi hiss kimi təzahürünü göstərirsə, Füzuli onun son mərhələsini – ilahi həqiqətə çevrilməsini təsvir edir. Bu iki böyük şairin yaradıcılığı bir-birini tamamlayaraq eşqin bütöv fəlsəfi mənzərəsini yaradır. Nizami Gəncəvi və Füzuli yaradıcılığında dil və bədii ifadə vasitələri onların eşq konsepsiyasını təqdim etmə üsulunun əsasını təşkil edir. Hər iki sənətkar yüksək poetik ustalığa malik olsa da, onların dilə və üsluba yanaşması fərqli bədii-estetik istiqamətləri əks etdirir. Nizami Gəncəvi yaradıcılığı epik genişlik, təsvir zənginliyi və çoxqatlı süjet quruluşu ilə seçilir. Onun dili obrazlı və axıcı olmaqla yanaşı, həm də didaktik məzmun daşıyır. Nizami hadisələri geniş təsvir edir, təbiət mənzərələri, saray həyatı, insan münasibətləri incə detallarla işlənir. Bu isə onun əsərlərində eşqin daha çox konkret, həyati və real çalarlarla təqdim olunmasına şərait yaradır. Şair tez-tez təşbeh (bənzətmə), metafora və simvolik obrazlardan istifadə edərək fikirlərini daha təsirli və yadda qalan edir. Onun poetik dili həm estetik zövq verir, həm də oxucunu düşündürən fəlsəfi qat yaradır. Digər tərəfdən, Füzuli yaradıcılığında dil daha çox lirik, emosional və daxili aləmə yönəlmişdir. Onun poeziyasında sözlər sadəcə təsvir vasitəsi deyil, həm də hisslərin və mənəvi iztirabların birbaşa ifadəsidir. Füzuli az sözlə dərin məna yaratmaq bacarığı ilə seçilir. Onun qəzəllərində hər bir söz, hər bir ifadə çoxqatlı semantik yük daşıyır. Bu baxımdan onun dili daha yığcam, lakin daha intensiv və təsirli görünür. Füzuli bədii ifadə vasitələrindən — xüsusilə metafora, rəmz, təzad (antitez) və təkrirdən ustalıqla istifadə edir. Onun poeziyasında “od”, “yanmaq”, “kül olmaq” kimi obrazlar eşqin iztirablı və saflaşdırıcı mahiyyətini simvolizə edir. Bu rəmzlər vasitəsilə şair eşqin insanı necə dəyişdirdiyini və mənəvi cəhətdən yüksəltdiyini göstərir. Onun dili musiqililiyi və ahəngdarlığı ilə də seçilir ki, bu da oxucuya güclü emosional təsir bağışlayır. Nizami Gəncəvi ilə Füzuli arasında mühüm fərqlərdən biri də ifadə tərzində özünü göstərir. Nizami daha çox hadisəni danışır, obrazları inkişaf etdirir və ideyanı süjet xətti üzərindən təqdim edir. Füzuli isə hadisədən çox hissə, süjetdən çox daxili vəziyyətə üstünlük verir. Bu səbəbdən Nizaminin dili daha çox epik təsvirlərə əsaslanırsa, Füzulinin dili psixoloji və emosional dərinliklə zəngindir. Hər iki şairin dilində klassik Şərq poetikasına xas olan yüksək bədii-estetik normalar qorunur. Onlar sözün gözəlliyinə, ifadənin dəqiqliyinə və məna zənginliyinə xüsusi diqqət yetirmişlər. Lakin Nizami Gəncəvi bu gözəlliyi daha çox zahiri və təsviri müstəvidə təqdim edirsə, Füzuli onu daxili aləmin ifadəsinə çevirir. Hər iki sənətkarın dil və bədii ifadə xüsusiyyətləri onların eşq anlayışına yanaşmalarını aydın şəkildə əks etdirir. Nizaminin dili eşqin həyati və ictimai mahiyyətini, Füzulinin dili isə onun ilahi və fəlsəfi dərinliyini daha qabarıq şəkildə ifadə edir. Bu fərqlilik onların yaradıcılığını daha zəngin və çoxşaxəli edir, eyni zamanda Şərq ədəbiyyatında bənzərsiz bir poetik harmoniyanın formalaşmasına səbəb olur. Nizami Gəncəvi epik üslubu, geniş təsvirləri və hadisələrin zənginliyi ilə seçilir. Onun dili daha çox hekayəçilik üzərində qurulmuşdur. Füzuli isə lirik üslubu, emosional ifadə vasitələri və dərin fəlsəfi məzmunu ilə fərqlənir. Onun qəzəllərində hər bir söz daxili hisslərin və mənəvi axtarışların ifadəsinə çevrilir. Nizami Gəncəvi və Füzuli yaradıcılığında eşq konsepsiyası dünyəvi hissdən başlayaraq ilahi məhəbbətə doğru inkişaf edən bir proses kimi təqdim olunur. Hər iki sənətkar eşqi insanın mənəvi kamilləşməsinin əsas vasitəsi kimi dəyərləndirmiş və bu anlayışı ədəbiyyatın ən yüksək zirvəsinə qaldırmışdır. Onların əsərləri bu gün də öz aktuallığını qoruyur və oxucunu həm duyğusal, həm də fəlsəfi düşüncəyə sövq edir. Nizami və Füzuli yaradıcılığı Şərq ədəbiyyatında eşq fəlsəfəsinin ən mükəmməl ifadəsi kimi qiymətləndirilə bilər. Nizami Gəncəvi və Füzuli yaradıcılığında eşq konsepsiyası təkcə ədəbi motiv deyil, həm də dərin fəlsəfi sistem kimi formalaşmışdır. Bu iki böyük sənətkarın əsərlərində sevgi insan varlığının mahiyyətini açan, onu kamilliyə aparan və həyatın mənasını dərk etməyə kömək edən əsas qüvvə kimi təqdim olunur. Onların yanaşmaları fərqli olsa da, nəticə etibarilə eyni həqiqətə — insanın mənəvi yüksəlişinə xidmət edir. Nizami Gəncəvi eşqi daha çox dünyəvi həyatın ayrılmaz hissəsi kimi təqdim edərək onu ictimai münasibətlər, əxlaq və ideal insan modeli ilə əlaqələndirir. Onun əsərlərində sevgi insanı formalaşdıran, onu cəmiyyət üçün faydalı və kamil şəxsiyyətə çevirən bir vasitədir. Nizami eşqi həyatın içində, real hadisələr fonunda göstərərək onun praktik və tərbiyəvi əhəmiyyətini ön plana çəkir. Füzuli isə bu konsepsiyanı daha da dərinləşdirərək eşqi ilahi səviyyəyə yüksəldir. Onun poeziyasında sevgi artıq maddi dünyadan qoparaq ruhani bir məna qazanır və insanın Tanrıya yaxınlaşmasının əsas yolu kimi təqdim olunur. Füzuli üçün eşq iztirab, yanğı və daxili sarsıntılar vasitəsilə insanı saflaşdıran, onu mənəvi zirvəyə çatdıran müqəddəs bir qüvvədir. Bu yanaşma eşqin sadəcə hiss deyil, həm də bir idrak və varoluş forması olduğunu göstərir. Nizami Gəncəvi ilə Füzuli yaradıcılığı arasında ideya baxımından ardıcıllıq və inkişaf xətti müşahidə olunur. Nizami eşqin dünyəvi əsaslarını qoyur, Füzuli isə bu əsas üzərində onun ilahi və fəlsəfi zirvəsini yaradır. Bu mənada onların yaradıcılığı bir-birini tamamlayaraq Şərq ədəbiyyatında eşq fəlsəfəsinin bütöv və mükəmməl modelini formalaşdırır. Bu iki dahinin irsi bu gün də öz aktuallığını qoruyur. Müasir dövrdə belə insanın daxili boşluq, mənəvi axtarış və sevgi anlayışına ehtiyacı davam edir. Məhz bu baxımdan Nizami Gəncəvi və Füzuli yaradıcılığı yalnız tarixi ədəbi irs deyil, həm də bu günün insanı üçün mənəvi yol göstəricisi kimi dəyərləndirilə bilər. Onların əsərləri oxucunu yalnız estetik zövqlə təmin etmir, eyni zamanda onu düşünməyə, hiss etməyə və öz daxili aləmini kəşf etməyə sövq edir. Nizami və Füzuli yaradıcılığı göstərir ki, eşq insan həyatının ən ali və ən mürəkkəb anlayışlarından biridir. Bu eşq dünyəvi hissdən başlayaraq ilahi həqiqətə qədər yüksələn bir yol kimi təqdim olunur və insanın kamilləşmə prosesinin əsasını təşkil edir. Bu baxımdan onların əsərləri yalnız ədəbiyyat nümunəsi deyil, həm də dərin fəlsəfi və mənəvi məktəb kimi qiymətləndirilməlidir.

MÜƏLLİF: ATAKİŞİYEVA HƏCƏR

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I