Kateqoriya arxivləri: YAZARLAR JURNALI

ZAUR USTACIN YENİ ŞEİRLƏRİ

ZAUR USTACIN YAZILARI

BAYRAQ  BİZİM  BAYRAĞIMIZ!!!
Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.Bakı.

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

XALQIMIN, ORDUMUN İLHAMI İLHAM!
Ən uca kürsüdən dedi sözünü,
Bircə hərəkətlə sildi yüzünü,
Bilmək istəyirsən əgər düzünü,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Əvvəlcə xainin qırdı belini,
Sonra namərdlərin kəsdi dilini,
Sevdi obasını, sevdi elini,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Yüz ölçdü, bir biçdi, ustdan usta,
Mizanı yerində; nə tez, nə asta,
Cəngilər çalındı bu dəfə “Rast”da,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Bir həmlədə pozdu kələyin, fəndin,
Uçudu, dağıtdı illərin bəndin,
Hər dəfə yanıltdı düşmənin zəndin,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!
* * *
Ustaca bəllidi zamanın feli,
Taixdə dastandı babamın qolu,
Dəmir yumruq oldu İlhamın əli,
Tarixindən aldı ilhamı İlham!
Xalqımın, ordumun ilhamı İlham!

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
“Donun” Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

USTACLIYAM
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

KƏRİM  TAHİROV

KƏRİM TAHİROV

KƏRİM  TAHİROV HAQQINDA

Kərim Məhəmməd oğlu Tahirov (d.12 noyabr 1951, Ağcabədi, Azərbaycan SSR) — Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor.

HƏYATI
Tahirov Kərim Məhəmməd oğlu 1951-ci il noyabr ayının 12-də Ağcabədi rayonunda anadan olmuşdur. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil almışdır. 1978-ci ildə təyinatla M.F.Axundov adına Azərbaycan Dövlət Respublika Kitabxanasına (indiki Azərbaycan Milli Kitabxanası) göndərilmiş, 1979-1982-ci illərdə Elmi-metodiki şöbədə (indiki Kitabxanaların metodik təminatı şöbəsi) böyük kitabxanaçı, baş kitabxanaçı, böyük redaktor, bölmə müdiri vəzifələrində çalışmışdır. 1983-1987-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin baş Kitabxana müfəttişliyinin böyük müfəttişi, 1987-1988-ci illərdə rəisi, 1988-1989-cu illərdə Mədəni-maarif Müəssisələri İdarəsinin, 1989-1993-cü illərdə Mədəni-kütləvi işlər, Kitabxana və Muzey işləri Baş İdarəsinin baş müfəttişi, 1993-2000-ci illərdə Kitabxana və Muzey işləri baş idarəsinin rəisi vəzifəsində işləmişdir. 2000-2005-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Metodik və nəşriyyat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. 2005-ci ildən hal-hazıradək Azərbaycan Milli Kitabxanasının direktoru vəzifəsində çalışır.

2009-cu ildə “M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yaranması və inkişafı (1923–1959-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edərək tarix elmləri namizədi (tarix üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır. O, BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində və Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində pedaqoji fəaliyyətlə məşğul olur, gənc ixtisaslı kadrların yetişdirilməsinə xidmət göstərir. 2012-ci ildə Kitabxanaşünaslıq kafedrasının dosenti, 2013-cü ildə professoru elmi dərəcəsi almışdır.

Professor K.Tahirov dünyanın 40-dan artıq ölkəsində keçirilən elmi konfranslarda və elmi simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, elmi məqalələri bir sıra ölkələrin elmi jurnallarında dərc olunmuşdur. BDU-nun kitabxanaşünaslıq və biblioqrafiyaşünaslıq ixtisasları üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür, bu ixtisas üzrə bir neçə fəlsəfə doktorları və magistrlarının elmi rəhbəri və rəsmi oponenti olmuşdur.

Prof. Kərim Tahirovun rəhbərliyi dövründə Milli Kitabxana respublikanın ictimai həyatında fəal iştirak etməyə başlamış, oxuculara xidmət sahələrinin tam şəkildə avtomatlaşdırılması təmin olunmuş, müxtəlif mövzulara dair 50-dən artıq fundamental biblioqrafiyalar tərtib edilərək çap olunmuş, cari biblioqrafiya və informasiya göstəricilərinin, “Elmi əsərlər”in nəşri bərpa edilmiş, kitabxananın elektron kataloqu, elektron kitabxanası, Elmi Şurası yaradılmışdır, 34 xarici ölkənin milli kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır.

2006-cı ildən Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisasları üzrə Dövlət İmtahan Komissiyasının sədri, 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Ekspert Komissiyasının sədri, 2013-cü ildən isə Milli Kitabxananın Elmi Şurasının sədridir.

Ailəlidir, iki övladı, dörd nəvəsi var.

TƏLTİF VƏ MÜKAFATLARI
Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
2013-cü ildə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
2014-cü il 10 yanvar tarixində TÜRKSOY-un yaradılmasının 20 illiyi münasibəti ilə medalla təltif olunmuşdur.
2014-cü ildə “QIZIL FORTUNA” Beynəlxalq reytinqli texnologiyalar və Sosiologiya Akademiyasının medalı ilə təltif edilmişdir.
Nazirlər Kabinetinin 12 sentyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının üzvü təyin olunmuşdur.
28 oktyabr 2019-cu ildə mədəniyyət nominasıyası üzrə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.
2019-cu il, 24 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında “İmadəddin Nəsimi. Biblioqrafiya” adlı yeni kitabın işıq üzü görməsi münasibəti ilə “Ziyadar” mükafatına layiq görülüb.
Beynəlxalq qurum və təşkilatlarda üzvlüyü
2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının (BAE) üzvü, 2015-ci ildən isə vitse prezidentidir.
2003-cü ildən Avropa Milli Kitabxanaları Konfransı (CENL) beynəlxalq təşkilatının üzvü;
Dünya elektron kitabxanasının (WDL) üzvü;
2007-ci ildən Türkdilli ölkələrin Milli Kitabxanalar Şurasının və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Direktorlar Şurasının üzvü;
Biblioqrafiya
Kərim Tahirov 50-dən artıq kitab, kitabça, metodik vəsaitin və fundamental biblioqrafiyaların müəllifi, tərtibçisi və redaktoru olmuşdur. İlk kitabxana ensiklopediyasının hazırlanması işinə rəhbərlik etmiş və baş redaktoru olmuşdur. 200-dən artıq elmi məqalənin müəllifidir. “Azərbaycan Milli Kitabxanasının Elmi Əsərləri”nin, “Əlamətdar və tarixi günlər təqvimi”nin, “Azərbaycan kitabı” on cildlik milli biblioqrafiya repertuarının baş redaktorudur.

ƏSƏRLƏRİ
Bakı şəhərində kitabxana-klub: yaddaş. Bakı: Kommunist, 1986.-16 s.
Kitabxana işinə dair normativ aktlar: [Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu] -Bakı: M. F. Axundov adına Azərbaycan Dövlət Kitabxanası, 2001.-52 s.
Kitabxana işinə dair normativ sənədlər: [Qanun və qanun qüvvəli normativ sənədlər toplusu]/ M. F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası.-Bakı, 2001.-48 s.
Kitabxana fondlarının məzmunca köhnəlmiş ədəbiyyatdan təmizlənməsi və mühafizəsi: [normativ sənədlər toplusu] -Bakı: M.F. Axundov ad. Azərbaycan Dövlət Kitabxanası, 2002.-32 s.
Kitabxana işinə dair normativ aktlar: Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu /Tərtib edən: K. M. Tahirov; Red.: Ş. Əhmədova və b.; M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası. Bakı, 2004, 52 s.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının tarixi (1923–2008-ci illər). Bakı: Ulu, 2008, 218 s.
Ölkəşünaslıq biblioqrafiyası: [Kitabxanaçılıq-informasiya fakültəsi üçün “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə bakalavr pilləsi üçün fənn proqramı]/ Azərb. Resp. Təhsil Nazirliyi, BDU.-Bakı: Bakı Universiteti, 2011.-12 s.
Azərbaycan xalçası: [biblioqrafiya]. Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi; M. F. Axundov ad. Milli Kitabxana.-Bakı, 2012.-438 s.
Dünya milli kitabxanaları: M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası. (dərs vəsaiti) -Bakı: Bakı Universiteti Nəşriyyatı, 2013. – 212 s.
Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində: (1941-1945-ci illər). – Bakı: Zərdabi Nəşr MMC, 2020.- 80 s.

TƏRCÜMƏLƏRİ
Mərkəzləşdirilmiş kitabxana sistemlərində işin təşkili: [təlimatlar və uçot formaları]/ Azərb. SSR Mədəniyyət Nazirliyi. M.F.Axundov adına Azərb. Dövlət Kitabxanası. – Bakı, 1988. – 176 s.

MƏQALƏLƏRİ
Görkəmli biblioqraf: [S.D.Poltaratskinin anadan olmasının 175 illiyi münasibətilə] // Mədəni maarif işi.-1978.-№1.-S.46-47
Zəhmətkeşlərin mütaliəsinə rəhbərlik // Mədəni maarif işi.-1979.-№1.-S.22-23
Köməkçi göstəricilərin tərtibi metodikası: [ Azərbaycan biblioqrafiyası materialları əsasında] // M.F.Axundov adına Azərbaycan Respublikası Dövlət Kitabxanasının elmi əsərləri.-1983.-№2.-S.61-83
80 yaşlı kitabxana: [Razin qəsəbəsindəki Y.Zevin adına uşaq kitabxanası haqqında] // Mədəni maarif işi.-1984.-№4.-S.2-3
Kitabxana xidmətinin keyfiyyətini yüksəltməli // Mədəni maarif işi.-1987.-№3.-S.2-6
Kitabxanalar yeni həyata qədəm qoyacaq: [NK-nın 1996- cı il 9 iyulda“ Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı ilə əlaqədar müsahibə ] ; müsahibəni apardı P.Cəfər // Xalq qəzeti.-1996.-17 oktyabr
Yubileyiniz və yeni nəşriniz mübarək!: [BDU-nun Kitabxanaçılıq fakültəsinin 50 illiyi ərəfəsində eyni adlı jurnalın nəşr olunması münasibətilə müəllifin təbriki ] // Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.-1997.- № 1.- S. 7.
Kitabxana elm ocağıdır // Respublika.-1999.- 11 may. -S.4.
Özəlləşdirmə kitabxanalar üçün çoxlu problemlər yaratdı // Xalq qəzeti.-1999.-2 may.-S.5
və digər.

BAŞ REDAKTORU OLDUĞU ƏSƏRLƏRDƏN SEÇMƏLƏR
“Əlamətdar və tarixi günlər təqvimi”nin nəşri 2005-ci ildə bərpa edildi və professor Kərim Tahirovun baş redaktorluğu ilə bu təqvim hər il çap edilir. Azərbaycan Milli Kitabxanasının ən əhəmiyyətli metodik nəşrlərindən biri olan “Əlamətdar və tarixi günlər təqvimi” 1961-ci ildən çap edilir. Universal xarakterli bu nəşr uzun, tarixi bir yol keçmişdir. “Əlamətdar və tarixi günlər təqvimi” adı ilə nəşrə başlayan vəsaitin yaranmasında və təşəkkülündə Milli Kitabxana əməkdaşlarının müstəsna xidmətləri olmuşdur. İlk nəşrə başladığı illərdə rübdə bir dəfə çap olunan təqvimdə müxtəlif əlamətdar günlərə, yubileylərə dair ölkəşünaslıq tövsiyə ədəbiyyat siyahıları verilirdi. Sonralar – 1970-ci ilin dördüncü rübündən 1992-ci ilədək “Kitabxana işçisinə kömək” adı ilə çap olunan vəsaitin səhifələrində metodik xarakterli materiallar, kitabxana işinə dair məlumatlar, digər araşdırmalar geniş yer tuturdu. 2005-ci ildə Milli Kitabxana rəhbərliyi tərəfindən 1992-ci ildən məlum səbəblər üzündən nəşri dayandırılmış vəsaitin çapı bərpa edilmiş, “Əlamətdar və tarixi günlər təqvimi” adı ilə ildə bir dəfə çap edilməyə başlanmışdır. Respublika kitabxanalarının fəaliyyətinin səmərəliliyinə əsaslı şəkildə təsir göstərən bu hadisə böyük rəğbətlə qarşılanmışdır.

Əlamətdar və tarixi günlər təqvimi-2005: [metodik materiallar toplusu]/ M. F. Axundov ad. Azərbaycan Milli Kitabxanası.-Bakı, 2004.- 92 s.
Əlamətdar və tarixi günlər təqvimi-2006: [metodik materiallar toplusu]/ M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası -Bakı, 2005.-155 s.
Əlamətdar və tarixi günlər təqvimi. 2007-ci il: [metodik materiallar toplusu: Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün metodik tövsiyələr]/ M.F. Axundov ad. Azərb. Milli Kitabxanası. -Bakı: M.F.Axundov adına Milli Kitabxana, 2006.- burax.3. -197 s.
Əlamətdar və tarixi günlər təqvimi: [2008-cı il: Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana sistemləri üçün metodik tövsiyələr]/ M.F.Axundov ad. Azərb. Milli Kitabxanası. – Bakı, 2007.-183 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2009: [metodik tövsiyələr]/Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası.-Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2008.-385 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2010 [Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2009.-435 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2011: [Respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2010.-437 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2012: [respublikanın kütləvi və ixtisaslaşdırılmış kitabxanaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri üçün] /Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası. -Bakı: M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2011.-319 s.
Əlamətdar və tarixi günlər təqvimi-2013/ M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: Azərbaycan Milli Kitabxanası, 2012.-440 s.
Əlamətdar və tarixi günlər. Təqvim 2014./ M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: Azərbaycan Milli Kitabxanası, 2013.- 423 s.
Əlamətdar və tarixi günlər. [Təqvim 2015]/M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2014.-384 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2016. /M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2015.-429 s.
Əlamətdar və tarixi günlər təqvimi – 2017/ M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2016.-420 s.
Əlamətdar və tarixi günlər [Təqvimi 2018] / M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı, 2017.-578 s.
Əlamətdar və tarixi günlər təqvimi [Təqvim 2019] /Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2018.-520 s.
Əlamətdar və tarixi günlər təqvimi: [Təqvim 2020] /Azərb.Milli Kitabxanası.-Bakı: M.F. Axundov ad. Azərbaycan Milli kitabxanası, 2019.- burax. 2020.-576 s.
Əlamətdar və tarixi günlər təqvimi 2021 /Azərb. Milli Kitabxanası.-Bakı: Azərbaycan Milli Kitabxanası, 2020.-562 s.
“Birillik Azərbaycan kitabiyyatı”nın nəşri də 2005-ci ildə bərpa edildi və professor Kərim Tahirovun baş redaktorluğu ilə çap edilməyə başladı. 1960-cı ildən nəşr edilən “Birillik Azərbaycan kitabiyyatı” il ərzində dilindən, mövzusundan, janrından asılı olmayaraq respublikada nəşr edilmiş bütün kitablar barəsində tam biblioqrafik məlumat verir. “Birillik Azərbaycan kitabiyyatı”nda materialların ayrı-ayrı elm sahələri üzrə qruplaşdırılması respublikada nəşr edilən kitab məhsulunun tərkibi, mövzu əhatəliliyi barədə müxtəlif aspektli informasiya əldə etməyə imkan yaradır. Uzun illər ərzində bu vəsaitlər kitabxanaçılar, biblioqraflar və ən müxtəlif tələbatçı qrupları tərəfindən geniş istifadə edilir. Həmin vəsaitə nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda böyük tələbat vardır. 2005-ci ildə M.F.Axundоv adına Dövlət Kitabxanası milli bibliоqrafiya vəsaitlərinin nəşri işini yеnidən bərpa etmiş, kitabxana həmin ilin iyun ayından digər milli biblioqrafiya vəsaitləri kimi, “Birillik Azərbaycan kitabiyyatı”nı da nəşr etməyə başlamışdır.

İXTİSAS REDAKTORU VƏ BURAXILIŞA MƏSUL OLDUĞU      

                           ƏSƏRLƏRDƏN  SEÇMƏLƏR
İxtisas redaktoru və buraxılışa məsul olduğu əsərlərdən seçmələr
İkirəqəmli müəllif işarəsi cədvəlləri/ M. F. Axundov ad. Azərb. Dövlət Kitabxanası.-Bakı, 2001.-24 s.
Fikrət Əmirovun anadan olmasının 80 illiyi və kitabxanaların vəzifələri:[metodik tövsiyələr]/Azərb. Resp. Mədəniyyət Nazirliyi, М. F. Axundov ad. Azərb. Dövlət Kitabxanası.-Bаkı, 2003.-16 s.
Hüseyn Cavidin anadan olmasının 120 illiyi və kitabxanaların vəzifələri:metodik tövsiyə.- Bakı, 2003, 27 s.
Böyük Vətən müharibəsində qələbənin 60 illiyi və kitabxanaların qarşısında duran vəzifələr: [metodik tövsiyələr]/Azərb. Resp. Mədəniyyət Nazirliyi, M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı, 2005.-20 s.
Heydər Əliyev irsinin öyrənilməsi və təbliği sahəsində kitabxanaların vəzifələri:[metodik vəsait]/ Azərb. Resp. Mədəniyyət Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı, 2005.-49 s.
Mir Cəlal: [biblioqrafiya]/Azərb. Resp. Mədəniyyət Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: Adiloğlu, 2006.-259 s
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı: [Dövlət Proqramının həyata keçirilməsinə dair materiallar]; M. F. Axundov Adına Azərbaycan Milli Kitabxanası Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi.-Bakı, 2007.-burax. 1.-202 s.
Azərbaycan Xalq Cümhuriyyəti-90: (1918-1920): [biblioqrafiya]/ Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M. F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı , 2008.-266 s.
Qara Qarayev: [biblioqrafiya]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov ad. Azərb.Milli Kitabxanası.-Bakı, 2008.-332 s.
Azərbaycanın Milli Qəhrəmanları: [biblioqrafiya]/Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov ad. Azərb. Milli Kitabxanası.-Bakı: M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2008.-233 s.

Mənbə: “21 – XXI ƏSRİN 21 AYDINI”-TUNCAY ŞƏHRİLİ

Hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ÜLKƏR NİCATLINI TƏBRİK EDİRİK!

Bu gün “Yazarlar” jurnalının redaksiya heyəti üzvü, gözəl insan, sadiq dost, sevimli şair, Ülkər Nicatlının anadan olduğu gündür! Doğum gününüz mübarək olsun, Ülkər xanım! Allah can sağlığı versin! Bütün xəyallarınız gerçək olsun inşallah. Uğurlarınız bol olsun!!!


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHİ-CAHAN (DODAQDƏYMƏZ) – ZAUR USTACIN ŞEİRİ

ZAUR USTACIN YAZILARI

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

NAZLI BALA
Alagözdür, verib Xuda,
Gözəl, göyçək Nazlı bala!
Maşallah olsun, namxuda,
Gözəl, göyçək Nazlı bala!
* * *
Gözü Göyçədən su içib,
Kökdən gəlib, çox yol keçib,
“Donun” Xaliq özü biçib,
Gözəl, göyçək Nazlı bala!
* * *
Ustac bağlı soya, kökə,
Nazlı balam bəyim, bikə,
Züryət hardan hara çəkə!?
Gözəl, Göyçək, Nazlı bala!
11.01.2022. Bakı.

USTACLIYAM
Gözlərimin alalığı,
Ulu Göycəmdən ərmağan.
Ərdəbilin naləsidir,
Ruhum həp eylədi fəğan.
* * *
Yarı Qarqar, yarı Əfkər,
Şəhriliyəm; şaham, tacam!
Şah İsmayıl silahdaşı,
Ustaclı oğlu, Ustacam!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN EMFİRA XANIMIN DOĞUM GÜNÜDÜR! – MÜSAHİBƏ:

Emfira Ərklinin kitabı

EMFİRA XANIMLA MÜSAHİBƏ

1. Salam, Emfira xanım. Necəsiniz? Özünüzü bir neçə kəlmə ilə oxucularımıza necə təqdim edərdiniz?
Mən Emfira ƏrkliEmfira Hacıbaba qızı Tağıyeva 1950 -ci fevralın-17 də Xaçmaz rayonundakı Alıc-qışlaq kəndində ziyalı ailəsində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra Konserva kobinatında laborant və hesablaycı vəzifəsində çalışıb, 1969-cu ildə Bakı yeyinti-sənaye texnukumuna daxil oldum. Texnukumu bitirdikdən sonra Xaçmaz taxıl hazırlığı kobinatında hesablama şöbəsinin müdiri işləməyə başladım.
Həm də “partkom” ( İlk partiya təşkilatının katibi) kimi çalışırdım.
Daha sonra texniki peşə ixtisası üzrə istehsalat təlimi ustası işləməyə başladım. Həm də müəllimlik edib, o eyni zamanda uzun müddət məktəbin ilk partiya təşkilatının katibi oldum.
Hələ orta məktəbdə oxuduğum illərdən şeirə, poeziya vurğunu idim. Özüm də arada yazırdım.
Şeirlərim müxtəlif mətbuat orqanlarında, almanaxlarda, poeziya antalogiyalarında işıq üzü görüb. Tanınmış şair Vidadi Ağdamlının t’rtib etdiyi “Gözüm yolda könlüm səsdə”, “Qələbəyə gedən yol”, “Gəlirik Qarabağ”, “Qarabağ Azərbaycandır” poeziya antalogiyalarında davamlı çap olunuram. Şeirlərində Qarabağ müharibəsindən, şanlı qələbədən mərd oğullarımızın döyüşlərdə göstərdikləri qəhramanlıqlardan bəhs olunur.
AKİVİHİ rəyasət heyətinin qərarı ilə 70-illik yubileylə əlaqədar olaraq “Qızıl Qələm” və “Ulu Öndər” fəxri media mükafatları ilə eləcə də “Azərbaycan Bayrağı”, “Abdulla Şaiq”, “Xəlil Rza Ulutürk” diplomları ilə təltif olunmuşam.
“Düyam Mənim” kitabım işıq üzü görüb. İkinci kitab hal-hazırda çapdadır. Emfira xanımın ilk kitabıdır.
Ailəliyəm. Üç övladım (iki oğl, bir qız), yeddi nəvəm var.

2. Emfira xanım, məktəb illərinizi necə xatırlayırsınız?
Məktəb illərim çox gözəl keçib. Özfəaliyyətlə və idmanla məşğul olmuşam çox çıxışlarım olub.
Rayonda Atıcı kimi də 3-cü yer tutmuşdum. Valeybol komandamız var idi. Kapitan mən idim. Yarışlara çıxırdıq. Həm də şeirlər yazırdım.

3. Gənc yaşlarında yazdığınız o şeirlər qalır yoxsa?
Əfsus. Bir tək yadımda ana şeirindən bir parça qalıb. Ailə vəziyyətimlə əlaqədar maneələr vardı. Anam rayonun rəhbəri olub uzun illər. 1959 -1980 kimi! Respublikada o dövrün ən fəal qadını anam güclü riyaziyyatçı idi. Paralel dərs də deyirdi. Yüksək mükafatlara da layiq görülmüşdü. Vəli Axundovun rəhbərliyi dövründə tanınmış bir Azərbaycanlı qadını idi.

4. Ailədə neçə uşaq olmusunuz evin böyüyü ya kiçiyi olmusunuz?
İlk övladı mən 3 uşaq olmuşuq. Bir bacım və bir qardaşım var.

5. Yəqin ki, siz onlardan seçilirdiniz şeirlər yazdınığınızı ana – atanız bilirdi, necə qarşıladılar?
Atam 1969- cu ildə rəhmətə gedəndən 16 gün sonra gözü yaşlı öz biliyinə 4-5 qiymətlər alıb Yeyinti Sənaye texnikumuna daxil oldum. Çox gözəl, atam mənə, “Oğul” deyərdi. Bəli tək mən seçildim həm təhsil həm yaradıcılığımla.

6. Ruhu şad olsun. Atanız necə bir insan idi, ailədə övladlarına qarşı sərt idi, yoxsa?
Atam 1939- cu ildə müharibəyə gedib. 1948 də qayıdıb evlənib. Anam Qubadandır. Kəndə riyaziyyat müəlliməsi olub. 20 yaşında sevib evləniblər. 1916-dən atam,1928 anam idi. Yaş fərqi çox olsa da, mehriban idilər. Çox gözəl ailə başçısı idi. Yəqin ki, başa düşərsiz müharibənin acılarını çəkmiş insan idi. O, da sovet işinə dəvət almışdı. Partiya sovet işçisi olmaq o dövrün ən çətin vəzifələrdən biri idi.

8. Yoldaşınız haqqında zəhmət olmasa?
Yoldaşımla orta məktəbin axırıncı siniflərində tanış olmuşam. Ona qədər tanımırdım. Özüm oğlan kimi böyümüşdüm. Sinifdə ərköyün bir qız idim.
Evləndikdən sonra kəndə köçdüyüm üçün yaradıcılığıma son qoydum. Amma 3 günə bir kitab oxuyurdum gecələr. Vaxt yox idi. Qaynanam da olmadığına görə işim çox olurdu.

9. Hal-hazırda yaradıcılığınızı davam etdirirsiniz?
52 ildən sonra sosial şəbəkələrin yaratdığı imkandan istifadə edirəm. Təsadüf məni yenə yaradıcılığıma qayıtmağa yol açdı. Tanınmış yazarlarla söhbətlər stimul yaratdı yazmağa 17 yaşında başlasam da, qeyd etdiyim kimi 52 ildən sonra 71 yaşında ilk kitabım çıxdı. İndi də ikinci kitabım bu gün, sabah işıq üzü görəcək. Müharibə ən aktual məsələ kimi povest hekayə şeir və sairə toplanır. 10 Dan çox antologiyada, həm öz rayonumuzda, həm Quba və Dəvəçi rayonlarında, həm də Bakıda şeirlərim çap olunub.

10. İndiki gənc yazarlarımız haqqında fikirləriniz necədir?
Əlbəttə, əfsus ki, şərait onlara imkan vermir özlərini xalqa tanıdanlar. Hər şey maddiyyata bağlı olduğu üçün çox əzab çəkirlər. Mən özüm də təqaüdümlə çap elətdirirəm əsərlərimi.

11. Aldığınız bu mükafatların sevincini ifadə etsəydiniz ?
Əlbəttə, çox sevinirəm. İlk Türkiyə tanıdı məni. Bunu unutsam, nankor olaram. Güldürün xanımın sayəsində. Mükafatların içində
“ZİYADAR” Mükafatı mənim üçün xüsusi ilə çox dəyərlidir.

12. İkinci kitabınızda “Borçalı” nəşiryyatında olacaq yoxsa, fikrinizdə başqa bir nəşiryyat var?
Bəli. “Borçalı” nəşriyyatı artıq nüsxələrini yoxlamağa verib mənə. Bilirsiz rayon adamıyam hər dəfə gəlib, getmək olmur. Artıq tanımışam rahatdı. Onlarla gələcəkdə də iş birıiyimiz davam edəcək.

13. Çox gözəl qiymətləri necə sərf edir, bir kitab neçəyə başa gəlir?
Var indiki tələbatla baha olsa da cəmiyyətə bəxş etdiyin üçün qiyməti düşünmədən çalışıram ki, gənclərə çatdırım.
2022 -ci il bizim ailə qurmağımızın 50 ilidir. Brilyant toy.
İlk kitab 71 də çıxıb ikincisi 50 illiyimizə töhfə olar.

15. Emfira xanım, Sizi doğum gününüz münasibəti ilə bir daha təbrik edir, həyatda və yaradıcılığınızda yeni-yeni nailiyyətlər arzu edirik. Sizi çox yormayaq. İnanın çox xoş oldu. Sonda oxucularımıza sözünüz nə olardı?
Oxucularımıza sözüm odur ki, sadə xalq dilində yazdığım şeirlərimdə hər cür nəsihətlər var. Onlara can sağlığı, həyatda sağlam ömür arzulayıram. Gələcək nəslə gözəl töhfələr hazırlasınlar. İzləri qalsın. Sizə də dərindən təşəkkürümü bildirir, işlərinizdə uğurlarınızın davamlı olmasını arzu edirəm. Çox sağ olun.

Biz də YAZARLAR kollektivi olaraq, Emfira xanımı təbrik edirik. Uğurlarınız bol olsun, Emfira xanım! İlhamınız tükənməsin!

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

EMFİRA ƏRKLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

شوکرانلیق – زائـــور اوستاج

زائـــور اوستاج

شوکرانلیق
سلام اولسون سه نه ای گؤزه ل اینسان؛
مین شوکور حاققاکی؛حاققا چاتمیسان.
حه له گؤرونمه ییب؛اولسون بئله حال؛
بیر کیتاب اوخویان گؤره قئیل وقال.
بوتون عورفان اهلی بو رای ده یئک دیل؛
کیتاب سایه سینده؛زه ن گین له شیر دیل.
شوکور یارالدانا قیلیبدیر ایمکان؛
بئله بیر گؤروشو ائدیپ آرماغان.
هر یئنی فورصه تی مه نه وئره ن ده؛
ایلکین شوکرو ثنابیتیر دیلیمده.
لینده ن توتدوغون بیر ییغین کاغیذ؛
کیتاب اولاجاقدیر دیندیکجه آغیز.
قوتلو یارانیشین اشرفی اینسان؛
عالی اولدوغونو خاطیرلا هر آن.
آند گه ل دی قه له مه؛قه له م توتانا؛
قه فیل له ر اویانا بلکه اوتانا.
وخوماق اؤیره تدی ؛یازماق اؤیره تدی؛
قوروجا تاختادان بیر دیل اوره تدی.
کاغیذی موقه دده س بیلمیشیک هر واخت.
اوستونده جانلی سؤزیاشاییر حیات.
شوکور بو نعمه ته شوکورقیسمه ته.
ایسده ره م بوپایدان هامییا یئته.
شوکوریارالدانا نئچه کی ساغام؛
اونون ساراییندا سیزه قوناغام.
مه ن یازیم بولاقلارسوزولسون گؤله؛
میرواری کلمه له ر دوزولسون دیله.
مین شوکورحاققا کی دیل وئریب بیزه؛
سیزین له گؤروشه یول وئریب بیزه…

“”پوئما) “”علیش و آننا )

Müəllif: Zaur USTAC (زائـــور اوستاج) ,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – MƏŞƏQQƏT ŞEİRİ


ZAUR USTACIN YAZILARI

MƏŞƏQQƏT
Yenə çalardan qabaq
Açıram gözlərimi…
Aman Allah, hardayam?
– Qucuram dizlərimi…
* * *
Elə həmən yerdəyəm;
– “Göyün yeddi qatı”dı,
Hələlik “Koroğlu”yam,
Atım, onun atıdı…
* * *
Özüm də “Çənlibel”də
Duman, çənə düşmüşəm,
Səhərədək yuxuda
Bişirmişəm, bişmişəm…
* * *
Elə həmən qatdayam;
Öz evim, öz otağım,
Simurq kimi dözümlü,
Qu qanadlı yatağım…
* * *
Alt  qonşunun ah-vayı,
Üstdəkinin  cır-cırı…
Sərçələrin cik-ciki,
Xoruzların dır-dırı…
* * *
Bir yandan qaratoyuq,
Bir yandan da pişiklər…
Oxur sevgi nəğməsi,
– Utanmazlar, düşüklər…
* * *
“Əldəndışqarı” sözü
Nəsə düşür yadıma…
Sonra nöqsanlarımı
Yükləyirəm adıma.
* * *

Təxəllüsə sığınıb,
Birtəhər oyanıram…
Hələ alaqaranlıq,
– Bir xeyli dayanıram…
* * *
Qəfil saat zəng çalır,
Sonra oxunur azan…
Həyətdə süd satanlar
Dınqıldadırlar qazan…
* * *
Qopur dizimin bağı;
– Xəyalda iydə qoxur…
Hamı əvvəlki kimi,
Sevgi nəğməsin oxur…
* * *
Ah-vay, cır-cır dayanır,
Susur qaratoyuqlar…
Xoruzun dır-dırına
Cavab vermir toyuqlar…
* * *
Kəsilir bütün səslər,
Xəyalda iydə qoxur…
Pişiklərsə, aramsız,
Sevgi nəğməsin oxur…
22.09.2020. Bakı.

MƏNBƏ: ZAUR USTAC – XƏZƏR DELTASINDA GÖYQURŞAĞI

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gənc yazarın “Daş adam” adlı ilk kitabı çap olunub

Gənc yazarın “Daş adam” adlı ilk kitabı çap olunub

“Yazarlar” jurnalının Azərbaycan Milli Qəhrəmanı şəhid Rövşən Hüseynovun xatirəsini əbədləşdirmək məqsədilə “25 yarpaq” layihəsi çərçivəsində elan etdiyi müsabiqənin qalibi gənc yazıçı Leyla Yaşar olub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə gənc yazarın “Daş adam” adlı ilk kitabı çap edilib. Kitabda beş hekayə -“Daş adam”, “Yaralı çəkmə”, “Ömrün bitdiyi gün”, “Şəhid məzarı” və “Məzarlıqda yanan işıq” yer alıb.

Kitabda oxuculara təqdim olunan hekayələrdə vətən həsrəti, torpaq nisgili, mərd oğulların qəhrəmanlıqları öz əksini tapıb.

İlkin mənbə: azertag.az Arxiv: archive.vn


LEYLA YAŞARIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAİR-PEDAQOQ MÖVLUD AĞAMMƏD BEYNƏLXALQ KİTAB BAĞIŞLAMA GÜNÜ OXUCULARLA GÖRÜŞÜB

Mövlud Ağamməd Quba rayon MKS-də Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “Mənə kitab bağışla” adlı tədbirdə. FOTOLAR:

Mənbə: Xaçmaz Regional Mədəniyyət İdarəsi


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Vaxtın çölündə qəza – Kənan Hacı

KƏNAN HACININ YAZILARI

Qapını açıb dəhlizə keçdi. Gözü divar saatına sataşdı. Bir anlıq fikirləşdi ki, görən, zaman dayanıb ya saat yorulub yatıb? Bu evdə vaxtın ayağından sanki daş asılmışdı; günlər ağır keçirdi. Qapıdan içəri keçən kimi sanki sükut tunelinə girirdi, tunel də uzandıqca uzanırdı. Bir Allah bəndəsi rəhmə gəlib qapının zəngini basmırdı. Qocadan savayı. Heç cür hekayəmizin qəhrəmanına çevrilə bilməyən bu qoca haqqında bir azdan danışacam. Azca səbrli olun.

Mobil telefonu da gün boyu bağlı olurdu. Telefon zəngləri nədənsə onu diksindirirdi, səbəbsiz yerə həyəcanlanırdı. Baş verməmiş və çox güman ki, heç vaxt baş verməyəcək şeylərə görə aramsız narahatlıq hissi keçirirdi. Onu qarabaqara izləyən təlaş hissi dincliyini əlindən almışdı.

Psixoloq yanına getdi, doktor onu diqqətlə dinlədikdən sonra belə dedi:

– Sizi özünüzdən başqa heç kəs xilas edə bilməz. Dərman yaza bilərəm, amma dərmanlar aldadıcıdır. Siz xəstə deyilsiniz, dostum. Dərmanı xəstəyə yazırlar. Sadəcə, beyninizdə bir az səliqə-sahman yaratmalısınız.

Bu sözlər ona qəribə göründü. Necə yəni beyində səliqə-sahman yaratmalısan?

– Doktor, bunu necə edə bilərəm? – deyə soruşdu.

Psixiatr gülümsədi:

– Çox sadə. Bütün pis düşüncələri beyninizdən silib atırsınız. Keçmiş haqda düşünməyi özünüzə qadağan edirsiniz. Nəfəs gimnastikası ilə mütləq məşğul olun, yəni nəfəs alıb-verməni tənzimləyin. Səhərlər qaçın, qida rejiminizi qaydasına salın, tez yatıb erkən oyanın. Zərrəli vərdişləri bir kənara qoymalısınız. Bu da sizə pulsuz müalicə.

Pəncərə qırağında dayanıb küçəni seyr edir. Təkəm-seyrək maşınlar gözə dəyir. Bulvar adda-budda dirəklərə asılmış fanarların işığında uzanıb gedir. Evdə tək olsa da darıxmır. Neçə vaxtdır qoca haqqında hekayə yazmaq istəyir, lakin heç cür fikirlərini bir yerə toplaya bilmir.

Çevrilib yatmış saata baxdı. Bu inamsızlıq əsrində yalnız vaxta inanmaq olardı. Vaxt insanı heç vaxt aldatmır. Bu evdə isə saat öz vəzifəsini unutmuşdu. O, özünü bu evdə zamanın soyuducusunda hiss edirdi. Donmuş vaxt onu da həyatdan geri qoymuşdu. Lakin vaxt onun sinəsində, ürəyinin döyüntülərində əks-səda verirdi.

Qoca görünmürdü. Həmişə bu vaxtlar nərdtaxta qoltuğunda qapının zəngini oyadırdı. Onun gəlişilə sükut pərən-pərən düşürdü. Ev yiyəsi siqaret çəkməsə də qocanın külqabısı həmişə masanın üstündə olurdu. Ağlına gəlməzdi ki, qocadan hekayə yazmaq bu qədər çətin olacaq.

Qoca da qəribə tip idi. Hərdən oyunun qızğın vaxtında zərləri ovcunda oynada-oynada gözlərini qıyıb sağa-sola boylanaraq pıçıltıyla anlaşılmaz sözlər deyirdi. Sanki kənardan kiminsə onun dediklərini eşidəcəyindən ehtiyat edirdi.

– Sən heç quyruqlu ulduz görmüsən?

Bu hardan çıxdı? Ev yiyəsi duruxdu.

– Yoox, nədi ki?

– Onu görmək adama ancaq bir dəfə nəsib olur. Xoşbəxtlik də quyruqlu ulduz kimidir, insanın həyatında ancaq bir dəfə gözə görünür.

Qocanın atdığı zər şeş-qoşa düşdü.

– Bəxtin gətirdi, qonşu, – ev yiyəsi əlini oyundan üzdü.

Qoca dünyada bütün işlərini görüb qurtarmış adam kimi dərindən köks ötürdü və kürəyini stula söykədi. Ev yiyəsi fikirləşdi ki, görəsən, qoca özü quyruqlu ulduzu görüb? Qonşusu onun sualını gözlərindən oxudu.

– Həri, görmüşəm. Onda mənim beş-altı yaşım olardı. Bacım evə qaçıb anamı çağırdı ki, ay mama, tez gəl, göydə quyruqlu ulduz gördüm. Anam da, mən də tələsik dama dırmaşdıq. Göyün üzündə əcaib bir ulduz parlayırdı. Onda mən ulduzun nə olduğunu bilmirdim. Anam heyrətlə göyə baxıb dedi:

– Bir gör necə quyruğu var? Oğlum, sən də onu görürsən?

– Hə, görürəm, – dedim.

Quyruqlu ulduzu görənlər çox yaşayır, deyirlər. Amma nolsun, çox yaşamaq da bir şey deyil e. Budey, bu da mənim axırım.

Qoca dişsiz ağzını marçıldadıb doluxsundu. Gözlərində sanki quyruqlu ulduz parlayıb tez də söndü.

Qocanı yola salandan sonra pəncərədən çölə, yağan qara baxmaq həvəsi də canından çəkildi. Hekayəni hardan, necə başlamağı bilmirdi, bu da onun rahatlığını əlindən alırdı. Yazmaq – özünü depressiyadan bu yolla çıxarmağa çalışırdı. Tərslikdən, qoca hekayəyə yaxın düşmürdü.

Yerinə uzandı, yuxusu ərşə çəkilmişdi. Maşın təkərlərinin tükürpədici xırçıltısına və küt tappıltı səsinə yerindən dik atıldı. Küçədə kimisə maşın vurmuşdu. Həmişə yağış, qar yağanda bu küçədə maşın qəzası baş verirdi. Yəqin yenə kimlərsə bədbəxt oldu.

Bayaqdan kimsəsiz görünən küçədə qəfil hardansa peyda olan adamlar qarışqa kimi qaynaşırdı. Ona elə gəldi ki, yerdə uzanan bədənsiz kölgədir. Yuxarıdan bu qaraltı qətiyyən adama oxşamırdı. Gözlərini yumub dodaqaltı mızıldandı:

– Yazıq…

Qar dənəcikləri “kölgə”nin üstünə düşürdü. Çevrilib masanın üstünə qoyduğu ağ vərəqləri xışmaladı, cırıb tikə-tikə etdi. Kağız qırıntıları ağ göyərçin təki göydən yerə enirdi. Fənərlərin işığında bir dəstə qara qarğa yerə yapışmış “kölgə”nin başı üstündə fır-fır fırlanırdı. Gecənin heç bir rəngə bənzəməyən boyası bütün cizgiləri örtməyə çalışırdı. “Kölgə” hələ də yerində bozara-bozara qalmışdı.

Gözü yenə saata sataşdı. Saat işləyirdi. Mat-məəttəl qaldı.

Qapının zəngi özünü yeyib-tökürdü. Özünü dəhlizə atdı. Mühafizəçi oğlan rəngi ağarmış halda dilləndi:

– Əmi, qocanı maşın vurdu. Siqaret almağa çıxıbmış. Yolu keçəndə…

Heç bilmədi ki, ağzından bu sözlər nə vaxt çıxdı:

– Sən heç ömründə quyruqlu ulduz görmüsən?..

15 fevral, 2022-ci il.

Müəllif: Kənan HACI ,
Şair, yazıçı, tərcüməçi.

KƏNAN HACININ YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru