Feyruz Muradov: – Xalq artisti Rübabə Muradovanın atası kim olub?

Mən Mirzə Xəlilin  qız ovladı Ruhəngiz Muradovanın oğluyam.Anam ailə albomunda atasının şəkillərini qoruyub saxlayır.Hərdən onun haqqında danışır.Odur ki, bir gün bunları yazmağı qərara aldım.Necə olmasa uzun illərdir Azərbaycan Jurnalistlər İttifaqının üzvüyəm.

Mirzə Xəlil İşraği 1896-cı ildə Lənkəran şəhərinin Hacılı qəsəbəsində anadan olub.Atası Hacı Murad fermer idi.İimkanlı şəxs olub.Çünki Mirzə Xəlil qəsəbələrindəki mədrəsədə fars dilində təhsil alandan sonra Lənkəran şəhərində dərslərini davam etdirməyə göndərib.Bu isə kasıb adam üçün mümkün ola bilməzdi.O, Mirzə Xəlilin nüfuzlu  ruhani görmək istəyirdi.Mirzə Xəlilin dərslərini yaxşı oxuması hacı Muradı ruhlandırırdı..Onun həmin dövr üçün yüksək təhsilə malik olması üçün heç nəyi  əsirgəmirdi.Atasının məsləhəti ilə Mirzə Xəlil 1914-cü ildə Bakıya yollanır.Burada Təzə Pir məscidindəki mədrəsədə ərəb dilində təhsilini davam etdirir və 1917-ci ildə təhsilini uğurla bitirir.Mədrəsədə dərs deyən din xadimlri Mirzə Xəlilin yüksək zehni qabiliyətini görüb atası Hacı Murada məsləhət görürlər ki, onu ali dini təhsil almaq üçün Tehrana göndərsin.Hacı Murad onların məsləhətinə qulaq asır və bu təkliflə razılaşaraq oğlunu Tehran şəhərinə təhsilini davam etdirməyə göndərir.Elə həmin il Mirzə Xəlil Təzə Pir məscidinin axundlarının tövsiyəsi ilə Tehran şəhərinə yola düşür və bu onun həyatında yeni bir dövrün başlanğıcına olur.

Mirzə Xəlil fars , ərəb dillərində mükəmməl danışa və yaza bilirdi.Tehran şəhərində ali dini təhsil aldıqdan sonra o daha sonra Xorasan şəhərində tibbi təhsil alıb  həkimlik ixtisasına da yiyələnir.

 Təxmin etmək olar ki, Mirzə Xəlil Tehran şəhərində dini təhsilini bitirdikdən sonra axund  kimi  məsciddə fəaliyyətə başlayıb.Çünkü atası bu qədər müddətdə onun maddi tələbatlarını təmin edə bilməzdi.Mirzə Xəlil 1928-ci ildə Xorasan şəhərlərindən Ərdəbil şəhərinə gəlir və bu şəhərdə ailə həyatı qurur.

O, 1929-cu ildə Ərdəbil şəhərində Siddiqə Hacı Qafar qızı ilə evlənib. Burada özünə ev-eşik qurur.Həyatının ən xoşbəxt günlərini burada yaşayır.1930-cu ilin mart ayında ilk övladı Rübabə dünyaya gəlir.

Onu da  xatırladım ki, Mirzə Xəlilin ailə qurduğu Siddiqə yaşca  ondan xeyli kiçik olub.Onun  33 yaşı olduğu halda Siddiqənin cəmi 16 yaşı olub.Siddiqə atası Hacı Qafarın tövsiyəsi ilə Mirzə Xəlilə ərə gedib.Hacı Qafar Mirzə Xəlil yaxşı tanıyır onun Ərdıbildə tanınan , nüfüzlu bir adam olduğnu bilirdi . Odur ki qızını ona ərə getməsini məsləhət bilmişdi.Zaman  göstərdi ki o bu qərarıda heç də yanılmamışdı.

Dini fəaliyyətlə yanaşı Mirzə Xəlil Ərdəbil şəhərindəki xəstəxanada həm də həkim kimi işləyir.Bu da ailəsinin yaxşı yaşamasına səbəb olur.Əbəs deyil ki , Rübabə xanım sonralar ərdəbil şəhərindəki evlərini , həyətlərini, ordakı xoşbəxt uşaqlıq və gənclik günlərini həsrətlə xatırlayacaqdı.

Rübabədən sonra ailədə başqa ovladları dünyaya göz açdılar.1933-cü ildə Ənvər,1942-cvi ildə qızı Ruhəngiz,1944-cü ildə isə Mahrux,1946-cı ildə kiçik oğlu Əşrəf dünyaya gəldilr.Siddiqə xanım həmişə kiçik oğlu Əşrəfin dünyay gəlməsini bir qədər gileylə xatırlayır  və adətən belə deyirdi:

—Yaxşı yaşayırdıq.Əşrəf doğular-doğulmaz dünya qarışdı.Hər şey alt-üst oldu.

Siddiqə xanım bunu deməklə ,məhz həmin ilin dekabr ayında yurd-yuvalarından didərgin düşərək, siyasi mühacir kimi şimali Azərbaycana köçüb gəlməyə məcbur olduqlarını nəzərdə tuturdu.Hərçəndi ki, məhz həmin il  Əşrəfin dünyaya gəlməsinin buna heç bir aidiyyəti yox idi.Siddiqə xanım bununla yalnız öz ürək ağrısını şatdırmaq istəyirdi.Amma ailənin İrandan mühacirət etməsinin əsas səbəbi onun həyat yoidaşı Mirzə Xəlilin siyasi fəaliyyətə qoşulması idi.

Məsələ bunda idi ki,1945-ci ildə ikinci dünya müharibəsi Sovet Hökümətinin qələbəsi ilə bitmişdi.Stalin yaranan siyasi şəraitdən faydalanaraq İranda müstəqil Azərbaycan dövləti qurmaq fikrindı idi.bu səbəbdən də o İranda azərbaycanlıların milli azaddlıq hərakatının alovlanmasına rəvac verdi.Pişəvərinin başçılığı ilə azərbaycanlıların azadlıq hərakatı vüsət aldı.Təbriz şəhərində Azərbaycan demokratik firqəsi yaradıldı.Ərdəbildin tanınmış ziyayılarından olan Mirzə Xəlil Bu hərakatın əsas təşkilatçılarından  və Demokratik Firqənin Ərdəbil şəhər filialının yardıcılarından biri idi.Mirzə Xəlil firqəınin Ərdəbil  şəhər şöbəsinin sədr müavini vəzifəsini tuturdu.Demokratik hərəkat qələbə çalandan sonra ,1945-ci ilin dekabr ayında Təbriz şəhərində ilk qurultay keçirildi.Mirzə Xəlil Ərdəbil şəhərinin təmsilçilərindən biri kimi bu qurultayda iştirakçılardan biri olmuşdu.Onları qarşıda azad həyat gözləyirdi.lakin siyasi proseslər başqa istiqamətə yönəldi.beynəlxalq qüvvələrin təsiri nəticəsində covet qoşunları İranı tərk etdi.Şah rejimi İranda yenidən hakimiyyətə gəldi.Bundan sorra azadlıq hərakatının iştirakşılarının təqib olunması başlandı.Mirzə Xəlil şah rejimi gələndən sonra həbs olundu.Bir müddət sonra şah Rza şah siyasi məhbuslara azdalıq verdi.Onları həbsdən  buraxdı.Amma bu xarici qüvvələri razı salmırdı.Onlar şah rejimi ilə inqılabçılar arsında təxribata əl atdılar.Təxribata uyan şah rejimi yenidən həbslərə və edamlara başladı.Bunu görön Mirzə Xəlil 7 nəfərdən ibarət ailə üzvləri ilə İranı tərk etdi.Onlar 1946-cı ilin soyuq dekabr ayında arazı keçərək  Şimali Azırbaycana üz tutdular.Burada onları yeni mühüt , yeni həyat gözləyirdi.

Sərhəddi keçəndən sonra Mirzə Xəlilin ailəsi əvvəlcə O vaxtkı Cəliliabad  rayonunda məskunlaşırlar.Bir il bu rayonda yaşadıqdan sonra 1948-ci ilin əvvəllərində Səlyan rayonuna köçüblər.Mirzə Xəlil  Səlyan xəstəxansında göz həkimi vəzifəsinə işə düzəlib.O iilər Azərbaycanda dini qadağalar güclü idi.Dövlət tərəfindən din adamlarına yaxşı baxılmırdı.Bu səbəbdən Mirzə Xəlil yeni mühütdə özünü rahat hiss edə bilmirdi.Onun uzun illər yaşadığı İranda dinə münasibət başqa idi.Burada ,Sovet dövlətində isə dinə qarşı sərt mövqe hökm sürürdü.Lakin xalq gizlində də olsa dini ayinlərə əməl edirdi.Xalq öz dinini əzəz tuturdu və yüksək dini təhsil görmüş Mirzə Xəlilə hər cür hörmət göstəriridi.Məhz Səlyan rayonunda Mirzə Xəlilin daha iki övladı dünyaya gəliblər.1948-ci ildə Səlyan rayonunda qızı Tahirə .1953-cü ildə isə sonbeşiyi Pərvin doğulduiar.

Mirzə Xəlil 1960-cı illərin ağsaqqalları arasında .Mirzə Xəlil ortada əyləşıb.

Mirzə Xəlil onu təklifini qəbul edir və elə həmin il Əli Bayramlıya gəlir.Birinci katib vədinə sadıq qalır .Burada Mirzə Xəlil torpaq sahəsi alır , ailəsi üçün ev tikir.o 1957- 67-ci illərdə Əli Bayramlının axundu olur.Sonralar Əli Səfərov birinci katiblikdən getsə də ondan sonra vəzifəyə gələn Məmməd Məmmədov da ,Bilal Kərimov da hər biri Mirzə Xəlilə böyük hörmət göstərirlər.

O bir vaxtlar cavanlıqda  Ərdəbil  şəhərində qurmuş olduğu ev və həyət kimi Əli Bayramlı şəhərində  ailəsi üşün yeni ev , həyət qurur.Böyük oğlu Ənvəri evləndirir.Ona həyət alır.Ənvər  ticarət sahəsində işə düzəlir.Kiçik oğlu Əşrəf Unversitetin tarix fakultəsini bitirir və tarix müəllimi işləyir.Böyük qızı Rübabə azərbaycanın xalq artisti adına layiq görülür.İrandan mühacir kimi gəldiyi üçün onun qarşısında bir çox sədlər çəkilir.Xarici ölkələrə qastrol səfərlərinə icazə verilmir.Əgər bu qadaqğalar olmasaydı Rübabə bəlkə də dünya şöhrətli müğənni ola biləcəkdi.

Mirzə Xəlil 1967-ci ildə Əli Bayramlıda dünyasını dıyişib və burada dəfn olunub.O keçməkeşli həyatının son on ilini Əli Bayramlıda yaşadı.Yaşlılardan eşitdiyim söhbətlərdən öyrənmişəm ki, onun  dəfni həddən artıq izdihamlı keçib.Onun dəfnində və hüzür mərasimində şəhərin bütün tanınmış adamları iştirak ediblər.Məclisə gələn Birinci katib Bilal Kərimov göstəriş verib ki, onun yaşadığı küçəyə təcili asfalt çəkilsin və küçə dərhal işıq sistemi ilə təmin olunsun.Qısa vaxt ərzində bu məsələlər operativ həll olunur.

                               Mirzə Xəlilin Şirvan  şəhərindəki məzarı.

Müəllif: Feyruz MURADOV

FEYRUZ MURADOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÖZ YARADICILIĞI İLƏ GƏLƏCƏK İLLƏRİN PRİORİTETLƏRİNİ MÜƏYYƏNLƏŞDİRƏN ALİM

Kamal CAMALOV

ÖZ YARADICILIĞI İLƏ GƏLƏCƏK İLLƏRİN PRİORİTETLƏRİNİ MÜƏYYƏNLƏŞDİRƏN ALİM

(Pedaqogika elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamal Camalovun 50 illiyi münasibətilə)

İnsanlara qoyulan ad bir çox hallarda onların taleyinə öz mistik təsirini göstərir və sanki ilahi həmin adın daşıyıcısını bu ada layiq olmaq üçün hazırlayır. Belə insanlara yaşadığımız zaman ərzində rast gəlirik və adının haqqını verən insan deyirlər belə insanlara. Kamal müəllim də ədəb-ərkanı, kamali-səliqəsi, ziyalılığı və elmi təfəkkürü ilə öz adının haqqını verən insandır. Onunla tanışlığımız elmdə ən çətin mərhələmizdə-elmlər doktoru diplomunu alanda olmuşdu və hər ikimiz Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından çıxarkən ayaqüstü söhbətimizdə mən qarşımda duran, hələ cavan olmasına baxmayaraq həm elmdə, həm də Naxçıvanın sosial-ictimai həyatında nüfuz qazanmış insanın psixoloji portretini cıza bildim. Kamal müəllim öz ömrünü elmə, elmi axtarışlara həsr edən, yaşadığı illəri həmin illərin elmi məhsuldarlığı ilə ölçən cəfakeş alimlərimizdəndir. Onun hər il kafedra qarşısında verdiyi illik hesabatını sosial şəbəkədə bütün ictimaiyyətə təqdim etməsi, alimin bütün cəmiyyət qarşısında hesabatını ifadə edir. Alim öz elmi-fəlsəfi təfəkkürünə, akademik səviyyəsinə güvənəndə onun üçün özünüifadə çox asan olur. Kamal müəllimin yazdığı əsərləri, monoqrafiyaları, məqalələri onun yuxusuz gecələrinin, böyük zəhmətinin bəhrəsidir və bu əsərlərlə o özünü həm insan, həm vətəndaş, həm də alim kimi təqdim edir.

Ziyalı qıtlığı, alim olsa da ziyalılıq zirvəsinə qalxa bilməmək bu gün də elmi ictimaiyyətdə aktual problem kimi qalır. Biz hələ elmi səviyyəni qiymətləndirməkdən əvvəl, qarşımızdakı insanın insani keyfiyyətlərini, şəxsiyyətlərarası münasibətlərdəki yerini etik normalar süzgəcindən keçiririk. Bəzən bu süzgəcdən keçə bilməyən insanların yüksək elmi səviyyəsi ilə əxlaqi keyfiyyətləri tərs mütənasib olanda onların intellekti, həqiqi elmi nüfuzu kölgədə qalır. Kamal müəllim gözəl əxlaqı dərin elmi zənginliyi ilə üst-üstə düşən alimdir. Bunu onunla söhbətlərdə, ətrafdakılara münasibətində asanlıqla  görmək olar.

Kamal müəllimin tərcümeyi halı onu gənc yaşlarından özünü elmə həsr etmiş, bu yolun çətinliklərinə baxmayaraq, elmdə öz adını, nüfuzunu, yerini təsdiqləmiş alim, Naxçıvanın yalnız elm məkanında deyil, eyni zamanda, ictimai-siyasi həyatında fəal rol oynamış ictimai xadim kimi səciyyələndirməyə imkan verir. Zəngin elmi-pedaqoji fəaliyyəti bizdə heyrət qarışıq heyranlıq hissi oyadır və bunu onun elmi-pedaqoji-ictimai-siyasi fəaliyyəti də təsdiq edir: Kamal müəllim 2004-cü ildə “Hüseyn Cavidin pedaqoji ideyaları” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1999–2010-u illərdə Naxçıvan Dövlət Universiteti “Gənc Alimlər Şurası”nın sədri vəzifəsini daşımışdır. 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 10 yanvar 2012-ci il tarixli (protokol № 01–k) qərarı ilə ona dosent elmi adı vermişdir. Alimin dərslik, dərs vəsaiti və monoqrafiyasına 50-dən artıq elmlər doktoru və professorlar elmi jurnallarda və qəzetlərdə resenzet rəyləri yazılmışdır. 500-dən artıq elmi-pedaqoji məqalənin müəllifidir. Əsərləri ABŞ, Makedoniya, Türkiyə, Kuba, Hollandiya, İran, Özbəkistan, Rusiya və Gürcüstanda nəşr olunmuşdur. Rusiya,  İsveç, Hollandiya, Türkiyə Respublikasında keçirilən Beynəlxalq konfrans və Beynəlxalq simpoziumlarda Azərbaycanı təmsil etmiş, sertifikatlara layiq görülmüşdür. 2010-cu ildən Naxçıvan Dövlət Universiteti Elmi Şurasının üzvüdür. Naxçıvan Muxtar Respublikası dördüncü çağırış Ali Məclisinin deputatı seçilmişdir. 2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurası tərəfindən “İlin alimi” adına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müdafiə Şurasında “Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində “Molla Nəsrəddin” jurnalının və mollanəsrəddinçilər hərəkatının yeri və əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və pedaqogika elmləri doktoru elmi adına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bu il mənim həm alim, həm də müəllim  kimi çox böyük hörmətim və rəğbətim olan Kamal müəllimin 50 yaşı tamam olur və 50 yaşın zirvəsindən geriyə, keçdiyi ömür yoluna baxan Kamal müəllim, heç şübhəsiz ki, məmnunluq hissi keçirir. Ömrünü gənc nəslin təlim-tərbiyəsində şam kimi yandıran, elmdə yorulmadan araşdırmalar aparan, çağdaş Azərbaycan pedaqoji elminin, gənc olmasına baxmayaraq, tanınmış siması olan Kamal Camalov 6-cı onilliyə keçidin astanasında həm vətəndaş, həm alim kimi özünə hesabat verir və gələcək illərin prioritetlərini müəyyənləşdirir.

Kamal müəllimin qətiyyəti, elmi prinsipiallığı, elmə olan böyük sevgisi, tükənməyən tədqiqatçılıq həvəsi onu deməyə əsas verir ki, hələ qarşıdakı uzun illər Kamal Camalov imzası elmi cameəni klassik və çağdaş pedaqogikaya, onlar arasında varisliyin əhəmiyyətinə, milli-mənəvi dəyərlərimizin təbliğinə, pedaqoji fikir tariximizin açılmamış qatlarının tədqiqinə həsr etdiyi əsərlərlə bizi sevindirəcək. Bu gün Azərbaycan pedaqoji elminin belə alimlərə, elm adamlarına çox ehtiyacı var.

Əziz Kamal müəllim, Sizi 50 illik yubileyiniz və ömrünüzün ikinci baharına keçməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə cətin və şərəfli elmi-pedaqoji fəaliyyətinizdə uğurlar, can sağlığı, xoşbəxtlik arzu edirəm. Nə yaxşı ki, qədim Azərbaycan diyarı olan Naxçıvan-Nəqşi-Cahan Kamal Camalovu yetişdirib!

                   Müəllif:    Elza MOLLAYEVA                      

                   Bakı Dövlət Universiteti

                  Pedaqogika elmləri doktoru

                 Qabaqcıl Təhsil İşçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü,

                  “Qızıl Qələm” mükafatçısı

ELZA MOLLAYEVANIN YAZILARI

KAMAL CAMALOVUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

AKİF ABBASOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: – Yaralı torpağa məlhəmdir Araz!

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Çox görmə atamı dünya

Çox görmə atamı dünya

Güldüm gülüşümə qəhər gətirdin
Bircə yol sevinmək xətamı dünya?
Bu boyda qoynunda yerim dar oldu
Nə yaman sıxırsan adamı dünya?

Üzümə açılan sabahı sevdim
Bəxtimə yazılan min “ahı” sevdim
Mən səni sevmədim, Allahı sevdim
Məndən üz döndərdi o damı dünya?

Ömürdə yarıdır, canımda yarı
Çökdürmə yoluma dumanı, qarı
Mənə sevincindən qıymadın barı
Çox görmə, çox görmə Atamı dünya.

18.09.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəyli. AKTYOR.

AKTYOR

Vaxtilə eyni nəşriyyatda işləmişdik. Mənim redaksiya müdiri olduğum şöbədə kiçik redaktor vəzifəsini tuturdu. İşinin də adı, mərhum akademik Budaq Budaqov demişkən “şunu götür, şunu qoy” idi. Yəni buyruq qulu. Sual versəydin bir neçə dəqiqə fikirləşmədən cavabını tapıb deyə bilməzdi. Əslində nəinki kiçik redaktor, heç oxuculuğa da (nəşriyyatlarda belə ştat da vardı) yaramırdı. Söz gəzirdi ki, direktor bəs deyincə alandan sonra kiçik redaktor səviyyəsinə yüksəldib onu.
Bir dəfə tərcümeyi-halını tapşırdım yazsın. Yarım səhifəni bir saata güclə qaralayıb qoydu qabağıma. Oxudum, əlim üzümdə qaldı. Sınıq-salxaq cümlələrnin başı-ayağı bir yana, tək-tük söz tapardın ki, xətasız olsun. Bir müddətdən sonra mən başqa bir nəşriyyata direktor getdim. Day ondan xəbərim olmadı.
Bir gün köhnə iş yoldaşım, mərhum Ayaz Musayevlə bir məclisdə yan-yana düşmüşdük.
–Xəbərin var Q-dan?
–Nə mənada?
–“Əməkdar jurnalist” olub, – dedi.
–Nə danışırsan?!
–O günü “Azərbaycan” nəşriyyatına gedəndə, qarşıma çıxdı, əl qatdı özünə – belə işləyirəm, belə uğurlarım var, hətta ad da veriblər mənə. Özümü qoydum avamlığa – nə ad? Bəs “Əməkdar jurnalist” olmu¬şam. Elə ad da var? Bahooo… əlbəttə, Ayaz müəllim, nə əcəb bilmirsiniz?! Ha çalışdı uğurlarıyla məni məst elə¬sin, alınmadı.
–Bəs təbrik eləmədin?!
–Dilim gəlmədi! Axırda xudahafizləşib, yekə çantasını qoyun quyruğu kimi yırğalaya-yırğalaya çıxıb getdi.
–Mükafatını verməmiş olmaz. – Dedim. Ayaz diqqətlə üzümə baxdı.–Ürəyində də olmuş olsa yəqin söyüb səni!
–Ha… ha… – Rəhmətlik başını dala atıb, xeyli güldü.
Namiq Abdullayev adlı-soyadlı fantast yazıçımız vardı. “Qara məxmər gecələrim” kitabı nəşr olunmuşdu. İnanın, mağazada altdan satırdılar. Qəribə də xasiyyəti vardı rəhmətliyin – istedadsız adamlara salam verməzdi, acığı gələrdi onlardan.
Mənim də Namiqsayağı Q-dan acığım gəlirdi. Həm istedadsız idi, həm də istedadlı birinin yerini tutmuşdu.


Bir neçə gün əvvəl otağımın pəncərəsindən eşiyə baxırdım. Gördüm saçları ağarmış, əlində iri çanta, başı aşağı, asta addımlarla əyilib bükülmüş vəziyyətdə sallana-sallana biri gəlir. Diqqətlə baxan kimi içimi çəkdim – İlahi, bu ki, Q-dı.
Götürüb, iş yoldaşlarından birinə zəng elədim:
–Nə günə qalıb bu yazıq?!
–Aktyoru deyirsən?!
–Aktyor kimdi?!
–Q!
–Başa düşmədim eyhamını.
–O günü şəhərə çıxmışdım, bir rəfiqəmlə qarşılaşdım. Bilirsən da, qadınınkı qeybətdi. Ordan-burdan… söz gəldi çıxdı Q-nın üstünə. Rəfiqəm nə desə yaxşıdı: “Q.-nın həyat yoldaşı deyirmiş ki, vallah, axşamlar kişinin evə meyiti gəlir. Çay qoyuram qabağına, içmir, xörək gətirirəm, yemir.
–Nə olub sənə?! – Deyirəm.
–Ay qız, qoy həyəcanım yatsın, əsəbilərim sakitləşsin, özümə gəlim.
–Özünə niyə gəlməlisən ey, işdə deyildin?!
–İşdəydim.
–Sənin yoldaşların gəlib şam eləyən kimi arvad-uşağı vurub qoltuğuna kinoya gedir, teatra gedir.
–Ay qız, mən də teatrdan gəlirəm da…
–Başa düşmədim!
–Nə olsun ki, jurnalistəm, arvad, bütün günü roldayam!
–Bıy, başıma xeyir, rol nədi?!
–Ay bəxtəvərin qızı, işə getmək şərt deyil, ey, aktyor olmaq lazımdı, aktyor. Baş redaktorla bir havayla oynayıram, məsul katiblə ayrı havayla, yazı yazacağım obyektə ki, gedirəm, orda da bir başqa havanın üstündə oynamalı oluram! Elə bilirsən alıb gətirdiyiniz, yeyib şelləndiyiniz pulu yerdən yığıram?! Canımın qan bahasıdı, başa düş, işdə olmuram ey, rolda oluram, rolda. Özü də hamının istədiyi kimi oynamaq lazımdı. Yoxsa qarışqa kimi basıb əzərlər səni!”.
Bu söhbəti eşidənə qədər elə bilirdim Q-dan xoşbəxti yoxdu.
–Yazığ imiş ki, bu!– Dedim.
–Yalansa yazıq ilan vursun dilindən! İşdə görəsən onu! Od barmaqda durur… – o… gah baş redak-torun yanına qaçır, gah məsul katibin, nəsə bir tapşırıq alıb, hansısa obyektə getməsə ürəyi soyumaz. Getdiyi yerdən də əli ətəyindən uzun gələn deyil. Balaca bir qəzetçi olasan, hər şeyin də ola. Vallah, paxıllığım tutur hərdən ona. Bir övladımın da toyunu görməmişəm, amma bu, bütün uşaqlarını baş-göz eləyib, nə atıb arxasına, özü bilər, yüz il də yesə çörəyi çörəkdi.
–Ancaq kənardan baxanda lap yetimə oxşayır.
–Yolda-rizdə roldan çıxır axı, özü olur. Amma işdə… atasını söysən belə dişlərini ağardacaq üzünə. Hələ bir adamla sözü çəpləşən görməmişəm onu. Ən haqlı olduğu məsələdə rəqibinin qarşısından çəkilir ki, qələbəni versin ona, təki çörəyinə mane olan olmasın! Bu boyda hiss-həyəcana dözmək olar?! Əgər aktyorluğa getsəydi indi böyük sənətkar idi.
On illər ərzində tanıdığım Q-ya ilk dəfə yazığım gəldi.
Səhəri günü durub getdim “Azərbaycan” nəşriyyatına. Xoşbəxtlikdən qarşıma çıxan da özü oldu.
–Salam, əziz dost!
–Salam, salam, müəllim! – Əyilib-bükülüb iki əlli tutdu əlimdən.
–Eşitdim “Əməkdar jurnalist” adı veriblər sənə?!
–Allah sizdən razı olsun, veriblər də sözdü, əlbəttə veriblər?!
–Mən səni “Əməkdar jurnalist” adı almağın münasibətiylə ürəkdən təbrik eləyirəm! Bəhrəsini görəsən!
–Təşəkkür edirəm! Təşəkkür edirəm, ustad! Çox sağ olasınız! Lap məni şad elədiniz!


Yəqin ki, dostum Ayaz Musayevin ruhu bağışlayar məni!
11.08-18.09.2023

Müəllif: Qəşəm İsabəyli

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

1-ci Liqada mübarizə aparan” İrəvan ” Futbol Klubu Futbol Akademiyasını da gücləndirnəkdədir.

1-ci Liqada mübarizə aparan
“İrəvan” Futbol Klubu Futbol Akademiyasını da gücləndirnəkdədir.

“İrəvan” İdman Şirkətlər Qrupunun prezidenti , ” İrəvan ” Futbol Klubunun İdarə Heyətinin sədri, klubun 1-ci vitse-prezidenti Zülfüqar Kazımov və Klubun Prezidenti Zahid Niyazəliyev ASK Arenada kluba yeni transfer olunan, Futbol Akademiyasının koordinatoru Müşfiq Qənbərov və klubun 14 yaşlılar üzrə baş məşqçisi Elman Şəfiyev ilə müqavilə imzaladıqdan sonra ictimaiyyətə təqdim ediblər.


Şirkətlər Qrupunun prezidenti, İdarə Heyətinin sədri ,klubun 1-ci vitse-prezidenti Zülfüqar Kazımov kluba yeni qəbul olunanlara xeyir-dua verib, uğurlar arzulayıb.

Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: – Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!!

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rahilə Qaralova. Ana.

TƏNHA ANA

Soyuq divar sıxır səni,
Yalqız, tənha olan ana.
Bir ailənin yükün çəkən,
Özünə yük olan ana.

Oğlun, qızın gəzir Çində,
Nə əkində, nə biçində.
Ürək yanar hey içində,
Boynu bükük olan ana.

Arzuların qatar-qatar,
De istəyin kimə çatar?
Əynindəki nimdaş paltar,
Sökük-sökük olan ana.

Xəyal enib zirvələrdən,
Səs gəlməyir nəvələrdən.
Ötən vaxtdan, vədələrdən,
Ömrü çürük olan ana.

Nələr deyir köhnə şəkil,
İndi tənha saçıl, tökül.
Özün məhkum, özün vəkil,
Bölük-bölük olan ana.

Anam, gələr xoşbəxt zaman,
Tanrı verər fürsət, aman.
Yaradandı sənə yanan,
Dərdi böyük olan ana.

Müəllif: Rahilə QARALOVA

RAHİLƏ QARALOVANIN YAZILARI


SƏRVANƏ DAĞTUMASIN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Pərviz Yəhyalı. Təəssüratlar.

TƏƏSSÜF…

(birinci yazı)

Təəssüf, əlacsızlıq, məyusluq daha sonra isə kin, nifrət, həqarətlə sənə tuşlanan baxışları özündə hiss etməyin necə ağır olduğunu bizim kimi heç kəs duya bilməz. Az qala hər gün üzləşdiyimiz gerçəkliklə baş-başa yaşamaq çətin və dözülməzdir. Min bir ümidlə dərdlərinə əlac olunacağı məkana üz tutanları biz qarşılayırıq. Düzdü, içəridən naəlac qalıb açılmamıza əmr verildiyi də olur. Amma nə olsun, elə ki, dərdini danışan dərdli ayağını kandarımızdan bayıra qoydu, iç üzümüz onun dalınca deyilən rişxəndli, tənəli sözlərdən iyrənir. İnsanlar o deyir ee bir üzü ağlar bir üzü gülər, bax onu biz yaşayırıq. Bir tərəfimiz ümidli nəzərlərlə o biri tərəfimiz tənəli, kinayəli sözlərlə əsl cəhənnəm əzabı yaşayır. Hamı da elə bilir ki, üzümüzə ənlik-kirşan kimi çəkilən lak zamana görə solğunlaşır. Yox, əsla eşitdiyimiz gördüyümüz olaylardır üzümzə çəkilən lakı da, qara meşinlərin də “suyunu” tökən. Hələ bu azmış kimi çöl tərəfimizdə mələk qiyafəsində bulunanların iç üzümüzün “gözləri” qarşısında riyakarlığını görmək qədər dəhşətin içində yaşamaq məcburiyyətimiz də başqa bir dərdir. Hiylələr qurulur, haqqa tələ planı cızılır, nalayiq sözlər deyilir. Fikirləşirik ki, bizə nə. Onsuz da cansız, dilsiz ağızsız kimi qəbul olunmuşuq. İç üzümüzün şahidi olduqlarının əksinə bayır tərəfimiz, ancaq ”mələkləri” görəndə nəyin ki, taxta hətta dəmirdən olanlarımız da dözə bilmir. Biz qapılar utanırıq. O deyirlər ha, utanırsan üzünə ələk tut! Yox! Nə ələk, heç dəmir torlar da bizim gördüklərimizdən utanmağımıza sipər ola bilməz. Bir üzümüz gerçək, o biri üzümüz yalançı gerçəyi yamsılayanları seyr etməkdən zülmümüz ərşə qalxır.
Cansız əşyaya belə sevgi can verə bilər. Sevgisizlik, riyakarlıq, ikiüzlülük isə cansız əşya belə olsa yenə onun canını alır.
Belə qismət payımıza baş əyib, yox ee açılıb-örtülüb yaşamaq çətindir. Eh! Kimdi bizi duyan, gördüklərimizə, eşitdiklərimizə əhəmiyyət verən. Bizi insanlar bəlkə də bu əzabları yaşamaq üçün düzüb-qoşublar. Yenə də olsun! Kaş onların üzünə bağlı olan bütün həmcinslərimizin açılması mümkün olsun.

Müəllif: Pərviz Yəhyalı



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu. Ömür.

Ö M Ü R

Əşrəf Veysəllinin “Qorxusu yoxdur” şeirinə…

Yaşın gözəlliyi altmışacandı,
Altmışdan o yana heç nədi ömür.
Hardasan, cavanlıq? – Deyir haçandı,
Ötən günlərinə təşnədi ömür.

Nə qədər nadanın güldü matına,
Çəkdi qılıncını yeddi qatına.
Minib Əzrayılın köhlən atına,
Yetmişdən o yana düşmədi ömür.

Neçə çiy olanlar tələdə getdi,
Kərəmin badına lələ də getdi.
Necə gəlmişdisə elə də getdi,
Səksəndə qaynayıb bişmədi ömür.

Kövrəkdi, qurumaz gözünün nəmi,
Sızladı, inlədi sazının simi.
Sonunu hiss edən bir kəhər kimi
Doxsanda taqətsiz kişnədi ömür.

Ayları, illəri bir-bir didərsən,
Gül açan əmələ demə hədərsən.
Yüz yaş da yaşasan gəldi-gedərsən,
Arğacdı, ilmədi, çeşnədi ömür.

Müəllif: Qəzənfər Məsimoğlu



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"