SÜLEYMAN ABDULLA. AĞRILARI SUSMAQ.

AĞRILARI SUSMAQ

…Və bir də var öz içinə yıxılmaq,
Səssiz-küysüz sinirmək ağrıları.
Hansı vaxtda rahat olur ölməmək,
Günortamı, yoxsa ki gecə yarı…
Soruşmazlar düşəndən…

Yol bəllidir əyiləndə ədalət,
Yıxılarsan əzabların düz üstə.
İtirmək yox tapmadığın ümudi,
Qanad çalmaq dəyənəcən üz üstə;
Hərçənd sınıb qolların…

Əllərini sıxmadığın taleyə,
Gücün çatar dişlərini sıxasan.
Ətək yoxsa yapışmağa üstündə,
Dirsəyinin sıyrığından çıxasan;
Ya çatından dizinin…

Qara günə yaraşır al qərənfil,
Gülab suyu kiprikdəki buz nəmə?
Uzaqlardan dönmək olmur əliboş,
Nə gətirdin o dünyadan, gizləmə;
Susmağa da haqqın var!

Yaxşı deyil adamları yanıltmaq,
Nəfəs dərməz səsə yellə gələnlər.
İçləri çəkib baxar, üstünə
Küt baltayla iti bellə gələnlər;
Sifət varmış adamda…

Nə fərqi var qayıtdınsa əcələ,
Ağ qapının şifrəsi sim-sim idi.
Nə söylədi işıq geymiş o adam,
Süni nəfəs verən o nur kim idi;
Deməzlər, yox e, yox!

20.09.2023.

Müəllif: SÜLEYMAN ABDULLA

SÜLEYMAN ABDULLANIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru


“Abzas” – Əfsər Abdullayev

Əfsər Abdullayevin ilk kitabı

Oğuz rayonunun Qarabulaq kəndində boya-başa çatmış gənc qələm sahibi Əfsər Abdullayevin “Abzas” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Müəllifin kitabına belə ad verməsi təsadüfi deyil. Əfsərə görə həyatda çox şey abzasdan başlayır.

Gənc şairin mövzu dairəsi geniş və rəngarəngdir. Onun özünəməxsus həyat fəlsəfəsi var, dünyaya, cəmiyyətə yeni gözlə baxır. Lirik şeirlərində çoxlarının istifadə etdiyi bədii ifadə vasitələrinə əl atmır. Özünəməxsus təşbeh və bənzətmələrin axtarışındadır. Şeirlərində yersiz uzunçuluq da etmir. Sözünü qısa və tutarlı deməyə çalışır. Cəmiyyətdə baş verən mənəvi çöküntü şairi sarsıtsa da, insanları xeyirxahlığa səsləyir, gözəllik axtarışı ilə özünə və oxuculara təskinlik verməyə çalışır. Bu baxımdan gənc şairin “İnsanlıq”, “İnsan ömrü”, “Bir qocanın xəyalıdır xəyalım”, “Bu dünyanın”, “Sabah” kimi şeirləri təsirli və yaddaqalandır.

Əfsər Abdullayevin “Abzas” kitabı gənc şairin oxucularla ilk görüşüdür. İnanırıq ki, gələcəkdə o, poeziya aləmində daha uğurlu addımlar atacaq, öz şeirləri ilə poeziyasevərlərin qəlbinə yol tapacaq.

                 İnsanlıq

İnsanlıq diz üstə sürünən zaman,

Nadanlıq yüksəlir topuqdan dizə.

Bu qədər qan töküb, can alırıqsa,

Kim deyər, kim axı, kim insan bizə?

Yatmayın, yuxudan ayılın artıq,

Nə fərqi rəngimiz qaradır, ağdır?

Köçəndə dünyadan arxayın köçək,

Bilək ki, insanlıq hələ də sağdır.

İnsanlıq yolunda, insanam deyən,

Çəkər min əziyyət, acı, sayılmaz.

Amma hər kəbədən təsbeh gətirən,

Əbalı molla da hacı sayılmaz.

Əsil insanlığa atılan ləkə,

Yalandan insanam deməkdir elə.

Nəyinsə xətrinə görülən əməl,

İnsanın haqqını yeməkdir elə.

Əfsər Abdullayevin yazıları

Məlumatı hazırladı: Günnur Ağayeva

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AYB- də Ədəbiyyatşünas alim, yazıçı-publisist Azər Turanın 60 illik yubileyi ilə bağlı olaraq, tədbir keçirilib.

Bu gün (21.09.2023) Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda Ədəbiyyatşünas-alim, yazıçı-publisist Hacı Azər Turanın 60 illik yubileyi ilə bağlı olaraq, tədbir keçirilib. İştirakçılar yubilyarın həyat yoluna bir daha nəzər salaraq, təbrik və xoş arzularını izhar ediblər.

“YAZARLAR”  JURNALI olaraq, biz də Azər müəllimi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Musa Yaqub. “Xaqaniyə salamlar”.

Ustad Musa Yaqubun kitablarda çapdan qalmış əsərlərindən hələ ki, sonuncusu budur: “Xaqaniyə salamlar”. Bu poema kimi başa çatmalı idi. Xaqaniyə xüsusi sevgisi var idi ustadın. Bilirdiniz ki, məşhur “Dəyirman” poeması onun elə Xaqani yaradıcılığının, bir qədər konkret desək, Xaqaninin “Bənzəyir kündə ayağımda dəyirman daşına, Qanlı göz yaşımla işlər bu dəyirmanım mənim” misralarının təsiri altında yazılıb da demək olar. Amma poeziyamızda xüsusi çəkiyə malik “Dəyirman”da o qədər mətləblər var ki…oxuduqca çoxları dərinlikdən üzə çıxır…
Xaqani Şirvani haqqında ustadla həmsöhbət olarkən onun bu şairdən ədəbiyyat tariximizdə qalan, Mədain xərabələrinin şairə xitabən söylədiyi, əslində şairin xəyalən yazdığı “Biz ədl sarayıykən zülm ilə viran olduq, Zalimlər olan qəsrə gör neyləyəcəkdir dövran” fikrinə istinadı da çox ibrətamiz idi. Deyirdi, Qoca Şərqin bəlasına baxın ki, XII əsrdə Xaqaninin yazdığı İraq xərabəlikləri 8-9 əsr sonra da elə həmin xərabəliklərə çevrilir…Nədir bu Şərqin günahı?!

Yer üzünün Süleymanı neyləsin,
Xaqaninin dəyirmanı neyləsin?..

“Xaqaniyə salamlar”
silsiləsindən

Giriş

1

Babadağdan gələn çaylar,
Əl-ayağın soyuqdumu?
Belə aşıb-daşmaqların
Tanrıdan bir buyruqdumu?
Alapaça qaça-qaça
Gəlib səndən keçən vaxtı,
Su payını içən vaxtı
Səs-səmirdən duyuqdumu?

Ayağını daşlar əzən,
Ağzı qara bala cüyür
Suda qoyub başmağını,
Süzgəc edib yaşmağını
Burnuna su dolan vaxtı
Yenə ayıq-sayıqdımı?

Çaydaçapan çapıb gedər,
Öz ovunu tapıb gedər,
Hörgüləri hörgüləyən
Dırnaqları qıyıqdımı?

Sel suları artdı gəldi,
Sahilləri dartdı gəldi.
Nohurlanıb su ləngidən
Selintilər, çiləkənlər
Ağacdımı, qayıqdımı?

2

Babadağdan gələn çaylar
Hər dərmanın suyundadır.
Dərinlərin at belində,
Dayazın quş boyundadır.

Bulaqların bir parası
Qımıldanır ot arısı.
Bir bulağın nur aynası
İlahinin qoynundadır.

Köhnə marxal donub durub,
Daşını sel yonub durub.
Şehotları donub durub,
İncisi gül boynundadır.

Füzulinin nəfəsindən
Köynəkləri dolub durub.
Gölməçələr məclis qurub
Hübabı bərk oyundadır.
Ağ suları gümüşlənir,
Qara suyu dəmir dadır.

3

Babadağdan gələn çaylar,
Peşnu sənin qolundumu?
Gah bir olur, gah ayrılır,
Bu yol sənin yolundumu? –
Sağlandılar-sollandılar,
Başaşağı yollandılar.
Daşlar selə sinə gərir,
Elə bil ki, nər oynadır,
Novda sular cuşa gəlir,
Dəyirmanda pər oynadır.
Dəyirmanlar qoşa-qoşa,
Suyu gəlir daşa-daşa.


  • Nə deyim, nə yaradım:
    Gah özümü qınadım
    Gül üstündə qanadım
    Bir kəpənək gücündə –
    Ah, bu dövran, bu dövran
    Keçmək olmur yanından,
    Girib dəyirmanından
    Çıxdım başqa biçimdə.

Hava duman, yol uzaq,
Gecə uzun, gün yasaq.
Mən bir asi yalquzaq,
Qurd ulayır içimdə.

“Bənzəyir kündə ayağımda
dəyirman daşına,
Qanlı göz yaşımla işlər
bu dəyirmanım mənim”.
Dəyirmanlar qoşa-qoşa,
Suyu gəlir daşa-daşa…

Vələsində qara suda
dəyirmanın işlər ikən
Dəyirmanda dən növbəsi
bəlkə də min beşlər ikən
Tişək daşlar
Quru dəni əzib-vurub
dişlər ikən.
Birdən-birə
şindan gəlib dolan vaxtı,
Çiləkənlər
dar boğazda qalan vaxtı
çax-çax haray salan vaxtı
Onda bildim ey Xaqani,
bu dəyirman səninkidi.
İşləyir söz dəyirmanı,
çərxi-dövran səninkidi.

“Mədhiyyə”də xaqan üçün
De, işlət bu dəyirmanı,
“Həbsiyyə”də dövran üçün
De, işlət bu dəyirmanı.

Könlün haqqın sorağında
Kündələrin ayağında.
Yaltaqlar kef-damağında,
Sən işlət bu dəyirmanı.

Ömür keçdi, yaş qalmadı,
Bir tişəkli daş qalmadı.
Gözlərində yaş qalmadı,
Sən işlət bu dəyirmanı.

Sərt illərin yaxasından,
Əsrlərin arxasından
Durub gəlib
heç dəyirman işlətməyin vaxtı deyil.
Bu Süleyman taxtı deyil,
Deməzlərmi şairimiz
təzə bir imana gedir?
İnsan kosmosdan qayıdır,
şair dəyirmana gedir.
Bəs sənin söz dəyirmanın –
O hansı ümmana gedir?

Çay sellənib bənddən çıxıb,
İlan cızdan, xətdən çıxıb
İnsan itaətdən çıxıb
Hərəsi bir yana gedir.

Kəsilibdir gəl-getləri,
Yox vəzifə biletləri,
Yanında qəssab itləri
Yalmana-yalmana gedir.

Var kef yeri, xərac yeri,
Şum birinin əlac yeri.
Min əkənin qazanc yeri
Yığılıb xırmana gedir.

Gedişləri saxla görüm,
Günümüzə ağla görüm… –
Saxla, saxla dəyirmanı, sən Allah!
Sıxır məni dağ dumanı, sən Allah
Sənsən yenə söz sarvanı, sən Allah
Nə olsun ki, müdriklər var, Quran var,
Eh, hələ də qırdıran var, qıran var…
Yer üzünün Süleymanı neyləsin,
Xaqaninin dəyirmanı neyləsin?..

Mənbə: Nəzirməmməd Zöhrablı

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac: – Hər səngər məbəddi, pirdi hər əsgər!!!

   ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!

ARAZ
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Çəkib acıları, yığıb suyuna,
Sakitdir, bələddir hamı huyuna,
O da qurban gedib fitnə, oyuna,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!
* * *
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı,

Yanağımda duz olubdu…

Urmu, Urmu söyləməkdən

Bağrım başı köz olubdu…

* * *
Şümürə lənət deyənlər
Susuz qoyubdu dindaşın…
İnsan insana qənimdi,
Günahı nə dağın, daşın?
* * *
Savalanı dərd qocaltdı,
Murov soyuqdan üşüyür…
Araz sükütun pozmayır,
Kür əlçatana döşüyür…
* * *
Dəmir Qapım pas atıbdı,
Neçə körpüdən keçmirik…
Kərkük, Mosul unudulub,
Bağdada iraq demirik…
* * *
Nəsimi nəşi Hələbdə,
Füzuli hərəmdə qalıb…
Babəkin ruhu sərgərdan,
Bəzz qalasın duman alıb…
* * *
Suyumu daşla boğurlar,
Daşımı suyla yuyurlar…
Xudafərin, Urmu incik,
Bizləri bizsiz qoyurlar…
* * *
Şah babam yol ortasında,
Koroğlu göylərdə gəzir…
Bizi, bizdən ayrı salan
Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM
Qutlu zəfər sancağım,
Sancılmağa yer gəzir!
Alınası öcüm çox,
Bu gün ruhumu əzir!
* * *
Dərbəndi, Borçalını
Unuduruq həmişə…
Kərkük, Mosul bağrı qan,
Boyun əyib gərdişə…
* * *
Yudumun dörd bir yanın
Hürr görmək istəyirəm!
Şanlı zəfər tuğuma
Zər hörmək istəyirəm!
* * *
İrəvan peşkəş olub
Beş sətirlik kağızla…
Zəngəzuru naxələf
Verib quru ağızla…
* * *
Bədnam Araz illərdir
Olub qargış yiyəsi…
Top doğrayan qılıncın
O taydadır tiyəsi…
* * *
İstəyirəm bu bayraq
Dalğalansın Təbrizdə!
Urmuda üzsün balıq,
Sanki üzür dənizdə…
* * *
Xoyda, Mərənddə bir gün,
Olum qonaq üzü ağ.
Ərdəbilə, Tehrana
Qurulmasın ta duzaq…
* * *
Qarsdan, Ağrıdan baxım,
Qaşqayadək görünsün!
Qapıcıqdan, Qırxqıza
Ağ dumanlar sürünsün!
* * *
Bu arzular həyata
Keçməsə, mən heç nəyəm!
Neynim, mayam belədir,
Mən zəfərə təşnəyəm!!!

BU GÜZ
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

TUNCAYA

(Tuncayın timsalında !!!)

Tanrı tutub, ağ torpaqdan mayanı,
Gündoğandan Günbatana sənindi!
Nişan verib, yeddi günlük Ayını
Əksi düşən tüm torpaqlar sənindi
* * *
Xəzəri ortaya düz qoyub nişan,
Boynuna dolanan Hilal sənindi!
Ən uca zirvələr, ən dərin göllər
Ormanlar, dəryalar, düzlər sənindi!
* * *
Tanrının payıdı, lütf edib sənə,
Tanrıya sarsılmaz inam sənindi!
Ataya, Anaya, qocaya hörmət
Sirdaşa sədaqət, güvən sənindi!
* * *
Zamanla hökm etdin tüm yer üzünə
Hakimiyyət sənin, höküm sənindi!
Aman istəyəni kəsmədin heç vaxt,
Ən böyük ədalət, güzəşt sənindi!
* * *
Unutma ki, lap binədən belədi,
Mərhəmətli, yuxa ürək sənindi!
Xilas etdi, bağışladı ənamlar,
Yamana yaxşılıq, ancaq sənindi!
* * *
Döyüşdə, düşməni alnından vuran,
Süngüsü əlində ərlər sənindi!
Savaşda, uçağı kəməndlə tutan,
Qüvvəsi qolunda nərlər sənindi!
* * *
Dəli-dolu Türk oğullar cahana
Bəxş etdiyi şərəfli ad sənindi!
Adı gəlsə, yeri-göyü titrədən
Qorxu bilməz, şanlı əsgər sənindi!
* * *
Çöldə simgə etdin Qurdu sancağa,
Kəhər Atın ən yaxşısı sənindi!
Ay-yıldızı nişan tikdin Bayrağa,
Zəkalar, dühalar tümü sənindi!
* * *
Tutduğun yol tək Tanrının yoludu,
Aydın zəka, tər düşüncə sənindi!
Çoxu deyir, tay dünyanın sonudu,
Fəqət bilməz, yeni dünya sənindi!!!

ANA DİLİM
Bu şipşirin Ana dilim,
Həm də qutlu sancağımdır!
Min illərdir Ata Yurdun
Sərhədini bəlirləyir…
Ta Şumerdən üzü bəri,
Dədəm Qorqud öyüd verib,
Şah İsmayıl fərman yazıb,
Qoç Koroğlu nərə çəkib…
Ulu Babəkin fəryadı,
Füzulinin ah-naləsi,
Nəsimin şah nidası,
Bu dildədir!!!
Bu dil, Tomrisin dilidir;
Layla deyib,
Hökm verib…
Min illərdir Ata Yurdun
Sərhədinin keşiyində
Əsgər kimi durub, bu dil!!!
Ana dilim həm əsgərdir,
Həm də sərhəd!!!
Toxunulmaz bir tabudur!!!
19.02.2023. Bakı.

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Esmira Fuadın “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabının təqdimatı – FOTOLAR:

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Güney Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Esmira Fuadın tərtibçiliyi ilə “Bütöv Azərbaycan bədii təfəkküründə Şuşa” adlı yeni antologiya işıq üzü görüb.

Esmira xanım antologiyaya “Salam Şuşam, Uluyurdum mənim…” sərlövhəsi ilə dəyərli bir “Ön söz” də yazıb. Kitab Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.

Nəşrin elmi redaktoru Xanım İsmayılqızı, redaktoru Mina Rəşid, tərcümə və transliterasiya edən filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva və Nərmin Kərimovadır. Rəyçiləri Rəsul Qədiri və Fikrət Süleymanoğlu, dizayneri Ellada Səfərəliyevadır.

Adından da bəlli olduğu kimi antologiya-kitabda Güneyli-Quzeyli bütün Azərbaycan yazarlarının, klassik və çağdaş şairlərimizin əsərləri yer alıb.

19 sentyabr 2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda Esmira Fuadın tərtibatı və Mina Rəşidin redaktorluğu ilə işıq üzü görmüş “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabının təqdimat mərasimi baş tutub. Tədbirdən fotalar:

Tədbirin gedişində Esmira Fuda “Ziyadar” mükafatı, Mina Rəşidə isə “Fəxri Fərman” təqdim olunub. Xatırladaq ki, “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabı Esmira xanımın Güney Azərbaycan ədəbiyyatı ilə bağlı sayca 14-cü kitabıdır.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Biz səni saxlaya bilmirik Ata

Biz səni saxlaya bilmirik Ata

(Allah bütün xəstələrə şəfa versin inşallah)

Başını qatırıq quruca sözlə
Üzünə baxırıq axı nə üzlə?
Durduq keşiyində var gücümüzlə
Əziyyət əzaba hey bata-bata
Biz səni saxlaya bilmirik Ata.

Dilimdə gəlmir ki bir söz deməyə
Artıq təbiblər də yetmir köməyə
Gərdişə gücümüz çatmadı deyə
Utana-utana baxdıq həyata
Biz səni saxlaya bilmirik Ata.

Möcüzə göstərə uca yaradan
Səni qüdrətilə çıxarda dardan
Dərmanın tapardıq desələr hardan?
Gecəni gündüzə biz qata-qata
Biz səni saxlaya bilmirik Ata.

Yalvardıq Allaha biz neçə qardaş
Bu yaşda nə köçmək? Axı nə təlaş?
Kaş Allah möcüzə göstərəydi kaş
Gedəydi başından bu bəla, qada
Biz səni saxlaya bilmirik Ata.

19.09.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Esmira Fuad mükafatlandırılıb

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda xanım yazarımız, dos. dok. Esmira Fuadın Güney Azərbaycan ədəbiyyatı ilə bağlı sayca 14-cü olan “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabının təqdimat mərasimi keçirilib.

Tədbirin gedişində Esmira xanıma “Ziyadar” mükafatı təqdim olunub.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabının təqdimat mərasimi keçirilib

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” Poeziya klubunda xanım yazarlarımız Esmira Fuadın tərtibatı və Mina Rəşidin redaktorluğu ilə işıq üzü görmüş “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabının təqdimat mərasimi keçirilib.

Tədbirin gedişində Esmira Fuda “Ziyadar” mükafatı, Mina Rəşidə isə “Fəxri Fərman” təqdim olunub. Xatırladaq ki, “Bütöv Azərbaycan bədii təfəkküründə ŞUŞA” Antologiya-kitabı Esmira xanımın Güney Azərbaycan ədəbiyyatı ilə bağlı sayca 14-cü kitabıdır.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Eltun Türkel. ARVAD MOLLASI.

ARVAD MOLLASI
(Hekayə)

Sabah mərhumun üç mərasimiydi. Gecəyarısı olmasına baxmayaraq, hələ də axşamdan başlayan ailədaxili məsləhət-məşvərət öz axarında davam edirdi. Ehsan üçün alınacaq ərzaqlar hesablanmış, yas mərasimində iştirak etmək üçün gələnlərin necə qarşılanması və yola salınması planlaşdırılmışdı. Aşbazından tutmuş qulluqçusuna, qabyuyanına, çayçısına qədər hər kəs siyahıda öz yerini tutmuşdu. Təkcə siyahının “arvad mollası” bölməsinə boşluq hökm edirdi. Çox keçmədi ki, mərhumun həyat yoldaşı boşluğun sultanlığını hiss edib onu taxtdan endirməyi qərara aldı. Güya bu itkidən təsirlənibmiş kimi xırıltılı səslə dilləndi:
-Bala, əsas məsələ “arvad mollasıdı”, onu da yaddan çıxarmışıq. Sabah Quranı kim oxuyacaq, mərsiyə deyib arvadları kim ağladacaq?
Ailə üzvləri tanıdıqları, yaxınlıqda olan bütün “arvad mollalarının” bir-bir adlarını sadalamağa başladılar. Ancaq hər ad çəkiləndə mərhumun həyat yoldaşı “Onun yaxşı səsi yoxdur, o, yaxşı mərsiyə deyə bilmir, o, məclisi ələ ala bilmir” deyib etirazını bildirdi. Bayaqdan kənarda özünü qəmgin göstərməyə çalışıb, ancaq buna müvəffəq ola bilməyən mərhumun kiçik qızı vəziyyətdən çıxmaq üçün dilləndi:
-Ana, niyə dağa-daşa düşürsünüz ki? Mənim ibtidai sinif rəhbərim Xavər müəllim kimi molla var? İlin mollası seçildi rayonumuzda. Xavər müəllimə niyə demirik ki?
Mərhumun həyat yoldaşı sanki yuxudan diksinib oyandı.
-Ay qızım, bayaqdan deyirəm axı mən tanıdığım yaxşı molla olmalıydı. Amma, adını yadıma sala bilmirdim. Bax, o, əsl məclis adamıdır. Həm illərin müəllim təcrübəsi, həm əla səsi var, həm də məclisi o dəqiqə ələ almağı bacarır. Bilirəm də, camaatın əməlindən baş, bizimkilərin də gözündən yaş çıxarmaq çətin məsələdir. Dur tez zəng elə yatmamış.
Ədalət müəllim hələ uşaqlıqdan adının mənasını doğrulda bilməmişdi. Ömrü boyu da adı ilə xasiyyətinin təzadı arasında qərar tutmağa çalışdı, ancaq bacarmadı. Hələ sovet dönəmindən “özünə xidmət” vəzifəsinin əla icraçısı olduğu üçün müxtəlif sahələrdə çalışdı. Dörd övladdan təkcə biri, böyük qızı ali məktəbdən diplomunu, atasından isə dərsini aldı. Diplomunu alan kimi də paytaxtda vəzifə başına keçib kəndlə, ailəsinlə əlaqələri zəiflətdi. Yaşı 35-i haqlasa da “özünə xidmət” vəzifəsindən vaxt ayırıb ailə qurmaq barəsində heç düşünmədi. Hər il də vəzifəsi böyüdü, böyüdükcə də atası kimi daha da öz vəzifəsinə doğmalaşıb, doğmalara yadlaşdı. O vaxt Ədalət müəllimin atası dünyasını dəyişəndə dəfn mərasimində iştirak etmədi ki, – Mən vəzifə adamıyam, kolxozda yoxlanış var. Onu yoluna qoymasam vəzifədən uzaqlaşdırarlar. İndi də qızı bu ənənəyə sadiq qalaraq işinlə bağlı atasının dəfninə gəlməməklə bir daha sübut etdi ki, aldığı dərsi bir vergül belə unutmayıb. Bir vaxt Ədalət müəllimə kənddə hamı ehtiyatlı yanaşırdısa, indi də qızına ehtiyatlı yanaşırdılar. Bəlkə də, ondan irəli gəlirdi ki, həyat yoldaşı xüsusi “arvad mollası” axtarırdı ki, nə yolla olursa-olsun camaatı ağlada bilsin.
Uşaqlar otaqdan çıxdıqdan sonra, mərhumun həyat yoldaşı çarpayısına uzandı. Çarpayının bir hissəsinin boş olduğunu indi hiss elədi. Ancaq nədənsə bu boşluq onu kövrəltmədi. Sanki həyat yoldaşı illərdi bu yatağı boş qoymuşdu. Öz-özünə gileylənməyə başladı:

  • Bax, a Rəhmətliyin nəvəsi, sağlığında pul qazanmağı bacardın, hörmət qazanmağı bacarmadın. Sabah 3-dü, qohum-qonşunu ağlatmaq mollanın məharətinə qalıb. Bircə sabahı yola verə bilsəydik, qızın gəlib çıxsaydı camaatın içində xar olmazdıq.
    Bu düşüncələrlə də nə vaxt yuxuya getdiyinin fərqinə varmadı.
    Bu sabah mərhumun həyəti işsizlər parkını xatırladırdı. Boşluqdan bir tərəfində siyasət meydanı açılmışdı. Bir tərəfində iqtisadi məsələlər müzakirə olunurdu. Digər tərəfdə isə qeybət meydanı fəaliyyət göstərirdi. Burda demək olar ki, ox atanların əksəriyyəti mərhumun vəzifəli qızını hədəf seçirdi. Bir sözlə gələnlərin çoxu bəzən nə üçün gəldiklərini belə unudurdular. Bəlkə də, bu an gələnlərin böyük əksəriyyəti mərhumun adını yox, qazanda bişirilən ehsan yeməklərinin dadını, bir də atasının yasına gəlib çatmayan vəzifəli xanımı müzakirə edirdilər. Az keçməmiş mərsiyələri, ağıları ilə ağlatmaq üzrə “ilin mollası” adını almış” Xavər müəllim göründü. İçəri keçib “Başsağlığı” verdikdən sonra şüşəbəndə yönəldi. Hər kəs öz yerini aldıqdan sonra “arvad mollası” “Əl Fatihə” surəsi oxuyub, mərsiyələr deməyə başladı. Ancaq camaatın nəinki gözündən yaş çıxdı, hətta mərsiyə deyildiyi vaxt pıçıltı səsləri belə eşidilirdi bəzən. Xavər müəllim mərhumu yaxşı tanıdığı üçün bu halla qarşılaşacağını təxmin etmişdi. Ancaq bu qədərini düşünməmişdi. Demək olar ki, bildiyi ən ağrılı mərsiyələri deməsinə rəğmən hələ də məclisdəkilərin gözünə yaş gəlməmişdi. Bu isə Xavər müəllimin məğlubiyyəti sayılırdı. Mərsiyələrə ara verib əlini çay stəkanına uzatdı ki, boğazını yaşlasın. Əslində məqsədi çay içmək deyildi, nəsə düşünüb bu vəziyyətdən çıxmaq lazım idi. Elə bu məqamda çöldə səs-küy düşdü. Mərhumun vəzifəli qızı təşrif buyurmuşdu. Soyuqqanlı şəkildə şüşəbəndə daxil olanda məclisdəkilər sanki qəflət yuxusundan ayıldı. Əslində camaat oyanmazdı, əgər daxillərində yatmış kimi görünən nəfsləri oyanıb, baş qaldırmasaydı. Axı bu gələnlərin nə vaxtsa yolları mərhumun qızının qapısından keçəcək. Bəs o zaman xanım vəzifə sahibi deməyəcəkmi atamın yasında yığıb saxladığınız göz yaşını bu gün beş qatıyla geri qaytarmasanız bu qapı üzünüzə açılan deyil. Bu düşüncələrdən gələnləri öncə mərhumun həyat yoldaşının səsi ayırdı:
    • Gəl ay, Ədalət, gəl, dağ boyda vəzifəli qızın gəlib, hardasan? Əlin balandan uzanıqlı getdi, gəl.
      Bacısının sözünü ağzında qoyan mərhumun baldızı vay-şivən qopardı:
      -Gəl ay Ədalət, gəl, bax gör kim gəldi. Son nəfəsinin istisinə isinməyən qızın gəlib, gəl vidalaş, gəl.
      Bayaqdan göz yaşlarının qarşısını kəsib saxlayan məclisdəkilərin hönkürtüsü indi solisti müşayiət edən xor dərnəyini xatırladırdı. Mərhumun bacısının ağısı göz yaşlarını leysana çevirdi:
      -Qızını görmədən dünyadan köçən qardaşım lay-lay. Kaş sənin yerinə mən öləydim, a qardaş, a qardaş.
      Ağlaşma səsləri get-gedə daha da güclənir, sanki küçəni başdan-başa işğal etməyi qarşısına məqsəd qoymuş qoşun kimi hava boşluğunu yarıb sürətlə irəliləyirdi. Gələnlərin hərəsi bir ağı deyib dizinə vurur, hətta üzünü cırnları da görmək olardı. Bütün axıdılan göz yaşları selə dönüb, bir çayda birləşib, üzü Xəzərə doğru sürətlə irəliləyirdi. O çayda kiminin vəzifə arzusu, kiminin iş arzusu, kiminin maşın arzusu, kiminin qızına verəcəyi cehiz arzusu axıb ünvanına doğru gedirdi. O çayda axan arzuların ən böyüyü isə Xavər müəllimin “xalq mollası” arzusuydu. Çaya öz töhfəsini verməyən yeganə şəxs isə mərhumun qızıydı. Babasının yasında atasının göz yaşını görməyən xanım vəzifəli atasının ənənəsini yaşadacağına and içmişdi sanki. Əvəzində vəzifəsinə sadiqlik nümayiş etdirib kimin necə ağladığına nəzarət edir və heyrətlə ağlayanların üzünə baxıb düşünürdü. Görəsən dünyasını dəyişən mənimmi atamdır, ağlayanlarınmı atasıdır, yoxsa vəzifənin atasıdır? Əşşi, nə fərqi var? Əsas odur ki, insanlar mərhum Ədalət üçün göz yaşı tökürdü…
    • Müəllif: Eltun Türkel

"…yazarlar, ancaq yazarlar…"