Məhərrəm Qasımlı (Orxan Paşa) – 65

Alim-şair ömrünün şəfəqləri…

Orxan Paşanın şeiri, qoşa qanadın sehri…

(Elm və sənət adamının poeportretindən cizgilər)

Qarşımda bir neçə kitab var, poeziyadır – şeirlərdir. Onlardan birinin adı belədir: “Əllərini uzat mənə”, elə bil, suya batan, imdad istəyən bir nəfərdir, kiməsə yalvarır ki, “əllərini uzat mənə, bu dəryada boğuluram, batıram, ölürəm, əllərini mənə uzat, məni xilas elə!!” Belə olmasaydı, kitabın müəllifi belə yazmazdı:

Mən Orxan Paşayam, çox yaxındayam,

Yanıram oduna, bax, yaxındayam.

Getdiyin yolların ayağındayam,

Gəldiyin yolların başında, hər gün!

Bu onun birinci kitabı deyil, heç sonuncu kitabı da deyil, son çap etdirdiyi uğurlu kitabdır (Bakı, “Uğur”, 2021). İndiyə qədər xeyli poetik kitabları var. Əslində, o, alimdir, özü də elə-belə alim deyil, ustad alimlərin bulağından diz yerə qoyub içən ustad alimdir. Bir dəfə demişəm, yenə də yada salıram, “Məhərrəm Qasımlı Azərbaycan ədəbiyyatşünaslığında “Aşıq sənətinin nəzəriyyəsini yaradan” folklorşünas-alimdir!!”, hələlik sonuncu kitabı da budur: “Ozan-aşıq sənəti və ədəbiyyatı.”, Bakı, 2023.)

Amma o, alim olmamışdan qabaq şairimiş… İçində bir paşa-şair, qucağında saz, ürəyində söz, bardaş qurub oturubmuş. Sonra ayağa qalxıb bir üzü aşıqlığa (aşıq poeziya nəzəriyyəçisi – Məhərrəm Qasımlı oldu), bir üzü şairliyə (Orxan Paşa oldu) doğru, bəlkə də bu qoşa qanad birləşərək üzü aşiqliyə doğru inamla-ilhamla addımladı…

Həm Məhərrəm Qasımlı, həm Orxan Paşa ikisi bir canda, bir qəlbdə yaşayan bir adamdır – rəsmi bir adda – Məhərrəm Paşa oğlu Qasımlı adında pasportlaşıblar… Özünün yazdığına görə, “saz başına döndüyüm” – deyə-deyə bir ömürdə üç ömür yaşayıbdır: “İnsan övladı dünyaya sevgiylə gəlir, sevgiylə yaşayır, sevgiylə də gedir. Bu anlamda hər kəsin sevginin üç mərhələsindən keçməsi şərtdir.

Birinci mərhələ ana-bala sevgisidir. İlk böyük sevgi ana-bala arasında yaşanır. Ananın öz körpə balasına, balanın da anasına sevgisi əfsanəvi bir duyğudur, onun sirri İlahinin dərgahına bağlıdır.

İkinci mərhələ yeniyetməlik və ya gənclik illərini çevrələyir. Bu, oğlanla qızın arasında yaranan sevgidir. Onun da sirr bilinməyən tərəfləri çoxdur.

Birinci və ikinci mərhələdən sonra sevginin üçüncü-sonuncu mərhələsi gəlir. Bu, ilahi məhəbbətdir, uca Tanrıya – Yaradana olan sevgidir. İnsan oğlu birinci və ikinci sevgidən qazandığı ülvi duyğularını məhz uca Tanrıya – İlahiyə olan məhəbbətlə kamala çatdırır.

Mən indi üçüncü sevginin sehri və cazibəsi içindəyəm”. Bu məntiqlə yanaşanda (elə onun bütün şəxsiyyəti və yaradıcılığı da bunu göstərir), Məhərrəm Qasımlı – Orxan Paşa sevgi və məhəbbətlə mayalanmış bir ömür yaşamaqdadır… Amma, nə qədər, ikisi bir canda, bir təndə olsalar da, Bakılılar demiş, Məhərrəm Qasımlı bir alay, Orxan Paşa bir alayıdır, qoşa qanadla pərvaz etsələr də, alayı-alayı ruhda olan şəxsiyyətlərdir… Onu cani-könüldən sevən, ruh şairi Barat Vüsal qələm dostunu “Sözün Məhərrəmi – Sazın Orxan Paşası” adlandırıbdır və düz də eləyibdir…

Əvvəl, “Sözün Məhərrəmini” – Məhərrəm Qasımlını qısa tanıtımda təqdim edək, sonra keçək Orxan Paşaya. Çünki, bu gün bizim əsas adamımız, poeportret janrında ədəbi qəhrəmanımız – Orxan Paşa ləqəbli Məhərrəm Qasımlıdır…

“Azərbaycan Respublikasının əməkdar elm xadimi” (2015), Azərbaycan Respublikasının Dövlət Mükafatı laueratı (2010), “Şöhrət” ordenli (2018), filologiya elmlər doktoru, professor, ədəbiyyatşünas, folklorşünas, Beynalxalq Folklor Fondunun (ABŞ) Azərbaycan təmsilçisi, “Milli Folklor” (Türkiyə) dərgisinin Azərbaycan təmsilçisi, Azərbaycan Aşıqlar Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü, “Folklor və Etnoqrafiya” beynəlxalq jurnalının baş redaktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsinin müdiri Məhərrəm Paşa oğlu Qasımlı 1958-ci ildə, avqustun 5-də ozanlı-aşıqlı, sazlı-sözlü, nağıllı-dastanlı Tovuz rayonunun Alakol kəndində tanınmış ziyalı ailəsində anadan olub, 1975-ci ildə Tovuz rayonu Alakol kənd orta məktəbini bitirib, mükəmməl orta və ali təhsil alıbdır.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, bir müddət sonra AMEA Nizami adına Ədəbiyyat institutunun əyani aspiranturasına qəbul olunub, burada “Şah İsmayıl Xətayinin poeziyası” namizədlik və “Aşıq sənətinin qaynaqları, yaranışı və mühitləri” mövzularında doktorluq dissertasiyalarını müdafiə edibdir.

O, Mir Cəlal Paşayev, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Firudin Hüseynov, Tofiq Hacıyev, Fərhad Zeynalov, Şamil Qurbanov, Qulu Xəlilov, Təhsin Mütəllibov kimi şəxsiyyətlərdən dərs almış, onların hərəsindən bir kişilik əlaməti, mərdlik, elm, düşüncə tərzi, mütərəqqi-milli dünyagörüş, həyat tərzi əxz etmiş, öz şəxsiyyətində cəmləyərək sabitləşdirmişdir. Bu onun Universitetdəki tələbəllik illərinə xasdır.

Sonrakı dövrdə isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundakı aspirantura dövrü, namizədlik, doktorluq mövzularında dissertasiya müdafiələri, şöbə müdiri, direktor müavini kimi məsul vəzifələrdəki fəaliyyəti dövründə Azərbaycanın görkəmli alimlərindən Mirzə İbrahimov, Mirzağa Quluzadə, Kamal Talıbzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Qasım Qasımzadə, Kamran Məmmədov, Məmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Qasım Qasımzadə, Teymur Əhmədov, Yaşar Qarayev, Qəzənfər Paşayev, Şamil Salmanov, İsa Həbibbəyli, Şirindil Alışanlı, Kamran Əliyev, Muxtar İmanov, Teymur Kərimli və s. bu kimi görkəmli alimlərlə, qələm dostları, həmyaşları ilə təmasları, ünsiyyəti Məhərrəm Qasımlı şəxsiyyətinin formalaşmasında mühüm əhəmiyyət kəsb etmiş, elmimizə, mədəniyyətimizə, müasir milli təfəkkürümüzə belə bir ziyalı bəxş etmişdir… Və bunu da qeyd edim ki, mənim gözümün qabağında, bu azman elm adamlarının sırsında yer tutmaq, elmdə, idarəetmədə məqam sahibi olmaq da, hər oğulun, hər alimin, hər ziyalının hünəri deyil…

Məhərrəm Qasımlı “Aşıq sənəti” (1996), “Şah İsmayıl Xətainin poeziyası” (2002), “Sənə sözüm var” (2004), “Ozan-aşık sanatı” (2010, Türkiyə), “Ozan-aşıq sənəti” (2011, 304 s.), “Şirvan aşıqlarının saz havaları” (2011), “Dərbənd folkloru” (2014), ”Ozan sənəti” (Təbriz, 2015), “Folklor və ədəbiyyat araşdırmaları” (2017, 627 s.), “Aşıq şeirinin poetik biçimləri və çeşidləri” (2018) təkin xeyli monumental monoqrafoyalar, “Ozan-aşıq keçidi” (“Qobustan” jurnalı., 1991, №3), “Manas” dastanının anlatılış özəllikləri” (Ankara, “Turk dünyası” dərgisi, 1995, №4), “Azərbaycan türklərində ad anlayışı” ( Azərbaycan interneyşel. dər. Vaşinqton, 1999, №11), “Aşıq sənətində informatik yük və repertuar problemləri” ( Bakı, 2001, Elmi əsərlər, №3–4), “Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq” (“Ədəbiyyat qəzeti”- 2015.- 5 sentyabr.- S.20–21.) qəbildən 500-dən çox elmi-nəzəri məqalələrin müəllifidir.

ABŞ, Rusiya, Türkiyə, Fransa, İran, Gürcüstan, İraq, Orta Asiya və bir çox başqa ölkələrdə tədqiqatları nəşr edilən, beynəlxalq elmi konfranslarda məruzə və çıxışları böyük maraqla dinlənilən tanınmış araşdırmaçının aşıq sənəti sahəsindəki sistemli elmi-təşkilatı fəaliyyəti barədə 2006-cı ildə Türkiyənin Atatürk Universitetində dissertasiya işi müdafiə olunmuşdur. Çoxsaylı kitab, monoqrafiya və məqalələrin müəllifi olan professor Məhərrəm Qasımlının rəhbərliyi altında otuzdan çox fəlsəfə doktoru yetişmişdir.

Naxçıvan, Dərbənd, Gəncəbasar ərazilərindən, eləcə də Cənubi Azərbaycan, Qazaxıstan və Gürcüstanda yaşayan soydaşlarımızdan folklor materiallarının toplanması və antoloji nəşrlərinin hazırlanmasında da onun mühüm xidmətləri vardır. Təkcə 2018-ci ildə nəşr olunan üç cildlik “Azərbaycan aşıq ədəbiyyatı” antologiyası bunun əyani örnəyidir…

2008-2016-cı illərdə Azərbaycan Aşıqlar Birliyinin birinci katibi olan Məhərrəm Qasımlı 2016-cı ildən həmin təşkilatın sədri kimi səmərəli fəaliyyət göstərir. O, 2014-cü ildən nəşr edilən “Folklor və etnoqrafiya” Beynəlxalq elmi jurnalının təsisçisi və baş redaktoru, Türkiyədə çap olunan “Milli folklor” və “Atatürk” beynəlxalq elmi jurnallarının Azərbaycan təmsilçisi, UNESKO-nun qeyri-maddi-mədəni irs üzrə “Aşıq sənəti” layihəsinin elmi məsləhətçisi, “Ozan” elm və sənət toplusunun baş redaktorudur.

O, həm də bacarıqlı elm təşkilatçısıdır. 1992-2017-ci illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini olub, 2003-cü ildən “Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr” şöbəsinə rəhbərlik edir. 1992-2003-cü illər arasında Ədəbiyyat institutunda Elmi Şuranın sədr müavini, 1993-cü ildən 2003-cü ilə qədər, daha sonra isə 2007-2016-cı illər arasında İnstitutun Elmi Seminarının rəhbəri olmuş, 1998-ci ildən indiyə kimi İnstitutun nəzdindəki Dissertasiya Şurasının üzvüdür.

Məhərrəm Qasımlı təxminən, 30 illik uzun bir müddətdə Azərbaycan Radiosu və Televiziyası ilə sıx əməkdaşlıq edib. Azərbaycan Radiosunda efirə gedən “Bulaq” verilişləri, Azərbaycan Televiziyasında aparıcısı və müəllifi olduğu “Bizim ellər yerindəmi”, “Qala”, “Musiqi xəzinəsi”, “Saz-söz axşamı” və başqa verilişlər Məhərrəm Qasımlının sanballı, özünəməxsus, səriştəli teleradio yaradıcılığından, xalqla ardıcıl ekran-efir ünsiyyətindən xəbər verir… Bu qismidən verilişlərin ömürdən və yaradıcılıqdan nələr apardığını, hansı zəhmət, axtarışlar hesabına (“Ədəbiyyatşünaslıq və zaman” verilişinin 12 illik aparıcı-müəllifi kimi) başa gəldiyini öz təcrübəmdən yaxşı bilirəm…

Bu ekran-efir yaradıcılığı, ünsiyyəti Məhərrəm Qasımlını Azərbaycanın hər evində, hər hücrəsində tanıdıb… Təkcə Qüzey Azərbaycanında deyil, Bütöv Azərbaycanda – Cənubdan tutmuş Dəmir qapı Dərbənd, Gürcüstan tayında Borçalı ellərində, Avropada, Şərqdə, imanımız-gümanımız, səsimiz haralara çatırsa oraların hamısında professor, folklorşünas, tele-aparıcı, aşıq sənətinin kamil bilicisi Məhərrəm Qasımlını yeddidən yetmişə hamı tanıyır, rəğbətlə qarşılayır, sevir, yolunu gözləyirlər…

Orxan Paşa isə şairdir, onun “Sənə sözüm var” (2004) adlı ilk şeirlər kitabı ilə

“Yağmur qoxusu” (2015) arasında 11 illik bir zaman məsafəsi dayanır. Məhərrəm Qaımlı elə bu kitabından başlayaraq Orxan Paşa imzasını qəbul edir. Orxan Paşanın yeddi şeir kitabı işıq üzü görüb. Bunlardan Məhərrəm Qasımlı – Orxan Paşanın birgə imzası ilə çap olunan “Taleyimdən və ürəyimdən keçənlər” (2017), nəsrlə filosofanə yazılmış esselərdir, şairanə düşüncələrdir, sənət adamının estetik düşüncələridir… Məhərrəm Qasımlı və Orxan Paşanın yazdığı bədii-publisistik əsərləri, fəlsəfi düşüncələri toplanıb. Burada müəllifin fərdi poetik duyğuları, ədəbi-estetik dəyərləndirmələri, sətiraltı eyhamlar və s. yer alıb. Onu da deyim ki, Məhərrəm Qasımlının yaradıcılığında elmi təfəkkürlə bədii təfəkkür qəribə bir tərzdə inteqrasiya edir, ya bir-birinə keçid edir, ya da paralel hərəkət edir, yaxud da qovuşur, birgəlik yaradır…

“Taleyimdən və ürəyimdən keçənlər” kitabının əvvəlində müəllif bu yazıları toplamaq ehtiyacından “Bir neçə söz” başlığı altında yazır: “İllər boyu ürəyimdən və taleyimdən keçənlərin bir qismini xırda qeydlər, bəzən də gündəlik düşüncələr şəklində yazıya almışam. Burada həyati müşahidədən gələn xəlqi ümumiləşdirmələr, fərdi poetik duyğular, ədəbi-estetik dəyərləndirmələr, sətiraltı eyhamlar və daha nələr, nələr… yer alır. Açığı, qələmə aldığım mətnlərin janr səciyyəsini müəyyənləşdirməkdə, hansı janrın əlamətlərini daşıdığını söyləməkdə çətinlik çəkirəm. Dünya ədəbiyyatında çeşidli örnəkləri ola biləcək bu yazı manerasının ən çox bəyəndiyim təqdimatını Jül Renarın məşhur gündəliyində görmüşəm”.

“Saz başına döndüyüm” (2017) kitabına isə konkret janr nümunələri, daha dəqiq desək, “Durna telli” qoşma və gəraylılar daxil edilib. Bu şeirlər toplusu çeşidli saz havalarında səsləndirilə biləcək poetik mətnlərdir.

Burada lirik-romantik duyğuların, ana yurdun gözəlliklərinin tərənnüm olunduğu, milli dövlətçilik düşüncəsinin və dünyanın fəlsəfi dərkinə yönəlmiş dəyərləndirmələr öz əksini tapıb. Şair saz, saz havaları və saz şairi haqqında düşüncələrini bu cür ifadə edir: “Mən uzun müşahidə və təcrübələrdən sonra bu qənaətə gəldim ki, poeziyada ən çətin iş saz şairi ola bilməkdir. Saz, daha doğrusu, saz havaları heç də hər şeiri öz bağrında yuvalandırmır. Saz havası və aşığın oxu biçimi qoşma və gəraylıdakı uyğunsuzluğu həmin andaca üzə çıxarıb geri itələyir. Abbas Tufarqanlının, Qurbaninin, Xəstə Qasımın, Dədə Ələsgərin şeirləri saz havalarının boyuna biçilib. Vaqif, Səməd Vurğun, Hüseyn Arif, Məstan Günər, Zəlimxan Yaqub, Məmməd Aslan kimi qələm ustaları da məhz saz şeirləri ilə ürəklərə yol açıblar. Əsl saz şairi ola bilmək hər kəsə qismət deyildir”.

Kitabın “Durnatelli qoşmalar” adlanan birinci hissəsində şairin “Hər gün”, “Səndən küsmüşəm”, “Təbriz meydanında”, “Ordumuz”, “Ay qoca dünya”, “Göyçəgülü”, “Gəldim, ay Bənövşəm”, “Arxada qalan günlər”, “Hayıf ki, sağ qaldım”, “İtirdim dostları” kimi müxtəlif məzmunlu şeirləri daxil edilib.

“Gəraylı ərmağanı” adlı ikinci hissədə isə “Bayrağım”, “Ana yurdum”, “Sazım”, “Söykən”, “Gedək Təbrizə-Təbrizə”, “Ürək pıçıltısı”, “Şuşanın “Xarı bülbül”ü”, “Qürbətin yolları”, “Özümlə könül söhbəti”, “Dünya”, “Tanrım” kimi nümunələr toplanıb.

“Əllərini uzat mənə” (Bakı, 2021. 272 səh.) şeirlər kitabı isə onun, oxuculara təqdim edilən hələlik sonuncu şeirlər kitabıdır. Ərazi bütövlüyümüzün bərpa edildiyi, işğalçı üzərində şanlı qələbə qazandığımız Vətən müharibəsinə həsr olunan kitabda müəllifin “Qırx dörd günün gerçək nağılı”, “Gəlmişəm, Şuşam, gəlmişəm”, “Kasıbın oğlu” adlı şeirləri, həmçinin “Şərqdə şər oyunu” adlı fəlsəfi-siyasi poeması, eləcə də “Taleyimdən və ürəyimdən keçənlər” adlı ömür və könül etüdləri yer alıb.

Orxan Paşanın Bakıda yeddi, Təbrizdə iki, Tiflisdə isə bir şeir kitabı işıq üzü görübdür. Bədii əsərləri Azərbaycanla yanaşı Türkiyə, İran, Rusiya, Gürcüstan və Orta Asiya ölkələrində yayılmışdır.

Göründüyü kimi, elm və sənət Məhərrəm Qasımlı (Orxan Paşa) yaradıcılığının Qoşa qanadıdır. Amma birinci qanadı şeirlə tumurcuqlayıb. 1973-cü ildə Tovuzun “Həqiqət” qəzetində çap olunan, İmadəddin Nəsimiyə həsr edilən “Dedi” adlı şeiriylə ədəbiyyata gələn Məhərrəm Qasımlı (hələ onda Orxan Paşa deyildi) illər ötdükcə həm yüksək intellektual səviyyəli ciddi alim, həm istedadı haqdan gələn görkəmli şair kimi məşhurlaşıb; hər iki sahədə sanballı uğurlar qazanıb, Azərbaycanın elmi və ədəbi xəzinəsini zənginləşdirən dəyərli əsərlər yaradıb, çoxsaylı kitablar çap etdirib. Alim Məhərrəm Qasımlı və şair Orxan Paşanın eyni şəxsiyyətdə birləşən bütövlük vəhdəti müasir elmi-ədəbi dünyamızın ən unikal faktlarından biridir. Unikallığı budur ki, sözü özünə çıraq edib daha gur işıq axtarıb, poeziya ilə işıq axtarışına çıxıb, bir şeirində dediyi kimi:

Təzədən başlayaq hər şeyə, quzum,

Yağış yağa-yağa, qar döyə-döyə.

Qanadı qan gördü uğurumuzun,

Təzədən başlayaq yollar getməyə.

…İşığı axtaraq sonsuz gecədə,

Yorğun gözümüzü zülmət boğsa da.

İşığı axtaraq ümid içində,

İşığı axtaraq, işıq yoxsa da…

Orxan Paşa aşıq babaları kimi könül şairi, ürək şairidir, təbiidir, səmimidir, dastan qəhrəmanları kimi poeziyaya qarasevdalıdır… Yaşı olan budur ki, ozan-aşıq ədəbiyyatından qaynaqlanan bu poeziya müasir poeziyaya xas olan modern təfəkkür, duyğu və üslubu da özündə ehtiva edir.

Orxan Paşa ictimai mühitimizi düşündürən, ona nigarançılıq gətirən, qayğılandıran problemləri, həmçinin sevinc və qürur dolu halları poetik tərzdə, səmimiyyətlə, inandıraraq ictimailəşdirməyi bacarır və bu onun bədii mətnlərinin poetik yaddaş səviyyəsində yaradıcılıq məziyyətidir…

Məhərrəm Qasımlı (Orxan Paşa) “hər elmdən hali olan” Aşıq Ələsgərdən, “bayatılarımızın heyrət heykəli” adlandırdığı Sarı Açıqdan, “ismi pünhan aşiqi” Molla Cümədən, Azaflıdan, Şəmşirdən, həmçinin Təbriz-Qaradağ aşıq mühiti; Urmiya aşıq mühiti; Zəncan aşıq mühiti; Savə aşıq mühiti; Xorasan aşıq mühiti; Qaşqay aşıq mühitindən, başqa sözlə “Ata Qorquddan, Dədə Qorquda” qədər süzülüb gələn ruha yiyələnmiş, bunları ən ustadcasına təbliğ edən, ilhamında cəmləyən şair-ruh adamıdır. Buna görə də, onun istər elmi, istərsə də poetik, istərsə də, “Taleyimdən, ürəyimdən keçənlər” nəsranə fəlsəfi etüdlərində ruhumuzun və dilimizin sərrafı rolunda özünü tamlıqla göstərir.

Şuşaya gedişini “Müqədəs səfər” adlandıran Məhərrəm Qasımlı (Orxan Paşa) “Şuşanın fəthi qürurunu yaşamaq adamın ruhunu səmada – Şuşanın göylərində qanadlandırır və kövrəldir. …Şuşaya gəldiyim gün, uzun illər niyət etdiyim bir ibadəti yerinə yetirdim, diz çöküb igidlərin qanına bələnmş Şuşanın daş-divarını öpdüm, tutiya kimi gözlərimə çəkdim. Və bir şeir gəldi ruhuma – “Gəlmişəm, Şuşam, gəlmişəm” şeiri elə oradaca ürəyimdən dodaqlarıma, oradan da varağa süzüldü… Bəlkə də, bu yeni, azad olunmuş Şuşada ilk yazılan şeir idi…”

Digər şeirlərinin əksəriyyəti təkin bu şeir də Orxan Paşanın (Məhərrəm Qasımlının) ömürlüyünün bələdçisidir… Şeir şəxsiyyətin – müəllifin güzgüsüdür və bu güzgü parobolik güzgü deyil, onun iç dünyası, dış dünyası bu güzgüdə yüzə-yüz əks olunur. Bu şeir güzgüsüdür, bulaq suyu kimi təmiz, gün işığı kimi nurlu poeziya güzgüsü…

Və bu güzgüdə görürük ki, şair Orxan Paşa (Məhərrəm Qasımlı) bütün varlığı ilə bu Vətənə, bu torpağa, bu elə bağlı olan bir ürək sahibidir… Onun bir ziyalı kimi bütün taleyi Azərbaycan adlanan Vətənin taleyinə bağlıdır və onun öz poeportretinə “Sənin taleyindir bu vətən!!” – xitabını da təsadüf, gəlişigözəl söz, ifadə saymırıq və bu həqiqətən də belədir… Belə olmasaydı 30 ildən sonra Xarı bülbülə dönüb, Zəfər yolunu keçərək “Gəlmişəm, Şuşam, gəlmişəm!” sevincini, fəxarətini, qürurunu çətin ki, yaşayardı, ümidləri Cıdır düzündə beləcə çiçək açıb gerçəyə, azad ruha, nurlu çöhrəyə çevrilməzdi…

Dağıt başından dumanı,

Gəlmişəm, Şuşam, gəlmişəm.

Qalmasın ahın-amanın,

Gəlmişəm, Şüşüm, gəlmşəm.

… Yolu açdı igidlərim,

Qazilərim, şəhidlərim,

Gerçək oldu ümidlərim-

Gəlmişəm, Şuşam, gəlmişəm.

Şuşanın qayasını, torpağını diz çöküb öpən lirik qəhrəman Azərbaycan qəhrəmanına çevrilir, bir müsəlman inancı ilə “Allahu Əkbər!” nidası ilə sarp qayalara dırmaşan, “Can, Qarabağ!” nidası ilə hayqıran, Koroğlu cəngisi ilə düşmən üzərinə şığıyan cəngavər olur:

“Allah əkbər” sədasıyla,

“Can Qarabağ” nidasıyla,

Koroğlunun havasıyla,

Gəlmişəm, Şuşam , gəlmişəm.

“Qırx dörd günün nağılı” Ali Baş Komandanın hökmü, dəmir yumruğu ilə gerçək olur və “Qırx dörd günün gerçək nağılı” şeirinə çevrilir, şeir dönür VƏTƏN olur:

Bir az sonra

Şəhid qanı,

Qazi qanı

Qarışıb can verəcəkdi torpağa…

44 günlük alov içində

Ürəklənib

Təzədən Vətən olacaqdı..

“Torpağa su qarışanda palçıq olur, qan qarışanda Vətən olur!” müdrik və müqəddəs deyimin nağılı Şuşada bitir və göydən fərqli rənglərlə üç alma düşərək şəhidlərimizin, qazilərimizin, şahidlərimizin əlində üçrəngli Vətən bayrağına dönərək “Gövhər ağa” məscidinin minarəsində ucalardan uca məqama çatır, “Zəfər soraqlı o mübarək gün, o hava gün, o işıq gün, o ürək gün” bütün Azərbaycan boyu qələbə, zəfər üfüqündən Vətənləşən Qarabağ Günəşi doğur və:

…Bütünləşdi Qarabağ.

Şuşa-Kəlbəcər,

Ağdam-Laçın da

Kökləndi Bakı vaxtına;

Can oldu,

Azərbaycan oldu-

Vətənləşdi Qarabağ!

Orxan Paşanın 44 günlük qələbə ərəfəsində və qələbədən sonrakı ovqatla qələmə aldığı “Azərbaycan əsgərinə”, “Bayrağım”, “Ordumuz”, “Kasıbın oğlu”, “Bir ayrıydı o kənd”, “Yolum gedir Zəngilana”, “Şəhid köynəyi lalələr” qəbildən və başqa onlarca şeirlərində şairin qələbə əzmindən yaranan könül çırpıntılarını, qələbədən vəcdə gələn vətəndaşlıq qürurunun əzəmi ifadəsini görürük…

Məhərrəm Qasıml lap ilk gənclik illərindən yovşan ətirli şeirlər yazsa da, 2015-ci ildən şeirlərini Orxan Paşa təxəllüsü ilə dərc etdirməyə başladı.

Məhərrəm Qasımlı mahir folklorşünasdır və ilk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan folklorşünas alimdir. Xalq yaradıcılığını, aşıq şeir formalarının kamil bilicilərindən olsa da, onun poeziyasında müasir şeirin formalarından –heca vəznindən, sərbəst şeir, ağ şeir formalarından bacarıqla istifadə etdiyi görsənir. Folklorizmlərin isə onun poeziyasında üstün olması təbiidir…

Xüsusən, müəllifin ritmik-melodik ton yarada bilən səslərin alliterasiyasından, təcnisdən süzülüb gələn qafiyələnmə sisteminə xas səs uyarlığından, aşıq şeir ahənginin səslənmə effektindən ustalıqla istifadə edə bilməsi əksər şeir formatlarında düşərli, ahəngdar, harmonik poetik intonasiyaya yaratmasına səbəb olur…

Orxan Paşanın “Qarabağın qara baxtı” gəraylısı buna bariz misaldır. “Qara baxt” obazı klassik obrazlardandır. Bu ifadənin ən bariz nümunəsi XVI əsr Füzuli babamızın şeirindədir – “Oyatdı xəlqi əfqanım, qara baxtım oyanmazmı?” Sonralar bu obraz yeni çalarlarla bayatıdan-bayatıya, gəraylılara, mahnı mətnlərinə ( “Könül verməzlər şər vaxtı, Arxamca bir qərib baxdı, Qarabağın qara baxtı, Qalmaz belə, qalmaz, dünya!”) keçmiş, müəyyən silsilə yaratmışdır…

Hətta folklor janrlarından olan qarğışlarda – “Səni görüm qarabaxt olasan!” şəklində, atalar məsəli – “Qara qızın qar bəxti oyandı!” təkin işlənir.

Görünür müəyyən çağlarda, vaxtaşırı bizim milli taleyimizin bir payı da bu obrazın yükünə çevrilmişdir…

Orxan Paşa klassikadan üzübəri gələn bu obraza yeni çalar verib, bu obrazı “Qarabağ” ifadəsi ilə həmahəng olmasını, bir də məna-mahiyyət uyarlığını nəzərə alaraq, “a”, “ə” və “l” səslərinin sıx işləndiyi sözlərin yaratdığı alleterasiyadan istifadə edərək bu obraza tamamilə yeni assosiativ və ictimai məna verərək oxucusuna belə təqdim edir:

İllər illərə qalandı,

Yalan yalana calandı.

Əlli yerə haçalandı

Qarabağın qara baxtı.

Nisgilli könülləri riqqətə gətirən, ən gərgin anlarda Qarabağ həsrətini sözə çevirib ürəklərə su çiləyən, daim ümid işığı parlayan bu məzmunlu şeirlər, əslində alt qatda igidləri qələbəyə səsləyirdi… Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə Azərbaycan xalqının milli qürurunu özünə qaytardı. Artıq hər kəs Qarabağın qara bəxtinin kəsilib atıldığı sevinci yaşamaqdadır…

Orxan Paşa şeirlərində, tarixi yaddaş elementlərindən, folklorizmlərdən, neologizmlərdən, epitetlərdən, təşbehlərdən, dialektizmlərdən, arxaizmlərdən, vulqarizmlərdən, metonimiyalardan, metaforalardan, anaforalardan, bədii suallardan, xitablardan, təzadlardan, təkrirlərdən və inversiyalardan – ədəbi dilin bu qəbildən olan funksoniallığından ustadcasına istifadə edir, beləliklə, şeirin emosionallığını, intonasiya zənginliyini və təsirliliyini artırmağa nail olur, özünəməxsus poetik leksikon yaradır – Orxan Paşa poetik leksikonu!! Sazın-sözün, sənətin, mənəvi sərvətlərimizin qeyrətini çəkən, qeyrətkeşi olan Məhərrəm Qasımlı – Orxan Paşa leksikonu!!

Məsələn, təkcə bir nümunə:

Cilvələnib gətirdiyin baharmı, yazmı?

Dəli könlüm dönüb bir də havalanmazmı?!

Aman tanrım, divanələr, dəlilər azmı?

– Məcnun kimi, Kərəm kimi görk olan da var…

Təkcə bu bənddəki “cilvələnib”, “dəli könül”, “havalanmaq”, “aman tanrım”, “divanələr”, “Məcnun, Kərəm”, “görk” sözlərinin yaratdığı assosiativ ruh, ovqat, qədimilikdən süzülüb gələn sözlərin məna şəhdi, hüsnü bu poetik leksikonu şərtləndirən amillərdəndir…

Orxan Paşanın “Türklüyümüz yenikməz”, “Xəzər qalxır, “Ürəyimin səcdəgahı“,

“Yol verin”, “Gedək Təbrizə-Təbrizə”, “Xudafərin körpüsü”, “Azərbaycanım”, “Getdim, gördüm”, “Bir daha enməz”, “Şuşanın xarı bülbülü”, “Türklər Krıma qayıdır”, “Laçınım”, “Göyçə dedim, yaralarım göynədi” qəbildən əksər şeirləri, sözün yaxşı mənasında yeni baxış bucağı ilə, poetik dəsgahın tamlığı ilə oxucunu içdən-içə göynədir, həyacanlandırır, ruhu havalandırır, təzələyir… Onun şeiriyyəti sadə, kövrək, ülvi, doğma, müqəddəs hislərlə, məqamlarla dop-doludur… Və qətiyyətlə deyirəm, Orxan Paşanın (Məhərrəm Qasımlının) poetik prototipi VƏTƏNDİR!! Orxan Paşa üçün Vətən anlayışı daha geniş arealı əhatə edir: Altay dağlarından, qıpçaq çöllərindən Xəzər, Qara dənizə qədər, Aralıq dənizindəndə oyana bütün Turanı!…

Belə qərar qoyub Tanrım əzəldən,

Xəzər yüksəlirsə Türkün yazıdı;

Bu qalxış, oyanış indi təzədən

Oğuz ruhlarının qabarmasıdı.

Artıb dalğasının səsində kəsər –

Dikəlir dənizim ötən gücüylə.

Yenilməz ərən tək hayqırır Xəzər

Atilla gücüylə, Mete gücüylə.

Yağıya qənimdir nərəsi Türkün,

Qənimdi boz atı, al çadırları.

Tufanlı Xəzərdən şığıyar bir gün

Oğuz dünyasının bahadırları…

Belə düşünürəm ki, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri, AMEA Ədəbiyyat İnstitutunda şöbə müdiri, ədəbiyyatşünas, folklorşünas, şair Məhərrəm Qasımlı (Orxan Paşa) 65 yaşında 165 yaşın işini görüb… Tanrımız qələm dostumuzu, həmkarımızı, əsrdaşımızı, gündaşımızı elm, poeziya və televiziya məkanında həmişə fəxarətli, qürurlu, görümlü eləsin…

30.07.2023.

Mənbə: Qurban Bayramov

Müəllif: Qurban BAYRAMOV

tənqidçi-ədəbiyyatşünas.

QURBAN AYRAMOVUN YAZILARI

MƏHƏRRƏM QASIMLININ YAZILARI

MƏHƏRRƏM QASIMLI (ORXAN PAŞA) – 65


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc. Yeni bir hayat!

Caroline Laurent Turunc

Yeni bir hayat!

Ey bilgelerin en güzeli

Beni bir köşede oturanlarla bir tutma, tenha bir yerde uyuyan kaplan değilim.

İki şey insanın ruhunu, iki şey de benim ruhumu yıpratır: Susmak yerine konuşmak ve kendisiyle konuşulunca susmak.

Kalbimde zerre kadar kötülük olmayan bir gençlik vardı

ben kayıtsız biri değilim

Bu ülkede suyun başı çok uzakta

İnsanların ne anladığını ne de sorguladığını görüyorum.

Senden son bir seçenek kapısı istiyorum

Bana bu karaktersiz dünyadaki tüm olumsuzluklara karşı mücadele etme gücü ver.

Bu hayatım hep acı ve kederle doldu

Kim bilir belki başka bir hayatta tüm girdaplar ve dalgalar o kadar korkutucu olmaz.

Bu göğün arkasında birçok sır var

insan benzeri ruhlar ve bunlar iyi ruhları tüketir

Bu ruhlar ne beni anlıyor ne de başkalarını anlamak istiyor.

Ey hakikî yel, on gün süren bu dünyevî heves, bir peri masalıdır, bir yalanlar cennetidir.

Aç ruhun tok ruhun rüyasını bilmediği, tok ruhun aç ruhun açlığını anlamadığı bir yer.

Evet, başka bir hayat istiyorum, bu hayatta hatalar çok, ruhlar kendisi için yaşamaz, yaşayanlar ağırlığını hissetmezler.

Ey her fakirliğe, her acıya sabreden derviş, yeni hayatımda biraz daha sabır ve unutkanlık istiyorum.

İnsanlar kalitelerini kaybettikçe

Güzel yüreğim hüzünden sararıp solmasın.

Bağlarım meyve ağaçlarıyla dolup taşsın

Çiçeklerde arılar vızıldasın

Tarlaların ortasındaki hendekten su aksın.

Ve burnuma misk kokusu getirecek hafif bir esinti istiyorum.

Evet, başka bir hayat istiyorum,bu sefer ruhuma daha sadık olacağım, yıpranmış ayaklarıma rağmen tüm gücümle yerde duracağım

02/08/2023-Paris

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şuşatək ocağın mübarək, dağlar!

  ZAUR  USTAC

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından  biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin  iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..

Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı,  2010-cu ildən isə YAZARLAR.AZ  saytı idarəçiliyindədir.

Zaur Ustacın əsərlərinin  2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və  təhlükəsiz portalda  pulsuz  yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən  ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.

Zaur USTAC  yaradıcılığı  Ana  dilimizdə  oxuyub, anlamağı  bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.

VAQİF POEZİYA GÜNLƏRİ

SEVİN, A TƏBRİZ!
Zəfər libasında sevinc göz yaşı,
Hər iki sahildə dayanıb ərlər!
Ayrılıq atəşi elə qarsıyıb,
İçərək qurudar Arazı nərlər!
* * *
Göylərdən boylanır Tomris anamız,
Əlində qan dolu o məşhur tuluq!
Xain yağıların bağrı yenə qan,
Canı əsməcədə, işləri şuluq…
* * *
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki, aman!
* * *
İllərdir həsrətdən gözləri nəmli,
Mamırlı daşların gülür hər üzü!
Neçə qərinədir qalmışdı çılpaq,
Yamyaşıl çayırla gəlib bu güzü!
* * *
Al donun geyinir Günəş hər səhər,
Səmamız masmavi, göy üzü təmiz!
Duman da yox olub, itib buludlar,
Gözün aydın olsun, sevin, a Təbriz!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!


DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ZAHİD SARITORPAĞIN YAZILARI

AKİF ABBASOVUN YAZILARI

VAQİF POEZİYA GÜNLƏRİ 2023

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Milli kimliyimiz – ana dilimiz” mövzusunda tədbir keçirilib

“Milli kimliyimiz – ana dilimiz” mövzusunda tədbir keçirilib
Tədbirdə İbrahim Yusifoğlu, Əli bəy Azəri və Ələsgər Talıboğlu iştirak edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 1 avqust 2023-cü ildə Azərbaycan Əlifbası və Ana Dili günü münasibəti iləSabunçu rayon MKS-nin Mərkəzi kitabxanasında “Milli kimliyim-Ana Dilim” adlı tədbir keçirilib.
Tədbirdə “Kinderclub” uşaq müəssisəsinin müəllim və uşaq kollektivi iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Sabunçu rayon MK-nin direktoru Nəcibə Hüseyona açaraq tədbir işritakçılarını salamladı.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mərkəzi Kitabxananın uşaq şöbəsinin baş kitabxanaçısı Ruhəngiz Hümbətova aparıcı qismində çıxış edərək “Azərbaycan Əlifbası və Ana Dili günü” haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Həmçinin tədbirdə iştirak edən Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü,Prezident təqaüdçüsü,Azərbaycan Milli ElmlərAkademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı şair İbrahim Yusifoğlu,Yazıçılar birliyinin üzvü,şair,Məmməd Araz media mükafatı laureatçısı Ələsgər Talıboğlu,“Xəzan” jurnalının baş redaktoru yazıçı Əli bəy Azəri və kitabxana əməkdaşları öz çıxışlarında danışıq davranışlarından, dilimizin saflığından, dilimizin qorunmasında anaların rolundan və digər məsələlərdən danışdılar.
Şairlər öz şeirlərindən səsləndirdilər.
Uşaqlar tədbirdə şeirlər söylədilər. Aylin, Tamerlan, Solmaz, Təranə və başqaları daha çox fəallıq göstərdilər. Tədbirdən fotolar:

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

VAQİF SULTANLININ YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. ŞİRİN BAŞI


ŞİRİN BAŞI
(hekayə)
Üç yoldaş – Əli, Vəli, Pirvəli meşədə dolaşır, ağac kəsib, odun doğrayır, satıb ev-eşiklərini dolandırırdılar. Pirvəli əfəl olduğundan işə yaramırdı, ona tapşırmışdılar ki, yemək hazırlamaqla məşğul olsun. Bir gün, beş gün… Axırda Pirvəli yemək bişirməkdən bezir. Deyir: “Sizə baxanda mənim işim asandır. Amma bir söz deyim, məni qınamayın. Gördüyüm heç kişiyə yaraşan iş deyil”.
Əli bunu eşidib:
-Nə olar, sabah bizimlə ağac kəsməyə gedərsən, – deyir.
Pirvəli dediyinə peşman olur. Amma namusa boğulub etiraz etmir. O, boy-buxundan yarısa da, təbiətən ağciyər idi.
Gecə düşür. Hərəsi bir ağaca söykənib gözlərini yummurlar. Pirvəli yuxuda görür ki, o, ağac kəsir, ağac yıxılmaq üzrədir. Qorxusundan başlayır qaçmağa. Bir də baxanda görür ki, bir az ləng tərpənsə, ağac onu altına alacaq. Odur ki, dalı-dalı çəkilir. Bu vaxt o biri ağacın arxasından bir şir çıxıb Pirvəlinin üstünə atılır və onun başını ağzına alır.
Pirvəli qışqırıb yuxudan oyanır. Yoldaşları da qalxırlar. Vəli soruşur:
-Nə oldu sənə, Pirvəli? Niyə qışqırırdın? Yuxumuzu da qaçırdın.
Əli də gözlərini ovuşdura-ovuşdura söhbətə qoşulur:
-Ay fərsiz, bizi niyə qoymursan yatmağa? Ağac kəsməkdən yorulub əldən düşmüşük. Lap bezdirdin bizi.
Qan-tər içində olan Pirvəli özünü toplayıb nə desə yaxşıdır? Deyir:
-Ay-vay! Sizin başınız da şirin ağzında olsaydı, məndən də bərk qışqırardınız!”
Bakı şəhər, 01 avqust 2023-cü il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

«Səni sevmək dəli olmaqdı…»

«Səni sevmək dəli olmaqdı…»

Günay Ümidin şeirləri haqda qısa təqdimat

İstedad fitri deyilsə, o, ya quru əzbərçiliyin, ya da sürətli mütaliənin təsiri ilə nisbət tapır. Fitrilik Allahdandır. Allahın verdiyi də mükəmməl və əvəzsizdir…
Şübhəsiz, hazırda zorən şeir yazanlar (da) az deyil; yəni, qafiyə üzrə sistemsiz anlamları kütləyə sırımağa çalışanların sayı kifayət qədərdir. Onların yazdıqlarında (bəlli ki) nə ruh tapa bilirik, nə poetika… Nə yaxşı ki, ara-sıra yaşlı vücud kimi titrəyən, təbəssümsüz çöhrə kimi qırışan fikirlərdən bezib modern ovqatda təlatüm quran qələm sahiblərinə, qabarıq təəccüb doğuran şeirlərə də rast gəlirik… Səmimi deyək ki, ilk şeirlərindən sabahına inandığımız Gün Ay Ümid də sözə müti deyil, ideal yanaşır; onun qələmə aldıqlarında (biz) müasir şeirin atmosferinə qalxa bilir, oradan şüurüstü anlamları seyr edir, hətta o vadidəki çəkisizliyə nüfuz etmək şansımız olur…
Dediklərimizi sübut etmək üçün Gün Ay Ümiddən bəzi nümunələrə diqqət çəkək:

Səni sevmək
həyata uzaqdan baxmaqdı…
Səni sevmək dəli olmaqdı…

Səni sevmək
Ayaqlarını axtarmaqdı özünü tapmağa…

Toplayanda özünü, bir parca əksik olmaqdı…


Gözlərim də kor olub
İçimdəki bu çənnən.
Axı mən istəmişdim
By ayrılığı səndən…

Xatirən ayrı bir dərd,
Gələrdimi ağıla?!
Deyəsən çox inandım
Uydurduğum nağıla.


Sonunda ayrılıq var,
bu narahat qismətin.
Götürüb çiynimizə,
bunca qəmi, sevinci
Ya sən ilk gedəcəksən
Yada ki mən birinci…

Bu şeir parçalarında zora mübtəlalıq yoxdur; fikir su kimi axır, mütləq hesab olunan hədəf sətiraltı bəllidir, müəllif nə demək istədiyini konkret ifadə edir, dolayısı ilə (də) oxucuda eyni zərurətə eyni təəssürat verir. Məsələn: «Səni sevmək həyata uzaqdan baxmaqdı… Toplayanda özünü, bir parca əskik olmaqdı…» fikri praqmatik sistemdə (sözlə onu tətbiq edən arasında əlaqə) proporsional (tamla, bütövlə düzgün nisbət), mütənasib yayılmadır. Doğrusu, hər şairin bu va(a)kumda nəfəs almaq şansı yoxdur. Görək, müəllif nə üçün «Səni sevmək həyata uzaqdan baxmaqdı…» qənaətindədir? Burada əslində, fəlsəfi səmt ruhi zərurətdir – yəni insan həm özünün, həm də sevdiyinin – «tapdığının» da əbədi olmadığını bilir. Sevgi ilə uzaqlıq bu zəmində gerçək situasiyadır; belə deyək, bir gün mövcudsan, sabah da «tapdığından» ayrısan. Bu prosesdə nə sevgi əbədiyət üçün əsas vermir, nə asılılıq. Mütləqdə hər şey fanidir.
Günayın bu qənaətinə çox səbəb (çox məna) gətirmək olar, qısaca deyək ki, bu fikirdə sadəcə, anlamsız həyata bağlılıq, fani olana etibar etməmək kimi (ədəbi) kəsblər var…
Hadisələrə sətiraltı məna verməyi daha çox xoşlayan Gün Ay Ümidin digər şeirlərində də məna, məzmun və sanbal ictimai-fəlsəfi quruluşdadır:

Yaxşıyam, qurban olum
Nəfəsim gəlir hələ.
Qələmə hökm etməyə,
Həvəsim gəlir hələ.


Ən çox da danışmağa söz olanda susarsan.
Əllərin çəpər olar hisslərinin önündə…

Sözdə müqtədirlik (qüvvətli, güclü, qüdrətli, iqtidar sahib olmaq) də fitri olmalıdır, bu (hal) zorən mümkün deyil. Gün Ay Ümidin təbirində bu proses inandırıcıdır. Buna da «Ən çox da danışmağa söz olanda susarsan» ziddiyyəti ilə nisbət veririk. Doğrudan da, maraq artanda, hiss müti olur, nəticə isə çox halda məyusluq doğurur…
Gün Ay Ümidin «Bir şəkil müharibə…» şeirini bu mövzuda yazılanların hamısından üstün saymaq olar. Şeir o qədər axıcı, o qədər vizual və o qədər poetikdir ki, hətta daşürək adam belə (burada) faciənin baş verdiyi andan sonuna qədər törətdiyi acıları hiss edir.
Şeiri bütünlükdə təqdim edirik:

İndi şəkildən baxan
Müharibə uşağı,
Bu evin yaxasında
Hamı səndən aşağı.

Niyə qəmli durmusan
bu şəkildə, gülmürsən?
Orda ki, hələ sağsan,
Öldüyünü bilmirsən…

Kaş ki çəkilməsəydi…
Nə yaxşı ki çəkildi…
Atan, anan yanında,
Gör nə gözəl şəkildi.

İndi gəl, mənə danış
Hekayənin sonundan.
Anana çiçək topla
O çiçəkli donundan.

Topla ki, üzü gülsün,
Çələng hörsün ümidlər.
Şəkildən əl yelləsin
Saçın tökən söyüdlər.

Çoxdandı buralarda
Səma quş qəfəsidi,
Azadlıq şüarları
İntihar nəfəsidi…

Kağızdan gəmi yapıb
Quş uçuran uşaqlar,
Şəkillərdə yaşlandı,
Qayıtmadı o çağlar…

Müharibədə öldü
Atalar, əmilər də…
Neçə uşaq boğuldu
O kağız gəmilərdə…

Hələ sənə demirəm
Dəhşətli mənzərəni,
Elə toplar dağıtdı
Top qıran pəncərəni…

Ümidlər əyni nazik,
Qarşıladı qışları.
Yelləncəyindən asdı
Özünü sülh quşları…

İndi şəkildən baxan
Müharibə uşağı,
Bu evin yaxasında
Hamı səndən aşağı…

Bu şeir vətənpərvər ruhdan (daha çox) insanlıq, kişilik, qürur hissi doğurur. Müəllif sanki bir roman yazıb, bir həyat eşqinin susduğu daş könülləri fəsil-fəsil cilalayıb. Zənnimizcə, şeiri sakit səslə oxuyub çılğın hava ilə qavrasaq, əlavə şərhə ehtiyac qalmaz…
Günayın «Pauza» şeiri də modernçilik təqdiridir:

Hardasan, barmaqlarını hördüyüm…
Bəs hər şey yaxşı olacaqdı?
Keçmişdən danışan
cümlələrin gələcəyi yoxdu daha…
İşə bax ey…
Yenə yadıma düşdün, yadımdan düşən adam…

Bu şeridə ədəbi hiss instinkt deyil, məna xəstə əhvali-ruhiyyə, sayıqlama, fantastik meyldən uzaqdır, estetik prinsip mütləqi qavraya bilməkdir. Şeirdəki qəribəlik irrosionall xarakterdədir – yəni bir fikir digərinin mahiyyətini açmaq məcburiyyətində qalmır. Qısası, «Yenə yadıma düşdün, yadımdan düşən adam…»ın «keçmişdən danışmaq» istəyi gülünc məna verir və s.
Sözün istisində bir ömür bişmək çətin məsələdir, buna görə biz də Gün Ay Ümid şeirinin vəslində müəyyən qədər məna tapdıqdan sonra orada duruş tapmaq şansımızı itirməmək naminə yazımıza nöqtə qoyur, sadəcə, istəkli şairimizə bir nota yollayırıq: «Daim sözü və sözdəki mənanı xassəvi, rasional hesab et…»

Müəllif: Hikmət MƏLİKZADƏ

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

GÜNAY ÜMİDİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ARAZ ŞƏHRİLİNİN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. GÖYƏM.


GÖYƏM
(hekayə)
Münasib müəllim auditoriyada idi. Azərbaycan tarixindən mühazirə oxuyurdu. Adəti üzrə mobil telefonunun səsini almışdı. Mühazirənin şirin yerində hiss elədi ki, zəng gəlib. Əhəmiyyət vermədi. Hər kim olur-olsun. Yüz nəfərlik auditoriyada mühazirəni saxlayıb telefon zənginə cavab verməyəcəkdi ki.
Tədris ilindəki axırıncı mühazirəsi idi. Universitetdə dərslər – mühazirə və seminar məşğələləri başa çatmaq üzrə idi. İmtahanlar keçiriləcək, sonra da məzuniyyətə çıxacaqdılar.
Mühazirə bitdi. Yayın qızmar günləri idi. İstilər adamın canını alırdı. Tərləmişdi. Cib dəsmalını çıxarıb boyun-boğazının tərini sildi. Tələbələrlə xudahafizləşib auditoriyanı tərk etdi. Kafedraya sarı gedə-gedə əl çantasından mobil telefonunu çıxarıb baxdı. Təəccüblə: “Xeyir ola. Bircə Qır Saqqızov çatmırdı. Bundan nə əcəb, zəng edib? Özü də Şabrandan”.
Münasib müəllim Şabranda bağ evində Qır Saqqızovla qapıbir qonşu idi. Bu Qırın işi-peşəsi “yüz-yüz vurub bu fani dünyadan kam almaq” idi. İçki aludəsiydi Qır Saqqızov. Bundan sonra xeyri yox idi, tərgidən deyildi.
Münasib müəllim hər il universitetdə mühazirələrini tamamlayıb, məzuniyyətə çıxan kimi vaxt itirmədən Şabrana yollanardı. Bakıda qəfil bir iş ortaya çıxanda, burada ləngiməli olanda ah-uf edər: “Orada – bağda ağaclar od tutub yanır! Vay-vay! Vallah günahdır! Onlar da canlıdır”” – deyirdi. Tələsirdi özünü Şabrana çatdırmağa, ağacları sulamağa.
İndi narahat oldu. Qır Saqqızov hara, o hara? Götürüb ona zəng edib. Görəsən bağa, evə nə olub ki, bu lo xəbər, bu alkaş ona zəng vurub.
Qırın səsi gəldi:
-Nə, professor, mənəm – Qır.
Münasib müəllim tez soruşdu:
-Eşidirəm, Qır. Nə xəbər?
Qır Saqqızov çəkinə-çəkinə soruşdu:
-Hələ məzuniyyətə çıxmamısınız ki?
Münasib müəllim mat-məəttəl qaldı. Məzuniyyətə çıxıb-çıxmamağının bu Qır Saqqızova nə isti-soyuğu? İstədi bu sualına görə onu acılasın. Amma fikrindən daşındı. Xətrinə dəymək istəmədi. Fikirləşdi ki, yaxşısı budur sakitcə onun qarnının ağrısını soruşsun. “Bəlkə kiminsə uşağını universitetə düzəltmək istəyir. Bunu da mənim əlimlə eləmək fikrindədir. Ah sən öləsən. Mən belə şeylərdən uzağam”.
Münasib müəllimin susduğunu, onun sualına cavab vermədiyini görən Qır təzədən xəbər aldı:
-Deyirəm məzuniyyətə çıxmamısınız ki?
Münasib müəllim cavabı ləngitmədi:
-Hələ ki, yox.
-Şükür.
Münasib müəllim Qır Saqqızovun qırımından və “şükür” sözündən belə başa düşdü ki, onun fikri başqadır, özü də Münasib müəllimin cavabından razı qalıb.
-Mənim məzuniyyətə çıxıb-çıxmamağım səni niyə maraqlandırır, ay Qır?
Qır bir anlığa susdu. Sonra üzrxahlıq edərək dedi:
-Bağışlayın, Münasib müəllim. Bildiyin kimi, mən içki ölüsüyəm. Özümlə bacara bilmirəm. Hər gün gərək içim. Əlqərəz… Sizin göyəm ağacınızın bir budağı bizim həyətə keçib. Hər gün həmin budaqdakı göyəmlərdən iki-üçünü dərib cibimə qoyur, aşxanaya yollanıram. Araq içəndə həmin göyəmlər karıma gəlir. Zakuskanı əvəz edir. Turşməzədir axı…
Münasib müəllimi gülmək tutdu:
-Nuş olsun!!!
Qır Saqqızov məyus halda:
-Nuş olmur axı, – dedi.
Münasib müəllim tutuldu:
-Niyə, ay Qır? Nə vaxt sənə deyilib ki, dəymə bizim göyəmlərə. Halal xoşun olsun.
Qır aydınlıq gətirdi:
-Deməmisiniz, ay müəllim. Amma Şabrana gələn kimi ağacda nə qədər göyəm var yığırsınız. Qalıram zakuskasız. Ona görə soruşdum ki, məzuniyyətə hələ çıxmırsınız ki. Siz gələnə qədər zakuskam olsun.
Münasib müəllim qəh-qəhə çəkdi:
-Oyunun olsun, Qır. Bəs indiyə qədər bunu mənə niyə deməmisən?
Qır:
-Utanmışam deməyə.
Münasib müəllim dilləndi:
-Səni başa düşdüm, ay Qır. Qurbandır sənə o göyəm ağacı. Özü də bütün budaqları, giləmeyvələri ilə!
Qır sevincək:
-Doğrudan, Münasib müəllim?
Münasib müəllim:
-Sözüm sözdür, – dedi. -Daha sənin həyətinə keçən göyəm budağı ilə işim olmayacaq. Lap gəlib bizim bağdan da nə qədər istəsən göyəm yığa bilərsən.
Bakı şəhəri, 28.07. 2023

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ARAZ YAQUBOĞLU 50


Bu gün Araz Yaquboğlunun doğum günüdür. Yəni anasının ağrı çəkdiyi gündür (Mən öz doğum günümə anam ağrı çəkən gün deyirəm). Məncə doğum günlərini qeyd etmək anaların ağrı gününü qeyd etmək kimidir. Ağrını şadlığa, sevincə çevirmək budur. Amma Araz Yaquboğlu həqiqətən doğulduğunu – həyata gəlişini onu tanıyanlar üçün sevincə çevirən kişidir. Mən onu kimi göyçəliləri tanıdıqca Göyçə itkimizə yanğım bir az da artdı. Dostumuz Arif Məmmədliyə qoşulub “Laçın yurdu” jurnalı çıxardılar. İşə başlayanda qaranlıq tunelə girmiş kimiydilər. Amma bu gün 30 ildən sonra Allaha şükürlər olsun Laçın azad oldu və “Laçın yurdu”nun ortaya qoyduğu, işığa çıxardığı tarixi həqiqətlər, toponimlər, adət-ənənələr, etnoqrafik məlumatlar, folklor nümunələri və bir çox dəyərlərlə dolu yazılar xalqa əvəzsiz miras qaldı. Bir gün bir məclisdə “Laçın yurdu”ndan söz düşmüşdü. Məclisdəki laçınlılardan biri mənə belə bir sualla müraciət etdi – Araz müəllim Laçının harasındandı. Mən Araz bəyin Laçından olmadığını deyəndə hiss etdim ki, məclisdəkilərin inanmağı gəlmir. Axı Laçını gələcək nəsillər üçün arxivləşdirən jurnal heç bir maliyyəsi olmadan, sanki Arif Məmmədliylə Araz Yaquboğlunun xobbisi kimi dərc olunurdu. Və laçınlı olmayan bir şəxsin də bu işə çiyin verməsi məclisdəkilərə çöçün gəlirdi. Belə fədakarlıq həm də göyçəliliyin göstəricisidir. Araz bəy günübugün də cəmiyyətdə belə təmənnasız xidmətləriylə ətrafındakıları heyrətləndirir. Onu Azərbaycan internet məkanında tanınmış adamların adına tərtib edilmiş VİKİPEDİYAçı kimi tanıyırıq. Eyni zamanda WhatsApp-da “Dədə Ələsgər Ədəbi Məclisi”nin admini kimi fəaliyyət göstərir. Gördüyü işləri səbr, diqqət və səliqəylə görür. Və son olaraq onu doğan ananın belə bir övlad üçün ağrı çəkməyinə dəyərdimi sualının cavabını açıq qoyuram… Şəxsən mən belə bir çinar boylu kişini tanıdığıma və dostluğuma çox şadam.
Araz Yaquboğlu qardaşımızı ad günü münasibətiylə ürəkdən təbrik edirəm, ona doğmalarıyla könüldolusu ömür arzulayıram!

Hörmətlə, İlham QƏHRƏMAN


İLHAM QƏHRƏMANIN YAZILARI

ARAZ  YAQUBOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ARAZ ŞƏHRİLİNİN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

1-ci Liqada mübarizə aparacaq “İrəvan” komandası səviyyəli futbolçular transfer etməklə heyətini gücləndirir

1-ci Liqada mübarizə aparacaq “İrəvan” komandası səviyyəli futbolçular transfer etməklə heyətini gücləndirir

Klubun Mətbuat Xidmətinin rəhbəri Mübariz Süleymanlının verdiyi məlumata görə, “İrəvan” FK-nın idarə heyətinin növbəti iclası keçirilib.
Klubun idarə heyətinin sədri Zülfüqar Kazımov və klubun prezidenti Zahid Niyazəliyev ASK Arenada aparılan məşqlərdən,qısa bir zamanda yeni transfer olunan oyunçularla gücləndirilən komandadan danışdıqdan sonra transfer olunan növbəti futbolçunu,”Neftçi “klubunun yetirməsi Vüsal Əsgərovu ictimaiyyətə təqdim ediblər.
Xatırladaq ki, 2023/2024-cü illər mövsümündə I Divizion 10 komandanın iştirakı ilə keçiriləcək. Reqlamentə görə, I Divizionda 1-ci yeri tutan komanda növbəti mövsüm Premyer Liqaya vəsiqə qazanacaq.

Mübariz SÜLEYMANLI

İrəvan FK-nun mətbuat katibi.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İNŞALLAH, ÖTÜŞƏR YÜZÜN BELƏCƏ

Ətrafımızda yaxından və uzaqdan tanıdığımız, o cümlədən sevdiklərimiz insanların sayı yüzlərlədir. Əlbəttə, mən bu sayı təxmini olaraq qeyd etdim. Bəlkə də yaddaşımızı işə salsaq bu say qat-qat çox da ola bilər. Bu isə sadəcə və sadəcə say artımı deməkdir. Bu çoxsaylı insanların arasında seçilən, hər zaman yad olunan, aranan, görüşünə, söhbətinə, dəstəyinə ehtiyac duyulan, təkcə maddi maraqları üçün deyil, xüsusən də el üçün, xalq üçün, vətən üçün çarpışan insanların sayı isə bəzən barmaqla sayılacaq qədər az olur. Hər bir insan öz-özlüyündə bir mükəmməl varlıqdır. Və hər kəs də özünü bir varlıq olaraq dəyərli, gərəkli zənn edə bilər. Belə bir məsəl də var: “Heç kəs öz ayranına turş deməz”. Ancaq bir şəxsə böyük auditoruyanın diqqəti, dəyəri, sevgisi artıq o şəxsin seçilmişlərdən biri olduğunu təsdiq edir. Bir çox insanlar arasında məhz bu diqqəti, bu dəyəri, bu sevgini qazanmaq insanın özünün gözəl xüsusiyyəti ilə öz xoşbəxtliyini qazanması deməkdir. Nə xoşbəxt o kəslərə ki, bax bu sadalanan müsbət xüsusiyyətlərin, bu diqqətin, bu sevginin sahibləridir.

Bu timsalda insanlardan biri olaraq mən sizə qısa da olsa söhbət açacağım insan, hətta mənim ideal saydığım və yuxarıda qeyd etdiyim o diqqət, o hörmət, o sevgi sahibi, təbiətcə həlim, əxlaqı, mədəniyyəti çox yüksək olan birisidir. O ixtisasca mühəndis olsa da, artıq 30 ilə yaxın bir müddətdə Azərbaycan xalq yaradıcılığının dərinliklərinə qədər baş vurmuş, onlarla kitabın redaktoru, xüsusilə şəhidlərdən və yaradıcı insanlardan bəhs edən doqquz kitabın müəllifi, bu yaxın günlərdə istedadı, dəyərli yaradıcılığı, geniş fəaliyyəti nəzərə alınaraq həm Azərbaycan Jurnalistlər Birliyinə, həm də Azərbaycan Aşıqlar Birliyinə üzv seçilmiş, təkcə mənim yox, artıq çoxsaylı oxucuların, dostların sevimlisi olan çox hörmətli tədqiqatşı, şair, publisist, vikipediyaçı Araz Yaquboğludur. Mən hər dəfə Araz Yaquboğlu imzası ilə rastlaşanda istər-istəməz onun təxəllüsü ilə yaşatdığı unudulmaz, mərhum atası Yaqub Hacıyevi xatırlamalı oluram. Qeyd edim ki, mərhum Yaqub Hacıyev mənim əmim idi. Ancaq tam səmimi olaraq deyim ki, Araza olan bu yüksək fikirlərim əmim oğlu olaraq deyil, onun yuxarıda qeyd etdiyim bütün müsbət cəhətlərə tam malik olmasından irəli gəlir. Fikrimi tamamlamaq üçün əmim Yaqub Hacıyevlə bağlı məqama qayıdıram. Yaqub Hacıyev ixtisasca mühəndis olub. Və mühəndis olaraq da ötən əsrin 70–90-cı illərində Qarabağ bölgəsində — Bərdə, Yevlax, Ağdam, Tərtər rayonlarında bilik və bacarığına görə, tikinti işlərində xüsusi dəqiqliyinə görə öndə gedən mühəndis olmuş, “İnjiner Hacıyev” kimi tanınmışdır. Onun ömür-gün yoldaşı Əsmətel xanım ali təhsil almasa da (orta məktəbi əlaçı kimi bitirsə də ailə qurduğu üçün ali təhsil almamışdır) bir çox müəllimlərə, xüsusilə də riyaziyyat elmindən dərs deyə biləcək savada malikdir. Bu ailədə beş övlad böyümüşdür ki, bu beş övladdan dördü yüksək bilik ilə müxtəlif universitetlərin məzunu olmuş, hər biri həyatda öz istəkləri ilə uğurlu yol tutmuşlar. Araz Yaquboğlu da o cümlədən ali təhsil alaraq müxtəlif sahələrdə işləsə də, öz ixtisasına mükəmməl sahib olsa da, ailənin bütün üzvlərindən fəqli olaraq elmi bilikləri ilə bərabər yaradıcılığa da xüsusi meyil etmişdir. Əslində Araz Yaquboğlunun soy-şəcərəsinə diqqət etsək bu şəcərədə onlarla yaradıcı insanların — alimlərin və şairlərin olduğunu görərik. Bu isə o deməkdir ki, Araz Yaquboğlu bu seçimi ilə “əslində olan dırnağında göstərər” deyimini təsdiq etmiş olmuşdur.

Bəli, bu belə olması heç də təəccüblü deyildir. Çünki, əvvəla Araz əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Sonra isə, bu o Daşkənd kəndidir ki, hələ XIX əsrdə yaşayıb-yaratmış Şair Məmmədhüseyn kimi tanınmış bir klassiki, qüdrətli sənətkar Aşıq Ələsgərin şəyirdi olmuş Aşıq Nəcəf kimi bir aşığı, Həsən Xəyallı kimi sinəsi söz xəzinəsi olan şairi, Aşıq Hacı, Aşıq Nuriddin kimi xoş nəfəsli aşıqları, Alqayıt, Sərraf Şiruyə və Aqil İman kimi şairləri olub. Bu mənada Daşkənd kəndi yaradıcı insanları ilə Göyçə mahalında fərqlənən kəndlərdən biri olmuşdur. Onu da qeyd edim ki, Araz Yaquboğlu şair Həsən Xəyallı şəcərəsinin bir üzvü, daha doğrusu isə layiqli davamçısıdır. Demək ki, Araz Yaquboğlu bu sahəyə, yəni yaradıcılığa nəinki heç də təsadüf gəlməmişdir, hətta deyərdim ki, Allahın bu şəcərəyə bəxş etmiş olduğu yaradıcılıq missiyasını məhz elə Allahın qismətiylə layiqlə davam etdirməyə gəlmişdir. Mən təəssüf edirəm ki, tədqiqatçı, araşdırmaçı deyiləm. Əgər Araz Yaquboğlunun yaradıcılığı, çoxşaxəli, dəyərli fəaliyyəti peşəkar araşdırmaçılar, tədqiqatçılar tərəfindən öyrənilərsə, inanıram ki, onun haqqında iri həcmli bir kitab ərsəyə gətirmək olar. Mənim isə onunla bağlı yazdıqlarım onun yaradıcılığına sadəcə kənardan, ötəri bir baxışa bənzəyir.

Araz Yaquboğlunun yaradıcılığında el-obaya, yaradıcı insanlara, vətənə, torpaq uğrunda canını, qanını fəda edən insanlara, böyük qəhrəmanlara olan münasibət yalnız və yalnız onun ürəyinin bu xalqa, bu vətənə olan sonsuz sevgisinin təzahürüdür. O, vətənə, xalqa, yurda olan bu sevgisi ilə əslində ətrafında olan hər kəsə, bəlkə də bütün dünyaya öz saf sevgisini aşılayır. Bu sevginin qarşılığı olaraq da onu sevənlərin say çoxluğu minlərlədir. Mən bu say çoxluğunu son günlərdə bir neçə önəmli səbəblərdən ona ünvanlanan saysız təbrik və alqışlardan da duydum. O təbriklər, o alqışlar ki, yuxarıda qeyd etdiyim kimi, son günlərdə onun iki böyük ədəbi bilrliyə üzv seçilməsi, daha sonra isə həm bugünkü oxucular, həm də gələcək nəsillər üçün gərəkli olacaq, çox dəyərli “Sazın-sözün sorağında” adlı kitabının nəşr olunması ilə bağlı ona ünvanlamışdı. Bütün bunlar isə Araz Yaquboğlunun 50 illik yubileyinə sayılı günlər qalmış baş tutmuşdur. Əslində son on beş gündə ard-arda yaşanan bu sevinci, bu uğuru mən bir daha Allahın Araza sevgisi olaraq dəyərləndirirəm. Demək ki, Araz uca Allahın xoş nəzərindədir. Allahdan Araz Yaquboğluna can sağlığı, uzun ömür, sonsuz yaradıcılıq uğurları diləyir və onu dəyərli ömrünün 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.

Mən yazımın sonunda Araz Yaquboğludan onun yaradıcılığı haqda çox da məlumat verə bilmədiyim, xüsusən də onun Vikipediya sahəsində fəaliyyətindən heç söz aça bilmədiyim üçün ondan üzr istəyir, ona ithaf etdiyim təbrik şeirimlə sözlərimi bitirirəm.

Uğurla ötüşdü bu əlli yaşın,

İnşallah, ötüşər yüzün beləcə.

Təmkinlə, həyayla dosta, sirdaşa,

Sevdirdin özünü özün beləcə.

Düz getsin, çox getsin, yolun dönməsin,

Bəxtinin xoş üzü tərsə çönməsin.

Od alsın, alışsın, çalış sönməsin,

Söz adlı ocağın, közün beləcə.

Saxla ruhu, saxla təbi belə saz,

Altmışda yaz, yetmişdə yaz, hər an yaz.

“Sazın-sözün sorağında” ay Araz, *

Yayılsın dünyaya sözün beləcə.

Var bu yolda sənin imzan, öz adın,

Çəksin səni zirvələrə söz atın.

Son bir ayda neçə sevinc yaşadın,

Sevinsin hər zaman üzün beləcə.

Aqşinəm baharın, qışın əllidi,

Bu günə gəlincə yaşın əllidi.

Açdığın yol bəlli, izin bəllidi,

Qalacaq çox illər izin beləcə.

* Araz Yaquboğlunun son günlər nəşr olunmuş “Sazın-sözün sorağında” kitabına işarədir.

27.07.2023.

Müəllif: Aqşin HACIZADƏ

Bərdə rayonu Yeni Daşkənd kəndi.

AQŞİN HACIZADƏNİN YAZILARI

ARAZ  YAQUBOĞLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ARAZ ŞƏHRİLİNİN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"