Bu gün Azərbaycan mətbuatına və AVMVİByə ağır itki baş verib. Belə ki,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, Fedai.az, Veteran.az saytlarının rəhbəri, ilk döyüşçü jurnalist, vətənpərvər Qazimiz Xəqani Rzaquliyev Noyabr ayının 24 də qəflətən vaxtsız vəfat edib. Azərbaycan Vətən Müharibəsi Veteranları İçtimai Birliyinin sədri Füzuli Rzaquliyev başda olmaqla bütün AVMVİB üzvlərinə və mərhumun ailəsinə AVMVİB Ağdam rayon şöbəsi və “Yazarlar” adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət etsin.Məkani cənnət olsun. Ruhuna Fatihə. Amin
Hər insanın yaşadığı ömür onun öz taleyinin və fəaliyyətinin çalarlarıdır. Bu, ümumilikdə bütün bəşəriyyətin yaşam formasıdır. Yəni, bir insan toplum olaraq bütün bəşərdir, onun yaşadığı həyat hamı üçün eyni və ya oxşardır. Elə öz taleyinin və fəaliyyətinin zəhmətkeşi, Vətənə vurğun insan, Gültəkin Mustafayeva bu sahədə əzmlə çalışan, üzərinə qoyulmuş işin öhdəsindən bacarıqla gələn və ən əsası, bu günlərdə Gürcüstanda keçirilən “Tolerant”sərgiyə də böyük maraq və xüsusi həvəslə hazırlanmışdır. Sərgi böyük marağa səbəb oldu.Tiflis şəhər şurasının kraliça Tamaranın zalında keçirilən sərginin açılışı hörmətli şəhər meri Kaxa Kaladze tərəfindən həyata keçirildi. Təşkilatçı “Gürcüstan Aktiv Azərbaycan Qadınlar Assosiyasının”-sədri haqqında bir-birindən maraqlı təşkilatçılığa imza atan Gültəkin Mustafayev də fəal iştirak etmişdir. Hər sərgidə bir ürək döyünürdü. Bu görülən işlər hər biri bir həyat materialıdır və gələcək gənclərə ötürülür. Sərgidə çox sayda ziyarətçilər iştirak edirdilər.Onlardan Azərbaycanın Gürcüstandakı səfiri hörmətli Faiq Quliyev də var idi. Bu prosesi bir yazıya sığışdırmaq da əsl insan diqqətindən irəli gələ bilər. Çalışacam ki, sərgi haqda sizlərə geniş məlumat verim. Beləliklə sərgidə incəsənətimizə də yer verilmişdi.Borçalı xalçası,saz,tar və s…nümayiş etdirildi.Mətbəximizin paxlavası,qatlama və fəsəlisi… Milli mədəniyyətimiz qeyrət rəmzi olan kəlağayı və gənclərin üzərindəki milli geyimlərimiz göz oxşadı. Rəsm müəllimi Sevda Əbilovanın meydan, məscid və kilsəni öz əsərində bir arada nümayiş etdirməsi dostluğumuzun möhkəmliyi demək idi.Fəridə Bəxtiyarlı və 12 yaşlı Emilia Ələkbərovanın da rəsm əsərləri nümayişçilər tərəfindən sevilərək seyr edildi. Eləcə də, Gültəkin xanımın təşkilatçı insan olması haqqında söz demək nə qədər çətindirsə, o qədər də şərəflidir. Çünki illərin qoynunda pərvaz edən məqamları bir insan surətində cəm edə bilmək açığı, məharət tələb edir və bu prosesi üstəlik sərgiləmək insan ürəyinin təmizliyidir. Sərgidə bu qaynarlıq açıq şəkildə hiss olunurdu.Gültəkin xanım Tiflis bələdiyyəsi şurasının üzvü olduğuna, bələdiyyə tərəfindən sərgi iştirakçılarına “Təşəkkür”bəlgələri və hörmətli Şəhər meri Kaxa Kaladzenin həyat yoldaşı dizayner hörmətli Anuka xanıma və bələdiyyədə Türk azlıklar şurasının sədri hörmətli Rita Xidirbegşivili xanımlara Azərbaycan kəlağayı hədiyyəsi ilə ödülləndirildilər. Buna görə də sərgiyə hazırlanarkən və nümayiş etdirilərkən ürək sözlərini əsirgəməyənlərə öz adımızdan təşəkkürümüzü bildiririk.
Elə Gültəkin xanıma deyilən hər xoş söz üçün zəhmət çəkənlərə ehtiramımızı bildirir, vətəndaş sevgisi ifadə edirik. Əslində,Gültəkin xanıma ünvanlanmış hər xoş söz bizim adımıza deyilir və bu ehtirama layiq olduğumuz üçün çox məmnunuq.
MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ… (Zaur Ustacın “Araz” şeiri haqqında) ZAUR USTAC kimliyi bir DƏRYAdır desək yanılmarıq. Bu dəryanın üzü – görünən tərəfi onun yaradıcılığıdır. Dəryaya dalmaq istəsək suyun dərinliyinin şahidi olarıq. Hərtərəfli YARADICILIQ imkanı hər şəxsə verilən MÜKAFAT deyil. Allah Qələmini bərəkətləndirdiyi Bəndəsindən əzm, sədaqət, hərəkət gördükcə onun bərəkətini də birə min artırır. ƏHDə sədaqət, verilən VƏZIFƏni, YÜKü layiqincə DAŞImaq da bir ÜRƏK istər. Qəlbi geniş ALLAH QULunu tapmaq o QƏDƏR də asan İŞ deyil. Qəlbində Vətənə məhəbbət, sədaqət hisslərini layiqincə daşıyan ŞAİR üçün parçalanmış, yadların əlində əsir qalmış torpaqlar bir namus ləkəsi kimi yandırıb yaxıcıdır. Bu yanğıdan doğulan ARAZ şeiri Arazı belə yandırır. Araz ARAya girmiş kimi utanır, yanıb tökülür, bir-birini ARAYAN İKİ QARDAŞın odunu söndürə bilmir, həyasına boğulub GÖZ YAŞı kimi dinməz AXIR: Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!,- deyən şair Arazın bu halına acıyır, günahkar günahsızı müdafiə edir. Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! Yurd acısı, yurd yarası o qədər böYÜKdür ki, ARAZ nə etsin? Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! YOL ayırsa da QƏLBlər bir döyünür. SÖZlər eyni, DİL eyni, BAYATI eynı… XUDAFƏRİN – Ümid yeri, Görüş yeri, Qovuşmaq yeri… O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! Daşında, torpağında qiymətli xəzinələr yetirən VƏTƏNin Dünya SÖZ XƏZİNƏSİnə incilər bəxş edən QƏLƏMin layiq görüldüyü bəndələri AYRILIQ HƏSRƏTini sətirlərə tökərək O TAYdan BU TAYa ÖTÜRmüşlər. Bu üzdən ARAZ Məhrəm olmuş, ARAZ məlhəm olmuş…. Zaur Ustac HAQLI olaraq “Mən zəfərə təşnəyəm” deyərək xəbərdar edir: Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki aman! Türkün düşməni özü QƏDƏR böyük ki, sırtlan kimi onun zəifləməyini, parçalanıb qeybə qarışmağını gözləyib gözətlər. Nə qədər parçalansa da bölünsə də MİLLİ KİMliyini unutmayan TÜRK OĞLU üzünü YARADANa tutub Onun kölgəsində İQTİDARını bərpa etməyə QADİRdir. Bu qüdrəti ona QADİR ALLAH verib. QADİR olan QALİB olar. ALLAH ƏKBƏR!
Qonşu rayonda toy vardı. Qadınlar toya getməyə hazırlaşırdılar. Geyinib-keçinib, bəzənib-düzənib gəldilər Mədinəgilə. Mədinə də geyinib hazır dayanmışdı. Amma onlardan bir az gözləməyi xahiş etdi:
-Qızımı, balaca Südabəni yuxuya verim, gedək.
-Uşağa kim baxacaq?
-Bacım.
-Yaxşı.
Ana palazın üstə oturub ayaqlarını uzatdı. Sonra da uşağı ayaqlarının üstünə uzandırdı. Mədinə başını divara söykəyib lay la çala-çala ayaqlarını yırğalamağa başladı ki, Südabə yuxuya getsin.
Südabənin olardı 3-4 yaşı. Yuxusu gəlmirdi. Anasını acıqlandırmamaq üçün gözlərini yumdu. Amma yatmaq fikri yox idi. Qadınların söhbətini eşitmişdi. O da toya getmək istəyirdi. Ancaq onu aparmırdılar.
Südabə arada gözlərini açaraq anasına baxır, tez də yumurdu. Bir də gördü ki, anasının səsi gəlmir. Lay lası yarımçıq qalıb. Südabə baxdı. Anasını yuxu aparmışdı. Südabə ehmalca yerə düşdü.
Qadınlar həyətdə dayanıb şirin-şirin söhbət edirdilər. Bir də baxdılar ki, qapı açıldı. Tez:
-Hə, Mədinə də uşağı yatırtdı. Tərpənək.
Lakin aynabəndə Mədinənin əvəzinə Südabə çıxmışdı. Qız onları qabaqladı:
-Anam lay la elədi…Gedək toya…
Qadınları gülmək tutdu. Bəsti ilə Nabat içəri keçdilər. Gördülər ki, Mədinə başını divara söykəyib yatıb. Bəsti:
-Biy, Mədinə demişdi, uşağı yatırım. Əvəzində Südabə onu yuxuya verib.
AYB Mingəçevir bölməsinin iyun ayında “Gənclik” nəşriyyatının qrifti ilə çap etdirdiyi “Ruhumuzun yaz havası almanaxı”nın AYB-nin Natəvan klubunda düzənlənən təqdimat mərasiminibəlkə də əyalətdə yaşayan söz adamlarının ədəbi hesabatı kimi də dəyərləndirmək olar. Mingəçevirli yazarların bir qismi ilə yanaşı paytaxt Bakıda yazıb-yaradan alim və yazıçı-şairlərin də qatıldıqları tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq İlqar Fəhmi paytaxtda deyil, bölgələrdə yaşayıb-yaradan şair və nasirlərin yaratdığı ədəbi nümunələrin təbliği, gənc müəlliflərin üzə çıxması sahəsində uğurlu iş olduğunu qeyd edərək, bu baxımdan AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin böyük zəhmət sahibi olduğunu vurğulamaqla, çıxışının sonunda hamıya uğurlar arzuladı.. Görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli isə dedi: “Mingəçevir haqında düşünəndə Mikayıl Müşfiqin Mingəçevirə həsr etdiyi poeması və Səməd Vurğunun “Muğan” poeması yadıma düşür. Bu gün təqdim olunan və bölgədə yaşayan müəlliflərin poeziya, nəsr və publisistika nümunələrindən ibarət “Ruhumuzun yaz havası” almanaxı ölkəmizdə işıq şəhəri kimi tanınan Mingəçevirdə ədəbi mühitin qaynarlığından xəbər verir. Yeni almanax ayrı-ayrı illərdə dərc edilən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik” toplularından sonra sayca dördüncüdür və burada 31 söz adamının yaradıcılığından nümunələr verilib. Bu gün bizə unudulmaz anlar bəxş etməyə qadir olan “Ruhumuzun yaz havası” isə payızda açan son çiçəklər kimi hamımıza bahar təravəti gətirəcəyini əminlik hissiylə qeyd eləyə bilərəm!” Təqdimat mərasiminin aparıcısı, “Kredo” qəzetinin baş redaktoru, görkəmli şair-publisist Əlirza Xələfli, almanaxda yazıları yer alan mingəçevirli yazarları təbrik edəndən sonra, Əməkdar jurnalist,şair, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmil Mingəçevir ədəbi mühitinin son illərdə formalaşması, gənc ədəbi qüvvələrin istiqamətləndirilməsi və onların ədəbi mühitə çıxmasında bölmənin rəhbəri, şair İsmayıl İmanzadənin xüsusi rolundan danışdı. Tanınmış şair-publisist “Yazarlar.az” ədəbi dərgisinin və eyni adlı jurnalın təsisçisi və baş redaktoru, halal zəhməti və işgüzarlığı ilə çoxlarının ehtiramını qazanan Zaur Ustac isə mingəçevirli qələm dostlarına uğurlar arzulamaqla, onların hər birinin diplomla təltif edildiyini bildirərək, “Ruhumuzun yaz havası” almanaxında şeir, hekayə və elmi-tədqiqat xarakterli əsərləri dərc edilən bir necə qələm sahibinə mükafatları təqdim etdi. Təqdimat mərasiminə könül xoşluğu ilə gəldiyini vurğulayan ehtiyatda olan polis polkovniki, tarix elmləri namizədi, istedadlı şair Əjdər Yunus Rza ədəbiyyat aləminə bir vaxtlar Cəbrayılda fəaliyyət göstərən “Ümid” Ədəbi Klubunun rəhbəri İsmayıl İmanzadənin xeyir-duasıyla gəldiyini vurğulayaraq, təqdimat mərasimində yenicə çapdan çıxan gənc şair Seymur Sönməzin “Mənim şəhadətim məhəbbətimdir” adlı şeirlər kitabı haqqında da dəyərli fikirlər söylədi.Tanınmış yazıçı-publisist Hacı Əlisahib Əroğulun yazarlara yönəlik xeyir-dualarından sonra, bu il AYB-yə üzv qəbul olunanlardamşair-esseist Gülnarə Acalova, bir sıra maraqlı uşaq hekayələrinin müəllifiİlahə Qəhrəman, tanınmış şair Valeh Heydər, şair İldırım Əlişoğlu,uzun illərdən bəri imzaları oxuculara tanış olan şair Namiq Zaman və hüquqşünas şair, ”Söz süfrəsi” ədəbi məclisinin rəhbəri Bəhman Gülövşəli çıxış edərək sevinclərini həmkarları ilə bölüşdülər.Mərhum şair Murad Xasmədovun oğlu Elşən Xasməmmədov və bu ilin əvvəllərində dünyasını dəyişən tanınmış şair Fəxrəddin Əzizin Bakıda yaşayan qardaşı oğlu Sahib Əzizov əzizlərinə yönəlik ehtiram hissinə görə bölmə rəhbərinə və mərasimə qatılanlara minnətdarlıqlarını bildirdilər. “Azad qələm” jurnalının baş redaktoru, Prezident mükafatçısı, şairə Nəcibə İlkin gənc şair Seymur Sönməzin “Mənim şəhadətim məhəbbətimdir” şeirlər kitabının nəşrə hazırlanmasında çəkdiyi zəhmətə görə müəllifə sidqi-ürəklə halallıq verdiyini vurğulayaraq, ona və almanaxda yazıları dərc olunan keçmiş həmyerlilərinə uğurlar dilədi. Paytaxtda yaşayıb yaradan tanınmış söz sahiblərindən Rafiq Mirzə, Malik Əhmədoğlu, Ziyadxan Budaq, Qəzənfər Mənsimoğlu, Elmira Aslanxanlı, yazıçı-publisist Məhərrəm Şəmkirli, Asif Ata ocağının layiqli davamçısı İşıqlı Atalı, Alim Aslanoğlu, mingəçevirli yazarlara ürəkdən xeyir-dualar verən Əfşan Yusifqızı və AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən “Mingəçevir qönçələri” ədəbi məclisinin üzvü Gülnarə Dünya da səmimi çıxışları ilə tədbirə əlvan söz çalarları qatdılar. Cəbrayıl rayonunun işğalından sonra müvəqqəti olaraq Bakıda yaşamağa məcbur olan şərəfli həyat yolu keçmiş ziyalılar-Arif Məhidov və Vidadi Hümbətov tədbirə qatıldıqlarından çox məmnun olduqlarını, görkəmli şair-publisist həmyerliləri, AYB Mingəçefir bölməsinin sədri İsmayıl İmanzadənin bir vaxtlar Cəbrayılda olduğu kimi, Mingəçevirdəki ədəbi aləmdə də aparıcı rola sahib olduğunu fəxarət hissiylə qeyd etdilər. Əslən Cəbrayıl rayonunun Maralyan kəndindən olan İqrar Həsənova söz veriləndə məlum oldu ki onun böyük oğlu Malik Həsənov boks üzrə respublika yığma komandasınınüzvüdür və bu yaxınlarad Ruminiyada keçirilən beynəlxalq yarışda birinci yeri tutaraq çempion kimi ölkəmizə qayıdıb. Tədbir iştirakçıları Maliki alqışlayaraq ona növbəti yarışlarda da uğurlar dilədilər. Sonda İsmayıl İmanzadə: “Son 22 il ərzində Natəvan Klubunda bir sıra önəmli tədbirlərdə iştirak etmişəm, ancaq bölmənin xəttiylə keçirilən 11 tədbirin təşkilatçılarından biri olsam da, burada heç vaxt şeir oxumamışam. Bölmə rəhbəri “Qoyun çıxıb gedim gəldiyim yerə” adlı şeirini oxuyandan sonra, tədbirin keçirilməsinə verdikləri dəstəyə görə AYB rəhbərliyinə, məclisi peşəkar sənətkarlara məxsus bir tərzdə idarə edən şair-publisist Əlirza Xələfliyə və təqdimat mərasiminə qatılmaqla böyük savab sahibi olan yaradıcı dostlarına və həmyerlilərinə bir daha minnətdarlığını bildirdi. Tədbirin ayrı-ayrı məqamlarında çəkilən foto-şəkillər isə unudulmaz xatirələrin qəlblərdə illər boyu yaşamasına dəstəkçi oldu… Fotolar:
Mümkün olduğunca ağır irin döküyor Gökyüzünü gecenin karanlığına boyadığında Yüzyıllardır uyuyor, dünden uyanmadı Gelecek denilen günün devamı bir asır gibi O gün olarak bilinir, gelecek gün
Yabancıların dünyasından bize neler yayılıyor Gülümseme dudak damlalarından akıyor Yarının genç çiçeklerine daha fazlasını verseydin Bu iğrenç dünyanın batırdığı irin karşısında
Dünyanın Zambakları yapraklarını döküyor Varoluştan beri ev sahibi olarak kullanılan topraklarda Ve bulutlar dallarımdaki kuşları yatakta yatarken izliyor
Ah keşke koşabilseydim ve umutları yakalayabilseydim Karanlık temelli çökmeden önce İşte o zaman biraz rahatlama kalbime düşer Şimdi kan damarlarımda cehennem ateşi gibi titriyor Tüm ruhumda ağlayan ağlama
Ey şafak vakti kükrüyor Nehirlerin dans ettiği ay ışığı Biraz gülümse ki üzüm bağları yapraklar yetişsin Yıldızların nabzı derinlerden atıyor Yağmurda yağmura gülümse Toprak zambakları tekrar değiştirecek
Ey uykuya dalmadan önce duanın psalmodi olduğunu söylediğimiz gün vahşi mutluluk Yarından sonra geri geleceğim Kulağıma umut şarkıları fısıldıyor Dağ kenarında menekşelerin huzuru Ağaçlarda serçelerin cıvıltıları
İşte o zaman gökyüzünü öptüm En ağır yükü sırt üstü taşıdım Ölüm doğum karanlık berraklık Eğer dallarımdaki ağrı irin dökülüyorsa Gözlerimden deniz gibi O zaman her ölüm bir zafer olur mu
Dünya Azərbaycanlılarinin Mədəniyyət Mərkəzində görüş…
Öz maraqlı yazıları,kitabları ,xeyirxah əməllərilə tanınmış yazıçı- şair,türkəsilli Corolina Laurent Turunc Fransada yaşasa da qəlbi ,yanan ürəyi dögmalarının yanında olub. Bakını görməyi daim arzulayıb.Ən əsası isə Zəfərimizə nail olduqdan sonra dogma Şuşamızda olmagı özünə borc bilib. Corolina Bakıda keçirilən konfansa dəvət almışdı.Lakin buraya gələcəyi günü səbrsizliklə gözləmiş və Türkiyədə yaşayan dostu, tanınmış aktrisa Sebahat Adalara təyyarəyə onun üçün də bilet aldıgını söyləmiş və özü ilə Bakıya konfransa gətirmişdi. Corolina xanım Uluslararası Engellər,Yaşlılar,Kimsəsizlər Fedarasyonu UTEF Paris başkanıdır. O,bir – birindən maraqlı “Şərqlə Şimal arası”,” Çöl zambagı”və s.kitabların müəllifi, İstanbulda dərc olunan “Özgür İfadə” qəzetinin yazarıdır.Təsadüfən bu gün onun ad günü imiş.. Onlara bələdçilik edən “Yazarlar” jurnalının təsisçisi və redaktoru, AYB- nin üzvü Zaur Ustacla DAMM-nə gəldilər.Mərkəzin fəaliyyətilə tanış oldular .(Mərkəzin l vitse-Prezidenti Ruhiyyə xanım Poladovadır.Ruhiyyə xanım Şirvan şəhərində bu gün anasının 70 illik yubileyində olduguna görə tədbirimizə qatıla bılmədi) Qonaqlar şəhərimizin əsrarəngizliyindən,gözəlliyindən ürək dolusu danışdılar.Corolina xanıma DAMM-nin Fəxri Diplomunu və ad günü münasibətilə hədiyyə ,müxtəlif kitablar bagışladıq.Eyni zamanda Sebahet xanıma da onun üçün çoox dəyərli olan kitabları hədiyyə etdik. Tədbirimizdə iştirak edən Azərbaycan Respublikasının”Səhid Ailələrinə ” Qaygı”cəmiyyətinin sədri,qazi Radə Abbas qonaqlara “Xarıbülbül”döş nişanlarını ,Zəngəzur hadisələrinə həsr olunmuş sənədli filminin disklərini, ad gününü də qeyd etdiyimiz. Corolina xanıma üstündə üçrəngli bayragımızın təsviri olan fincanı,şair publisist Zaur Ustac isə milli rəmzimiz olan papaq və araqçını bagışladı.Səmimi və xoş keçən görüşümüzün qonaqları “Təzadlar” TV -də Yasəmən xanımı maraqlandıran suallarına özlərinin xoş təəssüratlarından danışmışlar. Görüş canlı yayımlanmışdır…. “Zəfər yolu” İB – nln sədri Pərvanə ,xanımın hədiyyəsi–üzərində xarıbülbülün şəkli olan örpəkləri təqdim olunarkən Sebahet xanım sevincdən çox kövrəldi və bu mənzərə hamını təsirləndirdi. Qonaq xanımları Yazıçılar Birliyinə apardıq .Orada bizi gözləyən Elçin müəllimlə maraqlı müsahibə alındı. Elçin müəllim özünün kitablarını qonaqlara təqdim etdi.Sonda İçərişəhərdə keçirilən xalça sərgisinin baglanışında iştirak edən xanımlar xalçaçı-rəssam Natiq Nəcəfzadə ilə olan görüşdən də məmnun olduqlarını iştirakçıların nəzərinə çatdıraraq dogma Bakıdan ayrılmaq istəmədiklərini qeyd etdilər. Beləliklə, Bakıda olduqları az müddətdə gördüklərini uzun müddət unutmayacaqlarını və yaşadıqları ölkələrinə qayidarkən bu gözəlliklərdən ,gözəl insanlardan danışdıqca danışacaqçarını vəd etdilər… 18.Xl.2022. Bakı.
AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.