Zaur Ustacın “Sonuncu döyüş” hekayəsi – etalon

Zaur Ustacın “Sonuncu döyüş” hekayəsi – qəhrəmanlıq, yaddaş, milli iradə və etalon

Müasir Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun ən təsirli və yadda qalan nümunələri, şübhəsiz ki, Qarabağ müharibəsi ilə bağlı yazılmış əsərlərdir. Bu baxımdan müəllif Zaur Ustacın “Sonuncu döyüş” hekayəsi təkcə bədii mətn kimi deyil, həm də bir dövrün ruhunu, ağrısını və qürurunu özündə daşıyan publisistik dəyərə malik əsər kimi diqqəti cəlb edir. Hekayə oxucunu 1994-cü ilin gərgin döyüş səhnələrinə aparmaqla yanaşı, insan iradəsinin, əsgər ləyaqətinin və torpaq sevgisinin ən yüksək zirvəsini nümayiş etdirir.

Əsərin mərkəzində dayanan obraz – çavuş (postun böyüyü, qurğu komandiri, gənc əsgərlər üçün təcrübəli böyük qardaş) Etiraz Mejdinov – adi bir hərbçi olmaqdan çox, ideyanın, prinsipin və milli dirəniş ruhunun simvoluna çevrilir. Onun adı ilə səsləşən xarakteri – “etiraz edən”, “geri çəkilməyən” insan obrazı Zaur Ustacın uğurlu tapıntılarından biri olmaqla yanaşı, bədii həll cəhətdən də mükəmməldir. Bu xüsusiyyət müəllif tərəfindən əsər boyu daim inkişaf etdirilərək sonda Azərbaycan əsgərinin, ümumilikdə Türk insanının etalon obrazı kimi təqdim olunur. Bu, təsadüfi deyil. Çünki əsərdə “Etiraz” yalnız bir insanın adı deyil, bütöv bir xalqın taleyinə yazılmış mövqedir. Bu mənada, obraz fərdilikdən çıxaraq ümumiləşir və milli yaddaşın qəhrəmanlıq koduna çevrilir.

Hekayənin süjet xətti sadə, lakin son dərəcə gərgin və dinamikdir. Füzuli cəbhəsində yerləşən kiçik bir postun müdafiəsi fonunda cərəyan edən hadisələr, əslində, böyük bir savaşın kiçik modelidir. Altı nəfərlik heyətin düşmən qarşısında göstərdiyi müqavimət oxucuda həm heyranlıq, həm də dərin emosional sarsıntı yaradır. Müəllif hadisələri təsvir edərkən süni pafosdan uzaq durur, lakin elə realist və təsirli detallar təqdim edir ki, oxucu özünü həmin səngərdə, həmin döyüşün içində hiss edir.

“Sonuncu döyüş”ün əsas bədii gücü onun təsvirlərində və atmosferindədir. Boz çöllərin səssizliyi, barıt qoxusu, mərmilərin vıyıltısı və qəfil yaranan ölüm sükutu – bütün bunlar əsərdə xüsusi bir psixoloji gərginlik yaradır. Bu gərginlik isə kulminasiya nöqtəsində – Etirazın son nəfəsinə qədər döyüşməsi səhnəsində zirvəyə çatır. Onun yaralı halda belə zenit qurğusunun pedalını buraxmaması, son gücünü toplayaraq düşmənin son texnikasını məhv etməsi klassik qəhrəmanlıq motivinin müasir və real ifadəsidir.

Əsərdə diqqət çəkən mühüm məqamlardan biri də kollektiv qəhrəmanlıq ideyasıdır. Burada yalnız Etiraz deyil, onunla birlikdə döyüşən əsgərlər də eyni ruhun daşıyıcılarıdır. “Adımız nədir?” sualına verilən “ETİRAZ!” cavabı fərdi kimliyin kollektiv kimliyə çevrildiyini göstərir. Bu, həm də milli birliyin, ortaq ideyanın və mübarizə əzminin bədii ifadəsidir.

Hekayədə türk zabiti Levent bəyin obrazı da xüsusi simvolik məna daşıyır. Onun Etirazın cəsədi qarşısında dediyi sözlər – “Bir ölür, min diriliriz…” – yalnız bir əsgərin qəhrəmanlığına verilən qiymət deyil, bütövlükdə türk dünyasının ortaq ruhunu ifadə edən fikirdir. Bu detal əsərin ideya çərçivəsini genişləndirərək onu yalnız milli deyil, ümumtürk kontekstinə də daşıyır.

Zaur Ustacın dili sadə, lakin son dərəcə təsirlidir. O, mürəkkəb bədii konstruksiyalardan qaçaraq daha çox canlı danışıq dilinə yaxın üslubdan istifadə edir. Bu isə hekayənin oxunaqlığını artırmaqla yanaşı, onun emosional təsir gücünü də yüksəldir. Xüsusilə dialoqların qısa və kəsərli olması, əmrlərin sərt tonu və təsvirlərin konkretliyi əsərin ritmini sürətləndirir və oxucunu daim gərginlikdə saxlayır.

“Sonuncu döyüş” yalnız keçmişin təsviri deyil, həm də gələcək nəsillər üçün bir mesajdır. Bu mesaj sadədir, lakin son dərəcə güclüdür: torpaq uğrunda mübarizə yalnız silahla deyil, iradə, inam və qətiyyətlə qazanılır. Etirazın timsalında təqdim olunan bu iradə, əslində, Azərbaycan əsgərinin və xalqının xarakterinin bədii ifadəsidir.

Nəticə etibarilə, “Sonuncu döyüş” hekayəsi Azərbaycan hərbi nəsrinin uğurlu nümunələrindən biri kimi qiymətləndirilə bilər. O, həm tarixi yaddaşı yaşadır, həm də milli kimliyi möhkəmləndirir. Bu əsər oxucunu düşündürür, sarsıdır və eyni zamanda qürurlandırır. Çünki burada yalnız bir döyüş yox, bir xalqın ruhu, bir adın taleyə çevrilməsi və geri çəkilməzliyin əbədi andı təsvir olunur.

30.03.2026. Bakı.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas-tənqidçi

Zaur Ustac – Sonuncu döyüş

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Şahmat və Nərd oyunu haqqında – Əfsanələr

Əfsanəyə görə hind imperatoru məsləhətçilərinə, uşaqlarının döyüşdə yaxşı düşünən, uğur qazana bilən bir sərkərdə olmaları üçün yol göstərməsi haqqında təlimat verir. Bu təlimat üzrə imperatorun məsləhətçilərindən Herssabbin Dahir adlı bir hind mütəfəkkiri şahmat oyununu kəşf edir.

Hind imperatoru bu şahmat oyununu, yanında bir məktub ilə birlikdə hədiyyə olaraq fars imperatoruna göndərir. Məktubunda oyunla əlaqədar heç bir şərh vermir, yalnız:

Fars imperatoruna:

Kim daha çox düşünür,

Kim daha yaxşı bilir,

Kim daha çox irəlini görürsə, o qazanar.

Bax, HƏYAT BUDUR!” yazır.

Fars imperatoru bu məktubu dövrün savadlı alimi, müdrik vəziri olan Büzür Mehir ilə paylaşır və ondan əvvəlcə oyunu aydınlaşdırmasını, sonra da qarşılıq olaraq hind imperatoruna hədiyyə etmək üçün başqa bir oyun icad etməsini istəyir.

Büzür Mehir 10 gün müddətində nərd oyununu icad edir. Onun tərəfindən hazırlanan nərd oyunu dünyanın ən məşhur oyunlarından biridir. Zaman məfhumundan ilham alaraq hazırlanan bu oyun son dərəcə təsir edicidir.

Nərdin 4 küncü 4 mövsümü, içindəki qarşılıqlı 6 xana 12 ayı, oyun daşlarının sayı ayın 30 gününü, qara-ağ rəngdə olması gecə və gündüzü, qarşılıqlı 12 xana isə günün 24 saatına işarədir. Nərddə 4500-ə yaxın hücum ehtimalı olduğundan oyunda ustalaşmaq əhəmiyyətlidir. Ancaq zərlərin şansı simvolizə etməsini nəzərə alaraq şans (bəxt) amili də önəmlidir.

Büzür Mehirin icad etdiyi oyunu çox bəyənən fars imperatoru hind imperatorunun hədiyyəsinə qarşılıq olaraq nərd oyununu göndərir. Hədiyyəsi ilə birlikdə göndərdiyi məktubda isə belə yazır:

Hind imperatoruna:

Bəli,

Kim daha çox düşünür,

Kim daha yaxşı bilir,

Kim daha çox irəlini görürsə, o qazanar.

Amma bir az da şans gərəkdir.

Bax, HƏYAT BUDUR!
(C)

Məlumatı hazıladı: Amina

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SƏN YARIMIN QASİDİSƏN – TAM VARİANT

SƏN YARIMIN QASİDİSƏNTAM VARİANTDA

Söz və səs: ŞƏHRİYAR

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Akif Əli: – Rasim Balayev, səninlə vida çox ağırdır

Elegiya

Eh, Balayev… Əziz dost, nə tez getdin…
Səni sevən hər kəsin qəlbində həzin bir xatirə qoyub uzaqlarda qalan dəyərli dostlarımız – Şahmar Ələkbərovun, Səməndər Rzayevin, Həsən Məmmədovun, Həsən Əblucun, Yaşar Nurinin, Əlabbas Qədirovun yanınamı tələsdin?
Axı, dedilər hər şey yaxşıdır, tezliklə İstanbuldan Bakıya dönəcəksən?! Və biz Azərbaycan Kinematoqrafçılar İttifaqındakı Sədr kabinetində səninlə görüşməyə, kino barədə müzakirələr aparmağa, xatirələr danışmağa hazırlaşdığımız vaxtda, bu nə qəfil xəbər idi?! Sən axı ətrafımızdakı bəzi-bəzilərindən fərqli olaraq, sözünə bütöv adam idin? Bəs niyə o xoş müjdəni bu acı xəbərlə əvəzlədin?
Heyf… Kaş yalan olaydı, Balayev…
…Rasim bəylə dostluğumuzun uzaq bir tarixçəsi var. Ötən əsrin 70-80-lərində Azərbaycan Kinosunun məbədgahı olan C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının qaynar çağlarına gedib çıxır. O vaxt kinostudiyanın gur fəaliyyət dövründə Şahmar Ələkbərov, Rasim Balayev və mən “Arxadan vurulan zərbə” filmində birlikdə çəkilmişik. Kinodan başlanan o dostluğumuz əbədiyyətə qədər uzandı…
…Bir ara iddialıların ictimai-siyasi müstəvidə bəlli oyunlarına görə, sənətkar qəlbli səmimi R.Balayev də Telekanallardan uzaq qalmışdı. Onu efirə çağırmağa risk etmirdilər. Onda mən AZTV-nin sədri Arif Alışanovu inandıra bildim ki, Rasim Balayev milli dəyərdir, onu efirdən məhrum etmək düz deyil. Onu öz verilişimə çağırmaq istəyirəm, məsuliyyəti də mənim boynuma. İnsafən, A.Alışanov etiraz etmədi. Və mən Rasim Balayevi “Mədəniyyət” kanalında müəllifi olduğum “Zaman və Məkan” proqramına dəvət etdim. Uzun fasilədən sonra Balayevlə çox maraqlı bir sənət söhbəti çəkib efirə verdik. Buz qırıldı…
…Bir neçə il öncə, ona “İstiqlal” ordeni təqdim olunanda, Prezidentlə səmimi söhbəti zamanı alicənab ziyalı olaraq yaradıcılığına verilən yüksək qiymətə görə Rasim Balayev hərarətlə Dövlət başçısına minnətdarlığını bildirdi, tarixi Qarabağ Zəfərinə görə Ali Baş Komandana ürəyindən gələn yüksək qiyməti dilinə də gətirdi… Və yenə bədxahların nahaq hücumuna tuş gəldi, ünvanına tənqid yağış kimi yağdırıldı. Susmaq yeri deyildi. R.Balayevin müdafiəsinə məqalə yazıb “Təzadlar” qəzetinə təqdim etdim. Cəsarətli jurnalist Asif Mərzili də etiraz etmədi və o yazını çapa imzaladı…
Təəccüblüdür, dünyaya hər an gəlməyən fitri istedad sahiblərinin xalq kütlələrinin ideya-estetik inkişafında, ictimai zövqün cilalanmasında nə qədər gərəkli və nə qədər əhəmiyyətli rol oynadığını dərk etmək nə çətin işdir ki! Onlara münasibətdə həssaslıq göstərmək vacibdir axı. Onsuz da ömrünü xalqın mədəni-estetik inkişafına həsr edən Rasim Balayev kimi böyük sənət ustaları heç kimə və heç nəyə baxmadan tarixin səhifələrində öz layiqli yerlərini tez-gec tuturlar!
Azərbaycan Kinosunun görkəmli simalarından olan Rasim Balayev dahi Nəsiminin, qəhrəman sərkərdə Babəkin və digər obrazların mükəmməl ifasına görə Azərbaycan Mədəniyyətində əbədi dərin iz qoyub. Nə qədər ki Azərbaycan var – Nəsimi də, sərkərdə Babək də var olacaq; və nə qədər ki Nəsimi, Babək olacaq – Rasim Balayev də xalqın sevimlisi olaraq qəlblərdə yaşayacaqdır.

Gözəl Kinolu illərimizin dostu Rasim Balayev, səninlə vida çox ağırdır.
Ruhun şad olsun, əziz dost!

Mənbə: Akif Ali

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN YAZILARI

Digər: “21 – XXI ƏSRİN 21 AYDINI”

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ZAUR USTAC VƏ TURANÇILIQ

ZAUR USTAC VƏ TURANÇILIQ

Zaur Ustacın “MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM!!!” şeiri, sadəcə bir vətənpərvərlik nümunəsi deyil, eyni zamanda böyük bir coğrafi və tarixi yaddaşın hayqırtısıdır. Müəllif bu misralarla oxucunu lokal hüdudlardan çıxarıb, daha geniş bir məfkurəyə — Turan və Bütöv Azərbaycan ideallarına doğru aparır.
​Zaur Ustacın yaradıcılığında vətən mövzusu statik bir anlayış deyil; o, daim hərəkətdə olan, böyümək istəyən və ədalətin bərpasını gözləyən canlı bir ruhdur. “Mən zəfərə təşnəyəm!” nidası ilə başlayan bu əsər, xalqın qəlbindəki gizli arzuların poetik manifestinə çevrilir.
​Şair Dərbənddən Borçalıya, Kərkükdən Mosula qədər uzanan geniş bir coğrafiyanı xatırladır. Bu, təsadüfi seçilmiş adlar deyil; bura türk ruhunun nəfəs aldığı, lakin tarixin gərdişi ilə ayrı düşmüş məkanlardır. Müəllif “unuduruq həmişə” deməklə milləti öz tarixi köklərinə sahib çıxmağa, coğrafi yaddaşı diri saxlamağa çağırır. İrəvanın və Zəngəzurun “beş sətirlik kağızla” peşkəş edilməsinə olan etiraz, tarixin saxtalaşdırılmasına qarşı çıxan bir vətəndaş səsidir.

​Şeirdə Araz çayı sadəcə bir su hövzəsi deyil, ayrılığın və “qarğışın” simvolu kimi təqdim olunur. Lakin müəllif bu bədbinliyi zəfər ümidi ilə əvəz edir. Bayrağın Təbrizdə dalğalanması, Urmu gölünün dirçəlişi, Xoyda, Mərənddə, Ərdəbildə “üzü ağ” qonaq olmaq arzusu Azərbaycanın mənəvi bütövlüyünə olan sarsılmaz inamın ifadəsidir. Bu misralar oxucuda həm bir həsrət, həm də o torpaqlara qayıtmaq üçün güclü bir motivasiya yaradır.
​Şairin son bənddəki “Neynim, mayam belədir” etirafı çox mühümdür. Bu, zəfər çalmaq istəyinin müvəqqəti bir hiss deyil, insanın yaradılışından, kökündən gələn bir ehtiyac olduğunu göstərir. Zəfərə təşnə olmaq — haqqın bərpasına, parçalanmış bütövün birləşməsinə və milli ləyaqətin tam bərpasına təşnə olmaqdır.
​Nəticə olaraq, Zaur Ustac bu şeiri ilə bizə xatırladır ki, zəfər sadəcə bir döyüşün bitməsi deyil, o, milli ruhun öz mənzilinə — Qarsdan Qaşqayadək, Dərbənddən Tehranadək uzanan o böyük hədəfə çatmasıdır. Müəllifin qələmində vətən sevgisi bir “təşnəlik”dir və bu təşnəlik ancaq bütövlük suyu ilə doya bilər.
Əllərinizə sağlıq Zaur Ustac!

MüəllifSüleymanova Ümmü İsmayıl qızı
Şəki şəhəri 14 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi,
AJB-nin üzvü, “Qızıl Qələm” media mükafatçısı.

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mejdinov Etiraz Oruc oğlu (1964)

EHTİRAZ MEJDİNOV

Qəhrəman Şəhrili oğullarından biri də Ehtiraz Mejdinovdur. Mejdinov Ehtiraz Oruc oğlu 1964 – cü ildə Ağdam rayonunun Yusifcanlı kəndinin Şəhrili məhləsində anadan olmuşdur. Onun dünyaya göz açdığı ailə kəndin sayılıb-seçilən kişilərindən biri, rayon üzrə respublika miqyasında tanınmış qabaqcıl kənd təsərrüfatı mütəxəssisi, Şəhrililər içərisində xüsusi hörmət-izzət sahibi olan Oruc (Nəcəfqulu oğlu) kişinin ocağı olub. Zəhmətkeş atanın halal çörəyi ilə böyüyən Ehtiraz 1972 – ci ildə Ağdam rayon Yusifcanlı kənd orta məktəbinin birinci sinfinə getmiş və 1982 – ci ildə həmin məktəbi bitirmişdi. Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdi. Sonra doğma kəndi Yusifcanlıya dönmüş və ailə həyatı quraraq öz halal zəhməti ilə yaşayırdı. Övladları dünyaya gəldi. Həyat öz axarında davam edirdi. Ancaq, “necə deyərlər, sən saydığını say, gör zaman nə sayır…” Birinci Qarabağ müharibəsi başlayan ilk gündən Oruc kişinin dörd oğlu və bir nəvəsi (Məmmədrza Mejdinov) döyüşən orduya qoşularaq Vətən uğrunda mübarizəyə qalxdı.

MEJDİNOV EHTİRAZIN DÖYÜŞ YOLU

Ehtiraz hələ 80- ci illərin sonlarından kənddə təşkil olunan kəndin mühafizəsi üçün gecə növbələrin ən fəal iştirakçılarından biri olub. 1991 -ci ilin sonu – 1992- ci ilin əvvəllərindən isə artıq rəsmi olaraq ilk yaradılan Azərbaycan Özünümüdafiə könüllü taborlarında xidmətə başlayıb. 1993 – cü ili yayında Ağdam verilənə qədər, Ağdam cəbhəsində vuruşub. Ağdamın işğalından sonra (buna qədər də bir neçə dəfə könülüləri tərxis etmişdilər. Ancaq, hər dəfə növbə ona çatanda Ehtiraz; – “adım Ehtirazdır” – deyib, qətiyyətlə buna etiraz edirdi. ) könülülərin çoxu tərxis olub evinə dönsə də, Ehtiraz qəhrəman, döyüşkən ulu əcdadlarından gələn bir ötkəmliklə eynən Nəbi kimi, – “Vətənin o başı, bu başı olmaz” – deyib Füzuli cəbhəsinə yollandı. O, sona qədər “ya biz bu torpaqları azad edəcəyik, ya da bu yolda şəhid olacağıq…” andına sadiq qaldı. Füzuli cəbhəsində uğurlu Horadiz əməliyyatlarının fəal iştirakçısı olan Ehtiraz Mejdinov 10 may 1994 – cü ildə atəşkəsə bir-neçə gün qalmış canından çox sevdiyi Vətən torpaqları uğrunda qəhrəmancasına şəhid oldu. Mütləq bu hadisənin özündə də bir hikmət var. Hələ Ağdam veriləndə bununla heç cür barışmayaraq, Füzuli cəbhəsinə yollanan Ehtiraz indi belə bir sülhü qəbul edərək gəlib başqa yerdə yaşaya bilməzdi. Elə buna görə bu mövzuda söz düşəndə onun fikri həmişə bir olub: – “ya biz bu torpaqları azad edəcəyik, ya da bu yolda şəhid olacağıq…” Uca Yaradan onu məhz bu əzabdan qurtararaq ən uca məqama şəhidlik zirvəsinə ucaltdı. Allah rəhmət eləsin… Ruhu şad olsun… Ehtirazı üzlərini doyunca görmədiyi üç övladı yadigar qalıb. Ehtirazın özündən başqa üç qardaşı və böyük qardaşı Ehtiramın (Nəcəfqulu – baba adı) oğlu Məmmədrza Birinci Qarabağ Müharibəsinin iştirakçısı Müharibə Veteranıdır.



Müəllif: Zaur Ustac



YAZARLAR.AZ

===================================================

ƏLİFBAMIZDAKI HƏR BİR HƏRFƏ AİD İKİ ŞEİR, HƏR RƏQƏMƏ AİD İKİ TAPMACA, AYLAR VƏ FƏSİLLƏR HAQQINDA YENİ ŞEİRLƏRİ AŞAĞIDAKI KEÇİDDƏN İSTİFADƏ ETMƏKLƏ OXUMAQ OLAR:

GÜLLÜNÜN   ŞEİRLƏRİ   KİTABI   – BÜTÜN  HƏRFLƏRƏ  AİD  ŞEİRLƏR

Video:

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

VAQİF OSMANLI – DƏRDLƏRİ İLƏ BARIŞMAYANADAMLAR KOLLÜEKSİYASI

DƏRDLƏRİ İLƏ BARIŞMAYAN
ADAMLAR KOLLÜEKSİYASI

(Qarmaqarışıq ovqat – yazıçının bir hekayəsindən
aldığım impulsla yazılanlar
)

Yazıçı dostum Azad Qaradərəlinin yaradıcılığını son vaxtlar mütəmadi izləyirəm. Ən əziz, doğma adamı da onu həqiqəti bütün çılpaqlığı ilə deməkdən, yazmaqdan çəkindirə bilməz. O, çox az rastlaşdığımız düznəqulu yazıçılardandır.
Bu yazımda yazıçının “Kolleksiya” hekayəsindən söz açmaq istəyirəm.
Hekayə bu cümlə ilə başlayır: “Bilmirəm, dərdin nə olduğundan xəbərsiz ailələr necə qarşıladı bu müsibəti”.
Necə sərrast ifadədir: “…dərdin nə olduğundan xəbərsiz ailələr”.
Yaşadığımız boz-bulanıq cəmiyyətdə belə ailələr az deyil. Dərdsizlikdən, yaşam qayğısı nə olduğunu bilməməkdən, hətta itlərinin yeməyinə, “duş”una ayda bir pensiyaçının aldığı vəsaitdən iki dəfə çox maya qoyan ailələrlə bir dövrdə yaşamaq zorundayıq.
“Kolleksiya”nın ikinci cümləsi: “Amma bizim ailə dərdlə elə bağrı badaş idi ki, dərdi, azarı olmayanda, elə bil nəsə çatışmırdı”.
Nəydi dərdlərimizin lap acısı, lap hegemonu, lap qoluzorlusu, lap kəmfürsəti, lap adamyeyəni, lap Küpəgirən qarısı, lap Təpəgözü? Köçkünlük… Qaçqınlıq… Ozü də “məcburi köçkünlük”… Bu məcburiliklə necə barışasan? Bununla ancaq dərdi olmayanlar barışa bilər.
Belə utancverici adla yaşamaqmı olar? Torpağımız, meşəmiz, düzümüz, yamacımız, çayımız, bulağımız düşmən əlində, özü də namərd, xain, barbar düşmən əlində. Hələ bir “Yallı”mızı da mənimsəyib şıdırğı rəqs edirlər.
Bilirəm, məni qınayırsınız ki, mərd düşmən olarmı? Bilmirəm. Ancaq babalarımız, onların da babaları deyib ki, adamın düşməni mərd olsa, adamı yandırmaz. “Mərd düşmən” dəhşətli, dözməyə mümkünsüz təzaddı. Buna “oksimoron” deyiblər həm də. Necə deyərlər, tale düşmənimə də göstərməsin belə alçaq, rəzil düşmənçiliyi! Ancaq biz gördük. Tanrı, tale, həyat bizi belə sınadı. Əslində, bu çınaq deyil, həyat dərsidi. Gərək Yaradan insanı torpağı ilə sınağa çəkməsin. Torpaq həm “ol”umuzundu, həm də “öl”ümüzün. İlk evimiz də Vətəndi, sonevimiz də. Bu dərsi əzbərləmək, unutmamaq lazım. Unutsaq, Çingiz Aytmatovun “qəhrəman”ı olarıq! Manqurt! Artıq içimizdə elələri də var. Nə yaxşı ki çox deyil. Bunu 44 gündə gördük. 44 gün xalqımızın sınaq günləri idi. Sonra o günləri unudanlar da oldu. Təəssüf…

***

Azad müəllimin təhkiyəsinə söykənib qayıdaq o məşum günlərə. 1993-cü ilin qaşqabaqlı oktyabrın axırı noyabrın əvvəlinə. Onda anamız təbiət də halımıza ağlayırdı.
“O günü çöllü biyabanda gecələdik. Sonra Muğanda, Mildə dadsız-duzsuz sulardan içdik, uzun, əndişəli bir yol keçib Bakıya gəldik. O Bakıya ki, dərdimizi ovuda bilərdi, o Bakıya ki, vətənsizə Vətən ola bilərdi. Buna öyrəncəliydi Bakı.
Bakıda da üzümüz üzlər gördü, başımız daşdan-daşa dəydi. Dəydi və bir gün bir allah bəndəsi bizə əl tutdu, ev verdi. Düzdür, bura bağ eviydi və Bakıdan xeyli aralıdaydı, amma daha nə etmək olardı? Qış günü bağa çıxmaq, bizdə yaylağa çıxmaq kimi bir şey olsa da, dözməliydik.
Bağını-bağçasını, dörd otaqlı evini bizə verib getdi və gedə-gedə dedi ki, allah eləsin, rayonunuz tez alınsın, yurd-yuvanıza qayıdasınız. İndi bu məsələ gec həll olunsa, narahat olmayın, yayı da, lap sonranı da burda qala bilərsiniz. Biz də uzaqbaşı yayda bura, sizə qonaq gələrik. Belə dedi və getdi.
İlk günlər bağa uyuşa bilmədik. Nənəm elə hey ozalandı ki, görən qəbirlər nə oldu, axşamlar kəndi dolaşan ölülərin urufları hara dağılışdılar?”
Dərdin nəhəngliyinə, acılığına baxın! Bu anlarda dirinin halı yadımızdan çıxıb, ölülərin halına açıyırıq. Lap Kefli İsgəndər, yox e, Ayıq İsgəndər kimi. Göz yaşlarımız yanağımızdan axmır, içimizə axır. Vallah, belə xalqın ruhu heç vaxt ölməz. Özü ölsə belə! Yersiz-yurdsuz qalsa belə!
“Qatmaqarışıq ovqat” “ayaması” qoyduğum yazımın doğulmasına səbəb bir şagirdin Qaradərədəki evlərinin həyətindəki bitkilərin, ağacların qurudulmuş yarpaqları toplanmış dəftəri oldu. (Bakıdakı məktəbdə tapşırıblar ki, hər ağacın yarpağından dərib, kolleksiya düzəldin. Yazıçının balaca qəhrəmanının – öz qızının yadına qəfil düşür ki, doğma Qaradərədən çantasında gəlmiş dəftərdə təsadüfən sağ qalmış yarpaq kolleksiyası var!) Azad müəllimin “Kolleksiya”sı. Deyirəm yazıçı sözünün qüdrətinə baxın. Qurudulmuş yarpaqlardan doğma yurdun ətrini alanlarla birgə məni də kövrəltdi. Bu “kolleksiya” (hər iki mənada) başdan ayağa dərdlər kolleksiyasıdı. Deyirlər dərdin şirini də olur. Ancaq bu dürlü-dürlü, çeşid-çeşid dərdlərin heç şirinliyi yoxdu, təpədən dırnağacan acıların acısıdı.
”Ey dadi-bidad, biz deyəsən axı dərdimizlə barışırıq yavaş-yavaş?! Axı hər dərdlə barışmazlar. Bəs bu azmanlıqda, bu allahsızlıqda, bu kəmfürsətsizlikdə dərdlə barışmaqmı olar? Bu nadürüstlükdə dərdlə barışmaqla bu yoluq it Bozdarmı olasıdır? Bu əldəqayırma, bazardanalma saxsı təndir, anamın ətri adamı bihuş edən çörəklərini qızardan təndirimi olacaq, arvadımın qazda pörtlətdiyi dadsız-duzsuz xörəklər palıd sobasında bişirdiyi ölünü dirildən bişmişlərinə taymı olacaq, bu qumlu, küləkli bağ evi Qaradərədəki daşları mamırlamış, divarlarından mehr-ülfət yağan, darvazası gen, qapısı qonaq-qaralı ev-eşiyimizin yerinimi verəcək!?”
Bir də Azad Qaradərəli demişkən, nə qədər adam kolleksiyası varmış bu dünyada. Dərdi, həsrəti, nisgili, möhnəti, doğma yurdün, gülünü, çiçəyini, ağaclarının yarpaqlarını urvatlandıran adamlar. Yadıma Əkrəm Əylislinin “Adamlar və ağaclar”ı, “Tənha narın nağılı”, “Gilənar çiçəyinə dediklərim”i, “Kür qırağının meşələri” düşdü. Hətta Müküş düşdü. “Ürək yaman şeymiş”.
Azad müəllim, anladım ki, bu dərdlər silsiləsi ilə heç vaxt barışmayacaqsınız. Əqidəniz, yurd sevginiz buna imkan verməz.
Qaradərəyə köçəndə məni qonaq kimi o yerlərin ziyarətinə apararsınız. Axı o yerləri mənə siz doğmalaşdırdınız.
Təki sağlıq olsun!..

MART 2026

Müəllif:  VAQİF OSMANLI

araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist

VAQİF OSMANLININ YAZILARI

Azad Qaradərəlinin yazıları

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Azerbaycan’da yaşayan Türk boyları

Azerbaycan’da yaşayan Türk boyları

Azerbaycan’da yaşayan Türk boyları 3-4 bin yıl önce çeşitli kollara ayrılmış, bir kolu Türkistan’a göç etmiş, diğer kolu ise Urmiye Gölü havzasında kalmıştır. Doğuya göç eden Türkler, 5. yüzyıldan sonra Büyük Göktürk İmparatorluğu’nu kurdular. Bu Türkler hakkında Çin kaynaklarında, Orhun-Yenisey anıtlarında ve diğer kaynaklarda yeterli bilgi bulunmaktadır. Eski Azerbaycan’da Türk adı verilen boylar, M.Ö. 3. binyılda kurulan Aratta, Guti ve Lullu devletlerinin kuruluşunda diğer boylarla birlikte yer aldılar.
Akad yazıtlarında adları “turukki” olarak okunan toplulukların Türk olduğu düşüncesi doğrudur. Dicle Nehri’nin yukarı kolunda Subariler’e ait Turkhu adlı bir kentten daha sonraki Asur yazıtlarında da söz edilmektedir. Mari topraklarında adı geçen Türkler, Urmiye Gölü yakınlarında Dicle’nin sol kıyısında yaşıyorlardı. Guti Devleti’nin yıkılmasından sonra Türk adı verilen kavimler, Guti, Lulu, Subar ve Kuman adlı diğer Türk kavimleriyle birlikte 2. bin yıl boyunca bu topraklarda Asur, Hurri-Mitanni, Kassit, Babil ve Elam devletlerine karşı mücadele ettiler.
Z. Yampolski, Azerbaycanlı tarihçiler Yusif Yusifov ve S. Alyarov da Asur metinlerinde adı geçen Turukku veya Turukki boyunun Türk olduğunu kabul etmişler ve bu ismin farklı zamanlarda ve farklı dil yazılarında türük//török//turuk//türki şeklinde kullanıldığını ispatlamışlardır.

Fotoğraf: Azerbaycan Türklerin yoğun olarak yaşadığı bölgeler. Batı Azerbaycan’dan (şimdiki Ermenistan) Azerbaycan Türklerinin zorla çıkarılması nedeniyle bu bölgeler haritada gri renkle gösterilmiştir.

Kaynaklar:

^ Fritz Hommel – Geschichte Babyloniens und Assyriens, 2016 (ilk yayınlanma tarihi: 1885)
^ F. Jalilov – Azer Halkı, II. Bakü’de yayınlandı, 2006
^ G. Geybullayev – Azerbaycan Türklerinin oluşum tarihinden, Bakü, 1994
^ Z. Bunyadov, Y. Yusifov – Azerbaycan Tarihi, Bakü, 2006
^ Azerbaycan Tarihi, Bakü, 1994, s.80.
^ Ziyafet Eyvazova – “LATİN ALFABESİNDEN KİRİL ALFABESİNE, KİRİL ALFABESİNDEN LATİN ALFABESİNE GEÇİŞ SÜRECİNDEKİ AZERBAYCAN BASINI” – Ankara-2008. s.26.
^ Ziyadhan Nyabibyayli – “ЗЯАНЕЯЗУРУН АЛТУН ТАЪЫ ЛАЧYN” – Bakü – 2009. s.156, 253.
^ Azerbaycan Milli İlimler Akademisi El Yazmaları Enstitüsü ve “İlim ve Eğitim” yayınevi – Filoloji yayınları No. 8. Bakü – 2013. ISSN 2224-9257. s.6-13.
^ Kazymov G.Ş. Çağdaş Azerbaycan dili. Morfoloji. Bakü, “Nurlan”, 2010. s. 4-6.
^ Alman Arkeoloji Enstitüsü. Tahran Bölümü, Archaeologische Mitteilungen aus Iran, Cilt. 19, Dietrich Reimer, 1986, s. 90
^ F. Jalilov – Azer Halkı, 2. baskı Bakü, 2006, s. 40 – 46
^ Y. Yusifov – Eski Doğu Tarihi, Bakü, 1994.

GÖKTÜRK QRUPU

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

ADALET, MÜLKÜN TEMELİDİR!

ADALET, MÜLKÜN TEMELİDİR!

1750 yılında, Alman Prusya Kralı Büyük II. Frederick, Berlin yakınlarındaki Potsdam Ormanları’nda gezinirken, bir değirmenin bulunduğu alçak bir tepe üstünde durur.

Manzara güzel, hava nasıl ferahtır.

  • Yazlık sarayımı burada yapalım! der, sessiz ve sakin kapanıp okumayı çok seven, kütüphanesiyle ünlü kral..
  • Değirmeni satın alıp yıkın, yerine saray yapın! der adamlarına..
    Adamları değirmenciye gider ve kralın bu isteğini iletirler.
    Değirmenci malını satmak istemez.

Kral değirmenciyi huzuruna çağırtır;

  • Yanlış anladınız herhalde beyefendi, ben satın almak istiyorum orayı. Kaça satarsınız? diye sorar.
  • Yanlış anlamadım efendim.
    Adamlarınıza da söyledim.
    Değirmenim satılık değil! der değirmenci.
  • Beyefendi inat etmeyin! Paranızı fazlasıyla vereceğim, diye ısrar eder Kral..

Değirmenci direnir;

  • Sen koskoca kralsın, paran çok.
    Git Almanya’nın istediğin yerinde saray yap!
    Burayı benden önce babam işletiyordu.
    O’na da babasından kalmış, ben de çocuğuma bırakacağım.
    Değirmenin bahçesinde dedemin, babamın mezarları var.
    Ben de ölünce yanlarına gömüleceğim.
    Burası bizim aile ocağımız. Satılık değil!

Sabrı tükenen ve sinirlenen Kral Frederick ayağa fırlar ve gürler;

  • Sen benim Prusya Kralı Friedrick olduğumu bilmiyor musun yoksa?

Değirmenci;

  • Senin kral olduğunu biliyorum ama ben de bu değirmenin sahibi Sans-Souci’yim.

Kral öfkeden deli olur;

  • Madem benim kim olduğumu biliyorsun, o halde zorla alabileceğimi de biliyor olmalısın.
    Bakalım o zaman ne yapacaksın?

Değirmenci hiç telaşa düşmez ve tarihe geçecek ve dünyanın her yerinde Adalet’in sloganı olacak ünlü lafını söyler;

  • SEN KRALSIN AMA.. BERLİN’DE DE HAKİMLER VAR!.

Kral, kendi ıslah ettiği adalet sistemine ve o düzenin yargıçlarına halkın nasıl güvendiğini ve mahkemelere kralın bile laf geçiremeyeceğine inandığını anlar ve adamlarına, ayni tarihe geçen sözünü söyler;

  • Hiçbir güç, hiçbir siyaset, hiçbir iktidar, kral bile olsa adaletten üstün değildir!

Hiç kimse adaletin üstüne çıkamaz.” Kral II. Friedrich bu yel değirmeninin Prusya Krallığı devam ettikçe korunmasını ister ve sarayını hemen onun altına inşa ettirir.

Değirmencinin ismini, Sarayının da adı yapar..
“SANS – SOUCI SARAYI”
Saray ve değirmen günümüzde hala bir “Adalet Simgesi” olarak o tepede arka arkaya duruyorlar.
Ne güzel bir adalet ki.. Kralın arka bahçesinde bir değirmenci olabiliyor.

Ne güzel bir adalet ki, bir kralla, bir değirmenciyi komşu ve dost yapıyor..

Belki de sabahları Prusya Kralı II. Frederick, arka bahçeye çıktığında, değirmenci O’na seslenirdi;

  • Hey Frederick, sımsıcak ekmek yaptım, göndereyim mi?
    Belki, Prusya Kralı II. Frederick anlatırdı;
  • Adalet her sabah bana, taze ve sıcak bir ekmek kokusuyla gelirdi..

Yıllar sonra genç bir Osmanlı subayı, bir yılbaşı gecesi Berlin’de bir davete katılır.
Arkadaşlarına bu hikâyeyi anlatır ve teklif eder;

  • Haydi gidelim ve bu sarayı görelim!
    Değirmen de hala duruyormuş, sarayın arkasında..
    Kimse yılbaşı balosunu bırakıp o soğukta dışarı çıkmak istemez.
    Genç subay kararlıdır.
    Tek başına çıkar gider.

Tek başına bu eşsiz anıta bakar..
O genç subay, Mustafa Kemal’dir.
Ve Kurucu Lider Mustafa Kemal ATATÜRK, genç Türkiye Cumhuriyeti’nin tüm mahkeme salonlarında, yargıçların arkasındaki duvara asılacak sözü yazdırır;

ADALET, MÜLKÜN TEMELİDİR!

Müəllif və mənbə: Sunay AKIN

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“BİR OĞUL İSTƏYİR VƏTƏN”

“BİR OĞUL İSTƏYİR VƏTƏN”
yaxud, hamının yaxşı tanıdığı şair Ramiz Duyğun

Onu mən də tanıyırdım. Hardan tanıyırdım, necə tanıyırdım, xatırlamıram. Bir onu bilirəm ki, adı çəkiləndə bir doğmalıq hiss edirdim. Elə bilirdim ki, hardasa, uzaq qohumlarımdan biridir, nə vaxtsa yaxından görmüşəm, danışmışıq, aramızda dostcasına səmimi ünsiyyət yaranıb.
Sən demə, bu, mənim şüuraltı yaddaşımda belə yer alıbmış. Axı mən də XX əsr səksəninci illərin uşaqlarındanam. O vaxt məktəb illərim, yeniyetməlik dövrüm keçib.
Onda ucqar bir dağ kəndində yaşayırdıq. Kəndimizdə səkkizillik məktəb açılandan sonra məktəbə televizor da vermişdilər. Bizim kəndə gələn ilk televizor o olmuşdu. Qarlama göstərirdi, bəzən ekrandakılar güclə seçilirdi. Məktəb direktorunun evinə toplaşıb televizora baxırdıq. Dəqiq yadımdadır, həftə ərzində iki dəfə yığışırdıq; bir “Səhər görüşləri”nə, bir də Ramiz Məlikovun apardığı “Hünər” verilişinə…
Beləcə, illər çox sürətlə gəlib keçdi. Dövran dəyişdi, insanlar dəyişdi. O boyda Sovet imperiyası dağıldı. O boyda Sovet imperiyasının köynəyindən çıxan hər bir müttəfiq respublika müstəqil ölkəyə çevrildi, özü də imperiya qüdrəti ilə… heç kimə, heç bir ölkəyə sığınmadı. Gün gəldi, Ramiz Məlikovu yenidən televizorun ekranından gördük. Həmin görkəmdə, daha zabitəli, həmin duruşunda, daha ötkəm, daha vüqarlı və qürurlu, danışığını dinlədik, həmin ibarəli və məntiqli ifadələri ilə, bu dəfə daha kəskin, daha qətiyyətli… Bu dəfə onun hədəfində məchul düşmən deyil, konkret erməni faşizmi vardı, axı o, indi “Hünər” verilişini aparmırdı, yeni yaranmış müstəqil ölkənin Müdafiə nazirliyinin Mətbuat xidmətinə rəhbərlik edirdi.
Birinci Qarabağ savaşı “Atəşkəs” rejimində davam etdirildi.
İllər keçdi.
Bir vaxtlar “Hünər” verilişini səbrsizliklə gözləyən mən də yaşlandım, hərbi xidmətimi başa vurub təqaüdə çıxdım. Ancaq Qarabağ azad olunmadı. “Atəşkəs” rejimi davam edirdi. Belə bir vaxtda Ramiz Duyğunla şəxsi tanışlığımız yarandı. Onun görüşünə əksər hallarda sadiq silahdaşı, həm də yetirməsi şair Mahir Cavadlı ilə gedirdik. Qismətə bax ki, polkovnik Ramiz Duyğun Mahir Cavadlını gənc yaşlarında boyunu sevə-sevə yenicə yaratdığı “Sərhəd” qəzetində işə və hərbi xidmətə götürmüş, ona ilk zabit rütbəsini verdirmişdi. İndi Mahir Cavadlı da təqaüddəydi, özü də polkovnik rütbəsində.
Ramiz Duyğun uzaqgörən idi, dünya gedişatından baş çıxarırdı. Onunla hər zaman bu barədə söhbətlər edir, hədəflərini nəzərə alırdıq. Əksər hallarda da düz çıxırdı. Bir dəfə necə olmuşdusa, görüşümüzdə Mahir iştirak eləmirdi. Yenicə bitirdiyi “Bir oğul istəyir Vətən” poemasını oxuyur, detallarını müzakirə edirdik. Onda hələ 2020-ci ilin may ayıydı. Bizdən heç kimin ağlına gəlməzdi ki, tezliklə nələr baş verə bilər. Yatsaydıq, heç yuxumuza da girməzdi. Həm də elə bir tarixi şərait yetişməmişdi. Ramiz Duyğin isə bunu qətiyyətlə vurğulayırdı. Yekunda poemanın tezliklə yayılmasını və hamı tərəfindən oxunulmasını istədiyini bildirdi. Artıq axşam olduğundan kimə müraciət edəcəyim barədə düşünürdüm. İlk ağlıma gələn əslən Kəlbəcərdən olan şair Namiq Dəlidağlı oldu. O, həm də “Dəlidağ.az” saytının rəhbəriydi. Əlaqə saxladım. Müsbət münasibət bildirdi. Elə həmin gecə Ramiz Duyğunun “Bir oğul istəyir Vətən” lirik poeması minlərlə oxucunun nəzərinə çatdırıldı.
44 günlük savaşdan sonra da Ramiz Duyğunla görüşdük. Antiterror əməliyyatından sonra da əlaqələrimiz oldu. Sonuncu dəfə 2025-ci il fevralın 10-da – şairin ad günündə onun qonağı olduq. Yenə də Mahirlə getmişdik. Ramiz Duyğunun yaxın dostlarından məşhur cərrah-həkim-uroloq Südeyf İmamverdiyev də oradaydı. Şairin ailə üzvləri ilə bir neçə saat bir yerdə olduq, söhbətlərini dinlədik.
Ramiz Duyğun həmişəki kimi ötkəm, məntiqli danışırdı. Yaddaşı çox güclü idi. Ən azından ötən səksən ilin harasından söhbət salsaydıq əhatəli, təfsilatı ilə məlumat verərdi. Düşüncəli, məntiqəuyğun proqnozları ağlabatan görünürdü. Bir sözlə; böyük ürək sahibi Azərbaycanın vurğunuydu, təpədən dırnağa kimi Vətən rənginə boyanmışdı, mayası Vətən xəmiri ilə yoğrulmuşdu.
Tezliklə onun doxsan yaşında toplaşmaq arzusu ilə şairlə görüşüb ayrıldıq. Amansız ölüm arzularımızı ürəyimizdə qoydu. Bir də eşitdik ki, əcəl onu aramızdan aparıb.
Cismani olaraq aramızda yoxdursa da, əziz xatirəsi daima qəlbimizdədir.

24 mart 2026-cı il, Xırdalan şəhəri

Əli bəy Azəri

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru

Əli bəy Azərinin yazıları


ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

"…yazarlar, ancaq yazarlar…"