Yenə kövrəlib o uşaq, elə ağlar için-için… Sürünür yollarında, ömrüm-günüm, elə sürünür, elə dizin-dizin. Ay insafsız, tapa bilmir bu tifil axı hardadır, hardadır sənin izin? Ax-x bu izlər qanla doldu, yad tapdadı viran oldu, axı bu olanlar nədən oldu?! Atası gəlmədi o izdən, balası qayıtmadı bu üzdən… Qan çanağı dizə qədər , söylə, kim ötürsün onu sizə qədər? Sənin qəlbin daşdır, daş! İllərdir bağırır, eşitmir heç kəs! Barı sən eşit; Deyir ki, ona olum yoldaş, yollarında süzüm, elə süzüm , qoy xoşlansın, qərənfil düzsün! Deyir, amandır çağırsın məni, nəfəsini dərsin, sığal çəksin saçıma. Qovuşaq, ağlaşaq, qoxlasın qızını, gör neçə ildir, yetim qalıb anasından… Saçı, başı, üzü, gözü qan anam, qucağında milyon ər adamına nənni deyən öz anam; Layla istəyirəm, öncə nağıl danış, göydən üç alması düşməyən, sonu yalanlarla bitməyən, birdən-birə lap gərçəyə dönüşən… Yaxın gəlim sıx köksünə, viranə qalmış sus könlünə. Öp üzümdən, gözümdən, Sənə həsrət qalan sözümdən. Bir az lütf et, bir az duy. Qoy uyuyum qoynunda, Qarış-qarış çatladılmış boynunda. Nakam gedən balaların toyunda, tarixlərin lap dibindən, 92-nin əvvəlindən, sənə gələn körpələrin boyunca, səssiz-səssiz köks ötürüm doyunca…
Veli Ay, Türkiye’nin Konya şehrindeki küçük bir köyde, Çobankaya’da, dünyaya geldi. İlkokulu köyünde bitirdi, ortaokul ve lise öğrenimini
Akşehir’de devlet parasız yatılı olarak Selçuklu Lisesinde tamamladı. 2000 yılında Çanakkale Onsekiz Mart Üniversitesi Türk Dili
ve Edebiyatı Öğretmenliği Bölümünde başladığı yüksek öğrenimini Konya’da devam ettirerek 2005 yılında Selçuk Üniversitesinden mezun oldu. Nevşehir Hacı Bektaş Veli Üniversitesinde
kendi alanında yüksek lisans eğitimini tamamlayan yazar, evli ve iki çocuk babasıdır. 2005 yılında Nevşehir’de başladığı meslek hayatına hâlen Nevşehir’de (Kapadokya) devam etmektedir.
Güfte Edebiyat elektronik dergisinde öykü editörüdür.
Yazarın Asonans, Kıpkıssa, Daima Edebiyat, Hayal Ağacı, Kar Öykü, Güfte Edebiyat gibi dergilerde küçürek öyküleri yayımlandı. Antolojilerde de eserleri yayımlanan yazarın ilk müstakil eseri “Aşk Bilgisi – Küçürek Öyküler” 2022 yılında İstanbul’da Çoban Yayınları tarafından yayımlandı.
Onlardan biri Qax torpağının yetirməsi, gözəl qiraətçi, yazar Qərənfil Arif qızı Camalovadır.Qərənfil Arif qızı 11 avqust 1975-ci ildə Qax rayonunda dünyaya göz açmışdır.Şəki Mexanika-Texnologiya kollecinin məzunudur.Qəhrəmanımızın ədəbiyyata sevgisi ta məktəb illərindən yaranmışdır.İllər keçdikcə bu məhəbbət onda aşıb, daşmış, vərəqlərə həkk olunmuşdur.Onun şeirləri “Günəşin Nuru”, “Zərif kölgələr” anotologiyalarında və bir çox saytlarda dərc olunmuşdur. Şeirlərində sevgi və ayrılığın vəhdətini özünəməxsus şəkildə, özünəməxsus misralarla yaradan Qərənfil Arif qızının “Ayrılıq” şeirini sizlərə təqdim edirik: Mən elə bilirdim, bir quru sözdür, Ürəyə dərd imiş demə ayrılıq. Ağappaq gündüzü qapqara edər, Sevinci döndərər qəmə ayrılıq.
Bu elə ocaq ki, alovu sönməz, Candan can almasa, yolundan dönməz. Sevəni lal edər, danışmaz, dinməz Ömrünü bürüyər çənə ayrılıq.
Ona əsir düşər gəda da, bəy də Ruhu pərvaz edər dolanar göydə. Dərdli çarəsini axtarar meydə, Yalvarıb diz çökər sənə ayrılıq.
Qərənfiləm, içim dolu qübardır, Nə qazandım, tale alıb apardı. Bir dəfə sən canımcan can qopardın, Tuş olma gəl bir də mənə ayrılıq.
Digər qəhrəmanımız isə Əliyev Hikmət Əlövsət oğludur.Hikmət bəy 10 avqust 1974-cü ildə Yardımlı rayonunun Honuba-Şıxlar kəndində anadan olmuşdur.1991-ci ildı N.Tusi adına ADPU-nun filologiya fakultəsinə daxil olmuş, ədəbi fəaliyyətinə də məhz bu illərdə təkan vermişdir.1996-cı ildə universiteti bitirib, müəllimlik fəaliyyətinə başlamışdır… Hikmət Əliyevin “Mən nəyini sevdim sənin?” adlı şeirini təqdim edirik:
Mən nəyini sevdim sənin? Əvvəl qara gözlərini. Sonra ruha qida verən Şirin,şəkər sözlərini. Yaddaşıma hopub qalan, O silinməz izlərini. Ürəyini sevdim sənin.
Mən nəyini sevdim sənin? Süzgün-süzgün baxışını. Ürəyimə baxışınla Vurduğun hər naxışını. Qəmlənəndə gözdən axan Narın-narın yağışıni. Hər dəmini sevdim sənin.
Mən nəyini sevdim sənin? Gözəl, ipək tellərini. Görüşəndə həyəcandan O titrəyən əllərini. Nəhayət ,,sevirəm” deyən, Noğul~nabat dillərini. Hər kəlməni sevdim sənin.
Mən nəyini sevdim sənin? Gözəl sevə bilməyini. Ürəyimin dərd-qəmini Gülüşünlə silməyini. Hər gün səhər,hər gun axşam Xəyalıma gəlməyini. Getməyini sevdim sənin.
Mən nəyini sevdim sənin? Duruşunu,yerişini Məni tənha buraxmayıb, Hər yuxuma gəlişini. Mənə şirin yuxu verib Asta-asta gedişini Qədəmini sevdim sənin. Hər şeyini sevdim sənin.
Türkiyə! Ey mənim şərəfli, qürurlu yurdum, Sənə körpəlikdən məhəbbət duydum. Böyük Turanın həp xəyalın qurdum, Nazlı hilalının aşiqiyəm, Türkiyə! *** Başına gələnlər üzdü halımı, Bir təlaş bürüdü, sarsdı canımı. İstəsən lap verrəm bütün varımı, Tək çəkmə qəm yükünü, Türkiyə! *** Keçəcək bu günlər buludlar kimi, Açacaq güllərin sabahlar kimi, Güləcək insanlar dünənlər kimi, Məğrur dayan, qan qardaşım,Türkiyə! *** Acını dindirən məlhəm çox olsun, Tanrı həmişə Türkə yar olsun. İtkilər ağırdır, başın sağ olsun, Sarıldım boynuna, canım içi, Türkiyə! 10.02.2023.
Şair, publisist Zaur Ustacın “BB” kitabında yer almış “BB” hekayəsi haqqında fikirlərim… Zaur Mustafa oğlu Mustafayev 8 yanvar, 1975-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır.İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnistutunda və Şamaxı Humanitar kollecində davam etdirmişdir.Qeyd edək ki, Zaur Mustafayev Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyyatda olan zabitdir. Zaur Mustafayev 1998-ci ildən etibarən dövri mətbuatda çıxış edir, “Zaur Ustac” təxəllüsü ilə yazıb, yaradır. Zaur Ustac “Yazarlar” jurnalının təsisçisi, baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” laureatıdır. Onun yaradıcılığında nəzm və nəsr nümunələri bərabər bölünmüşdür.Həmçinin xüsusilə vurğulamaq lazımdır ki, yazar bədii əsərlərin, bir çox dərs vəsaitlərinin, publisistik yazıların müəllifidir.Onun “Oriyentar ulduzu”, “Gülzar”, “Qələmdar”, “Zimistan”, və bir çox kitabları oxucular tərəfindən böyük rəğbətə səbəb olmuşdur.Yazarın vətənə olan pak məhəbbəti, vətən həsrəti yaratdığı əsərlərində öz əksini tapmışdır. Zaur Ustacın ərsəyə gətirdiyi tədris vəsaitləri, “Güllünün şeirləri”(Məktəbəqədər hazırlıq qrupları üçün vəsait),” 39 həftə”(İngilis dili üçün xüsusi proqram) 39 weeks (Special program for English) müəllimlər tərəfində böyük həvəslə qarşılanmışdır. Yazarın növbəti kitabı isə “BB” kitabıdır.Kitab Əbdürrəhim bəy Haqverdiyev-150 yubileyi tədbirləri ilə əlaqədar görkəmli ədibin əziz xatirəsinə ehtiramla qələmə aldığı müxtəlif hekayələrdən ibarətdir.Hər bir hekayənin özəlliyi və məntiqi sətiraltı mesajları olduğunu düşünürəm.Ən çox diqqətimi çəkən hekayə isə “BB” hekayəsi oldu. Hekayədə cəmiyyətimizdə baş verən hadisələrin ümumi reallığı əks olunmuşdur.Hekayəni oxuduqca hiss edirik ki, bu reallıqlar nə tənqid edilməli, nə də müsbət emosiyalarla qarşılanmalıdır.Diqqət yetirsək, hekayədə dövrümüzə uyğun paradoksal vəziyyət biruzə verilmişdir.Əlbəttə ki, bu hal oxucunu daha da düşündürməyə zəmin yaradır.Yazarın elə ən çox oxucuları dərinliklərə aparan hekayəsi, fikrimcə, məhz budur- “BB”… Hekayəni oxumağa başlamamışdan əvvəl “BB” adı hədsiz maraq yaradır.Nəyə görə “BB”? Axı, “BB”-nin mənası nə ola bilər? Artıq hekayəni oxuyar, oxumaz bu suallara cavab tapmaq mümkündür.Hekayənin bütün mahiyyətini dərk etmək üçün, hekayənin iki obrazı- Əli Mülayim(Jurnalist) və Bəy Bala müəlliminin (Məşhur “BB” şirkətinin rəhbəri)dialoquna diqqət yetirmək lazımdır.Hekayədə Bəy Bala müəllim demişkən, Əli Mülayim təxəllüsündən göründüyü kimi mülayim obraz nümayiş etdirir.O, sadəcə işini hərtərəfli, ən kiçik detalları ilə mükəmməl görməyə can atan şəxsdir.Bəy Bala müəllim isə cəmiyyətimizdə uğur qazanan bəzi insanların iç üzüdür və onların demək istədiyi hər şey məhz elə Bəy Bala müəllimin Əli Mülayimlə olan dialoqunda əks olunmuşdur.Universtitetə müəyyən məbləğ ilə düzəlir, hər hansı bir dövlət işində işləmək təklifini rədd edir, özünə necə olursa olsun bir ailə biznesi yaratmağı daha üstün tutur.Amma maraqlısı da budur ki, bu adam həm öz biznesini yaratmaq üçün çalışır, həm də öz məhsulları satılsın deyə insanların həmin məhsula qarşı təlabatını yaradır.Məsələn, elə misal götürək, “Bit” biznesini.Biznes və bit sözləri yanaşı işlənəndə bir az beyinlərdə mizah hissi doğursa da, planlanlaşmış və bütün nəslin cəlb olunduğu bir biznesdir.Öz yaxınlarının başında bit yaratmağı məmnuniyyətlə özünə fəxr bilən bu adam hələ onları xalqın sıx olduğu yerlərdə gəzməyə də şövq edir.Əslində, Bəy Bala müəllim bu halda intellektual iş adamı kimi görünür, amma sual yaranır.Bəs vicdan? Bəs cəmiyyətə vurulan ziyan? Bəs xalqı aldatmaq? Bunlar bir iş adamın insanlıq kitabında yazılacaq bir şeydirmi? Bizim fikrimizcə, əlbbəttə ki, yox.Qətiyyən örnək alınacaq bir vəziyyət deyil.Lakin, gəlin, günümüzdəki gərçəklərə bir nəzər salaq.Zəmanəmizdə irəliyə getmək üçün, özünün şəxsi biznesini qurub, ortaya bir məbləğ qoyub, özünə nə isə bir şey fikirləşib etməsən, elə yaradacağın biznes başlamamış sona yetər.Hiylə, kələk bəzən ticarətin inkişafında dayanan metodlara çevrilə bilir.Düşünürəm ki, hekayənin paradoks yaradan və dərin düşüncələrə dalmağa imkan verən nüansı da elə burdan başlayır. Hekayənin sonluq hissəsinə az qalmış, Bəy Balanın həyat yoldaşının zəng etməsi ilə sanki hər şeyin üstündən bir andaca qara xətt çəkilir. Ümumiyyətlə, Bəy Balanın xanımı ilə danışığından Əli Mülayim bir nəticəyə gəlməsə də, hardasa o hissləri anlayışla qarşılayır və daha çox sual vermir. Əli Mülayim də, Bəy Bala müəllim də, elə bu hekayənin yaradıcısı Zaur Ustac bəy da hər şeyin fərqindədir… Fikrimcə, belə bir süjet xətti ilə yazılmış, xalqa subliminal mesaj verən hekayələrə ehtiyacımız var.Belə hekayələr bir xəzinədən daha dəyərlidir, həm mənəviyyatımız üçün, həm də insani cəhətlərimizin inkişafı üçün…
Qaxın əvəzolunmaz, yaradıcılığı və şəxsiyyəti ilə sevilən yazarlarından biri də Laçınov Fərman Murad oğludur.Fərman Laçınov 19 fevral 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur.1976-cı ildə İlisu kənd orta məktəbini, 1981-ci ildə indiki Azərbaycan Memarlıq- İnşaat universitetinin “Memarlıq” fakultəsini bitirmişdir.1981-1982-ci illərdə Bakıda konstruktor işləmiş, hərbi xidmətdən sonra 1984-cü ildən Qax rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. Yazarın ilk şeiri 1974-cü ildə rayon qəzetində (“Şəlalə”) çap olunmuşdur.Sonradan 1990-cı ilə qədər 15-ə yaxın şeiri mətbuatda çap edilmişdir.Xeyli müddət poeziyadan ayrı düşən Fərman bəy heykəltaraşlıq və fotoqrafiya sahəsinə maraq göstərmişdir. Lakin yazıb, yaratmaq istəyi onun ürəyində hələ də sönməmişdir.2010-cu ildən yaradıcı fəalliyətinə başlayan yazarın 2013-cü ildə “Bir ömür borc”, 2015-ci ildə ” Kölgəsiz işıq”, 2022-ci ildə “İki dünya arasında” kitabları çap olunmuşdur. Fərman Laçınov, həqiqətən də, çox sadə, təvəzökar və müdrik insandır.Onun fikirləri, düşüncələri onun yaradıcılığı ilə daha yaxından tanış olan oxucu kütləsinə bəllidir.Şeirlərinin bir qismində o dünya ilə bu dünyanı qarşılaşdırır, hər daim nələrinsə nisbi olduğunu vurğulayır.Məsələn, elə xoşbəxtliyin, kədərin, gözəlliyin… Yazarın son kitabı bu yaxınlarda çap olunan “İki dünya arasında” kitabıdır.Kitab şeirlər və povestdən ibarətdir.Yeni kitab oxuculara ən gözəl hədiyyədir.Fərman Muradoğlunun özünəməxsus duyumu, üslubu ümid edirik ki, oxucuların qəlbini bir daha fəth edəcək! Yazarın həmin kitabından bir neçə şeirini təqdim edirik:
ADAM Bu dünyada neçə yerə, Öz-özünü bölür adam. Yaxşı-pis bütün işlərə Əl uzada bilir adam.
Həm yaxşıya yoldaş olur, Həm pislə baş-başa qalır. Öz-özünün olmur bir yol, Özgəsinin olur adam.
Gah alqışın, gah qarğışın, Baharln, payızın, qışın; Olacaqların, olmuşun, Arasında qalır adam.
Qulu olur cismin, canın, O dünyanın, bu dünyanın… Öləndə də yaradanın, Hökmü ilə ölür adam.
NƏ DƏ Kİ…
Ötüşür bir ağır gün də, Günəş batır, axşam olur. Yenə yorğun düşən bəndə Yatıb gələn günə qalır.
Olanlar təkrardı, təkrar! Onu gətir, bunu apar… Bu alverin bir fərqi var: Kim nə satır, kim nə alır?!
Bəndə bu alver içindı, Üz-gözü qan-tər içində, Bir məzarlıq yer içində, Şirin xəyala da dalır.
Varam-yoxam, fərqi nədir? Bu dünya öz işindədir. Nə bu gəl-get başa çatır, Nə də ki dünya boşalır!
Sənsən mənim xəzinəm, varım, dövlətim, Sənsiz nəyimə gərək bir dirhəmim, ata. Bil, sonsuzdur sevgim lap əzəldən dərin, Bir ümman, bir dünya sən eşqimsən, ata.
Cəfadan qabaran əllərin, o səfalı qəlbin, Mənim qürurumdur, mənim fəxrimdir, ata. Çöhrəmə əks olunan bir şirin təbəssümün, Canıma canımdır, yarama məlhəmdir, ata.
Biz evdə haramı görmədik,həp halal yedik, Yeyib, içib axırda varlığına çox şükür dedik. Ağrılı günümüzdə kürəkdə istilik sezdik, Sən demə, ən möhkəm dayaqmışsan, ata.
Saçının hər telin ağartdın, cəddini əydin, Biz övladlarının yolunda hər şeydən keçdin. Asan yaşayışdan düz min qat çətinin seçdin, Gəl özün söylə, uğruna fədalar olmazmı, ata?
Eşq- ömrünün sonuna qədər qəlbinin dərinliyində tüğyan edib çırpınan duyğu… Aşiqlər qovuşsa da, qovuşmasa da bu duyğu öz adını dəyişmir, sadəcə zaman keçdikcə həsrətə, nisgilə qarışır və hiddətlənir. Vaxt gəlir, beynində əzbərlənən ad, keçmiş xatirələr, bütün vücudunu sızıldadacaq ağrı olur. Yenə onunla söhbət etmək, birdən duruxub gözlərinin düz içinə qədər baxmaq, əllərinə, saçına, səsinin titrəyişinə toxunmaq istəyərsən. Hətta bu hissləri yenidən yaşamaq üçün o qədər darıxarsan ki, gözündə yaşlar donar. Gözünü bir nöqtəyə dikib, uzun müddət səssiz qalarsan. Bu, bəlkə də yaşananları qəbullanmaqla, “Kaş ki” kəlməsinin ortasında qalan hissdi. Çarəsizsən, amma sən bu yola tək davam etməlisən, yaşamağa çalışmalısan. Hə, hərdən özündən ixtiyarsız yaranan gülüşlərindən, yediyin gözəl yeməklərdən, onsuz gəzdiyin yerlərdən utanarsan. Yaxınlarının şad gününə qonaq gedəndə dodağına qonmuş kiçik busəni tez yığışdırarsan. Nə ani olaraq yaşadığın sevincini, nə də xoş günlərini doyunca yaşaya bilməzsən. Həmişə o duyğuların yarısına çatmadan yarımçıqlıq hiss edərsən. Qolun, qanadın sınar, amma yenə də davam edərsən… Gecənin bir yarısında, bütün dərdlərin, itirdiklərin gözünün önündə canlanar, oturduğun yerində qıvranıb möhkəm bağırmaq istəyərsən, amma olmaz. Əmanət körpələrin yatır. Gözlərini qıyıb, dizlərini qucaqlayıb özünə layla çalarsan… Bütün bunlar yarını itirmiş qadından -Şəhid Əlizadə Qorxmazın Şəbnəmindən müşahidə etdiklərimdir. Hələ hiss edə bilmədiyim çox şeylər var…
Əlizadə Qorxmazın həyatı, döyüş yolu, nakam qalan sevgi hekayəsi haqqında o qədər danışılıb ki, artıq bütün el-obanın dillər əzbəridir.Bu əzbər yaddan çıxmamalıdır, həkk olunanı silinməyə qoymamalıyıq… Şəbnəmin timsalında bütün mərd şəhid qadınları məğrur dayanmağa, övladlarına gözəl həyat bəxş etmək üçün çalışır… Bizim Şəbnəmin heç 30 yaşı belə yoxdu. Ömrünün yarısına belə çatmayıb, amma çiyinləri yaşından çox ağır yük daşıyır. Bir şəkli var, həyat yoldaşının məzarı qarşısında boynunu büküb dayanıb. Bu foto nəhəng bir ağrını təsvir edir. Həqiqi aşiq üçün o ağrıdan o tərəfi yoxdur…
Qəhrəman şəhidimiz, 1995-ci il yanvar ayının 27-də Qax rayonunun Cəlayır kəndində dünyaya göz açmışdır. Oxuduğu orta məktəbdə, hərbi təhsili aldığı liseydə, xidmət göstərdiyi hərbi hissədə böyük rəğbət qazanmışdır… O, hər uğurunu çətinliklə əldə etmişdir. Sevdiyinə qovuşmaq üçün hər şeyi gözünün önünə alıb ailəsini tam hala gətirmişdi. Bir gün müharibə başlanır və Qorxmaz yenə də hər şeyə rəğmən həyatında olduğu kimi, döyüşdə də qəhrəmanlıqlar göstərir. Düşmənlə əlbəyaxa döyüşür, zədə alsa da döyüşə davam edir…
Şəbnəm doğulacaq körpəsinin, hələ çox kiçik olan qızı Ömürün atasını qarşılyacağını xəyal edir. Ömürün atasının önünə qaçıb, onu bərk-bərk qucaqlamağını təsvir edir. Amma təəssüf ki, onun xəyalları başqa yönə istiqamət alır. O, sevdiyini üstündə üçrəngli bayrağımız olan tabutda görür. Həmin anda nələr yaşadığını, düşündüyünü yazmaq çətindir, bunu yaşayan daha yaxşı bilər… İkinci övladı doğulur, adını QorxmazFateh qoyur. Deyir, o mənim kiçik yarımdır. Övladlarının qoxusunu duya-duya həyat yollarında bərkiməyə çalışır, ayağına dolaşan əngəlləri aşmağa çalışır… İllər keçəcək, şəhid övladları böyüyəcək, bizim Şəbnəm də onlarla bərabər böyüyəcək. Amma danılmaz və üzücü bir faktdır ki, o nisgil heç vaxt səngiməyəcək. Vaxt-vaxt özünü biruzə verəcək…