Etiket arxivi: BARƏDƏ

AFƏT ŞAHİD. MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ…

AFƏT ŞAHDİN YAZILARI

MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ…
(Zaur Ustacın “Araz” şeiri haqqında)
ZAUR USTAC kimliyi bir DƏRYAdır desək yanılmarıq. Bu dəryanın üzü – görünən tərəfi onun yaradıcılığıdır. Dəryaya dalmaq istəsək suyun dərinliyinin şahidi olarıq.
Hərtərəfli YARADICILIQ imkanı hər şəxsə verilən MÜKAFAT deyil. Allah Qələmini bərəkətləndirdiyi Bəndəsindən əzm, sədaqət, hərəkət gördükcə onun bərəkətini də birə min artırır.
ƏHDə sədaqət, verilən VƏZIFƏni, YÜKü layiqincə DAŞImaq da bir ÜRƏK istər. Qəlbi geniş ALLAH QULunu tapmaq o QƏDƏR də asan İŞ deyil.
Qəlbində Vətənə məhəbbət, sədaqət hisslərini layiqincə daşıyan ŞAİR üçün parçalanmış, yadların əlində əsir qalmış torpaqlar bir namus ləkəsi kimi yandırıb yaxıcıdır.
Bu yanğıdan doğulan ARAZ şeiri Arazı belə yandırır. Araz ARAya girmiş kimi utanır, yanıb tökülür, bir-birini ARAYAN İKİ QARDAŞın odunu söndürə bilmir, həyasına boğulub GÖZ YAŞı kimi dinməz AXIR:
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!,-

deyən şair Arazın bu halına acıyır, günahkar günahsızı müdafiə edir.
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Yurd acısı, yurd yarası o qədər böYÜKdür ki, ARAZ nə etsin?
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

YOL ayırsa da QƏLBlər bir döyünür. SÖZlər eyni, DİL eyni, BAYATI eynı… XUDAFƏRİN – Ümid yeri, Görüş yeri, Qovuşmaq yeri…
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Daşında, torpağında qiymətli xəzinələr yetirən VƏTƏNin Dünya SÖZ XƏZİNƏSİnə incilər bəxş edən QƏLƏMin layiq görüldüyü bəndələri AYRILIQ HƏSRƏTini sətirlərə tökərək O TAYdan BU TAYa ÖTÜRmüşlər.
Bu üzdən ARAZ Məhrəm olmuş, ARAZ məlhəm olmuş….
Zaur Ustac HAQLI olaraq “Mən zəfərə təşnəyəm” deyərək xəbərdar edir:
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki aman!

Türkün düşməni özü QƏDƏR böyük ki, sırtlan kimi onun zəifləməyini, parçalanıb qeybə qarışmağını gözləyib gözətlər. Nə qədər parçalansa da bölünsə də MİLLİ KİMliyini unutmayan TÜRK OĞLU üzünü YARADANa tutub Onun kölgəsində İQTİDARını bərpa etməyə QADİRdir. Bu qüdrəti ona QADİR ALLAH verib.
QADİR olan QALİB olar.
ALLAH ƏKBƏR!

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAROLİNE LAURENT BAKIDA. TUNCAY ŞƏHRİLİ

Tuncay Şəhrilinin kitabı. “Caroline Laurent Bakıda”

PDF: >>>>>>> caroline-laurent-turunc

MÜƏLLİF:TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Abbasov. LAY LA ELƏDİ.

AKİF ABBASOVUN YAZILARI

                                      

                                    LAY LA ELƏDİ

                            (hekayə)

         Qonşu rayonda toy vardı.  Qadınlar toya getməyə hazırlaşırdılar. Geyinib-keçinib, bəzənib-düzənib gəldilər Mədinəgilə. Mədinə də geyinib hazır dayanmışdı. Amma onlardan bir az gözləməyi xahiş etdi:

         -Qızımı, balaca Südabəni yuxuya verim, gedək.

          -Uşağa kim baxacaq?

         -Bacım.

         -Yaxşı.

         Ana palazın üstə oturub ayaqlarını uzatdı. Sonra da uşağı ayaqlarının  üstünə uzandırdı. Mədinə başını divara söykəyib lay la çala-çala ayaqlarını yırğalamağa başladı ki, Südabə yuxuya getsin.

Südabənin olardı 3-4 yaşı. Yuxusu gəlmirdi. Anasını acıqlandırmamaq üçün gözlərini yumdu. Amma yatmaq fikri yox idi. Qadınların söhbətini eşitmişdi.  O da toya getmək istəyirdi. Ancaq  onu aparmırdılar.

Südabə arada gözlərini açaraq anasına baxır, tez də yumurdu. Bir də gördü ki, anasının səsi gəlmir. Lay lası yarımçıq qalıb. Südabə baxdı. Anasını yuxu aparmışdı. Südabə ehmalca yerə düşdü. 

Qadınlar həyətdə dayanıb şirin-şirin söhbət edirdilər. Bir də baxdılar ki, qapı açıldı. Tez:

-Hə, Mədinə də uşağı yatırtdı. Tərpənək.

Lakin aynabəndə Mədinənin əvəzinə  Südabə çıxmışdı. Qız onları qabaqladı:

-Anam lay la elədi…Gedək toya…

Qadınları gülmək tutdu. Bəsti ilə Nabat içəri keçdilər. Gördülər ki, Mədinə başını divara söykəyib yatıb. Bəsti:

-Biy, Mədinə demişdi, uşağı yatırım. Əvəzində Südabə onu yuxuya verib.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Dünya Azərbaycanlılarinin Mədəniyyət Mərkəzində görüş……

a

Dünya Azərbaycanlılarinin Mədəniyyət Mərkəzində görüş…

Öz maraqlı yazıları,kitabları ,xeyirxah əməllərilə tanınmış yazıçı- şair,türkəsilli Corolina Laurent Turunc Fransada yaşasa da qəlbi ,yanan ürəyi dögmalarının yanında olub.
Bakını görməyi daim arzulayıb.Ən əsası isə Zəfərimizə nail olduqdan sonra dogma Şuşamızda olmagı özünə borc bilib.
Corolina Bakıda keçirilən konfansa dəvət almışdı.Lakin buraya gələcəyi günü səbrsizliklə gözləmiş və Türkiyədə yaşayan dostu, tanınmış aktrisa Sebahat Adalara təyyarəyə onun üçün də bilet aldıgını söyləmiş və özü ilə Bakıya konfransa gətirmişdi.
Corolina xanım Uluslararası Engellər,Yaşlılar,Kimsəsizlər Fedarasyonu UTEF Paris başkanıdır.
O,bir – birindən maraqlı “Şərqlə Şimal arası”,” Çöl zambagı”və s.kitabların müəllifi, İstanbulda dərc olunan “Özgür İfadə” qəzetinin yazarıdır.Təsadüfən bu gün onun ad günü imiş..
Onlara bələdçilik edən “Yazarlar” jurnalının təsisçisi və redaktoru, AYB- nin üzvü Zaur Ustacla DAMM-nə gəldilər.Mərkəzin fəaliyyətilə tanış oldular .(Mərkəzin l vitse-Prezidenti Ruhiyyə xanım Poladovadır.Ruhiyyə xanım Şirvan şəhərində bu gün anasının 70 illik yubileyində olduguna görə tədbirimizə qatıla bılmədi)
Qonaqlar şəhərimizin əsrarəngizliyindən,gözəlliyindən ürək dolusu danışdılar.Corolina xanıma DAMM-nin Fəxri Diplomunu və ad günü münasibətilə hədiyyə ,müxtəlif kitablar bagışladıq.Eyni zamanda Sebahet xanıma da onun üçün çoox dəyərli olan kitabları hədiyyə etdik.
Tədbirimizdə iştirak edən Azərbaycan Respublikasının”Səhid Ailələrinə ” Qaygı”cəmiyyətinin sədri,qazi Radə Abbas qonaqlara “Xarıbülbül”döş nişanlarını ,Zəngəzur hadisələrinə həsr olunmuş sənədli filminin disklərini, ad gününü də qeyd etdiyimiz. Corolina xanıma üstündə üçrəngli bayragımızın təsviri olan fincanı,şair publisist Zaur Ustac isə milli rəmzimiz olan papaq və araqçını bagışladı.Səmimi və xoş keçən görüşümüzün qonaqları “Təzadlar” TV -də Yasəmən xanımı maraqlandıran suallarına özlərinin xoş təəssüratlarından danışmışlar. Görüş canlı yayımlanmışdır….
“Zəfər yolu” İB – nln sədri Pərvanə ,xanımın hədiyyəsi–üzərində xarıbülbülün şəkli olan örpəkləri təqdim olunarkən Sebahet xanım sevincdən çox kövrəldi və bu mənzərə hamını təsirləndirdi.
Qonaq xanımları Yazıçılar Birliyinə apardıq .Orada bizi gözləyən Elçin müəllimlə maraqlı müsahibə alındı. Elçin müəllim özünün kitablarını qonaqlara təqdim etdi.Sonda İçərişəhərdə keçirilən xalça sərgisinin baglanışında iştirak edən xanımlar xalçaçı-rəssam Natiq Nəcəfzadə ilə olan görüşdən də məmnun olduqlarını iştirakçıların nəzərinə çatdıraraq dogma Bakıdan ayrılmaq istəmədiklərini qeyd etdilər.
Beləliklə, Bakıda olduqları az müddətdə gördüklərini uzun müddət unutmayacaqlarını və yaşadıqları ölkələrinə qayidarkən bu gözəlliklərdən ,gözəl insanlardan danışdıqca danışacaqçarını vəd etdilər…
18.Xl.2022. Bakı.

Müəllif: Nəzakət EMİNQIZI

AJB-nin üzvü, “Qürur” Bədii Yaradıcılıq Mərkəzi Nəzdindəki” Xaribülbül” Ədəbi Məclisinin sədri, ”Yazarlar”jurnalının əməkdaşı, DAMM vəSİM İB -in Fəxri üzvü.

NƏZAKƏT EMİNQIZININ YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

İlkin mənbə: Karabakhmedia.az– :`Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gənc şair Əyyub Türkayla balacaların görüşü keçirilib

ƏYYUB TÜRKAY

Gənc şair Əyyub Türkayla balacaların görüşü keçirilib

Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mərkəzləşdirilimiş Kitabxana Sisteminin “Uşaq şöbəsi”ndə gənc şair  Əyyub Türkayla görüş keçirilib. Görüşdə məktəblərin ibtidai siniflərində oxuyan şagirdlər , körpələr evi-uşaq bağçalarının balaca fidanları iştirak ediblər. Uşaq şairi Əyyub Türkay görüş zamanı bu il çapdan çıxmış “Balacaların şeir çələngi” kitabını balaca oxucularına təqdim edib, onlar üçün kitabdan şeirlər ifa etdi.

Səmimi keçən görüşdə uşaqlar da öyrəndikləri şeirlərdən tədbirdə ifa ediblər. Daha sonra görüşdə mədəniyyət mərkəzinin rəisi Şahin Şahbazov, AYB Lənkəran Bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, şair Əhməd Haqsevər və yazıçı Şəfahət Şəfi Həsənov çıxış edərək günümüzdə uşaq ədəbiyyatının inkişaş edtdirilməsindən, uşaqlar üçün yazan şair və yazıçılarla tez-tez balaca oxucuların  görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırdılar.

Təqdim etdi: Leyli NOVRUZOVA


LEYLİ NOVRUZOVANIN YAZILARI

MÜSABİQƏ ELAN OLUNDU 


“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. OĞRUNUN TAPILMASI.

AKİF ABBASOVUN YAZILARI

OĞRUNUN TAPILMASI

(hekayə)

Murad kişi kənd-kəsəkdə, həyat yoldaşı Zeynəb də tarlada olanda kimsə onların evini çalıb-çapır. Ev sahibləri gələndə görürlər ki, lələ köçüb, yurdu qalıb. Zeynəb qarı ağlayıb, qışqırıb üz-gözünü cırır. Murad kişi tədbirli adam idi. Ani fikirləşib arvadını sakitləşdirməyə çalışır:

-Sən özünə əl qatma, oğrunu tapacağam!

Zeynəb qarı gözünün qorasını tökməkdə davam edərək:

-Haradan tapacaqsan, ay kişi? Necə tapacaqsan? Səfərlə Cəfər inəyini, qoynunu tapdılar? Yaxşısı budur, polisə şikayət ver. Bəlkə bir əncam qıldılar.

-Sən mənim sözümə baxsan, uzağı bir-iki günə mallarımız, qır-qızıllarımız, pullarımız olacaq evimizdə.

-Təklifin nədir, ay kişi?

-Bir xahişim var: dilini dinc qoy. Evin oğurlanmasını heç kimə demə.

-Necə deməyim, ay sağ olmuş? Oğul-uşaq qonaq gələndə duyuq düşəcəklər axı.

-O vaxta hamısı tapılar, inşallah! Sən mənə qulaq as. Oğurluq məsələsini bir sən bilirsən, bir mən, bir də oğrunun özü.

Zeynəb arvad qırıla-qırıla qalsa da, dərdini heç kimə demədi. Kişi onu arxayın eləmişdi.

Bir-iki gün keçdi. Kənd arasına çıxan, həyət-bacada dolaşan Murad kişi özünü tox tutur, başına gələn qəzanı kimsəyə bildirmirdi.

Bir gün çayxanaya getmişdi. Burada xeyli adam toplaşmışdı. Çayı bəhanə edib buraya gəlir, bir çaynik çay sifariş verir, səhərdən axşama kimi nərd və domino oynayırdılar. Sahə müvəkkili də burada idi. Vəli ilə nərd oynayırdı. Murad kişi salamlaşıb, bir tərəfdə oturdu:

-Ay oğul, mənə bir stəkan çay gətir, – dedi.

Çay gəldi. Murad kişi fikrə getmişdi. İçəridəkilərin başı qarışıq idi. İbiş çayxanaya gəldi. Ucadan:

-Oyunçu aparsın, – dedi. Gözü Murad kişiyə sataşanda:

-Nə olub, sənə qəm dəryasına batmısan, – dedi.

Gəib onunla üzbəüz oturdu:

-O məsələ necə oldu?

Murad kişi:

-Hansı məsələ, – deyə xəbər aldı.

-O məsələ də…

-Sən hansı məsələni soruşursan, axı? Bilmirəm. bilmədiyim şeyə nə cavab verim?

İbiş yerini rahatlayıb sözünə davam etdi:

-Tapıldı?

Murad kişi dikəldi:

-Nə tapıldı?

-Evinə oğru girib, evini talamışdı. Onu soruşuram.

İçəridəkilər əl saxladılar. Yeri-yerdən:

-Necə, necə? Murad, evinə oğru girib?

-Hə, girmişdi, tapdım.

-Kim imiş?

Sahə müvəkkili yaxın gəldi:

-Bizim niyə xəbərimiz olmayıb. Balam kimdir günün günorta vaxtı sənin evinə girən? De, ciyərini çıxarım.

Murad kişi dərindən nəfəs alıb:

-Uzağa getmək lazım deyil, – dedi. -Oğru mənimlə üz-üzə oturub.

Hamının diqqəti İbişə zilləndi. İbiş ayağa qalxıb:

-Danışığına fikir ver, ay kişi. Bu nə deməkdir? Mənə niyə şər-böhtan atırsan? Utanmırsan?

-Sən utan, qırışmal! Evimizə oğru girdiyini hələ heç kimə deməmişik. Elə isə sən haradan bilirsən ki, bizim evi yarıblar? Bu məsələdən üç nəfərin xəbəri vardı: mənim, arvadımın, bir də oğrunun. Bizim ağzımızdan bir kəlmə çıxmayıb. Darqursaq olub özünü ələ verdin.

Hamının nifrət dolu baxışları İbişə zilləndi. O, bu baxışlara dözə bilməyib özünə haqq qazandırmaq istədi, lakin bacarmadı. Yalnız:

-Mə… mə… mən… – deyə bildi.

Sahə müvəkkili onun qollarını buraraq:

-Mələmə, gəl gedək, – dedi. -Oğurladığın şeyləri gətir qoy yerinə. Bundan sonra səninlə danışacağam.

İbiş dinməz-söyləməz onun qabağına düşdü.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Məzarım  alınmaz bir ürək” deyərkən….

AFƏT ŞAHİDDƏYANƏT OSMANLI

“Məzarım  alınmaz bir ürək” deyərkən….

 İnsanın dəyəri onun fikirləri ilə ölçülür. Dəyərli fikir sahibi olan tanınmış şair Dəyanət Osmanlının  “Məzarım alınmaz bir ürək” şeiri  vətəni, torpağı öz anası bilib müqəddəs sayan, uğrunda canını fəda edən qeyrətli oğullarımızın daim qəlbimizdə yaşayacağını ifadə edən qiymətli nümunələrdən biridir.

Vətəni ana bilən əsgər öz balasını da Vətənə etibar edir, inanır ki, o, olmasa da balası əmin əllərdədir. Bu inam o qədər qüvvətlidir ki, heç kim qəhrəmanı YOLundan döndərə bilməz:

Bir əsgər vətənini

anasıyla al-dəyişik salmışsa

bu vətən uğrunda savaşdığında

balasının ana ovucunda

               özgür yaşayıb

onurlu öləcəyinə inanmışsa

Tanrı da döndərəmməz onu ölümdən

 “Tanrı da döndərəmməz onu ölümdən” deməklə əsgərin qərarının qəti olduğunu vurgulayır və Tanrı özü onu qəbuluna çağırır. Biz insanlar  seçim  hüququna  malık yaradılmışıq. Cüzi iradə hüququmuz var. Bu hüququndan istifadə edib insan öz yolunu seçib bu yolda qərarlıdırsa,  Allah bu yolu onun üçün açır. Yolundan öz iradəsi ilə dönmək istəməyən adamı Allah da döndərmək istəməz.

Qərar qətidir. Hakim(ALLAH) Hökm vermiş, qələm qırılmışdır.

SON UCda Allah Ona tərəf gələnin yolunu açar:

Şəhidlər Cənnət ətirli olar. Onları qoynuna alan Torpa(k)q da bu ətir sayəsində müqəddəsləşər, qiymətli olar. Və başqaları da bu yolda  hər şeydən keçər.

Lakin bu ölümlər öz nəticəsini  almayıb. Çünki torpaqlar hələ də əsirlikdədir:

Üstündən saysız  illər keçib

kiminçün yaşayıb

kiminçün öldüyüm yadımda deyil

dağilmiş bir qurd yuvasında

kimliyim unudulub ,-

deməklə uzun müddət erməni terroristlərinin tapdağı altında viran qalmış torpaqlarımıza və orada amansızcasına, xüsusi  vəhşiliklə öldürülmüş türk övladlarına işarə edir.

30 ilə yaxın erməni işğalına məruz qalmış torpaqlarımızda narahat ruhlar gəzir. Bu ruhlar həm də küskündürlər:  torpaq əsl sahibini gözləyir.

Bu üzdən:

Məzarım alınmaz bir qala

daşım susmaz bir tribuna

torpağım inləyir ürək kimi

küskün ruhların ayaqları altında.

 Haqq sonunda öz yerini tutdu.  

Nəhayət, tam olmasa da, torpaq uğrunda tökülən QIZIL QANlar hesabına əsirlikdən  azad olundu.

 QƏLƏBƏ – işgəncədən sonra yaranan  YARAların  ACIsını, AĞRIsını MƏLHƏM kimi sarır.

Qələbənin dadı uzun sürsün.

Türkün ÜZÜ hər zaman ALLAHa doğru yönələr. Allaha əmanət olun.

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

DƏYANƏT OSMANLININ YAZILIARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

CAROLİNE LAURENT TURUNÇ VƏ SEBAHAT ADALAR “TEZADLAR TV”-NİN CANLI EFİRİNDƏ

CAROLİNE LAURENT TURUNÇ VƏ SEBAHAT ADALAR “TEZADLAR TV”-NİN CANLI EFİRİNDƏ

https://www.youtube.com/watch?v=TJIjIber3yE

CAROLİNE LAURENT TURUNC



MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adilə Nəzər. VƏTƏN.

ADİLƏ NƏZƏRİN YAZILARI

VƏTƏN

Sən mənim təzə-tər arzumsan,

solmayan gəncliyim,

…gecələr, gündüzlər xəyalən gəzdiyim,

bir ucu zalımın əlində

zəncirim…

Göyçədən, Borçalıdan, Dərbənddən,

əsən həsrət küləyim,

Bütöv Azərbaycan diləyim.

Təbrizim, Urmiyam, Zəncanım,

Azərbaycanım!

Sən mənim qüdrətim,

gücümsən.

Sən mənim zəiflik

ölçümsən…

O əlim çatmayan,

o ünüm yetməyən ellərim

daima xəyallı, soraqlı.

Mən əli çıraqlı…

“Azadlıq! Azadlıq! Azadlıq!”

Bu şüar yüz ildir

Məhəmməd Əmindən

yoluma aydınlıq

bir mayak.

Nə böyük qürurdur

uğrunda vuruşmaq…

Sən varsan, ey Vətən,

nə qədər gözəldir

yaşamaq.

21.11.2022.

Mənbə: Adilə Nəzər

Müəllif: Adilə NƏZƏR

ADİLƏ NƏZƏRİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİN. GECƏ QONAĞI.

ŞAHNAZ ŞAHİNİN YAZILARI

GECƏ QONAĞI

Bax belə…Yenə uzaqdan qonaq gözləyirəm.Sevinirəmmi?!..Əlbəttə,özü də necə!Axı mən elə uşaq yaşlarımdan qonaq sevənəm…gələndə şadlıqdan uçar, gedəndə isə zülüm-zülüm ağlardım…(sanki qonaq bizimlə bir ömür yaşamağa gəlibmiş!..)Balaca qız idim, anamın rəfiqəsi, həm də əmisi qızı olan Bilqeys xala bizə tez –tez gəlirdi, qonşuluqda yaşayırdı, cəmi bircə ev aramız vardı.Anamla söhbəti yaman tuturdu!.. İki otaq və bir eyvan olan evimizin balaca otağında üz-üzə bardaş qurub əyləşər, şirin-şirin söhbət edərdilər..həm də sırf söhbət!..Mən də üzü üstə uzanıb dirsəklərimi yerə, əllərimi də üzümə dayaq verərək maraqla onlara qulaq asardım.Nədən danışdıqlarının önəmi yox idi mənimçün, heç soruşsalar yadımda da deyildi..Amma təki söhbətləri kəsilməsin…Sonralar, lap sonralar cızdağım cıxacaqdı o anlar üçün!…

Anam deyirdi ki, qonşunun da boynunda qonşu haqqı  var,əvvəl qonşu,sonra qohum!..Sonra da əlavə edirdi ki, bala,insan insana hayan olmalıdı, elə ölüləri də yalqız olmasınlar deyə yanaşı basdırırlar…Bu həyati fəlsəfə idi və doğruluğuna şübhə yeri qalmırdı.

..Alman psixoloqu və filosofu Karl  Qustav Yunqa görə insan dərin dəyişmələrə uğrayaraq inkişaf edir, beləliklə ömrün körpəlik çağından böyümə və yetkinləşmə dövrünə adlayır…Fiziki olaraq insanın  keçdiyi mərhələyə dönmək fikri absurddur,yalnız qəlb obrazlarala keçib gəldiyi mərhələlərə qayıda bilir…Demək istəyirəm ki, nə yaxşı!..Amma elə o andaca başqa bir hissim etiraz edir.., axı bu insana əzabdan başqa nə verir ki…!

Əzik-üzük xatirələr çıxır

pul qabımdan,

atıram gül qabına..

Bir dəli gün də yazılır alnıma..

Gedirəm…

çətini qəbul edənəcəndi ayrılıqları,

 sonra ölümə də öyrəşir adam..(Ş.Ş)

Uşaqlar tez böyüməyi düşünər, gənclər həyatı dolu-dolu yaşamağı, qocalanda dünya da, dünya haqqında fikirlər də dəyişər.., etmək istəyib amma edə bilmədiklərin asılar yaxandan!..Yuxuların pərən düşər, sanki indiyəcən edə bilmədiklərini“çoxu gedib azı qalan” ömrün sonuncu abzasına yaza biləcəksən kimi qiyama qalxarsan..

Uşaqlıq hissləri daha safdır, daha təbiidir,Allahdan gələndir,eynən onun qəzəbi,sevgisi  kimi axıcıdır,özü kimi də sevimlidir! Deyirəm keşkə uşaqlar eləcə uşaq qalsa…heç böyüməsə.. Amma bu mümkünsüz bir  istək..amma böyüklərin öz içində bir cocuq yaşada bilmək şansı vardır!..Təsəvvür edirsiz necə gözəllik tapar dünya, savaşlar bitər, bu qədər nahaq qanlar da tökülməz, insanlar Allahın birgəyaşayış üçün verdiyi dünyanı tikə-tikə bölməz,hirsi,hikkəsi,qəzəbi,kini elə uşaqlarda olduğu kimi bir anlıq olar,göy üzü aydın,səma açıq,Günəş parlaq,Ay da şair xəyalını uçuran..!

..Hərdən ölümü qınayırıq,vaxtsız gələndə (baxmayaraq ki, ölüm həmişə vaxtsız olur elə…),yerdə qalanları qəm içrə boğulanda.. Amma həyat varsa ölüm də mütləqdir..

Ayrılığın da vaxtı var, amma

həmişə vaxtsıq olur ayrılıqlar..

Atalı-analısı,sevdiyi,sevmədiyi kəsi..

Yetimi,kimsəsizi olur,

Eynən adamların özü kimi…

Ayrılıq ən əvvəl fikirdə doğulur,

 Böyüyür..

 Kimsə heç bilmədən

ən yağlı tikəsini yedirir,

kimsə gözünün ağını…

böyüdür ayrılığını..,

bir atom bombası kimi..(.Ş.Ş)

      Əvvəldə qonağ gözlədiyimi demişdim.. xoş o evin qapısına ki, Allah qonağının üzünə açılar, və xoş o kəslərin halına ki, qapısını dost açar..!.Bəs heç siz bircə dəfə də olsa özünüzüzlə,ya hər gün yanına döndüyünüz , bir damın altını ev deyib paylaşdığınız insanlarla qonaq kimi davrandınızmı?..Böyük ehtimalla yox yəqin ki.!..Olsaydı bəlkə də çox şey tamam başqa çür olardı,elə münasibətlər, qayğılar, rəftar…Məsələn,evdə olanımızın ən yaxşısını bu dəfə özümüz üçün ayırardıq,kəmhövsələ vaxtımızda özümüzə nəzarət edərdik,məchul sonralara saxladığımız ,amma o “sonra”ların da bəzən heç gəlmədiyini düşünüb özümüzə daha çox zaman ayırardıq,sevgimizi etiraf etməyə tələsərdik…Bu yaxınlarda səksən yaşını keçmiş bir xanımın altmış yaşlı rəfiqəsinə  göndərdiyi məktubda ”mənim artıq şansım yoxdu,amma sən yubanma!.. “ söylədiyi kimi!..Anam deyirdi ki,dil bir parça ətdir,amma  könülləri çala da bilir,ala da !..Hz.Əli isə bir başqa cür:”Danış,tanıyım səni..!”..Xalq şairi Cabir Novruz da ”Sağ olanda qiymət verin insanlara” şeiri ilə belə bir mesaj ötürürdü insanlara..

…Gələcəyə çox da ümid bağlamayın

Sözünü sonralara saxlamayın,

Zəhləm gedir sonralardan..

Vaxtsız dinən zurnalardan..

Sən heç demə,insan illərlə çaba verib kərpic üstə kərpic qoyaraq yer üzündə özünə gün-güzəran, ev-eşik qurmağa sərf etdiyi vaxtda heç özü də bilmədən ona təmənnasız verilmiş “ömür sarayı”dan hər gün bir kərpic salırmış …Sonda isə..ta heç nə, bir məşhur türk mahnısında deyildiyi kimi:

Əllərim bomboş..

Ürəyimdə bir sızı….

Müəllif:Şahnaz ŞAHİN
AYB və AJB üzvü, Prezident Mükafatçısı,
Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı.


ŞAHNAZ ŞAHİNİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru