Azərbaycan Respublikasının Xalq şairi nasir, publisist Söhrab Əbülfəz oğlu Tahir 1926-cı il mayın 27-də İranın Astara şəhərində sənətkar ailəsində anadan olmuşdur. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil almış, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olmuşdur.
Sovet Ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak etmişdir. 1946-cı ildə Bakıya təhsil almağa göndərilmişdir. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası almışdır. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxumuşdur. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olmuşdur. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi i darə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilmişdir. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilmişdir.
Xalq şairi uzun illər şəkər xəstəliyindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənmişdir. Görkəmli şair 4 may 2016-cı ildə dünyasını dəyişmişdir.
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əsəd bəy qəza dəftərxanasında katib işləyib. Əbdürrəhim bəy üç yaşında atadan yetim qalıb və əmisi Əbdülkərim bəy onu himayəyə götürüb. İki il sonra əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. Əbdürrəhim bəy əmisi arvadının ona verdiyi işgəncə və sitəmlərdən qurtulmaq üçün təzə ər evində yaşayan anasının yanına gəlib. Atalığı H.Sadıqbəyov ona oğul məhəbbəti bəsləyib, uşağın təhsil almasının qeydinə qalıb, şirindilliyi və səmimiyyəti ilə ailədə hörməti uca tutulub.
Şuşa şəhərindəki altıillik realnı məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. Səkkiz il bu ali təhsil ocağında oxuyub və eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib.
1908-ci ildən “Nicat” mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsmdə işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 1911-ci ildə vəzifədən çıxan Əbdürrəhim bəy Ağdama gəlib və beş il burada yaşayıb. 1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan “Şəhərlər İttifaqının Qafqaz şöbəsi əxbarı” aylıq məcmuəsinə müdir təyin olunub. Bir il ötəndə Borçalı qəzasma müvəkkil təyin edilib. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərib.
Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
“Molla Nəsrəddin” jurnalında “Lağlağı”, “Ceyranəli”, “Xortdan”, “Həkiminun-səğir”, “Mozalan”, “Süpürgəsaqqal” imzaları ilə felyeton, hekayə və publisist yazılar dərc etdirib. Klassik irsimizə “Marallarım” silsilə hekayələrini, “Xortdanın cəhənnəm məktubları” povestini bəxş edib.
“Şeyx Şəban”, “Mirzə Səfər”, “Bomba”, “Pir”, “Çeşmək”, “Qiraət” əsərləri nəsrimizin incilərindən sayılır. Ədəbiyyat tariximizə, milli teatr ənənələrinə aid dəyərli elmi əsərlərin, nəzəri məqalələrin müəllifidir. Dünya klassiklərindən Vilyam Şekspirin “Hamlet”, Fridrix Şillerin “Qaçaqlar”, Emil Zolyanın “Qazmaçılar”, Mari Fransua Volterin “Sultan Osman”, Hans Xristian Andersenin “Bülbül”, Maksim Qorkinin “İzergil qarı” hekayə, povest və pyeslərini azərbaycancaya tərcümə edib.
Sovet dövrü yaradıcılığı (1920-1933) dramaturqun yaradıcılığının üçüncü mərhələsidir. Qeyd edim ki, birinci dövr pyesləri sanbalma, ideya kəsərinə, ikinci dövr faciələri mövzu əlvanlığına, dram və komediyalarının bədii-estetik kamilliyinə görə daha bitkindir.
Dramaturqun ilk qələm təcrübəsi olan “Hacı Daşdəmir” məzhəkəsi əldə yoxdur. Müəllifin etiraf etdiyi kimi, bu pyes “Hacı Qara” komediyasının təsiri altında yazılsa da və zəif alınsa da, hər halda fakt kimi dəyərlidir. Peterburqda “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) məzhəkəsini, “Dağılan tifaq” (1896) faciəsini qələmə alıb. Şuşada “Bəxtsiz cavan” (1900) faciəsini və Bakıda “Pəri cadu” (1901) dramını tamamlayıb.
1927-ci ildə yazılmış “Köhnə dudman” və “Baba yurdunda” dilogiyası dramaturqun yaradıcılığında yeni mövzu-problematika, yeni ideya, yeni konflikt-xarakterlər baxımından əhəmiyyətlidir.
Dramaturji fəaliyyətinin son dövründə Əbdürrəhim bəy Haqverdiyev müxtəlif həcmli “Qırmızı qarı” (1921), “Padşahın məhəbbəti” (1921), “Ağac kölgəsində” (1921), “Qoca tarzən” (1922), “Vaveyla” (1922), “Ədalət qapıları” (1923), Hüseyn Ərəblinskinin ölümünün yeddi illiyinə həsr etdiyi “Səhnə qurbanı” (1926), “Məşədi Qulam qiraət öyrənir” (1927), “Qadınlar bayramı” (1928), “Kamran” (1931), “Sağsağan” (1931), “Yoldaş koroğlu” (1932), “Çox gözəl” (1932), “Daşçı” (1933) pyeslərini yazıb.
Hadisə dağınıqlığı dramaturqun “Bəxtsiz cavan”, “Köhnə dudman”, “Dağılan tifaq” dramlarında başqa şəkildə nəzərə çarpır. Lakin dramaturq bunu da növbəti fərdi yaradıcılıq üslubu, bədii fənd (priyom) kimi realizə edə bilib. Əbdürrəhim bəy Haqverdiyev dramaturgiyaya çoşğun daxili ehtiraslı, çılğın xarakterli dramatik obrazlar gətirib.
Əbdürrəhim bəy Haqverdiyev “Müsibəti-Fəxrəddin”dən sonra milli dramaturgiyamızda ikinci faciə olan “Dağılan tifaq”ı yazıb. Burada bir ailənin müsibəti fonunda çürüməkdə olan mənəvi-əxlaqi dəyərlər, cəmiyyətin sarsılmış sosial sütunlarının psixoloji əsasları mürəkkəb dramaturji konfliktin əsasını təşkil edir. İflasa uğramış cəmiyyət davranışlarının tənqidi əsasında həyatları faciə axarına düşmüş insan xarakterləri dururlar. Bunların da bariz nümayəndələri Nəcəf bəy və Süleyman bəy obrazlarıdır.
Dövrün ictimai-sosial ədalətsizliyinin, nadanlığın törətdiyi faciələr “Bəxtsiz cavan”da dramaturgiyamızda əvvəllər işlənmiş süjet-konflikt əsasında, lakin yeni estetik prinsiplərlə və daha kamil bədii obrazlarla əks olunub. Mənəviyyatca, cəmiyyətin problemlərinə baxışlarına görə Fərhadla əks qütbdə dayanan əmisi Hacı Səməd ağa, anası Mehri xanım, xidmətçi Mirzə Qoşunəli, əmisi oğlu Çingiz milli dramaturgiyamızda təravətli bədii personajlar kimi yaşayırlar.
Əbdürrəhim bəy “Pəri cadu” faciəsində real həyat hadisələrilə mistik obrazları (Pəri, İblis, Əcinnə, Şamama cadu) dramaturji konfliktə çəkinəklə, maraqlı fəlsəfi qənaətə gəlib. Bu qənaət aydın, ifadəli və həyatidir. Əxz olunan ideya budur: nəfsi-əmmarənin qulu olmayan insanın xoşbəxtliyi onun halal zəhmətindədir.
Milliyyətcə azərbaycanlı olan, İranda şahlıqları yüz otuz il davam edən qacarilər sülaləsinin banisi Məhəmməd Qacar obrazını ədəbiyyatımıza ilk dəfə Əbdürrəhim bəy gətirib. O, “Ağa Məhəmməd şah Qacar” faciəsində təkcə əsərin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər olmuş Cəfərqulu xanın, Əliqulu xanın, Mürtəzaqulu xanın, Mustafa xanın, Rzaqulu xanın, Əli xanın, vəzir Hacı İbrahim xanın, II İraklinin, Tavad keyxosrov Avelianinin zəngin bədii səciyyəli xarakterlərini təsvir etmişdir. Faciənin ən dolğun obrazları Qacar və İraklidir. Dramaturq həmin surətlərin təsvirində faciə janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sənətkarlıqla bəhrələnə bilmişdir. Belə bədii təsvirdə tirançılıq ideyaları, vətən və vətənpərvərlik anlayışları, zəka və güc, vicdan və əxlaq təsəvvürlərinin dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssüm tapıb.
Əbdürrəhim bəy Haqverdiyevin, hətta səhnəcik tipli birpərdəli məsxərələrində də (məsələn, “Ədalət qapıları”) insan amili ilkindir.
Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Köhnə dudman”, “Baba yurdunda” dram əsərləri ictimai-sosial konfliktin kəsərinə, ehtiraslı xarakterlərinə, romantik-dramatik ruhuna görə monumental-romantik teatr məktəbinin tərəqqisində mühüm rol oynayıb.
Onun “Ac həriflər”, “Millət dostları” səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında teatrların repertuarlarında dəyərli yer tutub. Milli səhnə estrada janrında yazan ilk dramaturqların sırasında Əbdürrəhim bəy Haqverdiyevin öz şərəfli mövqeyi var. Bakı Azad Tənqid və Təbliğ Teatrında onun məzhəkəintermediyaları uğurla oynanılıb.
Realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevdir. Yaradıcılığa on doqquzuncu əsrin doxsanıncı illərində başlayıb. Ədəbiyyat tarixinə klassik hekayələri və faciə əsərləri ilə daxil olub. Görkəmli teatr təşkilatçısı idi və Azərbaycanın ilk peşəkar rejissoru sayılır. Dili son dərəcə zəngindir, xalq danışığına, folklor ədəbiyyatına yaxındır.
Müəllifin “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vavеyla”, “Köhnə dudman”, “Baba yurdunda”, “Qadınlar bayramı”, “Kamran”, “Sağsağan”, “Yоldaş Kоrоğlu”, “Çоx gözəl” və s. həmçinin “Marallarım” silsiləsindən hekayələri ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Yazıçının hеkayələrinin bir qismi “Marallarım” (1927) və “Hеkayələr” (1940) kitabında toplanıb.
1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq Ə.Haqverdiyevə “Əməkdar incəsənət xadimi” fəxri adı verilib. Böyük ədib 1933-cü il dekabrın 11-də Bakıda vəfat edən zaman Fəxri xiyabanda dəfn olunub. Dahi yazarla izdihamlı vida mərasimi onun xalq tərəfindən necə sevildiyinin bariz nümunəsi kimi yadda qalıb.
Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə ədibin anadan olmasının 150 illiyi ölkəmizdə qeyd edilib. Ə.Haqverdiyevin 150 illiyi eyni zamanda UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib.
SAHİB AĞAGÜL OĞLU SAİLOV, 90 İLLİK YUBİLEYİN MÜBARƏK!
Sahib Ağagül oğlu Sailov 1933-cü il may ayının 15-də Salyan rayonunun Çuxanlı kəndində kolxozçu ailəsində anadan olmuşdur. Orta təhsilini Salyan şəhərindəki 2 saylı orta məktəbdə almışdır. 1954-cü ildə V.İ.Lenin adına APİ-nin (indiki ADPU) tarıx fakultəsini, 1059-cu ildə Moskva Ali Komsomol məktəbini, 1975-ci ildə Sov. İKP MK yanında Ali Partiya məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. 1950-1964-cü illərdə ilk komsomol təşkilatı katibliyindən Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi vəzifəsinə qədər yüksəlmişdir. Həmin dövrdə keçirilən bütün qurultaylarının nümayəndəsi olmuş, MK-nınplenum üzvü seçolmışdir. 1962-1964-cü illərdə Zaqafqaziya respublikalarında ictimai əsaslarla fəaliyyət göstərən Sovetə rəhbərlik etmişdir. 1963-1971-ci illərdə Pespublika Xalq Nəzarəti Komitəsi Ali Şurasının üzvü kimi fəaliyyət göstərmişdir. 1964-1977- ci illərdə Azərbaycan KP MK-da məsul təşkilatçı, daha sonra Astara, Qasım İsmayılov ( indiki Goranboy), Şamaxı rayonlarının partiya komitələrində birinci katib vəzifələrində işləmişdir. Həmin illərdə Azərbaycan Ali Sovetinin bütün çağırışlarında Astara, Qasım İsmayılov (indiki Goranboy), Şamaxı rayonlarından Ali Sovetinə deputat seçilmiş, eyni zamanda Ali Sovetin Komissiya sədri kimi fəaliyyət göstərmişdir. Sovet İttifaqı Kommunist Partiyasının XXIV və XXV qurultaylarının nümayəndəsi olmuşdur. Tarix elmləri üzrə fəlsəfə doktoru, qabaqcıl maarif xadimidir. 27 kitabın, onlarla elmi, publisistik, metodik, partiya, komsomol və xalq nəzarəti orqanlarının fəaliyyətinə aid məqalələrin müəllifidir. Bu parlaq şəxsiyyətin belə surətlə ucalması bəzi bədxahların ürəyincə olmam, ona mane olmaq üçüb mərkli planlar quraraq yolunu kəsməyə çalışmışlar. Nəhayət, arzularına çatan qara niyyətli insan ların iftiraları Sahib müəllimi həbsxanaya. düşürmüşdür. Düz 9 il 9 ay 28 gün qaranlıq zindanda aydın sabahı gözləmişdir. Haqqın qalib gələcəyinə inanaraq ruhdan düşməmiş. 1987-ci ildə bəraət alıb şər qüvvələrə meydan oxuyaraq azadlığa qövuşmuşdur. Əmək fəaliyyəti dövründə 2 Lenin ordeni, 14 Dövlət mükafatı ilə təltif olunmuşdur. Siyasi-publisist yaradıcılıq fəaliyyətinə görə “Qızıl qələm”, və “Məmməd Araz” mükafatı laureatı, dövlətçiliyimizin inkişafındakı müstəsna xidmətlərinə Heydər Əliyev ideyalarına sadiq qıldığı üçün “Şərəf və ləyaqət” diplomuna layiq görülmüşdür. 2023- cü il tarixçi-alim, ictimai-siyasi xadım Sahib Ağagül oğlu Sailovun 90 yaşı tamam olur. 90 rəqəminin arxasında bəlkə də iki doxsana bərabər keşməkeşli, enişli-yoxuşlu, iztirablı-məşəqqətli və maraqlı-mənanı bir insan ömrü dayanır. Bu ömrün hər səhifəsi bir tarixdir. Sahib müəllim bir gününü belə boş keçirməmiş, yaşadıqlarını, gördüklərini, düşündüklərini qəlbinin, ağlının sücgəcindən keçirərək vərəqlərə köçürmüşdür. Nəticədə hər kəsə örnək olan bir ömrə güzgü tutan ədəbi irs yaranmışdır. Çünki Sahib müəllimin həyatı və yazdıqları gənclərin həyat yoluna bir işıq tutacaqdır. Bütün bunları düşünərək yubliyarın ad gününə töhfə olaraq onun əsərlərinin biblioqrafiyası hazırlandı. Biblioqrafik döstəricidə Sahib müəllimin müxtəlif illərdə qələmə aldığı kitabları, dövrü mətbuatda çap olunan məqalələri və onun haqqında yazılan kitab və məqalələr öz əksini tapmışdır. GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏR SAHİB SAİLOV HAQQLNDA DEYİLƏNLƏR İnsanın həyatı, ömrü bir tarixdir deyirlər. İnsanlar ötənləri yaşayır və beləcə onların yaşantılarınln izi tarixə çevrilib yaşayır. Lakin elə insanlarda var ki, özünüm kimliyi hamıya tanıdle, həyatını insanlığın inkişafınďa örnək ola bilən bir səviyyəyə çatdıra bilir bə böyük məmnunluqla bu həyatı yaşayır. Mənim fikrimcə bizim hamımızın Sahib Sailov kimi tanıdığımız partiya və ictimai xadim, müəllim, böyük vətəndaş, insan olan Sahib müəllim həyatı belə həyatlardandır. Əjdər Ağayev pedaqoji elmlər doktoru Mən Sahib müəllimi lap kiçik yaşlarından tanıyıram. Orta məktəbdə oxuyarkən bizim komsomol rəhbərimiz idi. O, bizi elə bir enerji iləruhlandırırdı ki, məktəbdə oxumayan şagird yox idi. Komsomol böyük qüvvə idi və Sahib müəllim də o böyük qüvvəni çox gözəl şəkildə nümayiş etdirə bilirdi. Ramiz Qurbanov AMEA-nın muxbir üzvü, texnika elmlər doktoru Xalqın alqışı Sahib müəllimi qüdrətli, çevik təfəkkürə, əqlə, xəkaya, dözümə malik bir insan kimi yetişdirib və ömür qatarının bu dayanacağına gətirib. Ömrün dolanbac təzadlı yollarında kişi kimi ömür sürüb, yazlb yaradıb. Vidadi Xəlilov pedaqoji elmlər doktoru Sahib müəllim adi bir kənddən, Çuxanlıdan, zəhmətkeş ailədən bu səviyyəyə qədər, yəni SSRİ Ali Sovetin deputatı səviyyəsinə qədər yüksələn bir şəxsdir. Mənim ona çox böyük hörmətim var, özümü çox xöşbəxt hiss editəm ki, belə bir fenomen şəxsiyyət, həmyerlimiz haqqında kitab yazmışam. Allahverdi Emnov yazıçı Sahib müəllimin həyatı çox ibrətamizdir, o sınaqlarda slnmayıb, haqqa tapınıb. AllH adamıdır və gözəl ziyalıdır, alimdir. Bütün həyatı, övladları, nəvələri, nəticələri, bütün insanlar, xüsusilə cavanlar üçün ibrət dərsi, ən böyük örnəkdir. Əlövsət Bəşirli jurnalist-yazıçı Sahib müəllim qədər əzab əziyyət çəkən, həyatla döyüşın bəlkə də ikinci bir insan yoxdur. O, elə bir ömür yaşayıb ki, heç vaxt yaddaşlardan silinməyəcək. Çingiz Fərəcov İctimai-siyasi xadim Sahib müəllim həm gözəl dostdur, həm gözəl insandır, həm gözəl siyasi xadimdir. Kürsü arxasında oturmaq mümkündür, amma düzgün rəhbərlik etmək, gördüyün işin bəhrəsini əldə etməyə qabiliyyətinin çatması hər adama nəsib olmur. Sahib müəllim çox cavan yaşında rəhbər kürsüsündə oturdu, amma bu vəzifəni yetkn, yaşlı insan kimi həyata keçirdi. Fərrux İsmayılov Respublikanin əməkdar həkimi Ali məktəbi təzəcə qurtarmışdım, komsomolun mərkəzi komirəsinə işə görürmüşdülər. Sahib müəllim məndən əvvəl orda çalışırdı. Komsomolun MK-nin katibi idi, kənd təsərrüfatı və kənd məhsullarına vaxlrdı. Respublika arasında böyük nüfus sahibi idi. Çevik təşkilatçılıq qabiliyyəti, sağlam düşüncəli, məsələlərə fəal münasibəti sayəsində vəzigə pillələrində ucalırdı. Ayrı-ayrı sahələrdə işləsək də az vaxtda doğmalaşdıq və bu doğmalıq bu gün də davam edir. Yasif Nəsirli Flalogiya elmləri doktoru, yazıçı Sahib Sailov müasir Azərbaycan tarixinin təxminən bir əsirə bərabər bir dövrünü yaşamış canlı tarixdir. O, tariximizin bu mərhələsində satlinizmi, faşizmi, volyutarizmi məhbəs həyatını, sosializmdən kommunizmə keçid münasibətlərini, bir sözlə həyatın isti-soyuq, ağlı-qaralı hər bir üzünü görmüş, yaşamış və bunları yaradıcılığında bacarıqla əks etdirmiş fenomen bir şıxsiyyətdir. Onun həyatı yalnız bir nəfərin tərcümeyi halı deyil, zalqımızın 100 illik məşəqqətli real tarixinn bir hissəsidir. Qalib Qadir jurnalist-yazıçı Ruhdan düşməmək, həyatsevər olmaq, özünü tox saxlamaq bötük qəhrəmanlıqdır. Bütün buxüsusiyyətlərə malik Sahib müəllim o qədər gözəl arzularla yaşayır ki, həyatı mənalı və hər kəsə örnək ola bilir. Sahib müəllim gözəl dostdur, onun elə bir xasiyyəti var ki, heç vaxt ondan nəyi isə xahiş etmək lazım deyil, əğər o sənin bir problemni blirsə sənə demədən o problemin həlli üçün çalışar. Xuraman İsmayılova əməkdar mədəniyyət işçisi 90 illik həyat meracını qeyd edəcəyimiz, tarix elmləri namizədi, görkəmli ictimaiyyət və dövlət xadimi, böyük vətəndaş, misilsiz təfəkkürü olan, alovlu tribun kimi tanıdığım Sahib Ağagül oğlu Sailovun yəyat və yaradıcılıq ehtişamı tükənməz bir xəzinədir. İnam, istək dolu bir dünyamızın min bir həyat keyfiyyətlərinə yalnız yaxşılıq, sədaqətlilik nuru çiləyən Sahib müəllimin həyatı həmişəyaşar və əbədidir. Vidadi Bəşirov pedaqoji elmlər namizədi Deyirlər Sahib Sailov göydən yerə çırpıldı. Mən də deyirəm: Sahib Sailov yerdən göyə yüksəldi. Dünyanln hər üzünü gördü. Özünə məxsus olar yaradıcılıq yoluna başladı, özünü yaşatmaq üçün bir-birinin dalınca yeni kitablar yazdı. Saxta hökm kitabını yazmaqla özünə bəraət qazandırdı. “Muğanın övladları” kitabı dünyaya səs saldı. Onun on cildlik kitabı ömür yolunu işıqlandırdı. Barat Şirinov jurnalist Mən Sahib Sailov haqqında atam Sahibdən onun haqqında çox eşitmişəm. Həmişə maraqlanmışam. Bir gün AYB-nin Natavan klubunda kitab təqdimatında Sahib müəllimlə qarşılaşdım. Çox sevindim. İllərlə onun haqqında fikirləşmişdim. Yaxınlaşıb telefonun aldım. Dedim görüşüb ondan bir çox şeylər öyrənə bilərəm. Biz həmterliyik Sahib müəllimlə. Sahib müəllim ilk “Muğanın övladları” haqqında yazmışdı. Mən də öz növbəmdə “Salyan dastanı” adlı kitab çıxarmaq istəyirdim. Sahib müəllimdın öyrənib başladın rayonumuzun Ziyalıları haqqında poema yazmağa başladım və yazdım çap elətdirdim. Poemamda Sahıb müəllim haqqında yazdığım şerimi Sahib müəllimin 90 illiyinə hədiyyə etdim. El – oba hörmətlə çəkir adını, Şərəflə yaşayır öz həyatını. Sahb Sailovtək mərd övladını, Zirvəyə döndərib Muğan torpağı. * * * Muğan çöllərinə açıb qucağın, Qəlbində ətri var ötən hər çağın. Doğma Salyan kimi isti ocağın, Oduna isinib Sahib Sailov. * * * Ülfəti bəzəyir sevgi sətrini, Səpib ürəklərə dostluq ətrini. Ellər uca tutur onun xətrini, Salyanla sevinib Sahib Sailov. * * * Qəlbimdə yurd eşqi daim alışır, Ürəyim Kür kimi kükrəyir, daşır. Qələm ağsaqqaldan bu gün danışır, Sahb Sailovu salamlayıram. * * * Muğan qucağını açıb üzünə, Torpaq dəyır verib oğul sözünə, Haqqı, həqiqəti sıxıb köksünə, Sahib Sailovu salamlayıram. * * * Yurdumun şərəfli ağsaqqılı tək, Sahib Sailovdan söz açir qələm. Onun hər kəlməsi, onun hər sözü, Bir dərin ümmandır, bir böyük aləm. * * * Tarixin ən çətin sınaqlarında, Ulu yaradana könül bağlayıb. Ömrünün əzablı anlarında da, Qeyrət bayrağını uca saxlayıb. Sahib müəllim doğum günün mübarək! Allah sizə sağlam ömür versin. 100 yaşa əziz Sahib müəllim! Müəllif: Püstə RƏVAN
“Yazarlar” tanınmış şair, yazıçı, tərcüməçi, Zahid Sarıtorpağı doğum günü münasibətilə təbrik edir, yaradıcılıq uğurları və sağlıqlı ömür arzulayır. Uğurlarınız bol olsun əziz və gözəl insan!!!
AY İLQAR?! Nə vaxt gəlsən, qərənfillər təzə, tər, Nə çox imiş, səni sevən, ay İlqar?! Bura köçüb bu gün bütün çiçəklər, Görürsənmi, bunu görən, ay İlqar?! * * * Xəfif xiffət bacı, qardaş üzündə, Sonsuz həsrət ana, yoldaş gözündə, Lal həqiqət sirli sirdaş sözündə, Bilirsənmi, niyə, nədən, ay İlqar?! * * * Zaur matdır zaman, gərdiş əlində, Düyünlənib, sözü qalıb dilində, Ustac durub hələ əli belində, Süzürsənmi, onu hərdən, ay İlqar?! 08.05.2023. Bakı – II Fəxri Xiyaban.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
VARMIŞ Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış… 31.10.2020. Bakı.
DAHA TƏK DEYİLSİNİZ Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… * * * Qəribə bir hüzur çuğlayır məni, Yanında hər nəfəs ruha töhfədir. Vətən kitabını vərəqləyirəm, Burada hər məzar bir səhifədir… * * * İgid, ər oğullar toplanıb bura, Bütün çöhrələrdə, təbəssüm, qürur… Tək-tək sıralanan bu baxışların, Hər biri özünə bir dastan qurur… * * * Yenə də görüşə gəlmişəm, Qardaş! Gözün biri gülür, biri ağlayır… Daha tək deyilsiz, təsəllidir bu, Bir yandan mənzərə ürək dağlayır… 29.12.2020. Bakı ş. II FX.
SƏKKİZİ SONSUZLUQ ELƏDİ İLQAR Xoşbəxtlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! Ölməzlər günündə doğulmuşdu o, Təqvimin bu günü İlqar günüdür! * * * Bu gün doğum günü, yaşar əbədi, Eliynən bir ünü, yaşar əbədi, Sonsuzluğa yönü, yaşar əbədi, Təqvimin bu günü İlqar günüdür! * * * Zaur tək yüzləri bir çətən oldu, Çoxu arzuladı, o yetən oldu, Vətən torpağında o, bitən oldu, Təqvimin bu günü İlqar günüdür! 08.05.2021. Bakı.
İLQAR Qəhrəman olmaq üçün Gəlmişdi Yer üzünə. Silahı sevgi idi, Qonmuşdu nur üzünə. * * * Verdilər İlqar adın, Böyüdü üzdə vüraq. Fəxriydi dostun, yadın, Əhdinə düzdü İlqar. * * * Ananın sevinciydi, Obanın şan-şöhrəti. Ziyası oldu xalqın, Əritdi zin-zülməti. * * * Gətirdi gedişiylə Şərəfi, şanı bizə. Qollara qüvvət oldu, Təpəri yetdi dizə. * * * Məzara düşən gün o, And içdi mərd oğullar: -“Bu qanı alacağıq, Sən rahat uyu, İlqar!” * * * İgidlər tutdu sözün, Bir gündə döndü zaman. Göstəriş verildi ki, Düşmənə yoxdur aman! * * * Çin oldu arzuları, Qarabağ oldu azad. Uyuyur rahat indi, Şəhidim indi rahat… 21.06.2021. Bakı.
O GÜN Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
QARDAŞ Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.
Vətənin vətəndaşı olmaq üçün gərək vətəni sevəsən, hər əzabına dözəsən. Doğ-ma yurdunu dar ayaqda qoyub qaçmayasan, onu müdafiə edəsən. Vətən üçün ca-nından da keçməyə gərək hazır olasan ki, vətən sənə balam deyə.Yaşadığın zaman kəsiyində elin hörmətini qazanasan.
Belə vətən fədailərindən biri də Fikrət Gülməmməd oğlu Əliyevdi.Öz zəhməti ilə fəhləlikdən başlayıb bu günə qədər yol gəlib.
Atası Gülməmməd kişi həyat yoldaşı Zərif lə 7 övlad böyüdüblər.Fikrət onların sonbeşiyidi.Sonbeşik də həmişə ərköyün olar.
Fikrət 4 may 1958 – ci ildə Ağdam rayonu Mərzili kəndində dünyaya gəlib.
Mərzili kənd orta məktəbini 1976 – cı ildə bitirib.Elə həmin ili də Sovet ordu-suna hərbi xidmətə gedib.Sovet ordusunun Almaniyadakı qoşunlarında (QSVQ) xidmət edib.Tank komandiri kimi 1978 – ci ildə ordudan tərxis olunub.
Xidmətini başa vurandan sonra doğma kəndinə qayıdır.”1 may” sovxozunda fəhlə işləməyə başlayır.Yaxşı işlədiyinə görə onu Mərzili kənd sovetliyinə katib təyin edirlər.Burada da öz zəhmətkeşliyi ilə hamının hörmətini qazanır.
O, 1983 – cü ildə təhsilini davam etdirmək üçün qiyabi ADU – nun Tarix fa-kultəsinə daxil olur və 1990 – cı ildə “Tarix müəllimi” ixtisasına yiyəliklənir.
İşinin öhdəsindən yaxşı gəldiyinə görə 1991 – ci ildə Kənd sovetinin sədri və-zifəsinə seçilir.Bununla bərabər Fikrət Milli Azadlıq hərəkatına da qoşuldu.Eyni zamanda kənddə özünümüdafiə dəstəsi yaratdı.
1991 – ci ilin may ayının 7 – də Mərzili kəndinin fermasında çoban işləyən Tel-manı ermənilər Şühralı dağından girov apardılar.Fikrət onun azad olması üçün 21 gün gecə – gündüz demədən çalışdı.
Mərzili kənd camaatı 1992 – ci ildə kolxoz iclasında F.Əliyevi kolxoza sədr seçdilər. Ağdam rayon İH – nin başçısı Nadir İsmayılov F.Əliyevi Mərzili kolxo-zunun sədri olması münasibəti ilə təbrik etdi.
Erməni – rus hərbi birləşmələrinə qarşı mübarizə aparmaq üçün, kolxozun sədri vəzifəsini icra etməklə bərabər həm də 836 saylı hərbi hissənin Mərzili kəndində yerləşən taboruna yazıldı.Tabora daxil olmuş gənclərin hərbi hazırlığı ona tapşırıl-mışdı.Kəndin ərazisində yerləşən hərbiçilərin ərzaqla və yanacaqla təmin olunma-sına nə mümkündü kömək edirdi.
Ordu quruculuğu kənddə yüksək səviyyədə idi.Çağırışçı gənclər orduya həvəs-lə gedirdilər.Kəndin şimal – qərb istiqamətindəki yolda post qurulmuşdu. Düşmən aprelin 8 – də axşam posta hücum edib yandırmışdı.Postda xidmətdə olan Asif Əli-yev və Mübariz Babayev şəhid oldular.
1992 – ci ilin dekabrın 5 – də ermənilər Mərzili kəndinə hücum etdilər.Sentyabr ayında ermənilərin kəndə atdıqları mərmi Əliyev Sabiri şəhid etdi.Həmin gün Fik-rət də ağır yaralandı.Hərbi xəstəxanadan qayıdan kimi xidmətini davam etdirdi.
Ermənilər tərəfindən şəhid edilmiş Orucov Şakirin nəşini atəş altında çıxarmış-dı.Kəndin mülki və hərbi şəhidlərinin yas mərasimlərinin təşkil edilməsində yaxın-dan iştirak edirdi.
Erməni – rus hərbi birləşmələri 1993 – cü ilin fevralında Mərzilinin Şühralı yük-səkliyini işğal etdikdən sonra vəziyyət ağırlaşmışdı.Ergi qəsəbəsinə gedən yol er-mənilərin nəzarəti altındaydı.Şühralı yüksəkliyində yerləşən erməni ( bəlkə də rus) BMP – 2 – si hərbi texnikalarımızı göz açmağa qoymurdu.Fikrət o BMP – ni vur-maq üçün kənddə yerləşdirilmiş “Pturs”un komandirinə yalvarıb həmin BMP – ni vurdurdu.Ona görə Fikrəti komandirlə birlikdə xeyli incitdilər.Kombriq T.Məm-mədovun müdaxiləsindən sonra onları buraxırlar.
1993 – cü ilin 12 aprelində ermənilər Mərzili kəndinə yenə hücum etdilər. Kən-di müdafiə edən hərbiçilərimiz işğalçıları ağır itkilərə məruz qoyub geriyə oturtdu-lar.Ancaq erməni – rus hərbi birləşməsinin 12 iyunda növbəti hücumunda kəndin hərbi şəhidləri ilə bərabər mülki şəhidləri də çox oldu.Həmin gün 2 ailə ( Eyvaz, Gülxanım, qızları Solmaz və Süleyman həyat yoldaşı Qızyetər), Əli Zeynalov, Al-lahverdi Qurbanov, Behbudalı Qasımov, Sumbat Qasımov , hərbiçi Loğman Abba-sov və başqaları şəhid oldular.Ərşad Sarıyev, Sarıgül Rəhimova, Mürsəl Babayev, Avşar kişi (girovluqda şəhid oldu) girov düşdülər.Kənd ermənilər tərəfindən işğal oldu.
Fikrət 1994 – cü ildə ordudan tərxis olunub Bakı şəhərində məskunlaşır.1998 – ci ildən 2004 – cü il qədər Bakı şəhərinin Xətai rayon Təhsil şöbəsinin Tikinti üzrə sədr müavini işləyir.2007 – ci ildən 2011 – ci ilə qədər Suraxanı rayon Qaz istis-mar idarəsində çalışıb.2011 – ci ildən Ağdam rayon İH – nin Xındırıstan və Ergi nümayəndəliyində fəaliyyət göstərir.
“Vətən naminə” medalı və müxtəlif Fəxri fərmanlara, diplomlara layiq görülüb.
Bu gün özünəməxsus söz duyumu, deyim tərzi olan, nur damlalarından ibarət kəlmələrinİ günəş şüasından saplara düzüb göy üzünə, dağlara, dərələrə, ilmə-ilmə göy qurşağı toxuyan Nazim Əhmədlinin doğum günüdür! “YAZARLAR” olaraq, bütün yazarlar arından Nazim müəllimi təbrik edir, həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun, Nazim müəllim !!!
ÇƏHRAYI YUXULARDAN…
Buluda naxır dedim Üzüm güzgüdən baxır, gözüm səyriyir bir az; çəhrayı yuxularım dönüb qayıdır, bu yaz; * * * saçlarımın içində, bir əlçim ağ bulud var; ürəyimin içində, bir qarışıq umud var; * * * güzgüdəki üzümə, gözüm uyuşa bilmir; ağzımdan çıxan sözü dilim dəyişə bilmir; * * * quş südündən söz tutub, daşın üstünə yazdım; payızın qalan ömrün qışın üstünə yazdım; * * * buluda naxır dedim, quşdan qanad istədim; baxdım, göy üzü enib kipriyimin üstədi.
Burda adamlar uçmur Payızın ilk günüdü, ürəyimdə qubar var; sanki min illər öncə, lap çoxdan ötüb bahar; * * * mən min illər öncəni, unutmadım, bir an da; tək qanadlarım qaldı, göy üzündən o yanda; * * * burda adamlar uçmur, göy üzü quşlarındı; burda qanadı olan adamlar daşlanırdı; * * * gümüş yuxularımda, mələklər dəstə-dəstə; harayasa uçurlar gümüş suların üstən; * * * sanki bu yer üzündə, lap çoxdan ötüb bahar; hələ də ürəyimdə bir azca səksəkə var.
İndi ayrı adamam İndi ayrı adamam, solub bətim-bənizim; üzümü cırmaqlayır, yuxumdakı göyüzüm; * * * qulağıma səs gəlir, bilmirəm, bu nə sirdi; günortanın göyüzü buludları əzirdi; * * * həsrətin, intizarın, əlində qalıb yaxam; bəlkə, bu bir xəyaldır, bəlkə də heç mən yoxam; * * * odam, suyam, buludam, uhumun şələsiyəm; bəlkə də mən dünyanın sonuncu dəlisiyəm; * * * buludlar əsirgəmir, dəli yağışlarını; unutdum göy üzünün yorğun baxışlarını; * * * hərdən ürəyim çıxır, qaçıb gedir köksümdən; güzgüyə baxanda da, üşənirəm əksimdən; * * * iynənin ulduzundan, keçir yolum, cığırım; bir az yaxınımda dur, hərdən səni çağırım.
Dünyanın gerçək üzü Adımı hardan aldım, ya buluddan, ya göydən; min il öncə gəlmişəm, bir uzaq, qərib köydən; * * * otdan-çiçəkdən ötüb, daşda qalıb ləpirim; dünya nə vaxt doğulub, nə vaxt ölər, nə bilim; * * * ötüb keçən bir həsrət, ağlımın ucundadı; yer üzündən çəkilmir, ötən acının dadı; * * * qulağım yağır olub, yalançı nağıllardan; ufaq bir işıq gəlir, əhrayı yuxulardan; * * * ulduzlar da çəkilir, elə bil göy üzündən; min illik həsrət yağır daşın çiçək üzündən; * * * hardan boylanıb baxır, daş üzüm, çiçək üzüm; hardasa gizlənibdi dünyanın gerçək üzü.
Göy üz çox ağırdı Üzüm-gözüm səyriyir, yollar çuxur çuxurdu; dağların arasında göm-göy sular axırdı; * * * könül dildən, söz haqdan, əlim donur sazaqdan; kimdisə, lap uzaqdan, hey yuxuma baxırdı; * * * buludlar qara-qara, üz tutdum uzaqlara; o taydakı dağlara ayrılıqlar yağırdı; * * * göy üzü naxış-naxış, nə qar vardı, nə naxış; gecə kimsə qıj-ha-qıj, ulduzları sağırdı; * * * nə gəlibdi eynimə, sevdan düşüb beynimə; əlini qoy çiynimə, göy üzü çox ağırdı.
Həsrətimin ocağı Səslənir qulağımda uzaqların sorağı; indi qanadlarım var, bacarıram uçmağı; * * * bəxtimə bulaq düşüb, yoluma çıraq düşüb; kipriyimə ağ düşüb, qaşlarımdan aşağı; * * * harda bir ağ gül əkək, bulud yağış güləcək; kim oxuya biləcək, göy üzünün qırağın; * * * gəl bulağın üstünə, alışım, bax tüstümə; dəyir dağın üstünə, buludlrın saçağı; * * * könlüm sözə üz tutur, əllərim də söz tuyur; tüstülənib köz tutur, həsrətimin ocağı.
Mənə bir qayıq gətir Görmədiyim bir şəhər elə yuxumda gəzir; yollarımın üstündə dəli küləklər əsir; * * * hər gün bir bulaq daşır ürəyimin içindən; bir qərib inilti var buludların köçündə; * * * hər payız ötən ömür yarpaq-yarpaq çəkilir; yatmadığım yuxular gözlərimdən tökülür; * * * qopur qara saçımdan qaranlıqlar əriyir; gözlərimin kökündə ayrılıqlar səyriyir; * * * bax, göydəki buludlar həm ağdı, həm da qara; mənə bir qayıq gətir, üzüm, lap uzaqlara.
Payız yarpağına oxşayır üzüm Payız səhərinə tutdum üzümü, payız səhərinin üzü soyuxdu; yaşıl yarpaqlara qara xal düşüb, sarı çöhrələri oyuq-oyuqdu; * * * payız yarpaqların yas mərasimi, boz dağlar payızın baş daşlarıdı; budaqlardan düşən sarı yarpaqlar, ötən son baharın göz yaşlarıdı; * * * payızın yuxusu qarışıb deyən, dağların başında qar qoxusu var; indi bozax tutan cığırın, izin, bir azdan, bir uzun qar yuxusu var; * * * yıxıldım dünyanın yuxu yerindən, başlandı ömürün payızı, qışı; yazda qayıdacaq yenə geriyə, ölən yarpaqların bahar yaddaşı; * * * payız yarpağına oxşayır üzüm, gəlirəm, payızın oğlan çağından; tanrım özü mənə ərmağan verib, dünyanın ən şirin söz bulağından.
Qaçdım, dar ağacından Bilmirəm, hara qaçım, necə qaçım suçumdan; üstümə yağmur düşmür, buludların saçından; * * * sular nədən tərs axdı, yaxşı gün baxta-baxtdı; göy üzü quraqlıqdı, ruhlar ölür acından; * * * dürüst olmur “axılar”, yalan olur nağıllar; itmir ötən yuxular, gözlərimin ucundan; * * * daha niyə yaz olmur, ağrı-acı azalmır; qaranlıqlar sozalmır, uzaqlarda açır dan; * * * harda ütdüm ahımı, açılan tək sabahmı; atıb günahlarımı, qaçdım, dar ağacından.
Qanadlarım uçunur Bu dünyadan böyükdü, yumruq boyda ürəyim; qanadlarım uçunur, çırpındıqca lələyim; * * * nə var, mənim adımda, ötən ömrüm yadımda; qayğıların altında, yağır olub kürəyim; * * * həsrət bir uzun yoldu, canıma ağrı doldu; yaxam əlində qaldı, bir dəlicə küləyin; * * * sular qalxır dizimdən, dünya qaçır gözümdən; görən kimin üzündən. gözü dönüb fələyin; * * * dağlara tez qar düşüb, könlümə qubar düşüb; saçlarıma sar düşüb, payızdandı gileyim; * * * yollar uçuq-uçuqdu, dörd yanı alaçıqdı; saçlarını açıq tut, həsrətimi ələyim.
Uçur yaddaşımın daş karxanası ildi düşmüşəm yolun ağına, düzdü, dolanbacdı, əyridi yollar; bir ömür dost oldu, tutdu əlimdən, hara istədimsə, yürüdü yollar; * * * hərdən mən yol oldum, yol özüm oldu, mənim yol yoldaşım yol üzüm oldu; su oldu, daş oldu, göy üzü oldu, hərdən də gözümdə səyridi yollar; * * * yağdı buludların qış karxanası, dondu gözlərimin yaş karxanası; uçub yaddaşımın daş karxanası, üzü o yanadı, bəridi yollar; * * * qulağıma düşən bu nə səsdi, nə, həsrət hücum çəkib durub qəsdimə; uzun kölgəsini sərib üstümə, məni arxasınca sürüdü yollar; * * * kola-kosa dəydi dizim qanadı, dilimdə atdanan sözüm qanadı; ayağım yoruldu, dizim qanadı, ağrıydı, acıydı, kür idi yollar; * * * borana, çovğuna, yağışa düşdüm, min dəfə qarğışa, alğışa düşdüm; dirəndim, enişə, yoxuşa düşdüm, ayağım altında əridi, yollar.
Qulu Ağsəs iri salonların şairi deyil, “tək”lərin şairidir. Deyək ki, beş – on nəfər adam. Bəlkə də əsl poeziya bu. Həmin beş – on nəfər adam da Qulunu böyük salonlara daşıyacaq nə vaxtsa, bəlkə bu gün, bəlkə də sabah… Qulu pıçıltı şairidir, hay-küy, pafosdan min ağac uzaqdı. Şeir bir nəfərə deyilir, o bir nəfər də on nəfərə, on nəfər də yüz nəfərə, yüz də minə, milyonlara. Qulu belə oxunur əslində. Oxunmağın ən gözəli belə olur. Onun şair, təfəkkür stixiyası bu.
Bunu ancaq sənə danışıram –
Bircə balama
Kasıb evində bağlanmış
Turşu bankasıdı atan.
Ağzı hərdən açılır-bayramdan bayrama.
Qulunun qələminin altından çox kağızlar sürü¬şüb. Qulu qol qoymayıb. Hər misranın arxasında dayanıb özünü gözləyib. Özünü görən kimi “salam” yazıb, özünü belə qarşılayıb, şeirlərini belə başlayıb Qulu. Qulu heç vaxt deməz ki, bu gecə təzə şeir yazmışam, deməz ki, romanı sabaha bitirirəm, deməz ki, bir mövzu məni yaman narahat edir. Deməz, deməz, deməz, yenə deməz! Elə onu deyər ki, dədə, dünən axşam Mənsum İbrahimovla, ya da Firuz Səxavətlə bir yerdə idik. Əlavə edər ki, dədə, Firuzun bir dostu var, o nə qədər danışır. Sonra deyər ki, dədə, jurnalımızın təzə sayı çap olunub, mətbəədədir hələ, rəngi quruyur.
Beləcə danışar Qulu, sanki söhbəti qəsdən yazdığı şeirlərdən yayındırar, hər danışdıqca əl atar balaca çantasına, bir siqaret qoyar damağına, hərdən əyilər adamın qulağına, nəsə deyər, guya sirr açır. Elə bir sirr açar ki, bütün televiziyalar üç aydır həmin sirr deyilən şeydən danışır. Nəyə görə belədir? Qulu üçün söz-söhbət köhnəlmir. Həmişə təzə qalır, həmişə sirr qalır. Yazmaq üçün əsas stimuldur bu. Hər şair üçün hər şey təzə-tər qala bilmir. Bu dünya Qulu üçün təptəzə, yepyenidir. Aşağıdakı şeirlərdə gizlənən sirr Qulunu təzə saxlayır. Həm şeirini, həm də özünü. Səhərin ertəsində bu qarışıqlığı yaşamaq elə şair olmaqdır.
Bu da axır…
bu da xilas…
Son gecə…
səhər ertə…
Qoşulub göyün quşuna
Üstündən saat ötər…
Və yaxud:
De görək, neynəyək,
neynəyək, de görək?! –
Nə ölək, nə olaq,
nə olaq, nə ölək…
Qulunun ironiyasının gözlərində yaş var. Zaman q¬arı¬şığı, fikir xətlərinin bir-birinə keçməsi, paralel¬lik¬dən yaranan asiossativ məqamlar, şeirin yarandığı vəziy¬yət – yer Qulunun şair səciyyəsini, daha doğ¬rusu, “kələfin ucunu” açır.
Hərdən
anamdan xəlvət
bir xeyir iş
görmək istəyirəm,
yığıb
bütün dul arvadları
ərə vermək istəyirəm.
Heç olmasa birini…
Özü də elə kişiyə ki,
sonra nə aldığını peşman eləsin,
nə də özünü.
Bəlkə də inanmazsız,
bircə onda
xatırlaya bilirəm
rəhmətlik atamın
heç vaxt görmədiyim üzünü…
Qulu getdiyi yerdə qəfil dayanar, balaca çantasını açar, bir siqaret qoyar damağına, sonra gedər. Bir şeyə məəttələm. O çanta elə tez açılır, siqaret elə tez tapılır, hər şey operativ, cəld, çevik, oğulsan çat, birini sən al qoy damağına. Quludan siqaret alıb çəkmək adama ləzzət eləyir, siqaret çəkən deyiləm, amma həmişə Quludan siqaret istəmək adama sevinc gətirir. Sən demə, Qulunun o böyük Allahdan umduğu böyük bir sevinc də varmış.
Sağ-salamat ölsəydim-
üst-başını
cığır basmış yol kimi…
Qəfil bir söz eşitsəydim-
dil açan lalın ilk dəfə
dediyi «sakit ol» kimi…
Kefim ala buludda kövrəlsəydim,
şimşək qurutsaydı gözüm suyunu.
Atamdan xeyir-dua almaq üçün
qiyamət gününə salsaydım toyumu…
Qulu şeirlərinə məğlub olan şairdir. Mətnin qələbəsi şairin məğlubiyyətindən başlayır. O qədər məğlub olub ki, məclisdə şeir oxumaq sevincindən uzaqdır. Hələ bir dəfə onun öz şeirləri haqqında danışdığını görmədim. Bir də görürsən yeni şeirlər çap olundu. Oxuyursan, oxuduğun anda Qulunu tapmaq istəyirsən. Düşünürəm ki, bu şeirlər Qulunun niyə dilini açdırmayıb, niyə dilləndirməyib. Daha bilmirik ki, bu şeirlər Qulunu qatlayıb dizinin altına alıb.
Süfrəmdə haram var –
dinmirəm,
İki ac balam var –
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
«Vətəni qorudun, bəs öz qeyrətin?!»
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə «sağ ol»u… (Əlil arabası)
Mən olsam, şeirim çap olunmamış isti-isti bir neçə adama oxuyuram. Amma Qulu… Bəlkə Qulunu sakitləşdirən çantasıdır, ağzını açmaq, nəsə axtarmaq, bir siqaret damağına qoymaq, sonra səbrlə bağla¬maq… Belə şeylər bəzən içindəki gərginliyin ildırı¬m¬ötü¬rəni olur. Əldə çəlik də belədir. Damaqda qəlyan, siqaret və ya maşın açarını fırlatmaq insanın sinir sistemini tənzimləyir.
Balamın canına,
Atamın goruna,
İşğal gününə…
– gör, nəyə and içirəm:
– səni çox sevdiyimdən
Şeir yazmadım şəninə…
«Qarabağ şikəstəsi»
O günü Qulu deyir, yox, deməmişdən qabaq əlini ağzına tutur, xeyli gülür, bizi də güldürür, həmişə sözün gülüş tərəfindən tutur: Dədə, səhərdən maşını saxlamağa yer tapa bilmirəm… Biri də yapışıb ki, mənim şeirlərim “Ulduz”da nə vaxt çıxır?
Mənə elə gəlir ki, Qulunun göylərlə işi yoxdur, o nə deyirsə yerə deyir, yeriyə-yeriyə deyir və Qulunun göyü də elə yerdir (Sənsən hər yer). Onun indiyə kimi bir dəfə də olsun göyə baxmağını təsəvvür edə bilmirəm. Ona görə də Qulunu gözü həmişə ayağının alıtını yaxşı seçir. Hələ ayağının altında bir şey qalmayıb. Bir dəfə də olsun büdrəməyib.
Qulu şəhərdə elə gəzir, elə bil çöldə gəzir, nə maşın, nə adam, heç nə eyninə deyil, elə gedir, elə gedir elə bil yolu süzür. Kim qarşısına çıxırsa, hökmən salam- kəlamdan sonra dünən başına gələn bir əhvalatı üyüdəcək qulağına. Adam inana bilmir ki, Qulu şeiri uzun yaza bilər. Qısa və konkret. Aforizmli, zərb-məsəlli, bitkin, lakonik şeirlər yazır. Onun obazları şəkil kimidir. Aydın görünür. Mənə elə gəlir ki, obrazları qarabuğdayıdır.
Mən
Onun qucağını sevindirə bilmədim
O
Məni ata eləmədi
Tanrı gördü
Dinc bəndələrik
bizə baş “ağrısı” əta eləmədi.
Mən
Onu itiyim kimi sevdim
O
Məni tapdığı qədər .
Arabir fişəng atırıq
Aramızdakı sərhədə.
Mən
Onu atıb gedərəm
Zatım qırıqdı, bilir.
Başını qaldırıb soruşuram:
– Sən necə?
Gözünün yaşıyla
Eynəyimi silir…
Qulunun hadisələri nəzərdən keçirib sonra şeirlərində təqdim etdiyi həyat mətn kimi maraqlıdır. Deyim ki, Qulu bunun fərqindədir? Əsla yox. Heç vecinə deyil. Deyək ki, külək əsdiyinin fərqində olmadığı kimi. Qulu da belə.
Qulunun ədəbiyyata gəldiyi illər elə bir dövr idi ki, hələ bərkiməmiş yaradıcılıq, üslublar plastilin kimi hər tərəfə əyilirdi. Elə şair var ki, indiyə kimi beş-altı üslub dəyişib, yenə axırda gəlib Ramiz Rövşən kimi yazır. Özü də elə gözəl yazır ki, Ramiz Rövşən olmasaydı, bu zalım oğlu şair kimi çox sevilərdi. Həyat çoxunu belə bədbəxt elədi. Nə qədər Ramiz Rövşən havasına oynayan şair var. Belələrinin şeirinin qeydiyyatı yoxdur. Ramiz Rövşən üslubunun bir güncündə hələ ki, kirayə yaşayır.
Qulu müdrik adamdı. Əvvəla, təfəkküründən gələn şeir stixiyası, muğam intonasiyası onu büdrəməyə qoymadı. Bir də Qulu seçim edə bilən bir adamdı. Günlərin bir günü yolun ortasında dayandı, balaca çantasını açdı, damağına siqaret qoydu, o saat yolu sola buruldu. Qulu yolu sola dönərkən qarşısında bir şeir dayanmışdı. Bəlkə də onu düz yoldan bu şeir döndərib xilas eləmişdi.
…Bu qədər, balası.
Gecdir, uyu.
Gör göy üzü nə qədər qayğıkeşdir,
gecənin kürəyinə
ulduzdan piltə qoyur…
Çox təəssüflər olsun ki, bu gün ədəbi gündəmdə olanlar hələ ki, düz gedirlər. Dönmək-zad, filan yoxdur. Dayanmaqları da yoxdur. Ədəbiyyatda dayanmaq, əslində yazmaq deməkdir. Dönmək, burulmaq axtarış deməkdir. Amma çoxu… Heç bir yola-izə baxmadan gedirlər yox, e, qaçırlar. Qarşıda uçurum var amma. Qulu düz xətləri artıq qırmışdır. Hər qırılan xətdə cücərən mətnin işığında Qulu balaca çantasında nəsə axtarır. Qulunu çantasız və eynəksiz təsəvvür edə bilmirəm. Özü demiş, bəlkə də eynəklə doğulub. Çantanı da mən əlavə edirəm.
Qulu mənə “Fillər mənim dostumdur” filmindəki həkimi xatıladır. Qayğılı və eynəkli. Sahibinin uşağı xəstələnir, fil gəlir ki, həkimi aparsın, di gəl həkimi başa sala bilmir. Əlacsız qalan fil həkimin çantasını xortumuna alıb xəstənin yanına qaçır. Həkim də çantanın dalınca yüyürür. İndi Qulunun da balaca çantası var, asta-asta yeriyir, heç hara tələsmir. Hərdən götürüb qaçmaq istəyərəm onun çantasını. Aparıb qoymaq istəyirəm Ağdama.
Bu gün dünya şöhrətli Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevn doğum günüdür! Yazarlar adından Çingiz müəllimi təbrik edir, həyat və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq! Var olun! Allah Sizi qorusun!
Çingiz ABDULLAYEV
Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).
HƏYATI Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)
FƏALİYYƏTİ Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
31 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.
AD VƏ MÜKAFATLARI Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005; “Qırmızı əmək bayrağı” ordeni; “Şöhrət” ordeni — 7 aprel 2009; “Dostluq” ordeni (Rusiya) — 19 may 2020.
FİLMOQRAFİYA Əsər müəllifi kimi Dronqo (serial, 2002)(bədii serial)(Rusiya) Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
Ssenari müəllifi kimi Dronqo (serial, 2002)(bədii serial)(Rusiya) Məhkumlar (film, 2007)(tammetrajlı bədii film) Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film) Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)
Məsləhətçi kimi 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)
Prodüser kimi Adın sirri və tale. Qurban Səid (film, 2010)
ƏSƏRLƏRİ Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj Alçağın üslubu. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. I cild. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. II cild. Bakı: Çıraq, 2005 Payız madriqalı. Bakı: Yurd, 2005 Monte-Mario təpəsində ölüm. Bakı: Çıraq, 2005 Mənim gözəl alibim. Bakı: Nurlan, 2006 Bağdadlı əlaqələndirici. Bakı: Çıraq, 2006 Unudulmuş röya. Bakı: Çıraq, 2006 Yalnız özümüzünkülər. Bakı: Çıraq, 2007 Qatil üçün Qran-Pri. Bakı: Kitab klubu, 2007 Üçüncü variant. Bakı: Nurlan, 2007 Döyüşçünün yolu. Bakı: Çıraq, 2007 Manyakın idrakı. Bakı: UniPrint, 2008 Gedər-gəlməz. Bakı: Nurlan, 2008 Quba kapriççiosu. Bakı: Nurlar, 2008 Qisasın ölçüsü. Bakı: Çıraq, 2008 Məhəbbət və nifrətin ölçüsü. Bakı: Çıraq, 2009 Etiraflar vadisi. Bakı: Çıraq, 2009 Hammurapi məcəlləsi. Bakı: UniPrint, 2009 Centlmen sövdələşməsi. Bakı: Çıraq, 2009 Manipulyator. Üç payız günü. Bakı: UniPrint, 2009 Mavi mələklər. Bakı: Çıraq, 2009 Payız madriqalı. Bakı: Nurlar, 2009 Saturnun tövbəsi. Bakı: Nurlar, 2010 Paralel həyat. Bakı: 2010 Veneranın ikinci dəfə həyata gəlməsi. Bakı: 2010 Əfsanəyə çevrilmə haqqı. Bakı: Xatun Plyus, 2010 Kandaqardan agent. Bakı: 2010 Sonuncu divarın daşları. Bakı: Nurlar, 2010 İrodun kölgəsi. Bakı: UniPrint, 2010 Tənha ürəklərin evi. Bakı: 2010 Mavi mələklər. Bakı: Qanun, 2011 İnsan ovu. Bakı: Qanun; Əli və Nino, 2011 İnsan ovu. (tərcümə M.Dadaşqızı) Bakı: Zərdabi LTD, 2011 İngilis bulvarı. Bakı: Qanun, 2011 Ölümü özün seç. Bakı: Qanun, 2011 Bakı bulvarı (roman). Bakı: Qanun, 2011 Milad bayramında açılan atəş. Bakı: Zərdabi LTD, 2011 Abırlı adam. Bakı: Qanun, 2011 Tver bulvarı. Bakı: Qanun, 2011 Məntiq qaydaları. Bakı: Qanun; Əli və Nino, 2012 Dərdimə şərik ol. Bakı: Qanun; Əli və Nino, 2012 Hammurapi qanunu. Bakı: Qanun; Əli və Nino, 2012 Prezident ovu. Bakı: Qanun; Əli və Nino, 2012 Xəzinədar. Bakı: Qanun; Əli və Nino, 2012 Yekun diaqnoz. Bakı: Qanun; Əli və Nino, 2012 Sutenyorun qəlbi. Bakı: Zərdabi LTD, 2012 Bakı bulvarı. Bakı: Qanun; Əli və Nino, 2013 Eramızın əzəlində sui-qəsd. Bakı: Zərdabi LTD, 2013 Mənim gözəl alibim. Bakı: Qanun; Əli və Nino, 2012 Yeni cəngavər qadınların qəbiləsi (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Uzun çəkən sözardı (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Soyuğu qoruyanlar. Bakı: Qanun; Əli və Nino, 2013 Qərb bürküsü (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Şərq küləyi. Bakı: Qanun; Əli və Nino, 2013 Soyuqdan dönməyən casuslar (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Əclafların qanunu. Bakı: Qanun; Əli və Nino, 2014 Əclafların kredosu. Bakı: Qanun; Əli və Nino, 2014 Balkan sindromu. Bakı: Qanun; Əli və Nino, 2014 Transilvaniya səfəri. Bakı: Qanun; Əli və Nino, 2014 Uğursuzun hekayəti .Bakı: Qanun; Əli və Nino, 2014 Namərdin üslubu (kitab). Bakı: Qanun; Əli və Nino, 2014 və digər.