Mən sevginin özüyəm. Sən sevməyi bilməmisən… Bircə dəfə yanağımdan ürəyimə süzüb gələn göz yaşımı silməmisən… Sevgi mənəm… Cırmaq – cırmaq, Addım – addım, Aşa – aşa, Çaşa – çaşa məhəbbətdən dönməmişəm… Sevgi mənəm, Sən ölsən də… Yaşayacam kainatda, bil ki, hələ ölməmişəm.
Gücüm çatmır ayrılmağa, Gəl yaramı özün bağla… Bəlkə fürsət yaranardı, sonuncu kəz danışmağa… Bu son vida… Əmin ol ki, sovurulacaq bundan belə, gəlib – gedən bəla – qada… Nəfəsimdə iniltini, içimdəki qımıltını, evimdəki hənirtini yox edəcəm… Darıxma, tez gedəcəm… Qalmayacam…. Bu ölkədə, bu həyatda, kainatda olmayacam… Sağlığında qiymət verin insanlara demişdilər… Nə olsun ki? Demişdilər… Mən sağ ikən görməmişdim o qiyməti, o dəyəri…. İçim nisgil, çölüm nisgil… Dərd içində qıvrılıram… Yanıb göyə sovuruluram… Gəl yaramı bağlamağa…. Tut əlimdən danış görüm. Mən beləyəm. Sən necəsən?
Ruhunla tanış deyiləm… Daha danışan deyiləm… İçimdəki o qığılcım sönüb artıq… Sənə qarşı ruhumdakı o şəfqət də dönüb artıq… Üzü dönsün ayrılığın deyirdilər… Dönməz olsun. Ayrılıqdan betəri var… Dözə – dözə inləyərsən… Sakitliyin içində sən göz yaşını dinləyərsən… Ruhuma bələd bir qadın, Yadımdan da çıxıb adın. Allaha yetir fəryadım, Daha danışan deyiləm.
Bu gün nəcib insan, kübar xanım, əsl ziyalı, sevimli müəllim, sevə-sevə dinlədiyimiz “Məktəb illəri” mahnısının sözlərinin müəllifi tanınmış şair Kamalə Abiyevanın doğum günüdür! Şad gün münasibətilə onu təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Kamalə xanım!
Bu gün Nuranə Rafailqızıının “Həkimlər depressiya deyir…” adlı yeni şeirlər kitabı ”Mücrü” nəşriyyatında işıq üzü görüb. Bu barədə nəşriyyat məlumat yayıb.
Nuranə RAFAİLQIZI “Həkimlər depressiya deyir…” adlı yeni şeirlər kitabının işıq üzü görməsi münasibəti ilə “YAZARLAR” JURNALI tərəfindən yeni kitabların nəşrinə görə təqdim olunan “ZİYADAR” Mükafatı ilə təltif olunub. Diplomu doğrulama lingi >>>LAUREATLAR
YAZARLAR olaraq, Nuranə Rafailqızını təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! Uğurlarınız bol olsun, Nuranə xanım!
“Yazarlar” jurnalının № 07 (19) iyul-2022-ci il tarixli sayı işıq üzü görüb.
Jurnalın Ağdama həsr olunmuş bu sayında Ağdam, onun qəhrəman övladları, şəhidləri haqqında Nəzakət Kərimova-Əhmədovanın maraqlı yazısı və ağdamlı qələm adamlarından Rahim Üçoğlanlının (Rzayev), Əjdər Əlizadənin, Mina Rəşidin, Vidadi Turan Ağdamlının vətənpərvərlik ruhunda yazılmış şeirləri yer alıb. Bundan əlavə, sonda “Sözün Ağ rəngi” layihəsi çərçivəsində Qarabağ, Ağdam deyə-deyə yurd həsrəti ilə dünyasını dəyişən tanınmış şair Şahmar Əkbərzadənin ruhuna hörmət əlaməti olaraq onun həyat və yaradıcılığına geniş yer verilib.
“Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac həm 30.06.2022-ci il Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında, həm də 01.07.2022-ci il tarixində Atatürk Mərkəzində təqdimat zamanı Ağdam ədəbi mühitindən söhbət açmış, jurnalın № 07 (19) iyul sayında yer almış Şahmar Əkbərzadənin hələ ötən əsrin ortalarında (1966) qələmə aldığı “Vətən” adlı
Sui-qəsd ediblər şan-şərəfinə!
Edam olunubdur beş hərfin də!
“Və” keçib sərhədin o tərəfinə,
“Tən”qalıb sərhəddin bu tərəfində!
İmkan yox tikanlı sətri pozmağa,
Pozanım olsa da, poza bilmirəm.
Ürəyim gəlməyir bütöv yazmağa,
Mən səni bitişik yaza bilmirəm.
Sən iki hecalı bir sözsən “və-tən!”
Sətirdən-sətrə ķecirilmisən!!!
– şeirini iki dəfə təkrar-təkrar tədbir iştirakçıların diqqətinə çatdırmış, mövcud problemlərdən söhbət açmışdır.
O demişdir: “…Mənfur düşmən, məkirli qonşumuz bədnam əməlləri ilə düz otuz il bizi ləngitdi. Nəticədə, Şahmar Əkbərzadə, Xudu Məmmədov kimi dəyərli ziyalılarımızın hələ ötən əsrin ortalarında qaldırdığı problemlər arxa plana keçdi. Arazdan, Urmudan, Göyçədən, İrəvandan, bütöv Azərbaycandan yazmaq əvəzinə, Qarqardan, Həkəridən, Qarabağdan, Ağdamdan, Laçından yazmağa məcbur olduq. Şükür Allaha bu bəladan qurtulmuşuq. Qalan xırda məsələlər də tezliklə öz həllini tapacaq. İndi qələm adamlarınınəsas məsələdən yazmaq vaxtı çoxdan gəlib çatmışdır. Bu, bizim vəzifə borcumuzdur…”
Üzqabığına uyğun olaraq tanınmış şair Mina Rəşidin rəsmi çıxarılıb.
Bu sayda yer alan bütün yazarlarımızı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Şair Vidadi Turan Ağdamlının rəhbərlik etdiyi redaksiya heyətinin ərsəyə gətirdiyi “Tər çiçəklər” adlı növbəti poeziya antologiyası işıq üzü görüb. Topluda yer alan bütün müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsaun, dəyərli yazarlarımız!
Bakı, “Maarif” nəşriyyatında 424 səhifədən ibarət nəşr olunmuş kitabın redaktoru Vidadi Turan Ağdamlı, Texniki redaktoru Mehri Ağdamlı, korrektoru Təranə Tunar, dizayneri isə Fariz Məhərrəmovdur. Bu xeyirli işdə bütün əməyi keçənlərə təşəkkürümüzü bildiririk!
QARDAŞ (İlqar Mirzəyevin əziz xatirəsinə) Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.