Sən sevib-sevilməyi çoxdan unutdun, qadın! Sən bir ömür yaşadın, amma məmnun olmadın. Dərdlərini bilmədi, nə qohumun, nə yadın, Fikrin, düşüncən oldu tez böyüsün övladın.
Sən xoşbəxt yaşamağın dadını da bilmədin, Təbəssümün az oldu, heç ürəkdən gülmədin. Qəlbdə olan ağrını sən hamıdan gizlədin, Artdı, anbaan artdı qəm yükün taleh dərdin.
Qəlbindəki həsrətin öz köksünə sığmadı, Bulud kimi dolaraq yağıştəki çağladın. Kədərini, qəmini gizli tutdun saxladın, Dərdini pünhan edib, eşq qapısın bağladın.
Düz amalla yaşadın, ifrata da varmadın, Gündüzləri ovunub, gecələri ağladın. Duyğunla, hisslərinlə bu cahana sığmadın, Dünya çox kiçik oldu, sənsə kainat, qadın!
Göytəpə şəhəri – 16.02.2022
Şəhla Rəvan, Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair.
Layihə rəhbəri: İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
Yeni kitab təqdimatı Bu günlərdə Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan, “Həməşəra” Fəxri Diplomu laureatı, dəyərlimiz şairə xanım Zeynəb Alıhüseynqızının sayca dördüncü şeir kitabı öz şəxsi vəsaiti hesabına işıq üzü görmüşdür.
Kitabın əsas məlumatları: Kitabın adı: “Şəhidlər” (Şeirlər, ağılar və mərsiyələr toplusu) Müəllif: Zeynəb Alıhüseynqızı Redaktor: Arzu Əyyarqızı (“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist) Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist) Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı Nəşr olunduğu il: 2025 Çap növbəsi: Birinci Kağız formatı: 60×84 1/16 Səhifə sayı: 112 səhifə.
Kitab barədə: Bu kitab Zeynəb xanım Alıhüseynzqızının şeir və poeziya sahəsində oxucularının görüşünə gəlmiş sayca dördüncü kitabıdır. Bundan öncə onun 2017-ci ildə “Nə qədər sualım cavabsız qalıb” ilk, 2018-ci ildə “Allah, məni Əhli-Beytə dost eylə” adlı ikinci, bir müddət öncə isə “Ana sevgisi” adlı şeir kitabları çap olunmuşdur. Şair xanımın bu kitabında əsasən xalq şeiri üslubunda şəhidlərlə bağlı 60-dan çox şeirlər, ağılar və mərsiyələri yer almışdır. Tərəfindən və eləcə də Zeynəb xanım tərəfindən qələmə alınmış iki ayrı ön sözlərdən sonra kitabın birinci fəslində Qarabağ Savaşında canını qurban vermiş əziz şəhidlərimiz, ikinci fəslində isə Peyğəmbər və onun Əhli-beyti haqqında qələmə alınmış ədəbi nümunlər təqdim edilmişdir. Kitab Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair-publisist Arzu xanım Əyyaqrızı tərəfindən redaktə edilmiş, tərəfimdən isə məsləhətçi redaktor olaraq şeirlər üzərində müəyyən düzəliş və korrektor işləri həyata keçirilmişdir. Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin nümayəndəsi Zeynəb xanım Alıhüseynqızını işıq üzü görən sayca dördüncü şeirlər kitabına görə səmimi qəlbdən təbrik edir, mənə göstərdiyi etimada və səmimiyyətə görə minnətdarlığımı bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Bu arada kitabın redaktoru, əzizimiz və dəyərlimiz Arzu xanım Əyyarqızına, eləcə də “Elm və təhsil” nəşriyyatına təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!
İlqar İsmayılzadə fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist 08.01.2026
“Həməşəra” Mətbu Orqanı – 10 il (Bir mətbu orqanın təqdimatı və 10 illik hesabatı) “Həməşəra”: Müasir və doğma Cəlilabadın qədim adıdır. Bu ad əslində “Ən böyük şəhər” mənasını yetirən və zaman ötdükcə fonetik baxımdan dəyişikliyə uğramış “Əbərşəhr” sözünün təhrif olunmuş formasıdır. Bu il özünün 10 illik yubileyini qeyd edən “Həməşəra” müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı da məhz həmin tarixi və qədim adı daşıyır. Mətbu orqan Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 19.03.2020 tarixində № 4297 ilə qeydiyyata alınmışdır.
Yaranma tarixi: “Həməşəra”: müstəqil elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanı 01.10.2015 tarixində Bakı şəhərində təsis edilmişdir. Mətbu orqanın ilk təsis mərhələsi “Facebook” sosial şəbəkəsi üzərində həyata keçmiş və internet üzərindən fəaliyyətə başlamışdır. Lakin 2020-ci ilin ikinci yarısından (2020, iyul) etibarən rüblik mətbu orqanı olaraq məhdud tirajda nəşr edilməyə başlamışdır.
Adın dəyişdirməsi: “Həməşəra” mətbu orqan 01.10.2015 tarixindən etibarən 08.10.2021 tarixinə kimi “Cəlilabad” olsa da, 08.10.2021 tarixindən bu günədək “Həməşəra” adı ilə fəaliyyət göstərir.
Mətbu orqanın devizi: “Həməşəra” mətbu orqanının ilk əvvəldən istifadə etdiyi deviz (şüar) “Dəyərliləri dəyərləndirmək borcumuz və fəxarətimizdir!” cümləsindən ibarət olmuşdur. Kağız formatında çap olunan mətbu orqanın devizi isə belədir: “Hər bir millətin süqutu öz keçmiş tarixini unudarkən başlayır!”
Hədəf: “Həməşəra” mətbu orqanının əsas hədəfi çoxşaxəli və genişdir. Belə ki, bu mətbu orqan Odlar Yurdu Azərbaycan Respublikasının ayrılmaz parçası olan Muğan elləri və xüsusilə də onun ən böyük şəhəri və mərkəzi olmuş qədim Həməşəra (müasir Cəlilabad)-la bağlı aşağıda sadalanan mövzuların araşdırılması və təbliğini öz üzərinə götürmüşdür:
Tarix;
Mədəniyyət;
İncəsənət;
Folklor;
Etnoqrafiya;
Toponimlər;
Müxtəlif (siyasət, mədəniyyət, incəsənət, tarix, idman, ədəbiyyat və s.) sahələrə aid olan dəyərli insanların təqdimatı…
Yayımlanan statusların sayı: “Həməşəra” mətbu orqanının Facebook sosial şəbəkəsi üzərində fəaliyyət göstərən səhifəsində 01.10.2025-ci ildən etibarən bu günədək 3500-dən çox təbiət, tarix, mədəniyyət, incəsənət, ədəbiyyat, kitabşünaslıq, təqdimat və s. kimi müxtəlif kateqoriyalar üzrə statuslar hazırlanaraq paylaşılmışdır. Paylaşılmış statuslar isə ümumi baxımdan aşağıdakı formatda olmuşdur:
Fotoşəkil və yazılı statuslar – 95%
Video statuslar – 4%
Digər (faydalı internet linkləri və s.) statuslar – 1%.
Bəyənənlər və izləyicilər: “Həməşəra” mətbu orqanının rəsmi FB səhifəsi bu günədək 4930 nəfər tərəfindən bəyənilmiş və izlənilməkdədir. Lakin paylaşılan statuslar minimum 500, maksimum 53.000 nəfər tərəfindən izlənilir.
Səhifənin izlənildiyi ölkələr: “Həməşəra” mətbu orqanının rəsmi FB səhifəsi əsasən Azərbaycan Respublikasının ərazisindən, bundan əlavə digər ölkələrin ərazisindən izlənilir. Bunu ümumi olaraq aşağıdakı kimi göstərmək olar:
Azərbaycan Respublikasının ərazisindən – 95%
Digər ölkələrin ərazisindən – 5%. Burada digər ölkələr dedikdə, əsasən Rusiya, qardaş Türkiyə, Almaniya, Albaniya, ABŞ, Kanada, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və s. ölkələr nəzərdə tutulur. Səhifənin izləyiciləri cinsiyyət baxımından 85% bəylərdən, 15% isə xanımlardan ibarətdir. Yaş qrupu isə 18-68 arası göstərilir.
Problemlər: Digər bütün sahələrdə olduğu kimi “Həməşəra” mətbu orqanının da təsis edildiyi ilk gündən indiyədək müxtəlif problemləri olmuş, bir sıra çətinliklərlə qarşılaşmışdır. Burada onlardan bir neçəsini sadalamaq olar:
Uzun illər boyu internet probleminin olması;
Ayrı-ayrı qərəzli və paxıl şəxslər tərəfindən heç bir sübut təqdim etmədən və əsassız olaraq plagiatda ittiham edilmək;
Min bir əzab-əziyyətlə araşdırıb yazdığım və status formasında ərsəyə gətirdiyim müxtəlif materialların dəfələrlə ayrı-ayrı media qurumları və şəxslər tərəfindən plagiat edilməsi;
Sifarişlə işləmək, görülən işlər qarşısında pul almaq, yaltaqlıq, məddahlıq və s. bu kimi ittihamlara qarşılaşmaq;
Dəyərləndirmə mədəniyyətinin formalaşmadığından görülən işlərin ayrı mənada anlaşılması…
Uğurlar: “Həməşəra” mətbu orqanının təsis edildiyi gündən bu günədək bir sıra mühüm uğurlara imza atılmışdır. Onların daha önəmli olanlarını aşağıdakı kimi sadalamaq olar:
Cəlilabad və onun qədim və tarixi adı olan Həməşəra adının ölkə və beynəlxalq səviyyədə şöhrətlənməsi və tanıdılması;
Doğma yurdumuzun dəyərli simalarının tanıtdırılması və təbliğ edilməsi, əslində isə cəmiyyət üçün gözəl örnəklərin göstərilməsi və dəyərlərin təbliğ edilərək yaşadılması;
Dəyərləndirmə mədəniyyətinin formalaşmasına dəstək verilməsi;
Mətbu orqan nəzdində “Həməşəra” Fəxri Diplomunun təsis edilməsi və indiyədək doğma Cəlilabaddan başqa Bakı, Lənkəran və Yardımlıdan olan, eyni halda müxtəlif sahələrdə uğurları və xidməti olan 50-ə yaxın dəyərli insana təqdim edilməsi.
Mətbu orqan nəzdində ədəbiyyat sahəsində “Nizami Gəncəvi” Fəxri Diplomunun təsis edilməsi və indiyədək Cəlilabad ədəbi mühitindən olan 6 tanınmış qələm əhlinə təqdim edilməsi;
Aşağıda adları sadalanan kitab, monoqrafiya və təqdimat əsərlərinin ərsəyə gəlməsi və işıq üzü görməsi:
“Kamillik zirvəsinin fatehi” (Hacı Paşa Rüstəmovun təqdimat);
“Müdrik insan” (Cahangir Muradovun təqdimatı);
“Cəlilabad Güləş Məktəbi”;
“Qələm tutan incə əllər (Cəlilabad ədəbi mühitinin xanım yazarları barədə ərsəyə gəlmiş və nəşr olunmuş ilk təqdimat əsəri);
“Şəhla Rəvan zirvəsi” (Şəhla Rəvanın təqdimatı)… Bundan əlavə, indiyədək Muğan ellərinin tarixi və mədəniyyətinə aid olan aşağıdakı xəritələr də hazırlanmışdır:
“Qədim Muğan şəhərlərinin xəritəsi” – 2020;
“Muğan zonasının müasir rayonları” – 2022;
“Küp qəbirləri xəritəsi” (Azərbaycan Respublikası ərazisində tapılmış küp qəbirlərinin xəritəsi) – 2022;
“İran ərazisində yerləşən Muğan zonasının müasir rayonları” – 2022;
“Qədim Muğan diyarı və onun şəhərlərinin xəritəsi” – 2025;
“Həməşəra şəhərinin xəritəsi” (Qədim Həməşəra şəhərinin kordinatları) – 2025… Sonda “Həməşəra” mətbu orqanı çərçivəsində qədim diyarımızın tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı və milli-mənəvi dəyərlərimizə davamlı, daha geniş və faydalı xidmətlərin həyata keçirilməsini arzulayır, bu sahədə bizə dəstək olan bütün səmimi və dəyərli insanlara öz səmimi təşəkkürümü bildirirəm!
22.12.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist
“Ziyadar” Mükafatı laureatları Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sistemi və “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, şair Sevinc Şirvanlının “Həsrətimi çəkəcəksən” adlı yeni nəşr edilmiş şeirlər kitabının təqdimat mərasimində “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist Zaur Ustac tərəfindən Cəlilabad ədəbi mühitinin bir neçə xanım nümayəndəsinə təqdim edilmiş “Ziyadar” Mükafatı (Fəxri Fərman və döş nişanı) ədəbi mühitimizin aşağıda adları çəkilən xanım yazarlarına təhvil verilmişdir:
Sevinc Şirvanlı (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı);
Pərvanə İsgəndərqızı (“Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair);
Arzu Əyyarqızı (“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, AYB və AJB-nin üzvü, şair-publisist);
Atlaz Rzayi (“Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair). Mükafat Zaur Ustac tərəfindən dəyərli xanım-yazarlara təqdim edilərkən onlara sağlamlıq, məsud həyat və yeni-yeni yaradıcılıq uğurları arzulandı, onlar da eyni halda belə bir diqqət və dəyərləndirməyə görə hörmətli Zaur Ustaca, həmçinin, yazıçı-publisist İlqar İsmayılzadəyə səmimi minnətdarlıqlarını bildirdilər… Məlumat üçün qeyd etmək lazımdır ki, “Ziyadar” Mükafatı bundan öncə 20.10.2020-ci il tarixində Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın (Sehla Revan) yubileyi və kitablarının təqdimat mərasimində ona təqdim edilmişdir.
Həm öz adımdan, həm də “Həməşəra ” mətbu orqanı tərəfindən ilk öncə bu iltifat və təltifin sahibi “Yazarlar” Jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist Zaur müəllimə minnətdarlığımı bildirir, eyni halda Cəlilabad ədəbi mühitinin bu il ərzində “Ziyadar” Mükafatına layiq görülmüş əziz və dəyərli xanım nümayəndələrini səmimi qəlbdən təbrik edərək, onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yaradıcılıq sahəsində davamlı uğurlar diləyirəm! 20.12.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist
Nəşr olunmuş yeni monoqrafiya Nəşr olunmuş əsərlərimdən biri də bir neçə il öncə araşdıraraq qələmə aldığım, eyni halda Muğan tarixi və mədəniyyəti ilə sıx əlaqədə olan olduqca maraqlı bir monoqrafiyadır.
Kitabın adı: Maddi-mədəniyyət nümunələrində Svastika simvolu” (Maddi-mədəniyyət nümunələrində mövcud olan Svastika simvolu barədə araşdırma) Müəllif: İlqar İsmayılzadə Naşir: “Həməşəra” Mətbu Orqanı Çapxana: “Qazi” Çap Mərkəzi, Cəlilabad Nəşr olunduğu il: 2025 Çap növbəsi: Birinci Kağız formatı: 60×90 1/16 Səhifə sayı: 44 səhifə.
Kitab barədə: Odlar Yurdu Azərbaycanın bir parçası sayılan sirli Muğan ellərindən tapılmış bir sıra maddi-mədəniyyət nümunələri barədə araşdırma apardıqda, onların üzərində Svastika simvolunun mövcudluğu diqqət və maraq doğurur. Məlum monoqrafiya uyğun mövzuya həsr edilərək aşağıdakı fəsillər əsasında araşdırılmış və təqdim edilmişdir: Birinci fəsil: Svastika simvolu barədə ümumi məlumatlar; İkinci fəsil: Muğan diyarından tapılmış svastika simvolları; Üçüncü fəsil: Svastika simvolu müxtəlif maddi-mədəniyyət nümunələrində. Beləliklə də əziz oxuculara təqdim edilən bu araşdırmada yuxarıda qeyd edilən fəsillər əsasında svastika simvolundan söz açılmış, barəsində əhatəli məlumatlar verilmişdir. Bu monoqrafiyada həm də bu günədək Muğan ellərindən aşkarlanmış dörd Svastika sivmolları barədə fotoşəkillər və lazım olan izahlar da yer almışdır. Bu elmi əsərin qədim və sirli tariximizin qaranlıq səhifələrinə işıq sala biləcəyi ümidi ilə! Sonda indiyədək işıq üzü görmüş sayca 49-cu məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş dəyərli insanlara səmimi minnətdarlığımı bildirir, bu monoqrafiyanın qədim və sirli Muğan tarixi və mədəniyyəti ilə maraqlananlar və uyğun sahədə araşdırma aparan tədqiqatçılar üçün faydalı bir məxəz olacağına inanır, onu bütün səmimi və vətənpərvər insanlara ithaf edirəm. 09.12.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist
Yeni kitab təqdimatı Bu günlərdə Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan, “Həməşəra” Fəxri Diplomu laureatı, dəyərlimiz şairə xanım Zeynəb Alıhüseynqızının sayca üçüncü şeir kitabı öz şəxsi vəsaiti hesabına işıq üzü görmüşdür.
Kitabın əsas məlumatları: Kitabın adı: “Ana sevgisi” (Zeynəb Alıhüseynqızının poeziya dünyasından bir damla) – Şeirlər toplusu Müəllif: Zeynəb Alıhüseynqızı Redaktor: Arzu Əyyarqızı (“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, şair-publisist) Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, yazıçı-publisist, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi) Naşir: “İmza” Nəşrlər Evi, Bakı Nəşr olunduğu il: 2025 Çap növbəsi: Birinci Kağız formatı: 60×84 1/16 Səhifə sayı: 112 səhifə.
Kitab barədə: Bu kitab Zeynəb xanım Alıhüseynzqızının şeir və poeziya sahəsində oxucularının görüşünə gəlmiş sayca üçüncü kitabıdır. Bundan öncə onun 2017-ci ildə “Nə qədər sualım cavabsız qalıb” ilk, 2018-ci ildə isə “Allah, məni Əhli-Beytə dost eylə” adlı ikinci şeirlər kitabı çap olunmuşdur. Şair xanımın bu kitabında əsasən xalq şeiri üslubunda həyatla bağlı, həm də müxtəlif mövzularda qələmə aldığı 80-dən çox yer almışdır. Kitabda təqdim edilmiş şeirlər Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair-publisist Arzu xanım Əyyaqrızı tərəfindən redaktə edilmiş, tərəfimdən isə məsləhətçi redaktor olaraq şeirlərdə müəyyən düzəliş və korrektor işləri həyata keçirilmişdir. Həmçinin, kitabda həm redaktor (Arzu Əyyarqızı), həm də məsləhətçi redaktor (İlqar İsmayılzadə) tərəfindən Zeynəb xanımın həyat yolu və ədəbi yaradıcılığı ilə bağlı iki ayrı ön söz yazılmışdır. Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin nümayəndəsi Zeynəb xanım Alıhüseynqızını işıq üzü görən sayca üçüncü şeir kitabına görə səmimi qəlbdən təbrik edir, mənə göstərdiyi etimada və səmimiyyətə görə minnətdarlığımı bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Bu arada kitabın redaktoru, əzizimiz və dəyərlimiz Arzu xanım Əyyarqızına, eləcə də “İmza” Nəşrlər Evinin direktoru dəyərli qardaşım Səbuhi Aslana, həmçinin, texniki redaktor və dizayner Nigar xanım Sadıqovaya göstərdikləri diqqət, peşəkarlıq və səmimiyyətə görə təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!
04.12.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist
Şəhla Rəvan tanınmışların təqdimatında Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın (Sehla Revan) təqdimatı rublikasında tanınmış ziyalılar, ədiblər, yazıçılar və şairlərin onun haqqında olan baxışlari ilə tanış oluruq:
“Cəlilabad ədəbi mühitinin xanım nümayəndələri arasında “Şəhla Rəvan” təxəllüsü və imzası ilə tanınan Şəhla xanım Mürsəlovanın özünəxas yeri və çoxsaylı imtiyazları vardır. Şəxsən mənim Şəhla xanımla uzaq qohumluq münasibətim olsa da onu olduğu kimi tanıyıb kəşf etməyim əslində ötən ilin (2024) son aylarına təsadüf edir. Belə ki, 2015-ci ildən təsis etdiyim və baş redaktoru olduğum “Həməşəra” Mətbu Orqanının rəsmi Facebook səhifəsində müxtəlif mövzularla bağlı hazırlayıb paylaşdığım statusları ötən ilin son aylarından etibarən diqqətlə izləyən və bir-birindən gözəl və səmimi şərhlər yazan “Şəhla Rəvan” adlı bir xanım istifadəçi diqqətimi cəlb etdi. Ətraflı tanışlıq və məlumat əldə etmək hədəfi ilə onun şəxsi profilinə daxil olduqda, Göytəpə şəhərindəki orta məktəblərdən birinin direktoru, eyni halda vətəni və dövlətinə sadiq olan ziyalı və kübar bir xanım olduğunu, bununla yanaşı həm də gözəl şeirlərin müəllifi olduğunu təsbit etdim. Beləliklə də ilk öncə Şəhla xanımın bir vətənpərvər və dövlətçi, ziyalı və görkəmli pedaqoq, ardınca isə bacarıqlı bir şair olduğuna vaqif oldum. Daha sonra araşdırma əsnasında onun vətən uğrunda canını qurban vermiş iki əzizimiz: Azərbaycanın Milli Qəhrəmanı şəhid Vüqar Mürsəloov və Mirəjdər Mürsəlovun doğmaca bibisi olduğunu da öyrəndim. Sonrakı fürsətlərdə isə Şəhla Rəvanın sözün həqiqi mənasında bir bacarıqlı və peşəkar ədəbi təhlilçi və tənqidçi olduğunu da kəşf etdim. Onun şəxsi keyfiyyətlərinə gəlincə isə bununla bağlı ayrıca kitab və məqalələrlə çıxış etmək olar. Həqiqətən də onun həyatda nə qədər kübar, yüksək mədəniyyət və intellekt sahibi, həmçinin, mehr-məhəbbət ocağı olmasının bir başqa tərifi, bir ayrı özəlliyi vardır.
Şəhla Rəvanın imtiyazları… Ümumi baxımdan bu günədək Şəhla xanımın aşağıda sadalayacağım imtiyazları və xüsusiyyətlərini təsbit etmişəm:
Şəhla Rəvan yarım əsrdən (50 ildən) çox bir müddət ərzində ədəbiyyat, xüsusilə də şeir və poeziya sahəsində olaraq müxtəlif vəznlər və formalarda, fərqli janrlarda bir-birindən gözəl şeirlər yazır. Onun qələmə aldığı şeirlər bir-birindən gözəl, mənalı, təravətli və təsirlidir. Şeirləri həm də daşıdığı ədəbi təxəllüsü kimi öz insani hislərini qoruyub saxlamış dinləyicinin qəlbi və ruhuna rəvan olub yol tapır. Bunun əsas səbəbi onun yalnız poeziya sahəsində malik olduğu ustalıqdan deyil, bununla yanaşı həm də qəlbinin ülvi hissləri və ruhunun dərinlikləri ilə şeir yazmasından ibarətdir. Bir sözlə, Şəhla Rəvan poeziyası şairin malik olduğu səfa-səmimiyyəti, ülvi hisləri və yüksək insani dəyərlər və keyfiyyətləri tərənnüm edir.
Şəhla Rəvan təkcə şair deyil, bununla yanaşı həm də peşəkar ədəbi təhlilçi və tənqidçidir. İndiyədək istər Azərbaycan ədəbiyyatının klassikləri, istərsə də müasir şairlərin şeirlərinə yazdığı geniş və mükəmməl ədəbi təhlillər onun həqiqətən də peşəkar bir ədəbi təhlilçi və tənqidçi olduğunu sübut edir.
Şəhla Rəvan uzun müddət jurnalistika sahəsində çalışmış və bu sahədə söz və təcrübə sahibi olan məsuliyyətli bir xanımdır.
Şəhla Rəvan dil və ədəbiyyat sahəsində iki ali təhsil almış ali savadlı bir pedaqoq, təcrübəli bir müəllimdir.
Şəhla Rəvan bu günədək elm və təhsil sahəsində 40 ildən çox əməyə malik olan dəyərli bir pedaqoqdur. Hal-hazırda da Cəlilabad rayon Şəhid Vasif Hüseynov adına Göytəpə şəhər 2 saylı tam orta məktəbinin direktoru, eyni halda müəllimidir.
Şəhla Rəvan Azərbaycan Respublikasının Milli Qəhrəmanı şəhid Vüqar Mürsəlovun və eləcə də Qarabağ müharibəsində canınını qurban vermiş şəhid Mirəjdər Mürsəlovun doğmaca bibisidir.
Şəhla Rəvan Cəlilabad rayonunun yüksək mədəniyyət və intellekt, aydın zəka səviyyəsinə malik olan görkəmli, eyni halda elit-ziyalı xanımlarından biridir.
Şəhla Rəvan Cəlilabad rayonunun ictimai-siyasi həyatında nüfuz və imza sahibi olan bir xanımdır. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) ən qabaqcıl ziyalı-xanım üzvlərindən biri, eyni halda Ərazi partiya təşkilatının sədridir.
Şəhla Rəvan sözün həqiqi mənasında çoxşaxəli və bacarıqlı bir xanımdır. Onun, yuxarıda qeyd edilənlərdən başqa, həm də idman, incəsənət, musiqi, rəssamlıq və s. sahələrdə xüsusi bacarığı var. O, həm də bacarıqlı bir piano ifaçısıdır.
Şəhla Rəvan bütün bunlardan əlavə, həm də həyatda vətən və dövlət üçün sadiq vətəndaş, övladları üçün gözəl və fədakar ana, əziz nəvələri üçün dəyərli nənə, məktəbdəki şagirdləri üçün mənəvi və qayğıkeş ana, iş yoldaşları, həmçinin, sərəncamında olan müəllim heyəti üçün ləyaqətli müdir, dostları üçün isə gözəl dost və etibarlı rəfiqədir. Cəlilabad ədəbi mühitinin bütün dəyərli xanım nümayəndələrinə sayğılarımı bildirərək, yuxarıda sadalananları nəzərə alıb, Şəhla xanımı ədəbi mühitimizin kraliçası adlandırmışam. Bu, mənim subyektiv baxışım olsa da onun arxasında sadaladığım əsaslar dayanır. Şəxsən mən bu subyektiv baxışımda yanılmadığıma əminəm. Çünki Cəlilabad ədəbi mühitində onun malik olduğu bütün özəlliklər və imtiyazları eyni halda təkrarlaya biləcək ikinci bir xanım yazar-şair mövcud deyil. Əslində Şəhla xanım bütün bu imtiyazları və dəyərlərinə görə cəmiyyətdə xüsusi hörmət sahibidir. Ona göstərilən sayğı və sevgilərin əsas səbəbi də budur. Elm, təhsil və xüsusilə də ədəbiyyat sahəsində səmərəli fəaliyyəti və xidmətlərinə görə təkcə 2025-ci ildə “Həməşəra” Mətbu Orqanı tərəfindən təsis olunmuş “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları ilə təltif edilmişdir. İndiyədək ədəbiyyat sahəsində qələmə aldığı bir-birindən dəyərli olan 5 əsərinin (şeir və ədəbi təhlillərə aid olan kitablarının) nəşrini mənə həvalə etməsi sözün əsil mənasında mənə böyük bir jest və fəxarətdir. Onun mənim qabil görmədiyim və həvəskarcasına qələmə aldığım şeirlərimdən bir neçəsi üçün təqdim etdiyi ədəbi təhlillərdən ibarət “Düşüncə dəryası” adlı kitabı və həmin kitabın ön sözündə haqqımda yazdığı təqdimat isə ömrümün sonunadək Şəhla xanım Rəvan kimi görkəmli bir şair, ədəbi təhlilçi və tənqidçidən aldığım ən böyük və fəxarətli bir hədiyyədir. Sonda doğma elimizin belə bir dəyərli xanım-xatını, elit-ziyalısı, pedaqoqu və filoloqu, ədəbi təhlilçisi və tənqidçisi, həmçinin şairi olan Şəhla xanım Rəvana uzun, sağlam və mənalı-məsud ömür, yeni və davamlı yaradıcılıq uğurları arzulayıram!
26.11.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, yazıçı-publisist
Təbriklər! Bu günlərdə Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvan (Sehla Revan) Azərbaycanın Xalq şairi akademik mərhum Bəxtiyar Vahabzadənin (1925-2009) xatirəsini əziz tutmaq və 100 illik yubileyinə ədəbi töhfə olaraq onun poeziya nümunələrinin təhlilinə həsr etdiyi “Ədəbi təhlillər” adlı kitabına görə “Yazarlar” Jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim edilən “Ziyadar” mükafatı ilə təltif olunub. Bununla bağlı ona “Ziyadar” mükafatı laureatının xüsusi diplomu və döş nişanı təqdim edilmişdir.
Bu uğura görə əzizimiz və dəyərlimiz Şəhla xanımı ürəkdən təbrik edir, ona uzun, sağlam və mənalı-məsud ömür, yeni yaradıcılıq uğurları arzulayıram! Eyni halda bu dəyərə və təqdimata görə tanınmış şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü və “Yazarlar” Jurnalının baş redaktoru hörmətli Zaur Mustafa oğlu Mustafayevə ( Zaur Ustac)-a dərin minnətdarlığımı bildirir, həyatda həmişə məsud olmasını arzulayıram!
22.11.2025
İlqar İsmayılzadə, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB və AYB-nin üzvü, yazıçı-publisist, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi