Etiket arxivi: NƏSR

“YAZARLAR” JURNALI

YAZARLAR JURNALININ İLK NÖMRƏSİ.

“YAZARLAR” JURNALI HAQQINDA :

Salam olsun! Siz bu yazını oxuduğunuz zaman indiyə qədər çap olunmuş “Yazarlar” jurnalının istənilən nömrəsini sifariş etməklə əldə edə bilərsiniz. Əlaqə vasitələri:

Mob (WhatsApp): 070-390-39-93
Mob: 070-500-63-36 WhatsApp: 070-356-71-26

Eyni zamanda yazılarınızı dərc olunmaq üçün “Yazarlar” jurnalına göndərə bilərsiniz. Əlaqə vasitələri:

E-mail: zauryazar@mail.ru və ya Mob (WhatsApp): 070-390-39-93

YAZARLAR.AZ

===============================================

BÜTÜN SAYLAR : >>> “YAZARLAR” PDF


Baş redaktor:
Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əli Kərim

ƏLİ KƏRİM

Əli Kərim (tam adı: Kərimov Əli Paşa oğlu) — azərbaycanlı şair, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı,

Əli Kərim (Əli Paşa oğlu Kərimov) 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Atası Paşa kişi fəhlə işləmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçir, III kursdan Moskvada, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirir və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Bakıya qayıtdıqdan sonra «Azərbaycan» jurnalının redaksiyasında işləmiş, şeir şöbəsinin müdiri olmuşdur.

Yaradıcılığı,

Əli Kərimin ömrü,öz şair sözü kimi,poeziyada atributa çevrildi. Bu gün onun üslubunu,deyim tərzini,söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində çıxmış «Təzə müəllim» şeiri olmuşdur. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında «İlk simfoniya» poeması mükafata layiq görülmüşdür. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca çıxan «İki sevgili» kitabı olmuşdur.

«İki sevgi» (1960), «Həmişə səfərdə» (1963), «Qızıl qanad» (1965), «Qaytar ana borcunu» (1970), «Uşaqlar və ulduzlar» (1971) «Səfərdən sonra» (1972), «Pillələr» (1978), «Gül və çörək» (1978), «Seçilmiş əçərləri» (I cild, 1974, II cild 1975), «Qayıt» (1983), «Pillələr» (1987), Seçilmiş əsərləri» (2 cilddə, 1991), «Mavi nəğmənin sahilində» (1991), «Neyləyim, şeirlə dərd söyləyirəm, (1999) və s. kitabları nəşr edilmişdir. Ona həsr edilmiş Feyzi Mustafayevin «Dinmə, ey kədər» (1986), Elza Kərimin «Nə xoşbəxt imişəm», Altay Məmmədovun «Tanıdığım Əli Kərim» xatirələr kitabları çapdan çıxmışdır. Şairin bədii yaradıcılığının tədqiqinə həsr edilmiş Cavanşir Yusiflinin «Azərbaycan poeziyasında Əli Kərim mərhələsi» (2005), «Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış» (2010), Sona Xəyalın «Əli Kərim» (2011) və b. monoqrafiya və məqalələrin adlarını çəkimək olar. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görmüşdür. Əli Kərim 1969-cu ilin 30 iyununda Bakıda vəfat etmiş, Göyçayda dəfn edilmişdir. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınmışdır. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir. Əli Kərim ədəbiyyata özünə məxsus üslubu ilə gəlmiş, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin diqqətini cəlb etmiş, özündən sonra gələn bir sıra şairlərə güclü təsir etmiş sənətkarlardandır. AMEA-nın Həqiqi üzvü, professor Tofiq Hacıyev onun yaradıcılığı barədə yazır: «Ə.Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: «Babəkin qolları»nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; «Heykəl və heykəlin qardaşı» poeması da həmin prinsiplə yazılmışdır – qəhrəmanın özü yox, hekəlidir. «Gül və çörək», «Sevirəm», «Bomba üstündə ev», «Çiçəklər iclasda» kimi şeirlərdə də vəziyyət eynidir, bu əsərlərdə mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir.

Həyat faktlarına xüsusilə poetik yanaşma, onlar üçün xüsusi poetik mühit yaratmaq üsulu şairin iri həcmli əsərlərində – poemalarında da saxlanır. İdman mövzusunda yazdığı «Bir santimetr haqqında ballada» poemasında iradə ilə ətalətin mübarizəsi gözəl, şairanə ekrana çevrilir və bu ekranda şairliklə kommentatorluq çox təbii əlaqələndirilir. Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: «İlk simfoniya» poemasını oxuyarkn əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir. «Heykəl və heykəlin qardaşı» poemasında müharibə səhnələri ilə sülh dövrünü təsərrüfat-quruculuq mənzəsinin poetik ritmləri sənətkarlıqla növbələşir, müxtəlif mövzular ustalıqla bütövləşir…»

,Şeirlərinə yazılmış mahnılar, 

·         Aybəniz Haşımova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi

·         Flora Kərimova, Nə gəlməz oldun, musiqi: Oqtay Kazımi

·         Səbinə Ərəbli, Yar gəldi, musiqi: Adil Gəray

·         Yaqub Zurufçu, Yar gəldi, musiqi: Adil Gəray

·         Vaqif Şıxəliyev, Azərbaycanım mənim, musiqi: Hacı Zirəddin Tağıyev

Haqqında yazılmış kitablar,

·         Feyzi Mustafayev – “Dinmə, ey kədər”

·         Cavanşir Yusifli – “Əli Kərim üslubu, yaxud fərdi yaradıcılıqdan ədəbiyyat tarixinə baxış”

·         Cavanşir Yusifli – “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”

·         Altay Məmmədov – “Tanıdığım Əli Kərim”

·         Sona Xəyal – “Əli Kərim”

·         Elza Kərimova – “Nə xoşbəxt imişəm”

Əsərləri,

Əli Kərimin Təbrizdə nəşr olunan Qaytar Ana Borcunu kitabı

1.   İki sevgili. Bakı: Azərnəşr, 1960, 60 səh.

2.   Həmişə səfərdə. Bakı: Azərnəşr, 1963, 63 səh.

3.   Qızıl qanad. Bakı: Azərnəşr, 1965, 132 səh.

4.   Qaytar ana borcunu. Bakı: Gənclik, 1970, 223 səh.

5.   Uşaqlar və ulduzlar. Bakı: Gənclik, 1971, 71 səh.

6.   Səfərdən sonra. Bakı: Azərnəşr, 1972, 192 səh.

7.   Tənbəl ayı balası. Bakı: Uşaqgəncnəşr, 1973, 15 səh.

8.   Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1974, 407 səh.

9.   Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1975, 185 səh.

10.Pillələr (roman). Bakı: Gənclik, 1978, 160 səh.

11.Qız və kəpənək. Bakı: Gənclik, 1979, 56 səh.

12.Qayıt. Bakı: Yazıçı, 1983, 288 səh.

13.Pillələr (roman). Bakı: Yazıçı, 1987, 262 səh.

14.Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Azərnəşr, 1991, 272 səh.

15.Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Azərnəşr, 1991, 251 səh.

16.Mavi nəğmənin sahilində. Bakı: Yazıçı, 1991, 197 səh.

17.Seçilmiş əsərləri. Bakı, Lider, 2004

18.Qaytar ana borcunu. Təbriz, Əxtər, 2008

19.Seçilmiş əsərləri. (I cild). Bakı, Şərq və Qərb, 2013

20.Seçilmiş əsərləri. (II cild). Bakı, Şərq və Qərb, 2014

21.“Nə xoşbəxt imişəm bir zaman, Allah!”. Bakı, Bakı Kitab Klubu, 2015

                        Mənbə: >>>> www.eli-kerim.net

ƏLİ KƏRİMİN YAZILARI

ADİLƏ NƏZƏRİN YAZILARI

>>>AŞIQ ƏLƏSGƏR >>>DƏDƏ ƏLƏSGƏR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LEYLA ƏLİYEVA

Leyla Əliyeva – şair, ictimai xadim.

Leyla ƏLİYEVA – şair, ictimai xadim, “Bakı” jurnalının təsisçisi və baş redaktoru.

BİOQRAFİYA

YARADICILIQ

AZƏRBAYCAN

==================================================

HAQQINDA :

==============

ŞEİR DÜNYAM…

==================================================

SÖZ DÜNYASI :

==============

Люди

GEDİM . . .

ZƏHRAYA

O Захре…

MÜHARİBƏ


==================================================



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

İBTİDAİ SİNİFLƏR – ÇATIŞMAZLIQLAR

Zaur Ustac – şair, publisist.

ONUNCU YAZI

Salam, dəyərli oxucum! İndi düşünəcəksiz ki, müasir dövürdə  xüsusi ilə də aşağı siniflərdə uşaqların bu qədər dərsliklərlə, iş dəftərləri ilə və digər əlavə vəsaitlərlə yükləndiyi halda vəsait çatışmazlığından söhbət açmaq yersiz, həm də bir az gülüncdür. Bəri başdan nəzərinizə çatdırım ki, bu heç də düşündüyümüz kimi deyil. Söhbətin sonunda yekdilliklə belə bir qərara gələcəyik ki, həqiqətən çatışmazlıq var, eyni zamanda  qaldırılan məsələ son dərəcə aktual və ciddidir. Onu da qeyd edim ki, bu yazı – İBTİDAİ SİNİFLƏRDƏ VƏSAİT ÇATIŞMAZLIĞI – belə adlansa da təkcə ibtidai siniflərin, daha da konkret etsək, hazırlıq qruplarının, birinci və ya ikinci siniflərin problemi deyil, ümumuiyyətlə dilimizdə oxumağa başlayan, hərfləri öyrənmiş, oxu vərdişlərini  formalaşdırmaq, təkmilləşdirmək istəyən hər bir kəsin- istər yerli dil daşıyıcılarının (nəzərə alsaq ki, uşaqları böyük əksəriyyəti lap körpəlikdən Osmanlı ləhcəsində cizgi flimləri və serealların təsiri altında böyüyür, üstəgəl Vətənimiz  etnik cəhətdən də zəngin olduğuna görə uşaqların çoxu məktəbə qədər ya lokal dildə, ya da çox fərqli şivədə danışırlar) istərsə də xarici vətəndaşların üzləşdiyi ümumu çatışmazlıqdır. Bu yerdə hələ 2011 – ci ildə  çapdan çıxmış “GÜLÜNÜN ŞEİRLƏRİ”  kitabının girişində yazdığım sözləri xatırladım. O sətirləri aşağıda olduğu kimi verirəm: – “Belə ki, Gülü xanım təzə-təzə  birinci sinfə gedirdi. Mən də həmişəki kimi işdə idim. Evdən  zəng gəldi,  cavab verəndə Gülü mənə sevinə-sevinə dedi ki, Ata, “ A ” hərfini keçdik. Müəllim evə “A” – ya aid şeir tapşırıb, gələndə hərflərə aid  şeir kitabı al gətir. Dedim ki, oldu Gülü xanım. Məhdud vaxt içərisində ora – bura baxdım. Belə bir kitab tapa bilmədim. Çox maraqlıdır ki, bütün köşklərdə (kiosklərdə) başqa dillərdə belə maraqlı, əyləncəli uşaq şeir kitabları olsa da bizim dilimizdə yox idi. ” –  Nəzərinizə çatdırım ki, bir xeyli vaxt ötsə də vəziyyət dəyişməyib. Bu yazını oxuyandan sanra da çıxıb şəhərimizdə (hələ mən bölgələri demirəm) kitab dükanlarını, köşkləri (kioskləri) gəzsəz eyni mənzərənin şahidi olacaqsız. İngilis dilindəki vəsaitləri çıxmaq şərti ilə heç bir dildə ilkin oxumağa başlayan üçün sistemli pillə-pillə ardıcıllığı, oxunaqlığı, rahatlığı, asanlığı təmin edən oxu vəsaitləri yoxdur. İstər dərslik, istər sinifdənxaric oxu vəsaiti olsun, mənzərə dəyişmir. Mənimlə  razılaşarsız ki, nəinki orta statistik ibtidai sinif şagirdi, hətta valideyinlərin böyük əksəriyyəti tapşırıqları həll etmək bir yana dursun, heç şərtləri oxuyub, anlaya bilmirlər. Bu hal isə öz növbəsində təhsilimizdə mövcud ikinci böyük problemi – REPİTİTORLUĞU – kitabla tanışlığın ilk günündən labüd edir ki, bu da  uşağı qədəm qoyduğu təhsil sistemində ələbaxım öyrədir və sonrakı bütün pillələrində – doktorluğa qədər – izləyir. Böyük əksəriyyətin müstəqil düşünmək, araşdırmaq, öyrənmək qabilliyyətin birdəfəlik əlindən alır.  Halbuki,  bütün bu problemləri çox yox, bir-neçə seriya – təxminən üç səviyyəli – sadə bir və iki hecalı sözlərdən ibarət qısa, həm də uşaqlar, eləcə də dili yeni öyrənənlər üçün maraqlı olacaq hekayələrdən ibarət təxminən üç yüz adda kitabla həll etmək olar. Bunun üçün sadəcə bir – neçə il hansısa özəl və ya dövlət qurumu sistemli şəkildə məşğul olub, sonra da ilər boyu həm zəhmətinin nəticəsini –  xeyrini görər, həm də hamıya faydası olar. Bu yazının mövzusu, məqsədi  sadəcə oxu vərdişinin formalaşdırmaqdan ibarət olduğuna görə biz dərsliklərin ümumu və çoxlu problemlərinə toxunmuruq.  Bu mövzuda yetəri qədər yazırlar, danışırlar. Yuxarıdakı qısa haşiyyə sadəcə onula əlaqədər idi ki, birinci, ikinci sinif şagirdlərinin böyük əksəriyyəti hərfləri ayrı-ayrılıqda tanısalar da ilkin vaxtda hecadan sözə keçəndə böyük çətinliklə üzləşirlər. Sayı çox, sanbalı yox dərsliklər və iş dəftərləri uşaqları həddindən artıq yükləsə də bu təlabatı qarşılamır. Üstəgəl ilk gündən başlayaraq hər gün ildırım sürətli  proqramla  irəliləyən tədris yükü  uşaqları sıxır, yorur. Bunun kökündə isə onun sətbəst oxuya bilməməsi dayanır. Bəlkə də ən ciddi problem tapşırıqların özlərinin deyil, şərtlərinin olduqca çətin anlaşılan və alternativdə asan bir-iki hecalı sözlər olsa da çətin üç-dörd hecalı sözlərdən ibarət olmasıdır. Aydın məsələdir ki, belə olduqda istər oxu olsun, istər hesab uşaqların vəziyyəti çətinləşir. Bir daha qeyd edirəm ki,  ayrı-ayrı şəxslərin – işin içində olan pedaqoqların  –  məhdud sayda, əlbətdə öz imkanları daxilində etdiklərini nəzərə almasaq, bu sahədə heç bir iş görülmür. Halbuki, göründüyü kimi bütün təhsil sisteminin, ümumi götürsək bir fərdin ətraf aləmlə, dünya ilə tanışlığının təməlində dayanan, onun bütün gələcək həyatını sözün əsl mənasında müəyyən edən çox ciddi problemdir. Zənnimcə, bu məsələ ciddi araşdırılmalı, müsabiqələr təşkil olunmalı, bir –iki hecalı sözlərdən ibarət  sadə, qısa hekayələr kitabları yazılmalı və kütləvi tirajlarla nəşri, satışı təşkil olunmalıdır. Sonda onu da qeyd etmək istəyirəm ki, hal-hazırda dövriyədə  olan,  lap hecalı variantlarda olsa belə, uzun, çoxhecalı, çətin anlaşılan sözlərdən ibarət nağıl kitabları bu problemi həll etmək iqtidarında deyil. Gözəl tərtibatlı, mürəkkəb sözlərdən ibarət bahalı nağıl kitablarının əvəzinə,  məsələn, ingilis dilində  əyani nümunəsi bütün vitrinlərdə gözümüzün önündə olan kitablar kimi, sadə, ucuz oxunaqlı qısa hekayələrdən ibarət uşaq kitablarına çox ehtiyac var.

15 .01. 2017. Bakı.


QEYD:

Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında onuncu yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.

Müəllif: Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru



ƏLİ BƏY AZƏRİ HAQQINDA

Əli bəy Azəri – Əli Qurban oğlu Rzaquliyev.

ƏLİ BƏY AZƏRİ HAQQINDA

  • Əli bəy AZƏRİ – (Əli Qurban oğlu Rzaquliyev – d.15.07.1966, Zəngilan r. Vejnəli k.) — yazıçı-publisist, “Rəsmi Bakı” qəzetinin və “Xəzan” jurnalının baş redaktoru, müharibə veteranı.

Həyatı
Əli bəy Azəri 15 iyul 1966-cı ildə Zəngilan rayonu Vejnəli kəndində dəmiryolçu ailəsində anadan olub. Milliyyətcə azərbaycanlıdır. Məktəbəqədər tərbiyəni evdə alaraq 1973-cü ildə Vejnəli kənd ibtidai məktəbinin birinci sinifinə daxil olub. 1976-cı ildə həmin məktəbi bitirdikdən sonra 6-7 kilometrlik məsafədə Araz çayının sahilində yerləşən qonşu Ağbənd qəsəbə səkkizillik məktəbin dördüncü sinifinə getməklə təhsilini davam etdirir. 1977-ci ildən öz kəndlərində səkkizillik məktəb açıldığından geriyə qayıtmalı olur və 1981-ci ildə bu məktəbin ilk məzunu olaraq fərqlənmə ilə natamam orta məktəbi bitirir. Həmin dövrdə Vejnəli uşaqları üçün təhsil almaq cəhətdən yaxınlıqda yerləşən və münasib sayılan Ordubad şəhər fizika-riyaziyyat təmayüllü internat məktəbində təhsilini davam etdirərək 1983-cü ildə onuncu sinifi bitirib orta məktəbi başa vurur.

Sənədlərini təqdim edib qəbul imtahanlarından müvəffəqiyyətlə çıxsa da o vaxtın sərt maneələrindən sayılan müsabiqədən keçə bilmədiyindən Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxumaq ona nəsib olmur. Tale onu tamam başqa bir istiqamətə göndərir.
1984-cü ildə Ukrayna SSR-in Xarkov şəhərində yerləşən Qvardiyalı Ali Hərbi Tank Komandirliyi məktəbinə daxil olan Ə.Rzaquliyev 1988-ci ildə “leytenant” hərbi rütbəsi verilməklə “tank qoşunları üzrə taktiki əməliyyat komandiri” hərbi, “təkərli və tırtıllı texnikanın mühəndisi” mülki ixtisaslara yiyələnərək adıçəkilən ali məktəbi bitirir.

May 1992-ci ilədək SSRİ Silahlı Qüvvələrinin tərkibində tank tağımı, tank bölüyü komandiri vəzifələrində hərbi xidmət keçmiş, “Kiyev-90” hərbi təlimində şücaət göstərərək fərqləndiyinə görə “baş leytenant” hərbi rütbəsini vaxtından əvvəl almışdır. SSRİ-nin dağılması ilə əlaqədar Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibə başladığından öz xahişinə əsasən Müstəqil Dövlətlər Birliyi Silahlı Qüvvələri Quru Qoşunları Komandanının əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir.
01 iyun 1992-ci ildən 30 noyabr 1992-ci ilədək Zəngilan rayonunda yerləşən 806 saylı hərbi hissə qərargah rəisinin müavini, 01 dekabr 1992-ci ildən isə həmin hərbi hissənin bazasında yaradılmış 865 saylı hərbi hissədə (Zəngilan Ərazi Özünümüdafiə Alayında) qərargah rəisinin müavini vəzifəsində hərbi xidmətdə olmuşdur. Bir sıra döyüş əməliyyatlarına rəhbərlik etmişdir.

Ermənistan-Azərbaycan müharibəsinin 1993-cü il yay-payız kompaniyası Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və ən nəhayət Qızıl Zəngilanın ermənilər tərəfindən işğalı ilə başa çatdıqdan sonra Müdafiə Naziri əvəzi polkovnik (indi general-polkovnik) Səfər Əbiyevin əmri ilə Beyləqan-Füzuli rayonları ərazisində Haramı deyilən yerdə yerləşən 181 saylı hərbi hissə tank taborunun komandiri vəzifəsinə təyin olunmuşdur. 1993-1994-cü illər qış kompaniyası zamanı Azərbaycan-Ermənistan cəbhəsində ən mühüm döyüşlərdən hesab olunan və müharibənin gedişində dönüş yaradan Haramı döyüşlərində iştirak edərək şücaətlər göstərmişdir. Müharibə veteranıdır.
Atəşkəs dövründə Beyləqan-Füzuli cəbhəsində yerləşən 181 və Xanlar (indiki Göygöl)-Kəlbəcər cəbhəsində yerləşən 172 saylı hərbi hissələrdə briqada komandirinin silahlandırma üzrə müavini xidmətini davam etdirmişdir. 2002-ci ilin noyabrında öz xahişi ilə “mayor” hərbi rütbəsində ehtiyata buraxılmışdır. Ailəlidir, iki övlad atasıdır.

Silahlı Qüvvələrdən tərxis olunduqdan sonra tale onu uzun ayrılıqdan sonra yenidən ədəbi mühitə qaytarır. Əli Rzaquliyev silahı qələmlə əvəzləyib Əli bəy Azəri olaraq yaradıcılıq cəbhəsində mübarizəsini davam etdirir.

O, yaradıcılığa erkən yaşlarından kiçik həcmli məqalələr yazmaqla başlayıb. “Təbiətin heykəli” adlı ilk məqaləsi 1976-cı ildə “Pioner” jurnalında dərc olunub. Sonra ara-sıra məqalələri “Pioner” jurnalında, “Azərbaycan Pioneri”, “Azərbaycan Gəncləri” respublika, “Kənd həyatı” rayon qəzetlərində, bir neçə şeiri “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunan Ə.Rzaquliyevin əsil jurnalistlik fəaliyyəti “Yeni Ordubad” qəzeti ilə bağlıdır. Hərbi xidmətdə olduğu dövrdə də mətbuatla əlaqəni kəsmir. SSRİ Silahlı Qüvvələrində olarkən Kiyevdə nəşr olunan “Leninskaya Znamya”, Moskvada nəşr olunan “Krasnaya Zvezda” hərbi qəzetlərdə bir neçə məqaləsi dərc olunub. Azərbaycan Silahlı Qüvvələrində xidmətdə ikən isə Zəngilanda çıxan “Zəngilanın səsi”, Beyləqanda çıxan “Beyləqan” rayon qəzetlərində hərdənbir çıxışlar edib. Hərbi xidmətdən sonra 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Mülki Müdafiə kafedrasında müəllim işləyərkən və sonralar “Xalq qəzeti”, “Respublika”, “Kredo”, “Sizin qəzet”, “Qafqazın səsi”, “Pres Azərbaycan”, “Ata yurdu”, “Bütöv Azərbaycan”, “Ədalət keşiyində”, “Etiraf”, “Azərbaycan övladı”, “Sabah nyus”, “Nyus Respublika”, “Gündəlik Bakı”, “Aydın fikir”, “Real pres”, “Ömür yolu”, “Sivil Azərbaycan” və sair qəzetlərlə əməkdaşlıq etmiş onlarla elmi və publisistik məqaləsini dərc etdirmişdir.

2005-ci ildən müstəqil olaraq “Qərbin qərbi”, 2007-ci ildən isə həftəlik “Rəsmi Bakı” qəzetinə baş redaktorluq etməklə jurnalistlik fəaliyyətini davam etdirir. Üç yüzdən çox müxtəlif səpkili məqaləsi qəzetlərdə dərc olunub”Poeziya günü”-1. almanax. səh.86.

“Yurd nisgili”, “Şah bərəsi”, “Qəmlibel müsibəti”, “Özününkülərin hədəfində”, “Hərbi Zəngilan”, “Məhəbbət piyaləsində zəhər”, “Arazgersdən keçən köç” “Çovğun” və “Generalın yefreytor vəkili” kitablarının müəllifidir. Dəfələrlə bədii və publisistik yazı müsabiqələrində iştirak etmiş və qalib olaraq mükafatlandırılmışdır.

Yazıçı Əli bəy Azərinin “Mübarizləşən vətən” hekayəsi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Vətənpərvərlik mövzusunda bədii və publisistik yazı müsabiqəsinə təqdim olunmuşdur.

Kitabları

  • “Yurd nisgili” (publisistika və hekayə), Bakı, “Min bir mahnı”, 2009. 208 səh. 500 nüsxə.
  • “Şah bərəsi”, Bakı,
  • “Qəmlibel müsibəti”, Bakı,
  • “Özününkülərin hədəfində”, Bakı,
  • “Hərbi Zəngilan”, Bakı,
  • “Məhəbbət piyaləsində zəhər”, Bakı,
  • “ArazGERSdən keçən köç” (povest). Bakı,
  • “Çovğun”, Bakı,
  • “Generalın yefreytor vəkili”, Bakı,
  • “ArazGERSdən keçən köç” (povest). Bakı, “Nurlan”, 2013. 224 səh. 500 nüsxə. (təkrar nəşr)
  • “Gəlin, tanış olaq” (publisistika), Bakı, “Elm və Təhsil”, 2015, 160 səhifə
  • “Şəhərli qızın dəli sevgisi” (povest və hekayələr) “Elm və Təhsil” 300 səhifə

Hekayələri

  1. Yuxu xəbərdarlıqdır
  2. Mücərrəd mövzu
  3. Sıldırımlı qayalıqdan enərkən
  4. İslamın şənbə qonaqlığı
  5. Çöban məktublar
  6. İnsan ümidlərlə yaşar
  7. Referendum
  8. Müşahidəçilər polis bölməsində
  9. Bank hesabı
  10. İstək
  11. Vaqif müəllimin cibgir oğlu
  12. Gecikmiş ruzi
  13. Mübarizləşən vətən
  14. Mələk – köpək qarı
  15. Nənəmin təndiri
  16. Qisas
  17. Pres maşını
  18. Diş həkimi
  19. Bank əməliyyatı
  20. Hacıxanım
  21. Çovğun
  22. Köhnə yapıncı
  23. Zəfərin çobanı
  24. Eşşək balası
  25. Peləqulağın bəy toyu
  26. Çətindərə
  27. Doğru seçim
  28. Lalə xanım
  29. Hərbi komendant
  30. Sərhədçi iti Buqamir
  31. Dost
  32. Böyük adam
  33. Məşədi bəri başdan
  34. Baş daşı
  35. Əl-Mənsur surəsi
  36. Zibil pulu
  37. Məcarə axtaran Samirə
  38. Çubuş və Martik
  39. İntihar tribunası
  40. Devolvasiya
  41. Maxelər
  42. Cibgirlər
  43. Qəribə sərnişin
  44. Tacirin vəsiyyəti
  45. Nənənin fətirləri
  46. Kompyuter İsmayıl.
  47. Tülkü Vilayət
  48. Cindar Kamal
  49. Qarpız dilimi
  50. Qaz Elbrus
  51. Köhnə il hara gedir
  52. Təhlükəsizlik qaydalar
  53. Əbülfət
  54. Pis uşaqlar
  55. Pulgir
  56. Saqqalın hörməti
  57. Qarın qutabı
  58. Atamın oğlu
  59. Dollardəyişən
  60. Dayə
  61. Babanın günahları
  62. Böyrək daşı
  63. Şər
  64. Doqquzuncu vaqon
  65. Möhlət
  66. Yağlı bəhanə
  67. Sevgi və borc
  68. Qapıçı
  69. Qurd ağzı
  70. Alış-veriş yardımçısı
  71. Qız Təvəkgülün brend ayaqqabısı
  72. 72.Bizi Umudsuz qoyma



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİN İLİN DOĞMASI – SEYRAN SƏXAVƏT

Seyran Səxavət – 75

Min İlin Doğması…

Söz halallıqdır. Söz dəyərdir… Söz hikmətdir… Bu gün ilahidən gələn hikmətin – Sözünün  halallığını ən uca dəyər kimi qoruya bilən və öz şəxsində dəyər anlayışını bütövləşdirən Seyran Səxavət müdriklik nərdivanının 75-ci məqamından yaşadıqlarına nəzər salır. Zirvədən yaşananlara boylananda geridə işıqlı bir cığır açmağı, şərəfli bir yol salmağı adamın bərqərar olduğu məqamı bir az da ucaldır. Düşünürsən ki, bütün maddi yoxluqlara, mənəvi əngəllərə rəğmən alın açıqlığı ilə bu uzunluqda yol qət eləyə bilmişəmsə, demək ki, yaşamağa dəyər… Və bu gün o yolun enişini, yoxuşunu, çalasını, çökəyini, cəfasını, səfasını xatırlayanda vicdanın başının altındakı qu tükündən balış kimi Səni dinləndirir, ruhuna rahatlıq gətirirsə, demək ki, yaşananlara da dəyər.

On il öncə doktoranturaya qəbul olanda Seyran Səxavətin yaradıcılığı mövzusunda araşdırma aparacağımı qarşıma məqsəd qoyub uzun bir yola çıxmışdım. Seyran müəllimin yaşadığı ünvanı, işlədiyi yeri bilsəm də, böyük yazıçı ilə qarşılaşmağa özümdə cəsarət tapa  bilmirdim, hər dəfə öz – özümə düşünürdüm ki, daha çox oxumalıyam və daha hazırlıqlı olmalıyam. Özümü bu görüş üçün bilik və düşüncə anlamında hazır hiss edə bilmirdim.

Söz vaxtına çəkər… 2012-ci ilin bu günkü günü –  çərşənbə axşamı idi. Həyat yoldaşım dedi ki, bizim Elşad – Elşad Ərşadoğlu zəng edib Seyran Səxavətlə bu axşam bizə gələcəklər. Sevincimin hüdudu yox idi. Bu günəcən əsərlərini, ruhunu oxuduğum sevimli yazıçımla ilk dəfə əyani görüşəcəkdik. Həmin axşam Seyran müəllim bizə pay gətirdiyi bayram sovqatının içində bir təndir çörəyi və duz vardı. İlk dəfə idi ki, kimsə qonaq gələndə bizə duz – çörək alıb gətirdiyini görürdüm. Biz həmin axşam bir süfrə başında duz – çörək kəsdik…Uzun və müqəddəs bir yola çıxdıq…

Bu illər ərzində hər addımımda mənəvi atam kimi sığalını başımda hiss elədim, Seyran müəllimi sadəcə böyük yazıçı kimi yox, Sözü boyda Adam olduğunu gördüm, bu on ildə mənim dünyamda Min ilin Doğmasına çevrildi Seyran Səxavət…

Gecəmi gündüzümə qatıb oxudum, araşdırdım, yazdım, çap olundum və müdafiə etdim… Bu yazdığım mənim üçün adicə dissertasiya, Seyran Səxavət mənim üçün mövzu, opponentim professor Asif Rüstəmlinin dediyi kimi, tədqiqat obyekti deyildi. Çünki sadəcə kitabxanalarda kar – kağızla əlləşib bu işi ortaya qoymadım. Düz beş il ruhumda, bətnimdə, mənəvi dünyamda yoğurub dünyaya gətirdim bu əsəri. İndi ürəklə deyə bilirəm ki, Seyran Səxavət mənim ilk övladımdı… Yuxusuz gecələrimin zəhməti, alnımın təri, gözlərimin nuru, barmaqlarımın qabarı – halalca əməyimlə böyütdüyüm ilk balamdı Seyran Səxavət…

Yenə həmin gecəyə – ilk görüşdüyümüz çərşənbə axşamına qayıdıram… “Yüz ilin kişisi”, “Bir stəkan hava”, “Ocaq daşı”, “Gözü işığa düşən adam”, “Qapıların o üzündə qalan dünya”, “Hamı elə bilirdi”, “Çayçı Rəşid”, “Alça çiçəyi”, “Toy havası”, “Qızıl teşt”, “Sanatoriya”, “Ağrı”, Boynu əyri kişi”, “İt intervüsü”, “Cəhənnəm”, “Gün ağladılar”,  “Qatil”, “Haram pul”,  “Daş evlər”, “Dar köynək”, “Palıd toxumu”, “Nekroloq”, “Yəhudi əlifbası”, “Bəhanə”, “Qaçhaqaç” kimi əsərləri oxuyanda düşünmüşdüm ki, bu adam ürəyində deyiləsi olan nəyi varsa, deyib, deyə bilib, deməyi bacarıb… Həmin gecə bizim evimizdəki bayram süfrəsinin başında səhər sübhəcən elədiyimiz söhbətlərdən anladım ki, Seyran Səxavətin sözlə ruhundan qopara bilmədiyi ağrıları da var – varlığını didib-parçalan ruhani ağrıları… “Mirzə Hüseyn” segahı oxuya-oxuya o ruhani ağrılarını gözlərindən axıtdı Seyran Səxavət…

Tonqal yandırdığımız bir bahar axşamı üşüdüm – ilikləriməcən üşüdüm… Deyəndə ki, nə qədər ki, Qarabağ torpağı erməni işğalı altındadı, kim özünü kişi hesab edir, etsin – mən özümü kişi hesab eləmirəm, kişilikdən istefa vermişəm.

Ruhun əzabını heç bir romana köçürmək olmur, Ustad! – dedim ürəyimdə. Amma özünə heç nə deyə bilmədim. Qıymadım…

Elə o günü ilk görüşün sevinci qarışıq Vətənsizlik ağrısıyla illərdi, ürəyimdə daşıdım…

Şükür bu günə… Vətənin daşı-daş üstdə qalmasa da, xarabalığına şükür… Qulu Ağsəs demiş, Şükür külünə… Şükür qayıdış gününə…

Dədəm, Gözün aydın olsun!  Bir gün nisgillə deyirdin ki, Şuşanın  ucalığından baxanda Təbriz, Dəmirqapı Dərbənd, Borçalı çökəyi və İrəvan görünürdü – bu gün isə, Şuşanın özünü görə bilmirik.

Şükür bu günə… Bu gün 75 mərtəbəli ömrün ucalığından baxanda Şuşan, Cəbrayılın, Kəlbəcərin, Xankəndin, Laçının, Qubadlın, Füzulin, – Vətənin görünür… Yurd yerin görünür… Xatirələrinə bələndiyin uşaqlığın görünür… Ata ocağın görünür, Ustad!

Və üfüqdə Günəş görünür… Bir gün yurdunda – doğma ocağında – ata evinin həyətində o Günəşin istisinə qızınacağın ümidi və diləyiylə… Sənə can sağlığı arzulayıram! Doğum günün mübarək, Ustad! 

Xəyalə Zərrabqızı – alim, yazar.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DİLÇİ- YAZIÇI DİSKURSU

Filologiya elmləri doktoru, Professor İsmayıl Kazımov və yazıçı Sadıq Qarayev.


DİLÇİ- YAZIÇI DİSKURSU

Sual: filologiya elmləri doktoru, Professor İsmayıl Kazımov.

Cavab: alim – yazıçı Sadıq Qarayev.
1. Bir yazıçı kimi əsərlərinizin dili üzərində necə işləyirsiniz?
– Xüsusi işləmirəm. Çalışıram ki, yabanı, mübahisəli bildiyim söz və terminlərdən istifadə etməyim.
2. Dilin gözəlliyi bədii əsərdə necə hiss edilməlidir?
– Sadə, xalqın çoxluğunun başa düşə biləcəyi sözlər, qısa cümlələrdə çox və aydın başa düşüləsi fikirlər öz əksini tapmalıdır.
3. Fikir və düşüncələrinizin daha təsirli ifadə edilməsi üçün hansı dil və nitq hissələrindən istifadə edirsiniz?
– Atalar sözlərindən, fikrə uyğun nitq hissələrindən.
4. Yazdığınız əsərlərdə dil faktı, dil hadisəsi və dili inkişaf etdirmək bacarığı necədir?
– Oxucular, xüsusilə dilçi alimlər və tənqidçilər bu suala daha dolğun cavab verə bilərlər. Məncə hər bir orta səviyyəli yazıçı dili az- çox inkişaf etdirir. Onu deyim ki, zənnimcə müəllifi olduğum romanları eyni məzmunda, digər xalqların yazıçıları yazsaydı, daha zəif olardı. Bu elə bizim dilimizin mükəmməl mahiyyət faktıdır.
5. ” Bədii dil fenomeni” ifadəsini necə başa düşürsünüz?
– Hər bir xalqın ədəbiyyatında , zamanı aşa bilən dəyərlərində dil fenomeni əsasında yazıçının idrak və təfəkkürünun vəhdətindən bədii dil mahiyyəti yaranır. Müəllifin və əsərin bədii gücünün nüvəsini təşkil edir.
6. Bədii mətni quranda hansı vasitələr köməyinizə çatır?
– Müxtəlif elm sahəsi üzrə, xüsusilə riyaziyyat, biologiya, fizika və kimya elm sahələri üzrə biliklər. Real gördüyüm hadisələr, eşidib, oxuduqların. Ən çox düşüncə və fantaziyalarım. Fikir kəndirinin uclarını tərpədəndə, sözlərin ardıcıl, dalğavari rəqsləri alınır. Və ya əksinə.
7.Qurduğunuz mətnlərdə intonasiya dinamikdir, ritmikdir, necə etmisiniz, bu uğurun əldə edilməsində?
– Xüsusi nəsə etməmişəm.İlham pərisi, həvəs və s. kimi fikirlərə inanmıram. Bu cür alınırsa, məntiqə borcluyam. Bir də, həmişə ciddi nəsə yazmağa başlayanda ALLAHDAN yeni fikir, ideya istəmişəm. Atamın dediyi “yazanda, danışanda çeynənmiş sözlərdən istifadə etmə. Gün dəyməmiş fikir, söz de, ya da sus”- nəsihəti köməyimə gəlir.
8. Tanınmış yazıçı kimi dilimizə münasibətiniz.
– Dilimiz qəhrəmandır. Dilimiz həqiqət, elm yüklü, üfüqləri geniş, zirvələri uca, mənası dərin, səmavi dildir. Çox uzatmaycam, sadəcə olaraq, əsrlər boyu imperiya dillərinə nəinki qalib gəlmiş, əriməmiş, əksinə, onlara təsir etmişdir. Güclü hücumlara məruz qalsa da, tənəzzül etməmiş, təkamül etmişdir. Bu gün də qloballaşmanın nəhəng dalğaları yaxın tarixdə bir çox dilləri aşındıracaq, qəti əminəm ki, dilimizə zərər verə bilməyəcək. Bilirsiniz niyə? Dil millətin öz mahiyyətindən ucalan şölədir. O ocaq yanırsa, milli kimlik yaşayırsa, dil də yaşaycaq. Əksinə, dil yaşayırsa, milli kimlik yaşayır. Bunlar dalğavari prosesdirlər, bir- birlərini doğrurlar. Dilimiz elə anamız, Azərbaycanımızdır.
9. Bədii informasiyanıın ötürülməsi və dilin bədii modellərinin yaradılması prosesində müəyyən çətinliklərlə üzləşmisinizmi?
– Xeyir. Məncə heç bir xalqın yazıçısı bu çətinliklə üzləşməz. Sən nə qədər dahi, kəşkaşani olmalısan ki, düşüncələrini ifadə etmək üçün bir millətin əsrlərə yaratdığı dil aciz olsun? Bu absurddur. Tarixdə məncə buna yeganə misal Quranın mətnindəki ərəb dili ilə o vaxta qədərki ərəb dili arasındakı fərqi göstərmək olar. Yəni , adi ərəb dili bu mahiyyəti tam aça bilmirdi. Yerdə qalan istənilən yazıçının fikirini onun ana dili ifadə edə bilər. Bilmirsə, demək dil özü bundan imtina edir, istəmir))
10. Həqiqi proza ( nəsr) poeziyadır. Sizin romanlarınızda bu- açıq aydın hiss edilir.
– Belədirsə, sevinərəm. Həm də həqiqi poeziya nəsr olmalıdır. Yəni bir aydın süjet xətti, məntiqi olmalıdır. Biletdən başlayıb, baletdə bitməməlidir .
11. Hər dövrün öz tənqidçiləri olur. Öncə tənqidçilər öz milli ruhu, mübarizlik və döyüşkənliyi ilə gələcəyə, necə deyərlər, yol açmışlar, iz qoymuşlar. İndiki tənqidçilər necə?
– O dövrün tənqidçilərinin yazılarını oxumamışam. İxtisasım biologiyadır. Siz deyirsinizsə, inanıram ki, belə olub. Sizin bu suallara da çətinliklə cavab yazdım. Bilirəm cavablarda qüsurlarım çoxdur, Siz, alimlər, yazarlar, oxucular üzürlü saysınlar. İndiki tənqidçilərdən çox azını tanıyıram. Və yazılarını az oxumuşam, onlar haqqında nəsə söz demək üçün, lazımdır ki, nə yazdıqlarını, demək istədiklərini ardıcıl, ciddi oxuyaq.
12.03.2021.



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

QURBAN BAYRAMOV

QURBAN BAYRAMOV HAQQINDA

Qurban BAYRAMOV – Bayramov Qurban Fərman oğlu — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985), Respublika Qarabağ Ağsaqqallar Şurasının üzvü (2001), Azərbaycan Ziyalılar Hərəkatı Ali Şurasının üzvü (2003), filologiya üzrə fəlsəfə doktoru (1979), Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi.

==================================================

QURBAN BAYRAMOV HAQQINDA :


QURBAN BAYRAMOV – 75

QRABAĞ AZƏRBAYCANDIR…

 QURBAN BAYRAMOV – 75

QURBAN BAYRAMOV – 75

QURBAN BAYRAMOV – 70

QURBAN BAYRAMOV – 65

==================================================

QURBAN BAYRAMOVUN BƏZİ YAZILARI :

Nazim Hikmət, Ceviz ağacı və Hidayətin essesi…

“Elmin və şeirin övladı – Hamlet İsaxanlı…”

LEYLA ƏLİYEVA – ŞEİR DÜNYAM…

ZAUR USTAC – QƏLƏMDAR OLMAQ MİSSİYASI

QURBAN BAYRAMOV – MAHİRƏ NAĞIQIZININ POEPORTRETİ

QURBAN BAYRAMOV – “ERMƏNİ MƏSƏLƏSİ” ƏDƏBİ-BƏDİİ MÜSTƏVİDƏ…

BAYRAM BAYRAMOV HAQQINDA – QURBAN BAYRAMOV YAZIR

==================================================



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

HƏSƏN BƏY ZƏRDABİ

Həsən bəy Zərdabi.

Həsən bəy Zərdabi haqqında

Həsən bəy ZƏRDABİ – Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayır.  1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyalarını tamaşaya qoyur. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edir. 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan “Əkinçi”nin nəşrinə başlayır. Lakin qəzetin ömrü uzun çəkmir və 1977-ci il sentyabrın 29-da nəşri dayandırılır. 1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur. Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyir. 1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunur. Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülür. Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu Həsən bəy Zərdabinin adını daşıyır.

İsmayıl Qasprinski, Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov.

Həsən bəy Zərdabi haqqında

Həsən bəy Zərdabi

“Brifinq” layihəsinin növbəti qonağı “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıdır.

Qurban Yaquboğlu: Həsən bəy Zərdabinin xüsusilə tərcümeyi-halı ilə bağlı qaranlıq, açılmamış, yaxud ictimailəşməmiş bir sıra məsələlər var. İstərdik, bu məsələlərdən başlayaq və “Zərdabi kimdir” sualına qısaca cavab tapmağa çalışaq.

– Çox maraqlı mövzudur. Təbii ki, Həsən bəy Zərdabi unikal şəxsiyyətdir. O, böyük azərbaycanlıdır. Biz onu gördüyü işlərə, göstərdiyi fəaliyyətə əsaslanıb böyük azərbaycanlı adlandırırıq. Əlbəttə, Həsən bəy Zərdabinin şəxsiyyəti, onun fəaliyyəti ilə bağlı sovet dönəmində çox ciddi şəkildə məşğul olublar. Sovet dönəminin də təbii ki, özünün müəyyən çərçivələri, müəyyən ideologiya var idi. İstər-istəməz məsələlər bu ideologiyaya tabe etdirilirdi. Yəni, Həsən bəyin həyat və fəaliyyətinin müxtəlif məqamları obyektiv araşdırmalardan bir qədər kənarda idi. Məsələn, onu əsasən ateist adlandırırdılar. Əslində isə o ateist deyildi.

Onun fəaliyyətini yoxsul fəhlə və kəndlilər üzərində qururdular. Guya Həsən bəy bu sinfin aparıcı liderlərindən olub. Əslində, Həsən bəy Zərdabi cəmiyyətdə təbəqələşmənin əleyhinə olub. O, ziyalı və böyük bir maarifçilik hərəkatına rəhbərlik edən şəxsiyyət idi. Həsən bəy Zərdabi təkcə milli mətbuatımızın əsasını qoymayıb. O, həm milli teatrımızın yaradıcılarındandır, həm də indi qeyri-hökumət təşkilatları adlandırdığımız xeyriyyə cəmiyyətlərinin əsasını qoyub. Bununla da gələcək üçün münbit şərait yaratdı, fəaliyyət prinsipləri ortaya qoydu.

“Əkinçi” qəzetinin çap olunması üçün Həsən bəy ciddi fəaliyyət göstərib. Bütün məhrumiyyətlərə dözüb. O dövrdə hürufat yox idi. Yazı dili, qaydaları tam müəyyənləşməmişdi. Yəni, indiki sözlə desək, medianın dili yox idi. Dil formalaşmalı idi. Klassik qəzetçilikdə mövcud olan korrektura sistemi mövcud deyildi. Həsən bəy bunları yaratdı.

Heç məqalə yazıb onu ortaya çıxaran jurnalist adlandıra biləcəyimiz insanlar çox az idi. Onlar mərkəzi mətbuatda rusca məqalələr yazırdılar. Ana dilində yazan çox az idi. Ona görə də biz “Əkinçi” qəzetini Azərbaycan milli mətbuatının bünövrə daşı hesab edirik.

Onun həyatının bir qaranlıq məqamını danışmaq istəyirəm. Bu yaxınlarda İstanbulda oldum. Orada “Qapalı çarşı” deyilən məşhur bir yer var. Orada əslən Gəncədən olan, babaları 1850-ci illərdə İstanbula köçən və vaxtilə xalça ticarəti ilə məşğul olmuş Kərim bəy məni muzeyə bənzər bir otağa apardı. Orada kimlər olmayıb? Həsən bəy Zərdabi də orada olub. Həsən bəy oradan 7 pud hürufat alıb gətirib. Hürufatı Bakı quberniyası mətbəəsi aldı, ondan sonra “Əkinçi” qəzeti çıxdı. Yəni, Həsən bəyin həyatında bu cür faktlar var.

O, çox mütərəqqi bir insan idi. Onun mütərəqqi olmasının səbəbi təkcə Moskva Dövlət Universitetində oxuması deyildi. Həm də ona istiqamət verənlər var idi. Həsən bəyin həyat yoldaşı Hənifə xanımın və qızı Qəribsoltan xanımın xatirələrini oxumuşam. Həsən bəyin həyatında mühüm rol oynayan anasının dayısı, məşhur general Fərəc bəy Ağayev olub. O, Ağcabədidə doğulub, çar mühafizə dəstəsinin rəisi olub. Ancaq xristianlığı qəbul edib. Nikolay Ağayev kimi çar ordusunda məşhur generallardan olub.

Niyə Həsən bəy Zərdabi tarixçi Solovyovun qızı ilə evlənmədi? Fərəc bəyin həyat yoldaşı rus idi. O, ömür boyu Fərəc bəyi xristian cəmiyyətinə çəkmişdi. Həyatının sonlarında Fərəc bəy gördü ki, ailə müqəddəs bir şeydir və xristianlıqdan sonra müsəlmanlığa döndü. Onun qəbri də Tiflisdə Mirzə Fətəli Axundovun dəfn edildiyi Nəbatət Bağındadır. Həsən bəyi də Tiflisə gimnaziyaya aparan məhz o olmuşdu.

Fərəc bəy ona tövsiyə etmişdi ki, gələcəkdə xalq üçün fəaliyyət göstərmək istəyirsənsə evlənəndə öz dinindən, soy kökündən olan bir xanımla evlən.

İlk dəfə 1925-ci ildə Azərbaycan milli mətbuatının yaradılmasının 50 illiyi rəsmi şəkildə qeyd olunub. Həbib Cəbiyev o zaman “Kommunist” qəzetinin redaktoru olub. Mərkəzi Komitədə qərara alınır ki, “Əkinçi” qəzeti ilə bağlı yazılar yazılsın. Çox məşhur publisistlərimizdən, pedaqoqlarımızdan olan Fərhad Ağazadə Həsən bəy Zərdabinin həyatını yazır. “Əkinçi” ilə bağlı bir kitabça buraxılır.

Şərif Mirzəyev müsəlman-türk mətbuatının 1918-ci ilədək senzorlarından biri olub. O, Tiflisdə yaşayırdı. Onunla müqavilə bağlanır. Deyilir ki, biz bu 50 illiyi yazacağıq. Həmin kitabçanı bu yaxınlarda rusca çap etdilər. Onun bizim arxivlərdə iki nüsxəsi var. Həmin kitabçada milli mətbuatımız və senzor məsələləri əks olunub. Yəni, senzorlar, əslində isə ruslar və ermənilər onlara necə müqavimət göstərib. Bu baxımdan mən Həsən bəy Zərdabinin ən düzgün tərcümeyi-halı kimi Fərhad Ağazadənin yazdığını götürürəm.

– Həsən bəy Zərdabi evlənərkən qız seçimi də maraqlı olub…

– Həsən bəy “Qafqaz” qəzetindəki elanda görür ki, Tiflisdə olan “Müqəddəs Nina” qızlar məktəbinin məzunları arasında bir türk qızı var. Onu bəyənir, Tiflisə gedir. Beləliklə, Hənifə Abayeva ilə tanış olur və evlənmək təklif edir. Çünki bilirdi ki, ona bu işləri görmək üçün ən böyük dayağı xanımı ola bilər. Xanım təhsilli, dünyagörüşlü və xalqına bağlı olmaldır. Eyni dinin, eyni etnik mənsubiyyətin daşıyıcısı olmalıdır ki, bu yükün altına girə bilsin.

– Bakıda qızlar məktəbinin açılmasında da Hənifə xanımın xüsusi rolu olub.

– Bəli. Hənifə xanımın özü o qızların təhsili ilə çox ciddi şəkildə məşğul olub. Hənifə xanımın da həyatı həddən artıq maraqlıdır. Biz onun həyatını geniş tədqiq etməmişik. Onu sadəcə pedaqoq kimi və Həsən bəyin həyat yoldaşı kimi araşdırmışıq. Heç pedaqoq kimi də tam öyrənilməyib. Ancaq onun necə müəllim olduğu, xatirələrdə necə yaşadığı aydınlaşdırılmayıb. Rusca çox mükəmməl bilirdi, yazırdı. Çox təəssüf ki, onun xatirələri sovet dövründə yazıldığı üçün Həsən bəy Zərdabi obrazını bizə tam çatdıra bilmir. Milliyyətçə balkar türkü idi. Deyilənə görə, onun qohumları indi də Nalçik və Nalçik ətrafında yaşayırlar. Bunu Şəmistan Nəzirlinin söylədiyinə istinad edirəm.

Həsən bəyin qızı Qəribsoltan Məlikovanın həyatı çox maraqlıdır. Həsən bəy mükəmməl ata idi. Əsl azərbaycanlı ata, valideyn necə olarsa, o da elə idi. Onu çox demokrat kimi təqdim edirlər. Amma Həsən bəyin mühafizəkarlığı da var idi. Məsələn, o, qızı Pəri xanımı Əlimərdan bəy Topçubaşova vermək üçün müəyyən şərt qoymuşdu. Şərt də bundan ibarət idi ki, bu mənim qızımı alır, düzdür? Bunu dolandırmaq üçün bir iş yeri, gəliri olmalıdır.

Ona görə də bu cütlüyün toy mərasimi bir müddət təxirə düşmüşdü. Bunun özü müəyyən mühafizəkarlıq, eyni zamanda məsuliyyət idi. Ənənələrə həddən artıq bağlı idi. Eyni zamanda məclislərdə yaxşı araq içirdi.

Həsən bəy haqqında donos yazmışdılar ki, guya o, Dağıstan və Zaqafqaziyanın cənub-şərq hissəsini Rusiyadan ayırıb Türkiyəyə birləşdirmək istəyir. Halbuki Həsən bəy bu vaxt Zərdabda, kənddə oturmuşdu. 50 dərəcə isti, ağcaqanadlar-filan… Həsən bəy elə-belə adam deyildi. Onun sürgün həyatı da çox maraqlıdır.

– Həsən bəy Zərdabinin qəzet bağlanandan sonrakı fəaliyyəti barədə də müxtəlif fikirlər var…

– Qəzet bağlanandan sonra pedaqoq kimi fəaliyyətini davam etdirir. Onun məqalələrini oxuyanda deyirsən ki, bu kişi nə istəyib? O, planlı iş görürdü. “Rus-türk gimnaziyaları” fəaliyyət göstərirdi. Həsən bəy deyirdi ki, burada müsəlman işləməyənədək müsəlman öz uşağını bu məktəbə verməyəcək. Beləliklə, özü könüllü gimnaziyaya müəllim getdi.

Ermənilər Həsən bəyi heç istəmirdilər. O, azərbaycanlıları ermənilərlə müqayisə edirdi. Üfüqdə ermənilərin bizə düşmən ola biləcəyini deyirdi. Yazırdı ki, ermənilərdə 40 il əvvəl xeyriyyə cəmiyyəti yaranıb, bizdə niyə yoxdur? Ermənilər teatr açıb, qəzetləri var. Bizdə niyə yoxdur? Onlarda birlik var, bizdə niyə yoxdur? Yazırdı ki, mərsiyəxanalara min manatlarla vəsait köçürülür, ancaq xeyriyyə cəmiyyətinə min manat köçürən yoxdur ki, biz iki şagird oxudaq. Bax, bu məsələləri qaldırırdı. Buna görə də ermənilər həmişə onun əleyhinə olub.

– Həsən bəy Zərdabinin dəfni necə olub? Çünki bu barədə müxtəlif mübahisəli məqamlar mövcuddur. Gerçəklik nədən ibarətdir?

– Həsən bəy Bibiheybət məscidinin yaxınlığında dəfn edilib və dəfn çox möhtəşəm olub. Onun dəfnindən foto var. Mən arxivdə o dəfnin bir neçə variantını görmüşəm. Orada təkcə azərbaycanlılar deyil, ruslar, ermənilər, gürcülər və digər xalqların nümayəndələri, ziyalı kəsim iştirak edib.

Həsən bəy Bakı Şəhər Dumasının üzvü idi. Qafqazda elmin-təhsilin inkişafı üçün kifayət qədər xidmətlər göstərmişdi. Özün də təkcə öz xalqının yox, bölgənin rifahı üçün çalışan insanlardan biri olub. Bakı üçün məxsusi çalışan insanlardan biri olub. Həmin dövrdə çıxan qəzetlər Həsən bəy Zərdabinin dəfnindən çoxlu material veriblər. Mərkəzi rus mətbuatı da onun vəfatı ilə bağlı yazılar yayımlayıb. Həmin vaxt Rusiyanın müxtəlif yerlərində Həsən bəyin vəfatı münasibətilə ehsanlar verilib. Hənifə xanımın, Əlimərdan bəy Topçubaşovun ünvanına başsağlığı mesajları gəlirdi. “Dəbistan” uşaq jurnalı bir nömrəsini tamamilə Həsən bəy Zərdabiyə həsr edib.

Onun cənazəsini İçərişəhərdən Bibiheybət məscidinin yaxınlığına çiyinlərdə aparıblar. Özü də bilirsinizmi necə? Məsələn, “Nicat” Cəmiyyətinin qarşısında dayanıb, yaxud hansısa gimnaziyanın qarşısında dayanıb orada matəm mitinqləri düzənləyiblər. Sonra isə Bibiheybət məscidi yaxınlığında dəfn edilib.

Sonralar bu qəbiristanlığın yol çəkilməsi prosesində köçürülməsi məsələsi olub. Həmin dönəmdə insanlara müraciət ediblər ki, gəlin öz doğmalarınızın məzarlarını köçürün. Bu zaman Qəribsoltan xanım iki nəfər tapır, atasının məzarını qazdırır, onun sümüklərini bir yeşiyə yığır. Abbas Zamanovun, Əziz Mirəhmədovun vaxtilə söylədiyi, Tahir Aydınoğlunun yazdığı məqalədəki fikirlər bundan ibarətdir. Həmin yeşiyi götürür, tramvaya qoyur, gətirib Zabrat ətrafında şəhər qəbiristanlıqlarının birində anasının yanında dəfn edir.

Sonradan – 1965-ci ildə Azərbaycan mətbuatının yubileyinin keçirilməsi məsələsi ortaya çıxanda deyirlər ki, yaxşı biz bu yubileyi keçirəcəyik, bəs Həsən bəyin məzarı hanı?

Beləliklə, axtarışa başlayırlar. Onda Qəribsoltan xanım ömrünün son illərini yaşayırmış. O, heç kimi qəbul etmirmiş. Çünki psixoloji gərginlik keçirmişdi. Bacısı Əlimərdan bəy Topçubaşovun həyat yoldaşı olan Pəri xanım Fransada, qardaşı Midhət bəy 1937-ci ildə güllələnmişdi. Bir qardaşı Səfvət də Türkiyədə… İtmiş-parçalanmış bir ailə… Sovet Azərbaycanında Həsən bəyin yeganə övladı qalıb. Gəlirlər Qəribsoltan xanımın evinə.

Azərbaycan SSR-in mədəniyyət naziri, məşhur bəstəkar Rauf Hacıyevin anası Nanə Hacıyeva özü zərdablı olub. Mən Səfvət Zərdabi barədə araşdırma aparanda Rauf Hacıyevin Nanə adı qoyulan qızı ilə danışmışam. Qəribsoltan xanımla Nanə xanımın qan qohumluğu olmayıb, sadəcə həmyerlidirlər və hər ikisi müəllimədir. Bunlar bir yerdə qalıblar. Hətta Şəmkirdə, Gəncədə bunların pedaqoji fəaliyyəti olub. Qəribsoltan xanım Nanə xanımın oğlu Rauf Hacıyevi oğulluğa götürüb. Ona təhsil verib. Üzeyir Hacıbəyovun yanına aparıb. Onu böyüdüb, şəxsiyyət kimi formalaşdırıb. Hazırda Rauf Hacıyevin nəvəsinin adı Qəribsoltandır. Özü də Qəribsoltan xanım Nanə Hacıyeva ilə birgə Yasamal qəbiristanlığında dəfn edilib.

Beləliklə, Həsən bəyin qəbrinin axtarışına çıxan şəxslər Qəribsoltan xanımın evinə gəlirlər. Qəribsoltan xanım onların heç birini qəbul etmir. Deyir ki, mənim atamın sümükləri sizin nəyinizə lazımdır? Atamın ailəsini pərən-pərən saldınız, övladlarını əsir-yesir etdiniz. Qardaşımın birini güllədiniz, biri bilmirəm hardadır. Bacım qürbətdə dünyasını dəyişib. İndi də atamın sümüklərini aparıb məhv etmək istəyirsiniz?

Gələnlər öz aralarında məşvərət edirlər ki, Qəribsoltan xanımı kim dilə tuta bilər?! Məşhur bioloq Mirəli Axundovun Məlikovlara qohumluğu olub. Deyiblər ki, Qəribsoltan xanım onu eşidər. Beləliklə, onu vasitəçi salırlar. Qəribsoltan xanım danışır ki, mən atamın sümüklərini yeşiyə yığıb gətirib anamın yanında dəfn etmişəm. Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələrini yığırlar, gedib Hənifə xanımın məzarının ətrafını qazırlar və o yeşiyi oradan çıxarırlar.

İndi məsələ bundan ibarətdir ki, Hənifə xanımın məzarı oradadırmı? Bax, bu məsələ var. Mənim bildiyim qədər, ehtimal edirəm ki, elə Hənifə xanımın məzarını da Həsən bəyin Fəxri Xiyabandakı məzarına köçürüblər. Çünki ortada Hənifə xanımın məzarı yoxdur. Olsaydı, ortaya çıxardı.

Bu ailənin nümayəndələrindən biri də Səfvət Zərdabidir. Mən onunla bağlı ayrıca kitab yazdım. Müxtəlif mənbələrdə yazırdılar, vikipediyada da var idi ki, Səfvət Zərdabi 1938-ci ildə dünyasını dəyişib. Mən Türkiyədə hər dəfə gedəndə köhnə kitab satılan yerlərə gedirəm, sahaflara baş çəkirəm. Çünki Azərbaycanla bağlı orada nadir, qiymətli kitablar, sənədlər, şəkillər olur. Bu sahaflardan mənim əlimə Azərbaycan Mühəndislər Dərnəyinin nizamnaməsi keçdi. Nizamnaməni alıb oxudum, gördüm onun qurucuları 11 nəfərdir, bu 11 nəfərin içərisində Səfvət Məlik-Zərdabi adlı bir nəfərin ad-soyadı var. Ankarada filan ünvanda yaşayıb, mühəndis olub. Buna qədər isə Nəsiman Yaqublu mühacirət mətbuatının formalaşmasında Səfvət Zərdabinin də iştirak etdiyini yazmışdı. Ancaq onun ölüm tarixi, doğum tarixi, hansı dərgilərdə işlədiyi qeyd olunmamışdı.

Məlik-Zərdabi oxuyanda dedim ki, bu elə Həsən bəyin oğludur. Çünki bilirdim ki, iki oğlu olub. Onun həyatını araşdırdım. 1967-ci ildə çıxan ”Türkiyə mühəndislər xəbərləri”nin bir sayını tapdım. Ondan sonra digər sayını tapdım, bunun şəklini gördüm, tərcümeyi-halına rast gəldim.

– Bu kim olub?

– Bu, Həsən bəyin sonuncu övladı olub. O, 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb.

1917-ci ildə bolşeviklər gəldi, çar Rusiyası ərazisində milli münasibətlər kəskinləşdi. Səfvət də təhsilini yarımçıq qoyub Bakıya qayıdır. Bakıda bir gənc olaraq, Həsən bəyin övladı olaraq cümhuriyyət quruculuğu prosesində iştirak edir. Əlimərdan bəy bunun yeznəsi idi axı. Əlimərdan bəy Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət bəyi özünə köməkçi – qələm müdiri götürür.

Bilirsiniz ki, nümayəndə heyətinə Parisə getmək üçün 3-4 ay viza verilmir. Səfvəti Parisə buraxmırlar və o qalıb bizim səfarətxanada çalışır. Hənifə xanımın oğluna, oğlunun anasının məktubu var. Səfvət anasına yazır ki, mən AXC hökumətinin xaricə oxumağa göndərdiyi 100 tələbənin sırasında olmaq istədim, amma imkan vermədilər. Əslində Həsən bəy Zərdabinin oğluna kim imkan verməyə bilərdi? Sadəcə, Səfvət Zərdabi Paris Sülh Konfransına gedəcək nümayəndə heyətinin tərkibində olduğu üçün, orada səfarətxanada çalışdığına görə tələbə ola bilməzdi.

Hənifə xanım 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə bir məktub yazır. Bildirir ki, mənim oğlum Səfvət Zərdabi burda deyil, Konstantinopoldadır. Onun ali təhsil almasına yardım edin.

Beləliklə, Səfvət Zərdabi Bakıya gəlir və 1923-cü ilədək burada qalır. Onu Almaniyaya təhsil almağa göndərirlər. Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir. 1927-ci Türkiyəyə gəlir və daha Azərbaycana qayıtmır. Deyirlər ki, Bakıda artıq bolşeviklər hakimiyyətdədir və milli adamları həbs edirlər, təqiblərə məruz qoyurlar. Həm də Əlimərdan bəy Topçubaşov da onun yeznəsidir. Hələ Həsən bəy Zərdabiyə də münasibət tam bəlli deyil. Səfvət bəy bunları nəzərə alaraq qayıtmır və orada Türkiyə Mühəndislər Dərnəyinin qurucularından olur. Ankaranın ən məşhur binalarının layihələndirilməsində iştirak edir. Biz sonradan axtarıb tapdıq ki, Türkiyə Memarlar Muzeyində onun fotosu var.

Səfvət bəy həm də bizim mühacirət mətbuatının yazarlarından biri olub. Bu adam atasının yolunun davam etdirib, publisist olub. Mən onun 10 məqaləsini tapdım. Hətta “Mücahid” dərgisində bir müddət redaktor kimi çalışıb. Türkiyədə Nəsihə adlı bir xanımla ailə qurub. Sonradan onun 1976-ci ildə dünyasını öyrəndik. Biz Səfvət bəyin məzarının harada olduğunu bilə bilmirik.

1960-cı illərdə SSRİ ilə Türkiyə arasında münasibətlər yaxşılaşmağa doğru getdi. Nümayəndə heyətləri səfərləri başlamışdı. Deyilənı görə o zaman Abbas Zamanov Türkiyəyə gedib Səfvət bəyi tapıb. Abbas Zamanov hətta ona Azərbaycana dönməyi də təklif edib. Deyib, yox, daha dönmək istəmirəm.

Bundan əlavə, 1990-cı illərədək Bakıda Tofiq bəyin qızı, Həsən bəy Zərdabinin nəvəsi yaşayıb. Onun adı Fatma Məlikova-Zərdabi olub. Mən arxivdən Fatma xanımın doğma bibisi, Əlimərdan bəy Topşubaşovun həyat yoldaşı Pəri xanıma yazdığı məktubunu tapdım.

Bizim görkəmli yazıçımız Əzizə Cəfərzadə Türkiyəyə çox gedib-gəlib. Fatma xanım yazır ki, Əzizə xanım mənə sizin məktubunuzu verib. Mən bilmək istəyirəm ki, siz Həsən bəy Zərdabinin nəyisiniz? Siz kimin qızısınız? Mənim bildiyimə görə Əlimərdan bəy Topçubaşovla bibim Pəri xanımın övladları Sevər, Ənvər olub. Mən burda Həsən bəy Zərdabinin sağ qalan yeganə nəvəsiyəm.

Məktubda yazır ki, məni əmim Səfvət bəyin taleyi məni maraqlandırır. 1970-ci ilədək biz onunla əlaqə qurmuşuq, məktublaşmışıq. Ancaq son illərdə nə onun özündən, nə də həyat yoldaşından xəbər yoxdur. Əgər bilirsinizsə, xahiş edirəm mənə əmimlə əlaqə qurmağa yardımçı olun. Yəni, belə bir məktub var. Mən həmin məktubun əslini çap etmişəm. Demək, əlaqələr var imiş.

İndi məsələ ondadır ki, biz gərək bəstəkar Rauf Hacıyevin şəxsi arxivinə girək, çünki dediyim kimi Rauf Hacıyev Qəribsoltan xanımın oğulluğu idi. Onların çox ciddi yazışmaları olub. Mən bir neçə dəfə getdim ki, bəstəkarların arxivlərinin harada olduğunu tapım. Bir nəticə əldə edə bilmədim.

Məsələ ondadır ki, Səfvət bəy çox fərqli fikrin, fərqli millətçi ideologiyanın sahibi olub. Liberal dünyagörüşünə sahib olmayıb. Buna görə də tədqiqatlardan çox kənarda qalıb.

Səxavət Həmid: Akif bəy, “Əkinçi” qəzetinin yaradıldığı dövrdə ictimai-siyasi vəziyyət necə idi?

– “Əkinçi” qəzetinin yaradıldığı dövr milli burjuaziyanın yeni formalaşma dönəmi idi. Bakıda artıq ABŞ-ın, Avropa dövlətlərinin neft şirkətləri artıq oturuşmağa başlamışdılar. Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev yeni-yeni gəlirdilər. Milli burjuaziyanın formalaşması üçün də milli təsisatlar lazım idi. Mətbuat da milli təsisatın bir elementi idi.

Biz Həsən bəy Zərdabini bir obraz kimi götürürük. Ancaq həmin dönəmdə qəzet açılması, teatrın yaradılması və sair təsisatlar üçün ictimai sifariş mövcud idi. Çünki milli burjuaziya həm teatra, həm də qəzetlərə sərmayə qoyurdu. “Həyat” qəzeti kimin idi? Bu qəzeti maliyyələşdirən Hacı Zeynalabdin Tağıyev idi. Yaxud Həsən bəy Zərdabinin Zədabdan sürgündən qurtulub Bakıya gəlməsini təşkil edən milli burjuaziyamızın nümayəndələri idi. Onlar da burada öz milli maraqlarını təmin etmək üçün milli təsisatları quracaq insanlara şərait yaradırdılar.

Məsələn, Hacı Zeynalabdin Tağıyevin evinin üst mərtəbəsində Həsən bəy Zərdabi yaşayırdı. Bu mülk Hacı Zeynalabdin Tağıyevin idi. Gör ona nə qədər dəyər verirdi ki, evinin üst qatını ona vermişdi. Fakt bundan ibarətdir.

Digər fakt bundan ibarətdir ki, 1905-ci ildə erməni-müsəlman qırğınlarında mərkəzi mətbuat və ermənilərin əlində olan mətbuat orqanları həmin bu qırğınlarda azərbaycanlıları günahlandırmağa başlayır. Halbuki qırğını başlayan da, onu aparan da ermənilər olub. Belə olan təqdirdə Hacı Zeynalabdin Tağıyev Həsən bəy Zərdabini, Əhməd bəy Ağaoğlunu, Əli bəy Hüseynzadəni və həmin dönəmdə çalışan mütərəqqi fikir sahiblərini bir araya gətirir. Deyir ki, siz də qəzet açın. Deyirlər necə açaq? Gərək Peterburqdan icazə verilsin. Artıq onun maliyyəsi hesabına və çarın xanımına olan iltifatına görə ona icazə verildi. Vorontsov-Daşkov Qafqaz canişini olandan sonra “Həyat” qəzetinin nəşrinə icazə verildi. Ancaq qəzetin 5-6 nömrəsi qeyri-leqal çıxmışdı. Şifahi şəkildə razılıq alınmışdı. Yəni, bu razılığı Həsən bəy Zərdabi almırdı ki…

Təbii ki, bu razılığı həmin dönəmdə milli burjuaziyanın nümayəndələri alırdı. Onlar azərbaycanlılara qarşı aparılan təbliğata qon qoyulmasını istəyirdilər. Çünki ermənilərin əsas məqsədlərindən biri Bakıya bütünlüklə sahib olmaqdan ibarət idi. Onlar başa düşürdülər ki, Bakının neft ehtiyatlarının hamısına sahib olmaq üçün azərbaycanlıları buradan çıxarmaq lazımdır.

Əhməd bəy Ağaoğlu bununla əlaqədar olaraq Peterburqa getmişdi. Bakı kəndlərinin köçürülməsi məsələsi var idi. Çünki Bakı kəndləri köçürüləndə neft ermənilərə və digər xalqlara qalırdı. Bizim milli burjuaziyamız buna razı olardımı? Təbii ki, idrak sahibləri, millət fədailəri bütün imkanlarını buna sərf edirdilər.

– Qəzetdə siyasi məsələlərə toxunmaq nə dərəcədə mümkün olurdu?

– “Əkinçi” elə siyasi səbəblər üzündən bağlandı. Həmin vaxt rus-türk müharibəsi başlamışdı. Camaat müharibəyə dair xəbərlərin dərcini istəyirdi. Müharibə xəbərlərinin dərcinə də imkan vermirdilər. Hətta dövlət teleqrafı ilə gələn savaş xəbərlərin “Əkinçi”də dərcinə imkan vermirdilər. Çünki burada artıq milli ruh yüksəlirdi. Artıq ruhanilər məscidlərdə gizli şəkildə yığışırdı, üzdə Rusiyaya xeyir-dua verirdilərsə, alt yapıda, gizli şəkildə Osmanlının bu müharibədə udmasını istəyirdilər. Ona görə də imkan vermirdilər ki, savaş xəbərləri orada getsin. Savaş xəbərləri verməyəndə isə qəzetin oxucusu azaldı.

Həsən bəy özü yazır ki, bizim 400 nəfər oxucumuz var idi və həmin 400 nəfərin çoxu üçün maraq kəsb edən informasiyalar olmadığı üçün biz oxucusuz qaldıq.

Zümrüd Kərimova: “Əkinçi” qəzetində işləyənlərin şəxsiyyəti ilə bağlı maraqlı detallar varmı?

– Biz qəzetimizin redaksiyasında mətbuat muzeyi yaratmışıq. Orda mətbuatımızın bütün dövrlərini əks etdirən fotolar, orijinal sənədlər, qəzetlər var. Orada bir foto var – “Əkinçi”lər.

Təbii ki, “Əkinçi”lərin kimliyi ilə bağlı yazılıb. Məsələn, Əsgər ağa Gorani, Əhsənül Qəvaid, Nəcəf bəy Vəzirov. Nəcəf bəy həmin vaxt Moskvada idi, Moskvadan yazırdı. Yəni, belə bir “Əkinçi”lər nəsli yetişdi.

“Əkinçi”nin ən böyük önəmi nədir? Bu gün biz mətbuatda nəyi müzakirə edirik? Mətbuatda müxtəlif fikirliliyin olmamasını, düzdür? İndi baxın ki, “Əkinçi” təzəcə yaranıb, tərtibaçısı yox, korrektoru yox, yazanı yox. Amma o nə edirdi? Bir tərəfdən şaxsey-vaxsey oxumağın, şəbih tamaşalarının xeyrinə olan, digər tərəfdən isə növbəti sayda onu tənqid edən yazılar verirdi. Bu, müxtəlif fikirlilik deyilmi? Biz Qərb mətbuatı deyirik və onun arxasınca düşürük. Qərb mətbuat tipi bu deyil? Bizim üçün onun əsasını Həsən bəy Zərdabi qoyub. Bu örnəyi yaradıb.

Bundan əlavə biz hazırda bəzən istinadlar olmadığını deyirik. “Əkinçi”nin bütün nömrələri tam transliterasiya edilərək 2 dəfə çap olunub. Baxın, orada bütün qəzetlərə istinad verilib. Türkiyə qəzetinə, Rusiya qəzetlərinə istinadlar var. Məlumat haradan alınıbsa, ora istinadlar var. Bu, istinadlar jurnalistikanın bir peşə kimi mədəniyyəti deyilmi? Yəni, “Əkinçi”lərlə bağlı bu cür məqamlar var.

Onu da deyim ki, biz “Əkinçi” qəzetini tədqiq etdiyimizi düşünürük. Ancaq o qədər də tədqiq etməmişik. Biz Həsən bəy Zərdabini yoxsul bir adam kimi təqdim edirik. O necə yoxsul oldu ki, Göyçay əraziləri onun babası Rəhim bəyin, atası Səlim bəyin mülkü idi.

Torpaq sahələri var idi. Yəni, onun əsli-nəsli kifayət qədər tanınan, imkanlı insanlar olub. Həsən bəyin yoxsullaşmış, imkansız bəy ailəsi olmasına dair səslənən fikirlər yalandır.

Onun atasının oğlunu Tiflisdə oxutmağa imkanı var idi. Moskvada təhsil xərcləri də az deyildi. Arxivdə sənədlər var. Biz yenidən Həsən bəy Zərdabiyə qiymət verəndə ona yoxsul insan kimi qiymət verməməliyik. Bu, sovet ideologiyasının gətirdiyi şeylər idi.

Bir daha deyirəm, Həsən bəy yoxsul insan deyildi. Sadəcə, pulunu-parasını millət yolunda fəda edən bir şəxsiyyət idi. Onun bir quru taxtın üstündə dünyasını dəyişdiyini, ac gəlib-ac getdiyini deyirlər. Həsən bəyin dəfnində çoxlu sözlər deyilib. O sözlərin ən təsirlisini Əhməd bəy Ağaoğlu deyib. Deyib ki, ey müqəddəs ruh, sən indi bu bədəndən ayrılıb bizim babalarımızın, əcdadlarımızın yanına gedirsən. Həmin babalarımızı, əcdadlarımızı gör, onların yaxasından tut ki, bizə nə məmləkət qoydunuz.

Onu da deyim ki, Həsən bəy ömrünün sonlarında “Kaspi” qəzetinin redaksiyasına gedirdi. Skeleroz xəstəliyinə tutulmuşdu. Yaddaşında problemlər yaranmışdı. Onu son dönəmlərdə Bakı Şəhər Dumasına seçməmişdilər. Ancaq o elə bilirdi ki, dumanın üzvüdür. Ailə üzvləri də ona deyə bilmirdilər ki, o artıq dumanın üzvü deyil. Ancaq o geyinib-keçinir, deyirdi ki, mən dumaya gedirəm. Amma “Kaspi”nin redaksiyasına gedib orada yazılarla, redaktə işi ilə məşğul olurdu.

Həsən bəy Zərdabi böyük şəxsiyyətdir. Azərbaycanın böyük bir erası onunla başlayıb. Birmənalı olaraq demək mümkündür ki, Azərbaycanda cəmiyyətin, ictimai fikrin formalaşması, dövlət quruluşunda, idarəetmə sistemində ən mütərəqqi cəhətlər, bizim bir millət olaraq millətlərin cərgəsinə qatılmağımız, inkişafımız bilavasitə Azərbaycanda jurnalistika ilə bağlı olub. Azərbaycanda dövlət olmayanda yenə dövlət funksiyasını jurnalistlərimiz – Həsən bəy Zərdabilər icra edib. Teatrı, xeyriyyə cəmiyyətini onlar yaradıb. Ermənilərə qarşı onlar döyüşüb. Torpağı yenə də onlar öz qələmi ilə qoruyublar. Bu işlərin də başında Həsən bəy dayanır.
Teleqraf. com
Müəllif: Səxavət Həmid

Mənbə: Babək Cəfərov



Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

SEYRAN SƏXAVƏT

SEYRAN SƏXAVƏT HAQQINDA

Seyran SƏXAVƏT – Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

==================================================

SEYRAN SƏXAVƏT HAQQINDA YAZILANLAR:

SEYRAN SƏXAVƏT – 75 – AYB TƏBRİK MƏKTUBU

Xəyalə ZƏRRABQIZI – Seyran Səxavət mənim 75 yaşlı balamdı…

AĞAYANA SÖZ – SEYRAN SƏXAVƏT SÖZÜ – X. ZƏRRABQIZI

MİN İLİN DOĞMASI – SEYRAN SƏXAVƏT

=================================================

ƏSƏRLƏRİ ELEKTRON VARİANTDA – PDF :

==================================================




Tərtibçi:
 Zaur USTAC

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>