Zaur Ustacın uşaqlar üçün “Uşaq Boğçası” adlı yeni ktabı işiq üzü görüb. Kitab maraqlı tərtibatı, mövzu əhəmiyyətliliyi baxımından müasir tələbləri tam ödəyir. Rəyçiləri; AR Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, Akif Nurağa oğlu Abbasov və Pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamal Həsən oğlu Camalov, Ön sözün müəllifi və redaktor: yazıçı-jurnalist, tədqiqatçı, Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü Ayətxan Ziyad (İsgəndərov) olan Kitab məktəbə hazırlaşan kiçik yaşlı uşaqlar, məktəbəhazırlıq qrupları və birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Oxumağı bacaran uşaqlar müstəqil, digər yaş qrupundan olanlar isə öyrədənlərin köməyi ilə bəhrələnə bilər.
Kitabdan faydalanmaq istəyənlər bu ling-keçiddən istifadə edə bilərlər:
Giya Paxçataşvilinin “Elm və təhsil” nəşriyyatında “Givinin Qarabağnaməsi” adlı şanlı Zəfərlə başa çatmış 44 günlük müharibəyə həsr olunmuş kitabı çap olunub. Bu münasibətlə müəllifi təbrik edir, yeni-yeni niliyyətlər arzulayırıq.
… Murovda yerləşən mövqeylərimiz ətrafında güclü döyüşlər gedirdi. Düşmən, qoşunlarımız tərəfindən alınan yüksəklikləri yenidən geri qaytarmaq üçün bütün güclərini səfərbər etmişdi. Amma onların bu cəhdləri əbəs yerə idi. Çünki biz o yüksəkliklərdə, artıq möhkəmlənmişdik.
Dağın ətəyi əliçi kimi göründüyündən, biz düşmənin bütün hərəkətlərini izləyirdik. Onlar hər dəfə hücuma keçməyə cəhd göstərsələr də, böyük itki verərək geri çəkilirdilər.
Üçgünlük şiddətli döyüşlərdən sonra, bu gün səhərdən tam sakitlik hökm sürürdü. Qüvvələrinin dükəndiyini hiss edən düşmən tərəfi, bu məğlubiyyətləri ilə barışaraq oranı tərk edib getmişdilər.
Düşmənin məkrinə inanmasaq da, kəşfiyyatın verdiyi xəbərə görə, doğurdan da, səhərə yaxın onlar mövqeylərini tərk etmişdilər.
Bir azca rahat nəfəs almaq üçün fürsət yaranmışdı. Əsgərlərə növbə ilə istirahət etməyə izn verdim. Çox deyildik, cəmi 13 döyüşçüdən ibarət bir bölük idik. Bölüyün komandiri mən idim.
Neçə günün yorğunluğu öz işini görmüşdü. Yerdə qalın qar təbəqəsinin olmasına baxmayaraq, uşaqlar uzanan kimi yuxu onları apardı. Göydən lopa-lopa qar ələnirdi. Bizdən əvvəl burada olmuş düşmən əsgərləri, məğlub olduqlarını hiss etdiklərinə görə, mövqeylərini tərk edən zaman, bütün istehkamları dağıtmışdılar. Biz qayaların böyür-başında özümüzə sığnacaq tapmağa məcbur olmuşduq.
Üç əsgər bizdən bir qədər aralı, ayrı-ayrı yerlərdə keşik çəkirdilər. Qalan əsgərlər isə yatmışdılar. Mənim isə gözlərimə yuxu getmirdi. Elə bil dünyanın yuxusunu almışdım. Yorğunluqdan göz qapaqlarımdan, sanki ağır bir əşyanın asıldığını hiss etsəm də, yuxum ərşə çəkilmişdi, yata bilmirdim.
Gecə olmasına baxmayaraq, yağan ağappaq qarın işığında ətraf apaydınca görünürdü. Qar yağdıqca hava yavaş-yavaş soyuyudu. Əvvəlcə, ayaqlarımın, sonra da bədənimin üşüdüyünü hiss etdim. Çəkmələrimin içinə qarın dolduğunu bilirdim. Dabanlarımın və ayaq baş barmaqlarımın ətraflarının göynəməsindən hiss edirdim ki, ayaqlarıma doladığım dolaqlar islanmış və uzunmüddətdən bəri dəyişilmədiyindən, artıq, onlar yararsız hala düşmüşdü.
Sakitliyi fürsət bilib çantamı açdım və bir həftə bundan qabaq, hələ əvvəlki mövqeylərimizdə olarkən, bizə arxa cəbhədən göndərilmiş hədiyyələrdən mənə də pay düşən əşyalara bir də nəzər saldım.
O paylardan biri kitab idi. Birinci Qarabağ müharibəsində əsir düşmüş və üç il düşmən əsirliyində olmazın işgəncələri ilə üzləşmiş gənc bir qadının həyatından bəhs edən bir kitab.
Kitabı yarıya qədər oxumuşdum, çox dəhşətli mənzərələrlə rastlşmışdım. Heyf ki, onu tamamlamağa düşmən hücumu imkan vermədiyi üçün, kitabı çantama qoyub saxlamışdım. Ürəyimdən keçdi ki, onsuz da yuxum gəlmir, götürüm o kitabı oxuyum. Amma göydən yağan qar, həm də gecənin qaranlıq olması bunu mümükünsüz edirdi.
Kitabı oxumaq fikrindən vaz keşdim. Fikirləşdim ki, sabah açılar, əgər düşmən imkan versə onu oxuyub başa çatdıraram.
İkinci hədiyyə isə, bir cüt toxunma yun corab idi. Üşüyən olduğum üçün, göndərilən hədiyyələr içərisində yun corabları o dəqiqə qapançalamışdım. Dağın kəlləsində soyuğun tüğyan etdiyi bir vaxtda bu corablar mənə, elə bil, göydəndüşmə olmuşdu.
Ayaqlarım üşüdüyünə görə corabları geyinmək keçdi ağlımdan. Bu corabların eynisini, vaxtı ilə uşaq olanda babamın ayaqlarında görmüşdüm. Qış vaxtları babam bu corablardan geyinərdi.
Corabları çantamdan çıxartdım. Xoş bir iy burnumu qıcıqlandırdı. Elə bil yaxınlıqda yasəmən ağacı bitmişdi. Onun çiçəklərinin ətri anidən burnuma toxunurmuş kimi özümü hiss etdim.
Çəkmələri ayağımdan çıxartdım. Bayaqkı xoş iyin əksinə olaraq ayaqlarımdam elə pis qoxu gəldi ki, az qaldı ürəyim bulansın. Bir həftəyə yaxın olardı ki, əsgər çəkmələri ayağımdan çıxmırdı. Ayaqlarıma doladığım dolaqlar, sanki çəkmələrin içində çürümüşdü.
Yalın ayaqlarımı qarla yaxşıca ovuşdurdum ki, heç olmasa bu zəhlətökən iy bir azca çəkilib getsin. Sonra islanmış ayaqlarımı şalvarımın balaqlarına sürtüb quruladım.
Corabın bir tayını ayağıma geyinəndə ətim ürpəşdi. Yun corab o qədər yumuşaq və isti idi ki, adamım ürəyi qıdıqlanırdı.
Corabın ikinci tayını cantamdan çıxarıb geyinmək istəyəndə, bir kağız parçasının ayağıma toxunduğunu hiss etdim. Əlimi salıb o kağız parçasını çıxartdım. Kağız iki-üç yerə qatlanmışdı. Belə şeylərlə tanış idik. Adətən, hədiyyəni göndərən şəxslər məktub yazıb onu göndərdikləri əşyaların içinə qoyurdular.
Maraq mənə güc gəldi. Kağız parçasını açdım. Bir neçə sətirlik söz yazılmışdı. Kağızı gözlərimin qarşısına tutsam da, orada yazılanları oxumaqda çətinlik çəkdim. Həm, gecə olduğuna görə, həm də, yağan qarın təsirindən bu mümkünsüz idi.
Çox nigaran qaldım. Fikirləşdim ki, görəsən bu corabları göndərən kimdir və o burada nə yazıbdır? Adətən belə hədiyyələri gənc qızlar göndərdiyinə görə məktubu oxumağa marağım bir az da artmışdı.
Ayağımın üşüdüyünü hiss etdim. Sən demə, bayaqdan ayağımın biri qarın üstündə qaldığından, artıq, qırov bağlamışdı. Tez əlimdəki corabın o bir tayını da ayağıma keçirtdim. Sonra çəkmələrimi geyindim. Canım elə rahatlaşdı ki…
Məktubu gödəkçəmin cibinə qoydum ki, səhər oxuyaram.
Ayağa qalxıb keşikdə duran əsgərləri yoxladım. Onlardan biri ayaqüstəcə avtomatına söykənərək yatmışdı. Ehmalca onu oyatdım və gedib bir az istirahət etməsini tapşırdım. Özüm isə qayaların arasında var-gəl etməyə başladım.
Səhər artıq açılmışdı. Düşmənlər toplardan mövqeylərimizə atəş açırdılar. Pərakəndə şəkildə atılan toplar dərələrin boşluğuna düşərək güclü əks-sədə qoparırdı. Murov kimi əhəmiyyətli bir yüksəkliyin yenidən əlimizə keçməsi düşmənin belini qırmışdı. Quduz itlər kimi zəncirlərini gəmirirdilər. Hara gəldi toplardan atəş açır, bizə güclərini göstərməyə çalışırdılar. Günortaya yaxın top səsləri kəsildi. Yeni qüvvə gələnə kimi bizə oranı tərk etməmək əmri verilmişdi. Ona görə də, mövqeylərimizdə möhkəm dayanmışdıq.
Yadıma corabın içindən çıxatdığım kağız düşdü. Tez əlimi cibimə salıb, kağız parçasını çıxartdım və oxumağa başladım. Orada yazılmışdı: – “Əziz döyüşçü, bu corabları sənin üçün öz əllərimlə toxumuşam. Kim olduğunu bilmirəm. Bircə, onu bilirəm ki, sən vətən oğlusan, igid döyüşçüsən. Mən səni canımdan artıq sevirəm. Məni qoru, mən sənin namusunam!.. İmza Şəfəq… 19.10.2020-ci il”
Bu sözlər ildırım kimi beynimdə çaxaraq əks-səda doğurdu. Əllərim titrədi. Dərindən köks ötürdüm. Bu qız kim isə, bu sözləriylə insanın, elə bil, qeyrət damarını tutmuşdu. “Məni qoru, mən sənin namusunam…”
Yazını bir neçə dəfə oxudum. Hər oxuyanda da, içmdə düşmənə qarşı qəzəb, nifrət hissi oyanırdı.
Kağızın lap qırağında xırda rəqəmlərlə yazılmış bir telefon nömrəsi də vardı. “05526580…”
Tərslikdən kağızın qırağı qarda islandığına görə, telefon nömrəsinin axırıncı iki rəqəmi pozulmuşdu. Kağızı əlimdə nə qədər o yan-bu yana çevirsəm də, xeyiri olmadı, rəqəmləri oxumaq qeyri-mümkün idi. – Nə pis oldu! – düşündüm. Əgər, bu iki rəqəm silinməsəydi, bəlkə də, corabları toxuyan o qızı axtarıb tapardım. Çox qəribə və gülməli idi, həmin anda ürəyimdən keçdi ki, deyəsən, mən o qıza vurulmuşam… Ağlımdan keçən bu səfeh fikrə görə özümü qınadım: – Ay səfeh, hardan bilirsən ki, bu müharibədən sağ çıxacaqsan?
Telefon nömrəsinin silinməsi məni nə qədər narahat etsə də, ayaqlarımın belə bir soyuqda isti qalması, bir o qədər məni sevindirirdi.
Kağızı ehmalca qatlayıb boynumdan asdığım boş gilizin içinə yerləşdirdim ki, it-bata düşməsin. – Əgər bu müharibədən sağ çıxsam o qızı mütləq axtarıb tapacağam! – dedim.
Ayaqlarım sanki odun peçinin altına qoyulmuş kimi imistiydi.
Səhəri gün gecə vaxtı düşmən mövqeylərimizi yenə də güclü top atəşinə tutdu. Bu dəfə əclaflar yaman bic tərpənmişdilər, uzaqvuran toplardan atırdılar. Qayalar, daşlar top atəşindən parçalanıb başımıza ələnirdi.
Komandanlıq bizə mövqeylərimizi tərk etməmək, yerimizdə möhkəm dayanmaq əmri vermişdi. Duruş gətirmək çox çətin idi. Artıq, dörd əsgərimi itirmişdim.Vəziyyət olduqca gərginləşirdi. Bizi arxayın edirdilər ki, tezliklə düşmən topları susdurulacaqdır. Amma vaxt uzandıqca, təhlükə bir az da artırdı. Elə bu vaxt yaxınlığıma düşən top mərmisi məni havaya uçurtdu… Ondan sonra nə baş verdiyini bilmədim.
Ayılanda özümü çarpayıda hiss etdim. Yan-yörəmdə qarışıq səslər gəlirdi. Onların nə dediklərini başa düşə bilmirdim. Hər tərəf qapqaranlıq, zülmət içərisindəydi. – Mən haradayam, görəsən?! – deyə düşünürdüm.
Allaha yalvarırdım ki, bircə əsir düşməyim. Ölmək, əsir düşməkdən sərfəliydi mənə. Ağlım yerindəydi. Olub- keçənləri yaxşı xatırlayırdım. Hətta, yaxınlığımıza düşən topun gurultusu da qulaqlarımdan getməmişdi. Elə bil, başımın içində paravoz dayanmadan fit çalırdı. Sanki dünyanın səs-küyünü başımın içinə doldurmuşdular.
Bacardıqca danışıq səslərini dinləməyə çalışırdım. Deyəsən, özümüzünkülər idi. Kimsə mənim sağ qalıb, qalmamağımla maraqlanırdı. Kişi səsiydi, yanındakına göstəriş verirdi.
Əsir düşmədiyim üçün çox sevindim. – Bəs, onları niyə görmürəm? Yoxsa, top mərmisi məni bütünlüklə parça-parça etmişdir? – düşündüm.
Əllərimi qaldırmaq istədim. Qollarım möhkəmcə çarpayıya bağlandığı üçün, bu mümkün olmadı. Amma hiss etdim ki, əllərim yerindədir. Çünki, əl barmaqlarımı asanlıqla tərpədə bilirdim. Ayaqlarımdan qorxdum. Nədənsə, ürəyimə gəldi ki, ayaqlarımdan biri kəsilibdir, bəlkə də hər ikisi. Bərk qorxdum. – Aman tanrım, mənə kömək et! – deyə pıçıldadım.
Bir müddət ürək edib ayaqlarımı tərpədə bilmədim. Bir az keçəndən sonra özümdə cəsarət tapıb, əvvəlcə sağ ayağımı, sonra da sol ayağımı tərpətdim. Hər ikisi yerində idi, özü də sapsağlam.
Gözlərimimi açmaq istədim. Göz qapaqlarım dartılsa da, heç bir yeri görmürdüm. Sanki hər tərəf zülmət qaranlığa bürünmüşdü. Bir neçə dəfə gözlərimi qırpdım. Gözlərim möhkəmcə ağrıyırdı. Canımı dəhşət bürüdü, olmaya gözlərim kor olmuşdur? Bərkdən qışqırdım: – Burada kim var?! – Mən haradayam?!
Elə bu vaxt qoluma bir əl toxundu.
– Narahat olmayın, komandir. Siz qospitaldasınız. Yaralanmısınız! – deyə bir qız dilləndi.
– Əsgərlərim hardadır?!
-Bilmirəm. Sizi bura tək gətiriblər.
– Hansı qospitaldayam?!
– Cənubdasınız!
– Harda?!
– Cənubda!
Qızın ikinci dəfə məni anlatmasından başa düşdüm ki, qospitalın yeri məxvi saxlanılır.
– Siz kimsiniz?
– Tibb bacısıyam.
– Bəs, həkim hardadır?
– Elə bu dəqiqə çıxdı. Qospitala ağır yaralı gətiriblər.
– Mənə nə olub?!
– Hər şey qaydasındadır. Narahat olmayın, komandir.
– Mən çox narahatam. Gözlərimə nə olub?! – deyə bağırdım.
– Qəlpə sifətinizi parçalayıb. Amma yaxşı qurtarmısınız. Siz görəcəksiniz! – deyə, qız bu sözləri deyən zaman onun səsi titrədi. Onun kövrəlməsi mənim şübhələrimi artırdı.
– Bəs, niyə ağlayırsınız?! – soruşdum.
– Sevinirəm ki, siz salamatsınız. Bilirsiniz, gecədən bəri nə qədər əsgərlərimiz həlak olub. Hələ də gətirirlər… Lənətə gəlsin bu müharibəni!.. – deyə qız hıçqırdı.
Ani olaraq beynimdən bir fikir keçdi, niyə görə bu qədər itkinin içində bu qız mənim sağ qalmağıma sevinir? Bir şey başa düşə bilmədim. Amma necə olsa bu xeyirxahlığın əvəzində ona nə isə təsəlliverici bir söz deməliydim, axı.
– Darıxmayın! – dedim, – düşmənin artıq son nəfəsidir. Qələbə çox yaxındadır.
Qız sevincindən içini çəkərək:
– Düzmü deyirsiniz?!
– Əlbəttə!.. Mən komandirəm! Dediyim sözün məsuliyyətini dərk edirəm. Qələbə çox yaxındadır, inanın mənə.
– Təki, siz deyən olsun! – deyə qız, uşaq kimi sevindi.
– Mənim gözlərimi nə vaxt açacaqsınız? – soruşdum.
– Hələ tezdir, komandir! – deyə qız cavab verdi.
– Mən döyüşə, əsgərlərimin yanına qayıtmaq istəyirəm.
– Narahat olmayın, tezliklə sağalıb qayıdacaqsınız.
– Mənim şəxsi əşyalarım haradadır?
– Hamısı məndədir. Cib dəsmalınızdan tutmuş, talismanınıza qədər. Gözlərinizin sarğısını açandan sonra onların hamısını sizə təhvil verəcəyəm, narahat olmayın, – deyə qız məni arxayın etdi.
– Talisman nədir? – soruşdum
– Boyununuzdan asdığınız boş patron gilizini deyirəm. Axı, döyüşçülərin talismanı o boş giliz olur.
– Yox, o talisman deyil. Sadəcə olaraq biz ora ünvanımızı və yaxınlarımızdan birinin telefon nömrəsi yazılmış kağız qoyuruq ki, həlak olanda kimliyimiz məlum olsun, – dedim. Birdən yadıma yun çorablarım düşdü.
– Yaxşı, bəs, ayaqlarımda yun corablarım vardı. Onlar hardadır?
Qız gülümsədi:
– Narahat olmayın, onlar da məndədir. Çatdıracağam sizə.
– O corablar qəttəzə idi, elə həmin axşam geyinmişdim. – dedim
Tibb bacısı gülərək:
– Sağlığınıza qismət olsun, qəşəng çorablardır. Sağalarsınız yenidə o corabları geyərsiniz.
Səhəri gün sübh tezdən məni əməliyyat edən həkim gəlmişdi. Əhvalımı soruşdu.
– Yaxşıyam! – dedim.
O da əlimi möhkəmcə sıxıb: – Cəsur oğlansan! – dedi.
Qospitalda on günə yaxın idi ki, yatırdım. Gözlərim bərk ağrıyırdı, həm də möhkəmcə qaşınırdı. Tibb bacısından soruşanda, bildirdi ki, yara sağalmağa doğru gedir, ona görə belə olur.
O elə arxayın tərzdə deyirdi ki, gözlərimin sağalacağına qəti şübhəm qalmamışdı. Amma necə olsa, kor olmaqdan bərk qorxurdum.
Axşamlar çox əziyyət çəkirdim. Gecələr çox uzun gəlirdi mənə. Gözlərim sarğılı olduğu üçün heç nəyi görə bilmirdim. Hər şeyi yalnız hiss edirdim.
Gecələr yanımda o qız, gənc tibb bacısı qalırdı. Gündüzlər isə yaşlı bir qadın. Yaşlı qadın bütün günü ağlayırdı. Deyəsən, onun oğlu da cəbhədə idi. Mənə oğlum deyirdi. Hər gün evdə bişirdiyi yeməklərdən gətirirdi mənə. Xahiş edirdim ki, zəiyyət çəkməsin. Amma razı olmurdu. Deyirdi ki, elə bil doğma oğlumun qulluğunu tuturam, bu mənə rahatlıq gətirir, söyləyirdi.
Gecələr isə səhərə qədər o gənc qız, tibb bcısı qalırdı yanımda. Üzünü görməmişdim, amma səsindən hiss edirdim ki, gözəl və mehriban qızdır. Stul çəkib, səhərə qədər çarpayımın yanımda otururdu. Boyun-boğazımın tərini silər, yeməyimi yedirərdi. Həm də, gözlərimin sarğısı qurumasın deyə dərmanla isladardı.
Onun əllərinin təravətini hiss edirdim. Gözlərimin sarğısını dəyişəndə isti nəfəsi üzümə dəyirdi. Ondan xoş bir ətir iyi gəlirdi. Bu iyi nə vaxtsa bu yaxınlarda duymuşdum, elə bil. Harda, nə vaxt, xatırlaya bilmirdim. Yaralanandan sonra, elə bil, bir azca yaddaşım da korşalmışdı.
Gecə səhərə qədər yanımda qaldığına görə çox yorgun olurdu. Bəzən özü də hiss etmədən yuxu onu aparar və başını mənim yastığıma söykəyərək yatardı. Belə vaxtlarda onun sifəti üzümə toxunardı. Elə bil yaxınlıqda yasəmən ağacı bitmişdi. Onun çiçəklərinin ətri anidən burnuma toxunurmuş kimi özümü hiss edirdim. Qəribə idi, axı bu xoş iy mənə tanış gəlirdi.
Elə arzulayırdım ki, gözlərimin sarğısı tez açılsın, bu qızı görə bilim. Hətta, onun necə bir qız olduğunu da təsəvvür edirdim. Ağ xaltda, orta boylu, qara saçlı, ağbənizli bir qız kimi. Bilmirəm, niyə görə onu bu görkəmdə təsəvvür edirdim. Adam bir şeyi görməyəndə ağlına gələni təsəvvür edir, axı.
Əllərimi çarpayıdan açmışdılar. Sərbəst hərəkət edir, hətta, durub-otura da bilirdim. Qız mənim qolumdan tutaraq, otaq boyu gəzdirirdi. Əlimdən tutanda hiss edirdim ki, uzun əlləri var. Təsəvvür etdiyim boyu da mən deyən deyildi. Axşamlar yanımda oturanda köks ötürüb ağladığını hiss edirdim. Bir dəfə gecə vaxtı yanağıma isti bir şeyin toxunduğunu hiss edib, yuxudan ayıldım. Əlimi üzümə sürtdüm, əlimə nəm dəydi. Gözlərim bağlı olduğu üçün ətrafda heç kəsi görmürdüm. Əllərimi havada sağa, sola gəzdirdim. Birdən, əlim onun saçlarına toxundu.
– Sənsən?! – deyə soruşdum
– Hə, mənəm!
Bu, bir neçə günü mənim qulluğumu tutan, əziyyətimi çəkən qızın adıyla da maraqlanmamışdım. Odur ki, soruşdum:
– Adın nədir?
– Şəfəq!..
– Şəfəq?!.. Gözəl addır.
– Gözəl gününüz olsun – dedi.
– Şəfəq xanım, yəqin ki, mənim gözlərimin sarğısı tezliklə açılar, elə deyilmi?!
– Əlbəttə… Sol gözünüzün sarğısı sabah açılacaqdır, həkim belə dedi. Amma sağ gözünüzdə zədə dərindir. Hələ bir müddət gözləməli olacağıq.
Səhəri gün sol gözümün sarğısı açılanda, ilk gördüyüm tavandakı işiq seli oldu. Parıltılı, gözqamaşdırıcı idi bu işıq seli… Sonra yanımda dayanan həkimi və tibb bacısını gördüm. Həkim orta yaşlarında kök bir kişi, qadın isə yaşlı idi.
Həkim barmağını mənim gözlərimin önündə tutaraq:
– Hə, igid döyüşçü, görürürkmü?! – soruşdu.
– Hə, görürüəm!.. – deyə sevinclə dilləndim.
– Bax, belə. Doğurdan da, cəsur oğlansan. O biri gözün də görəcək, amma bir qədər zəif. Nə etmək olar, doğrusu, ümidimiz yox idi. Çünki qəlpə çox dərindən keçmişdi. Buna da şükür, – deyə o zarafatla baş barmağıyla böyürümə toxundu.
Bir azdan həkim getdi. Yaşlı qadın hələ də ağlayırdı. O, əllərini göyə açıb mənə və cəbhədə döyüşən oğlu üçün dua edirdi.
Axşamüstü idi. Bərk nigaran idim. Bu dəmlərdə növbə dəyişilməli idi, o gənc qızın növbəsi başlayacaqdı. Otaqda tək idim. Yaşlı qadın otağı tərk edib getmişdi. Yatağımda uzanıb böyük həyəcan içində onu gözləyirdim. Bir azdan otağın qapısı açıldı. Əynində ağ xalat olan ucaboylu bir qız otağa daxil olaraq, mənim çarpayıma tərəf gəldi. Onun boyu çox uca idi, lap yadplanetdən gəlmişlər kimi. – Bu odurmu? – düşündüm.
Qız mənə yaxınlaşıb, diqqətlə üzümə baxdı. Mən də tək gözümü onun iri gözlərinin içinə dikərək heyranlıqla ona baxırdım.
O gülümsəyirdi. Mənim də dodaqlarım qaçdı. Birdən qız bərkdən qışqırdı:
– Sən məni görürsən?!
– Əlbəttə, görürəm!
– Mən necəyəm?
Bir anlıq çaşıb qaldım. Öz-özümə fikirləşdim ki, əgər ona sən gözəl qızsan desəm, yəqin ki, onu inandıra bilməyəcəyəm. Çünki adam öz xilaskarı olan bir qıza yaxşı sözdən başqa nə deyə bilərdi? Odur ki, ona ağlımdan keçəni dedim:
– Sənin çox uca boyun var!
Qız sevincindən özünü çarpayımın üstünə atıb, məni qucaqladı və:
– Hə, sən görürsən… Demək, sən məni görürsən? O içini çəkərək hönkürtüylə ağlamağa başladı.
Mən də özümü unudaraq onu bərk-bərk qucaqlamışdım. Qız çox sevincli idi. Bir yerdə qərar tuta bilmirdi. Özüm də baş aça bilmirdim, axı o niyə bu qədər ürəkdən sevinir?
Axşam qız mənim şəxsi əşyalarımı palataya gətirdi. Sənədlərim, paltarlarım, yun corablarım, telefonum, hətta, boynumdan asdığım talisman deyilən boş patron gilizi də onların arasında idi.
Yun corabları götürüb baxdım, onlar idi. Amma palçığa bulaşmışdı. Üstündə bir az da qan ləkələri vardı.
– Ayaqlarımı yaman isti saxlayırdı. Köpək uşağı imkan vermədilər doyunca geyinəm. Elə bircə gün geyindim, – deyə qıza izahat verməyə çalışdım.
Qız üzümə baxıb gülümsədi:
– Eybi yoxdur, buradan çıxandan sonra, o qədər vaxtınız olacaq ki, geyinməyə, – dedi.
Sonra patron gilizinin içini boşaltdım. Gilizin içindən “nəməlum qızın” yazdığı məktubu çıxartdım.
– O nədir?! – deyə qız üzümə baxıb, bic-bic gülümsədi.
– Heç, məktubdur, bu corabların içinə yazılıb qoyulmuşdu.
– Məktub?! Maraqlıdır, nə yazılmışdı məktubda? – deyə qız yenə də gülümsəyərək soruşdu.
– Hə, çox maraqlı məktubdur. Oxuyummu?!
– Oxuyun!
Mən barmaqlarımın ucuyla kağız parçasının qırışlarını açıb orada yazılanları qıza oxudum: – “Əziz döyüşçü, bu corabları sənin üçün öz əllərimlə toxumuşam. Kim olduğunu bilmirəm. Bircə, onu bilirəm ki, sən vətən oğlusan, igid döyüşçüsən. Mən səni canımdan artıq sevirəm. Məni qoru, mən sənin namusunam!.. İmza Şəfəq… 19.10.2020-ci il”
– Şəfəq?! Bəs, bu Şəfəq özü barədə bir söz yazmayıb. Haralıdır, kimdir? – deyə qız çiyinlərini çəkərək, bərkdən güldü.
– Yox! Bircə, telefon nömrəsin yazmışdı kağızın qırağına. Tərslikdən onun yazdığı telefonunun son iki rəqəmini də qar islatdığından oxumaq mümkün olmadı. – Bax, budur onun telefon nömrəsi, – deyə yarımçıq telefon nömrəsini qıza göstərdim.
Qız dərindən köks ötürərək, çiyinlərini çəkdi və:
Görürsən? Işin tərsliyinə bir bax da… İndi onu necə tapmaq olar?
Nə bilm! – dedim.
Görüm sizə bir kömək edə bilərəmmi? – deyə qız, əlini əlimin üstünə qoyub, ehmalca sığalladı.
Səhər bir qədər yuxudan gec oyandım. Tibb bacısı otaqda yox idi. Çarpayımın yanında səhər yeməyi qoyulmuşdu. Burada yatdığım gündən bəri brinci gün idi ki, mənə verilən yeməkləri öz gözlərimlə görürdüm.
Yastığa dirsəklənib, çarpayımın yanına qoyulmuş yeməyə əl uzatmaq istəyəndə, gözlərim bir kağıza sataşdı. Kağızda “ 05526580…” telefon nömrəsinin son iki rəqəmi də qeyd olunmuşdu. Doğrusu, təəccübləndim. Bunu bura kim yazıb qoyubdur? – düşündüm.
Maraq məni götürdü. Axşam tibb bacısının gətirdiyi şəxsi əşyalarım arasında olan cib telefonumu yastığımın altından götürüb, o müəmmalı telefon nömrəsini yığdım. Nömrəni yığan kimi telefon çağırdı.
Qərbə idi, çağrılan telefonun səsi otağın içindən gəlirdi? Bu kimin nömrəsidir düşündüm? Dörd gözlə ətrafıma nəzər yetirdim. Axı, bu kim ola?!
Birdən, gözlərim, qapı ağzında dayanıb, əlində telefon mənə baxıb gülümsəyən, Şəfəq adlı tibb bacısına sataşdı…
Yerimdəcə donub qalmışdım… Nə edəcəyimi bilmirdim. Doğurdanmı, bu, o məktubu yazan nəməlum qız idi?!
Hakan Sarı… bu ad hamımıza tanışdır. İsveçrədə İNK nümayəndəliyinin rəhbəri və altı ay keçməmiş İNK- nın Avropa ölkələri üzə rəhbəri olmaqla İsveçrədə, Almaniya və Fransada dayaq nöqtələrinin açılmaslnda xüsusi fəallıq göstərərək Ümummilli liderimizin dünya şöhrətli fəaliyyət “dastanını, Ali Baş Komandanımızın zəfər yollarındakı ugurlarına həsr edilmiş video-çarxlarını yayımlayaraq Azərbaycan-Türkiyə qardaşlıgının əbədi oldugunu əminliklə hamlya çatdıran fədakar türk oglu Hakan Sarı!!!
O,qisa müddətdə milyona yaxın izləyicilərinin sevimlisinə çevrilmişdir. Belə ki, İNK- nın bütün fəaliyyətini, tədbirlərini və özünün bu sahədə gördüyü işlərin video- çarxlarının hazırlanıb yayımlanmaslnda xüsusi əməyi vardir.
O, türk dünyasınln dahi lideri H.Əliyevin və onun davamçısı olan Ali Baş Komandanın zəfərə nail olduguna dair 44 günlük müharibə şəhidlərimizin 27 sentyabr anım gününə,”Qarabag Azərbaycandır!” mövzularına dair bütün hadisə və tədbirlərin yayımlaması ilə ətrafına geniş izləyici kütləsini tanış edə bilmişdir.
Ali Baş Komandanımızın hədəf göstərdiyi ugurlu yolda İNK və SİM İ B- nin Avropa və İsveçrə üzrə nümayəndəliyində köməkçisi Tuncay Sevindik, Baş katibi Tahla Sarı, İsveçrə nümayəndəliyinin rəhbəri Mustafa Bayrak olmaqlaİNK – nın Avropa nümayndəliyinin rəhbəri Hakan Sarı sosial şəbəkələrdə səhifələr açaraq, təbliğat və təşviqat məsələlərində müasir texnalogiyaların yaratdığı geniş imkanlardan da bu yöndə səmərəli istifadə edir.
Bakıda İNK – nın sədri Rasim Məmmədovun 15 nəfərlik nümayəndə heyəti ilə qonağı olan və İNK -nın gündəlik fəaliyyətini yuxarıda qeyd olunan imkanlardan istifadə etməklə, müntəzəm əks etdirərək apardıgı səmərəli fəaliyyətinə, imzasını milyona yaxın izləyicisinə hörmətlə tanıtdıgına, İNK-nın Avropadan dəstəklənərək video- çarxlar hazırlayaraq Azərbaycanımıza olan dərin sevgisini əks etdirən, Zəfər qələbəmizlə baglı böyük işlər görən, türksoylu xalqlarımlz olsn ölkələrlə geniş, ətraflı fəaliyyətinə görə SİM İ B və İNK- nın rəhbəri Rasim Məmmədov tərəfindən “Əbədi Lider”qızıl döş nişanına və Fəxri Diploma layiq görülən Hakan Sarını İNK- nın bütün üzvləri adlndan təbrik edir və davamlı olan gələcək işlərində ona sonsuz ugurlar və can saglıgı arzu edirəm.
O küçədən keçərkən intihar edən körpənin fəryadı qulaqlarımda cingildəyirdi?,göz yaşları isə saçlarımın uclarını islatmışdı.Ölən körpənin cəsədi arxadan məni səsləyirdi elə bil.İçimdən qopan bir duyğu,məni ona vadar edirdi ki,sanki özümü ona qaçacaqmış kimi hiss edim.Əlləriylə simama toxunmağa çalışırdı.Gözləri kor,dili lal idi.Bir anlıq ürpənib geri çəkildim,ancaq sonra düşündüm ki,əgər bu körpəni mən buradaca qoyub getsəm,onun ahı yaxamı buraxmayacaq.
Körpə qollarımda idi.Soyumuş bədəninə göz yaşları süzülürdü.Ona baxdıqca,elə bilirdim mən ölürəm.Onun gözlərim önündə intihar etməsi məni dəli etmişdi.Dəli dedim,siz anlamadınız məni.Bir ağaca tutunun və dırnaqlarınızla ondan yapışın,var gücünüzlə onun canını alın.Aldıqca nə hiss edəcəyinizi təsəvvür edin! Və mən bu körpənin ölmüş cəsədini qollarımın arasında daşıdıqca o hissləri keçirirdim. Körpə qucağımda inildəyirdi elə bil.Axı o ölmüşdü,bu necə ola bilərdi? Ürək döyüntüləri yox,nəbzi atmır,ancaq yeganə yaşayan onun göz yaşlarıydı.Mən hər dəfə göz yaşı tökdükcə,körpə də göz yaşlarını sinəmə axıdırdı.Yaş olmuş paltarım onu soyuqdan qoruya bilmirdi.Onun göz yaşları saçlarıma,sinəmə axırdı,nədənsə paltoma toxunmurdu.Kiçik əlləriylə də ancaq saçlarımdan tutunmuşdu.Mən o körpənin öldüyünə inanmırdım,ölən yalnız göz yaşlarıydı.O,göz yaşlarını göy üzünə təslim edib,ruhunu öldürən birisinə sahib olmuşdu.İntihar qorxusu yaşadan şəxs körpənin içində fəğan edirdi…
Artıq taqətim qalmamışdı.Əllərim qopub düşürdü elə bil.Körpəni qucağımda saxlaya bilmədiyim üçün özümü qınayırdım.Nəfəsim kəsilir,gözlərim qaralır,ayaqlarım çuxura addımlayırdı.Sanki ayaqlarım qırılıb düşüb,şikəst qalmışdı.Əlləriminsə,bu məsum məzlumu tutmağa gücü yetmirdi.
İçimdən ani qopan qışqırıqla körpə dərindən nəfəsini içinə çəkdi.Döyünən ürəyini qulaqlarımda eşitdim.Gözlərini açıb,məni diqqətlə izlədi və yavaş-yavaş gözlərindən kiçik damlalar axmağa başladı.O damlaları əllərimlə silmək istəyərkən,əlimi tutub kiçik ürəyinin üstünə qoydu.Yenə nəfəsini dərindən içinə çəkib,gözlərini qapatdı.Yanaqlarına süzülən kiçik damlalarla sinəmə sıxılıb,balaca barmaqlarıyla məni bərk-bərk qucaqladı.Mənə yolu düz getməyimi-dedi.Əliylə işarə edərək yola davam etdim.
Yolun sonuna gəlmişdik.Ətraf zülmətin qaranlığıyla dolu idi.Yerə sərilmiş kuklalar bizə tamaşa edirdi.Əllərində tutduqları bıçaqları atıb,elə bil təslim olurdular.Gözlərimizin önündə anidən ayağa qalxıb,bıçaqları yerə atdılar.Paltarlarının üzərində kiçik göz yaşları gizlənirdi.Kəsilmiş saçları,ayaqlarıyla bizə işarə etdilər.Yolun sonunun hara gedəcəyini bilmirdim,ancaq körpə nəfəs alıb verir və bərk-bərk saçlarımdan yapışırdı.Artıq göz yaşları dayanmışdı..
Uçurum kənarına çatdıq.Birdən çiyinlərimdə bir palto olduğunu hiss etdim.Palto həddindən artıq ağır idi.Sanki illərin yükü çiyinlərimdəydi.Paltonu çıxarıb,körpəni bürümək istədikdə əliylə saxla-deyə işarə etdi.Palto çiyinlərində qalsın-deyirmiş kimi gözlərini qapatdı.Paltonu çiyinlərimdə hiss edərkən,sanki illər öncə onun mənim çiyinlərimi örtdüyü paltonu xatırladım.Soyuqdan donan vücudumu yalnız onun paltosu isidə bilmişdi.Sanki bu gün o gün idi.Qucağımdakı körpə göz yaşlarıyla məni buraya gətirdi və qarşıma zülmətin kabusunda yenicə doğulmuş acılı,yaralı,hətta ləkələnmiş kuklalar çıxdı,ancaq o palto çiyinlərimə qonduğu anda körpəninki kimi mənim də göz yaşlarım simamda quruyub yox oldu.Bəli,biz o gün göz yaşlarımızı göy üzünə təslim etdik.Bu paltosa,bir gün onun gəlib,əlimdən tutub aparacağını işarə etdi.
Körpə qucağımdaca yuxuya dalıb,son göz yaşlarını da saçlarıma axıtdı.Döyünən ürəyi susub,göz yaşları Tanrının hüzuruna qovuşdu…
“TACLI ŞAİR” – bu ifadəni ilk dəfə şair-publisiist Qələndər Xaçınçaylı Zaur Ustac haqqında işlədib. Qələndər Xaçınçaylı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən kitabını da məhz belə adlandırıb, “Taclı Şair”.
Zaur Ustac özü bu barədə belə deyir: – “…Qələndər müəllim (Allah rəhmət eləsin…) demək olar ki, bütün adi söhbətlərimizdə və məndən götürdüyü müsahibələrdə “Ustac” təxəllüsü barədə mütləq sual verirdi. Mən də mümkün qədər hər dəfə daha zəngin məlumat verməyə çalışırdım. Bu ifadə ona nəsə ləzət eləmişdi. Hərə dəfə də dinləyib, qeydlərini götürdükdən sonra özünəməxsus məzəli ifadələrlə reaksiya verərdi… Bu ifadələr onu yaxından tanıyanlara yaxşı məlumdur. 2019-2020 – ci ildə haqqımda olan kitabı hazırlayanda da ilk dəfədən elə bu adı seçmişdi. Hətta mən deyərdim ki, onda ilk olaraq bu “Taclı Şair” ifadəsi ideya kimi yaranmış sonra bunu kitaba çevirmək qərarına gəlmişdi. Allah rəhmət eləsin. Ruhu şad olsun.”
Oslodakı həftəsonu Azərbaycan məktəbində Müstəqilliyin Bərpası Günündən danışılıb
Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin növbəti dərsi 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr edilib.
Dərsə onlayn formatda qatılan Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, yazıçı Gülzar İbrahimova, Şirvan şəhər Mərkəzi Kitabxanasının böyük metodisti Kəmalə Quliyeva, Yevlax rayon Nizami adına Malbinəsi kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi İnarə Musayeva və yetirmələri həftəsonu məktəbinin şagird və müəllim heyətini bayram münasibətilə təbrik ediblər. Çıxış edənlər bu günün xalqımızın tarixində önəmindən danışıblar, Vətənimizi, Ana dilimizi sevməyi, öyrənməyi və qorumağı tövsiyə ediblər.
“Azad və müstəqil ölkənin vətəndaşları kimi bu günü Vətəndən uzaqda böyük sevgi və qürur hissi ilə qeyd edirik. Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik və dünyaya göstərdik ki, Azərbaycan qüdrətli, müstəqil və suveren bir dövlətdir. Böyük Zəfər müstəqilliyimizin dönməz və ədəbi olacağına bariz sübutdur”, – deyə R.Əliyev bildirib.
Sonra şagirdlərin ifasında Azərbaycan şairləri Səməd Vurğunun “Azərbaycan”, Xəlil Rza Ulutürkün “Azadlıq”, Baba Vəziroğlunun “Vətən” şeirləri səsləndirilib, “Azərbaycan” mahnısı təqdim edilib.
Dərs zamanı “Xarıbülbül“ sərgisi nümayiş olunub. Həftəsonu məktəbinin şagirdləri Şanay Şəkarinin, Omar və Altay Əlinin, Səlim Abbaszadənin və Aida Ramberqin “Xarıbüllbül” rəsmləri tədbir iştirakçılarının marağına səbəb olub. Tədbirdən fotolar:
“SÖZÜN HÜZURUNDA “ Bu dəfə ““SƏMİMİ SÖHBƏT””in aparıcısı mən- ŞAHNAZ ŞAHİN , qonağı isə TƏRANƏ MƏMMƏD oldu. Vaxt bizə, biz də vaxta işlədik. Uzun müddət mötəbər dövlət orqanlarından birində işləmiş, indi isə uğurlu ədəbi yazıları ilə sevilən söz adamını bir az da yaxından tanıyın. Beləliklə başladıq. Sual:Təranə xanım, bilirəm ki, uşaqlığınız Qarabağda keçib Bəs kim olduğunuzu nə zaman və hansı şəraitdə kəşf etmisiniz? Cavab: Uşaqlığım Qarabağın Ağdam şəhərində keçib. Ailəmiz Ağdamdan Bakıya köçəndə mənim 10 yaşım var idi. Sonralar tez- tez Ağdama və mütləq Şuşaya istirahətə gedirdik. Yəni mən orda yaşamasam da işğala qədər Qarabağdan heç ayrılmamışam. Məncə Qarabağın xüsusi bir aurası var. Ora ayaq basan hər kəs bunu duyur. Şuşada bir dəfə olan ordan qayıtmaq istəmir. Ora yenidən gəlmək istəyir. Külli Qarabağın abi- həyatı Nərmə-nazik bayatıdır, bayatı. Məncə bu misralar Qarabağın ecazkarliğini özündə tam əks edir. Bilirsiz, insan çox vaxt malik olduğunun qədrini onu itirdikdən sonra daha çox bilir. Şəxsən mən Qarabağı həsrətli illərimizdə daha çox sevdim. Bu tək həsrət deyildi, bu həm də nələrisə vaxtında etmədiyimizin təəssüf hissiydi. Desəm ki, özümü lap uşaqkən kəşf etməli olmuşam, yəqinki, inanmazsınız. Amma bu həqiqətən belə olub. Mən özümə qarşi haqsızlığı ilk dəfə birinci sinifdə oxuyarkən hiss edib şəxsi məsuliyyətimi dərk etmişəm. Belə ki, mən Ağdamdaki 2 nömrəli beynəlmiləl məktəbin rus sektorunda oxumalıydım. Müəlliməmiz mənim və bir başqa qızın rus dilini güya lazımı səviyyədə bilməməyimizə əsaslanıb bizi başqa sinfə yerləşdirmişdi. Sonralar bildim ki, Ağdamda dislokasiya edilmiş hərbi hissənin hərbiçilərinin uşaqlarının yerini tutduğumuza görə bizi başqa sinfə keçirdiblər. Tezliklə atalarımız ikimizi də öz sinfimizə bərpa etdilər. Onda mən özümə və atama söz verdim ki, sinifdə oxuyan ruslardan da yaxşı oxuyacam. Belə də oldu. Sual: Insan sirli məxluqdur. Özünü itirən zamanları da olur onun. Bəs siz bu zaman özünüzü hansı sirdə tapırsınız..? Cavab:İnsan həqiqətən o qədər sirli bir məxluqdur ki, bəzən özü də bu sirlərdən baş aça bilmir. Həyatda dəfələrlə ani çaşqınlıq yaşasam da mən özümü nadir hallarda itirirəm. Yəni tez qərar qəbul etməyi bacarıram. Belə olduqda sirrdən çox özümü aşkarda daha çox tapıram. Sual:Uşaq yaddaşı daşa yazılır deyirlər. Sizin daşa nə yazılıb ki, bu gün də pozulmayıb və o uşaqlığın hansı məqamlarına qayıtmaq istərdiniz? Cavab: Uşaqlığımın hər anı yazılıb daşa. Pozulmaz hərflərlə yazılıb. Təbii ki, ilk növbədə atalı, analı günlərim . Uşaqlığım Qarabağda keçdiyindən nəinki unudulmadı, hər dəfə yeni bir hisslə yada salındı. O günlərin hər birinə qayıtmaq istərdim. Hər birində əzizlərim, doğmalarım indi həyatda olmayan yaxınlarım var idi axı. Sual: Valideynləriniz haqda az da olsa məlumatım var. İstəyirəm oxucular da öyrənsin. Xüsusən qanun keşikçisi olan atanız barədə Bilirəm ki, yazılarınızda onun da obrazını yaratmısınız. Özü də tamamilə fərqli bir hüquq müdafiəçisi kimi… Cavab: Mən həmişə deyirəm və yenə təkrar edirəm ki, həyatda əldə etdiklərimin hamısına görə valideynlərimə borcluyam və onlara minnətdaram. Anam əczaçı idi, ancaq heç vaxt işləməmişdi. Onun əczaçılığı evdə ətirlərin,çiçəklərin qarışığından yeni ətirlər yaratmaqdan ibarət idi. Bunu evdə sakitcə edər və heç kimə ətiri nədən düzəltdiyini deməzdi. Qəribədir ki, anam dindar deyildi, ancaq şəriət qanunlarıyla yaşayırdı və bizi də elə tərbiyə edirdi. Atam haqda çox yazmışam. Bir neçə hekayəmin qəhrəmanlarının real prototipidir atam. Atam ömrünün 50 ilini hüquq mühafizə sahəsində çalışmağa həsr edib. Muharibə vaxtı Ağdamda komissarlıqda, sonralar Azərbaycanın bir çox bölgələrində milis rəisi işləyib. Bəlkə ona görə bizim hər rayonda tanışımız, dostumuz olub və indiyə qədər də atamı xatırlayanlar var. Ailəmizdə atama xüsusi münasibət var idi həmişə. Atam şəxsiyyət idi. O heç vaxt yalan danışmazdı, işində, ailədə çox məsuliyyətli idi. Biz onunla özümüzü həmişə arxalı, dayaqlı hiss edirdik. Bilirdik ki, büdrəsək əlimizdən tututb qaldıranımız var. Atam ciddi və zəhmli olmaqla bərabər çox yumşaqürəkli və mehriban insan idi. Onda insanları anlamaq, düzgün qərar qəbul etmək qabliyyəti var idi. Hekayələrimin birində milis rəisi öz oğlunun qatilini bağışlayır, digərində 10 il qadın koloniyasında dustaq olan rus qadının getməyə yeri olmadığı üçün milis mayoru onu həmişəlik öz evinə baxıcı kimi gətirir və ailəsində saxlayır. Həmin qəhrəmanlarımın həyatda prototipi atam olduğunu qürurla dəfələrlə qeyd etmişəm. Atamın həyatda etdikləri bizə bir örnək idi. O heç vaxt evladlarını qarşısında otuzdurub onlara tərbiyəvi mühazirələr oxumazdı. O bizə yaşamağı əməlləriylə, gördüyü işlərlə öyrədirdi. Sual:Bəs elə isə deyin, ananızın o reseptlərindən sizdə qalırmı, istifadə edirsizmi onun təcrübəsindən? Cavab: Edirəm, bəli. Mənim istifadə etdiyim ətiri heç kim tanımır. Ona görə ki, ona bir qədər sirr qatıram)). Bir əsərimdə qadının əlindən öpən sevgilisi onun ətirini tanımadığını deyir. Qadın gülə-gülə cavab verir: “Mən istifadə etdiyim ətirin adını heç kimə demirəm”. Qeyd edim ki, əsərin adı “Sirr”dir . Sual: Ali təhsil illəri,gənclik xatirələri o qədər əziz olur ki… Xatırladıqda uzaqlaşır… Əlini uzadırsan tuta bilmirsən. Bu barədə indiyə qədər heç kimə demədiyiniz nələr var içinizdə? Cavab: Tələbəlik illərindən danışdıqda belə, insan ruhən cavanlaşır. Mən 16 yaşımda tələbə oldum. Düzünü deyim ki, həyata hazır deyildim. Evdə həmişə valideynlərimin, məndən böyük baçılarımın və qardaşımın himayəsini hiss edirdim. Tələbəliyin ilk aylarından təkbaşına həll edə bilməyəcəyim qayğılar yaşamalı oldum. O illər həyatımda bir çox yadda qalan iz buraxdı. 19 yaşımda tələbəliyin ən gözəl çağlarını yaşayarkən qəfildən anamı itirdim. Bu mənim üçün çox ciddi sarsıntı idi. Əgər dostlar, qohumlar, baçılarım, qardaşım və, ən əsası, atam olmasaydı çox çətin olardı. Anamın ölümü məni tam dəyişdi. Adətən səsli-küylü, deyib-gülən, çalıb-oxuyan bir gənc qızdan susqun, kədərli bir insana çevrildim. Anamdan sonra həyatımda baş verənlər sanki mənimlə deyil, başqa bir insanla əlaqəli idi. Hekayələrimin birində yazmışam ki, “anasız gəlin köçmək o qədər çətindir ki! Gözün ən yaxın adamı, ananı axtarır o gün . Tapmayanda için yanır, gəlinlik gününün xoşbəxtliyini tam hiss edə bilmirsən”. Zaman keçdikcə çox şeylə barışdım. Həyat öz məcrasına düşdü. Bax tələbəliyimin bu məqamlarını heç vaxt heç kimə deməmişdim. Sual: Bəs sevgiyə münasibətiniz necədir? Axı gənclik həyatın elə mərhələsidir ki, qan qaynayır, qəlb coşur. Gözlər qeyri-adi işıqlanır. Bir sözlə, hər şey insanı sevib yaşamağa çağırır… ilk sevgi var, bəs son da varmı? Cavab: Banal cavab olsa da deyəcəm ki, sevgisiz yaşayanlar bədbəxt insanlardır. Sevgi bəşəriyyəti, insanlığı, ümumiyyətlə, dünyanı çökməyə qoymayan bir hissdir. Sevən insan həyata daha çox bağlanır, daha güclü olur. Hər birimizin gənclik sevgisi olub təbii ki. Bu insanın qəlbinin lap dərinliyində saxlanan gözəl bir hissdir. Adətən ilk məhəbbət yalnız yadda qalmaq üçün olur. Yəni sevənlər bir -birinə qovuşmurlar. İlk sevgi mütləq var və o sonsuza qədər davam edir məncə, çünki ilk məhəbbətin həsrəti vüsalından güclü olur adətən. Sevmək gözəl hiss olsa da, sevərək ayrılmaq da var, bir gün sevdiyinin sənə xəyanəti də var, sən sevdiyinin başqasını sevməyi də var, sən sevib ürəyini verdiyinin səni bəyənməyib dəfələrlə sözlə yaralamağı da var. Sevgi varsa ayrılıq da var. Bütün bunlar həyatda var və yaşanır. Mən deyərdim ki, sevginin nə əvvəli nə sonu var. Çünki birinin sevgisi bitdiyi gün digərininki ilk addımını atır. Bir sevgi öldükdə hardasa mütləq digəri doğulur. Bunu normal qəbul etmək lazımdır. Sual: Bilirəm ki, siz o zaman KQB, sonra MTN adlanan qurumda uzun illər işləmisiniz. Onda olmasa da indi məncə nələrisə açıb danışmaq olar. Necə oldu ki, sizi elə bir mötəbər quruma işə qəbul etdilər? Cavab: Bir gün iş yerimə həmin nazirlikdən çağırış gəldi. Əvvəl bu çağırışa bir qədər təəccübləndim, lakin getdim və həmin o qurumun yüksək rütbəli zabitləri mənimlə görüşüb söhbət etdilər. Bu söhbətlərin nə ilə nəticələndiyini təxminən iki il sonra yenidən ora dəvət ediləndə bildim. Bu müddətdə mənim kimliyim yoxlanırdı.Bu dəfə mənə konkret iş təklif olundu, mən razılaşdım və həmin nazirliyin zabiti oldum. MTN əməkdaşı olduğuma görə özümlə və həmin nazirliyin dövlət və dövlətçilik naminə gecə, gündüz, İstirahət günləri çalışan zabitləriylə qürur duyuram. İnanın ki, bu ürəyi sirlərlə dolu, lakin həmişə susmaq məcburiyyətində olan, kənardan çox adi insan kimi görünən, heç vaxt öz qəhrəmanlıqlarıyla açıq-aşkar fəxr edə bilməyən insanlar həqiqətən hörmətə və təqdirə layiqdirlər. Sual: Təranə xanım, deyə bilərsinizmi ki, zaman sizə işləyib. Sizmi zamanın nəbzin tutmusunuz? Cavab: Aid olduğum nəslin nümayəndələri zamanın nəbzini tutmağı o qədər də bacarmırlar məncə. Bu mənim subyektiv fikrimdir . Səhv edə bilərəm, təbii ki. Ona görə deyə bilərəm ki zaman mənə işləyib Sual: Ədəbi aləmdə sizi ən çox maraqlı hekayələrinizlə tanıyırlar. Hətta şeirlər də yazırsınız. Hekayələrinizi oxuyanda dünyanı cənnət, qəhrəmanlarınızı isə huri hesab edirəm. Sanki real məkanda deyil, tam başqa bir planetdə dövr edir hadisələr. Sizcə səbəb nədir? Cavab:Ədəbi aləmdə çox da tanındığımı heasab etmirəm. Amma oxucularım var. Kitablarım satılır. Hekayələrimi oxuyanlar var və bu məni şox sevindirir. Mən A. P. Çexovun “sözlərin yeri dar, fikrin yeri geniş olsun” prinsipiylə yazıram. Hesab edirəm ki, bu həm də günün tələbidir. Hekayələrim fantastik deyil, hadisələr başqa planetdə deyil elə öz planetimizdə cərəyan edir. Hekayələrimin arxasında həmişə kiçik bir real həyat epizodu durur. Sizinlə razıyam ki, mən həyatın yalnız yaxşı cəhətlərini əks etdirirəm hekayələrimdə. Səbəb çox sadədir. Mən bu çirkinliklərlə, əzab-əziyyətlə, yalanla, xəyanətlə dolu həyatda gözəlliyi, sevgini, etibarı, ləyaqəti, vicdanla yaşamağı görüb göstərmək istəyirəm.Mən ölümdən yazmaqla olumun qədrini bilməyə çağırıram oxucunu. Bəzən də əksinə. Sual: Təranə xanım, deyirlər, ən tez unudulan şey yaxşılıqdır. Çoxmu yaxşılıq etmisiz, çoxmu unudulmusuz… Cavab: Məni tanıyanlar bilir ki, mən pislik etməyi bacarmıram. İnsanlara həmişə yaxşılıq etməyə çalışmışam. İnanın mənə, heç vaxt yaxşılığın əvəzini gözləməmişəm. Çünki yaxşılıq etmək ürəkdən gəlməlidir və bu təmənnasız olmalıdır məncə. O səbəbdən, kim mənim yaxşılığımı unudubsa, halah xoşu olsun. Unudulduğumu zənn etmirəm, çünki özüm çətin unuduram. Sual: Həyatımızdan ömründə bir dəfə də olsa qırmızı xətlə keçən insanlar olur. Bu bəzən bütün həyat axarını dəyişir. Münasibətiniz… Cavab: Mənim həyatımda belə insanlar olub. Bacımın həyat yoldaşı BDU-nun professoru, tanınmış etnoqraf mərhum Həvil Həvilovun mənim şərqşünas olmağımda rolu böyük olub.Osman Mizəyevdən kollektivdə davranmağı öyrənmişəm. Ziya Bunyadov mənə elmə bağlanmamağı məsləhət gördükdə əvvəl incisəm də sonralar onun nə qədər haqlı olduğunu anladım.Şərqşünaslıq fakültəsinin kafedra müdiri və mənim müəllimim Ələskər Məmmədovun məni ali məktəb müəllimi kimi şərəfli bir işlə təmin etməsini heç vaxt unutmuram. Və nəhayət, məni ədəbi yaradıçılıqla məşğul olmağa məcbur edən Nizami Təhməzovu həmişə dərin ehtiramla xatırlayıram. Bu insanlar həyatımın müxtəlif mərhələlərində mənə dəyərli məsləhətlər veriblər. Dediklərinizə münasibətim belədir ki, həyatda müəyyən mövqe tutmuş və səndən daha güclü insanlardan dərs alıb məsləhətlərinə qulaq asmaq heç də zəiflik deyil məncə. Sual: Azərbaycan 30 ilə yaxın Qarabağ həsrətinə son qoydu . 44 gün davam edən döyüşlərdən ölkəmiz üzü ağ çıxdı. Şəhid də olduq , qazi də. Söz adamı kimi bu hadisələrə münasibətiniz… Cavab: Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Söz adamı kimi zəfərimiz haqda öz sözümü hələ tam deməmişəm. Bu mövzuda yazdığım bir neçə hekayə hələ son deyil. Hərdən mənə elə gəlir ki, həsrətdən o qədər yazmışam ki, qələbə sevincinə keçid ala bilmirəm. Həm vətəndaş, həm söz adamı, həm zabit kimi deyə bilərəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixindəki qara ləkələri silib özünə orda əbədi yer aldı. Bu 44 gün dünya ölkələrini Azərbaycana yeni baxışla baxmağa məcbur etdi. Azərbaycan xalqı bütün dünyaya misli görünməmiş birlik, vətənpərvərlik nümayiş etdirdi. Ali Baş Komandanın dəmir yumruğu altında birləşən ordu və xalq Zəfər çaldı. Bu hadisə bizə qalib ölkənin vətəndaşları kimi fərəhli və qürurlu adı qaytardı. Təbii ki, həm xaricdə, həm daxildə bu qələbəni həzm etməyənlər var. Lakin onlar da artıq reallıqla barışmalıdırlar. Sual: Ömrün, həyatın elə mərhələsindəyik ki,geriyə baxanda kədər, irəli baxanda ümid əl edir bizə. Yeni planlarınız, arzularınız.Həyata keçməyən istəkləriniz olubmu? Keçmişə dönmək imkanınız olsaydı hara gedərdiniz? Cavab: Elədir, zaman amansızcasına ötüb keçir və keçmiş xatirəyə çevrilir, lakin hər yaşda insanı həyata bağlayan, uzun qaranlıq tunelin sonunda parıldayan bir ümid işığı olur. O işıq varkən insan planlar qurur, arzular haqda düşünür. Çox istəyərdim ki, bu il nəhayət çoxdan nəzərdə tutuduğum romanım işıq üzü görsün. “Sirr “ adlandırdığım bu roman artıq son variantda çox ehtimal ki, bu il oxuculara təqdim ediləcək. Həyata keçməyən arzularım olub əlbəttə. Nələrisə asanlıqla əldə edə bilmişəm. Nələrisə çox çətinliklə. Arzu olaraq ürəyimdə qalanlar da olub. Həyatdı da… Hər birimiz keçmiş yaşayırıq. Keçmişi yaşamasaydıq gələcəyə addımlaya bilməzdik yəqin ki… Ötən günlər ötən sevgi kimidir . Ötdüsə, keçdi, getdi… Geri qayıtmaz… Ancaq siz dediyiniz kimi möcüzə nəticəsində geri qayıtmaq mümkün olsaydı mütləq Qarabağa Şüşaya, Ağdama qayıdardım. Mütləq Qarabağa! Çünki bu yaşımda daha çox dərk edirəm ki, ömrümün ən yadda qalan günləri məhz Qarabağla bağlıdır. Sual: Sizə vermədiyim və siz özünüz özünüzə verəcəyiniz sual nə ola bilərdi? Cavab: Harda səhv etdim? Türk mahnısında deyildiyi kimi “nərədə yalnış yapdım?” Düşünürəm ki, Tanrı insana bir neçə dəfə şans verir. Hətta bəzən öz taleini dəyişə biləcək qədər şanslı ola bilir insan. Lakin hər kəs bu şanslardan düzgün istifadə edə bilirmi? Hər kəs ona verilən imkanı öz xeyrinə işlədə bilirmi? Hesab edirəm ki, çox şanslı olmuşam həyatda. Dəfələrlə açılmayan qapılar açılıq qarşımda. İndi, zaman keçdikcə olanları, baş verənləri, şəxsi həyatımı xəyalımdan keçirərək hərdən özüm özümdən soruşuram. Harda səhv etdim? Bəlkə də heç səhv etməmişəm, bəlkə bütün yaşananalar yaşanmalı idi. Bilmirəm. Amma bu sualı verərdim özümə. Sual: “Sirr”in mövzusu hardan alınıb? MTN də yaşadıqlarınızı ədəbiyyata çevirmək fikriniz varmı? Cavab: “Sirr” iki insanın sevgi məcarası ətrafında müəyyən dövrdə olkədə baş verənləri əhatə edən bir əsərdir. Mövzusu həyatdan götürülüb. Bəlkə də romanı oxuduqda kimsə hətta qəhrəmanları tanıyacaq. O ki qaldı MTN də yaşadıqlarımı ədəbiyyata çevirmək fikrinə, çox ehtimal ki, yox. Əgər ehtiyac duyularsa hər hansı bir vəsait yaza bilərəm. Yəni iş təçrübəmi cavan kadrlarla bölüşərəm. Təbii ki, tam məxfi)). Sual:Sizə can sağlığı, həyatda bundan sonra da şərəflə yaşamağı arzulayıram. Sözün hüzurunda tanrı kimi, Tanrının hüzurunda söz kimi dayanmağı diləyirəm! Cavab:Bu maraqlı və orijinal diləyi ilk dəfə eşidirəm, Şahnaz xanım. Ona görə məmnuniyyətlə qəbul edib sizə təşəkkür edirəm. Şahnaz Şahin Təranə Məmmədlə Bu dəfə “Səmimi söhbət”in aparıcısı mən, Şahnaz Şahin, qonağı isə Təranə Məmməd oldu. Vaxt bizə, biz də vaxta işlədik. Bu da nəticəsi… Sual:Təranə xanım, bilirəm ki, uşaqlığınız Qarabağda keçib Bəs kim olduğunuzu nə zaman və hansı şəraitdə kəşf etmisiniz? Cavab: Uşaqlığım Qarabağın Ağdam şəhərində keçib. Ailəmiz Ağdamdan Bakıya köçəndə mənim 10 yaşım var idi. Sonralar tez- tez Ağdama və mütləq Şuşaya istirahətə gedirdik. Yəni mən orda yaşamasam da işğala qədər Qarabağdan heç ayrılmamışam. Məncə Qarabağın xüsusi bir aurası var. Ora ayaq basan hər kəs bunu duyur. Şuşada bir dəfə olan ordan qayıtmaq istəmir. Ora yenidən gəlmək istəyir. Külli Qarabağın abi- həyatı Nərmə-nazik bayatıdır, bayatı. Məncə bu misralar Qarabağın ecazkarliğini özündə tam əks edir. Bilirsiz, insan çox vaxt malik olduğunun qədrini onu itirdikdən sonra daha çox bilir. Şəxsən mən Qarabağı həsrətli illərimizdə daha çox sevdim. Bu tək həsrət deyildi, bu həm də nələrisə vaxtında etmədiyimizin təəssüf hissiydi. Desəm ki, özümü lap uşaqkən kəşf etməli olmuşam, yəqinki, inanmazsınız. Amma bu həqiqətən belə olub. Mən özümə qarşi haqsızlığı ilk dəfə birinci sinifdə oxuyarkən hiss edib şəxsi məsuliyyətimi dərk etmişəm. Belə ki, mən Ağdamdaki 2 nömrəli beynəlmiləl məktəbin rus sektorunda oxumalıydım. Müəlliməmiz mənim və bir başqa qızın rus dilini güya lazımı səviyyədə bilməməyimizə əsaslanıb bizi başqa sinfə yerləşdirmişdi. Sonralar bildim ki, Ağdamda dislokasiya edilmiş hərbi hissənin hərbiçilərinin uşaqlarının yerini tutduğumuza görə bizi başqa sinfə keçirdiblər. Tezliklə atalarımız ikimizi də öz sinfimizə bərpa etdilər. Onda mən özümə və atama söz verdim ki, sinifdə oxuyan ruslardan da yaxşı oxuyacam. Belə də oldu. Sual: Insan sirli məxluqdur. Özünü itirən zamanları da olur onun. Bəs siz bu zaman özünüzü hansı sirdə tapırsınız..? Cavab:İnsan həqiqətən o qədər sirli bir məxluqdur ki, bəzən özü də bu sirlərdən baş aça bilmir. Həyatda dəfələrlə ani çaşqınlıq yaşasam da mən özümü nadir hallarda itirirəm. Yəni tez qərar qəbul etməyi bacarıram. Belə olduqda sirrdən çox özümü aşkarda daha çox tapıram. Sual:Uşaq yaddaşı daşa yazılır deyirlər. Sizin daşa nə yazılıb ki, bu gün də pozulmayıb və o uşaqlığın hansı məqamlarına qayıtmaq istərdiniz? Cavab: Uşaqlığımın hər anı yazılıb daşa. Pozulmaz hərflərlə yazılıb. Təbii ki, ilk növbədə atalı, analı günlərim . Uşaqlığım Qarabağda keçdiyindən nəinki unudulmadı, hər dəfə yeni bir hisslə yada salındı. O günlərin hər birinə qayıtmaq istərdim. Hər birində əzizlərim, doğmalarım indi həyatda olmayan yaxınlarım var idi axı. Sual: Valideynləriniz haqda az da olsa məlumatım var. İstəyirəm oxucular da öyrənsin. Xüsusən qanun keşikçisi olan atanız barədə Bilirəm ki, yazılarınızda onun da obrazını yaratmısınız. Özü də tamamilə fərqli bir hüquq müdafiəçisi kimi… Cavab: Mən həmişə deyirəm və yenə təkrar edirəm ki, həyatda əldə etdiklərimin hamısına görə valideynlərimə borcluyam və onlara minnətdaram. Anam əczaçı idi, ancaq heç vaxt işləməmişdi. Onun əczaçılığı evdə ətirlərin,çiçəklərin qarışığından yeni ətirlər yaratmaqdan ibarət idi. Bunu evdə sakitcə edər və heç kimə ətiri nədən düzəltdiyini deməzdi. Qəribədir ki, anam dindar deyildi, ancaq şəriət qanunlarıyla yaşayırdı və bizi də elə tərbiyə edirdi. Atam haqda çox yazmışam. Bir neçə hekayəmin qəhrəmanlarının real prototipidir atam. Atam ömrünün 50 ilini hüquq mühafizə sahəsində çalışmağa həsr edib. Muharibə vaxtı Ağdamda komissarlıqda, sonralar Azərbaycanın bir çox bölgələrində milis rəisi işləyib. Bəlkə ona görə bizim hər rayonda tanışımız, dostumuz olub və indiyə qədər də atamı xatırlayanlar var. Ailəmizdə atama xüsusi münasibət var idi həmişə. Atam şəxsiyyət idi. O heç vaxt yalan danışmazdı, işində, ailədə çox məsuliyyətli idi. Biz onunla özümüzü həmişə arxalı, dayaqlı hiss edirdik. Bilirdik ki, büdrəsək əlimizdən tututb qaldıranımız var. Atam ciddi və zəhmli olmaqla bərabər çox yumşaqürəkli və mehriban insan idi. Onda insanları anlamaq, düzgün qərar qəbul etmək qabliyyəti var idi. Hekayələrimin birində milis rəisi öz oğlunun qatilini bağışlayır, digərində 10 il qadın koloniyasında dustaq olan rus qadının getməyə yeri olmadığı üçün milis mayoru onu həmişəlik öz evinə baxıcı kimi gətirir və ailəsində saxlayır. Həmin qəhrəmanlarımın həyatda prototipi atam olduğunu qürurla dəfələrlə qeyd etmişəm. Atamın həyatda etdikləri bizə bir örnək idi. O heç vaxt evladlarını qarşısında otuzdurub onlara tərbiyəvi mühazirələr oxumazdı. O bizə yaşamağı əməlləriylə, gördüyü işlərlə öyrədirdi. Sual:Bəs elə isə deyin, ananızın o reseptlərindən sizdə qalırmı, istifadə edirsizmi onun təcrübəsindən? Cavab: Edirəm, bəli. Mənim istifadə etdiyim ətiri heç kim tanımır. Ona görə ki, ona bir qədər sirr qatıram)). Bir əsərimdə qadının əlindən öpən sevgilisi onun ətirini tanımadığını deyir. Qadın gülə-gülə cavab verir: “Mən istifadə etdiyim ətirin adını heç kimə demirəm”. Qeyd edim ki, əsərin adı “Sirr”dir . Sual: Ali təhsil illəri,gənclik xatirələri o qədər əziz olur ki… Xatırladıqda uzaqlaşır… Əlini uzadırsan tuta bilmirsən. Bu barədə indiyə qədər heç kimə demədiyiniz nələr var içinizdə? Cavab: Tələbəlik illərindən danışdıqda belə, insan ruhən cavanlaşır. Mən 16 yaşımda tələbə oldum. Düzünü deyim ki, həyata hazır deyildim. Evdə həmişə valideynlərimin, məndən böyük baçılarımın və qardaşımın himayəsini hiss edirdim. Tələbəliyin ilk aylarından təkbaşına həll edə bilməyəcəyim qayğılar yaşamalı oldum. O illər həyatımda bir çox yadda qalan iz buraxdı. 19 yaşımda tələbəliyin ən gözəl çağlarını yaşayarkən qəfildən anamı itirdim. Bu mənim üçün çox ciddi sarsıntı idi. Əgər dostlar, qohumlar, baçılarım, qardaşım və, ən əsası, atam olmasaydı çox çətin olardı. Anamın ölümü məni tam dəyişdi. Adətən səsli-küylü, deyib-gülən, çalıb-oxuyan bir gənc qızdan susqun, kədərli bir insana çevrildim. Anamdan sonra həyatımda baş verənlər sanki mənimlə deyil, başqa bir insanla əlaqəli idi. Hekayələrimin birində yazmışam ki, “anasız gəlin köçmək o qədər çətindir ki! Gözün ən yaxın adamı, ananı axtarır o gün . Tapmayanda için yanır, gəlinlik gününün xoşbəxtliyini tam hiss edə bilmirsən”. Zaman keçdikcə çox şeylə barışdım. Həyat öz məcrasına düşdü. Bax tələbəliyimin bu məqamlarını heç vaxt heç kimə deməmişdim. Sual: Bəs sevgiyə münasibətiniz necədir? Axı gənclik həyatın elə mərhələsidir ki, qan qaynayır, qəlb coşur. Gözlər qeyri-adi işıqlanır. Bir sözlə, hər şey insanı sevib yaşamağa çağırır… ilk sevgi var, bəs son da varmı? Cavab: Banal cavab olsa da deyəcəm ki, sevgisiz yaşayanlar bədbəxt insanlardır. Sevgi bəşəriyyəti, insanlığı, ümumiyyətlə, dünyanı çökməyə qoymayan bir hissdir. Sevən insan həyata daha çox bağlanır, daha güclü olur. Hər birimizin gənclik sevgisi olub təbii ki. Bu insanın qəlbinin lap dərinliyində saxlanan gözəl bir hissdir. Adətən ilk məhəbbət yalnız yadda qalmaq üçün olur. Yəni sevənlər bir -birinə qovuşmurlar. İlk sevgi mütləq var və o sonsuza qədər davam edir məncə, çünki ilk məhəbbətin həsrəti vüsalından güclü olur adətən. Sevmək gözəl hiss olsa da, sevərək ayrılmaq da var, bir gün sevdiyinin sənə xəyanəti də var, sən sevdiyinin başqasını sevməyi də var, sən sevib ürəyini verdiyinin səni bəyənməyib dəfələrlə sözlə yaralamağı da var. Sevgi varsa ayrılıq da var. Bütün bunlar həyatda var və yaşanır. Mən deyərdim ki, sevginin nə əvvəli nə sonu var. Çünki birinin sevgisi bitdiyi gün digərininki ilk addımını atır. Bir sevgi öldükdə hardasa mütləq digəri doğulur. Bunu normal qəbul etmək lazımdır. Sual: Bilirəm ki, siz o zaman KQB, sonra MTN adlanan qurumda uzun illər işləmisiniz. Onda olmasa da indi məncə nələrisə açıb danışmaq olar. Necə oldu ki, sizi elə bir mötəbər quruma işə qəbul etdilər? Cavab: Bir gün iş yerimə həmin nazirlikdən çağırış gəldi. Əvvəl bu çağırışa bir qədər təəccübləndim, lakin getdim və həmin o qurumun yüksək rütbəli zabitləri mənimlə görüşüb söhbət etdilər. Bu söhbətlərin nə ilə nəticələndiyini təxminən iki il sonra yenidən ora dəvət ediləndə bildim. Bu müddətdə mənim kimliyim yoxlanırdı.Bu dəfə mənə konkret iş təklif olundu, mən razılaşdım və həmin nazirliyin zabiti oldum. MTN əməkdaşı olduğuma görə özümlə və həmin nazirliyin dövlət və dövlətçilik naminə gecə, gündüz, İstirahət günləri çalışan zabitləriylə qürur duyuram. İnanın ki, bu ürəyi sirlərlə dolu, lakin həmişə susmaq məcburiyyətində olan, kənardan çox adi insan kimi görünən, heç vaxt öz qəhrəmanlıqlarıyla açıq-aşkar fəxr edə bilməyən insanlar həqiqətən hörmətə və təqdirə layiqdirlər. Sual: Təranə xanım, deyə bilərsinizmi ki, zaman sizə işləyib. Sizmi zamanın nəbzin tutmusunuz? Cavab: Aid olduğum nəslin nümayəndələri zamanın nəbzini tutmağı o qədər də bacarmırlar məncə. Bu mənim subyektiv fikrimdir . Səhv edə bilərəm, təbii ki. Ona görə deyə bilərəm ki zaman mənə işləyib Sual: Ədəbi aləmdə sizi ən çox maraqlı hekayələrinizlə tanıyırlar. Hətta şeirlər də yazırsınız. Hekayələrinizi oxuyanda dünyanı cənnət, qəhrəmanlarınızı isə huri hesab edirəm. Sanki real məkanda deyil, tam başqa bir planetdə dövr edir hadisələr. Sizcə səbəb nədir? Cavab:Ədəbi aləmdə çox da tanındığımı heasab etmirəm. Amma oxucularım var. Kitablarım satılır. Hekayələrimi oxuyanlar var və bu məni şox sevindirir. Mən A. P. Çexovun “sözlərin yeri dar, fikrin yeri geniş olsun” prinsipiylə yazıram. Hesab edirəm ki, bu həm də günün tələbidir. Hekayələrim fantastik deyil, hadisələr başqa planetdə deyil elə öz planetimizdə cərəyan edir. Hekayələrimin arxasında həmişə kiçik bir real həyat epizodu durur. Sizinlə razıyam ki, mən həyatın yalnız yaxşı cəhətlərini əks etdirirəm hekayələrimdə. Səbəb çox sadədir. Mən bu çirkinliklərlə, əzab-əziyyətlə, yalanla, xəyanətlə dolu həyatda gözəlliyi, sevgini, etibarı, ləyaqəti, vicdanla yaşamağı görüb göstərmək istəyirəm.Mən ölümdən yazmaqla olumun qədrini bilməyə çağırıram oxucunu. Bəzən də əksinə. Sual: Təranə xanım, deyirlər, ən tez unudulan şey yaxşılıqdır. Çoxmu yaxşılıq etmisiz, çoxmu unudulmusuz… Cavab: Məni tanıyanlar bilir ki, mən pislik etməyi bacarmıram. İnsanlara həmişə yaxşılıq etməyə çalışmışam. İnanın mənə, heç vaxt yaxşılığın əvəzini gözləməmişəm. Çünki yaxşılıq etmək ürəkdən gəlməlidir və bu təmənnasız olmalıdır məncə. O səbəbdən, kim mənim yaxşılığımı unudubsa, halah xoşu olsun. Unudulduğumu zənn etmirəm, çünki özüm çətin unuduram. Sual: Həyatımızdan ömründə bir dəfə də olsa qırmızı xətlə keçən insanlar olur. Bu bəzən bütün həyat axarını dəyişir. Münasibətiniz… Cavab: Mənim həyatımda belə insanlar olub. Bacımın həyat yoldaşı BDU-nun professoru, tanınmış etnoqraf mərhum Həvil Həvilovun mənim şərqşünas olmağımda rolu böyük olub.Osman Mizəyevdən kollektivdə davranmağı öyrənmişəm. Ziya Bunyadov mənə elmə bağlanmamağı məsləhət gördükdə əvvəl incisəm də sonralar onun nə qədər haqlı olduğunu anladım.Şərqşünaslıq fakültəsinin kafedra müdiri və mənim müəllimim Ələskər Məmmədovun məni ali məktəb müəllimi kimi şərəfli bir işlə təmin etməsini heç vaxt unutmuram. Və nəhayət, məni ədəbi yaradıçılıqla məşğul olmağa məcbur edən Nizami Təhməzovu həmişə dərin ehtiramla xatırlayıram. Bu insanlar həyatımın müxtəlif mərhələlərində mənə dəyərli məsləhətlər veriblər. Dediklərinizə münasibətim belədir ki, həyatda müəyyən mövqe tutmuş və səndən daha güclü insanlardan dərs alıb məsləhətlərinə qulaq asmaq heç də zəiflik deyil məncə. Sual: Azərbaycan 30 ilə yaxın Qarabağ həsrətinə son qoydu . 44 gün davam edən döyüşlərdən ölkəmiz üzü ağ çıxdı. Şəhid də olduq , qazi də. Söz adamı kimi bu hadisələrə münasibətiniz… Cavab: Şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Söz adamı kimi zəfərimiz haqda öz sözümü hələ tam deməmişəm. Bu mövzuda yazdığım bir neçə hekayə hələ son deyil. Hərdən mənə elə gəlir ki, həsrətdən o qədər yazmışam ki, qələbə sevincinə keçid ala bilmirəm. Həm vətəndaş, həm söz adamı, həm zabit kimi deyə bilərəm ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixindəki qara ləkələri silib özünə orda əbədi yer aldı. Bu 44 gün dünya ölkələrini Azərbaycana yeni baxışla baxmağa məcbur etdi. Azərbaycan xalqı bütün dünyaya misli görünməmiş birlik, vətənpərvərlik nümayiş etdirdi. Ali Baş Komandanın dəmir yumruğu altında birləşən ordu və xalq Zəfər çaldı. Bu hadisə bizə qalib ölkənin vətəndaşları kimi fərəhli və qürurlu adı qaytardı. Təbii ki, həm xaricdə, həm daxildə bu qələbəni həzm etməyənlər var. Lakin onlar da artıq reallıqla barışmalıdırlar. Sual: Ömrün, həyatın elə mərhələsindəyik ki,geriyə baxanda kədər, irəli baxanda ümid əl edir bizə. Yeni planlarınız, arzularınız.Həyata keçməyən istəkləriniz olubmu? Keçmişə dönmək imkanınız olsaydı hara gedərdiniz? Cavab: Elədir, zaman amansızcasına ötüb keçir və keçmiş xatirəyə çevrilir, lakin hər yaşda insanı həyata bağlayan, uzun qaranlıq tunelin sonunda parıldayan bir ümid işığı olur. O işıq varkən insan planlar qurur, arzular haqda düşünür. Çox istəyərdim ki, bu il nəhayət çoxdan nəzərdə tutuduğum romanım işıq üzü görsün. “Sirr “ adlandırdığım bu roman artıq son variantda çox ehtimal ki, bu il oxuculara təqdim ediləcək. Həyata keçməyən arzularım olub əlbəttə. Nələrisə asanlıqla əldə edə bilmişəm. Nələrisə çox çətinliklə. Arzu olaraq ürəyimdə qalanlar da olub. Həyatdı da… Hər birimiz keçmiş yaşayırıq. Keçmişi yaşamasaydıq gələcəyə addımlaya bilməzdik yəqin ki… Ötən günlər ötən sevgi kimidir . Ötdüsə, keçdi, getdi… Geri qayıtmaz… Ancaq siz dediyiniz kimi möcüzə nəticəsində geri qayıtmaq mümkün olsaydı mütləq Qarabağa Şüşaya, Ağdama qayıdardım. Mütləq Qarabağa! Çünki bu yaşımda daha çox dərk edirəm ki, ömrümün ən yadda qalan günləri məhz Qarabağla bağlıdır. Sual: Sizə vermədiyim və siz özünüz özünüzə verəcəyiniz sual nə ola bilərdi? Cavab: Harda səhv etdim? Türk mahnısında deyildiyi kimi “nərədə yalnış yapdım?” Düşünürəm ki, Tanrı insana bir neçə dəfə şans verir. Hətta bəzən öz taleini dəyişə biləcək qədər şanslı ola bilir insan. Lakin hər kəs bu şanslardan düzgün istifadə edə bilirmi? Hər kəs ona verilən imkanı öz xeyrinə işlədə bilirmi? Hesab edirəm ki, çox şanslı olmuşam həyatda. Dəfələrlə açılmayan qapılar açılıq qarşımda. İndi, zaman keçdikcə olanları, baş verənləri, şəxsi həyatımı xəyalımdan keçirərək hərdən özüm özümdən soruşuram. Harda səhv etdim? Bəlkə də heç səhv etməmişəm, bəlkə bütün yaşananalar yaşanmalı idi. Bilmirəm. Amma bu sualı verərdim özümə. Sual: “Sirr”in mövzusu hardan alınıb? MTN də yaşadıqlarınızı ədəbiyyata çevirmək fikriniz varmı? Cavab:“Sirr” iki insanın sevgi məcarası ətrafında müəyyən dövrdə olkədə baş verənləri əhatə edən bir əsərdir. Mövzusu həyatdan götürülüb. Bəlkə də romanı oxuduqda kimsə hətta qəhrəmanları tanıyacaq. O ki qaldı MTN də yaşadıqlarımı ədəbiyyata çevirmək fikrinə, çox ehtimal ki, yox. Əgər ehtiyac duyularsa hər hansı bir vəsait yaza bilərəm. Yəni iş təçrübəmi cavan kadrlarla bölüşərəm. Təbii ki, tam məxfi)). Sual:Sizə can sağlığı, həyatda bundan sonra da şərəflə yaşamağı arzulayıram. Sözün hüzurunda tanrı kimi, Tanrının hüzurunda söz kimi dayanmağı diləyirəm! Cavab:Bu maraqlı və orijinal diləyi ilk dəfə eşidirəm, Şahnaz xanım. Ona görə məmnuniyyətlə qəbul edib sizə təşəkkür edirəm…
ŞAMİLİN HƏDİYYƏSİ Sizə kimdən xəbər verim? Şamildən. Kafirləri Qafqaza ayaq basmağa aman verməyən Şamildən danışmıram. Söhbət yeniyetmə çağı gördüyüm ütük fərasətli Şamildən gedir. Şamilin dünəndən evinə alıb gətirdiyi kərə yağı bir çətən külfətin illik azuqəsinə də bəs edərdi. Onun bu qədər yağ almağını bəlkə də qonum-qonşusu da qınamazdı. Axı kərə yağı o vaxt qəhətə çəkilmişdi. Dünən axşam çağı aldığı kərə yağını arvadı Toma (əsl adı tünzalə idi) deyəsən, tez-bazar əritmişdi. Şamil dəmir darvazanı itələyib həyətə keçəndə ayaq saxlayıb təzəcə yaşıl dona, örpəyə bürünmüş ərik ağacının, sanki çətir açmış qol-budağının altından mətbəxin pəncərəsinə tərəf boğazını uzadıb boylanaraq yağın ətrafı bürümüş ətrini qoxudu… Günorta gözünün acısını alıb mətbəxə girər-girməz qəflətən tappıltı səsinə diksindi. Bu, özünü su qarışıq yağlı tiyanın içinə çırpan bülbül idi. Hansısa yırtıcı bir quşun caynağından qurtulub, nazik dəmir barmaqlı məhəccərin arasından zorla keçərək canını güc-bəlaynan xilas edə bilmişdi. Şamil bir an xatirəyə daldı. Gör ey! Meşədə, çəməndə, bulaq başında görə bilmədiyi bülbülü indicə tiyanın içində üzbəsurət halda tortaya düşmüş halda gördü. Şamil bülbülü əlinə aldı və həyəcanla Tomanı səslədi: – Ay Toma, bir bura gəl!.. Şamil arvadını ev dustağı etsə də, Toma elə də bədbəxt görünmürdü. Bəlkə də bunun bir sirri-səbəbi arvadını daş-qaşla, qızılla təmin etməsi idi. Ev-eşiyində hər cürə şəraiti, xalısı-xalçası, gəbəsi, necə deyərlər ağzınacan tıxılı-təpəli idi. Lap top vursan da dağılmazdı. Şamil Tomaya tərəf: -Toma, sən ateyin goru bir bura bax. Əlini arvadına uzadaraq yağa bulaşmış bülbülü ona göstərdi. Şamil ovcunun içində köksündə ürəyi çırpınan bu zərif quşun ürək döyüntüsünü sanki hiss edirdi. Təbiətin sehrinə bir bax. Zalım, həriskar, yaramaz, xeyriaz üzüdönüklər də təbiətin ən zərif quşunun nəğməsini, kim bilir, bəlkə də naləsini dinləməkdən yəqin ki, heç imtina etməzlər. Şamil çoxdan bəri həyətdə ağacdan asılı qalmış köhnə qəfəsin içini, yan-yörəsini silib təmizlədi. Bülbülü qəfəsə saldı. Ağlına belə bir fikir gəldi: çağırılmayan qonağı cavanlıq dostu Əjdərə sürpriz etsin. Əjdər Şamilin təzəcə yağlı, yüksək vəzifəyə keçmiş yeznəsi Qulamla son vaxtlar lap cici-bacı olmuşdu. Bu da səbəbsiz deyildi. Axı Qulam həm də Əjdərin müdiri idi. Təzə müdir də Əjdərin işinə yaxşı yarıyırdı. Təzə yeznə Qulamın bəxti ayaq üstə imiş. O, neçə illərdi ki, bir qulluqda qalıb pas atmışdı. Böyük bacanağının güclü təkanı hesabına yeri indi olub cənnət-məkan. Bu işləri həll edən, Şamilə düzüb-qoşan bacısı idi. Məqamı gələndə bacısının ərinə qarşı ədası-nidası, hökmü-hikkəsi, bu yandan da qardaşı Şamilin min bir hiyləsi önündə nəinki yeznə, heç xanın vəziri də duruş gətirə bilməzdi. Şamilin güvəndiyi böyük yeznəsi nazirlikdə yüksək çinli rütbə, rəhbər işdə artıq uzun müddət idi ki, yerini möhkəmləndirə bilmişdi. Şamil yeznəsinin sayəsində yaranmış fürsətdən mahir ovçu kimi istifadə edərək şikarından bəhrələnmiş, özünə yaxşıca gün ağlamışdı. Nə isə… Əjdər həvəslə Şamildən qəfəsi qəbul etdi, onu evinə gətirdi. Pilləkənlə eyvan arasında boy atıb ucalan gilas ağacının heç uf da demədən cavan budağını dəhrə ilə kəsdi. Qəfəsi kəsdiyi yerdən asdı. Bəlkə də Əjdər ömrü boyu torpağa heç bir kol da basdırmayıb. Hər şənbə-bazar Əjdərgildə müdiri Qulamla yeyib-içər, nərd şaqqıldadardılar. Əjdərin oğlu Vəli də onlara xidmət edərdi. Vəli yuxarı sinif şagirdi idi. O, həvəslə dədəsinin qonağına kabab çəkər, samovar qaynadar, pürrəngi çay dəmləyərdi. Dik pilləkənlərlə üzü yuxarı elə hey qabırğa və quyruq kababı, Ağ göl balığı, göy-göyərti, ardınca da xrustal stəkanda çay daşıyardı. Hərdən oğrun nəzərlərlə dədəsi ilə yeyib-içən bu pəzəvəng xaşalqarına baxar, gülməkdən özünü birtəhər saxlayardı. Nədənsə elə o an Vəlinin xəyalına bəyəsilli Köçəri müəllimin işlətdiyi kəlmələr düşdü: – Harın, danaqarın, el malını yeyib-eşən, boynuyoğun, kəlpeysər pəzəvənglər deyərək, belə ünsürləri elə hey dönə-dönə lənətləməkdən yorulmazdı. Elə bil hədəfə aldığı, lənətlədiyi o tipin biri də dədəsinin müdiri Qulama bənzəyirdi. Öz-özünə sanki sual edirdi: “Yemək-içmək, bəlkə də müftədir deybən bu xaşalqarın Qulamın qarnı qalxıb stola dəysə də, hələ də nə gözü, nə də qarnı doymaq bilirdi.” Dədəsi Vəlini səslədi: – “Adə, a bala” – səsinin tonunu bir az da artıraraq: sənnən deyiləm? – başını oğluna sarı çevirib: arabir o bülbülə bir bax gör. Nəsə səsi gəlmir, oxumur-deyə dilləndi. Pəzəvəng qonaq da donquldanaraq xırıltılı səslə: -Doğrudan ey, görəsən niyə oxumur? Bülbülün oxumağı, guya Vəlinin istəyi, sifarişi ilə idi? Vəli ona verilən belə boş və dayaz suala cavab vermədi. Bu pəzəvəng qonağın gəlişi Vəliyə yamanca sərf edirdi. Dədəsinin onunla yeyib-içib kefi saz, məst olan məqamını gözləyirdi. Dədəsi məst olan kimi dərhal başının üstünü kəsdirib ondan maşının açarını alaraq əylənməyə gedirdi.Vəlinin bu dəfə maşın sürməyi, əylənməyi çox çəkdi. Evə qayıdarkən dədəsinin həyətdə əl-qolunu yellədərək hirslə danışdığını gördükdə elə o an gözünü gilasdan asılmış qəfəsə zillədi. Qəfəs boş idi. Zəriflik çiləyən şeyda bülbülün köksündəki al-əlvan naxışlı çəmən-çiçəyinə bənzər tükləri ətrafa səpələnmişdi… Yırtıcı quşun caynağından qurtulan bu bağrı qan, zərif quş bu dəfə pişiyin pəncəsinə qurban getmişdi. HİKMƏT ƏLİYEV. Mart, 2017-ci il, Bakı.