Yenə saatın əqrəblərini sayıram.Sayıram ki,bəlkə geri dönüb yaşaya bilmədiyim ən gözəl xatirələri o saat əqrəbinin hər dəqiqəsinə qeyd edim.Bəzən anlatdıqca elə hiss edirəm ki,bu qəribə duyğular məni izləyir.Bəzən onlarla söhbətləşirəm,hətta danışıb gülürəm.Çox qəribədir.
Bu gün yenə saatın əqrəbləri bir-birini izləyərkən mən susmuşdum.Nədənsə,saat 00:00 olan kimi saatın əqrəbləri də dayandı.Tik-tak səsləri duyulmadı.Hiss etdim ki,duyğularım da məndən qaçır.O an səs eşitdim.Gözlərimi qapadıb həmin anı yaddaşımın ən dərin hissəsində təsvir etdim və səslə birgə addımladım.Bu suala mütləq cavab tapmalıydım. “Mən hara gedirəm? Bu səs nədir?” Bu sualın cavabını tapmaq üçün heç nə demədən yalnızca addımlayırdım.
Yolların hər birində məktublar vardı.Bu qəribə və gizli olan məktubların heç birini açmadan qaçırdım,ancaq birdən gözləyib qarşıma son çıxan məktuba diqqətlə baxdım.Qorxu və həyəcanla gözlərimi açıb məktubu oxumağa başladım.Məktubda yazılan:
–Gənc qızın göz bəbəklərindəki yollar o qədər dərindir ki,hansı yoldan qaçacağını belə itirir.Yoxsa siz bilmirdiniz ki,göz bəbəklərində minlərlə yol var? Göz bəbəklərində açılan,yaxud qapanan yollar yoxdur,sirrli qalan və şirin yalanlara məhkum edilən insanlar var.Bu yolların zamanla hesablanması da elə fizika,riyaziyyat kimi dərindir.
Sizcə,bu gənc qız kim idi? Kim onu izləyirdi?
-Tanrım,səsimi duy! Saatın əqrəbləri niyə bir-birini izləmir? Niyə mən buradayam?
Sanki Tanrı birdən səsimi duydu və göy üzünün ən dərinliklərindən göründü.Simasında gizlənən kədər qarışıq təbəssümlə məni izləyirdi.Əllərini mənə uzadıb buludların arasına aldı.
-Əzizim Səma,sənə göndərilən məktub da özü bir fəlsəfədir.Bu fəlsəfənin baş rolunda iştirak edən sənsən.Ancaq unutma ki,baş rolda olsan belə sənin bu gün burada olmağına bir səbəb var.
-Səbəb nədir axı,Tanrım?
-Sənin ruhunda gizlənən ölü bir bədən var.Bu ölü bədən sənin bütün varlığına yayılıb və səni yaşamağa icazə vermir.Bu ölü bədənlə necə yaşamaq olarmı?
-O haradadır? Mən niyə görmürəm?
-Sən onu heç vaxt görə bilməyəcəksən,əzizim Səma.İndi isə səni bu məktubla baş-başa qoyuram.Bir azdan qibləgahın da gələcək…
O an hiss etdim ki,sanki bütövlükdə ölü bədən ruhumdan qopub düşdü.O ölü bədən kim idi? Baba,hardasan? Bax,saat yenə 00:00 göstərir.Saatın əqrəbləri susub.Sən olmadan yenə bu saatın əqrəbləri susub,ovuclarımda gizlənən insanların sözləri boğulub küçələrə qaçmaq istəyir.Hardasan?
“Hardasan?” sözünü dediyim an etibarilə qibləgahım göy üzünün evində peyda oldu.Əlində sazıyla ruhani havasının sədaları altında mənə gülümsədi.O an hiss etdim ki,Tanrının da dediyi kimi ölü bədən ruhumdan çıxmadı,qopub düşdü…Ovuclarımda gizlənən yalan,acı dolu sözlər addımlayıb getdi.Saat 00:00 keçmişdi.Yenə saatın əqrəbləri bir-birini izləyərək rəqs edirdi.Sanki qibləgahımın gəlişi kainatı yuxudan oyandırmışdı!
Bu gün qibləgahımın doğum günüdür.Göylərdəki doğum günün mübarək,əziz babam! Qələmimin padşahı sən olmusan,bu gündən sonra da elə olacaq! Tanrının da dediyi kimi fəlsəfi düşüncələr beynimdə gizlənən fikirlərin qatara minib getməyini gözləyirdi.Sənin gəlişinlə birgə onlar qatara,mən isə dünyama geri döndüm.Ruhən yanımdasan ki,mən özümü güvəndə hiss edirəm.Ruhun şad olsun,Tanrının elçisi!
Azərbaycan tarixində unudulmaz dövlət rəhbəri,böyük qurucu,böyük yaradıcı,idarəçiliyi,ordu quruculuğuna rəhbərliyi ilə seçilən Heydər Əliyev! Azərbaycan xalqının ürəklərini fəth edən,respublikanın dirçəlişini,eyni zamanda müstəqilliyini qoruyan böyük şəxsiyyət.
Bəli,Heydər Əliyev Azərbaycan Respublikasının Ümumilli Lideri,dünya şöhrətli dövlət rəhbəri olmaqla yanaşı,xalqın gözü,dayağı,ürəyi olub daima.Necə ki,Şuşa Qarabağın göz bəbəyidirsə,eynən Heydər Əliyev də Azərbaycan xalqı üçün elədir.Böyük çağırışla,təmtəraqla,neçə-neçə şairlərimizin,yazıçılarımızın qələmlərinin sözü söylədiklərimin canlı sübutudur.Qeyd edim ki,şair Eldar Əliyev Heydər Əliyevə həsr etdiyi “Sönməz Günəş” poemasında onun elmə,incəsənətə,mədəniyyətə olan sevgisini və bağlılığını poemada əks etdirib.Heydər Əliyev Azərbaycan xalqının ilk memarı,sönməz ocağıdır.Bu bütün həqiqətləri açıq şəkildə ifadə edir və sübuta yetirir.Bu sübutlardan bir çoxunu qeyd etmək istəyirəm:
1969-cu ildə respublikadamızda:
12 peşəkar teatr
5 konsert müəssisəsi
1535 klub müəssisəsi
17 park
29 muzey
79 musiqi məktəbi
2003-cü ildə respublikamızda:
27 peşəkar teatr
210 mədəniyyət və istirahət parkı
3066 klub müəssisəsi
159 muzey
232 uşaq musiqi və incəsənət məktəbi
30-dan çox dövlət rəsm qaleyerası və bədii sərgi salonu
4124 kitabxana
13 konsert müəssisəsi
Ümummilli liderimiz Azərbaycan xalqının tarixinə,mədəniyyətinə böyük diqqət,qayğı və sevgiylə yanaşmasının canlı sübutu bu faktlardır.Millətimizin qan yaddaşına hopması zaman-zaman yaşaması üçün öz qayğısını heç vaxt əsirgəməmişdir.Bununla bərabər ulu öndərimiz respublikada fəaliyyət dövründə musiqi,balet,teatr,kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər də keçirilmişdir.Hələ Sovet İttifaqı dövründə Azərbaycanın professional musiqi sənətinin baniləri
Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin,SSRİ xalq artisti, professional vokal
sənətimizin banisi kimi tanınan Bülbülün,SSRİ xalq artistləri Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun ayrı-ayrı yubiley tarixlərinin təkcə Bakıda deyil, başqa şəhərlərdə də təntənə ilə keçirilməsinə nail olmuşdur. Bununla yanaşı,
dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun, böyük dramaturq Cəfər Cabbarlının,SSRİ xalq artistləri Şövkət Məmmədovanın, Mirzağa Əliyevin və onlarla başqa istedadlı sənətkarlarımızın, eləcə də Azərbaycan mədəniyyətinin
inkişafında xüsusi yer tutan ayrı-ayrı məbədlərin tikilməsi,Akademik Milli Dram Teatrının, Naxçıvan Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Rus Dram Teatrının,
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin yubiley tarixləri respublikamızda təntənə ilə qeyd
olunmuşdur.
Heydər Əliyev Azərbaycan tarixində unudulmaz bir iz qoyub getdi,ancaq ürəklərdə daima yaşadı və yaşayır da.Bayaq da qeyd etdiyim kimi Eldar Əliyevin “Sönməz Günəş poemasından” bir sitat gətirmək istəyirəm:
Hər anı uğulu,hər anı nurlu,
Ulu Heydər yolu yollu,cığırlı,
Sözlər sinəmboyu çallı,çağırlı,
Elə şənlik qurdu müqəddəs ümdə,
Özümə mat qaldım,inan özüm də,
Axı doğurdanmı bu yazan mənəm?
Nahaqdan Koroğlu deməyib mənəm.
Qələm çəkir məni öz meydanına,
Hünər meydanına,söz meydanına!
Eldar Əliyevin qələmində söylədiyi tükənməz sevgisi,eynən Azərbaycan xalqı üçün də keçərlidir.Ulu Öndər tək siyasətdə deyil,ədəbiyyat sirrlərinə dərindən bağlı olub.Ədəbiyyatın sönməz çırağını qoruyanlardan biri Heydər Əliyevdir.O xalqımızın öz mədəniyyəti,incəsənəti,milli-mənəvi dəyərlərini dünyaya tanıtmışdır.Milli mənəvi dəyərlərimiz qədim zamanlardan bugünki dövrümüzə qədər inkişaf etmiş və töhfələr qazanmışdır.Ulu Öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır,sayılır və dünya xalqları içərisində fərqlənir”. Bu fikir illər boyu nəsildən-nəslə keçərək duyulub,yayılıb.Bununla bərabər Ulu Öndər hakimiyyət dövründə xalqın mədəniyyət beşiyini qorumuş və inkişafını daima diqqət mərkəzində saxlamışdır.
Mədəniyyət tək hakimiyyətin formalaşması deyil,elə dövlətçiliyin də formalaşması deməkdir.Heydər Əliyev də əzmlə çalışaraq bu mədəniyyəti inkişaf etdirmişdir.Məhz Heydər Əliyevin diqqəti,qayğısı sayəsində bəstəkarların,teatr xadimlərin,teatr kinematoqrafların konfraslarda iştirak etməsində,mədəniyyətin bir neçə sahə üzrə gələcəkdə uğur əldə etməsində böyük rolu vardır.
Gəlin,başqa bir prizmadan yanaşaq.Mədəniyyətin qolları ağacda olan meyvələr kimidir.Teatr,musiqi,poeziya və s.hər biri ayrı-ayrılıqda maraqlı və əhatəlidir.Mədəniyyət tək cəmiyyəti formalaşdırmır.İnsandan yeni bir ruhun,xarakterin meydana gəlməsində də rol oynayır.Hal-hazırki dövrdə klassik şairlərimizin,bununla bərabər bəstəkarlarımızın,yazıçılarımızın bizə bəxş etdiyi xəzinələr mədəniyyətin ruhu,qanı,canıdır.Heydər Əliyev də milli mədəniyyətimizə olan sevgisi,göstərdiyi xidmətləri nəticəsində hal-hazırda Azərbaycan xalqı sayılıb seçilməkdədir.
Ulu Öndər rəsssamlıq sənəti ilə bərabər digər incəsənət sahələrinin inkişafında böyük rolu olmuşdur.Yeni sərgi,salonları,muzeylərin yaradılması bu söylədiklərimin canlı sübutudur.Daha sonra musiqi sənətimizin inkişafında xüsusi qayğı göstərməsi ilə musiqişünasa,bəstəkarlara Prezident təqaüdü verilməsi,bir çoxunun “Şöhrət” ordeni ilə mükafatlandırılması Ulu Öndərin mədəniyyət ocağına olan sevgisindən xəbər verir.Ruhuna hopmuş sənət parçalarının hər biri onun əsil unudulmaz rəhbər olduğuna səsləyir.Arif Məlikov,Müslüm Maqomayev,Zeynəb Xanlarova,Arif Babayev kimi musiqi xadimlərimizin “İstiqlal” ordeninə təltif olunması musiqişünaslara,musiqi sənətinə olan sevgidən xəbər verir.
Mədəniyyətin qolları bir-birlərindən bərk-bərk yapışıb.Bəlkə də elə olmasaydı mədəniyyət ocağımız bu cür inkişaf edə bilməzdi.O sevgini,bağlılığı yaradan da Ulu Öndərimiz-Heydər Əliyev olub.
Teatr müqəddəs yerdir! İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. (Heydər Əliyev)
Ən sevdiyim sənət sahələrindən biri olacaq Azərbaycanın film fəaliyyətidir. Azərbaycan kinolarının böyük bir inkişafa sahib olması da Heydər Əliyevin adı ilə bağlıdır.Çoxlarına məlumdur ki,bir sıra filmlərimizin yaranmasında Ulu öndərin xüsusi və şəxsi təşəbbüsü olmuşdur.Mehdi Hüseynzadənin “Uzaq sahillərdə”, İsa Muğannanın “Nəsimi”, Xürrəmilər dövrünü əks etdirən “Babək” və s.filmlərin yaranmasında,sovet senzurasından keçməsində Heydər Əliyevin rolu böyükdür.
Teatrlarımızın fəaliyyətinin genişlənməsində,insanların sənətə bu cür maraq göstərməsi həqiqətən də qürurvericidir.Heydər Əliyev teatrı çox sevirdi.Hər tamaşadan sonra yaradıcı kollektivlə görüşlərin keçirilməsində iştirak edir,həmsöhbət olur,sənət adamlarının məsuliyyətlərini birəbir artırır və insanlarda maraq və həvəs oyadırdı.
1981-ci ildə görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Xurşud Banu Natəvan” pyesinin tamaşasına Azərbaycan KP MK-nin büro üzvləri ilə birlikdə baxan Heydər Əliyev əsərin və tamaşanın orijinal təhlilini vermiş, ifaçılara öz fikirlərini söyləmişdi: “ Siz ilknövbədəNatəvan–buşairəhaqqındakışaiyələrəsonqoydunuz. NatəvanıgözəlAzərbaycanqadınıkimibizətəqdimelədiniz, bununlayanaşı, gözəlxanqızınıntimsalındasiyasibaxımdanvəonunxanqızınalayiqhərəkətləriiləbizimşərq qadınlarının obrazınıyaradabildiniz. Mənbunagörəsizəsağoldeyirəm. Həmdəsonmonoloqunuzagörəsağoldeyirəm”. Sonralar da ayrı-ayrı vaxtlarda H.Əliyev Azərbaycan teatrının “Xəyyam”, “İblis”, “İnsan”, “Dəli yığıncağı”, “Fərhad və Şirin”, “Darıxma, ana”, “Aydın” və s. Tamaşalarına baxmış, yaradıcı heyətə öz dəyərli tövsiyyələrini vermiş, onları yeni yaradıcılıq uğurlarına ruhlandırmışdı.
“ Qayıdış” adlı sənədli televiziya filmində Heydər Əliyev deyir:
“13-14-15 yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim ki, İ.Həmzəyev dram dərnəyi təşkil edib. Mən o dərnəyə yazıldım və həvəslə iştirak etdim.
Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam. Mən həmişə teatra yaxın və bağlı adam olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”.
Heydər Əliyevin teatra,musiqiyə,incəsənətə bütövlükdə göstərdiyi xidmətlər unuldulmazdır.Azərbaycan xalqı daima öz mədəniyyəti ilə sayılıb,seçilib,fərqlənib.İndiyə kimi bu cür şəxsiyyətlərin yaşaması və miras qoyduqları xəzinələrdən milyonlarca gənclər faydalanır,məlumatlar əldə edir.Bəşəriyyətimiz gözəlləşir,çiçəklənir.Yurdumuza can,nəfəs gəlir.Mədəniyyətimiz inkişaf edirsə,demək milli-mənəvi dəyərlərimiz də dəyərləndirilir.Milli-mənəvi dəyərlərimizi qorunması da Heydər Əliyevin sayəsindədir.
Ədəbiyyatımıza da xüsusi yer verilməsi yazıçı və şairlərimizin qələmlərində görünür.Bəxtiyar Vahabzadə,İsa Muğanna,Fikrət Qoca,Nəriman Həsənzadə şair və yazıçılarımızın da “İstiqlal” ordeninə layiq görülməsi Heydər Əliyevə məxsusdur.
Heydər Əliyevin hakimiyyəti dövründən bugünki dövrümüzə qədər tariximiz,ədəbiyyatımız,ordumuz,mədəniyyətimiz daima inkişaf etmiş,inkişafda olmuşdur.Şuşada keçirilən “Vafiq poeziya gecəsi” və s.kimi tədbirlərimiz daima xalqımızın öndə olduğunuz ən başlıca xüsusiyyətlərindən biridir.Heydər Əliyev Şuşanı daima qorumuş,onu Qarabağın göz bəbəyi kimi qiymətləndirmişdir.Şuşa işğal altında olduqda da belə bizim xalqın ürəyində həmişə Xarı Bülbülün yurdu,məskəni,Qarabağımızın göz bəbəyi olaraq yaddaşlara hopubdur.Yetirmələrindən olan Xurşidbanu Natəvan,Üzeyir Hacıbəyli,Xan Şuşinski,Cabbar Qaryağdıoğlu və s.sənətkarlarımız da bir inci qoyub gediblər.
Heydər Əliyev xalqımız üçün unudulmaz bir iz qoyub getdi.O ürəkləri fəth etdi,yaddaşlardan isə heç vaxt silinmədi və unudulmadı.Ruhunuz şad olsun,Ulu Öndər!
Həyatımdakı xoşbəxt günlər,demək olar ki,çox olmayıb:barmaqla sayıla biləcək qədər Tanrı tərəfindən mükafatlandırılmışam.Ən birinci mükafatım,xoşbəxtliyim ustad İsa Muğannanın varisi olmağımdır.İkinci mükafatım isə atamın sözləri ilə desəm anam-onun cəfalı Firuzəsi olub.Bu iki insan mənim ilk sevgim,həyat amalım olublar.Cismən ayrı olsaq da,ruhlarının daima ətrafımda dolaşdığını hiss edirəm.İşıqları ilə isinir,xəyalları ilə dərdləşib söhbətləşirəm.Yuxularımda görüşür,məsləhət alıram.Biri qibləgahım,o biri xanımlıq simvolumdur.Bu gün də onların xəyallarının hamımızın bir müqəddəs məbəd saydığı Azərbaycan Yazıçılar Birliyinin ətrafında dolandığını duydum,işıqlarının hərarətindən isindim,sevgilərindən kövrəldim,çünki bu gün qibləgahımın açdığı cığırda yeni bir fidan ədəbiyyatımıza boylanırdı:Bu bizim Balaca xanım idi.İsa Muğanna varisi-Səma Muğanna
Səma Muğanna mənim qızımdır.Ədəbiyyat aləminə təxminən 2,3 il əvvəl qatılsa da,özünün bir qədər mistik,bir qədər də qəribə,sevgi dolu əsərləri ilə oxucular tərəfindən çox sevilir.Onun haqqında söz demək bir ana olaraq mənimçün həm çətin,həm də məsuliyyətlidir,amma mən Balaca xanıma çox güvənirəm,ona olan inamım sonsuzdur,çünki Səmanın sevdalı dünyasında mən özümü tapıram.
Bu gün isə Azərbaycan Yazıçılar Birliyində Anar müəllimin otağında Səmanı Rəşad Məcid xüsusi sevgi ilə təqdim etdikdə sanki bu dünyadan ayrıldım,ruhum qanadlandı.Gözümün önündə qibləgahımın xəfif qımışması,anamın sevincdən yaşarmış gözləri canlandı.Bəli,mən növbəti xoşbəxtliyimi yaşayırdım: itmiş dəfn etdiyim arzularım dirilmişdi,həyata qayıtmışdı.Mən Sevinc Muğanna olaraq ən böyük mükafatımı almışdım.Səma AYB-nin üzvlüyünə qəbul olmuşdu.
Bu möhtəşəm gündə başda bu məbədin böyüyü Rəsul Rza,Nigar Rəfibəyli yadigarı Anara,gənclərə göstərdiyi sevgi və qayğıya görə Rəşad Məcidə,Nazim Əhmədliyə,Zaur Ustaca və adını çəkə bilmədiyim bütün yaxınlarıma,əzizlərimə sevgilərimi və ehtiramımı yollayıram.Səmasevənlər o qədər çoxdur ki,adlarını tək-tək qeyd etmək çox çətindir,mümkün deyil.
Mənim göyərçin qızım,qoy qələminin sehrindən ovsunlanan səni sevən oxucularının sayı bu dünyaya sığmayacaq qədər sonsuz olsun.Qibləgahımın işığı,nənən Firuzənin xeyir-duası daima yolunu işıqlandırsın.
Jurnalımızın redaksiya heyəti üzvü gənc yazar Səma Muğanna AYB-yə üzv qəbul olunub. Yazarlar cameəsi adından Səmanı təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, yolunuz daim gül-çicək olsun inşəAllah!
AQŞİN EVRƏN VƏ XƏZƏR SÜLEYMANLININ “AYRILIQLARIN TƏKRARI” ROMANINDA KÜLLƏRDƏN DOĞULAN SEVGİ…
Talelər, əslində, insanların yaşadığı bir imtahan deyil. Talelər insanların yenidən doğulduğu bir dünyadır. O dünyanın insanları talelərini özlərinin qurduğunu zənn edirlər, ancaq bu belə deyil. O hadisələr, xatirələr yaşanıb və bitib, lakin insanlar onları qəflətən yuxudan oyadıb işgəncə verməyə çalışırlar, ancaq anlamırlar ki, onların taleləri yuxudan oyandığı saatdan hər zərrələrinə hopubdur.
Çoxları taleni bir az nakam sevgiyə, bir az da xəyanətə bənzədirlər. Xeyr, bu belə deyil. Tale ayrılıq və sevginin gücündən yaranan məzlumdur. O məzluma əzab verən də sevgi, yaxud xəyanət deyil, insanlardır. İnsanlar ilk yaşadığı sevgilərini təqvimdə necə təmtəraqla, daxilindən qopacaq bir xoşbəxtliklə qeyd edirlər, ancaq bilmirəm diqqət etmisinizsə, ayrıldıqları günü təqvimdə deyil, yaddaşlarına qeyd edirlər. Bunu bəzən “tale oyunu” adlandırırlar. Daha düşünmürlər ki, günahkar tale yox, elə insanların içində böyüyən sevgi və xəyanət məxluqlarıdır. Hansı ki, o sevgi də deyil, ancaq çoxları onu sevgi adlandırırlar. Bu, əslində, onlardan doğulan “ayrılıq”dır. Bir düşünün, necə ki, siyah-bəyaz bir-birinə ziddirsə, eynən sevgi və xəyanət də elədir. Onların nifrətindən doğulan isə ayrılıqdır.
Ayrılıq daima təkrarlana bilər də, bilməyə də. Bu yenə də insanlardan asılıdır. Sevgi və xəyanəti, ən əsası talenin qollarından tutub dörd divara, yaxud parçalanmış bir qəlbə həbs edə bilərsən, ancaq ayrılığı heç vaxt. Ayrılıq təkrarları, yaşanmış hadisələrin bir daha yaşanmağını sevmir, heç vaxt da sevməyib, ancaq onu dinləməyib, bu uzun yolda onunla savaşmağı qərara aldı. Çox savaşdı, həm də ən son dəqiqəsinə qədər. Sonunda qalib gəldi, lakin ömür səhifələrinin bir hissəsində taleyini, dörd divarın arasında isə ayrılığı qoyub, sevgini, yəni Nərmini tapa bildi.
İki əfsanənin birlikdə ərsəyə gətirdiyi xəzinədən danışdığımı yəqin ki, anlamısınız. Xəzinə dedim, çünki bu kitab əfsanələrlə dolu bir xəzinədir. Əminəm ki, müəlliflərin oxucuları da mənimlə həmfikirdilər. Tam səmimi söyləyim ki, romanı ilk aldığım gündən bəri necə olduğunu təxmin etmişdim. Oxucuların çoxu romanın ilk səhifəsini açıb oxuduqda artıq sonunun necə bitəcəyini maraqla və həyəcanla gözləyirlər, ancaq mən bir oxucu olaraq romanın nə sonluğunu, nə də hər səhifəsindən sonra hansı hadisələrlə qarşılaşacağımı deyil, hər sətrinin yaddaşıma hopub, onu analiz etməsini gözləyirdim. Bu duyğunu izah etmək çox çətindir, çünki mən özüm də gənc yazaram. Oxucularımdan aldığım fikirlərlə yanaşı, onların hansı emosiyaları yaşadığını, hansı duyğulara qapandığını həm anlayıram, həm də anlamıram. Əksinə, bəzən sual doğurur məndə, eynən Aqşin Evrən və Xəzər Süleymanlı kimi. Hər dəfə oxuyarkən təkrar-təkrar analiz edir, nəticə çıxarır və o hadisələrin ətrafında dövran edirəm. Onu deyə bilərəm ki, müəlliflərin xəyal gücünə əhsən!
Reallıq və mistikanın vəhdət təşkil etməsi məni heyran qoydu. Romanı oxuyub bitirdikdən sonra belə dodaqaltı bu fikirləri təkrarən söylədim: Xəritə, Mehran, Ofeliya və Nərmin. Ayrılığın birləşdirdiyi talelər. O talelərə bağlı olan xəritə. Sizcə, o xəritə kimdir axı?
O xəritənin kimliyini mən deyil, bağlı qapıların arasında gizlənən sirlər, gözlənilmədən baş verən ayrılıqlar və Mehran ilə Nərminin daxilində itib-batan “Antik tənhalıq” mağazasında dərin yuxuya dalan mücrü açacaq. O mücrü küləyin “açıq” və digər üzünə “bağlı” olan mağazanın taleyinə cavab verməyə çalışırdı, eynən mücrü də Mehran və Nərminin tale nöqtələrini əlinə alıb, xəritənin kimliyini açıqlayacaqdı.
İndi isə başlayaq Mehran və Ofeliyanı ayıran, ancaq Mehranın həyatına günəş kimi doğan Nərminin “Antik tənhalıq” mağazasından. Mən düşünürəm ki, küləyin orada böyük rolu var. Romanda ilk cümləsində deyilir ki, “Külək “Antik tənhalıq” mağazasının qapısından asılmış bir üzünə “açıqdır”, digər üzünə “bağlıdır” yazılan lövhəni o tərəf-bu tərəfə çevirir, sanki kiminsə taleyi ilə bağlı vacib bir qərar verməyə tələsirdi”.
Bu, çox doğru fikirdir. Külək bilirdi ki, Mehran xəritəni illərdir ki, axtarır. Onu da bilirdi ki, Mehran xəritəni də, kimliyini də tapsa, Ofeliya onun həyatından çıxmaqla yanaşı, kül olacaqdı. Bilirdi və bilirdi ki, Mehran Ofeliyayla xoşbəxtlik açarını tapıb, növbəti qapıların kilidlərini açarla aça bilməyəcəkdi. Diqqət etmisinizmi, Mehran hər dəfə 1874-cü ilin qış fəslinə qayıtdıqda Ofeliyanın kimliyini unudur və yalnız o xəritənin başlanğıc və son nöqtəsini axtardıqca dəliyə dönür. O evin divarlarının hər küncü, yatağı belə Ofeliyanın ruhuyla lənətlənib. O xəritəyə işgəncə verən də Ofeliyanın “Qan qartalına” bürünmüş lənətlənmiş ruhu idi. Ofeliya həqiqətləri daxilində gizlədib, Tanrının ən uca varlığı olan sevgini geyinmişdi bədəninə. Hər şey bir kənara, sizcə, Ofeliya Mehranı həqiqətən sevsəydi, rəfiqəsi Lamiyənin qardaşı Ramalla qoşulub qaçardı? Əsla! Bu da bir kənara xəritə olmasaydı, həqiqət nə qədər acı da olsa, Mehrana etiraf etməyəcəkdi? Ofeliya anidən yox olub illər sonra həqiqi bədəninə geri döndü və Mehranın gözləri önündə dayandı. Dayana bilərdimi? Yox, təbii ki, dayana bilməzdi…
Mehran Ofeliyanı itirməklə yenidən dünyaya gəldi. Təkrar yaşadığı taleyini yenidən özü yaratdı. O, taleyinin memarı olub, onun üzərində işlədi, eynən xəritə kimi. Elə yeri gəlmişkən romandan bir sitat gətirim: “Keçmişin ardınca qaçmaq gələcəyi sürətlə itirməyin ən asan yoludur”.
Mehran keçmişinin arxasınca qaçırdı. Qaçmaqla bərabər bütövlükdə hər zərrəsini itirir və 30 parçaya bölürdü. 30 parça, 30 insan, 30 ampul. Şifrələnmiş həyat hekayələri, neçə-neçə insanın qurban getdiyi talelər. Sual yaranır ki, 30 ampul nədir axı? Məsələyə bir başqa yöndən baxdıqda özünü Nərminin əmisi, əslində isə doğma atası olan Burxanın dəhşətlər doğuracaq “Medi Sina Mru” klinikasından başlayır. Qəribə bir adla tanınan bu klinika da şifrələnmiş həyat hekayələrinin parçalanmış hallarıdır ki, bu, Mehranla Nərmini birləşdirir.
Klinikanın adını dəfələrlə oxuduqda həmin hissəyə gözümü avtomatik olaraq zilləyirdim. Demək, tək ayrılıq yox, insanın bütövlükdə yaşadıqları ona təkrarən yaşadılır. Ən dəhşətlisi isə o oldu ki, Burxanın illərdir insan alveri ilə məşğul olmasıdır. Bəlkə də bu vəhşiliyin üstü örtülü qalacaqdı, ancaq Mehran yaddaşına hopan fikirləri bir-bir analiz edib, bu faciəylə bitəcək insan ömürlərinin yarısını da olsa, qurtara bildi. Məni dəhşətə gətirən isə bu klinikanın adı oldu. Klinikanın əsl adı Simurq quşumun olmasıdır. Simurq quşu da kül olub, küllərindən doğulan bir quşdur, həmçinin 30 quşun simvoludur. O 30 quşun hər biri bir Simurq quşudur. Sizcə də bu, möcüzə deyilmi? Bu möcüzə Mehran və Nərminin sevdası idi.
Mehran, Ofeliya, Burxan və Nərminin talelərindən danışdıq. Artıq illər keçdi, saatın dəqiqələri gələcəyi görməyə can atmağa çalışdı, lakin unudulan bir məqam qaldı, o da Nərmin. Nərmin o gün niyə təcili olaraq evini tərk etdi? O, həqiqətən də Mehranı Ofeliya kimi atıb gedəcəkdimi? Bu yeni doğulan suallar necə ki, Mehranı uçuruma sürükləyirdisə də, Ofeliyaya olan şübhələrini də Nərminin üzərinə hədəfləyirdi, ancaq bu o demək deyildi ki, Mehranın Nərminə olan sevgisi azalırdı, xeyr, əksinə, özü də bilmədən daha da çox artırdı. Mən onun necə bir hiss olduğunu çox gözəl anlayıram. Mehranın Nərminin “tapılmayan cəsədi” xəbərini eşitməsi. Burxanın cəsədi məlum idi, ancaq Nərmininki… Bu 3 nöqtəni tamamlamaq belə qeyri-mümkündür. Mehran da bunu bilirdi ki, Nərmin ölə bilməz. Elə bu fikirlə də, o məktubu da, hər şeyi də əlinə alıb uzun yola çıxdı. Qatarın yolu onu ilk xəritəyə, daha sonra Nərminə aparırdı. Mehran bu duyğularla da bərabər irəlilədi və xəritənin də özü olduğunu bir daha təsdiqləmiş oldu.
Mehran xəritəni tapmaqla yanaşı, ondan qopan parçaları da birləşdirib gələcəyə addımladı. Aylar öncə Ofeliyayla daxil olduğu “Antik tənhalıq” mağazasına indi Nərminlə addımladı. Külək həqiqətən də onların taleyi ilə vacib qərarı elə bu gün verdi.
Salam olsun, Azərbaycanın ilk hibrid jurnalı olan “Yazarlar”ın çox dəyərli yazarları və oxucuları! Bizim yalnız bir məqsədimiz var ki, o da “Yaradıcı uşaq – gәnclәrin dövrü mәtbuatda çıxışını asanlaşdırmaq , onların tanınmasına kömәklik göstәrmәk” olmaqla məramnaməmizdə çox aydın şəkildə qeyd olumuşdur. Aylıq ədəbi-bədii, elmi jurnal olan “Yazarlar” kitabxanalar üçün ənənəvi qaydada məhdud sayda nəşr olunur və elektron formatda bir neçə sabit, dayanıqlı, təhlükəsiz platformadan PULSUZ olaraq yayımlanır. Jurnalın bu günə qədər çap olunmuş bütün nömrələrini BİTİK.AZ saytından sifariş yolu ilə əldə edə bilərsiniz. Eyni zamanda Wahtsapp: (+994) 70-390-39-93
Çünki o doğmayan günəşin arxasında gizlənən elə mən özüməm…
Mən sənin gecələrinin dərmanı,sabahlarının isə acısı,dərdiyəm…
O doğmayan günəş də mənəm…
Bir gün yenidən doğulacam…
O gün…
Sən gecənin hökmünü əllərinə aldığın zaman olacaq…
* * *
Bağlı qapılar…
Zülmətin qapıları açıqdırsa və mən getməliyəmsə,məni susduran nədir axı?
Niyə mən göz yaşlarıma sahib çıxa bilmirəm?
Niyə mən gizlətdiyim dərdlərimin acısını yaşaya bilmirəm?
Niye mən gözlərimdə yol çəkən illərimi geri gətirə bilmirəm?
Niye axı? Yoxsa..
Yoxsa mən zülmətin qapıları açıq da olsa,yuxusuzluga məhkum olan acılarıml yaşayıb,dərmanı tapılmayan səhərin yalançı təbəssümlə insanların gözünü qamaşdıran günəş olmalıyam?
Demək olmalıymışam…
Demək olmalıymışam ki,səhərləri qəhqəhə ataraq yollandığım küçələr zülmətin hökmü qarşısında aciz qalsın.
Zatən acizdir ki,göz yaşlarım insanların deyil,mənim ölüm fərmanımdır!
Mənim ölüm fərmanımdır,bəli…
Çünki mən göz yaşlarımı zülmətə təslim etməmək üçün hayqıraraq deyil,
içimdə bogub,sonra da yaşadıb
damlaları yavaş-yavaş,aram-aram və heç kəs bilmədən axıtmışam…
Bir gün geri dönəcəyəm… Səndən tək diləyim,bizim səninlə qoruduğumuz tarixləri unutma. Onlar bizə əmanətdir. Biz o tarixlərdə səninlə yenidən qovuşmadıq,düzdü,ancaq biz səninlə yenidən doğulduq…
Son məktubunda yazdığı söz bu fikirlə bitmişdi. Yenə göz yaşları içində o qatarın gəlişini gözləyirdi.O qapı açılacaq və “mən gəldim” -deyib boynuna sarılacaqdı. İlk idimi bu? Yəni onun boynuna heç vaxt sarılmamışdımı? Yox… Heç vaxt.. Təəccüb doğuran isə tək bu deyildi, onların yaşadığı gizli sevgisi idi.
Onlar bir-birlərini sözlərlə, baxışlarla sevməmişdi. Onlar qəlbən, ruhən yaxın idi. Uzun zaman öncə, hətta uşaqlıqdan belə. O ikisi dostluq iplərini göy üzünə atıb, sevgi bağına qaçmışdılar. Bu iki gəncin sevdası heç kəsin bilmədiyi, heç kəsin duymadığı və heç kəsin görə biıməyəcəyi bir sevgi idi. Onlar sevgi məbədlərinin çırağını bir gün işıqlandıracaqdılar. Artıq ona doğru addımlayırdılar… Bu çılğın duyğu ikisinin də damarlarına, qanına hopmuşdu. Baxın, bu iki dəli gənc bir-birinə bu cür bağlı idi. Əgər bir gün ayrılsalar, ömür səhifələrində gizlətdiyi fotoları yandıracaq, tarixləri isə siləcəkdilər. Bəs ikisi? İntihara addımlayan yolun uçurumda bir-birlərinə söz verib, ayrılacaqdılar. Əslində, onlar ayrılmaq deyil də, yaşaya bilmədikləri xəyallarını boğub öldürəcəkdilər. Bu iki gənc o gün, o tarixdə yanan çıraqları söndürüb, ürəklərini kül etmişdilər. Bəlkə o ürək aylarca kül olan nəfəsini, döyüntülərini kənara atıb artıq həyatıyla barışmışdı, lakin Tanrı bu sevdalıların parça-parça olmuş ürəklərinin yanğısını yaşaya bilmədiklərini, həsrətlə vüsalına çatmaq istədiklərini bilirdi.Ən qəribəsi isə bu iki sevdalını ürəkləri deyil, bütövləşmiş ruhun sevgi donunu geymiş ürək qoruyurdu. O gün isə bu ürək yenidən bütövləşdi,kül olmuş parçaları isə bir-birlərinə olan sevgisini daha da gücləndirdi. Onlar Tanrının dərgahında ucaya qalxdılar və necə? Sevgiləri uğrunda!
Dekabr ayına təsadüf edirdi. Soyuq, qarlı qışın vahimə dolu səsi küçələri bürümüş, pəncərələrin bir küncünə sığınmış yavru pişikləri, itləri qovalayırdı. Sanki dil açmışdı rüzgar. Tufan qoparan üsyankar səsiylə ətrafı ovsunlamışdı. O gün bir hadisə baş verdi. Çox qəribə idi. Bu iki gənc soyuq küçələri qarış-qarış gəzərək, donurdular. Artıq ikisinin də gücü qalmamışdı, amma naməlum olan bir səbəb vardı. İkisi də bir-birini görmürdü. İkisi də bağırtı səsləriylə, göz yaşlarıyla bir-birini tapa bilmirdi, yoxsa həqiqətən də rüzgar bu sevgini ovsunlamışdı? Necə yəni, insanların belə öldürə bilmədikləri sevgini rüzgar yox etmişdi? Təbii ki, yox. Bu sadəcə onlar üçün bir sınaq idi.
Qarlı, çovğunlu havada bir-birinə labirint kimi bağlanmış küçələr bu iki gənci bir-birindən ayrılığa sürgün etmişdi,ancaq onlar bilirdilər ki, bir-birlərini hansı yollarla tapa biləcəklər…
Heç kəsin düşünmədiyi, ağlının ucundan belə keçirmədiyi yol ilə. Bir-birlərinin ayaq izlərini təqib edərək. Göz yaşları sel olub axan küçələrdə qanlı damlalar vardı. Bu yalnız iki gəncin göz yaşları ola bilərdi. Dediyim kimi onlar bir-birinə ruhən bağlı idi, sözlərlə deyil.
Və sonunda bir-birlərini tapdıqda. İkisi də donub qaldı. Bir-birinin simalarını diqqətlə izləyib, göz yaşlarına boğuldular. İkisi də həm çox yaxın, həm də çox uzaq idilər, sanki doğma və yadlaşmış insan kimi. O an hər şey susdu. Çılğın, dəli rüzgar belə bu sevgiyə tamaşa etdi.
Əllərini qəlbinə qoyub, ikisi də eyni anda söylədi: “Tarixlər unudulmur. Avqust, iyun, dekabr və yol. Başlanğıc nöqtəsindən başlayıb, sonsuzluğa addımlayan yol”.
Bu sözü dedikdən sonra ikisi də qaçaraq, bir-birlərinə sarıldılar. Elə sarıldılar ki, Tanrı gözlərini qapadıb, gülümsəyərək rüzgara işarə etdi…
Onlar ilk dəfə o zaman sarıldılar. Bir-birlərinə sarılmayan, günlərcə danışmayan bu iki gənc ikiyə bölünmüş ürəyi bütöv etdilər…
O küçədən keçərkən intihar edən körpənin fəryadı qulaqlarımda cingildəyirdi?,göz yaşları isə saçlarımın uclarını islatmışdı.Ölən körpənin cəsədi arxadan məni səsləyirdi elə bil.İçimdən qopan bir duyğu,məni ona vadar edirdi ki,sanki özümü ona qaçacaqmış kimi hiss edim.Əlləriylə simama toxunmağa çalışırdı.Gözləri kor,dili lal idi.Bir anlıq ürpənib geri çəkildim,ancaq sonra düşündüm ki,əgər bu körpəni mən buradaca qoyub getsəm,onun ahı yaxamı buraxmayacaq.
Körpə qollarımda idi.Soyumuş bədəninə göz yaşları süzülürdü.Ona baxdıqca,elə bilirdim mən ölürəm.Onun gözlərim önündə intihar etməsi məni dəli etmişdi.Dəli dedim,siz anlamadınız məni.Bir ağaca tutunun və dırnaqlarınızla ondan yapışın,var gücünüzlə onun canını alın.Aldıqca nə hiss edəcəyinizi təsəvvür edin! Və mən bu körpənin ölmüş cəsədini qollarımın arasında daşıdıqca o hissləri keçirirdim. Körpə qucağımda inildəyirdi elə bil.Axı o ölmüşdü,bu necə ola bilərdi? Ürək döyüntüləri yox,nəbzi atmır,ancaq yeganə yaşayan onun göz yaşlarıydı.Mən hər dəfə göz yaşı tökdükcə,körpə də göz yaşlarını sinəmə axıdırdı.Yaş olmuş paltarım onu soyuqdan qoruya bilmirdi.Onun göz yaşları saçlarıma,sinəmə axırdı,nədənsə paltoma toxunmurdu.Kiçik əlləriylə də ancaq saçlarımdan tutunmuşdu.Mən o körpənin öldüyünə inanmırdım,ölən yalnız göz yaşlarıydı.O,göz yaşlarını göy üzünə təslim edib,ruhunu öldürən birisinə sahib olmuşdu.İntihar qorxusu yaşadan şəxs körpənin içində fəğan edirdi…
Artıq taqətim qalmamışdı.Əllərim qopub düşürdü elə bil.Körpəni qucağımda saxlaya bilmədiyim üçün özümü qınayırdım.Nəfəsim kəsilir,gözlərim qaralır,ayaqlarım çuxura addımlayırdı.Sanki ayaqlarım qırılıb düşüb,şikəst qalmışdı.Əlləriminsə,bu məsum məzlumu tutmağa gücü yetmirdi.
İçimdən ani qopan qışqırıqla körpə dərindən nəfəsini içinə çəkdi.Döyünən ürəyini qulaqlarımda eşitdim.Gözlərini açıb,məni diqqətlə izlədi və yavaş-yavaş gözlərindən kiçik damlalar axmağa başladı.O damlaları əllərimlə silmək istəyərkən,əlimi tutub kiçik ürəyinin üstünə qoydu.Yenə nəfəsini dərindən içinə çəkib,gözlərini qapatdı.Yanaqlarına süzülən kiçik damlalarla sinəmə sıxılıb,balaca barmaqlarıyla məni bərk-bərk qucaqladı.Mənə yolu düz getməyimi-dedi.Əliylə işarə edərək yola davam etdim.
Yolun sonuna gəlmişdik.Ətraf zülmətin qaranlığıyla dolu idi.Yerə sərilmiş kuklalar bizə tamaşa edirdi.Əllərində tutduqları bıçaqları atıb,elə bil təslim olurdular.Gözlərimizin önündə anidən ayağa qalxıb,bıçaqları yerə atdılar.Paltarlarının üzərində kiçik göz yaşları gizlənirdi.Kəsilmiş saçları,ayaqlarıyla bizə işarə etdilər.Yolun sonunun hara gedəcəyini bilmirdim,ancaq körpə nəfəs alıb verir və bərk-bərk saçlarımdan yapışırdı.Artıq göz yaşları dayanmışdı..
Uçurum kənarına çatdıq.Birdən çiyinlərimdə bir palto olduğunu hiss etdim.Palto həddindən artıq ağır idi.Sanki illərin yükü çiyinlərimdəydi.Paltonu çıxarıb,körpəni bürümək istədikdə əliylə saxla-deyə işarə etdi.Palto çiyinlərində qalsın-deyirmiş kimi gözlərini qapatdı.Paltonu çiyinlərimdə hiss edərkən,sanki illər öncə onun mənim çiyinlərimi örtdüyü paltonu xatırladım.Soyuqdan donan vücudumu yalnız onun paltosu isidə bilmişdi.Sanki bu gün o gün idi.Qucağımdakı körpə göz yaşlarıyla məni buraya gətirdi və qarşıma zülmətin kabusunda yenicə doğulmuş acılı,yaralı,hətta ləkələnmiş kuklalar çıxdı,ancaq o palto çiyinlərimə qonduğu anda körpəninki kimi mənim də göz yaşlarım simamda quruyub yox oldu.Bəli,biz o gün göz yaşlarımızı göy üzünə təslim etdik.Bu paltosa,bir gün onun gəlib,əlimdən tutub aparacağını işarə etdi.
Körpə qucağımdaca yuxuya dalıb,son göz yaşlarını da saçlarıma axıtdı.Döyünən ürəyi susub,göz yaşları Tanrının hüzuruna qovuşdu…
“Ot kökü üstə bitər”-deyərlər: məktəbimizin ( #189190nömrəliməktəb ) 10 “B” sinif şagirdi Səma Muğanna kimi. Bu kiçik fidan İsa Muğanna ocağını sönməyə qoymayan kiçik yazardır. Qələmini xəyallar dünyasının fırtınalarında sınmağa qoymayan, məsum ürəyində sevgi ilə nifrəti, xeyirlə şəri çarpışdıran Səma ədəbiyyat aləmində yeni doğan bir günəşdir. Bu Günəşin son zamanlardakı uğurları oxucularının gözünü qamaşdırır, ruhlarını oxşayır. Səma 3 kitab müəllifidir. Sonuncu kitabı “Adam və Papatyanın Tanrıyla görüşdüyü gün” kitabına görə bu günlərdə “Ziyadar” mükafatına layiq görülmüş və “Yazarlar” jurnalının redaksiya heyətinə üzv seçilmişdir. Onu bu münasibətlə təbrik edir, bu çətin, keşməkeşli yolda Səmamıza uğur diləyirik! #189190nömrəliməktəb