Etiket arxivi: ŞAİR

ƏLƏMDAR CABBARLI – FOTO

ƏLƏMDAR CABBARLI

Danışan fotolar – FOTO ROMAN

Təqdim etdi: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VAQİF VÜQAR – ŞEİRLƏR

VAQİF VÜQARIN ŞEİRLƏRİ

ZİRVƏLƏR QIŞ DOĞUR…
Gedir göy üzündə bulud davası,
Əbədi tufanın evidi dünya.
Baharı bağrına basıb hardasa,
Bir yarpaq boydaca böyüdü dünya.
* * *
Zirvəyə can atıb yüyürdükcə biz,
Qovur ruhumuzu min tufan, min qar.
Görüb, tanıyırıq düşündükcə biz
Zirvələr qış doğur, dərələr bahar.
* * *
Gah ayıq oluruq, gah da mürgülü,
Dünyanın özünə çox oxşayırıq.
Özü bitirdiyi təbrik gülünü,
Bircə sevgisinə bağışlayırıq.

YÜRÜŞ EDƏCƏYİK…
Nə vaxtdan bəridir talan Vətənin,
Yanan kəndlərini, məbədlərini.
Düşmən tapdağında qalan Vətənin,
Göstərin uzanan sərhədlərini.
* * *
Boğmaq, cilovlamaq olmaz tufanı,
Günəşin yenidən doğulması var.
Xəbərdar edirik Ermənistanı,
Bizim odumuzla oynamasınlar.
* * *
Qəhrəman olmağı bizə öyrədib,
Özünün adını daşıyıb Vətən.
Səngər alınyazımızdır əbədi
Qanlar bahasına yaşayıb Vətən.
* * *
Xatırlayın dönə-dönə Babəki,
Yurdunu Tanrının məkanı saydı.
Bu ölkə olmazdı, qəlbində sevgi
Böyük Xətailər doğulmasaydi.
* * *
Tükənsə son ümid, son işıq kimi
Yürüş edəcəyik yurdlara sarı.
Viran edəcəyik düşmən evini,
Keçib dərələri, aşıb dağları..
* * *
Dədə mirasları qaytarmaq üçün,
Yürüş edəcəyik Ağrı dağına.
Ruhları dolaşan qos-qoca Türkün
Əzəli, əbədi torpaqlarına…

EY SÖZ QIZI…
Sən günəşin işığını gözünə yığ,
Ömrümüzsə sıxılıbdır damlalara.
O göylərin rəngi tutqun, rəngi qara
Və bir az da buluduna oxşayırıq.
* * *
Sən bir çiçəyin üzündəki rəngsən-rəng,
Mən bir şehəm ruzigarın yaxasında.
Oxunuruq Bethovenin sonatası tək,
Oxunuruq bir gecənin havasında.
* * *
Tənha qalmış bir adayam sular döyüb,
Sənin gəmin balacadı dəniz böyük.
Tutanların kölgəsini oğurlayıb,
Kəhərimə yüyən etdim mən ömürlük.
* * *
Salam verib min gözəllik sabahına,
İsmarıc da eləyirsən sən sözümə.
Ey söz qızı, mənsə eşqin dərgahında
Çocuq təki yüyürürəm dan üzünə…

Müəllif: Vaqif VÜQAR

VAQİF VÜQARIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏNC YAZAR DOSTUMUZ

İsmayıl ÇEŞMƏLİ – yazar, şair.

1. İsmayıl Çeşməli, sizi yaxından tanıyaq?

Mən İsmayıl ÇEŞMƏLİ (İsmayılov) 30.09.1983-cü ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşam.

2. “Çeşməli” nədən çeşməli?

Çeşməli olduğum üçün.

3. Evinizdə varmı şair olan neçənci ildən yazırsınız?

Bəli dayım şair olub oda şeirlər yazıb cavanlıqda.

4. Dtv də o ləqəbi sizə verən kim idi razısınız təxəllüsünüzdən?

Bəli əlbəttə həmdə Dtv də qızıl çevirə velişində veriblər ləqəbi Lətifə Çeşməli verib. Aşıq lətifə çeşməli Çünki mənə doğmadır o, təxəllüs.

5. Oxucularınıza sevdirə bilmisiniz şeirlərinizi?

Bəli sevməsələr bəyənməzlər…

6. Sizi qane edir yazdıqlarınız?

Əlbəttə mən şeirdən qida alıram…

7. yazdığınız şeirlərinizi ilk kimə oxuyursunuz?

Həyat yoldaşıma…

8. Kitab düşünürsünüz yoxsa var kitablarınız?

Düşünürəm amma ona maddi vəsait lazımdır gücüm çatmır kitab çıxartmağa…

9. İlk şeiriniz yadınıza gəlir?

Əlbəttə gəlir, ay mənim qəlbimdə taxt quran gözəl , adlı ilk şeirim olub.

10. Kimləri oxuyursunuz kimlər sizi qane edir gənc yazarlardan?

Mən ancaq Hüseyn Arifin, Aşıq Ələsgərin, şeirlərini oxuyuram.

11. Son olaraq sıxılmadınız ki oxucularınıza nə demək istərdiz bir neçə şeirinizi bizimlə paylaşa bilərsiniz?

Oxuculara uzun ömür can sağlığı arzulayıram oxuyan gözləri var olsun…

Ay mənim nazlı gözəlim

İlk baxışdan vurulmuşam,
Alovunda qovrulmuşam.
Sanki, dönüb kül olmuşam
Ay mənim nazlı gözəlim.

Göydən enən mələyimsən,
Mənim vuran ürəyimsən.
Həm arzum, həm diləyimsən
Ay mənim nazlı gözəlim.

Çeşməli, sevibdi səni,
Sənsən bu qəlbimin təni.
Vermə mənə, kədər-qəmi,
Ay mənim nazlı gözəlim.

Bir qız şeir yaz da deyir

Baxır mənə, gülə-gülə,
Bir qız şeir yaz da deyir.
Balda qatıb, şirin dilə
Bir qız şeir yaz da deyir.

Hərdən qımışır gül üzü,
Heç yaxına, gəlmir özü.
Sinəmə salaraq közü
Bir qız şeir yaz da deyir.

Nazda edir, bilə-bilə
Saçı bənzər qızıl gülə.
Dönüb bir şeyda bülbülə
Bir qız şeir yaz da deyir.

Çeşməliyi, çəkib dara
Həsrət qoyub, bir cüt nara.
Ürəyimə vurub yara
Bir qız şeir yaz da deyir.

Söhbətləşdi: Alik DƏNİZSEVƏR

ALİK DƏNİZSEVƏRİN YAZILARI

İSMAYIL ÇEŞMƏLİNİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ŞAHNAZ ŞAHİNİNİN TƏQDİMATI OLACAQ

ƏZİZ DOSTLAR, 17.12.2021-Cİ İL SAAT 14:00-DA

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN “NATƏVAN” KLUBUNDA

     İSTEDADLI ŞAİR-PUBLİSİST ŞAHNAZ ŞAHİNİN  “XOCALININ SƏRVƏRİ”, ”ZƏFƏR NƏĞMƏLƏRİ”  VƏ “SABİRABAD ŞƏHİDLƏRİ”  ADLI KİTABLARININ TƏQDİMATI KEÇİRİLƏCƏKDİR. HƏR KƏS DƏVƏTLİDİR. ÜNVAN : XƏQANİ-25 (SAHİL METROSU).

Təqdim etdi: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİAĞA KÜRÇAYLI – İSTƏRƏM

ƏLİAĞA KÜRÇAYLI

İSTƏRƏM
Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.
* * *
Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.
* * *
Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.

Müəllif: Əliağa KÜRÇAYLI

ƏLİAĞA KÜRÇAYLININ YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

POEZİYA… – RAMİZ İSMAYIL

Ramiz İSMAYIL – şair.

ƏLLİ İLDİ
Könlüm viran, qəlbim talan,
Yar, gəzirəm əlli ildi.
Xəstə düşən dərman gəzər,
Qar gəzirəm əlli ildi.
* * *
Bu sevdanın adı nədi,
Duzu, tamı, dadı nədi?
Ocaqdırsa, odu nədi?
Qor gəzirəm əlli ildi.
* * *
O yolları yordu gözüm,
Yollarda nə gördü gözüm?
Nuru gedib, tordu gözüm,
Kor gəzirəm əlli ildi.
* * *
Bu həsrətin yaşı qara,
Ürəyimin başı yara.
Kəfən geyib yaşayıram,
Gor gəzirəm əlli ildi.
* * *
O gözəldə gözüm qaldı,
O tilsimdi, o xəyaldı.
Mən Ramizəm, dilim laldı,
Kar gəzirəm əlli ildi.

SEÇİM DEDİM…
Bu dünyada yaman da var,
Yamandan pay uman da var,
Yaxşıya göz yuman da var,
Yaxşıları yamanlardan –
Seçim dedim, – seçəmmədim.
* * *
Bir gözəlin butasıydım,
Əllərindən tutasıydım.
Vüsalına çatasıydım,
Səadətin şərbətini –
İçim dedim, – içəmmədim.
* * *
Sevincimdən əzabım çox,
Sualım var, cavabım yox.
Günahım az, savabım çox,
Suçum varsa, bağışlayım –
Keçim dedim, – keçəmmədim.
* * *
Ramiz, söylə möhürbəndi,
Yolumuz qıl körpüdəndi.
Həyat zəmi, ömür dəndi,
Fələk göyə sovurmamış –
Biçim dedim, – biçəmmədim.

QOÇ OLMAZ
Qoç olmaz yetim quzudan,
Qoç oğlundan qoç törəyər.
Bar gözləmə çürük qozdan,
Törəsə də puç törəyər.
* * *
Min illərdir belə olub,
Mərd meydanda bəlli olub.
Dəli oğlu dəli olub,
Gicbəsərdən gic törəyər.
* * *
Görmüşük başdan – binadan,
Çörək qədri bilməz nadan.
Zatı qırıqdan, zinadan
Bic doğular, bic törəyər.
* * *
Ramiz, sızlat sarı simi,
Söz sındırar hər tilsimi.
Halal olsan arı kimi
Bir bəsləsən üç törəyər.

HƏSRƏTİMİN
Ürəyimdə doğma yurdu –
Yuvası var həsrətimin.
Yalvarıram uçub getmir,
Vəfası var həsrətimin.
* * *
Qəlbimdə qəm gözəlləşib,
Gözümdə nəm gözəlləşib.
Saçımda dən gözəlləşib,
Şəfası var həsrətimin.
* * *
Hər çətinə, bərkə dözdük,
Bərkə-boşa birgə dözdük.
Nə qəribə görkə dözdük,
Cəfası var həsrətimin.
* * *
Ömürlük dost, sirdaş olduq,
Yaman bağrıbadaş olduq.
Ramiz, daha qardaş olduq,
Səfası var həsrətimin.

GİLEYLİ
Həyat qəribədir – kimi dindirsən,
Göydən narazıdı, yerdən gileyli.
Allahın ən mömin bəndələri də,
Hərdən asi olur, hərdən gileyli.
* * *
Adam var xisləti, məsləki sirdir,
Adam var yaxşılıq, yamanlıq birdir.
Adam var ümidi “ocaq”dır, pirdir,
Adam var seyiddən, pirdən gileyli.
* * *
Adam var, can atır, “daş-başa” – çatır,
Adam var, əlləri boz daşa çatır.
Adam var, cütləyib şeş qoşa atır,
Yek atıb uduzan zərdən gileyli.
* * *
Ramiz, çoxdu hələ səni duymayan,
Nifrətdən, qeybətdən gözü doymayan.
Bir-birinə xətir-hörmət qoymayan,
Ər arvaddan, arvad ərdən gileyli.

MƏNİ
Belə yaşamağa yaşamaq desəm,
Il ağlar, ay ağlar, gün ağlar məni.
Baş aça bilmirəm sirri-xudadan,
Tutub batmadığım günahlar məni.
* * *
Baş götürüb hara köçüm, görəsən,
Nə imiş təqsirim, suçum, görəsən?
Harda tükənəcək gücüm, görəsən,
Nə vaxt tərk edəcək qınaqlar məni?!
* * *
Üzümə gülənlər mələk deyilmiş,
Ağım kəfən imiş, bələk deyilmiş.
Əsən tufan imiş, külək deyilmiş,
Şeytan qucaqlayar, cin ağlar məni.
* * *
Hara getdim, nadan çıxdı qarşıma,
Gülə-gülə zəhər qatdı aşıma.
“Ağlıma gəlməyən gəldi başıma”,
Yaram sim bağlayar, sim ağlar məni.
* * *
Duyğusuz insana könül bağladım,
Yol gözlədim, ədəb-ərkan saxladım.
Anadan olanda özüm ağladım,
Öləndə bilmirəm kim ağlar məni.
* * *
Sevincim, kədərim qoşadır daha,
Yönüm qar-boranlı qışadır daha.
Ramizəm, bir ümid yaşadır daha,
Bəlkə bir əhli-dil soraqlar məni.

BU QIZIN
Darağı, güzgüsü düşmür əlindən,
Gözündən od-alov çıxır bu qızın.
Sinəsi köynəyə sığışmır daha,
Köynək sinəsini sıxır bu qızın.
* * *
Gözəli darağa “bağlayan” nədir,
Güzgü qabağında saxlayan nədir,
Qəlbində kükrəyən, çağlayan nədir?
Baxışı yandırıb yaxır bu qızın.
* * *
Yaşılı soyunur, alı geyinir,
Qardaş “qəzəblənir”, nənə deyinir.
Ata qürur duyur, ana sevinir,
Naz-qəmzəsi “evlər yıxır” bu qızın.
* * *
Bir-birinə aman vermir elçilər,
“Hə” alınar, şirin çayı içilər.
Bir gün nişan olar, parça biçilər,
Toyu olar əvvəl-axır bu qızın.

GEDƏCƏK
Ömrümün karvanı yol üstündədi,
Illəri yan-yana düzüb gedəcək.
Qarlı zirvələrdən, şoran çöllərdən,
Bulanıq sulardan üzüb gedəcək.
* * *
Qabağına eniş-yoxuş çıxacaq,
Xoşuna gəlməyən çox iş çıxacaq.
Könül bulandıran baxış çıxacaq,
Yersiz tənələrə dözüb gedəcək.
* * *
Arzusu, diləyi qalıb yarıda,
Sınıb bərkiməmiş qanadları da.
Gününə bax, – günü keçmiş qarı da,
Ağız əyib, dodaq büzüb gedəcək.
* * *
Karvan gedəsidi, kimsə əyləməz,
Geriyə döndərməz, yoldan eyləməz.
Bir mələk gələcək, dinməz-söyləməz,
Əcəl şərbətini süzüb gedəcək.
* * *
Ramiz kirpiyində od götürəndə,
Gəzdiyi cığırlar ot bitirəndə,
Çayını, suyunu yad gətirəndə,
Bəxtindən inciyib küsüb gedəcək,
Həyatdan əlini üzüb gedəcək.
Müəllif: Ramiz İSMAYIL

RAMİZ İSMAYILIN YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC ELŞAD BARATA ZİYADAR TƏQDİM EDƏRKƏN

AYB-nin “Natəvan” klubunda tanınmış şair Elşad Barat şəhidlərimizə həsr etdiyi “Ölümsüzlər” kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbirdə tanınmış söz adamlarından Rəşad Məcid, İlqar Fəhmi, Mərziyə Nəcəfova, Lətifə Oruc və başqaları çıxış edərək Elşad Baratın yaradıcılığı, kitab haqqında öz fikirlərini bildiriblər. Sonda Zaur Ustac şairə “Ziyadar” Mükafatı təqdim edib.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAMİZ DUYĞUN ZİYADAR MÜKAFATINA LAYİQ GÖRÜLÜB

Bu gün Azərbaycan Nəşriyyatının Akt zalında tanınmış şair, polkovnik Ramiz Duyğunun şanlı Zəfərimizə həsr etdiyi “Qalibiyyət Dastanı” kitabını təqdim olub. Tədbirdə Zaur Ustac tərəfindən şairə “Ziyadar” Mükafatı təqdim edib.


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ELŞAD BARAT “ÖLÜMSÜZLƏR” KİTABINI TƏQDİM EDİB

Bu gün AYB-nin “Natəvan” klubunda tanınmış şair Elşad Barat şəhidlərimizə həsr etdiyi “Ölümsüzlər” kitabını təqdim edib. Sayman Aruzun moderatorluğunda keçən tədbirdə tanınmış söz adamlarından Rəşad Məcid, İlqar Fəhmi, Mərziyə Nəcəfova, Lətifə Oruc və başqaları çıxış edərək Elşad Baratın yaradıcılığı, kitab haqqında öz fikirlərini bildiriblər. Sonda “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac şairə “Ziyadar” Mükafatını təqdim edib. Tədbirdən fotolar:

Elşad Baratı bu münasibətlə təbrik edir, yeni-yeni nailiyyətlər arzu edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

Təqdim etdi: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru