Sentyabr. Eylül. Veresen. September. Sarı rəng və kədər. Qüssəli tembr. Uzaqda batıq səs: halsız və yorğundu. Diş yoxdu, deməli işlər də yoğundu: nədən ki, adamın tamahı itidir; hər adam bir az da tamahın itidi.
Eylül, veresen, september, sentyabr işğal eləyir bütün diyarı köndələn yağışla, gözdeşən küləklə. Sonrası rəsmdi: nə toxun, nə rənglə! Payızdı. Sonbahar. Osen. Autumn. Sarımtıl inqilab. Sarışın təlatüm.
Veresen.September. Sentyabr. Eylül. Yarpaqlar qəpik tək elə hey tökülür. Elə bil kim isə anladır könülsüz: Bax, budur, dünyanın dəyəri, görürsüz. Pəncərə önündə tozlu əlcək sözsüz bir yazıdır: dünyadan əl çək!
September. Sentyabr. Eylül. Veresen. Ad üçün hansı söz doğrudur, görəsən? Sözdən yükünü boşaldıb kağıza mənalar ehtiyac duymur ağıza. Otaqda bürküsə kim deyir bu pisdi?! Bürkünü hiss edən bədən var ipisti.
2.
Sentyabr.Eylül. Veresen.September. Lüğətlər arası ən adi tender qalib edərdi yəqin ki sükutu. Sonrası nöqtədi: qələmin ucu; o isə lap çoxdan yazıbdı: şimşək çaxanda açacaq çətirlər çiçəktək.
Eylül.Veresen. September. Sentyabr. Təqvimlər özünü eləyir biyabır. Onlara baxmadan bilirsən hətta qiyabi tanışdı təqvimlər həyatla. Açıqdı pəncərə, uçuşur bir arı. Onun da rəngi sənintək sapsarı.
Veresen. September. Sentyabr. Eylül. Qızılı alovdan doğulur qara kül. Hirsinə nida tək siqaret kötüyü küldanda dik durub. Ağzının köpüyü, hirsin yatır. Elə öz qanında boğulur ürəyin, gizlənib altında ağappaq köynəyin.
September. Sentyabr. Eylül. Veresen. Sədəqə istəyir birisi, verirsən: bir ovuc xırda pul, bir ilıq təbəssüm. “Qoy, arzun çin olsun, qoy, üzün gülsün!”- qapının dalından sezilən sözlərin ünvanı göylərdi. Yaşarır gözlərin.
3.
Sentyabr. Eylül. Veresen. September. Göyüzü ağarır tənbəl-tənbəl. Baxışın səmada marafon yürüşü geridə buraxır uçağı və quşu. Miskindi bu yerdə hər hansı məğrurluq. Biz ki göylərə əvvəldən məğlubuq.
Eylül. Veresen.September. Sentyabr. Gecələr mavrdı, səhərlər kentavr gödəni, bədəni, rəngi ilə hər kəs. Divanda açıqdı İmre Kertes. Vərəqi geriyə çevirir sərinkeş. Ömürsə yenidən yaşanmır… eh…kaş…
Veresen. September.Sentyabr. Eylül. Miçəkdən bir öpüş qazanır süni gül. Yalanlar daha çox çəkici, güvənli. Saxta bir avazla oxuyur müğənni: “Dərdimi göylərə danışsam alışar…” Eybi yox, qulaqlar buna da alışar …
September. Sentyabr. Eylül. Veresen. Frigid qadıntək qələmdən bezirsən. Üfüqü qızardan qürubun şəfəqi güldanda bərq vurub anladır fərqi. İşıqla kölgənin sevgi oyunu qurtarır divarda. Filmin sonu.
Azərbaycan Yazıçılar Birliyi adından doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Siz müasir ədəbiyyatımızın ən önəmli şairlərindən biri kimi dərin fəlsəfi məzmunu, orijinal poetik üslubu və özünəməxsus yaradıcılıq xəttinizlə seçilirsiniz. Kitablarınız ölkəmizdə geniş tirajla nəşr olunur, xarici ölkələrdə çap edilir, müxtəlif dillərə tərcümələri isə Sizin poetik səsinizi beynəlxalq ədəbi mühitə daha da yaxınlaşdırır. Şeirə, bədii tərcüməyə və ədəbi tənqidə verdiyiniz töhfələr ölkədə və ölkə xaricində yüksək qiymətləndirilmişdir. Layiq görüldüyünüz mükafatlar uzun illər ərzində göstərdiyiniz fədakar yaradıcılıq fəaliyyətinin, sənətkarlığınızın və sözə olan məsuliyyətinizin bariz göstəricisidir. Ədəbi layihələrdə, beynəlxalq proqramlarda və nəşr təşəbbüslərindəki iştirakınız Azərbaycan ədəbiyyatının dünyaya layiqincə təqdim olunmasına, mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yaradıcılığınızda davamlı ilham, yeni uğurlar və geniş oxucu rəğbəti arzu edirik. Hər yeni əsəriniz Sizə həm sevinc, həm də yeni üfüqlər gətirsin.
Dərin hörmətlə, Elvira Atluxanova Azərbaycan Yazıçılar Birliyinin rəsmi saytının baş redaktoru
Уважаемый Салим Бабуллаоглы!
От имени Союза писателей Азербайджана примите наши сердечные поздравления по случаю Вашего дня рождения. Вы являетесь одним из наиболее значимых поэтов современности, чьё творчество отличается особой глубиной, философской насыщенностью и ярко выраженным индивидуальным стилем. Ваши книги издаются широкими тиражами в Азербайджане, публикуются за рубежом, а переводы на различные языки делают Ваш голос узнаваемым и весомым в международном литературном пространстве. Ваш вклад в развитие поэтической мысли, художественного перевода и литературной критики получил высокую оценку как в стране, так и за её пределами. Награды и премии, которых Вы удостоены, служат признанием многолетнего самоотверженного труда, тонкого мастерства и неослабевающей творческой ответственности перед словом. Ваше участие в литературных проектах, международных программах и издательских инициативах способствует укреплению культурных связей и достойному представлению азербайджанской литературы мировому читателю. В этот знаменательный день желаем Вам крепкого здоровья, долгих лет плодотворного творчества, новых вдохновений и больших читательских успехов. Пусть каждый Ваш новый труд приносит радость, признание и открывает новые горизонты
С глубоким уважением, Эльвира Атлуханова главный редактор официального сайта Союза писателей Азербайджана (СПА)
“Qaqa” kəlməsini daha çox ağdamlılar işlətsə də, amma uşaqlıqda bütün azərbaycanlılar qardaşına “QAQA”, “QAQAŞ” deyə müraciət edir. Bəli, Səlim mənim qaqamdır, qaqaşımdır…
Hamı bilir ki, Səlim Babullaoğlu mülayim xasiyyətli, nəcib, mehriban insandır. Cəsur və dinamikdir. Zəngin həyat təcrübəsi var- necə deyərlər, hər parıldayan əşyaya tələsib “qızıl” demir…
Səbirlidir, əmin olmayınca hər eşitdiyinə inanmır. Sədaqətli, vəfalı dostdur. Ətrafdakılara qarşı diqqətli və mərhəmətlidir. Son tikəsini bölüşməyi bacarır. İçindəki “MƏN”ə çoxdan qalib gəlib, Allahı sevir. Bir sözlə, obrazlı desək, Səlim bir çox müsbət xüsusiyyətləri özündə ehtiva edən kişilərdəndir…
…O ki, qaldı bir qələm adamı kimi yaradıcılığına Səməd Vurğun, Anar, Çingiz Abdullayev kimi böyük yazarların əsərlərinə irad tutan naşı adamların çoxaldığı bir zamanda bunu demək olar:- Səlim Babullaoğlu bu gün qərb təfəkkürü ilə şərq poeziya nümunələri yarada bilən nadir şairlərdən biridir. Nadanlar narahat olmasınlar, onsuz da onu gələcəkdə daha çox oxuyacaqlar…
Dekabrın 10-nu ömrünün 53-cü təntənəsini qeyd edəcək. Bu münasibətlə Səlimi təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram. Qaqamın yeni yaşı və qarşıdan gələn yeni təqvim ili mübarək olsun!..
“BeytPoetry” yeni şeir kitabı seriyasından ilk kitab işıq üzü gördü Görkəmli Litva şairi, tərcüməçi Antanas A. Yoninasın “Tənhaların şərabı” seçmə şeirlər kitabı “Zərdabi” nəşriyyatında nəfis tərtibatla və yüksək keyfiyyətlə çap olunub. Kitabın tərcümələsi Səlim Babullaoğluna və Mahir Həmzəyevə məxsusdur. Kitaba Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelevicius, Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev giriş sözü yazıblar. Kitabda Səlim Babullaoğlnun “Antanasın hüznü və sualları” adlı yazısı da yer alıb. Kitab üzərində Emil Camalov, Məlahət Qənbərova, Lətafət Səmədova çalışıblar. Kitabın gələcəkdə Antanasın işitrakı ilə Bakıda kitabın təqdimatını keçirmək nəzərdə tutulur.
Səlim Babullaoğlunun “Maskalı adamların himni. İlyas Göçmənin şəkil dəftəri” /“Maskeli Adamların Marşı. İlyas Göçmen’in Fotoğraf Defteri” şeirlər kitabı İstanbulda, “Ketebe” nəşriyyatında işıq üzü görüb.
Kitabda daxil edilən 40 şeir Türkiyəli fotoqraf İlyas Göçmənin 40 fotosuna yazılıb. Şeirləri türk dilinə Ömər Küçükməhmətoğlu çevirib. Kitabın redaktoru və giriş yazısının müəllifi Əli Oturaklı, seriya redaktoru Aykut Ərtoğruldur. Kitab üzərində Harun Tan, Əray Sarıçam, Nilgün Sönməz çalışıblar. Nəşriyyat rəhbəri Furqan Çalışqandır.
Bu, Səlim Babullaoğlunun Türkiyədə nəşr olunan ikinci şeir kitabıdır.
Səlim Babullaoğlu:
“Bu hadisədən məmnunam və “Ketebe” nəşriyyatına, kitab üzərində bütün çalışanlara, xüsusən Aykut Ertuğrula və Ali Oturaklıya minnətdaram. Eyni zamanda, dostlarımı – fotoqraf İlyas Göçməni və şeirlərin tərcüməçisi Ömər Küçükmehmetoğlunu təbrik edirəm.
Bu kitabı, daha doğrusu kitabdakı 40 şeiri mən 2007-2009-cu illərdə yazmışam. Ümumiyyətlə, kitabın ideyası, necə oldu ki, bu şeirləri yazdım, bütün bunlar haqqında kitabın sonundakı qeydlər bölümündə ətraflı məlumat var.
Kitabların, müəlliflərdən ayrı, müstəqil taleyi var. 18 il əvvəl yazılmağa başlayıb bu şeirlər. Ana dilimizdə 2 nəşri olub. “Mütərcim” nəşriyyatında, sonra isə “Parlaq imzalar”da. Zamanında maraqla qarşılanıb. İranda ayrıca çap olunub. Bu silsiləyə aid olan şeirlərin bir qismi İngiltərədə, Gürcüstanda, Rumıniyada, Ukraynada, Rusiyada və s. ölkələrdə həm ədəbi nəşrlərdə, həm də həmin ölkələrdə işıq üzü görmüş kitablarımda yer alıb. İranda ana dilimizdə ayrıca nəşr olunub.
Zamanında, hələ ana dilimizdə ilk dəfə çap olunanda kitab fərqli ədəbi nəşrlər, tənqidçilər tərəfindən maraqla qarşılanmışdı, haqqında xeyli yazılar yazılmışdı, həm burda, həm xaricdə. 2000-2010-cu illərin uğurlu şeir kitablarından biri kimi kult.az saytının sorğularında, deyəsən üçlükdə yer almışdı.
Dünya şeir tarixində bir fotoya və ya rəsm əsərinə yazılmış şeirlər var. Amma silsilə şəklində fotolara yazılmış şeirlər, bildiyim qədərilə yoxdur.
Söz vaxtına çəkər, 2016-cı ilin noyabr ayında İlyas Göçmənin Bakıda sərgisi, təəssüf, özü xəstəliyi səbəbilə səfərini təxirə salmışdı, Gənc Tamaşacılar Teatrında isə “Viziual poeziya” axşamı keçirilmiş, kitabın ikinci nəşrinin təqdimatı da olmuşdu.
Türkiyə nəşri bəlkə daha tez ola bilərdi. Çünki bu silsilənin türk dilinə daha əvvəl 2 başqa tərcüməsi vardı.
Amma olmadı.
Bu kitabın çapı ilə bağlı Türkiyənin 4 böyük nəşriyyatı ilə danışığım olmuşdu. İkisi nəşrə razılıq vermişdi. Mən “Ketebe”ni seçdim. Çünki, “Ketebe”nin poeziya ilə bağlı nəşrlərinin daha çox bəyənirdim.
Ümid edirəm, oxucusunu tapacaq…”
(Səlim Babullaoğlu İlyas Göçmənlə birlikdə. İstanbul)
Kitabın redaktoru Əli Oturaqlı yazır:
“Babullaoğlunun şeirində, həyatın adi halı sehrli bir şey olaraq ortaya çıxır. Bir simitçinin xəyalları, bir qazinin müharibədən sonrakı səssizliyi, “arxa küçə uşaqları”nın əzbəri pozan coşğusu, bir alma satıcısının torpağa olan sadiqliyi, hamısı bu şeirlərin qəhrəmanlarıdır. Şair o insanların zehninə girir, lakin onların içinə sızmaq üçün didaktik bir yol seçmir. Sadəcə zamanın kənarına ilişir, sadəcə o kadrdakı sükunətin nəbzini tutur. Buna görə bu kitabdakı hər fiqur, hər danışıq, hər daxili monoloq, eyni zamanda şeirin bir forma sınağıdır da. Sərbəst vəzn, qafiyəli misralar, vizual şeir, uşaq nağılının tərzi, ya da epik dillə hörülmüş marşlar…
“İlyas Göçmənin şəkil dəftəri”, sadəcə bir vizual-şeir çalışması deyil; eyni zamanda görmə biçimlərinə, yaddaşa, etik və estetik məsələyə dair əhatəli bir poetik təcrübədir. Şairin öz ifadəsiylə, bu 40 fotoşəkil ən az 40 imkandır; məkansal, duyğusal, zamansal, dil və metafizik müstəvilərdə açılan 40 ayrı şeir qapısı… Hər biri oxucunu həm xarici dünyaya, həm də öz daxili mənzərəsinə çağırır.
Bu kitabda fotoşəkillər danışmaz, amma şeir onları dilə gətirir. Şeirlər, nə sadəcə izah, nə də sadəcə müşayiətdir; hər biri özbaşına, müstəqil nəfəs alan, amma fotoşəkildən də ayrılmayan canlı orqanizmlərdir.
Bu kitab, bir fotoşəkil dəftərinin ötəsinə keçərək, modern şəhər insanının vizual yaddaşına, duyğusal qırılmalarına, etik sorğulamalarına şeirlə cavab verir. Şairin, zamanın içində unutduğumuz əşyaları, üzləri, jestləri, uşaqlıqları, müharibələri, sülhləri birər şeir süzgəcindən keçirərək yenidən qurması, kitabı sadəcə vizual bir arxiv deyil, poetik bir dirəniş mətninə çevirir.
Tərcümə müddətində və redaktə prosesində bu əsərin tərcüməçisi Ömər Küçükməhmətoğlu, hər zaman bizə dəstək oldu. Səlim Babullaoğlu, məhsuldar zəka və müdrik nəzakətiylə əlinizdəki kitabın son halına gəlməsində əhəmiyyətli töhfələr verdi. İlyas Göçmən isə 40 fotoşəkiliylə, necə ki şairimizə və tərcüməçimizə 40-dan çox perspektiv təqdim etmişsə, mənim də həyata qarşı olan perspektivimə 40-dan çox dərinlik əlavə etdi. Həmçinin bu şeirlərlə, türkcəmizdəki ortaq incəlikləri təkrar görmək, 40-dan çox qatın perspektivimə əlavə edilməsini nağılvari bir hala gətirdi. Çünki bu ortaq incəlikləri meydana gətirən bütün kəlmələr, rəhmətlik nənəmin mənə nağıl danışarkən istifadə etdiyi sözlər idi. İndi bu kitabın səhifələrini çevirməyə başladığınızda, yalnız şeirləri deyil, o fotoşəkillərin içindəki kadrxarici gerçəkliyi, hər sətrin arxasındakı etik sualı və hər şeirin içindəki görünməyəni də oxumağa hazır olun.
Çünki bu kitab, sadəcə baxmaqla qalmayanlar üçün yazıldı…”
(Səlim Babullaoğlu kitabın tərcüməçisi Ömər Küçükmehmetoğlu ilə, Bakı)
Səlim Babullaoğlunun yeni kitabı Türkiyədə “Ketebe” nəşriyyatında çap olunub
“Maskalı adamların himni. İlyas Göçmənin şəkil dəftəri” / “Maskeli Adamların Marşı. İİlyas Göçmen’in Fotoğraf Defteri” şeirlər kitabım İstanbulda, “Ketebe” nəşriyyatında işıq üzü gördü.
Kitabda daxil edilən 40 şeir Türkiyəli fotoqraf İlyas Göçmənin 40 fotosuna yazılıb. Şeirləri türk dilinə Ömər Küçükməhmətoğlu çevirib. Kitabın redaktoru və giriş yazısının müəllifi Əli Oturaklı, seriya redaktoru Aykut Ərtoğruldur. Kitab üzərində Harun Tan, Əray Sarıçam, Nilgün Sönməz çalışıblar. Nəşriyyat rəhbəri Furqan Çalışqandır. Bu Səlim Babullaoğlunun Türkiyədə nəşr olunan ikinci şeir kitabıdır.
Səlim Babullaoğlu: “Bu hadisədən məmnunam və “Ketebe” nəşriyyatına, kitab üzərində bütün çalışanlara, xüsusən Aykut Ertuğrula və Ali Oturaklıya minnətdaram. Eyni zamanda, dostlarımı- fotoqraf İlyas Göçməni və şeirlərin tərcüməçisi Ömər Küçükmehmetoğlunu təbrik edirəm. Bu kitabı, daha doğrusu kitabdakı 40 şeiri mən 2007-2009-cu illərdə yazmışam. Ümumiyyətlə, kitabın ideyası, necə oldu ki, bu şeirləri yazdım, bütün bunlar haqqında kitabın sonundakı qeydlər bölümündə ətraflı məlumat var. Kitabların, müəlliflərdən ayrı, müstəqil taleyi var. 18 il əvvəl yazılmağa başlayıb bu şeirlər. Ana dilimizdə 2 nəşri olub. “Mütərcim” nəşriyyatında, sonra isə “Parlaq imzalar”da. Zamanında maraqla qarşılanıb. İranda ayrıca çap olunub. Bu silsiləyə aid olan şeirlərin bir qismi İngiltərədə, Gürcüstanda, Rumıniyada, Ukraynada, Rusiyada və s. ölkələrdə həm ədəbi nəşrlərdə, həm də həmin ölkələrdə işıq üzü görmüş kitablarımda yer alıb. İranda ana dilimizdə ayrıca nəşr olunub. Zamanında, hələ ana dilimizdə ilk dəfə çap olunanda kitab fərqli ədəbi nəşrlər, tənqidçilər tərəfindən maraqla qarşılanmışdı, haqqında xeyli yazılar yazılmışdı, həm burda, həm xaricdə. 2000-2010-cu illərin uğurlu şeir kitablarından biri kimi kult.az saytının sorğularında, deyəsən üçlükdə yer almışdı. Dünya şeir tarixində bir fotoya və ya rəsm əsərinə yazılmış şeirlər var. Amma silsilə şəklində fotolara yazılmış şeirlər, bildiyim qədərilə yoxdur. Söz vaxtına çəkər, 2016-cı ilin noyabr ayında İlyas Göçmənin Bakıda sərgisi, təəssüf, özü xəstəliyi səbəbilə səfərini təxirə salmışdı, Gənc Tamaşacılar Teatrında isə “Viziual poeziya” axşamı keçirilmiş, kitabın ikinci nəşrinin təqdimatı da olmuşdu. Türkiyə nəşri bəlkə daha tez ola bilərdi. Çünki bu silsilənin türk dilinə daha əvvəl 2 başqa tərcüməsi vardı. Amma olmadı. Bu kitabın çapı ilə bağlı Türkiyənin 4 böyük nəşriyyatı ilə danışığım olmuşdu. İkisi nəşrə razılıq vermişdi. Mən “Ketebe”ni seçdim. Çünki, “Ketebe”nin poeziya ilə bağlı nəşrlərinin daha çox bəyənirdim. Ümid edirəm, oxucusunu tapacaq…”
İlyas Göçmənlə İstanbuldaÖmər Küçükməhmətoğlu ilə Bakıda
Nobel mükafatı… xahişlər… Ana Blandiananın müsahibəsi…
İndiyə qədər ədəbiyyat üzrə 122 nəfər “Nobel” mükafatı alıb. Onların 20-i (çox olar ki, az olmaz) milliyyətcə yəhudidir. Məsələn, 5 rus “nobelçi”dən ikisi – Pasternak və Brodski dəqiq yəhudidir, birinin (Soljenitsın) etnik mənsubiyyəti ətrafında müzakirələr ara-sıra hələ də ictimailəşir; rus Şoloxov haqqında isə nədənsə əsərlərini (“Sakit Don”u) o yazmayıb deyə mübahisə edirlər, bu da zaman-zaman indiyədək qabardılır. Macar ədəbiyyatının təmsilçisi kimi 2 nobelçi var (sonuncu 2-3 gün əvvəl bəlli oldu), ikisi də yəhudidir. Bu siyahıya müxtəlif xalqların ədəbiyyatını təmsil edən Zinger, Qordimer, Qlük, Yelinek, Bob Dilan və s. kimi bilinən adları da əlavə etmək olar. Hələ bilinməyənlər də var. Görəsən niyə belədir? Şəksiz ki, yəhudilərin “kitablı xalq”, “kitabçı xalq” olduğu, şəksiz istedadlı, zəki olduqları vacib şərtdir. Amma əsas şərt deyil; necə ki, ümumiyyətlə mükafat alıb-almamaq, ümumiyyətlə mükafat əsas şərt deyil; “nobeli” almayan böyük ədiblərin sayı və keyfiyyəti onları alanlardan qat-qat çox və artıqdı. Bu məsələni şərtləndirən əsas məsələlərdən biri, məncə budur ki, tarix boyu ya zəlzələdən, ya vəlvələdən köç, mühacirətlə tez-tez üzləşən yəhudilər başqa mədəniyyətlərə, xüsusən dillərə sirayət etmək məcburiyyətində qalıblar. Və başqa mədəni zəmində uğur qazanmağın yeganə yolu isə (onlar isə uğursuz yaşaya bilmirlər) həmin mədəniyyəti və xüsusən dili “yerlilərdən” iki dəfə artıq mənimsəmək və bilmək olub. Yəhudilərin istedadı, ən əsası isə böyük əzmi, sistematik çalışqanlığı bunu təmin edib, şərtləndirib. İkinci məqam, ikihissəli psixoloji məqamdır. Əvvəla hər şeyi tərk edənlərin böyük etibar və səylə sığındıqları, sığına bildikləri, onları da özləri kimi sorğu-sualsız, lal-dinməz və vəfayla qəbul edən yeganə şey peşə olub. Sonra isə başqa etnik/dini mənsubiyyət “yerli ağrılara” (ədəbiyyat isə daha çox ağrıdır) bir qədər kənardan, demək ki, daha soyuqqanlı/dəqiq baxmaq və yazmaq imtiyazı verib. Üçüncü məqam, kollegiallıq, kollektiv olma bacarığı, birgəlikdir, yəhudilər bunu başqalarından daha çox bacarıblar (xahiş edirəm, bunu məhəlli yerlibazlıq, vulqar qohumbazlıq, merkantil, lokal ictimai-siyasi maraqlarla qarışdırmayın); yəhudilər bir-birini, ən istedadlılarını, ağıllılarını və zəhmətkeşlərini təqdir ediblər; fərdlərini “gecikmədən” və nə qədər ki, intriqa burulğanında boğulmayıblar, “dəyərləndirə” biliblər. Və nəhayət, ədəbi proses, sonradan ümumdünya ədəbi-mədəni mühitinə qoşulma (bu uğur deməkdir) deyilən şey “yazar-naşir-çevirmən-mətbuat” kvartetinin təcəllasıdır ki, dünyada bu işin bilinən və bilinməyən sahibləri də elə yəhudilərdir. Halal olsun! Necə deyərlər, qarşınızda papağımı çıxarıram! Şəxsən mən özümüz də daxil olmaqla Qafqaz, postsovet məkanı və Şərqi Avropa coğrafiyasında bu “kvartetin” işini, iş metodlarını, təfərrüatlarını özüm üçün və tutarlı informasiyalar əsasında xeyli saf-çürük eləmişəm. Bizi kimi “yerlilərə” sırınan qlobal tendensiyalar, temalar, “ümumbəşəri konyunktura”, onlara uyanlar bir yandan, lüğət kitablarını və folkloru istismar edərək milli olmağa, bestseller yaratmağa çalışan özümüz və b. məsələlər də digər yandan ( təhlükəli mövzulardır) – ağır dərdlərə, aşılmaz sədlərə çevrilib; bəlkə bu haqda nə vaxtsa danışarıq (Allah bizə insaf versin!).
Bir dəfə, təxminən 17-18 il olardı, Yeni İlə 3 gün qalmış bir Şərqi Avropalı həmkarımdan mesaj aldım. Yazırdı ki, 2 dostu ilə Bakıdadır, xeyli sərgüzəşt yaşayıb və indi qaş-qaralan vaxt gəlib çıxıb bura, yersiz-yurdsuzdur. 1 saat sonra görüşdüm onlarla. Yedilər, içdilər (halal xoşları olsun), yerləşdirdim, o günləri demək olar bərabər olduq, təzə ilə 1 gün qalmış da Bakını tərk etdilər. Həmin tanışım sərhəddi keçməkdən başlayaraq xeyli xoşagəlməz şeylər yaşadığını deyirdi. Nəyin nə qədər düz və ya səhv olduğunu nə onda, nə sonra dəqiqləşdirmək həvəsim olmadı. Necə deyərlər, Allah qonağı idi, imkanlarım daxilində çalışdım ki, narazı qalmasınlar və neqativ təəssüratları yox olsun. Tanışımın dostlarından biri fotoqraf idi. 2 gün ərzində bir neçə dəfə hiss elədim ki, “qara-qura”, “gözlənilməz” şəkillər çəkir. Ayrılanda, maşına yaxınlaşanda üçü də dayandı, həmkarım səmimi və içdən minnətdarlıq edib soruşdu ki, onlardan hər hansı xahişim varmı? Dedim var. Dedim ki, vətənim haqqında heç vaxt pis düşünməyin, pis danışmayın. Rastlaşdığınız neqativlər hər yerdə var, olub və olacaq. Kimin nə qədər haqlı olub-olmadığını bilmək olmaz? Və dedim: – Dostunuza deyin, çəkdiyi “gözlənilməz şəkilləri” pozsun və mənə elə indi söz versin. “Rakursu həmişə dəyişmək mümkündür, mən isə foto sənətini pis bilmirəm”. Söz verdilər.
2023-cü ildə Ana Blandiana Bakıya gələndə səfərinin sonuncu günü, son şam yeməyində (həmin yeməkdə səfir cənab Vasile Soare, yazıçı, tərcüməçi Jalə İsmayıl da iştirak edirdilər) xanım Blandiana soruşdu: “Məndən hər hansı istəyiniz, xahişiniz varmı?” – Xüsusi hər hansı istəyim yoxdur. İnanıram ki, ölkəmizi yaxşı xatırlayacaqsız. Sizə uzun, sağlam ömür arzulayıram. Bir də Nobel mükafatı. Amma işdir bu mükafatı alsaz, eşitmişəm ki, təqdimat mərasiminə hər bir laureatın bəlli sayda həmkarını dəvət etmək imtiyazı var, mərasimə məni dəvət etsəz, dəvətinizi məmnuniyyətlə qəbul edəcəm. Ana xanım, təxminən belə reaksiya verdi: – Yəqin ki, bu olmayacaq. Yəni, o bu mükafatı almayacaq. Mən bilmirəm, Ana Blandiana növbəti illərdə bu mükafatı alacaqmı, almayacaqmı? Və almasa belə o həm yaradıcılığı, həm həyatı və mübarizəsi ilə bu mükafatı alan bütün dəyərli yazıçı və şairlərlə eyni sırada dayanacaq. Bunları niyə yazıram… Bir neçə gün əvvəl, Ana Blandiananın bir müsahibəsi çıxdı qarşıma. Yeni müsahibədir. Həmin müsahibədən bəzi hissələri çıxarış edib paylaşır, keçidi isə şərh yerinə qoyuram. Sağlıq olsun, görüşərik.
Ana Blandiananın müsahibəsindən çıxarışlar:
“Bizim kimi kiçik ölkələr üçün Nobel mükafatı yazıçıdan çox ölkə üçün daha vacibdir. Polşanın ədəbiyyat üzrə 5 Nobel mükafatçısının (inanılmaz saydır) bəzisi zamanla unudulub, yazıçıların adlarını artıq xatırlamırıq. Amma Polşanın şöhrəti böyük dərəcədə artıb”.
“Rumıniya Nobel mükafatından daha ciddi çatışmazlıqlardan əziyyət çəkir. Həmişə özümüzə belə baxmışam: dahiləri və fərqli, özünəməxsus istedadları yetişdirməyə meylliyik, mükafatlar da alırıq, amma ortabablıq çoxdur, orta mədəniyyət isə yoxdur”. “Rumın PEN Klubuna rəhbərlik etdiyim 14 il ərzində, hər il dekabr ayında, üstündə İsveç kral tacının şəkli olan, qızılgüllərlə bəzədilmiş rəsmi məktub alırdıq. Bizə növbəti il üçün Nobel mükafatına namizəd təqdim etmək təklif olunurdu. Yadımdadır, İonesko sağ ikən onu namizəd göstərmişdik. Daha sonra Çoranı, sonra Gellu Naumu. Sonralar nə baş verdiyini bilmirəm.
Həmin məktublarda, mehriban dəvət təklifi cümləsindən sonra, çox ciddi/sərt xəbərdarlıq cümləsi olurdu ki, əgər təklif etdiyimiz namizədi ictimaiyyətə açıqlasaq, həmin namizəd artıq nəzərə alınmayacaq. Çünki təkliflər məxfidir. Demək istədiyim odur ki, illər sonra Yazıçılar İttifaqının sədri çıxıb deyəndə ki, beş-altı yazıçını Nobelə namizəd göstərib, bu, açıq-aşkar məsxərəydi. İctimaiyyətə açıqlanan təklif artıq keçərli sayılmırdı. Üstəlik, birdən-birə bir neçə nəfəri təklif etmək sadəcə gülüncdür. Hər il Nobel ətrafında yaranan hay-küy, hətta isteriya da bu qəbildəndir. Reallıq budur ki, namizədlərin kim olduğu bilinmir, bilinməməlidir. Həmin 14 il ərzində ən incidici məqam bu idi: Nobel Komitəsi heç vaxt cavab vermirdi ki, bizim təklif qeydə alınıb, ya yox. Nə bir təsdiq, nə bir qeyd. Bu məyusediciydi, çünki təklif etdiyimiz yazıçılar böyük ədiblərdi, amma heç birinin adı belə siyahılarda görünmürdü. Mətbuatda, jurnalistikada baş verənlər – Nobelə kimin layiq ola biləcəyi barədə mülahizələr – sadəcə jurnalistlərin təxminləridir”. Məni düşündürən məsələlərdən birini fransız tarixçi Jül Mişle belə ifadə edib: “Tarix, əslində, coğrafiyadır.” Bu fikri Nobel mükafatları haqqında düşünəndə xatırladım – görünür, ədəbiyyat da tarix və coğrafiyadır”. “Nobel mükafatı onu almayanlar üçün daha vacibdir, nəinki alanlar üçün. Rumıniya hələ ədəbiyyat üzrə Nobel almayıb. Bu, həm də daxili maneələrimizdən,çəkişmələrimizdən, həm də görkəmli yazarlarımızın haqsızlıqla qarşılaşmasından xəbər verir. Buna görə ürəkdən istəyərdim ki, kim olursa olsun, amma bir rumın Nobel alsın. Biz yetərincə çalışmırıq”. “Frankfurt Kitab Sərgisində (1995) baş verən bir hadisəni xatırlayıram. Mən o zaman Almaniyada çıxan “Alqışlarla dolu siyirtmə” kitabıma görə dəvətli idim. Rumıniya pavilyonuna da baş çəkdim. Mənzərə çox acınacaqlı idi. Digər ölkələr pavilyonlarını cəlbedici etmişdi, bizimkilər isə yox. Hətta kitablar belə görünmürdü, çünki Mədəniyyət Nazirliyindən gələn məmurlar sərgidə o qədər çox idi ki, kitabların qarşısını tutmuşdular. Hər biri maaş alırdı, fürsətdən istifadə edib sərgiyə də gəlmişdilər. Sonralar, Patapieviç dövründə Torino sərgisində vəziyyət çox yaxşı idi. Amma indi əvvəlki həvəs görünmür. Xaricdə, məsələn Roma və İspaniyada gözəl komandalar var, amma daha çox şey etmək olar. Mədəniyyət nazirliyi ölkədə hər zaman ikinci dərəcəli sayılır, bu isə böyük problemdir”. “Biz hər zaman istisnalarla fərqlənmişik. Dahilərimiz, qaliblərimiz var – amma orta mədəniyyətimiz yoxdur. Biz orta dəyərləri tanımalı, kateqoriyalara bölməliyik. Dövlət də, ziyalılar da bu sahədə daha çox işləməlidir. Hər kəs önə çıxmaq istəyir – və mümkün olsa, təkbaşına. Amma mədəniyyət birgəlikdir”. “Əsas odur ki, şagirdlər oxumağa yönləndirilsin, yazmağa yox. Önəmli olan oxumağı öyrətməkdir. Yazmağı isə hər kəs, əgər bacarırsa, özü öyrənməlidir”.
Müəllif və mənbə: Səlim Babullaoğlu, şair, esseist, ədəbiyyatşünas, tərcüməçi.
Kökü minilliklərin ötəsində tarixin ən dərin qatlarında rişələnmiş poeziya ağacımızın ən ümidverici budağından – müasir Azərbaycan ədəbiyyatında parlaq imzalardan biri, istedadlı şair, esseist, ədəbiyyatşünas və tərcüməçi Səlim Babullaoğlundan – iki yarpaq:
Həmidə xanıma iki şeir
1.
Yolunun üstündə tək ağac olub bitsəm, kölgəmdə dincələcəksənmi? Ya qol-budağımı qırıb oduma qızınacaqsanmı?
Yağış olub səpələnsəm yayın qızmarında bu səsli-küylü, tozanaqlı şəhərin küçələrinə – torpağın ətri çıxacaq onda, ətrimi torpaqdan alıb heyrətlənəcəksənmi?
Ya yağış qəfil haqlasa səni evə tələsəndə, islanıb, peşmanlanıb, göylərə lənət yağdırıb söylənəcəksənmi?
Cənubda qar az tapılar, bir qış axşamı quşbaşı qar olub yağsam, uşaqları dövrənə alıb qartopu oynayacaqsanmı?
Ya uşaqlardan biri yıxılsa, ya totuq barmaqları donsa, de, gülüm, hirsələnəcəksənmi?
Bir axşam ağac olmaq, yağış olmaq, qar olmaq istəsəm, ölümün yaxasından tutub dillənəcəksənmi? Ya çıxıb getsəm, yoldaş olmaqçün mənə başmaqlanacaqsanmı?
Və bir gecə elə beləcə şeirlər yazıb, yuxuna haram qatıb, səni oyadıb oxusam sənə, düzünü de, gülüm, xoşlanacaqsanmı? 2 oktyabr, 1997
2.
İndi sükut tez-tez kəsir mənim sözümü, Əvvəlkitək qan qaynamır indi damarda. Güzgülərdə qaçırdıram tez-tez gözümü, Adımı da heç yazmıram tərli divarda.
Qırxı çıxdı bu ömürün, canım sevgilim, Heç darılma, çarxı hələ, şükür, fırlanır. Bir sabahı sual etsən: hanı sevgilim? Görərsən ki, bir meh əsir, çöp dığırlanır.
Bir quş onu dimdiyinə alıb götürər, Asta-asta qanad çalıb qalxar yuxarı. O quş onu yuvasında divara hörər, Qorumaqçün ətcəbala quş balaları.
Dövrənə al nəvələri, sən də əzizlə, Üzlərində gözümü tap, adımı çağır. Kədəri qov, gizlə, gülüm, sən məni gözlə, Bu səfərdən dönər qocan o axşamçağı.
Müəllif: Səlim Babullaoğlu, şair, esseist, ədəbiyyatşünas, tərcüməçi.
Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabı təqdim olundu Günəş yerini dəyişəndən sonra insanlar yerin altında yaşamağa məhkum edilmiş, gələcəyə bəslədiyi ümidlərini elə Günəşlə birgə üfüqün arxasında itirmişdi. Ancaq insanların itirdiyi tək azadlıq deyildi. Bu cümlələr ilk oxunuşda təsəvvürümüzdə kino fraqmenti kimi canlansa da yazıçı, tərcüməçi Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabından bir hissədir. Diqqət cəlb edən məqam povestin retrospektiv tərzdə yazılması, hadisələrinin sonunun kitabın əvvəlində öz əksini tapmasıdır. “Yerdələnin birinci mərtəbəsi”nin Azərbaycan Yazıçılar Birliyində keçirilən təqdimat mərasimində Məmməd Məmmədlinin qələm dostları, yazıçılar, mədəniyyət xadimləri iştirak etdilər. Qonaqlar yeni nəşr haqqında fikirlərini bölüşdülər, müəllifin yeni əsərlərinin uğurlu alınmasından, həmçinin mövzu seçimindən və yazı üslubundan söz açdılar. Bildirdilər ki, müəllifin ortaya qoyduğu əsərdə bir az fantasmaqorik, bir az da magik realizmin elementlərindən istifadə olunub. Təqdimat mərasimində bildirildi ki, kitaba müəllifin retrospektiv tərzdə yazdığı “Axırıncı yol qəhvəxanası” povesti və üç hekayəsi daxil edilib. Qeyd edək ki, Məmməd Məmmədli “Mən atamı xatırlamıram…”, “Zülmətdən doğan Günəş”, “Ərafın dərin qatlarında” hekayələrinin, həm də “Ay işığı” povest və hekayələr toplusunun ispan dilindən tərcüməsinin müəllifidir. Fotolar: