
Qulu Ağsəs -“Ulduz” jurnalının baş redaktoru.
Deyir ki, “Yer kürəsinə ən yaxın ulduz Günəşdi. O, bizi ilin 2 fəsli və 149.600.000 km uzaqdan isidir. Azərbaycana ən yaxın ulduz “Ulduz” jurnalıdı. O, bizi ilin bütün ayları və yaxından isidir…”

Qulu Ağsəs -“Ulduz” jurnalının baş redaktoru.
Deyir ki, “Yer kürəsinə ən yaxın ulduz Günəşdi. O, bizi ilin 2 fəsli və 149.600.000 km uzaqdan isidir. Azərbaycana ən yaxın ulduz “Ulduz” jurnalıdı. O, bizi ilin bütün ayları və yaxından isidir…”

Hicran Hüseynova – “Ulduz” jurnalının şöbə redaktoru.
Redaksiyanın “ağbirçəyi”.
Bütün səhvləri bağışlayır, hərf səhvlərindən başqa.

Təranə Vahid – “Ulduz” jurnalının baş redaktor müavini.
Yazıçı, publisist.
Kollektivin ən ərköyünü.

Taleh Mansur – “Ulduz” jurnalının şöbə redaktoru.
Şair, nasir.
Redaksiyanın sonbeşiyi.
“Tutma”sı var. Hərdən bizi də qonaq eləyir.

Dürdanə Sultanova – “Ulduz” jurnalının operatoru.
Müəlliflərin sevimlisi.
Hamı qonorarı ondan soruşur.

Dayandur Sevgin – “Ulduz” jurnalının şöbə redaktoru.
Tanınmış şair,
bütün ədəbi və qeyri-rəsmi məclislərin bəzəyi.

Ədalət Həsən – “Ulduz”un bədii redaktoru və ulduzu.
Dərgi yaranandan (1967-ci il) burada çalışır.
Səxavətli kişidir, çantasından alma və limon əskik olmur.

Nərgiz Məhərrəmzadə – “Ulduz” jurnalının tərcüməçisi. Rusca şeirlər yazır, Azərbaycanca bədii mətnləri səsləndirir, hər iki dildə mübahisə edə bilir.

İYULLA AVQUSTUN “ULDUZ”U BIR ARADA
“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib. “Yeni nəsil: tənqid+” adlı yeni layihə “Ulduz” jurnalı ilə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının birgə əməkdaşlığı sayəsində ərsəyə gəlib.
Jurnal Qismət Rüstəmovun tərcüməsində Adam Kirşin “Qlobal roman: XXI əsrdə dünyanı yazmaq” məqaləsi ilə açılır.
“Tənqid” bölümü Ramil Əhmədin “Xatırlamanın və unutmağın səsi”, Ülvi Babasoyun “Ədəbi tənqidin susmaq formaları”, Qismət Rüstəmovun “Qar Tanrısının qeydiyyatı haradır?”, Tomas Eliotun “Tənqidin hədləri” yazılarını təqdim edir.
“Şeir vaxtı”nda Alik Əlioğlu, Feyziyyə, Rəbiqə Nazimqızı, Şəhriyar Del Gerani, Günel Şamilqızı, Anar Amin, Elçin Səlimlidir.
“Nəsr”də “Həmin işıqlı günlər” hekayəsi ilə Cavid Zeynallı, “Pələng” hekayəsi ilə Ülviyyə Heydərovadır.
“Tərcümə saatı”nda Seyfəddin Hüseynli Andrey Volosun “Çulışman” əsərini təqdim edir.
“Dərgidə kitab”da “Bir daha himnimiz haqqında” (1-ci yazı) yazısıyla Kamil Şahverdidir.
“Dərgidə sərgi”nin qonağı Naqiyə Rzayevadır.
PDF variantı burada: Ulduz jurnalı İyul – Avqust – 2025
“Ulduz” aylıq ədəbiyyat dərgisi
Südabə Məmmədova – “Debüt” kitabı
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

“Ulduz” jurnalı ilə “Xalq qəzeti”nin birgə layihəsi olan “Ulduz”lu görüşlər” davam edir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin növbəti qonağı filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, esseist Mətanət Vahid olub.
YAZARLAR.AZ bildirir ki, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs dərgidə aylardır istehsalat təcrübəsi keçən Azərbaycan Universitetinin filoloq tələbələrinə qonaq haqqında ətraflı məlumat verib: “Mətanət Vahid çağdaş Azərbaycan ədəbiyyatının tanınmış imzalarındandır. Bir vaxt musiqiçi olmaq istəsə də, tale onu səsə deyil, sözə yönəldib. Bugünkü görüşdə siz sözün səsini eşidəcəksiniz…”
Tədbirdə iştirak edən yazıçılar Təranə Vahid, Dayandur Sevgin və Zaur Ustac da tələbələrə Mətanət Vahidin yaradıcılığından bəhs ediblər. “Ulduz”lu görüşlər”in qonağı gənc filoloqlara ədəbiyyat və həyat haqqında öz qənaətlərini bölüşməklə onları polemikaya səsləyib.
Sorğu-sualda aktiv iştirak edənlər tədbirin sonunda müəllifin avtoqraflı kitabı ilə mükafatlandırılıb. Tədbirdən fotolar:









“Ulduz” aylıq ədəbiyyat dərgisi
Südabə Məmmədova – “Debüt” kitabı
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru