Etiket arxivi: Xalq qəzeti

Milli Kitabxanada “Xalq qəzeti – 105” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Milli Kitabxanada “Xalq qəzeti – 105” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Bu gün “Xalq qəzeti”nin 105-ci ildönümüdür. “Xalq qəzeti” fasiləsiz buraxılışına görə ölkənin ən qocaman qəzeti statusundadır. 1919-cu il avqustun 29-da “Kommunist” adı ilə çıxan bu qəzet nəşr olunduğu dövrü əhatə edən salnamədir.

Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır.

Qəzetin yubileyi ilə əlaqədar Milli Kitabxanada “Xalq qəzeti – 105” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə “Xalq qəzeti”nin tarixi və fəaliyyəti haqqında dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, elmi araşdırmalar Azərbaycan və rus dillərində təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Xalq_qezeti/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə qəzetin yarandığı tarixdən etibarən müxtəlif illəri əhatə edən nömrələri, tarixi və fəaliyyəti, redaktorları, qəzetçilik ənənələri, mətbuat tarixi və jurnalistika haqqında Azərbaycan və rus dillərində kitablar, elmi araşdırmalar, yubiley münasibəti ilə dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Mənbə və Ətraflı:

https://www.millikitabxana.az/news/milli-kitabxanada-xalq-qezeti—105-adli-virtual-ve-eyniadli-enenevi-kitab-sergisi

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru