Əbdürrəhim bəy Haqverdiyev – 150 “İT OYUNU” (Hekayə) Qapısı daldan bağlı olan bir otağın içində dörd nəfər hökumət çörəyi yeməyə məhkum olmuşlar əyləşmişdilər. Biri N. qəzasının afət və bəlası, sabiq prokuror İvanov idi. İkincisi, haman qəzanın pristavı Əzrayıl bəy idi ki, onun adıyla analar uşaqlarını qorxudurdular. İki nəfər bazarda dalaşanda bir-birinə deyirdi. – Qardaşım, mənim canıma Əzrayıl bəy olmamısan? Nə istəyirsən məndən? İki yerdə qalanlar da neçə illərlə eli dəhşətdə saxlayan iki qardaş quldurlar idilər. Şəhərdə pristavdan savay keç kəsin əqrəbası yox idi. O idi ki onun evindən hər gün xörək gəlirdi. Pristav – xörəyinin çox olduğundan prokuroru da qonaq eləyirdi. Bəzi vaxtlar quldurlara da az-maz çatırdı. Bir gün nahar vaxtı pristav üzünü yoldaşlarına tutub dedi: – Həzərat, sizə bir qəribə nağıl eləyim. Bu prokuror ki görürsünüz, bir vaxt N. qəzasının bəlayi-nagəhanı idi. Nə etməli ki, indi təqdiri-qəzadan mənim bozbaşıma möhtac olub. Mən bunun başına, osmanlılar demişkən “tam mənası ilə” bir it oyunu gətirdim. Onun indiyədək mənim o kələyimdən xəbəri yoxdur. Qoyun indi bilsin: Mən N. qəzasında pristav idim. Qılıncımın dalı da kəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bilmirdim. Əvvələn bu yerin camaatına qılınc müsəlmanları deyərlər. Bunların ki bellərindən bir gün dəyənək əskik oldu, qudurub yollarından çıxırlar. İkincisi, adam döydürməyən pristavın camaat arasında qədri-qiyməti olmaz. Deyərlər: “Ağzı yava pristavdı”. Söhbətin şirin yerində Moltanı gəldi, – “Allah saxlasın”. Bir də gördüm hardansa, bu zalım oğlu prokuror təyin olub. Gəldi, çıxdı, bir-iki gündən sonra məni çağırıb dedi: – Əzrayıl bəy, mənə xəbər verdilər ki, siz burada adam döydürürsünüz, təvəqqe edirəm belə işləri qoyasınız bir yana. Yoxsa, bir də eşitsəm ki, adam döydürmüsünüz, məndən inciməyin! Sizi məhkəməyə verəcəyəm. Əlim, ayağım kəsildi. Pristav olub adam döydürməməkdənsə, gedib əkinçilik etmək yaxşıdır. Qardaşlar, öz başınıza gəlib. Azından hər biriniz yüz oğurluq etmisiniz. İndi insafla deyin, belinizə ağac dəyməyincə, boynunuza alırdınız, ya yox? Quldurlar ikisi də pristavın sözünü təsdiq etdilər. Birisi dedi: – Papağını qoltuğuna vurub, çəpər altından oğurluğa gedən binamusun atasına gərək od vurula. Pristav nağılına davam elədi: – Bəli, əlim-ayağım kəsildi, arvad kimi oldum. İstədim istefa verim. Sonra qəza özü mənim qolumdan tutdu. Bu prokurorun bir yaxşı ov tulası var idi. Yasavulları öyrətdim, tulanı oğurlayıb gizlətdilər. Prokuror bir gün, iki gün iti axtardı, tapa bilmədi. Axır məni çağırıb yalvardı ki, onun itini tapım. Dedim: “Baş üstə axtararam!” Bir on gün keçdi. İt tövlədə əyləşib istirahətlə hər gün, ətdən, çörəkdən yeyirdi. Bir gün məyus bir halda prokurorun yanına gəlib xəbər verdim ki, bəs iti oğurlayan tapılıb. Yəqindir ki, iti aparan odur. Amma əldə rəsmi dəlil yoxdur. Hərçi təkid edirəm, boynuna almır. And içir ki, itdən xəbəri yoxdur. Amma iti aparmağı yəqindir. Prokuror qeyzə gəlib birdən dedi: – Belə, bas o kafir oğlu kafiri ağacın altına sal, o qədər vur, bir qat qabığı getsin! Onda boynuna götürər. Dedim: “Baş üstə!” Sabahdan prokurorun itini göndərdim və o gündən bunun izninə görə başladım: “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib!” Başladım sağdan sola, soldan sağa dəyənək çırpmağa. Prokuror qulaq asıb soruşdu: – Əzrayıl bəy, həqiqət iti sən oğurlatmışdın? – Bəli. – Ax tı maşennik! Müəllif:Əbdürrəhim bəy Haqverdiyev
Qurban Bayramov – Professor, ədəbiyyatşünas-tənqidçi.
“Erməni məsələsi” ədəbi-bədii müstəvidə…
“Erməni məsələsi” və bu məsələ ilə bağlı Azərbaycan ədəbiyyatında əksini tapan mövzuların təşəkkülü, tarixi və təkamül mərhələlri, demək olar ki, elmi şəkildə dəyərincə öyrənilməyib, əlahiddə tədqiqat mövzusuna çevrilməyibdir. Bu sahədə də “ləngimişik” və ya da məsələni sovet dövrünün “xalqlar dostluğu” ideoloji prinsiplərinə uyğun tərzdə, təhriflə öyrənmişik… Amma, bizdən fərqli olaraq Erməni diasporunun təhriki və millətçi-şovnist erməni ziyalıları tərəfində körükləndirilərək alovlandırılan və böyük qarşıdurmalarla, qırğınlarla, müharibələrlə, faciələrlə nəticələnən erməni-türk qarşıdurması Erməni ədəbiyyatında geniş şəkildə öz əksini tapmışdır… Son illərdəki hadisələrin təsiri ilə bu məsələ bizim bədii və ədəbi düşüncəmizin diqqət mərkəzindədir… Məlumdur ki, bədii sözün təsiri olduqca qüvvətlidir və bundan erməni şovnist yazarları məkrlə dolu məharətlə istifadə etmiş və yararlanmışlar. Təkcə, son mərhələdə, lap sovet dövründə erməni xalqını bəd əməllərə sövq edən Zori Balayanların, Silva Kapitukyanların, Aqambekyanların yazılarını, əsərlərini, çıxışlarını xatırladası olsaq, məncə kifayət edər… Həmin mərhələdə biz bunların yalan üzərində qurulmuş “ədəbi təxribatlarına” qarşı mükəmməl bir əsər qoya bildikmi?.. Qətiyyən yox! Çünki, həm buna imkan verilmirdi, həm də keçən əsrin 37-sinin yaratdığı xof dumanı ədəbi-bədii beyinləri çuğlamışdı… Bunun başqa bir sosial-milli mahiyyəti də bundan ibarət idi ki, biz heç kimi düşmən hesab etməmişik, heç kəsin torpağında, əmlakında gözümüz olmayıb, içimizdə yaşayan ermənilərin zaman-zaman baş qaldıran xəyanətkar hərəkətlərinə isə ötəri yanaşmış, “it hürər, karvan keçər” prinsipini mülayimliklə, saymazyana qəbul etmiş, ədəbiyyatımızda da erməni-türk münasibətlərini üzun illər yumşaldıb, humanizm və beynəlmiləlçilik mövqeyindən təqdim etməyə çalışmışıq… Türk qövmünə məxsus biganəçilik də buna az təsir etməmişdir… “Erməni məsələsi” mövzusu Azərbaycan ədəbiyyatında üç streotip istıqamətdə olmuşdur: 1. Poeziyanın yaşı digər ədəbi janrlara nisbətən ədəbiyyatımızda daha qədimdir. Şeirimizdə xristian əsilli gözəllərə həsr edilmiş, onların gözəlliyini vəsf edən şeirlər olmuşdur. Bu şeirlərin əksəriyyəti erməni qızlarına, bir qismi də gürcü qzlarına həsr edilmişdir. İmadəddin Nəsimidən tutmuş, M.P.Vaqif, A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadənin, S.Ə.Şirvani, M.H.Şəhriyara qədər sənətkarlarımızın erməni-gürcü gözəllərinə yazdıqları gözəl qəzəl, müxəmməs, qoşmalar bədii faktlardandır… Bu motivin əsas mahiyyətini və cövhərini ehtiva edən aşağıdakı bu bəndlər bariz nümunədir: XIX əsr, S.Ə.Şirvani:
Yıxıldım, huşdən getdim, tutuldu nitq Musa tək, Təcəlla nurunu çün vadiyi-Sinadə gördüm. Müsəlmanzadə idim, döndüm axır bütpərəst oldum, Məhəmməd nurunu çün ol büti-zibadə gördüm.
XX əsr, S.M.Şəhriyar:
Getmə tərsa balası mən də sənə sayə gəlim, Damənindən yapışım mən də kəlisaya gəl. Ya sən islamı qəbul eylə mənim dinimə gəl, Ya da təlim elə mən məzhəbi – İsaya gəlim
…Yox sənəm! Anlamadım, anlamadım, haşa mən, Buraxım məscidimi, sənlə kəlisayə gəlim? Gəl çıxaq ture-təcəllayə, sən ol celveye-tur, Mən də Musa kimi, o turə təcəllayə gəlim.
2. Azərbaycan məhəbbət dastanları sırasında “Əsli və Kərəm” mövzu modeli sonra yazılı ədəbiyyatda “Bahadır və Sona” povestinin, “Şeyx Sənan” dramının, “Mahmud və Məryəm” romanının və digər bu qəbildən əsərlərin əsasını təşkil etdi… Bu tipli süjet-modellərdə erməni kilsə məkrinin törətdiyi nakam məhəbbətin faciələri bədii təcəssümünü tapırdı… 3. XIX əsrin ikinci yarısından başlayaraq “erməni məsələsi” adlandırdığımz bu problem ədəbiyyatımızın müxtəlif janrlarında əksini tapıb. Bu da realist sənətin tələbindən doğurdu və içimizdə yaşayan ermənilərin müxtəlif səpgili obrazları istər-istəməz ədəbi nümunələrdə əks olunurdu. M.F.Axundzadənin “Sərgüzəşti mərdi-xəsis” (Hacı Qara) komediyasında Yüzbaşı, onun köməkçisi və yazıq erməni kəndliləri (Ohan, Sərkis, Qəhrəman, Karapet, Mkrtıç və Arakel sürətləri daxildir. Onlardan Ohan, Sərkis, Karapet ermənilərdən düzəlmiş sərhəd-gömrük qaravulları, Mkrtıç və Arakel isə adi əkinçilərdir), həmiçinin “Aldanmış Kəvakib” povestindəki motiv, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasında Qıdı kirvə, C.Məmmədquluzadənin “Kamança” pyesində kamançaçı Baxış, “Usta Zeynal” hekayəsində Muğdusi Akop obrazları, eləcə də felyotonlarda, xüsusən yazıçının “Erməni və müsəlman övrətləri” başlıqlı silsiləsində, Ü.Hacıbəylinin, Ə.Haqverdiyevin ədəbi publisistikasında, yuxarıda adını çəkdiyimiz N.Nərimanovun “Bahadır və Sona” romanında və başqa əsərlərdə ermənilərə məxsus qorxaqlıq, hiyləgərlik, xəbislik kimi xasiyyətlər kövrək şəkildə, üstörtülü bildirilsə də, onların xarakterləri humanist mövqedən, maarifçilik ideyasına uyğun bir tərzdə öz əksini tapıbdır… Burada erməniyə nifrət, qəzəb, düşmənçilik hissiləri zərrə qədər də yoxdur… Bir çox hallarda, əksinə zəmanəyə uyğun erməni ayıqlığı, elmə-təhsilə münasibətləri, gördükləri işlərə asta-üsta münasibətləri nümunə kimi təqdim edilir… Hətta müsəlman din xadimlərilə, erməni keşişlərinin əməllərində, millətə münasibətlərindəki müqayisələrdə də bu cəhət qabarıq izlənilir… Bu əsərlərin qayəsində əsasən M.Ə.Sabirin “Beynəlmiləl” şeirinin ideya-estetik xətti müxtəlif mövzular siferasında inkişaf etdirilir… Məni həmişə düşündürüb ki, niyə 1905-ci və 1920-ci illərdə ermənilərin törətdikləri qırğınlar ədəbiyyatımızda tutarlı şəkildə, bütün reallığı ilə öz əksini tapmayıbdır? Hətta Şərqdə ilk demokratik qurum olan Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də bdii ədəbiyyatın bu mövzuda mükəmməl faktı yoxdur. Təəccüblüdür ki, M.S.Ordubadinin “Qanlı sənələr” ədəbi-publistik tarixi-xronikal əsərini nəzərə almasaq bu ciddi milli faciə ədəbiyyatın mövzusuna çevrilməyib, heç “sandıq ədəbiyyatı”da yoxdur!! Sonrakı mərhələ sovet dövrünə düşdü. Bu mərhələdə “Sosialist realizm” ədəbi metodunun tələblərinə uyğun olaraq ancaq “xalqlar dostluğu” ideyası tələb olunurdu. Zaqafqaziya respublikalarında müxtəlif millətlər bir yerdə yaşayırdılar, amma ən müsibətli həyatı azərbaycanlılar keçirdilər. Yeganə olaraq azərbaycanlılar dəfələrlə deportasiyaya uğradılar, Ermənistan Respublikasından böyük köçlər oldu, yenə də bu faciələri əks etdirən əsərlər yazılmadı… Əksinə, süni xalqlar dostluğunu əks etdirən əsərlər “durna qatarına” çevrildi və əksər əsərlərdə müsbət rus, erməni, gürcü obrazları yaratmaq zərurətə və tələbə çevrildi… Təəccüblü bu idi ki, məlum tarixi hadisələrdən bəhs edən əsərlərdə də (“Dumanlı Təbriz”, “Səttərxan” “Babək”, “Qaçaq Nəbi”) bu hərəkatlara, qəhrəmanlara xəyanət edən, öldürən, satan məlum erməni satqınlarının adları, etdikləri xəyanətlər kölgədə, gizlində qalırdı… Təkcə bu “buzlağı” 1956-cı ildə cəsarətli yazıçı Əyyub Abbasov “Zəngəzur” romanını yazmaqla qismən yumuşalda bildi… Amma, Sovet dövründə bu mövzuda yazılan, erməni xislətini real səhnələrlə ifşa edən ilk və son roman olaraq qaldı… Müstəqillik illərində isə bu romanın Azərbaycan və rus dillərində təkrar nəşrləri isə mühüm ədəbi hadisəyə çevrildi… Zəngəzurda ermənilərin törətdiyi qanlı qırğınları gözləri ilə görən, ağır müsibətlər yaşayan, valideynlərini, bacı-qardaşlarını, mənsub olduğu nəslin, doğulub dünyaya göz açdığı el-obasının əksər hissəsini bu qətliamlarda itirən Əyyub Abbasov bu hadisələri əks etdirən monumental, iki hissəli “Zəngəzur” romanını yazır və erməni vəhşiliyini, vandalizmini btün reallığı ilə təsvir edə bilir. …Erməni daşnak dəstələrinin Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri qırğınlar “Zəngəzur” romanında son dərəcə ətraflı və geniş şəkildə öz əksini tapıb. Yazıçı təkcə baş verən qırğınların bədii təsvirini verməklə kifayətlənməyib, bəzən açıq, bəzən də üstüörtülü şəkildə daşnakların məkrli siyasətinin “haradan qaynaqlandığını” ustalıqla qələmə alıb, daşnakların alçaq niyyətlərini həyata keçirməyə can atan Andronik, Karo, Njde kimilərinin mürtəce və qaniçən əməllərini ifşa edib… Lakin təəssüf ki, bu roman da zaman keçdikcə gizlinlərdə qalıb, lazımınca təbliğ edilməyib, təkrar nəşrinə qadağa qoyulub… Ədəbiyyatda “erməniçilik” mövzusu və erməni xislətinin ifşasının sonrakı, özü də ən zəngin mərhələsi müstəqillik illərinə düşür. Bu dövr Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin, Dağlıq Qarabağın və ətraf rayonlarımızın – ərazimizin 20 faizinin işğalı, Xocalı soyqırımı, erməni vandalizmi, terroru mərhələsi kimi tarixə düşmüş, proses hələ də davam etməkdədir… Bu dövrün ağrı-acıları, xalqımızın düçar olduğu faciə və fəlakət istər ədəbi publisistikada, istər poeziya və nəsrdə, istərsə də dramaturgiyada əsas, aparıcı mövzulardan olmuş, bədii səviyyələri fərqli olan onlarla əsərlər yaranmışdır… Bu əsərlərin mövzu müxtəlifliyinə baxmayaraq başlıca və aparıcı motiv faktlar əsasında erməni faşizminin təsəvvürə belə gəlməyən vəhşiliklərini bədii sözün gücü ilə canlandırmaqdan ibarətdir. Bu qəbildən Nigar Qarayevanın «Daş hasar», Nüşabə Məmmədlinin «Zəngulə» , Əli Əmirlinin «Ölü doğan şəhər»,. A.Rəhimovun «İkili dünyam», Sabir Əhmədlinin “Ömür urası”, Aqil Abbasın “Dolu” , “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Əli İldırımoğlunun “Daş yağan gün”, Taleh Şahsuvarlının “Canlanma”, Seymur Baycanın “Quqark” romanlarını, Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi”, “Debil Armen” hekayələrini, adını çəkmədiyim onlarla digər əsərləri qeyd edərdim… Bu əsərlərin hamısına münasibət bildirmək imkanında olmadığımızdan, bizim üçün ən səciyyəvi olan Nigarın “Daş hasar”, Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, Əli İldırımoğlunun “Daş yağan gün”, Seymur Baycanın “Quqark”, Mahir Qabiloğlunun “Ərmən Şuşanikin sevgisi” əsərlərinin üzərində qismən dayanmaq istərdik… Bu qabartmağa çalışdığımız əsərlər, fikirimizcə, həm mövzu və məzmun etibarı ilə toxunacağımız problemi – erməni xislətini və psixologiyasını daha səciyyəvi əks etmək baxımından, həm də müxtəlif yaş senzinə malik yazıçılar tərəfindən qələmə alındığından ədəbi prosesin imkanlarını olduğu kimi əhatə baxımından maraq doğurur… Əvvəlki on illiyə nisbətən, son dövrdə Azərbaycan ədəbiyyatında Dağlıq Qarabağ mübaribəsi və erməni təcavüzü mövzusuna marağın artması aşkar müşahidə edilir. Bu istiqamətdə qələmə alınmış əsərlərdə erməni terrorçusunun, işğalçısının obrazlarının yaradılması, onların insanlıqdan kənar məkrlə, qəddarlıqla dolu xislətlərinin verilməsi, ədəbi-bədii təhlili xüsusi maraq doğurur. Bu obrazların əksəriyyəti bizim öz içimizdə yaşayan, duzumuzu-çörəyimizi yeyən, kirvə-kirvə deyə qılığımıza girən erməni obrazlarıdır ki, birdən-birə bunlar quzu cildindən çıxıb yırtıcı, vəhşi çöl donuzuna dönürlər… Nigarın “Daş hasar” (1997) romanı, bəlkə də bu cəhətdən ilk qələmə alınan əsərdir. Və onu da qeyd edim ki, bu əsər barəsində, elə “Erməni xislətinin ifşası…” başlığı ilə isti-isti ilk məqaləni də mən yazmış, bu istilahı ədbi tənqidə gətirmişəm… Nigarın qələmə aldığı «Daş hasar» əsərinə diqqət yetirək. Romanda murdar erməni xislətinin daşıyıcısı Xpes Xristofor Azərbaycanda yaşamış və Azərbaycan çörəyi ilə böyümüşdür. Dədə-babası Livanı, Suriyanı gəzə-gəzə, sülənə-sülənə gəlib Ərgünəşə çıxırlar, Arazboyu kəndlərin birində məskunlaşırlar. Misal: “Bu kəndə gələndə Xristofor Kolumboviç südəmər uşaq idi. Sonralar böyüdükcə bu kəndin cavanlarına qaynayıb-qarışdı. Hərdən bir kefinin kök vaxtında zarafata salıb deyirdi: – Ara, gazdim Aran-Turani, cannat gordim burani.” Papaqçı Xpes Xristofor öz ardınca bu cənnət hesab etdiyi kəndə qohum-əqrabalarını da dartıb gətirir, avtolavka sürən Aşot, dəmirçi Vanya, pinəçi Pavlik, dülgər Movses, dəllək Artaş, strelçik Armais… O qədər çoxalırlar ki, axırda ora-bura yazıb bu kənddə erməni dilində məktəb açdırırlar, azərbaycanlıların pulundan qazanıb geninə-boluna kef çəkib, güzəran keçirirlər…” Axırda da ən böyük xəyanəti onlar edirlər. Sən demə, bu kənd içində ilan balaları bəsləyirmiş… Xpes Xristofor, arvadı Aşxen inandırıcı ştrixlərlə, tipik xarakter səviyyəsində, erməniyə xas bütün iyrənclikləri ilə təsvir edilir… Müəllif elə detallar, elə faktlar, elə məqamlar seçir ki, bunların hamısı inandırır və bizim – azəri türklərinin nə qədər sadəlövh, nə qədər ürəyiyumşaq, nə qədər yalandan, artistliklə edilən hər sızıltıya, yalandan tökülən hər göz yaşına inanır, düşməni belə insan kimi qəbul edir, ona qahmar və kömək çıxır… Azərbaycanlıların Xpes Xristoforun yanmış evinin əvəzinə yeni ev tikmələrinə, onlara pay-paltar, yorğan-döşək, qab-qazan, avadanlıq gətirmələrinə baxmayaraq, Xpesin arvadı Aşxenlə birdən-birə yoxa çıxmaları, kəndi tərk etməmişdən qabaq etdikləri insanlığa xas olmayan heyvani hərəkətlər (meyvə ağaclarının, üzüm tənəklərinin, qızılgül kollarının doğrayıb böyrü üstə yerə sərməsi, evin döşəməsi və divarını oyuq-oyuq etməsi, qapı-pəncərələri sındırması və başqa murdarlıqlar) onların daxilindəki Azərbaycan millətinə olan nifrətini açıqlayır… Əsərdəki bir detal da maraqlıdır; bu kəndin məktbində oxuyan, çörəyi-suyu, havası ilə böyüyən Xpesin övladları Jasmen, Raçik, Rapik qol-qanad tapan kimi bu kənddən çıxıb Avropaya gedir, diasporlarına sığınıb Parisdə yuvalanır, oradan isə Azərbaycana qarşı min-bir rəzilliklə dolu planlar qururlar… Xpesin bir gecənin içində türkə qalmasın deyə evini, bağ-bağatını viran edib getməsi, yoxa çıxmasından daha çox, camaatı onun evin divarına yapışdırdığı, illər boyu bir yerdə yaşadığı insanlara ünvanladığı məktub olur: “İt uşağı,elə bilirsiz başa duşmadim. Yox, mən siz türklər kimi avam və qanmaz deyilam. Tok-zad hamısı yalanıydı. …Eybi yoxdu, yaxın vaxtlarda burda göruşarik. Onda başinizi kəsib, qanınızi içacağam. Bəlkəm onda ürəyim soyudu. Yaxın gunlarda sizin hamınızi Araza tökacayik, bunu yadınızda saxlayın, qudurğan kopayuşağı.” Kəndin üstünə əldə top-tüfəng gələnlər də bu kəndin böyütdüyü ermənilərdi – yekəqarın Xpeslərdi, dilənçi Pavliklərdi, ayaqqabı yalayan Qriqorlardı və s… Bax, bəla da buradadır, türk içində bəslədiyi ilanla, beləcə zəhərlənır… Və tarixən dəfələrlə təkrar olunan bu zəhərləmələr türkə dərs olmur. Onun düzəltdiyi “İlan vuran, ala çatıdan qorxar” atalar məsəli də, zivədən asılı qalan cındıra dönür… İstedadlı yazıçı-publisist Aqil Abbasın “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” (2001) povesti (müəllif bunu “ən uzun dərdli hekayə” də adlandırır) erməni xislətinin başqa bir yöndən açılmasına xidmət edir. Burada qaçqınlığın və köçgünlüyün bütün əzabları, ağrıları, çadırda yaşamağın mənəvi sarsıntıları, milli-mənəvi sarsıntıya çevrilən yaşam tərzi başlıca motiv olsa da, əsərin əsas obrazı olan Müəllim bütün bu əzablara, ruhi sarsıntılara dözmür, üz tutur işğal altında olan doğma kəndləri Malıbəyliyə, oradan da qalxır Stepanakertə, uzun müddət məşuqə kimi saxladığı Aşotun bacısı Haykanuşun evinə gedir. Əslində bu erməni qızının adı Ariqadı. Müəllim ona Haykanuş deyir və sən demə, Haykanuş sözünün mənası “erməni qancığı” demək imiş… Uzun illər onun əl buyruqçusu olan, bacısı Haykanuşu öz əli ilə Müəllimin maşınına mindirən Aşot Müəllimin Malıbəylidəki evinə od vurub yandırmış, qol götürüb oynamışdı… Müəllim bu heyfi onda qoyub bu dünyadan köçmək istəmirdi… Hər bir türk ermənidən belə heyif çıxsa, gör nə olar?!.. Povestəki bir detal olduqca ibrətamizdir. Evin qabağında futbol oynayan erməni uşaqlarının vurduqları top Müəlimin üzünə dəyir, burnundan qan şoralıyir. Bu da simvoldur… Erməni uşağının vurduğu futbol topu, atalrının atdıqları top mərmiləri kimi qan tökür, özü də türkün qanını… Müəllim ondan qorxan həmin erməni uşağının sarışın, qıvrım saçlarını qarışdırıb sığallıyır, qorxusunu götürür… Müəllif yazır: “Müəllim bilsəydidə ki, bu uşaq böyüyəcək və sabah onun oğluna güllə atacaq, yenə uşağa qıya bilməzdi. Bu, Müəllimdən asılı deyildi, Allahdanıydı, Allah bu milləti belə yaratmışdı. … Amma müəllimin ağlına da gəlmirdi ki, bunlar uşaq deyillər, ermənidirlər…” Bunu azərbayçanlı, damarlarında türk qanı axan yazıçı Aqil Abbas yazır. İndi baxın, müasir erməni yazıçısı, peşəcən ən humanist peşə sayılan həkim olan, damarlarında qəddar erməni qanı gəzdirən Zori Balayan Xocalı qırğınından hansı “ləzzəti” alır və nə yazır? Misal: “… amma, yalnız xalqının ürəyi qoparılaraq dərd-qəm atəşlərində yandırılan bir erməninin qəlbi bu sətirlərdən riqqətə gələ, qürur duya bilər. Mən də bu əməli vətəndaşlıq şərəfimdən doğan duyğularımın çağrışı ilə törədir, monqol tör-töküntülərindən qisas almaqla, özümün müqəddəs kişilik (??-red.) borcumu yerinə yetirirdim. Biz Xaçaturla zirzəmiyə girəndə, onları orada saxlayırdılar (söhbət azərbaycanlı əsirlərin saxlandığı yerdən gedir – red.), bizim əsgərlər artıq uşağı dirsəklərindən pəncərənin çərçivəsinə mismarlamışdılar. Çox səs-küy edə bilməsin deyə, Xaçatur onun ölmüş anasının döşünü kəsərək ağzına tıxadı. Sonra mən, bu 13 yaşlı türklə, onun əcdadlarının bizim uşaqlara yapdıqlarını elədim. (Qətiyyən düz deyil!! – red.) Əvvəl onun alın sümüyünü, sonra da çənəsinin və qarnının dərisini qopartdım. 7 dəqiqədən sonra o, qan itirməkdən öıdü. Mən, ilkin peşəsi həkimlik olan bir adam kimi, humanistəm (humanistə bax!! – red.) və bu səbəbdən də, bir uşaqla elədiklərimdən çox da xoşhal deyildim. Bnunla belə, törətdiyim əməldən pərvazlanan ruhumun duyduğu sevincin hədi-hüdudu yox idi ki, xalqımın ağrı və əzablarınnan yüzdə birinin də olsa, qisasını ala bilmişdim. Xaçatur meyidi baltalayaraq hissələrə bölüb itlərə atdı, hansılardan ki, bu türk cocuğunun əcdadları əmələ gəlmişdi. Axşama qədər daha 3 türk cocuğunu eyni işgəngələrlə öldürərək itərə yem elədik… Amma mən bütün bunlara bir patriotun, bir vətəndaşın, bir erməninin borcu kimi baxır və bu əməlləri də o hisslərlə törədirdim. Xaçaturun necə tər tökərək bu işləri məmnuniyyətlə gördüyünü də qeyd eləmək lazımdı. Mən onun da, digərlələrinin də gözlərində alışıb-yanan qisas hisslərini və aşırı patriotizm ruhunu gördüm. Sonda mənim uşaqlıq dostum olan mayor Suren dedi: “Biz vəhşi deyilik, amma soyuqqanlılığımızı da saxlamalıyıq. Türk cəlladlarının qətlə yetirdikləri babalarımızın ruhları rahatlanmalıdır… …O biri gün biz bir yerdə kilsəyə getdik, 1915- də öldürülənlərimizin ruhlarına dualar oxuduq, dünən gördüklərimizə və elədiklərimizə görə bağışlanmamızı dilədik. Ancaq biz Xocalını – vətənimizin bu hissəsini 30 minlik murdar tör-töküntülərdən azad edə bildik. Sonra Surenin evinnə gəldik və onun arvadı bizə “cermuk” gətirincə, Xaçatur yorğun səslə: “Ermənilər öz doğma torpaqlarını azad etməyə borcludurlar və Böyük Ermənistanin yenidən bərpası davam etməlidir. Ruhumuz göylərdə olanda bu bizim hesabımıza yazılacaq və biz orada əcdadlarımızın qarşısına təmiz vicdanla çıxacağıq”- dedi. Mən bununla razılaşmaya bilməzdim.” (Bax: Zori Balayan. “Dirilmə” “Vanadzor” – 1996, səh – 260-262.) Bu qəddarlıqdan sonra bizlər yenə də təmiz əllərimizi qanlı erməni əllərinə tərəf uzadırıq… Ya əllərimiz havada qalar, ya da tökülən türk qanlarına bulaşar, cənablar, əfəndilər… Qayıdaq humanist yazıçımız Aqil Abbasın əsərinə… Aqil Abbas öz qəhrəmanı – Müəllimin içində gəzir, onunla birləşir, müəllif və yaratdığı obraz bütövləşir, təsirli, psixoloji məqamlarla yüklü xatirələr, düşüncələr çuğlaşaraq çözələnir, oxucunun mənəviyyatına nüfuz edir və bu məqamda müəllif, obraz və oxucu üçlüyü yaranır, erməniçiliyə qarşı nifrət hissi tüğyan edir, qarşıdakı düşmənin rəzilliyi və qorxaqlığı aşkarlanır… Müəllim Aşotu və onun meyxanasında olan ermənilərdən əlindəki qumbaranı partladaraq heyfini alır, özü də şəhid olur… Bu səhnədə ermənilərin qorxaqlığı, rəzilliyi, fahişəliyi Aqil Abbasın dili ilə desək “oğraşlığı” bütün gerçəkliyi ilə görsənir… Bu əsər, bizcə, Qarabağ mövzusunda yazılan ən dəyərli əsərdir, ruhi-psixoloji məqamlarına görə “Dolu” romanından xeyli fərqlənir və son iyirmi ilin ictimai-sosial, siyasi, psixoloji məqamlarını bütöv şəkildə proyeksiya edir… Və bu əsərdən çox təsirli, dramatik-psixoloji bədii tele-serial alınar… Qocaman yazıçı, müasir mərhələdə Azərbaycan avtobioqrafik roman janrının silsilə şəklində yaradıcısı, “Mənim rəncbər atam” təkin məşhur romanın müəllifi (yeri gəlmişkən deyim ki, bu roman Türkiyədə də çap edilib) yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” (2011) romanı, deyərdim ki, erməniçilik və erməni xislətinin anatomiyasını açan dəyərli bədii nümunədir. Bu əsərdə qatı erməni millətçiliyi, onların şovinist və terrorçu, işğalçı məsləkə əsaslanan ideoloqları daşnak hərəkatı, tarixin müxtəlif mərhələlərində, əllərinə fürsət keçən kimi türklərə, azərbaycanlılara qarşı məkrli siyasət yürüdən, qanlı müharibələr, kütləvi qırğınlar törədən erməniçilik və erməni xisləti təsirli, inandırıcı həyati lövhələrlə əksini tapmışdır. Romanda erməni millətçilərinin insani normalara sığmayan, qəddarlığı, vandalizmi, Azərbaycan şəhər və kəndlərinə tutduqları divan tarixi gerçəkliyə uyğun tərzdə, artılıb-əksilmədən, olduğu kimi bədii dildə təsvir edilmişdir. Əli İldırımoğlunun “Daş yağan gün” romanı onun yaradıcılığının təkamülünün nəticəsi olaraq ortaya çıxıb. Əli müəllim bundan əvvəlki romanlarında, xüsusən bədii publisistikasında erməni xislətinin ifşasına yeri gəldikcə toxunur, erməniçiliyin çirkin mahiyyətini, məkrini, qurnazlığını ardıcıl olaraq açırdı… Bu romanda isə, o, müdrik bir müəllif kimi bütün müşahidələrini və təcrübəsini bədii şəkildə ümumiləşdirərək ortaya qoymuş, bir sıra görünən və görünməyən mətləbləri aşkarlamışdır… Romançı-müəllifin bu romanında bir leytmotiv var – İnsan və insanlıq! Və bu, təkcə əsas personaj – azərbaycanlı Nəcəfin simasında təcəssüm tapmaqla qalmır. Yazıçı təfərrüatları, faktları, epizodları, hadisələri danışdırmaqla türkə – azərbaycanlıya məxsus geniş insan mənzərələri yaradır. Eyni zamanda antiinsani, antihumanist səhnələrə – erməniçiliyə, qəddar erməni xislətini açan məqamlara işıq salır. Əli İldırımoğlu təsvirlərində, şərhlərində heç bir yersiz emosionallığa, çılğınlığa, yersiz pafosa, süni qəhrəmanlığa yol vermədən, təmkinlə, ləngərli, şirin bir təhkiyyə ilə insanlarımıza qarşı erməni vəhşiliyini konkret, faktik təsvirlərini verir ki, bu cəhət əsərin ideya-estetik qayəsini daha inandırıcı olmasına xidmət edir. Əli İldırımoğlu bu romanında ədəbiyyatımızda ilk dəfə olaraq Qarabağ müharibəsi və erməniçilik mövzusuna, erməni xislətinin ifşasına qlobal yanaşma müstəvisində çözməyə cəhd edir. Romanda maraqlı bir motiv var. Əsərin qəhrəmanı Nəcəf ermənilər tərəfindən darmadağın edilmiş əvvəlki, köhnə Həsənli kəndinin uşaq yaddaşının gücü ilə Yeni Həsənli kəndində maketini yaradır və bununla tarixi yaddaşın itməsinə qarşı çıxır, millətimizin yaddaşsızlıq, unutqanlıq sindromunu yox etməyə çağırır… Bəli, unutqanlıq, yaddaşsızlıq, manqurtluq milli fəlakətə gətirib çıxarır… Bizlərin erməniçilikdən də qəvi düşmənimiz unutqanlığımızdır!.. Bu müəlliflər sırasında Seymur Baycan və Mahir Qabiloğlu ən gənc yazıçılardır və müstəqillik dövrünün yetirdiyi istedadlı yazarlar nəslinə məxsusdurlar. Onların erməniçilik mövzusuna, Qarabağ müharibəsinə, erməni xislətinin şərhinə fərqli münasibətləri, fərqli rakurslardan baxışları mövcuddur. Bu cəhətdən hər iki gənc yazıçının bu mövzudakı əsərləri diqqəti cəlb edir və mən hər iki yazıçının bu istiqamətdə yazdıqlarını, axtarışlarını, orjinal yanaşma və təsvir-təqdim üsullarını təqdir edirəm və müasir nəsrimizin nəaliyyətlərindən sayıram… Seymur Baycan “Quqark” (2011) romanını uşaqlıq xatirələrinin əsasında qələmə alıb. Müəllif əslən Füzuli bölgəsindəndir və onun doğma yurdu ermənilərin işğalı altındadır. Müəllif, maraqlı bir təhkiyyədə (bu əslində xatirələrə əsaslanan impultiv təhkiyyədir) uşaqlıq illərində gördüklərini və duyduqlarını təsvir edir. Bu təhkiyyədə, ən əsası budur ki, yalan və məşşatəçlik yoxdur. Çünki hadisələr səmimi, heç bir təsirə məruz qalmayan saf təxəyyüllü və bulanmamış uşaq baxışları əsasında canlandırılır… Seymur Baycan bu əsəri yazmağına və ümumiyyətlə bu istiqamətdə yazılan əsərlərə münasibətini belə bildirir: “Mən bütün bunları görmüşəm və müharibəyə bir uşağın, yeniyetmənin gözləriylə baxıram. …Kitabların mövzularına gəldikdə isə… Mən belə deyərdim ki, bizim respublikada Qarabağ haqqında çoxlu kitablar yazılıb. Bu kitabların əsasən iki süjet xətti olur. Mifik Azərbaycan əsgəri qəhrəmanlıq edir – ya indiki zamanda, ya da ötən əsrdə. Digər süjet xətti isə ondan ibarətdir ki, ermənilər hansısa kəndimizi tutublar, sakinləri qırıblar və yalnız bir neçə insan hansısa mağarada və ya zirzəmidə gizləniblər. Və erməniləri söyürlər ki, – onların insanlığı yoxdur, bütün insanlıqlarını itiriblər. Onlar başqalarının mədəniyyətini, mahnılarını, mətbəxini oğurlayıblar. Düşünürəm ki, Ermənistanda da Azərbaycana qarşı belə fikirlər mövcuddur. Mənsə hadisələrin baş verdiyi yerdə doğulmuşam və buna görə də hər şeyi öz gözlərimlə görmüşəm. Gördüklərimi yazmaq istəyirdim “Quqark” romanında və məncə, buna nail oldum…” (Bax: Aram Qaraqinyanla müsahibəyə. Ermənilərin “NEWS.am” saytında.) Seymur Baycanın “Quqark” romanı da elə müharibə haqqındadır. Qarabağ müharibəsinin başlanması, iki xalq arasında münasibətlərin necə korlanması, müharibənin gedişi və sonrakı nəticələri… Müəllif tendensiyadan kənardır, süni humanizm və vətənpərvərlik hissləri eləmir, sadəcə Seymur uşaq və yeniyetmə gözü ilə gördüklərini, uşaq və yeniyetmə ürəyi ilə duyduqlarını təsvir edib. Nəticə çıxarmağı isə oxucunun ixtiyarına verib. “Quqark” təkcə Qarabağ haqda deyil. Seymur adi insanların məişətindəki dəyişikliklərin fonunda bir imperiyanın çöküşünü göstərib. Bu dövrü yazmaq çox çətindir. Seymur özü də etiraf edir ki, imperiyanın çökməsi və yaranması mövzu dəryasıdır, ordan ancaq bir “çömçə” götürə bilib. “Tarixdə elə bir dövr tapılmaz ki, 1990-2000-ci illərə bənzəmiş olsun. Bu illər həm şən, həm kədərli, həm parlaq, həm də tutqun illər idi.” “Quqark” Ermənistanda bir pioner düşərgəsidir. Əsərin qəhrəmanı (əslində, Seymurun özü) düşmən ölkədəki bu düşərgəyə mühazirə oxumaq üçün gedir. Orda Anuş adlı erməni qızına vurulur. Qız da ona aşiq olur. Əslində bu mövzu elə də təzə deyil, elə “Əsli və Kərəm”, “Bahdır və Sona”, “Şeyx Sənan”, “Mahmud və Məriyəm” mövzusunun başqa bir məkanda və başqa bir məqamda yeni variasiyasıdır… Azərbaycanlı, türk, müsəlman xristian, burada erməni qızına, qız da ona vurulur və dramatik kolliziya, sevgi macəraları, əzabları, məktublaşmalar, insani əzablar… Romanın sonuncu hissəsi Seymurla Anuşun məktublaşmasıdır. Anuş Seymuru dəli kimi sevir. Onun üçün hər şeyi etməyə hazırdır. Amma Seymur bacarmır. Arada bir çox səddlər var. İllərlə sürmüş müharibə… Ermənilərin törətdikləri işğalçı müharibənin ağrılı nəticəsi məhz burda özünü göstərir. Bir-birini sevən bu iki gənc qovuşa bilmir. Hər ikisi əzab çəkir və faciə də bu əzabın səbəblərinin aradan qaldırmağın mümkünsüzlüyüdür… “Quqark” sadə səhnələr, dialoqlar, mülahizələrlə doludur. İlk baxışdan bir-birinə qətiyyən aidiyyatı olmayan epizodlar roman boyu davam edir. Burada hadisələrin inkişafı yox, axarı var. Elə bir axar ki, nə istiqaməti, nə də şiddəti var. Bədii-publisist təhkiyyə boyu oxucu eninə-uzununa, irəli-geri, rahatca hərəkət edir, özü də hadisələrin hardasa personajina çevrilir… Seymur Baycanın “Quqark” romanının ədəbi-bədii cəhətləri, bir sıra ideya-estetik məqamları ilə ciddi mübahisə etmək mümkündür, amma hadisələrə müəllifin yanaşma tərzi fərqlidir, orjinaldır, özününküdür və onun da öz maraqlıları, öz oxucu siferası mövcuddur… Müəllif aşkar günahkar axtarmasa da, hər halda burada da erməniçiliyin və erməni xislətinin doğurduğu faciə aşkar şəkildə, müəllifin şərhi olmadan da görsənir… “Erməniçilik mövzusu”nda (ad şərtidir) yazan və erməni xislətinin müasir dövrdə təzahür edən maraqlı çalarlarını əhatə edən gənc yazıçı Mahir Qabiloğlunun hələ mürəkkəbi qurqmamış “Ərmən – Şuşanikin sevgisi”(2014) və “Debil Armen”(2014) hekayələridir. Onu da qeyd edim ki, Mahir Qabiloğlu bu mövzuda olduqca maraqlı “Erməni qadınları və Azərbaycanlıların erməniləşdirilməsi prosesi…” və “Serj Sarkisyanla arvadının söhbəti” adında publisitik köşə yazıları da qələmə alıb və “Modern.az” saytında yayımlayıb. Mahir Qabiloğlu da bu mövzunun bizə məlum olan kanonlarını dağıtmış, streotiplərdən, standartlarından uzaqlaşmışdır. O, azərbaycanlı ilə erməni qızının “qarşılıqlı məhəbbətinin ənənəvi “Əsli Kərəm”, ”Şeyx Sənan” , “Bahadır və Sona” variasiyalarından çıxarmış, bu mövzunun müasir, daha mükəmməl, gerçək variantını yaratmış, burada da erməni məkrinin üzərindəki pərdəni qaldıraraq erməniçiliyin müqəddəs saydığımız məhəbbət və sevgi hisslərindən də necə hiyləgərliklə, məkrlə, şovinistcəsinə istifadə etdiklərini uydurmasız-zadsız, real həyati faktlarla göstərmişdir. “Ərmən – Şuşanikin sevgisi”nin sirləri eləcə rusiyanın böyük atomçu alimi, dünyada demokrat kimi tanınan, əslində erməni harsını Yelena Bonerin qarmağına düşərək erməniçiliyin təbliğatçısına çevrilən Nobel sülh mükafatı laueratı, akademik A.D.Saxarov kimi adamların izdivacını xatırladır… Artıq, qızını müsəlmandan qaçıran erməni keşişləri müasir mərhələdə siyasəti dəyişiblər. İndi onlar erməni gözəlçələrinin vasitəsilə yaşadıqları ölkələrdə ən yaxşı, məşhur, varrı-hallı nəsillərin oğlanlarını ovlamaqla məşğuldurlar. Erməni şovinizmi və millətçiliyi onlarca erməni qızlarının qeyri millətlərlə, əsasən də türklərlə izdivacını məhəbbət və sevgi aləmini də millətçilik, erməniçilik bazarına çeviriblər… Mahir Qabiloğlu erməni Şuşanikin Bakılı balası, Qara şəhərli, bir həyətdə və bir məktəbdə oxuduqları Əhmədə sevgisinin, Şuşanikin necə dönüb Süsən olduğunu (“Süsən sünbül” mahnısı və XIX əsr dünyaca adı olan şairimiz M.Ş.Vazehin “Süsəni” şeiri yada düşür), Ərmən və Ərsən (Güya “türkün Ər oğlu ər”, “Ərim mənim” sözlərindən götürülüb) adlı oğul övladlarının vaxt, məqam çatanda necə dönüb Armen və Arsen olduqlarının sirlərini açır, bu xətlə başımıza gələn fəlakətlərin, faciələrin mahiyyətini məharətlə ortaya qoyur… Mahir yaddaşımızın üstünü örtən pəlməni üfürüb qaldırır, yüz illər boyu Osmanlı imperatorluğunu çökdürən, qardaşı-qardaşa qırdıran xristian gözəlçələrinin türkün can koduna, genetik hücrələrinə necə soxularaq, bizi içimizdən dəyişdirdiklərini təsvir etmişdir… Mən bir tənqidçi kimi Mahir Qabiloğlunun “Ərmən – Şuşanikin sevgisi” kiçik hekayəsinin ehtiva etdiyi mətləbi, mahiyyəti, erməni ksenefobiyasının məqsədinin nədən ibarət olmasını göstərməsini, açmasını böyük bir romanda əhatə ediləcək mətləb və bədii dəyər kimi qiymətləndirirəm… Bu hekayə ilə bağlı bir faktı da qeyd edərdim. Hekayə saytlarda, mətbuatda yayılar-yayılmaz, artıq Ermənistan saytları və erməni ziyalıları bu hekayəyə maraq göstərmiş, hiyləgərcəsinə yozumlar vermiş, hətta hekayəni erməni dilinə tərcümə edərək “Azerichild.info”, “Panorama.am”, Rusiya ermənilərinin qəzeti olan “Erkramas” – “Yerkramas.org” və s. mənbələrdə yayımlamış, hekayəni başqa bir yöndən – özlərinə sərf edən mövqedən şərh etməyə çalışmış və çalışırlar… Bu da erməni məkridir, ermənifobiyanın siyasətidir… Onlar hekayənin ideya-estetik dəyərinin (müqəddəs sevgini, məhəbbəti məkrə və hiyləyə çevirmək, sevgini qəddarlıq silahına döndərmək, “dünyanı sevgi və məhəbbət xilas edəcək” posyulatını dağıtmaq kimi erməni məkrinin üstünü açmaq) istiqamətini dəyişmək istəyir, Mahir Qabiloğlunun ağrıdıcı hədəfinin ağrılarını azaltmağa cəhd edirlər… Müəllifin özü – Mahir Qabiloğlu (bu istedadlı yazıçı-jurnalist ünlü sənətkarımız, xalq şairi Qabil İmamverdiyevin oğludur) bu kimi cəhdlərə özü yerində cavab verib: “Erməni fobiyasından söz açırlar. Əslində erməni toplumuna illər boyu rəhbərlik edənlər, kilsə nümayəndələri bir insanafobiya aşılayıblar. Buna görə də əsrlər boyu erməni toplumu ətraflarındakı bütün xalqlardan ya qorxub ya da nifrət edib. Elə mənim hekayəmi bu şəkildə təqdim etmək də bunun nümunəsidir. Məsləhət görərdim ki, bu hekayəni oxuyaraq yaşadıqları insanafobiyadan çıxsınlar.” Çətin çıxarlar, hörmətli Mahir! Boşuna cəhd etmə, axı onlar ermənidirlər!.. İndi isə içimizdən qidalanan, içimizdə böyüyən “erməniçilik” adlı konserin-yaranın, xərçəngin başqa bir məkrinə toxunmaq istərdim. Bu yaxınlarda Türkiyədə, İstambulda fəaliyyət göstərən erməni mətbuatından birinin “AQOS”un saytında “Eski ‘Ermeni şehirleri’nde seçimi kim kazandı?” materilını oxudum. Məqalənin adına fikir verin, Türküyənin içində, indi seçki kmpaniyasından sui-istifadə edərək “Əsgi – qədim erməni şəhərlərinin adlarını sadalayır və bu şəhərlərdə vaxtilə nə qədər erməninin, erməni nüfusunun yaşadığını və qırıldığını sırası ilə verir. Məqalədən bir abzası misal gətirirəm: “1915’e kadar Ermeni nüfusun yoğun olduğu bazı yerleşim yerlerinde sandıktan hangi partilerin çıktığına baktık. Belki pek de şaşırtıcı olmayan şekilde, eskiden Ermenilerin yoğunlukla yaşadığı, Kozan, Talas, Şebinkarahisar, Melikgazi, Kemaliye, Bayburt, Elazığ gibi yerlerde, bugün büyük bir AK Parti ve MHP üstünlüğü var. 03 Nisan 2014, Perşembe.” Sonra sırası ilə bu şəhərlərin “tarixni” verirlər. Birini misal gətirirəm: “Kozan (Sis / Adana) Kilikya’nın kalbinde yer alan Kozan Sancağı’nın yönetim merkezi Sis, Ermeni krallarının başkentiydi. 1914’te burada yaşayan 8 bin kişilik nüfusun 5 bin 600’ü, yani şehrin neredeyse dörtte üçü Ermenilerden oluşuyordu. Şehirde, 1902’de 641 öğrencinin okuduğu yedi okul bulunmaktaydı.” Beləliklə, Türkiyənin 7 şəhəri beləcə qədim erməni şəhəri kimi təqdim edilir. Buyurun, baxın, bu erməni hiyləgərliyinə! Görün içimizdə yaşaya-yaşaya bütün Türkiyəmizin xəritəsini necə hiyləgərliklə dəyişir, tarixi faktları təhrif edir, seçim kampaniyasndan sui-istifadə edərək Türkiyənin tarixi şəhərlərini erməniləşdirirlər! Bax budur “AGOS”! Bax, budur erməni məkri və erməni hiyləsi! “AQOS”un baş redaktoru Robert Koptaş və onun erməniçiliyi yayan komandası bütün yazılarında erməniyə xas məkrlə çıxış edirlər! Robert Koptaş türkün çörəyini yeyə-yeyə yenə də türkün əleyhinə çıxış edir, dövlətçiliyimizə böhtan atır, paxıllıq edir, Xocalı qətliamında ölənlərin üzərində aparılan qəddadrlığı bizim üstümüzə atır, “müharibədir, müharibədə hər şey olar, füzelərin gözü yox” deyərək, üstüörtülü şəkildə qətliama haqq qazandırır, onu müharibə hadisəsi kimi qələmə verir! Niyə Ermənistanda bir nəfər də türk ailəsi yoxdur, cənab Robert? Amma Azərbaycanda, Türkiyədə, digər türk ellərində on minlərlə erməni ailəsi firavan yaşayır… Bu suala niyə “AQOS” cavab vermir? Niyə Ermənistanda bir türk qəzeti çıxmır? Amma “Agos” təkin onlarca qəzet və dərgilər, özəl radio-televiziya studiyaları Türkiyədə erməniçiliyi təbliğ edir, Türkiyədə əski-qədim erməni şəhərləri axtarır, olmayan erməni abidələrini bərpa edir! Ermənistanda isə bütün türk abidələri, türk məzarlıqları, türkün adına nə varsa məhv edilir! Cənab Robert, “Agos” bu faktlardan niyə yazmır?!! Çünki yazmaz! Sumqayıtı misal gətirirsən! Sumqayıtı da erməni “faşizmi” törətmişdi, hayes! Türkün çörəyi gec-tez haramxorların gözlərini tutacaq, dillərini lal edəcək! İndinin özündə Türkiyədə 200 min erməni qanunsuz yaşayır… Niyə?! Nəyə görə?! Robert Koptaş keçən əsrin əvvəllərində Bakıda, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Göyçədə, İrəvan çuxurunda, Naxçıvanda, Vedidə, Dərələyəzdə və s. və s. türk ellərində erməni daşnaklarının – Dronun, Andronikin törətdikləri qətliamdan niyə söz açmırsan, niyə onların üstündən keçirsən?.. Yüz ildən çoxdur ki, erməni diasporu türk ellərindən qazandıqları pullar hesabına (təkcə Mantaşovu yadına sal) yalançı türk qətliamını təbliğ edir, bunun üstündən keçirsən, tezcənə Xocalı qətliamının təbliğinə sərf olunan Azərbaycan pullarını sayırsan?! Budur sənin obyektivliyin? Budur sənin “hataları” etirafın? “Hatalar” birtərəfli etiraf olunmur, küllən etiraf olunur! Səni onda kişi bilərəm ki, tarixi faktları təhrif etmədən, ironiyasız, məbəddə olduğu kimi etirafda bulunasan!! Amma inanmıram bunu edəsən! Bunu qanı və geni saf olanlar edər!! Yaşasın ermənisiz türk elləri!.. Yaşasın ermənisiz türk dövlətləri!.. Diqqətinizə görə, sağ olun!
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Məncə, dərin müşahidə qalın kitab kimidir. Baxdıqca görürsən, gördükcə oxuyursan, oxuduqca öyrənirsən, öyrəndikcə bölüşmək, ötürmək istəyirsən. Çünki, artıq sənə məlum olan səndə qaldıqca əlavə narahatçılıq yaradır. İstər-istəməz istəyirsən ki, hamı bunu bilsin və ya ətrafdakılarında fikrini bilmək istəyirsən bu barədə. Bilmək istəyirsən, bəs görəsən başqaları bu barədə nə düşünür….
Keçək mətləbə, qoz ağacı, meyvəsi yəni qoz (bəzi yerlərdə cəviz də deyirlər –dəqiq “cəviz” sözü ilə 20 yaşdan sonra tanış olmuşam) ətraf aləmlə tanışlığımda ilk predmet olub desəm məncə yanılmaram. Ancaq, böyük əminliklə deyirəm ki, tanıdığım, dadına baxdığım ilk meyvə məhz qoz (cəviz) olub. Burada yeri gəlmişkən onu qeyd edim ki, mənim tanış olduğum kimi, körpə uşaqların (bir yaşın altında heç olmaz –QƏTİ) qozla (cəvizlə) belə erkən tanışlığı heç də məqsədə müvafiq, ümumiyyətlə arzu olunan deyil…. Söhbət yayınmamış qeyd edim ki, xüsusi ilə bir yaşın altında, iki yaşa çatmamış uşaqlar qozun necə deyərlər lap az miqdarda da dadına baxsa, yesə, əksər hallarda sonra onu ömrü boyu izləyəcək müxtəlif allergik izlər qoyur (xüsusi ilə dəridə) bu qaçılmazdır. O ki, qaldı bizə, lap körpəlikdən ilin altı ayı evin qapısından ayağını bayıra qoyanda birinci və ya ikinci addımıda mütləq altında qoz (cəviz) qalırdı. Bizim həyət qarışıq; əmi, baba, qonşuluqda 100-150 metr radiusda yalan olmasın, bəlkə 20-25 qoz (cəviz) ağacı var idi. Həm də nə boyda, çox böyük ağaclar –elələri var idi ki, 4-5 uşaq əl-ələ tutsa çətinliklə dövrəyə ala bilirdi. Demək olar ki, həyətlərin çoxunda eyni məzərə idi. Bundan əlavə hamının bağlarda da dədə-babadan qalma ağacları var idi ki, mövsümdə çırpıb, meyvəsini götürürdülər. Əlbəttə, indi deyə bilərsiz ki, bunun nəyi pisdir? – Biz heç də demirik ki, bu pis idi… Sadəcə qozun (cəvizin) çox olduğu, geniş yayıldığı torpaqlarda həm meyvəsindən istifadə nəticəsində, həm də ümumiyyətlə bitməsi, var olması ilə insanların yerli əhalinin yüz illərlə necə deyərlər, baş-başa ömür-gün sürənlərin həyatına, gündəlik yaşam tərzinə, sağlamlağına göstərdiyi bəzi təsirlərdən söhbət açıb bir-neçə mühüm məqama diqqət çəkmək istəyirik.
Birinci faydası barədə; qida kimi misilsizdi, ikinci çörək kimidir. Əmtəə olaraq qaldıqca dəyər qazanan maldır. Oduncağı, meyvəsindən kal və yetişmiş formada müxtəlif məqsədlərlə yaralılığı, satanlar üçün pul, quru meyvənin (cıbrıq) qabığından, içindəki arakəsmələrdən, hətta ağacın yarpağından, qabığından boyaq maddəsi kimi istifadə olunması və başqa xatırlaya bilmədiyim olduqca müxtəlif sahələrdə tətbiqini düşündükdə tam bir faydalı nemət olduğu qənaətinə gəlirsən. Şükür Uca Yaradana!!!
Qoz – ceviz (ikinci çörək).
İndi keçək məsələnin ikinci tərəfinə, lap körpəlikdən havalar bir balaca soyuyan kimi, ( qoz yetişən kimi) dirsəklərimdə dəridə qızartı (bu təbii ki, allergik təsir idi) əmələ gəlirdi böyüklərin birinci sözü bu olurdu ki, “elə-belə şeydi, dədə-babada da olub”. Yadımdadır ki, rəhmətlik nənəm soyuq havada qolları açıq sıra ilə düzülmüş qoz (cəviz) ağaclarının altı ilə qonşuda olan “Babanın ocağı” –na aparıb dirsəklərimə küldən düzəlmiş soyuq kül palçığı sürtüb gətirərdi. Əgər, onda nənəmə desəydim ki, ay nənə külün məsələyə nə dəxli bu çoxlu qoz yeməkdəndi… Deyərdi ki, başına hava gəlib bala… Çox maraqlıdır ki, bu halı ancaq qozun (cəvizin) bol olduğu soyuq aylarda baş verdiyindən hamı soyuqla əlaqələndirir, heç kim qozu (cəvizi) günahkar bilmirdi… Günü bu gün də bir balaca qoz (cəviz) və ya fındıq çox yeyən kimi həmin nahiyələrdə yenə də qızartılar yaranır. Bəli ancaq və ancaq qoz (cəviz) – fındığı çox yeyəndə bunun heç bir qanla, soyuqla əlaqəsi yoxdur. (uşaq vaxtı arada həkim resepti ilə hələ bir “kalsi-xolor” – da içirdirdilər, o şoğərib də zəkkutum kimi bir şeydi a…. Hamı ağlına gələni edirdi, heç bir deyən yox idi ki, a bala bu qozdan az ye…) Əlbətdə, bütün bunlar bizim aşırı, mən deyərdim ki, limitsiz şəkildə qozdan (cəvizdən) istifadə etməyimizin nəticəsi idi. Xüsusi ilə uşaq körpə vaxtı qoz (cəviz) yeyirsə, (özü yeyən analar yedi-yemədi uşğın ağzına da mütləq qoyurlar ki, dadını bilsin, öyrənsin..) əgər allergik təsir nəticəsində dəri tamlığı bir dəfə pozulursa, həmin nahiyələr böyüyəndə də eyni təsirə həssas olaraq qalır. Bu məsələnin bir tərəfi. Digər faydası ilə, zərərinin birlikdə hərəkət etdiyi hal isə onun qidalılığı və çox enerjili olmasıdır. Beləki, orqanizmin olduğu vəziyyətdən asılı olmayaraq, bir –neçə qoz (cəviz) yemək kifayətdir ki, bədən və eyni zamanda onun bir hissəsi olan beyin enerjili qoz (cəviz) ləpəsinin mədəyə düşdüyünü hiss etsin, həm də hiss etdirsin. Məhz bu xüsusiyyətinə görə qoz (cəviz) ağacı çox olan, geniş yayılmış bölgələrin insanları, istər fəndgirliyi, istər tez coşub-daşan olmağı (“cırtda – qoz” olması – gör atalar bu ifadəni – kodlaşdırılmış məlumatı – necə yerində yaradıblar???), mərdliyi, dəliqanlılığı ilə nisbətən də olsa seçilirlər. “Cırtda –qozluq” tam dəqiq ifadədir. Onu da qeyd edim ki, bunun səbəbi heç də təkcə qozun (cəvizin) yüksək qidalılığı deyil… Qoz (cəviz) ağaclarının bol olduğu bölgələrdə əhali məişətdə əsasən üzdə olan bulaq, quyu, kəhriz, çay ya da müasir dövürdə artezian sularından istifadə edirlər. Bu su isə demək olar ki, tam yodsuzdur. İllər boyu yodsuz su istifadə etmək isə nəhayətdə orqanizmdə ciddi fəsadlar yaradır ki, biz təbib olmadığımıza görə bunun xırdalığına varmırıq. Sadəcə onu qeyd etməliyəm ki, yodsuz su istifadə etdiyimizə görə (qoz (cəviz ) ağaclarının sayəsində) xüsusi ilə beyinin fəaliyyətinə təsir göstərən, bilavasitə idarə edən, tənzimləyən vəzlərdə baş vermiş dəyişiklik nəticəsində (bu vəzlərin qana ifraz etdiyi maddələrin tərkibinə uyğun olaraq) sanki, insan həsaslaşır, dözümlülük azalır, elə bil bir az da çılğınlaşır. Konkret olaraq eyni hadisəyə qoz (cəviz) ağacı bol olan, geniş yayılmış bölgənin insanı ilə , belə bölgədən olmayan insanın reaksiyası eyni deyildir. Qoz (cəviz) ağacları bol olan, geniş yayılmış bölgənin insanı daha kəmhövsələ, həm də tabe olmağı bacarmayan insanlardır. Bu yazı heç bir tibbi mahiyyət daşımır, (uzaqbaşı araşdırmaçı təbiblər üçün istiqamət göstərə bilər) sadəcə bir müşahidəçilik məhsuludur.
27.10.2016. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında səkkizinci yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
Bu gün Nargis xanımın ad günüdür! Ad günü münasibəti ilə Nargis xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!
QISA ARAYIŞ:
İsmayılova (Nargis) Nərgiz Rəfail qızı 1986-cı ildə mart ayının 12-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olmuşdur.
1993-cü ildə Zaqatala rayonunda orta məktəbə, 1999-cu ildə Ordubad Türk liseyinə daxil olmuş və 2004-cü ildə həmin liseydən məzun olmuşdur.
2004-cü ildə Naxçıvan Dövlət Universitetində tələbə adı alaraq 2008-ci ildə həmin universitetin “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə fərqlənmə diplomu ilə məzun olmuşdur.
2009-cu ildə Gəncə Dövlət Universitetinə daxil olaraq 2012-ci ildə həmin universitetin “Xarici ölkələr ədəbiyyatı” ixtisasını magistr pilləsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Nargis Azərbaycan MEA-nın Naxçıvan Bölməsinin Ədəbiyyat və İncəsənət İnstitutu Ədəbiyyatşünaslıq Şöbəsində elmi işçi vəzifəsində çalışır. 2013-cü ildən isə həmin Bölmənin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertantıdır. “XIX-XX əsrlər Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyilləri” mövzusunda dissertasiya müdafiə edib? Filologiya üzrə fəlsəfə doktorudur. “Şərq qapısı” qəzetində müxbir kimi fəaliyyət göstərir.
“Ədəbiyyat” qəzetinin köşə yazarıdır.
28 elmi, 200-dən çox qəzet məqaləsinin müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Prezidenti mükafatçısıdır. 2017-ci ildə Azərbaycan Yazıçılar Birliyinin və “Ədəbiyyat qəzetinin” birgə təsis etdiyi Əli bəy Hüseynzadə mükafatı”na və Naxçıvan Muxtar Respublikasında “İlin yazıçısı”, “İlin jurnalisti” ünvanına layiq görülüb.
Nargis istər orta məktəb, istərsə də liseydə təhsil aldığı illərdə qələm hər zaman olunla olmuş duyğularını daima şerlər, denemələr, pritçalar, hekayələr halında ifadə etmişdir. Bu bağlılıq onu Naxçıvan Dövlət Universitetində ədəbiyyat üzrə ali təhsil Gəncə Dövlət Universitetində magistr təhsili almağa və Azərbaycan Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat üzrə elmi araşdırmalara qədər aparmışdır.
Nargisin son dövrlər yazdığı bir çox hekayələrdən ibarət “İçimdəki Merilin” kitabı 2015-cü ildə Bakı şəhərində “Qanun” nəşriyyatı tərəfindən nəşr olunmuş eyni zamanda Türkiyəli yazıçı Kahraman Tazeoğlunun “Seni içimden terk ediyorum” şeirlər və “Bukre” roman kitablarını şair Elxan Yurdoğlu ilə birlikdə Azərbaycan türkçəsinə tərcümə edilmişdir. 2015-ci ildə “İçimdeki Marilyn” Minval yayınları tərəfindən nəşr edilmişdir.
2016-cı ildə “Xan” nəşriyyatı tərəfindən “Qardələn” kitabı işıq üzü görmüşdür.
2016-cı ildə “Əcəmi” nəşriyyatı tərəfindən “ Müqəddəs məkan Naxçıvan” kitabı yayımlanıb.
2017-ci ildə “Xan” nəşriyyatı tərəfindən Çağdaş ədəbiyyat silsiləsindən “Beklenen Dolunay” romanı işıq üzü görüb.
2016-ci ildə filologiya üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə edib.
Zaur Ustac Nargis xanımı təbrik edir. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.Zaur Ustac Nargis xanıma “Ziyadar”ı təqdim edir. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.Nargis xanımZaur Ustac üçün “Metakədər” imzalayır. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.Rəşad Məcid “Metakədər”ə göz atarkən. 12.03.2020. AYB – Natəvan zalı. Bakı ş.
QEYD:
Fotolar düz bir il əvvəl, pandemiya ilə əlaqədar məhdulaşdırıcı tədbirlər nəzərdə tutulmamış 12.03.2020. AYB – Natəvan zalında (Bakı ş.) Nargis xanımın “Metakədər” adlı kitabınının təqdimatı zamanı şəkilib.
Bir daha Nargis xanımı təbrik edir, uzun və sağlıqlı bir ömür, yeni-yeni yaradıcılıq uğurları arzu edirik! Uğurlarınız bol olsun!!!
Siz – Seyran Səxavət (Xanlarov Seyran Əsgər oğlu ) 1946-cı il mart ayının 23-də Füzuli rayonunun (keçmiş Qarabulaq) Yağlıvənd kəndində anadan olmusunuz. 1962-ci ildə doğma kəndinizdə orta məktəbi başa vurandan sonra iki il X.B.Natavan adına Füzuli şəhər orta məktəbində direktorun köməkçisi vəzifəsində çalışmış, 1964-cü ildə uğurla imtahan verərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunmuş, fars dili üzrə tərcüməçi ixtisasına yiyələnmisiniz. Sovet ordusunda xidmət keçdiyiniz illərdə (1970-1972) SSRİ Müdafiə Nazirliyinin tərcüməçisi kimi fars dili üzrə ixtisasınızı təcrübi olaraq daha da dərinləşdirmisiniz.
Sonrakı fəaliyyətinizin əhəmiyyətli qismi Azərbaycan Yazıçılar Birliyinin mətbuat orqanlarında yaradıcı əməyinizlə bağlı olmuşdur. Siz 1973-cü ildən etibarən dövrün ən nüfuzlu nəşrlərindən olan “Ədəbiyyat və İncəsənət” qəzetində xüsusi müxbir, ədəbi işçi vəzifələrini tutmusunuz.
1974-1976-cı illərdə ixtisasınızla əlaqədar Sovet İttifaqından İran dövlətinə ezam olunmuş, orada iki il tərcüməçi kimi fəaliyyət göstərmisiniz. 1976-1981-ci illərdə “Ədəbiyyat və İncəsənət” qəzetində, 1981-1991-ci illərdə isə “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışmış, milli teatrlarımızın səhnə-tamaşa həyatının elmi-publisistik və sənədşünaslıq yönündən işıqlandırılmasında, Azərbaycan ədiblərinin nəsr əsərlərinin (hekayə, povest, roman) seçilib nəşrə hazırlnaması və geniş oxucu dairələrinə çatdırılmasında uzunmüddətli, ciddi əmək sərf etmisiniz.
1962-ci ildən, ömrünüzü bədii yaradıcılığa həsr edərək yaratdığınız hekayə, povest, romanlarınızla, bədii-publisistik əsərlərinizlə Azərbaycan ədəbiyyatını zənginləşdirmiş, hər kəs tərəfindən etiraf olunan istedadlı bir yazıçı kimi Azərbaycan və dünya oxucularının rəğbətini qazanmısınız.
Hörmətli Seyran müəllim!
Siz bədii yaradıcılığa ötən əsrin 60-cı illərinin lap əvvəllərində başlamış, 1962-ci ildə Füzuli rayonunda çıxan “Qızıl Araz” qəzetində ”İki arzu” adlı ilk şeirinizi çap etdirmisiniz. Poetik axtarışlarınızın yekunu kimi meydana çıxan, özündən əvvəlki poeziya örnəklərindən və həmyaşıd qələm dostlarınızın yazdıqlarından tamamilə fərqlənən novator şeirləriniz dillər əzbəri olmuş, Azərbaycan gəncliyinin ən ülvi hisslərini ifadə etmişdir. 1970-ci ildə ilk şeir kitabınız – “Adalar”, 1977-ci ildə yenə poetik axtarışlarından ibarət “Mənim planetim” kitabınız çap olunmuş, şeirlərinizin böyük qismi “Seçilməmiş əsərlər” çoxcildliyinizin ilk cildində yer almışdır.
İran dövlətində ( indiki İran İslam Respublikası) tərcüməçi işləyərkən qələmə aldığınız ilk hekayəniz – “Hamı elə bilirdi” adlı əsəriniz 1976-cı ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş, bununla da sizin yaradıcılığınızın, həm də müasir Azərbaycan nəsrinin yeni bir səhifəsi açılmışdır.
Müxtəlif illərdə işıq üzü görən nəsr əsərlərindən ibarət (hekayə, povest, roman) kitablarınız: “Hamı elə bilirdi” (1982), “Daş evlər” (1985, təkrar işlənmiş nəşr – 1989), “Bozoqo ajıra telekey” (“Qapıların o üzündə qalan dünya” – Dağlıq Altay, 1985), “Dar köynək” (1987), “Qızıl teşt” (1999), “Ptityajenie” (Cazibə”, Moskva, 1990), “Nekroloq” (2003), “Palıd toxumu” (2003), “Yüz ilin kişisi” (2005), “Krepkoe semya” (“Palıd toxumu” Moskva, 2007), “Yahudi əlifbası” (2009), “Bəhanə” ( 2009), “Qaçhaqaç” (I kitab, 2010, II kitab 2017 ), “Seçilməmiş əsərlər” (I-II cildlər, 2015), “Kenquru” (2019) ibarət kitablarınız həm istedadlı, orijinal və məhsuldar bir yazıçı olaraq sizin, həm də 50-60 ildə yaradılan müasir Azərbaycan nəsrinin bədii-fəlsəfi tutumunu əks etdirməkdədir.
Sizin şeirləriniz və nəsr əsərləriniz dünyanın bir çox dillərinə – türk, əfqan, ingilis, fransız, alman, ispan, rus, fars, ərəb, ukrayna, gürcü, erməni, tacik, qırğız, moldova, altay və sair çevrilmişdir. Keçmiş SSRİ-nin, indiki Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində işıq üzü görən nəsr əsərlərinizdən ibarət kitabınız 100 min tirajla yayılmışdır.
Həm poetik, həm nəsr əsərlərinizdəki orijinallıq, misilsiz milli kolorit, bədii düşüncənin özünəməxsus ifadə tərzi, dərin və mənalı yumor elementləri, unikal şair-yazıçı yaddaşı, nəsrlə şeirin təbii və mütəhərrik sintezi ciddi oxucu marağı doğurur. Sizin əsərlərinizdə milli və bəşəri, fərdi və ümumi çulğaşaraq təbiətin, insan mənəviyyatının, ümumən cəmiyyətin mükəmməl panoramını yaradır, adamları düzgün, cəsarətli, mərd, səxavətli, öz kökünə, millətinə, dövlətinə ən əsası özünün öz mənliyinə bağlı yaşamağa dəvət və təhrik edir.
Hörmətli Seyran müəllim!
Siz həm də ədəbiyyat və incəsənəti sevərlər arasında ən insani duyğuları, ən sərt həqiqətləri ifadə etməyə qadir bir dramaturq kimi tanınırsınız. “Qızıl teşt” (1988), “Büst” (1989), “Qapıların o üzündə qalan dünya” (1990) pyesləriniz, Azərbaycan Akademik Milli Dram Teatrı başda olmaqla Respublikamızın bir çox peşəkar teatr kollektivlərində tamaşaya qoyulmuş, izləyicilər tərəfindən hərarət və dərin estetik təəssüratla qarşılanmışdır. Bununla yanaşı, dramatik əsərləriniz əsasında bir çox televiziya tamaşaları hazırlanmış, radio pyesləriniz səsləndirilmişdir.
Hörmətli Seyran müəllim!
Sizin bədii publisistika və bədii tərcümə sahəsində xidmətləriniz də oxucuların yaddaşında dərin izlər buraxmışdır. Siz Azərbaycanın xalq artisti, ilahi qüdrətdən gələn bir səslə Azərbaycan muğamlarını və xalq mahnılarını ifa edən xanəndə Qədir Rüstəmovla “Atüstü söhbət” əsəriniz ədəbi müsahibə janrına yeni nəfəs vermişdir. Məhz janrdan novator istifadə məharəti sonralar sizə bədii-publisistik üslubda “Palıd toxumu”, “Bəhanə” kimi iri həcmli romanlarınız, “Kasib” başlıqlı satira və yumor silsiləsini yaratmağa imkan vermişdir.
Siz dünya ədəbiyyatından bir qism örnəkləri, o cümlədən Azərbaycanın dostu, “Drujba narodov” jurnalının baş redaktoru A. Ebonoidzenin “İki ay kənddə və ya imeretsayağı evlənmə” romanını doğma dilimizə çevirmisiniz.
Hörmətli Seyran müəllim!
Siz istedadlı Azərbaycan ədibi olaraq həm respublikada, həm də dünya səviyyəsində bir çox dövlətlərdə (Fransa, ABŞ, İngiltərə, İran, Türkiyə, İtaliya, İspaniya…) ölkəmizi təmsil etmiş, konfrans və simpoziomlara qatılmısınız. Müstəqillik illərində kütləvi informasiya vasitələrinə verdiyiniz beş mindən artıq intervünüzlə Azərbaycan həqiqətlərinin carçısı rolunda çıxış etmisiniz.
75 yaş ömrün müdrik çağıdır. Siz yaşınızın bütün mərhələlərində Azərbaycanda təzahür edən ictimai, mədəni, ədəbi proseslərə həssas yanaşmış, gənc yazarlara kömək məqsədi ilə ədəbi birliklərə rəhbərlik etmiş, ölkəmizin həyatında baş verən önəmli hadisələrə kreativ şəkildə – yazılı və internet mətbuat məkanında mövqeyinizi bildirmisiniz. Hazırda ustad ədib olaraq AYB-də çalışırsınız; “Azərbaycan” jurnalı redaksiya heyətinin üzvüsünüz. Yaradıcı əməyiniz yüksək qiymətləndirilmişdir; 2002-ci ilin ədəbi yekunlarına görə “Nekroloq” romanınız AYB-nin Yusif Səmədoğlu adına “İlin ən yaxşı romanı” mükafatına layiq görülmüşdür.
Hörmətli Seyran müəllim!
Əsərləriniz, ədəbi tərcümeyi-halınız deməyə əsas verir ki, sizin yaradıcılığınız müasir Azərbaycan ədəbiyyatının ən dəyərli fəsillərindən biridir. Sizi ədədəbiyyat biliciləri, qələm dostlarınız, Azərbaycan oxucusu yüksək qiymətləndirir. Sizə bundan sonra da ilhamlı yaradıcılıq ovqatı, dəyərli əsərlər, möhkəm can sağlığı, ailə xoşbəxtliyi arzulayırıq. 75 yaşınız mübarək olsun!
Azərbaycan Yazıçılar Birliyi
Seyran SƏXAVƏT AYB-də.
Seyran müəllimin adından başda Anar müəllim olmaqla dəyərli AYB heyətinə və bütün əməyi keçənlərə təşəkkürümüzü bildiririk. YAZARLAR cameəsi olaraq yubiliyarı bir daha təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!!!
Düzü Rövşən müəllimlə şəxsi tanışlığım yoxdur. Ona görə də təbii olaraq bütün bu yazıda yazdıqlarım onun mənə məlum olan yaradıcılığına əsaslanır. Yəni, oxumuş olduğum kitablarından gəldiyim qənaət və nəticənin məhsuludur.
Bu müəlliflə mənim ilk tanışlığım şəhərimizin kitab dükanlarının birindən üzərinə “ARİFLƏRİN İRFANİ MƏQAMLARI” yazılmış kitabı almaqla başladı. “Ariflərin irfani məqamları” kitabı, böyük alim Şeyx Əbu Əli İbn Sinanın məşhur “İŞARAT VƏ TƏNBİHAT” adlı əsərinin doqquzuncu bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. Nəzərinizə çatdırım ki, kitabı tərcümə edən və şərhlərin müəllifi Rövşən Abdullaoğlu idi. Beləcə bizim tanışlığımız başladı. Bu kitabın dili və şərhlər diqqətmi necə cəlb etdisə, heç o kitabı tamam-kamal bitirməmiş yenidən həmin dükana yollandım ki, müəllifin öz kitablarından bəlkə, nəsə tapa bildim. Ancaq, həmin dükanda tapa bilməsəm də satıcıdan öyrəndim ki, bəli, müəllifin öz kitabları da var. Bir, iki, üç növbəti dükanların birində Rövşən Abdullaoğlunun psixoloji kitablar silsiləsindən olan “HƏR BİR İNSAN HÖKMDARDIR” kitabını gördüm və həmən aldım. Kitabı həmin gün oxudum. Burada onu qeyd edim ki, bu hadisələr 2013-cü ilin təxminən yay-payız aylarında baş verib. Düzü kitab qismən mənə indiyə qədər bu mövzuda oxuduğum çoxlu sayda əsasən xarici motivasiya ədəbiyyatına daxil olan nümunələri xatırlatdı. Bunula belə, kitabda nəsə bir fərqlilik, bəlkə şərqlilik deyərdim, ən əsası doğmalıq, ruhumuza yaxınlıq, bizə aid özünəməxsusluq hiss etdim. Qənatə gəldim ki, bu kitab müəllif haqqında heç nə demədi, sadəcə bir ipucu verdi. Ertəsi gün müəllifin yenə psixologiya və motivasiya kitabları silsiləsindən olan “ARXADAKI KÖRPÜLƏRİ YANDIRIN” kitabını alıb oxudum. Təkrarçılıq etmək istəmirəm, ancaq onu qeyd etməliyəm ki, bu kitab da tam mən istəyəni vermədi.
Yəni bütün motivasiya ədəbiyyat nümunələrində eyni məqsəd, eyni yol (istər xarici, istərsə də bizim müəlliflər) dəyişik sözlər. Sonra müəllifin kitablarını gördükcə, adını eşitdikcə alıb oxuyur, elə bil, nəsə axtarırdım. Bilirəm ki, axtardığım kitab yazılıb, var, ancaq, mən tapa bilmirəm….
Bu fikr, əminlik məndə kitabdan – kitaba hiss etdiyim dəyişiklik, sanki, müəllifin standart, şablon fikirlərdən sıyrıldığını, özünəməxsus bir metodla təlqinə keçdiyini gördüyümdən, duyduğumdan yaranmışdı.
Nəhayət, bir gün sosial şəbəkələrdə müəllifin yeni kitabını gördüm, artıq tarix 2015 göstərirdi. RÖVŞƏN ABDULLAOĞLU “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” psixoloji roman – yeni söz, yeni səs…. Kitabı yəqin ki, çoxunuz oxumusuz çünki, bunun özü də tam məntiqidir. Dəyərli oxucum, əgər Siz maraq göstərib, bu kiçik yazını oxuyursuzsa, mütləq haqqında danışdığımız o kitabı da oxumusuz. Yox əgər oxumamısizsa, deməli ya hələ belə bir kitab haqqında eşitməmisiz, ya da vaxtınız olmayıb.
Çox xırdaçılığa getmədən, adi – orta məlumatlılıq səviyəsində onu qeyd etmək istəyirəm ki, psixologiya bütün insanları onların mənliyindən irəli gələn hərəkət və davranışlarına görə dörd əsas qrupa bölür. Rövşən Abdullaoğlu bu romanda məhz bu qrupların birinə aid olan insanın elə ümumiləşdirilmiş surətini yaratmışdır ki, bu günə qədər Psixologiya elminin yazdığı, göstərdiyi hamısı artıqlaması ilə bu surətdə cəmlənmişdir. Qəhrəmanın surəti lap körpəlikdən yetkin yaşa qədər gözümüzün qarşısında bizə göstərmək istədiyi tipindən irəli gələn xarakter və xüsusiyyətlərini elə çılpaq, həyatda olduğu kimi göstərir ki, bu barədə sadəcə MÜKKƏMMƏL!!!! – deyib kifayətlənməkdən başqa yolumuz qalmır. Müəllifin olduqca çox böyük təvəzökarlıqla sadəcə psixoloji roman adlandırdığı bu kitab, birinci növbədə məlumatlı olub, özünü qəhrəmanın aid olduğu tipdən hesab edən hər bir şəxsin stolüstü kitabı, ikinci – indi özünüöyrətmənin geniş yayıldığı bir zamanda melanxoliyadan əziyyət çəkdiyini zənn edən hər bir pasientin hər zaman yanında olan psixoloqu, gələcəkdə yaxşı psixoloq olmaq istəyən, bu istiqamətdə təhsil alan hər bir tələbənin mütləq oxumalı, incələməli olduğu (konkret tip üzrə səbəbi, müalicəni və nəticəni özündə ehtiva edən) əlavə dərs vəsaiti kimi çox qiymətli və əvəzolunmazdır. Ən azından hələlik ortalıqda analoqu yoxdur. Əgər, bu kitabdan sonra Rövşən Abdullaoğlu heç nə yazmasa da “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” – müəllifin sözünü, səsini bizə tam çatdırdı. Rövşən Abdullaoğlu, sadəcə kitab olsun, az-çox pul gəlsin deyə, Cenqo ordan getdi, Manqo burdan gəldi, qızın yerə düşmüş yaylığının parçasını tapıb, ordan onun ətrini alıb, gedib qızın əvəzinə Toplanı tapıb, sonra yenə onu axtaranlar, nə bilim, min cür cəfəngiyat uydurub millətin pulunu yeyib, beynini korlayanlardan deyil. Tam fərqli, özünəməxsus yolu olan, hərtərəfli məlumatlı (istər dini, istər dünyəvi, həm şərqdən, həm qərbdən) bir yazardır. Rövşən Abdullaoğlunun kitabları sadəcə vaxt öldürmək, gün keçirmək üçün deyil, əksinə həyatın gözəlliyinə vurulmaq, yeni bir dünya qzanmaq üçün vacib vasitədir.
Rövşən Abdullaoğlu – yazar, psixoloq, tərcüməçi, səyyah.
Müəllifə Uca Yaradandan can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Eyni zamanda daimi oxucu olaraq, ən azından “BU ŞƏHƏRDƏ KİMSƏ YOXDUR” –dan sonra, Ümumi Psixologiyanın göstərdiyi qalan üç tip insanlara da aid üç yeni psixoloji roman gözləyirik. Axı dünya təkcə melanxoliqlərdən ibarət deyil???
17.10.2016. Bakı.
QEYD:
Məqalə müxtəlif vaxtlarda fərqli saytlarda yayımlanmaqla yanaşı “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” kitablarında yeddinci yazı yazı kimi müstəqil məqalə şəklində yer almışdır.
MƏBƏS BAYRAMINIZ MÜBARƏK Nələr etdi mənə dövran, nələr çəkdim, bilirsən ki. Bilirsən ki, daha yoxdur dözüm könlümdə hicranə. * * * Vüsalınla məni hicrin əzabından qutarmazsan, Qutarmazsan, odur daim dönər bağrım başı qanə. * * * Həmişə ehtiyat etmiş bəşər əhli gədalərdən, Gədalərdən xeyir gəlməz cahanda bircə insanə. * * * Bu dünya arifü dana üçün sanki cəhənnəmdir, Cəhənnəmdir o dünyada məkan, əlbəttə, nadanə. * * * Tapıb məbud Sənə bənzər müsəlmanlar inanmazlar, Inanmazlar da kafirlər bu gün ayati-Qur,anə. * * * Bizə göndərdiyin elçi, o ali şəxs Mühəmməddir, Mühəmməddir hidayət eyləyən əhli-müsəlmanə. * * * Tutub Həqqin yolun daim, Sona, Allahə şükr eylə, Şükür eylə bu dünyada verilmiş böylə imkanə.
Bu gün gözəl insan, sadiq dost, hər sözündən, kəlməsindən Qarabağ, Ağdam, yurd həsrəti boylanan vətənpərvər şair Elnur Qərarinin ad günüdür!!! Bu gözəl gün münasibəti ilə şairi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!