TƏRANƏ MƏMMƏD – QARANLIQDAN İŞIĞA

Təranə Məmməd – yazar, şair.

QARANLIQDAN İŞIĞA
Hekayə
O tək yaşayır. Tək, tənha. Ancaq, tənha olduğunu bilən yoxdur.
Bəlkə də bu tənhalıq deyil. Sadəcə adam tək yaşayır. Həmişə səliqəli geyinir. O qədər yüksək zövqlə geyinir ki, sanki bu geyimləri məhz bu uca boylu, gümüşü saçlı, yaşı 50-ni keçmiş
kişi üçün fərdi şəkildə tikirlər.
Hərdən qapısını döyən olur onun,ancaq, hamı qapıdan yola salınır. Heç kim onun necə yaşadığını bilmir.
Mən də bilmirdim.Bəlkə də heç zaman bilməzdim, əgər bir təsadüf olmasaydı.
Üç ildir ki, onunla bir binada bir mərtəbə yuxarıda yaşayıram. Hər gün onun qapısının qarşısından keçib yuxarı qalxıram.
Bir gün, həmişəki kimi ordan keçəndə, düz qapının yanında ayağım burxuldu. Özümü zorla saxladım, əlimdəki çanta çırpıldı kişinin qapısına. Mən əllərimlə qapını qucaqlayıb qaldım. Elə bu vaxt qonşu qapını açdı,təəccüblə mənə baxıb:
– Eşidirəm sizi,- dedi
Kişinin zəhmini gördükdə dilim dolaşdı:
– Mən… mən..burdan keçirdim.. ayağım ilişdi…bağışlayın,-dedim.
– Buyurun, – deyib qapını bağladı.
Mən çantamı çiynimə atıb pilləkənləri qalxdım. Evimin qapısını açıb içəri girdim və
“İnsan nə qədər qəddar olmalıdır ki,qadına bir təsəlli də verməsin,”- deyə düşündüm.
Bu qəribə insanın xasiyyətinə bələd olduğumdan tez sakitləşib işlərimlə məşğul oldum.
Elə təzəcə işlərimi bitirmişdim ki,qapının zəngi basıldı.
Qapını açanda gözlərimə inanmadım. Bir necə saat bundan əvvəl təsadüfən qapısına yapışdığım kişi idi gələn.
– Sizdən nigaran qaldım.Bəlkə bir kömək lazımdır. Mən həkiməm,- deyə o bir nəfəsə bu sözləri tələffüz etdi.
– Həkimsiniz?
– Hə.
-Yox. Çox sağ olun. Hər şey qaydasındadır.
– Təki olsun. Sağ olun.
O bu sözləri deyib pilləkənlərlə aşağı düşüb qapısını açdı sonra qapını çırpıb içəri girdi.
Mən olanları təhlil etməyə çalışdım, amma, bacarmadım.
Sonra düşündüm ki, gərək evə dəvət edəydim. Amma, yəqin ki, gəlməzdi.
Mənim 28 yaşım var. İşlədiyim şirkət evimizdən uzaqdır. Ona görə tezdən oyanıram. Maşınımı qarajdan çıxarmağa, geyinib evdən çıxmağa çox vaxt sərf edirəm.
Bu gün də tez oyanmışdım. Pəncərədən aşağı baxıb gördüm ki, həmin tək yaşayan qonşum maşınını qarajdan çıxarıb həyətdə siqaret çəkir. Sonra o maşının qabaq qapısını açıb oradan iri bir oyuncaq, ağ ayı, götürüb arxa oturacağa qoydu. Sonra ora bir dəstə gül də qoyub qapını bağladı və sürüb getdi.Düzü onu belə tezdən ilk dəfə görürdüm həyətdə.
“Yəqin vacib bir adamı təbrik etməyə gedir,
bu yaşda eşqə düşüb kişi yəqin”,- deyə düşündüm.
Əslində neçə yaşı olduğunu bilmirdim,amma, zahirən 50- 55 yaş vermək olardı ona.
Atam bu evi mənə alanda demişdi ki,qızım, Bakı rayon deyil, qonşular mehriban olmaya bilərlər. Sən hamıya hörmət et,heç kimdən heç nə umma. Anam tez-tez mənim yanımda qalır, ancaq, adətən özüm öz işlərimi yola verirəm. Artıq üç ildir ki, tək yaşayıram burda.
Rəfiqələrim demək olar ki, yoxdur. Gur yığıncaqları sevmirəm. İşimdən çox razıyam.
Bu gün işdən qayıdanda qonşumun qapısının yanından çox ehtiyatla keçdim ki, yıxılıb eləməyim.
Bir iki pilləkən qalxmışdım ki, arxadan “axşamınız xeyir” deyən səs eşitdim.
– Axşamınız xeyir,- deyə cavab verdim və arxaya çönüb qonşumu gördüm.
– Rica edirəm,mənimlə bir fincan qəhvə içməyə razılaşın.
Mən özümü necə itirdimsə nə cavab verəcəyimi bilməməyim bir yana, astaca iki pilləkən aşağı düşdüyümü də hiss etmədim.
O qapısını açıb məni içəri dəvət etdi.
Çantamı və gödəkcəmi asılqana asıb məni içəri dəvət etdi:
– Buyurun. Xoş gəlmisiniz.
– Çox sağ olun,- deyə nəhayət mən səsimi çıxartdım.
Mən istər istəməz gözlərimi qamaşdıran səliqəyə,təmizliyə nəzər saldım. Lakin,bütün bunlarla yanaşı evdə bir qəribə sükut, qaranlıq və havasızlıq var idi.
Bura sanki insan ayağı dəyməyən bir məkan idi. Hər şey o qədər düşünülmüş dərəcədə yerində idi ki, sanki yaşayış evi yox film üçün qurulmuş dekorasiya idi.Divarlarda isə saysız-hesabsız şəkillər. Gözəl cavan qadının və kiçik bir qızın şəkilləri asılmışdı.
Şəkillərin çoxu böyüdülmüş,bəziləri kiçik çərçivədə,bəziləri isə hər yerə səpələnmişdi.
Qonşum mənim təəccübümü hiss edib:
– Əyləşin. Adınızı da bilmirəm. Mənim adım Elmandır.
– Natəvan.
– Buyurun, Natəvan xanım. Əyləşin. Anlayıram sizi. Düşünürsünüz ki, bu şəkillər nədir və niyə bu qədərdir.
– Yoox…- deyə mən nəsə danışmaq istədim.
– Bu mənim ailəmdir. Mən tək deyiləm. Ailəm var. Bu mənim həyatda ən çox sevdiyim qadındır. Bu isə mənim həyatım, mənim canım, mənim hər şeyimdir. Bu mənim qızımdır
– Allah saxlasın,- dedim
O gülümsündü və:
– Çox sağ olun!- dedi.
Sonra iki fincan qəhvə gətirdi və:
-Sağ olun ki,dəvətimi qəbul etdiniz.Bu gün qızımın ad günü idi. İki yaşı tamam olur. Getdim təbrik etdim səhər tezdən . Bütün günü onlarla oldum. Yaxşıdırlar,şükür.
Mən “niyə burada deyillər?” soruşmaq istədim,lakin artıq sual vermədim.
– Siz işləyirsiniz eləmi?
– Bəli.
– Neçə yaşınız var?
– 28 .
– Mənim 35
– Nəə????- deyə mən təəcübümü gizlədə bilmədim.
– Hə, 35 yaşım var. Uşaqlıqdan həkim olmaq istəyirdim, oldum. Amma, sonra atdım həkimliyi. İstəmirəm. Klinikam var,amma özüm müalıcə etmirəm. Edə bilmirəm
– Necə yəni?
– Bu haqda danışmaq istəmirəm.
Biz qəhvəni içib bir qədər danışdıq və mən evə getmək üçün ayağa qalxdım.
Elman məni ötürüb qayıtdı.
Mən bu insanı bir qədər yaxından tanıdım. Çox alicənab, hörmətcil, mədəni bir insan olduğunu bildim.
Lakin ailəsindən ayrı yaşamağı, yaşından çox qoca görünməyi içimdə min sual yaradırdı.
Gecə çox gec yatdım. Düşündüm və bu insanın nədən məni evinə dəvət etdiyini anlamaq istədim.
Ertəsi gün işə getmək üçün qaraja endim. Elman maşını mənim qarşımda saxlayıb:
– Çıxartmayın bu gün maşını. Mən aparım sizi.
– Əziyyət çəkməyin.
– Xahiş edirəm, Natəvan xanım.
Mən onun maşınına oturdum. Yol boyu yalnız qızından və arvadından danışdı. Qızının ilk gülüşü, onları doğum evindən gətirdiyi gün,- hamısını danışdı mənə.
İşdə bütün günü düşündüm. Niyə mənə ailəsini bu qər tanıdır? Məni ailəsinə niyə bu qədər yaxınlaşdırır bu adam?
Elman heç də mənim təsəvvür etdiyim qədər qaraqabaq biri deyildi. O musiqini,gülləri, heyvanları çox sevirdi. O çox savadlı və maraqlı bir insan idi.
Biz hərdən görüşməyə başladıq.Yaxın dost olduq. O mənə, mən ona həyatımızda olanları danışırdıq.
Anamla da tanış oldu. Anam da ona çox hörmət edirdi. Atam rayondan ona meyvə göndərirdi. Yəni biz həm qonşu həm də dost olduq.
Bir gün o məni ailəsi ilə tanış etmək istədiyini bildirdi. Mən həm sevindim həm də məni arvadına rəfiqəsi kimi təqdim etdikdə o xanımın reaksiyasından bir qədər qorxdum. Axı, kimin xoşuna gələr ki,əri başqa bir qadınla dostluq etsin?
Nə isə, razılaşdım.
Şənbə günü idi. İkimiz də işləmirdik. Mən geyinib kecinib onun zəngini gözləyirdim
Saat 11 də zəng edib maşında məni gözlədiyini dedi.
Gəlib maşının arxa qapısını açmaq istədim,lakin Elman mənə qabaq qapını açıb oturmağımı xahiş etdi. Mən oturdum və güzgüdə arxa oturacağın üstündə bir qucaq yasəmənin və iri bir gəlınciyin olduğunu görüb bir qədər tutuldum və:
– Bəlkə mən də bir şey alardım? Əli boş getməzdim,- dedim.
– Yox. Lazım deyil. Almışam hər şey, – dedi və maşını işə saldı.
O susurdu. Nədənsə mənə elə gəldi ki,yəqin məni götürməyinə peşimandır.
Şəhərin mərkəzindən keçib qəbristanlığa yaxınlaşırdıq. Mən heç nə anlamırdım. Düşündüm ku,yəqin evləri hardasa buralardadır.
Elman maşını saxlayıb mənim qapımı açdı. Sonra yasəmənləri, gəlinciyi götürdü və :
-Gəl, – dedi.
Ayaqlarım sözümə baxmırdı. Mən hər şeyi anladım. Bu insanın bu qədər dərd çəkdiyini,nədən tez qocaldığını- hər şeyi anladım və heç nə demədən onun arxasınca getdim.
Biz güllərin içində itib batmiş ana və balanın məzarına yaxınlaşdıq.
Mən göz yaşlarımı saxlaya bilmədim. Elman onlarla elə danışırdı ki,sanki onlar sağ idi və onun qarşısında idilər. Mən yaxınlaşıb onun əllərindən tutdum. O susur və diqqətlə məzara baxırdı. Sonra birdən, başını mənim çiynimə qoyub o qədər ürəkdən hönkürdü ki, ürəyim parçalandı.
– Ağla, Elman, ağla ki, ürəyin sakitləşsin! -dedim.
Biz bir-birimizə sığınıb ağlayırdıq.
– Natəvan. Çox sağ ol. Nə yaxşı ki, sən varsan. Mən çox bədbəxt insanam. Bir ildir ki, bunları bura gətirmişəm. Özüm öz əllərimlə. İkisini də. Xilas edə bilmədim. Onlar qan içindəydilər. Onlar artıq keçinmişdilər. İkisi də.
– Sakit ol!Elman. Bu həyatdır. Sən düz etmirsən. Burax onların ruhlarını, sakit yatsınlar. Allah o dünyalarını versin,-deyob onu sakitləşdirmək istədim.
Biz məzarların arasıyla maşına yaxınlaşdıq. Sükan arxasına mən keçdim. Elman yanımda oturub bütün yolu danışdı.
Arvadı ilə qızını sürücünün maşını ilə bağa yola salıb ertəsi gün özü getməliydi onların yanına. Lakin bir neçə saatdan sonra onun xəstəxanasına gətirilən ana, balanı və sürücünü heç kim xilas edə bilmədi.
Mən maşını sahilə sürdüm. Dənizin sahılındə insan sakitləşir. Sanki uzaqlara baş vuran dalğalar insanın dərd sərini özüylə aparır və dənizin dibində gızlədir.
Elman xeyli sakitləşdi. Mən də bir balaca rahat oldum. Gecəyə kimi oturduq qumun üstündə və dənizin həzin nəğməsini dinlədik.
– Gedək!- deyə Elman ayağa qalxdı.
Biz evə gəldik. Elmanı evimə dəvət etdim. Razılaşdı.
– Bu gecə sən burda qal.
Evinin açarını isə mənə ver. Mən qalacam orda,-dedim.
Elman açarını mənə verib :
– Natəvan. Mən ora gedə bilmirəm. Tənhalıqdan qorxuram,-dedi.
-Bilirəm.Yat burda rahat.
Elman mənim divanımda yuxuya getdi.
Mən onun açarını görürüb aşağı endim.
Bütün gecəni Elmanın evində dəyişiklik etdim.
Pəncərələri açıb otaqların havasını dəyişdim. Bütün şəkilləri iri bir çantaya yığıb gizlətdim. Yalnız divardan asılan bir şəkili saxladım. Otaqları təmizlədim və Elmanın divanında yatdım.
Ertəsi gün tezdən oyanıb həyətdəki gül mağazasına düşdüm. Bir dəstə gül alıb Elmanın stolunun üstündəki boş güldana qoydum . Qapını bağlayıb evimə qalxdım. Qapını açarla açdım. Elman divanda yatmışdı. Səhər yeməyi hazırlayıb onu oyatdım.
– Mən hardayam? – deyə Elman sual verdi
– Dur,Elman, dur çörək ye. Sonra evinə gedərsən.
Biz səhər yeməyini bir yerdə yedik. Elman heç nə danışmırdı.
Sonra o evinə getdi.
Mən çox nigaran idim. Evini yeni tərtibatda bəyənməyəcəyindən, hətta əsəbləşəcəyindən çox qorxurdum. Lakin bir neçə saatdan sonra qapımın zəngi basılanda və qarşımda əlində iri bir gül dəstəsi Elmanı görəndə zevincimdən özümü onun qoynuna atıb başımı çiyninə qoyub:
– Çox sağ ol, Elman!- dedim.
O məni bərk-bərk qucaqlayıb:
– Sən sağ ol, mənim xilaskar mələyim!- dedi.
Atamla anam toyumuzu xüsusi təntənə ilə qeyd etmək istədilər. Biz nigahımızı rəsmiləşdirmək üçün ən yaxın adamlarımızı yığıb kiçik bir yığıncaq etdik. Sonra mən Elmanın evinə getdim.
Biz tez-tez Elmanın keçmiş ailəsini ziyarətə gedirik. Balaca oğlumuz bilir ki, burda onun bacısı yatır. Gülərüz , həmişə cavan xala isə Elmanın ürəyindən və yaddaşından heç zaman silinməyən bir qadın olaraq qalacaq. Mən bunu bilirəm və onun yerini tutmağa heç cəhd göstərmirəm. Qoy belə olsun. Yeganə onu bilirəm ki,Elmanın qaranlıq həyatında bir işıq yandıra bilmişəm.



Müəllif: Təranə Məmməd



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SƏRVƏR MƏSUM – VƏTƏNDİ

Sərvər MƏSUM – şair.

VƏTƏNDİ…
Yavaş yeri , ayaq saxla, qardaşım ,
Gəzdiyin o yerlər , torpaq vətəndi.
Əvvəl dinlə duasını hər daşın,
Gördüyün qayalar , hər dağ vətəndi.
* * *
Əmanətdi yurd yerləri , obalar,
Bizə miras qoyub gedib babalar,
Qürur mənbəyidi uca qalalar,
Göylərə çəkilən bayraq vətəndi.
* * *
Qarı düşmən cəhd etməsin , əbəsdi,
Vətən bizim aldığımız nəfəsdi,
Bəlkə də bu kimlərəsə həvəsdi,
Bizim üçün solan yarpaq vətəndi.
Müəllif: Sərvər MƏSUM



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – YASTAN

Zaur Ustac – şair, publisist.

YASTAN

(Millətimin gəncliyinə alqış)
Nə qəşəng yastanmısan,
Yastanının yastıq olsun.
İçdiyin ceyran südü,
Yediyin fıstıq olsun.
* * *
Heç tutmasın quluncun,
Üşüməsin bilincin,
Korşalmasın qılıncın,
Qalxanının dostluq olsun.
* * *
Alqış eyləyir Ustac,
Kimsəyə olma möhtac,
Başın müqtədiri tac,
Çiyinin postluq olsun.

24.03.2021 – Bakı.
Müəllif:
 Zaur USTAC


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Офицеры” – filimlər

Памятник героям фильма «Офицеры»

Памятник героям фильма «Офицеры» — памятник, посвященный героям фильма «Офицеры», установленный 9 декабря 2013 года в Москве, на Фрунзенской набережной. Автор памятника — скульптор Алексей Игнатов.

Скульптура воспроизводит одну из сцен фильма — встречу после долгой разлуки двух боевых товарищей, супруги и внука одного из них.

В открытии памятника приняли участие министр обороны РФ Сергей Шойгу, народный артист СССР Василий Лановой и народная артистка РСФСР Алина Покровская, которые в «Офицерах» исполнили роли Ивана Вараввы и Любови Трофимовой.

Памятник расположен рядом с комплексом зданий Минобороны России на Фрунзенской набережной, дом 22.

Офицеры – Цветная версия (2010) HD:


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Leyla Koçak Oruç – ŞEirler

Leyla Koçak Oruç – şair, yazar.

COŞMA

Sırdaşın mı cahil, dilde dem bozuk?
Doğru yoldan çıkıp, çağlayıp coşma.
Hizmet edersin hep, menzilsiz tozup,
Laf fitili yakıp, dağlayıp coşma.

Semah dönen kişi, paktır ak yüzü,
Gülbenk okur dili, bism-i şah közü,
Gerçek er, bacılar, hürmette sözü,
Şerri dilde çakıp, yağlayıp coşma.

Cem mekânı Allâh, güvercin yurdu,
Üçler, beşler, saf saf, yiğitler kurdu,
O halkada elest, şehitler nurdu,
Kem diline bakıp, çağlayıp coşma.

Meydana çıktıysam, namus derdiğim,
Ar şerbeti dolum, kültür verdiğim,
Çarkta dönerken hü, özüm serdiğim,
Sofu gözle bakıp, bağlayıp coşma.

Aykız türkmen kızı, öter gölünde,
Turna semah eder, gelir çölünde,
Avaz avaz sazda, yanar, gülümde
Zalim boşa akıp , ağlayıp coşma.
10 ocak 2021.

MEKANSIZ KALDIM

En güzel dostumsun, doyamam canan,
Büyü mü yaptın ki, mekansız kaldım.
Konamam gölüne, sarhoşum yanan,
Aşka ne kattın ki, mekansız kaldım. 

Çırası meşeden, közüm ah sönmez,
Yanarken çağırır, sesi hiç dinmez,
Ağıt yakar matem, acılar sinmez,
Busen mi tattım ki, mekansız kaldım. 

Ta derinden çizdin, incinir yaşım,
Gururlu kuşkusuz, eğilmez başım,
Dolaşıp dururum göklerde kuşum,
Sihir mi yaptın ki, mekansız kaldım. 

Derler neden sitem, sadıktır yarin,
Elinde bade içer, lisanı narin,
İdrak eder her dem, zor günde carın,
Kaşın mı çattı ki, mekansız kaldın?

Aykızın yüreği, büyülü olsun,
Ebedi zenginlik, erdemle dolsun,
Tensel hazlar tülden, ipekten yolsun,
Bağım mı sattın ki, mekansız kaldım. 
25 Aralık 2020.

YÖNETEN SEN
Ufukta boğuşan aşk, sarıya durmuş cihan,
Canı cilveli kılan, evreni yöneten sen.
Yorgun kıvrılan yollar, yokuşa doğru nihan ,
Yakarken teni alan, evreni yöneten sen.

İlkeler er geç talan, salt bilinç işgal görür,
Erkek dişi fark etmez, istenç benliği bürür .
Üstün olan sevdadır, kıyamet kopsa yürür,
Akılda teli çalan, evreni yöneten sen.

Yıkıldı efendim, bak, gönül otağım yanar,
Bir duman seli varım, gör sızım sızım kanar.
Şems gibi yüzün yansır, üryan eksende döner.
Yücelerden hü kalan, evreni yöneten sen.

Ben sende yok olurum, sen benim özde yüzüm,
Dile gelirken gizin, kaybolur inan hüzün.
Boşluk titrer çözülür, kutlu soluktur közün,
Beni deryaya salan, evreni yöneten sen.

Aykız aşıktır sana, şuramdan seni buldum,
Kendi içimde ışık, anda sıcacık doldun.
Tülüme evrende tan, beytullah menzil yolsun,
Cihana sultan olan, evreni yöneten sen.
Beytullah: ( kâbe için kullanılır) Tanrının evi.
16 Aralık 2020.

DAMLARKEN
Kimi zaman yakar hayat, kavurur,
Özden çıkıp dışa, kendim damlarken.
Sebebi var elbet, zalim savurur,
Çıngı gibi başa, kendim damlarken.

İnatçı bir sevda, tedbirsiz çağlar,
Kasım kadar solgun, yakarır bağlar.
Irak akar korku, gizliden ağlar,
Özsu denen kaba, kendim damlarken.

Zerre zerre süzer, kaynaktan tozar,
Yiğit dolu ile, gümansız yüzer.
Mavi bir hazine, Gökkubbe küser,
Evren denen vara, kendim damlarken. 

Umut gece titrer, solgun ışıkken,
Hasret düşer duygu, ruhum aşıkken.
Can yakar tutkular, keser ayıkken,
Kurak kalan cana, kendim damlarken.

Aykız’ım biçare, vakit yol alır,
Kar kuyusu ne ki? sıvazlar asır.
Rivayet olur tül, büyüler ahir,
Dil zar olup tara, kendim damlarken. 
21 kasım 2020.

DERMAN AZİZİM
Hasret tende azar, harabat gönlüm,
Minnet etmem hara, derman azizim.
Lokman olsa koşar, çırada söndüm,
Dara çeker dara, derman azizim.

Derin vech içinde, semah ediyor,
Sabır dileği sır, ruhu eziyor,
Yıldız gibi çakıp, bağrım eşiyor,
Çığlık atar nara, derman azizim.

Diz kırsın sancılar, alayım nefes,
Terk etsin canım, boş kalsın kafes,
Aşk makamım yanar, kalmadı heves,
Yare tüter yare, derman azizim.

Alın yazım bil ki, gazelim bizar,
Gümüş ay çatladı, yıkıldı hisar,
Külli nefssin vara, gönlüme sızan,
Cana kıyar cana, derman azizim.

Aykız der yakarış sana dilimden,
İnkar etme sakın, derya derinden,
Çare yok dönüyor, vuslat yüzünden,
Tülüm yanar sana, derman azizim.
Küllü nefs: Evrenin ruhu…
20 Ekim 2020.

GÖZDEN TAŞARKEN SEVDA

Mevsimle yarışıyor, zavallı kalbim solgun,
Düşen yapraklar tözün gözden taşarken sevda.
Kirpikleri yumuyor, dehşetle cılız yorgun
Kısır bir döngü yüzün, gözden taşarken sevda.

Parçalara ayrılır, hayatın son bağları,
Dönüşü olmaz ömrün, kaçınılmaz çağları.
Tabiatı köledir, yakarır gök dağları,
Üryan çevrinir özüm, gözden taşarken sevda.

Dört mevsim toprak özde, renkler sual edilmez,
Birliğin içinde giz, vasıl olur erilmez.
Biçare beden korda, zerre huzur ekilmez,
Peyda olur o sözün, gözden taşarken sevda.

Evrensel bir öğretmen, bağban olur çalıma,
Bir teselli sunar ki, meydan okur varıma.
Kutsanmış şıra dilde, yakar şifa karıma,
Nefesim keser közün, gözden taşarken sevda. 

Aykızım hak değil mi, gönlü yakan çıramız?
Bükülsün zaman günde, iki cihan aramız.
Aşk-ı niyaz edelim, kevser alsın harımız.
Çağlayıp akar tülüm, gözden taşarken sevda. 

4 Kasım 2020.

Müəllif: Leyla Koçak Oruç

LEYLA KOÇAK ORUÇUN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İŞIQ ADAM – XƏYALƏ ZƏRRABQIZI YAZIR

Qulu Ağsəs – Əməkdar jurnalist.

İşıq ADAM…

Qulu Ağsəs məndən ötrü yeriyən Qarabağdır… Ağdamdır… Başından nə tufanlar keçsə də,  bir qarış da əyilməyən, bircə daşı da yerindən tərpənməyən Cümə məscidinin minarəsi kimi üzü Haqqa sarı yol alan Adamdı…

Çıraq kimi adamdı Qulu Ağsəs… Saxta çilçıraqların göz qamaşdırdığı dünyanın tən ortasında o Çıraq həqiqətdən nurlanan büllur kimi dumduru işığını qorumağı bacarıb. Çıraq özünə işıq salmır axı… Ona görə də özündən, ətrafındakıların həyatında varlığının – işığının nə demək olmasından xəbərsizdi…

Sözüylə ruhumun aydınlandığı, qələmiylə düşüncələrimə işıq salan Adamdı Qulu Ağsəs… İşığından pay aldığım Çıraq Adamdı… Körpə gözü tək saf Adamdı… Sadə Adamdı… Sadəliyin böyüklüyünü yaradan Adamdı… Halallığı və dürüstlüyü öz şəxsində birləşdirən Adamdı… Düz Adamdı… Təmiz Adamdı… Nida kimi dümdüz Adamdı!!! Heç zaman dəyişməyən, heç nəyin qarşısında əyilməyən, Sözünün üz ağlığını qorumağı bacaran Ağsəs elə Sözü boyda Böyük, səsi boyda Doğma Adamdı…  Ərk edə biləcəyim doğma ünvandı…

Gözlərindən ürəyinin içi görünən, misralarından ruhu duyulan Adamdı… Sözünü sevdiyim Adamdı. Sözünün ləyaqətini öz ləyaqəti kimi qoruyan Adamdı… Haqdan ruhuna hopan səsi Sözə çevirən adamdı Qulu Ağsəs…

20 aprel 1969-cu il Qulu Ağsəs oğlu Zeynalovun anadan olduğu gündür.

20 noyabr 2020-ci il isə Qulu Ağsəsin yenidən dünyaya gəldiyi – Azadlığın bətnindən doğulduğu gündür…

Adam Azadlığın bağrından qopub dünyaya gələndə daha böyük olur, daha da bütövləşir, tam olur, tamamlanır…

27 ildir ki, Qulu Ağsəs yarım qalmışdı, yaşadıqlarını ömürdən saymırdı, illəri təqvimdən qopara-qopara ümidlə bütövləşəcəyi günü gözləyirdi…

Dəfələrlə hər hansısa beynəlxalq qurumun dəstəyi ilə ata yurduna gedə bilmək fürsəti əlinə düşsə də, getməmişdi, imtina eləmişdi. Kiminsə böyrünə qısılıb getməyi qəbul etməmişdi. Kimisə böyrüncə Yurduna qonaq aparacağı, süfrəsindən pay verəcəyi günü gözləmişdi… Şükür bu günə…

 Bu dünyada imtina etməyi bacarmaq ali bir dəyərdir, çox adamın boyunun çatmadığı bir məqamdır. (iştah boydan yuxarıdır axı)

Qulu Ağsəs bugünə qədər çox şeylərdən imtina edib, etməyi bacarıb. Əgər belə olmasaydı, o da olardı, hamı kimi sıradan adam. Amma Qulu xor oxuyan deyil axı… Qulunun öz Yolu var… Qulu bu dünyada bircə Yaradanın Qulu olmağı seçib, bir də əlahəzrət Sözün qabağında diz çöküb. Sözə səcdə eləyib, elə buna görə də Söz Qulunun əlindən tutub Dərgahına ucaldıb… Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir Quludan ötrü…

Bu dünyada təmiz Sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu… Allah bu ucalığı Qulu Ağsəsin yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Əziz Adam!

27 ildir, ruhu külə dönən Adam… Şəhərinin sütunlarıyla bərabər dünyası yıxılan Adam… Anadan ayrılan bala təkin yaşadığını ömürdən saymayan Adam… Sözü Özündən qabaq Vətənə yol alan, Ağdamın pərişan halına misralarıyla sığal çəkən Adam… Nə müddətdir, görüşünə gedən övladları Ağdamı Qulunun şeiriylə əzizləyirlər, hər gedən bir kərə “Ağam şəhərim!” deyincə Ağdam qəddini düzəldib ağayana görkəm alır, külünü tutiya kimi gözlərinə sürtən balalarını çalın-çarpaz dağlanmış köksünə sıxır… Balaların nəfəsi məlhəm olur Ağdamın yaralarına…

Deyirlər, Ağdama yazdığı şeir Qulunun yaradıcılığının zirvəsidir…

Bu hələ harasıdır, camaaat?! Qulu yenicə dil açır… Qulu hələ innən belə danışacaq… Əli qələm tutacaq… Qulu hələ innən belə yazmağa başlayacaq… Ayağı Ağdama dəyən gün Qulu “Ağdamın novellası”nı yazacaq…

 27 ildir, darıxan Şair… 27 ildir, ağrıyan Şair… Ağdamsız dünyanı məhbəs sanan Şair. Azadlığın mübarək!

25 yaşın mübarək! Doğuluşun mübarək! Varlığın mübarək! Ömrünə doğan Günəşin – yurduna gələn baharın mübarək!

Xəyalə Zərrabqızı – alim, yazar.



Müəllif: Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru.



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBƏDİ ZİRVƏDƏ QALDI ƏLƏSGƏR – A. SİMA

AŞIQ ƏLƏSGƏR HAQQINDA

ƏBƏDİ ZİRVƏDƏ QALDI ƏLƏSGƏR

“Əli bayramı”nda, mübarək gündə,
Baharda dünyaya gəldi Ələsgər.
“Zülfüqar” qüdrətli hikmətləriylə
“Əlinin əsgəri” oldu, Ələsgər!
* * *
Görən valeh oldu yaraşığına,
Quran nicat verdi Haqq aşığına,
Döndü haqq nuruna, haqq işığına,
Pir, ocaq, övliya, “quldu” Ələsgər.
* * *
Sevdi əhli-beyti(ə.s), Qadir Allahı(c.c),
İsa-Ruhullahı(ə.s), Xəlilullahı(ə.s)…
Heydəri-kərrarı(ə.s), Rəsulullahı(s.s)
Rəhbəri, öndəri qıldı, Ələsgər.
* * *
Yaxın dostu sandı Həzrət Əlini(ə.s).
Vəsf etdi hər yerdə qızı, gəlini;
Gördüyü hər elin gözəllərini
Məhrəm: ana-bacı bildi, Ələsgər.
* * *
Təqvalı dolandı, həyalı gəzdi,
Nankoru, namərdi həcv ilə əzdi!
Müşrikin əlini əlindən üzdü,
Şəri həyatından sildi, Ələsgər.
* * *
Haqsızlıq etmədi, qəlbə dəymədi,
Xainə, zalıma boyun əymədi,
“Özgəyə xas olan libas geymədi”,
Dərsini Xudadan aldı, Ələsgər!
* * *
Yalnız tək Tanrıya ibadət etdi;
Beşikdən məzara itaət etdi,
Axirət evinə şərəflə getdi,
Münafiq sanmasın “öldü Ələsgər”!
* * *
Məşhur oldu Göyçə-Oğuz eliylə,
Sevildi əvəzsiz töhfələriylə,
Dildən-dilə düşən nəğmələriylə
Qəlblərdə yurd-yuva saldı, Ələsgər!
* * *
Hər an nəfəs aldı İmam Zamanla(ə.f),
Çəkildi sınağa “yaxşı-yamanla”.
Ülvi məhəbbətlə, xalis imanla
Hikmətdən yaranan “sal”dı Ələsgər.
* * *
Parlaq Günəş doğdu Göyçə-“Rəvana”,
Yayıldı şöləsi Qarsa, İrana…
Tanrı töhfəsidi Böyük Turana!
Ölkədi, mahaldı, eldi Ələsgər!
* * *
Saldı eşq oduna bir nazlı dilbər,
Dili qələm oldu, sinəsi dəftər,
Köksünü eylədi eşqinə səngər,
Sazını sol əlli çaldı, Ələsgər.
* * *
Qədim Ağkilsəni boyadı nura,
Əfsus, qovuşmadı sevdiyi yara,
Nakam məhəbbəti boyandı qara,
Dərdini saz ilə böldü, Ələsgər.
* * *
Haqqa xidmətiylə zirvəyə qalxdı,
Sözün qüdrətiylə şimşəktək çaxdı,
Coşan şəlalətək qəlblərə axdı,
Hər sevən ürəyə doldu, Ələsgər!
* * *
Məşəltək alışdı gənclik çağından,
Dərmədi qönçəni Vətən bağından,
İçdi Kəlbəcərin buz bulağından,
Yarını Yanşaqda buldu, Ələsgər.
* * *
Xələl gətirmədi ustad adına,
Ürəkdən bağlandı öz ustadına,
Çevrildi o dahi söz ustadına,
Əbədi zirvədə qaldı, Ələsgər!
* * *
Müxənnət şər dedi, sığındı Haqqa,
Üzə ağ olmadı, girmədi haqqa,
Heç zaman vermədi haqqı nahaqqa,
Hər yerdə Haqq ilə oldu, Ələsgər!
* * *
Vəsf etdi dünyanı baxışlarıyla,
Bəzədi “SÖZ” adlı naxışlarıyla.
Tanrının aramsız yağışlarıyla
Hər bahar kükrəyən seldi Ələsgər!
* * *
Tuş gəldi felinə dövrün-zamanın,
Çəkdi həsrətini Növrəs İmanın…
Çevrildi yarına çiskin, dumanın,
Buludtək boşaldı, doldu, Ələsgər.
* * *
Yaranan hər kəsi Haqqa səslədi!
Hər doğulan günə ümid bəslədi,
Açılan sabahdan müjdə gözlədi,
İllərlə xəyala daldı, Ələsgər…
* * *
Helmin dəryasında salmışdı lövbər,
Sərvəti tükənməz, hər sözü gövhər,
Sirli xəzinəsi dillərdə əzbər,
Qızıldan qiymətli ləldi Ələsgər!
* * *
Söylədi: Haqdandı, haqqın hesabı,
Cəhənnəm əzabı, qəbir əzabı…
Nə zaman bağlanır ömür kitabı;
Onu da əzəldən bildi, Ələsgər.
* * *
Hər il qədəm qoydu tər gülüstana,
“Əlvida” söylədi sərt zimistana…
…Çevirdi yönünü “Ərəbistana”,
Yüz beşinci bahar “soldu”, Ələsgər.
* * *
Əzrail(ə.s) rəhm ilə canını aldı,
Oba yasa batdı, el yola saldı.
Özü köç eylədi, hikməti qaldı,
Çağlayan bulaqdı, göldü Ələsgər.
* * *
…Şəfaət dilədi “Əl-Mulk”, “Ər-Rəhman”,
Açıldı taybatay Cənnəti-Rəyyan,
Aldı ağuşuna Rövzeyi-Rizvan,
Müşk-ənbər ətirli güldü Ələsgər!
* * *
Haqqa xidmət etdi, xilaskar oldu,
Əhdə-anda sadiq bir əsgər oldu,
Ucaldı, Pir-Dədə Ələsgər oldu!
Xariqə yaradan əldi Ələsgər!
* * *
Bəşərin Günəşi doğdu cahana,
Şan-şöhrət gətirdi Azərbaycana!
Vətəni, torpağı sevən insana
Qarabağ, Muğandı, Mildi Ələsgər!
* * *
Şəninə nə qədər söz desək, azdı!
Adını əbədi tarixə yazdı!
Bəhrəli payızdı, çiçəkli yazdı,
Güllü çəmənzardı, çöldü Ələsgər!
* * *
Everest dağıdı, zirvəsi qarlı,
Qartal əzəmətli, qartal vüqarlı!
Nəim cənnətidi, tükənməz barlı,
Kövsərə dad verən baldı Ələsgər!
* * *
Camalı göyçəkdi, bayram ayıdı,
Novruz töhfəsidi, Tanrı payıdı,
Səlsəbil çayıdı, “Qar-qar” çayıdı,
Göygöldü, Xəzərdi, Nildi Ələsgər!
* * *
Ucadan ucadır, “öz dağım” kimi!
Uludan uludur, torpağım kimi!
Solmazdı, üç rəngli bayrağım kimi,
Yaşıldı, əlvandı, “al”dı Ələsgər!
* * *
Zirvələr fəth etdi Haqqın əliylə,
Seçildi sözüylə, əməlləriylə…
Kəndində ucalan daş heykəliylə
Düşmənin bağrını dəldi, Ələsgər!
* * *
…Səslədi pələsəng Göyçə elini,
İnlədib sazında “Göyçəgülü”nü,
Yararaq “göy gözlü Göyçə gölü”nü
Cənnətə yol alan “sal”dı Ələsgər!
* * *
Bağrı qan ağlayan “Ağrıdağıdı”,
Tək “Xarı bülbülsiz” Vətən bağıdı.
Müqəddəs ocağı sar oylağıdı,
“Lalənin bağrında xaldı” Ələsgər.
* * *
Ruhunu şad edən Uca Allahdı,
Açılan səhərdi, nurlu sabahdı.
Dədəni unutmaq böyük günahdı!
Hər halal nemətdən boldu Ələsgər!
* * *
Xoşbəxtdir, bağından bol məhsul dərən!
Qədrini bilənlər ər oğlu, ərən…
Sənət meydanında üzünü görən
Sanardı, Rüstəmi-Zaldı Ələsgər!
* * *
O pir Haqq aşığı, o pir-ocaqdı!
Hikmətli kəlamı qucaq-qucaqdı!
Yaradan soyunu qoruyacaqdı,
Silinməz tarixdi, ildi Ələsgər!
* * *
Neçəki dünya var, yaşayacaqdı,
Adını Dədə tək daşıyacaqdı…
Hər sözü könüllər oxşayacaqdı,
Həzin layla çalan dildi Ələsgər!
* * *
Ələsgər ocağı nurdu cahana!
Hərcayı sözümü çətinki qana!
Zər qızı-oğulu doğar zər ana!
Müqəddəs “torpaqdı- gildi” Ələsgər!
* * *
“Didərgin mahalı” elim-obamdı,
Məskəni yurdumdu, doğma yuvamdı.
Babamın babası – ulu babamdı,
Qəlbimdə ən incə teldi Ələsgər!
* * *
Anlamaq çətindi, yazmaq asandı,
Hər kəsin sınağı Sirat, Mizandı…
Hər işə hökm edən “yazı yazandı”!
Əbədi döyünən “sol”du Ələsgər!
* * *
Car oldu aləmə Ələsgər adı,
Haqq idi həmdəmi, Alı — ustadı.
Simanı qorxutmaz cəhənnəm odu,
Cənnətə sualsız yoldu Ələsgər!
29.03.2019.
Allah rəhmət eləsin, ruhu şad olsun.
Müəllif: Sima Azadqızı (Göyçəli)


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏVƏKKÜL GORUSLU – BAHAR

Təvəkkül Goruslu – şair.

BAHAR
Bir nəfəs aləmdən asılıb qalan,
Toxumlu, toxumsuz göyərən bahar.
Çılpaqca aləmə qısılıb qalan,
Silkinib həyata yüyürən bahar.
* * *
Tumurcuq – tumurcuq açıb gözünü,
Gözlərdən yuxunu kürüyən bahar.
Bəzəyib çiçəklə, güllə üzünü,
Özünü min rəngə bürüyən bahar.
* * *
Küləklə tıncıxan, nəfəsin dərən,
Çırpınan, dartınan, yellənən bahar.
Dağların qarını, buzunu sürən,
Əridib dərədə sellənən bahar.
* * *
Səhəri quşlarla, günəşlə açıb,
Dirilik nəğməsi oxuyan bahar.
Boyasın buludun gözündən içib,
Çəməndə xalısın toxuyan bahar.
* * *
Ürəkdə, damarda qanı qaynadan,
Qulağa eşq deyən, söyləyən bahar.
Canı candan edən, ruhu oynadan,
Könüllər məst edən, əyləyən bahar!
22. 03 2021.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN DİGƏR YAZILARI

TƏVƏKKÜL GORUSLU DİGƏR MƏNBƏLƏRDƏ


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SEYRAN SƏXAVƏTİN AD GÜNÜDÜR!!!

SEYRAN SƏXAVƏT HAQQINDA

Bu gün Seyran Səxavət (Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü) in ad günüdür!!! Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Ad günü münasibəti ilə hörmətli yazarımızı təbrik edir, yeni – yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun, SEYRAN müəllim!!!

SEYRAN SƏXAVƏT HAQQINDA DAHA ÇOX MƏLUMAT


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

LALƏ İSMAYIL – DAŞ İMİŞ

Lalə İsmayıl – şair.

DAŞ İMİŞ
Yar yolunda çəkdim zulmün zillətin,
Şələ tutub, aldım eldən minnətin,
Gözlərimə yığdım hicran, həsrətin,
Vüsalına ha can atdım, boş imiş.
* * *
Dönüb baxdı geyindiyim alıma
Bəzək dedi, sinəm üstə xalıma,
Etibarsız, o insafsız zalıma,
Göz yaşlarım gülüşümdən xoş imiş.
* * *
Son sətirlər saralıbdır varaqda,
İtirdiyim illər qalıb soraqda,
Mənə gələn yolu tutub ayaqda,
Yoxsa yada gedən yolu baş imiş?!
* * *
Sevgimizin həsrət qoxan ətirin,
Tozun alıb, oxşayardın xətirin,
İtirmisən bəlkə də son sətirin,
Ürək quru, eşqin sözdə yaş imiş?!
* * *
Sinə gərib fırtınaya, küləyə,
Haqqı vardır, vardan Haqqa gileyə,
Sən oxşatdın üstü şehli çiçəyə,
Əzəl gündən Lalə elə daş imiş.
21. 03. 2021.

Müəllif: Lalə İSMAYIL

LALƏ İSMAYILIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru