
Dövri mətbuatda müntəzəm çıxışları ilə tanınan “Yazarlar” jurnalının redaksiya heyətinin ən gənc üzvü Nərgiz Mirzəyeva “Qarabağ uşaqların gözü ilə onlayn videoçarx” müsabiqəsində uğurla iştirak etdiyinə görə “RÖVŞƏN HÜSEYNOV” diplomu ilə təltif olunub. Laureatı bu münasibətlə təbrik edir, eyni zamanda layihdə iştirak etdiyi videoçarxı və “Şuşam” şeirini sizlərə təqdim edirik:
ŞUŞAM
Səni yağı düşmən qəsb edən gündən,
Yaralı vətəndik, sənsiz, ay Şuşam.
Solmuşdu büsbütün Xarı bülbülüm,
Çiçəksiz çəməndik, sənsiz, ay Şuşam.
Sən bizim döyünən ürəyimizsən,
Ürəksiz bədəndik, sənsiz, ay Şuşam.
Artıq ötüb-keçdi o çətin anlar,
Axır ki, tapıldı dərdin əlacı,
Sən artıq bizimsən, bizimsən indi
Sevin, əziz Şuşam, vuran ürəyim,
Sevin, əziz Şuşam, başımın tacı.
Nəhayət yetişdi o tarixi gün,
Müzəffər ordumuz ayağa qalxdı,
Üçrəngli bayrağı, öz əlləri ilə
Şuşa qalasının başına taxdı.
Şuşam azad oldu ağrı-acıdan
Şuşam azad oldu qəmdən, kədərdən,
Açıldı qaralmış göylərin üzü
Yurdum işıqlandı nurlu səhərdən.
İllərdir yarımçıq qalan arzular,
Bu gün nəhayətçi kamına yetdi.
Bağrı dağa dönmüş Şuşamız bu gün
Sevincli alqışlar, səslər eşitdi.
Bu səs qazanılan zəfər müjdəsi,
Bu bir türk səsi idi, sevinc səsi idi,
Bu səs buxovların qırılan səsi,
Azad Şuşamızın qələbəsi idi.
Allahım, günlərdən nə gözəl bir gün,
Ali Baş Komandan, eşq olsun sizə.
Qələbə sevinci yaşadı xalqım,
Sonsuz bir səadət bəxş etdin bizə.
8 noyabr-tarixi bir gün,
Müzəffər ordumuz, görüm var olsun.
Hər bir əsgərimi Allah qorusun,
Hər bir əsgərimə Allah yar olsun.
Biz iki millətik, birgə dövlətik,
Nə olursa, olsun ayrılmaz Turan.
Var ulu Turanın iki lideri,
Birisi İlhamdır, biri Ərdoğan.
Müəllif: Nərgiz Mirzəyeva (297 nömrəli məktəbin şagirdi)

DOĞRULAMA LİNGİ: >>> LAUREATLAR
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru