
Təqdim edir: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Təqdim edir: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Salam hörmətli oxucular və çox dəyərli ziyarətçilər! Bayramınız mübarək! Bu il Ramazan bayramını Şuşa məscidində bayram namazı qılmaqla, Cıdır düzündə “Xarıbülbül festivalı – 2021”-in qala konserti ilə qeyd etmək böyük xoşbəxtlikdir! Bu səadəti bizə bəxş edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığımızı bildirir, hamınızı bütün bu şanlı qələbələr, nilliyyətlər, bayramlar münasibəti ilə təbrik edirik! Bayrağımız uca, uğurlarımız daimi, müstəqilliyimiz əbədi olsun, İnşəaAllah!!!
Baş redaktor: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Zaur Ustacın “Əliş və Anna” kitabından Ramazan Bayramı münasibəti ilə müəllifin eyni adlı poemasından bir neçə maraqlı parçanı sizlərə təqdim edirik:
(Zaur Ustac “Əliş və Anna” poemasından parçalar)
ŞÜKRANLIQ
Salam olsun Sənə, ey gözəl insan,
Min şükür Haqqa ki, haqqa çatmısan.
Hələ görünməyib, olsun belə hal,
Bir kitab oxuyan görə qeylü-qal.
Bütün ürfan əhli bu rəydə yekdil,
Kitab sayəsində zənginləşir dil.
Şükür Yaradana qılıbdır imkan,
Belə bir görüşü edib ərmağan.
Hər yeni fürsəti mənə verəndə,
İlkin şükrü-səna bitir dilimdə.
Əlində tutduğun bir yığın kağız,
Kitab olacaqdır dindikcə ağız.
Qutlu yaranışın əşrəfi insan,
Ali olduğunu xatırla hər an.
And gəldi qələmə, qələm tutana,
Qafillər oyana, bəlkə utana.
Oxumaq öyrətdi, yazmaq öyrətdi,
Quruca taxtadan bir dil ürətdi.
Kağızı müqəddəs bilmişik hər vaxt,
Üstündə canlı söz yaşayır həyat.
Şükür bu nemətə, şükür qismətə,
İstərəm bu paydan hamıya yetə.
Şükür Yaradana, neçəki sağam,
Onun sarayında Sizə qonağam.
Mən yazım, bulaqlar süzülsün gölə,
Mirvari kəlmələr düzülsün dilə.
Min şükür Haqqa ki, dil verib bizə,
Sizinlə görüşə yol verib bizə…
TÖVHİD
Uca Yaradanın tək olduğuna,
Nə badə qəlbində şübhə oyana.
Çün, əgər olsaydı xilaf qeyrisi,
Bunu anlayardı mütləq birisi.
Günəşin saatı, ayın saatı,
Çox dəqiq döndərir, tüm kainatı.
Elə qurulub ki, nizam məhvəri,
Gecəylə gündüzün səhv düşməz yeri.
Zərrədən ən böyük ulduza qədər,
Bir “ol”- a bağlısa, onda nə kədər…
Həmd olsun Allaha, tanırıq onu,
Hər kəlmə başında anırıq onu.
Təkdir ehtiyacsız, biz ona bağlı,
Bunca dərk eyləyər, insanın ağlı…
ƏDL
Şükür Yaradanın ədalətinə,
O Adil Allahın mərhəmətinə.
Elə bölüşdürüb, elə paylayıb,
Hamı qismətindən çox razı qalıb.
Duyuram içini şübhə gəmirir,
Xəyalın hardasa narazı gəzir.
Gəl, tamam səmimi olaq bu ara,
Ağlından razıdır hər bir avara.
Ağlı elə bölüb, verib Yaradan,
Heç kim öz ağlından deyil bədgüman.
İlahi hikmətin qüdrətinə bax,
Ağıldan kəmlər də deyilmiş axmaq.
Arif işarədən anlar hikməti,
Heç kim bu xüsusda yeməz möhnəti…
NÜBÜVƏT
Salam olsun Sənə, ey “Haqqın səsi”,
Cəlal sahibinin seçkin bəndəsi.
Məhəmməd Mustafa(s.o), Haqqın nəbisi,
Bütün kainatın son əfəndisi.
Haqqın yer üzünə müjdəsi, andı,
Haqqın yer üzündə qoşa qanadı.
Salam olsun Sənə, kitab sahibi.
Salam olsun, Sənə sonuncu nəbi.
“Qurani –Kərimi” bizə gətirən,
Haqqın kəlamını bizə yetirən,
Xatəmül-Ənbiya hökm edibdi Haqq,
Höküm sahibinə məxsus höküm, haqq.
Salam yer üzünün işığı, nuru,
Ey höküm sahibi, bu nuru qoru.
İMAMƏT
Nübüvət odundan nur alan işıq,
Atadan, babadan belə duymuşuq.
Rəsulun dizinin dibindən çıxan,
Çeşmədir heç kimə gəlməyib ziyan…
Nümunə olubdur cümlə cahana,
Əlbəttə, aiddir arif olana.
İmamət cığırdır Haqqa aparır,
Əlbət, qaynağını Haqqımdan alır.
Dəmiri dəmirçi oğlu bilən tək,
Bu elmi ən doğru yoldan öyrənək…
İstəməm bu yolda çaşqınlıq ola,
İncəcik bir fidan nahaqdan sola.
Elmin şəhərinin təkdir qapısı,
Bu işin belədir təməl, yapısı…
Salam olsun Sənə ey Əhli-beyt,
Allahım bu yolu daha rəvan et…
MƏAD
Müəllim verdiyi dərsi soran tək,
Əlbəttə, imtahan günü gələcək.
Sanma, kainatın yoxdu sahibi,
Boşuna gəlməyib bu qədər nəbi…
Hələki dəvət var, açıqdır qapın,
Dərk eylə dünyanı, Allaha tapın.
Həqiqi elmdən bir damla dadan,
Heç zaman dönməyib, bu doğru yoldan.
Bu yolun mənsəbi, elə mənbəyi,
Burda kəsilibdir elmin göbəyi…
Haqq ilə batilin mayası eyni,
İkiyə bölünmüş bir yolun sonu…
Qəzavü-qədəri qılma bəhanə,
Faili-muxtar tək gəldin cəhanə…
NAMAZ
Namaz fərz əməldir, bizə faydalı,
Dəstəmaz vacibdir, mütləq olmalı.
Namaz bənzədilib evmizdə çaya,
Gərəkdir beş kərə girək bu suya…
Ruhumuz arınsın, pak olsun bədən,
Təkbirdə əlləri asmayaq göydən.
Qüsulu, abdəsti, tam əməlləri,
Mat qoyub dünyada tüm alimləri.
Heç nə əksik deyil, yox bircə artıq,
Namazdan həyatın dərsin alırıq.
İmkan et, xərcləmə boşa zamanı,
Həyat elə zaman, zamanın anı.
Çalış ki, ötürmə bircə azanı.
Ac qoyma nə ruhu, nə də əzanı…
ORUC
Oruc bir əmrdir, Haqqu – Təaladan
İnsanı qoruyar, min cür bəladan.
Elə ki, yetişdi Şahi – Ramazan,
Gərəkdir nəfsini duşaqlayasan…
Cismini, ruhunu səfərbər eylə,
Ağzını, gözünü pəhrizkar eylə…
Dilindən çıxmasın fitnə, ya küfür,
Çevrəni sarısın xoş niyyət, zikir…
ZƏKAT
Əgər istəyirsən ruzi – bərəkət,
Gərəkdir vaxtında verilə zəkat..
Bilirəm, burada qaçdı dodağın,
Düşündün ki, şair çıxartdı ağın…
Ancaq, tam səmimi, gəl, mənə inan,
Kimsəyə fayda yox zəkatsız maldan…
Sən verdin, vermədin çıxacaq o mal,
ÖZÜN ƏLİNLƏ VER, SAVABINI AL…
XÜMS
Zəkatla malını qoruyan insan,
Xümslə canını qorumalısan.
Zəkat mala paklıq gətirdiyi tək,
Xüms də canını hifz eyləyəcək…
Sonra loğman, təbib gəzməsin deyə,
LAZIMDI, HEÇ KİMSƏ XÜMSÜ YEMƏYƏ…
HƏCC
Haçansa ibrətə duysan ehtiyac,
İlahi əmr var – yolun olsun hac…
Dünyanın mərkəzin ziyarət eylə,
Könül sarayını imarət eylə.
Zəm-zəm çeşməsində yuyulsun üzün,
MƏAD SƏHNƏSİNƏ ALIŞSIN GÖZÜN…
CİHAD
Cihad bizimlədir dandan qüruba,
Çoxunun dilində bitibdi “toba”.
Yaradan dərs verər insan oğluna,
Min rəhmət diləyək Ağaoğluna…
Ruhu neçə kərə olub qonağı,
Edim, etməyimlə dolub otağı…
Bu bir nümunədi, hamımız belə,
Cihad qadağadır, nəfsə, dilə…
Cihad eşidən tək, qavğa düşünən,
CİHADDA ÖZÜNLƏ DÖYÜŞMƏLİSƏN…
ƏMR-BƏ-MƏRUF
Şükür Yaradana, Sən hikmətə bax,
Xeyir əməllərə daim tut çıraq.
Vacib buyurulub hər müsəlmana,
Gərəkdir xeyirə vəsilə ola.
Yaxşılıq əlindən gəlmirsə əgər,
Pislik də eləmə, başına gələr…
Fəqət, bu vacibdir, gərək biləsən,
Xeyirə çağırıb, dəvət edəsən.
Bu vacib əməldir, gərəkdir bilək,
Xeyirə çağıraq, xeyir öyrədək…
NƏHY-ƏZ-MÜNKƏR
Vicdanın yerini əzada gəzən,
Haqqa inananın ümidin üzən,
Bu vacib əməli unutma heç vaxt,
Əbədi deyildir, heç bir tacü – taxt…
Özünü müsəlman tanıdan kəsin,
Gərəkdir yanında pislik olmasın.
Pis işdən çəkinsin, həm çəkindirsin,
Bunu bilən yoxsa, qoy belə bilsin…
Yoldan ötəni də qoruyun şərdən,
Özünüz haqda da düşünün hərdən…
TƏVƏLLİ
Allahın dostları dostun olmalı,
İlk əvvəl Allahın dostların tanı.
Cəlal sahibinə şərik qoşmayan,
Nəbiyə, İmama şəksiz inanan,
Müslimi müslimin qardaşı bilən,
Mübarək İslamın yoluyla gedən…
Oturub –durduğun olsa bu şəxslər,
Kimsəyə toxunmaz səndən bir xətər.
Çevrəndə dostların dinsə elmdən,
Hər dəm dürr tökülsə əgər dilindən,
Nə xoş halımıza, bəxtəvərik biz,
Allahın dostların dost seçərik biz…
TƏBƏRRİ
Cəlal sahibinə şərik qoşanlar,
Onun dostlarına pis yanaşanlar,
Əndazəni pozub, həddin aşanlar,
Yersiz körüklənib, coşub daşanlar,
Belə adamlardan uzaq dolan, gəz,
Hədsizdən kimsəyə bir xeyir gəlməz…
Bu Haqqın əmridir, qarşı gəlmərik,
Allahın düşmənin düşmən bilərik…
MÜNACAT
Şükürdən güc alıb sözüm, söhbətim,
Səndən gizli deyil, şəksiz niyyətim.
Qəlblərdə olanı görüb, bilənsən,
Kimə nə lazımdı onu verənsən.
Yazar, ancaq yazar demişəm hər dəm,
Əgər söz sahibi eyləsə hərdəm.
Qələmə and içən uca Yaradan,
Münacata çıxıb bu qələmtutan…
Əllərim göydədir, dilim duada,
Dua eyləyirəm qohuma, yada…
Şamaxı torpağı qədimdən qədim,
Xaqanisi mənim, Nəsimi mənim…
Başqa bir dühanı gəzirəm burda,
Tarixin kələfin çözürəm burda…
Üstündə durduğum bu köhnə körpü,
Yüz illər əvvələ atacaq törpü…
Yazda da gəlmişəm, qışda da bura,
İçimdə bir ocaq möhtacdır qora.
Hər şey çin-çin durub ruhun rəfində,
Kəlmələr sıraya durub dilimdə…
Bir türlü “Bismillah” edə bilmirəm,
Yeddi yüz əqdəmə gedə bilmirəm…
Ruhuma qanad ver Adil Allahım,
Bir kərə o günə gedim qayıdım…
Bu köhnə körpünün daşı danışsın,
Otların qurusu, yaşı danışsın.
Düz yeddi əsrdir şahidlik edən,
Bu körpü bir namə versin himindən…
Ey bütün gizlindən agah Allahım,
Dağları, daşları yandırıb ahım.
Xeyirə yozulu nişan ver mənə,
Şübhəsiz bəllidir hamısı Sənə…
Nə, harda, kimindir tək bilən Sənsən…
Kimə nə lazımdır onu verənsən…
ÜSULİ-İLTİMAS
Səndən istəmirəm nə şöhrət, nə şan.
Səndən istəmirəm beş günlük ad-san.
Var dövlət, saraylar deyil şakərim,
Öz əlim, ayağım olsun nökərim…
Niyətim bəllidir, istəyim dəqiq,
Ustac heç istəməz nə altun, əqiq…
Mustafa oğlunun istəyi təkdir,
Zaurun arzusu dəqiqdir, yekdir…
Nurundan ruhuma çilə bir mərrə,
İynənin yıldızı olsun pəncərə.
Zərindən zərrəcik düşsün qəlbimə,
Aydınlıq, fərahlıq versin əqlimə.
Ərmək istəyirəm, həmin günlərə,
Varmaq istəyirəm, uzaq dünlərə…
Elmin qapıların üzümüzə aç,
O güllü bağçandan bir az ətir saç.
Ruhumuz məst olsun, olsa da anlıq,
Dili tərk etməsin bir an şükranlıq…
Zaur Ustac “Əliş və Anna” poemasından bir neçə parça
Müəllif: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ETİRAF
(Hekayə)
Qumlu səhradayam. Günəşin istisi get-gedə qumu qızdırır. Hərdən əsən külək qumu yerdən qaldırıb havada fırladır sonra da zərbəylə üzümə çırpır. Addımlarımı çətinliklə atıram. Nəhayət, dizlərim bükülür və mən yıxılıb isti qumun üzərinə düşürəm.
Qumun istisi bədənimin açıq hissələrini yandırır. Qəfildən, elə dayandığım yerdə qum burulğanı yaranır. Sanki kimsə var vücüylə məni aşağı, dərin bir yerə çəkir. Bədənim tam isti qumla örtülür. Nəfəsim daralır. Ürəyim bərk-bərk vurur. Saçlarım qumla qarışıb dolaşır. Mən əllərimi çıxarıb qumu ürəyimin üstündən təmizləmək istəyirəm, lakin taqətim çatmır… Ürəyimin döyüntüsü gah bərkiyir, gah azalır. Gözlərim yavaş- yavaş bağlanır… Mən bu naməlum səhrada, qum burulğanında batıb ölürəm…
Bu dəhşətli yuxunu son zamanlar hər gün olmasa da həftədə iki dəfə görür və hər dəfə dəli kimi oyanıram. Mənim yuxularım bəzən çin olur. Ona görə onlar məni qorxudur.
Yaşadığım ölkədə qumlu səhra olmadığından bu yuxunun çin olması o qədər də real deyildi.
Bu gecə yenə həmin yuxunu görmüşəm. Yenə həmin darıxdırıcı hisslər, yenə təlaş, yenə həyacan…
Çarpayıdan durub əllərimlə üzümə tökülmüş saçlarımı yığarkən istər- istəməz saçlarımda əlimi gəzdirib qum axtardım. Sonra özüm öz hərəkətimə gülümsəyib ayağa qalxdım və pəncərəyə yaxınlaşdım.
Günəş artıq hər tərəfi öz qaynar şüalarına bürümüş və öz hərarətini yerə ötürmüşdü. Bir sözlə, ətrafda həyat öz axarıyla davam edirdi.
Evdə həmişə tək oluram demək olar ki.
Həyatım o qədər də maraqlı deyil. Oğlum başqa ölkədə yaşayır. Ərim yeni ailəsiylə başqa şəhərdədir.
Amma bu həyat məni qane edir. Tək darıxmıram. Rəfiqələrim gələndə lap maraqlı olur. Hərdən qoça dayımın yanına gedirəm. Ya da o bizə gəlir.
Evim dənizə çox yaxındır. Hətta bəzən dənizin qoxusunu hiss edirəm.
Budur, dayım gəlir.O,anamın kiçik qardaşıdır. Ehh, qocalıq, qocalıq… Gör necə dəyişdirib onu qocalıq. Ailəmizin bütün üzvlərini tanıyır. Yeddi arxa dönənimizin hansının haqqında nə soruşsan bilir. Qəribə insandır.Həmişə fikirlidir. Qaraqabaqdır, amma məni çox sevir. Heç kimi yoxdur yer üzündə məndən başqa. Tək-tənha yaşayıb ömrünü.
– Gəl, Gəl!
– Nəyin var içməyə?
– Gəl, taparam bir şey.
Bax, indi həmişəki kimi gəlib evin pilləkənlərındə oturacaq. İçəri keçmir adətən.
– Qulaq as! Mən öləcəm.
Özüdə tezliklə,-deyə dayım söhbətə başladı.
Mənım güldüyümü görüb:
– Qulaq as! Gülmə!
– Dayı, mən səni tanıyandan sən ölürsən. Uzun illərdir eşidirəm bunu səndən.
– Yox. Bu dəfə həqiqətən öləcəm.Özüm bilirəm. Sən qorxma. Bir az pulum var. Dəfnə çatar.
Mən ona bir stəkan çaxır gətirdim. Qoca stəkanı əlimdən alıb başına çəkdi və:
– Qulaq as! Sən kiçik xalana çox bənzəyirsən. Sən onun təkrarısan. Kim bilir, bəlkə sən də qumda boğulacaqsan?
Adətən söhbətinə fikir vermədiyim qocanın dedyi sözlər məni dəhşətə gətirdi.
– Nə? Qumda? Nə demək istəyirsən sən?
– Sənin kiçik xalan var idi.
Sənə onun adını qoyublar. O da sənə bənzəyirdi. Elə gözəl uşaq idi ki.Məndən kiçik idi.
Bir dəfə ikimiz dəniz kənarına getdik. Mən onu quma basdırdım. Çox dərin bir quyu qazıb onu basdırdım. Üstünə qum tökdüm. O əvvəl gülürdü. Bu bizim oyunumuz idi. Sonra onun bütün bədəni qumun altında qaldı. Rəngi saraldı, sonra qaraldı…
Mən tələsik əllərimlə qumu qazmağa başladım. Lakin onu qumun altından çıxaranda artıq nəfəs almırdı.
O, öldü…
Mən öz əllərimlə bacımı öldürdüm.
Qoca danışır və ağlayırdı.
Mən yerimdə donub qalmışdım.
Artıq onun sözlərini eşitmirdim.
İllərcə məni izləyən bu dəhşətli yuxunun səbəbi bu imiş demək?
İlahi! Nədir bu? Bunun bir izahı varmı?
Mən ömrümün axırına kimi bu dəhşətli ölümün hədəfimi olmalıyam?
Qoca stəkanı mənə uzadıb:
– Mən öləcəm. Mən ölsəm bu sirr də mənimlə öləcək. Və bir daha heç kim bu haqda danışmayacaq. Sən də dilini saxla!-deyib getdi.
Bir necə gündən sonra dayımı dəfn etdik.
Qırx gündür hər gecə həmin yuxunu görürəm. Bu gün artıq qərara gəlmişəm ki, həkimə müraciət edim.
Əl üzümü yuyub geyindim. Şəhərə gedib həkimlə görüşməyi qərara almışdım. Lakin rəfiqələrim bütün planlarımı pozdular. Onlar yenə bizə yığışmağı qərara almışdılar.
Gecəni də bizdə qaldılar. Mən qorxa – qorxa yerimə girib
gözlərimi yumdum və dərin yuxuya getdim.
Səhər özümü çox yüngül hiss edirdim. Bədənimdən illərin yorğunluğu çıxmışdı sanki.
Dayımın sözləri yadıma düşdü:”Mən ölsəm bu sirr də mənimlə öləcək”.
Həqiqətən də belə oldu.Mən bir daha o dəhşətli yuxunu görmədim…
Müəllif: Təranə Məmməd
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

MÜHARİBƏ – REAL DÖYÜŞ SƏHNƏLƏRİ
Salam olsun! İlk öncə nəzərinizə onu çatdırım ki, həmişə öyrəşdiyimiz şişirdilmiş qəhrəmanlıq söhbətlərinin əksinə tam səmimi real etiraf dinləyəcəksiniz. Həm də bu söhbəti sizə döyüşlərin ilk günündən ön xətdə olub, fərqli döyüş tapşırıqlarını yerinə yetirmiş 1987 – ci il (bu çox önəmlidir) təvəllüdlü 44 günlük müharibə zamanı döyüşən taborun qərərgah rəisi olmuş kapitan Zeynalov Elçin Əsədağa oğlu təqdim edir. Dəyərli qazimiz kapitan Zeynalovun söhbəti o qədər səmimi, o qədər realdır ki, döyüş səhnələrinin bu qədər dəqiq, çılpaq təqdimatı dinləyicidə tamam başqa hisslər oyadır. Söhbəti dinləməzdən əvvəl dəyərli qazimizi tanıyaq.
QISA ARAYIŞ
Kapitan Zeynalov Elçin Əsədağa oğlu 11 may 1987 – ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə hərbi liseydə sonra ali hərbi məktəbdə təhsil almış peşəkar hərbçidir. Döyüşlər başlayanda kapitan rütbəsində, taborun qərərgah rəisi vəzifəsində olub. İndi ardını özündən eşidək:
Təqdim edir: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Bir gün Pablo Nerudadan soruşurlar: “Öncül şairlərə yer verəcəyiniz bir antologiya hazırlasaydınız, həmin antologiyada Nazim Hikmətə də yer ayırardınızmı?” Pablo Nerudanın cavabı belə olub: “Əgər tək bir şairdən ibarət antologiya hazırlasaydım, bu şair Nazim Hikmət olardı.”Düşünürəm ki, Nazim Hikməti Azərbaycanda tanımayan yoxdur, eləcə də, Hidayəti… Həmçinin Nazim Hikmətin “Ceviz ağacı” şeirini də bilməyən yoxdur. Nazim Hikmət və ceviz ağacı, eləcə sinonimə çevrilibdir…Bu şeirdə belə bir qoşa misra var: ” Ben bir ceviz ağacıyım Gülhane Parkında. Ne sen bunun farkındasın, ne polis farkında.” Ola bilsin ki, indiki gəncliyimiz bu dediklərimin “farkında” olmasın, ona görə də, yaddaşı bərpa farkında olaraq məlumat vermək məcburiyyətindəyəm.
Nazim Hikmət! Türk şairi, yazıçı, ssenarist, dramaturq və ictimai xadim. Ləqəbi “Gözəl üzlü şair” və ya “Mavigözlü dev”dir. Əsərlərinin qadağan illərində Orxan Səlim adından da istifadə etmişdir. Türkiyə poeziyasında sərbəst şeirin ilk nümayəndəsi və çağdaş Türk şeirinin ən ünlü və önəmli şəxsiyyətidir. Türk inqilabi poeziyasının əsasını qoymuşdur. Beynəlxalq miqyasda tanınmış və adı XX əsrin ilk yarısından məlum olan dünyanın ən böyük şairləri sırasında çəkilməkdədir. Beynəlxalq Sülh mükafatı laueratı (1950) fəxri adını almışdır.
Ben bir insan,
ben bir Türk şairi Nazım Hikmet
ben tepeden tırnağa insan
tepeden tırnağa kavga,
hasret ve ümitten ibaret.
20 noyabr 1901-ci ildə Selanikdə doğulsa da, ailəsi tərəfindən 15 yanvar 1902-ci il qeydiyyata alınmışdır. “Vətən fəryadı” adında ilk şeirini 1913-cü ildə yazmışdır. 1922-ci ildən Türkiyə Kommunist Partiyasının üzvü olmuşdur. Buna görə ayrı-ayrı vaxtlarda üst-üstə 11 dəfə məhkəmə çəkişmələrində olmuş və həbs edilmişdir. Sonra mühacirət eləmiş, Moskvada məskunlaşmışdır. Nazim Hikmət əvvəllər də, 1922-1925-ci illər arasında da Sovetlər Birliyində yaşamışdı… “Günəşi içənlərin türküsü” adlanan ilk kitabı da burada – Azərbaycanda, Bakıda nəşr edilmişdir. “Bakıya gəldim, dünyalar mənim oldu” deyirdi şair. Lakin hər gəlişində o da Bakıya bir dünya bağışlayırdı. “Günəşi içənlərin türküsü” kitabının Azərbaycanda nəşri poeziyamıza yeni nəfəs, yeni ruh gətirmişdi. Sonrakı illərdə bu ruh, bu yeni nəfəs Azərbaycan şairlərindən Mikayıl Rəfilinin, Süleyman Rüstəmin, Səməd Vurğunun, Rəsul Rzanın, Nigar Rəfibəylinin və digər ünlü sənətkarların yaradıcılığında bariz şəkildə öz təcəssümünü tapmışdı. Adlarını çəkdiyim bu şairlərin hər birinin yaradıcılığında Nazim poeziyasının ətri duyulur. Bu şairlərin içərisində Rəsul Rzanın özünəməxsus yeri vardı.
Əsərləri 1938-ci ildən Türkiyədə yasaqlanmış və 25 iyul 1951-ci il tarixində Türkiyə vətəndaşlığından çıxarılmışdır. 28 il həbs cəzası almış, onun 12 ilini Bursa həbsxanasında keçirmiş, 1950-ci ildən yenidən Moskvaya getmişdir. Nazimə görə bu həbsxana da belə xoşbəxt olaraq məşhurlaşmışdır… 3 iyun 1963-cü ildə Moskvada infarktdan vəfat etmiş, ölümündən iki il sonra – 1965-ci ildən əsərləri Türkiyədə yayımlanmağa başlamışdır… 5 yanvar 2009-cu ildə Türkiyə dövlətinin qərarı ilə Türkiyə vətəndaşlığı bərpa edilmişdir. Həmin hadisə “Ədəbiyyat qəzeti”ndə görkəmli yazıçı, Nazim Hikmətə həsr etdiyi “Kərəm kimi” mükəmməl əsərin müəlifi Anarın “Zəfərin mübarək, Nazim” məqaləsi ilə qeyd edilmişdir.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur. Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları şeirlərinə romanslar bəstələmişlər. R.Babayev “Kəllə” pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır. Mahir pedaqoq və ədəbiyyatşünas Əli Sultanlı isə şairi “Türk şeirinin Prometeyi” adlandırmışdır. Müxtəlif vaxtlarda onu “Nazim Hikmət qalaktikası”, “Dünya poeziyasının türk şahzadəsi”, “Şeir inqilabçısı – Nazim Hikmət”, “Dühanın tənhalığı”, “Türk sərbəst şeirinin banisi” təşbihləri ilə vəsf etmişlər. Tanınmış Türk ədibi və jurnalisti Zəkəriyyə Sertelin “Mavi gözlü dev” adlandırdığı Nazimi “Nazim Hikmətov”, “Kommunist Don Kixot” adlandıranlar da olubdur. Amma Pablo Neruda demiş: “Bu o Nazim Hikmətdir ki,
Türkün səsini bütün bəşəriyyətin səsinə çevirdi!”
Azərbaycan ədəbi mühitində fövqəladə bir səviyyədə sevilmiş və poeziyamıza, poetik təfəkkürümüzə gözəl təsiri olmuş, barəsində tədqiqatlar aparılmış, kitablar və məqalələr dərc edilmişdir… Nazim Hikmətin “Otuz ildən sonra” adında bir şeiri var, 1957-ci ildə, Bakıya gəlişində yazıb, orada bu misra keçir: “Azerbaycan şiiri vardı, ama Samedinkiler yoktu”.
İndi 2017-ci ildir, XXI əsrdir və həmin şeirdən 60 il sonra Azərbaycanın ünlü şairi, dramaturqu, yazıçı-publisisti, ictimai xadim Hidayət “Ceviz ağacı”nın budaqlarında Nazim Hikməti yenidən Bakıya gətirdi. “Ceviz ağacı”nı isə dilimizə ilk dəfə Rəsul Rza uyğunlaşdırmışdı və “Rənglər” silsiləsi şeirlərinin birində “Üfüqdə göy gözlərin sarı həsrəti” deyərkən Nazim Hikmətin həsrətini nəzərdə tuturdu… Və bu həsrət “Ceviz ağacı” şeirində də budaq-budaq budaqlanır, yarpaq-yarpaq yarpaqlanır…
Nazim Hikmət haqqında Azərbaycanda yazılan və hələlik son əsər olan ünlü ədibimiz Hidayətin “Ceviz ağacı” essesi bizi bu sətirləri yazmağa vadar elədi…
Nazim Hikmət Hidayətin ən çox sevdiyi şairlərdəndir, özü də barmaqhesabı… Onun poetik ruhunun və üslubunun bir damarı da Nazim Hikmətdən gəlir… Bu essesində isə məhəbbətini və ehtiramını belə ifadə edir: “…O ceviz ağacı boyunca göylərə boylandım, Nazimi xatırladım. – Nazim Hikmət XX yüzilliyin ən böyük şairidir, – deyirəm, – bütün cahanda. Bu əsrdə böyük şairlər çoxdur. Elə Azərbaycanda – Sabir, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə…, Rusiyada – Sergey Yesenin, Braziliyada – Jorj Amadu… Səməd Vurğunun misralarını xatırlayıram: “Nazim də ucaltsın haqqın səsini / Dəmir pəncərəli zindan içindən. Qatsın nəfəsimə öz nəfəsini” Qavalos Romadan, Siya-U Çindən… XX əsrdə çoxdur böyük şairlər. Ancaq ən böyüyü Nazim Hikmətdir.”
Hidayət müəllim bu esseni 2011-ci ildə qələmə alsa da, mən bunu ilk dəfədir ki, oxudum və olduqca təsirləndim. Əslində, bu esse janrında yazılmış və nazimşünaslıqda “gizli” qalan mühüm bir bədii fakta elmi, ədəbi-estetik münasibətdir, müasir intellektimizin Nazim Hikmətə ucaldılan abidəsidir…
Hamıya məlumdur ki, Nazim Hikmətin “Ceviz ağacı” şeiri onun ən məşhur, geniş yayılmış, deyərdim ki, dillərdə əzbərə çevrilmiş monumental ədəbi dəyər qazanmış əsərlərindən biridir. Bu şeirin yaranması barəsində, hətta belə bir əfsanə də uydurulubdur: “Bu şeirin gerçək bir hekayə olduğunu bilməyənlər üçün isə hekayəni danışmaq istəyirəm. Güya bir gün Nazim Hikmət sevgilisi ilə Gülhane parkında görüş təyin edir. O dövrdə Nazim Hikmət haqqında həbs olunma qərarı var idi. Qaçaq şəkildə yaşayan Nazim parka polislərin gəldiyini görüb qoz (ceviz) ağacına dırmaşır. Ağacın altından həm polislər, həm də şairin sevgilisi keçir. Nazim Hikmət isə onları üzgün bir şəkildə izləyir, şeiri yazır.” Əlbəttə, bu “Ceviz ağacı” şeirinin sehrinə düşərək söylənilən əfsanədir və eləcə Nazim Hikmətə xalq-oxucu məhəbbətinin ifadəsidir. Və bu məhəbbətin gücüdür ki, yolu İstanbula düşən elə bir “Nazim sevdalı” ziyalımız, yazıçımız, şairimiz olmasın ki, Gülhanə parkına gedərək Nazimin ceviz ağacını aramasın…
… Gülhanə parkında ceviz ağacı olmayıbdır. Bunu Nazim yaxşı bildiyindən özünü Türkiyədə, məmləkətin baş şəhərində, bu baş şəhərin baş parkında bir ceviz ağacı kimi təqdim edibdir. “Ben bir insan, ben bir Türk şairi Nazım Hikmet, ben tepeden tırnağa insan, tepeden tırnağa kavga, hasret ve ümitten ibaret…” – deyə, bağıran Nazim Hikmət Türkiyədən məcburən mühacirət etsə də, heç kimin farkında olmasa da, o yenə də Türkiyədədir, Türkiyənin bağrındadır. Nazim “Sen” ifadəsini də sevgilisinə yox, sevdiyi Türk vətəndaşlarına, istanbullulara xitab edibdir…
Hidayət müəllimin “Ceviz ağacı” essesinin ədəbi-estetik mahiyyəti də bu gerçəyə bağlanır. Essenin əsas məzmunu bundan ibarətdir ki, Hidayət müəllim də Gülhanə parkında Nazim Hikmətin ceviz ağacını axtarır və məlum olur ki, bu parkda yaranışından bəri ceviz ağacı olmayıbdır. Bunu parkda 40 ildən artıq işləyən bağban da, Hidayət müəllimi müşayiət edən Türk Dünyası Araşdırmaları Vəqfinin başkanı Turan Yazqan da bildirirlər…
Qayıdıram Hidayətin şairanə, təsirli, assosiativ duyğularına: “…Əvvəlcə Topqapı muzeyində sehirlənirəm. …Topxananın sehirlərindən özümə gəlməmiş, əlbəttə, Gülhanədə ceviz ağacını axtarıram. Düşünürəm: altında əyləşib fikrə dalacağam, Nazimi xatırlayacağam. Fikirləşirdim: görəsən, Zəngəzurun ceviz ağacları qocamandır, yoxsa Gülhanə parkının? Həmişə mənə elə gəlib ki, Maralzəmidə, arxa bağçamızdakı ceviz ağacı qocamandır Gülhanə parkındakından. İçimdə Nazimin şeirinin misraları səslənir:
Yüz bin elle dokunurum sana, İstanbula;
Yapraklarım gözlerimdir, şaşarak bakarım,
Yüz bin gözle seyr ederim seni, İstanbulu,
Yüz bin yürek gibi çarpar-çarpar yapraklarım.
Ben bir ceviz ağacıyım Gülhane parkında,
Ne sen bunun farkındasın, ne de polis farkında.”
Hidayət də, öz doğma kəndindən, ordakı ceviz ağacından erməni işğalçılarının məkri ilə perik düşüb…Nazim Hikmətin bütün şeirlərini nəzərdən keçirdim, nə əvvəl, nə də bu şeirdən sonra heç bir yerdə ceviz ağacının adı çəkilmir, bundan bədii detal kimi istifadə edilmir. Amma Nazimin əsərlərində Çinar ağacı sıx-sıx poetik detala şevrilir -“Çınarlarında kolan vurdum, hapisanelerinde yattım. Hiçbir şey gidermez iç sıkıntımı, Memleketimin şarkıları ve tütünü gibi…” Hətta Nazim Hikmətin belə bir vəsiyyət şeiri də var:
“Anadoluda bir köy mezarlığında gömün beni
Ve bir de uyarına gelerse
Tepemde bir de çinar olursa,
Daş-maz da istemez…”
“Ceviz ağacı” şeiri dəfələrlə təhli edilib, ona münasibətlər bildirilib. Lakin hec kim “farkında” olmayıbdır ki, bu ceviz ağacı Nazimin özüdür, öz obrazıdır, özünün özünə İstanbulun mərkəzində ceviz ağacı ilə ucaltdığı heykəldir. Türkiyəni qollara çevrilmiş yüz-yüz budağıyla qucaqlayır, min-min ürəyə çevrilmiş (qəribədir qoz yarpağı da ürəyə oxşayır) yarpağıyla sevən, vətən sevdalı yeganə, təkcə, tək şair olmasına işarədir… Olmayanı oları etməkdir! Hidayət müəllimin “Ceviz ağacı” essesi mənim hisslərimdə bu kodun açarına çevrildi… Düyünləri açdı…
Müəllifin – Hidayətin yaşı, ictimai statusu, intellekt səviyyəsi və həqiqət sevdası ona inanmağı tövsiyə edirdi və inandım… Hidayət müəllim bu çalkeçid fikirlərə bir aydınlıq gətirdi və Gülhanə parkında heç vaxt olmayan bir Nazim Hikmət adında ceviz ağacı əkdi… Nazim Hikmət fiziksəl olaraq ölənə qədər Peredelkinoda yaşasa da, ruhən Gülhanədə ceviz ağacına dönüb əbədən öz yerini tutdu… O, bütün şeirlərində “Qübbəli, çinarlı bir mavi liman” axtarsa da, yenə də Gülhanədə, Türkiyənin ürəyi İstanbulun ürəyində Ceviz ağaçı olaraq ucaldı…
Müəllif: Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

BİLMƏDİM
Sən yaxşı adamsan, Adam!
Mən yaxşı ola bilmədim.
Səni görə-görə,
gör ki,
Mən adam qala bilmədim.
Düz nə varsa, Allah sandım,
Haqq olmayanı dandım.
Hallı-hallı havalandım –
Gəldim nə hala, bilmədim.
Bilmədim eşq nə, yar nədir,
Bilmədim gen nə, dar nədir,
Bilmədim göy nə, yer nədir,
Dağ, dərə, tala bilmədim.
Dillərdə əzbər olardım,
Pis-yaxşı xəbər olardım.
Ölsəm, bəxtəvər olardım,
Vaxtında ölə bilmədim.
Məni boş ver….
Balam iki!
Onlar var olsunlar təki.
Eh…mənə nə qalmışdı ki,
Məndən nə qala, bilmədim.
10.05.2021.
Müəllif: Ehtiram İlham
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

ORXAN YUSİFCANLININ DİGƏR UĞURLARI
Təqdim edir: Zaur USTAC
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Elmin və şeirin övladı – Hamlet İsaxanlı…
Qarşımda, masamın üstündə Əli Rza Xələflinin diqqətlə oxuduğum və şair-publisist Hamlet İsaxanlının poeziyasına, onun “Ziyarət” poemasına həsr etdiyi yeni kitabı – “Həyatın dastanı” durur…
Lakin, lap əvəldən başlamaq istəyirəm. Elə, Əli Rza Xələflini tanıdığım vaxtdan. Daha bu imzaya, bu ada şair, yazıçı, publisist, jurnalist, tədqiqatçı adlarını əlavə etmədən. Çünki, Əli Rza Xələfli imzası müasir ədəbi və ictimai mühitdə özünə elə köklü-köməcli yer tutubdur ki, adı çəkilən kimi bunların hamısı yada düşür. Özü də, həqiqət naminə, onu da deyim ki, sıraladığım bu yaradıcılıq shəsinin hər birində Əli Rza Xələfli özünəməxsus, orjinal bir məqamdadır və elə onun birilə də məşğul olsayıdı tanınacağıdı, seviləcəyidi, rəğbət doğuracağıdı…
Səhv etmirəmsə, buna yaradıcılıq polufonizmi deyirlər, başqa sözlə, Əli Rza Xələfli çoxşaxəli yaradıcılıq imkanlarına malik “qələmsiz” qələm adamıdır və mən özüm də elə əvvəldən onu bu cürə tanımışam… “Qələmsiz qələm admı” ifadəsini də, deyəsən, ilk dəfə mən onun haqqında işlətmişəm, özü də bir əlavə ilə, demişəm ki, Əlirza Xələfli qədim Roma filosofları kimi, nə yaradırsa, bir əli cibində, bir əlində siqaret tutaraq qələmsiz-kağızsız diktə edir. İndi də əlavə edirəm ki, fikri improvizə edərək, nə yaradırsa şifahi şəkildə yaradır. Elə ona görə də, onun bütün yaradıcılığı şifahi xalq yaradıcılığı təkin şirin, cazibadar və diqqətçəkəndir…
Bu sözləri də onun haqqında mən yazmışam və təkrar etməkdə məqsədim budur ki, fikrimi gəlişigözəl söz təkin yox, sabit qənaətim təkin irəli sürmüşəm: “Mənim üçün (həmçinin eləcə də onu tanıyanlar üçün də) heç bir metaforaya sığışmayan bir qələm əhli, ürək və əqidə dostum var – bu, şair, yazıçı, publisist-jurnalist, tədqiqatçı-tənqidçi Əli Rza Xələflidir! Bu adın, bu imzanın özü müasir ədəbi prosesdə həyatı bədii-fəlsəfi dərkin və inikasın bütöv bir sistemini özündə ehtiva etməyə qadirdir!.. Əli Rza Xələfli adı, imzası ədəbi-bədii siferada ülfət və ünsiyyət mücəssəməsidir! Ülfət və ünsiyyət intiqralının bütün kodları onun ürəyinin, qəlbinin döyüntüləri ilə kodirovka ola bilər!..”
“İnteqral” deyəndə yadıma bir el kəlamı düşdü: “Dost dosta tən gərək!” Əslində, bu kəlamı yaradıcı aləmə tətbiq eləyəsi olsaq, bir-biri haqqında söz deyən yaradıcı şəxsiyyətlər də, gərək ki, bir-birinə tən gəlsin. Əli Rzanın qələm dostu, tanınmış alim, riyaziyyatçı, deyilənə görə, riyaziyyat elminin bütün “inteqrallarının” açarını cibində gəzdirən, fizika-riyaziyyat elmləri doktoru, professor, bizim üçünsə istedadlı şair-publisist Hamlet İsaxanlıdır və Əlirza Xələflinin Hamlet İsaxanlı yaradıcılığına müraciət etməsi, ondan bir kitablıq söz yazması bu iki yaradıcı şəxsiyyət tipinin bir-birinə tən-dürüst gəlməsidir…
Elə buradaca, tanınmış şair-publisist, tərcüməçi, kitabın redaktoru Hafiz Rüstəmin “Həyatın Dastanı” kitabına yazdığı, kitabın özü qədər dərin, mənalı “Həyatın Dastanı”nda “Ziyarət”in fəlsəfi mahiyyəti” adlandırdığı ön sözündən bir abzası fikrə qüvvət kimi misal gətirirəm: “Çünki ən azı iddiayla tələb, imkanla gerçəklik, formayla məzmun, təsadüflə zərurət bir-birini tamamlamayanda, başqa sözlə, real həyatla tale yazısı üst-üstə düşməyəndə heç nə alınmır. Əksinə, bütün bunlar düz mütənasib olanda, ədəbi şəxsiyyətin missiyası qismən müəyyənləşir.” Ziyalı şəxsiyyətinə və təfəkkürünə böyük hörmət bəslədiyim Hafiz Rüstəmin bu postulatından çıxış edərək “Həyatın Dastanı”nın müəllifi Əli Rza Xələfli ilə “Ziyarət” poemasının müəllifi Hamlet İsaxanlını görək bir ziyalı, şair, alim tipi kimi nələr birləşdirir, hansı cəhətlər üst-üstə düşür, bunların yaradıcı şəxsiyyətləri arasında düzmüntənasib gələn hansı məqamlardır ki, hər iki ədibi, hər iki ədəbi şəxsiyyətin missiyasını müəyyənləşdirib.
Ümumiyyətlə, Hamlet Isaxanlı adı çəkiləndə o belə səciyyələndirilir: alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, professor, pedaqoq, şair, yazıçı və publisist, tərcüməçi, riyaziyyat, humanitar və sosial elmlər üzrə məqalə, kitab, dərslik və monoqrafiyalar müəllifi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Dünya məktəbinin həmtəsisçisi, naşir, və redaktor…
Biz burada Əli Rza Xələfli şəxsiyyəti ilə Hamlet İsaxanlı şəxsiyyətini müqayisə etmək fikrindən uzağıq, amma kimin kim haqqında söz, fikir demək səlahiyyəti ədəbi təsərüfatda və prosesdə mühüm amildir. Bu cəhətdən hər iki ziyalı şəxsiyyəti çox müxtəlif tərəflərdən və məqamlrdan bir-birini tamamlayır… Blə ki, Əli Rza Xələfli də, Hamlet İsaxanlı da müasir ədəbi prosesdə ən müxtəlif məqamlarda, məqamında nüfuzlu söz demək səlahiyyətinə malik ziyalılarımızdandırlar…
İndiyənə qədər Hamlet İsaxanlının həyat və fəaliyyəti müxtəlif müəlliflər tərəfindən yazılmış elmi, bədii və publisistik yazılarda, məqalə və kitablarda, sənət əsərlərində öz geniş əksini tapmışdır. Məsələn, Fuad Tanrıverdiyevin 1997-cu ildə nəşr olunmuş “Hamlet İsaxanlı. Alim və qurucu ömrü” kitabında alimin həyat və fəaliyyəti hərtərəfli araşdırılmışdır. Knyaz Aslan və Vahid Ömərlinin 2005-ci ildə azərbaycan və rus dillərində dərc olunmuş “Bu dünyaya nə gətirdim…” kitabında Hamlet İsaxanlının elmi və bədii-publisistik yaradıcılığının, ictimai fəaliyyətinin və təşkilati işlərinin qısa təsviri ilə yanaşı, müxtəlif ölkə və millətlərdən olan tanınmış elm, sənət və mədəniyyət xadimlərinin onun haqqında deyilmiş fikirləri də verilmişdir. Bunlarla yanaşı, Azərbaycanda, ABŞ, Kanada, Rusiya, Türkiyə, Gürcüstan, İran, Hindistan, Çin, Estoniya və başqa ölkələrdə alim, yazıçı, şair və jurnalistlər onun barəsində çoxsaylı məqalələr yazıb dərc etdirmişlər. Onun barəsində dünyanın onlarla ən nüfuzlu şəxsiyyətlərinin dediyi söz içərisindən ikisini seçmələyib təqdim edirəm:
Azərbaycan mədəniyyətinin, elmi fikrinin nüfuzlu nümayəndələrindən biri olan, tanınmış diplomat, “Azərbaycan Doplomatiya Akademiyası”nın prezidenti, professor Hafiz Paşayev, Azərbaycan Respublikasının ABŞ-dakı sabiq səfiri: «Hamlet müəllimin fəaliyyəti respublikamızın ictimaiyyətinə yaxşı bəllidir. Öz elmi işini riyaziyatçı kimi başlayıb, həmin sahədə dəyərli nəticələr əldə etdikdən sonra o, elm, təhsil, humanitar və ictimai sahələrdə daha geniş fəaliyyətə qoşulmuş və ölkəmizdə keçirilən islahatlar üçün əhəmiyyətli konkret işlər görmüşdür.
Professor Hamlet İsayev (İsaxanlı) elmin və təhsilin inkişafında sərhədsiz mübadilə və ünsiyyətin vacib olmasını hələ Sovet dövründə yaxşı dərk edib, Azərbaycan elminin xaricdə tanınması üçün əlindən gələni etmişdi. Həmin təcrübə, yaratdığı əlaqələr inanıram ki, hazırda Xəzər Universitetinin işlərində əvəzsizdir. Onun Amerika universitetləri ilə birgə proqramlar üzrə müvəffəqiyyətlə apardığı işləri qeyd edərək, məmnuniyyətlə yada salıram ki, səfirliyimizin müdaxiləsi ilə ABŞ hökumətinin Azərbaycanda maliyyələşdirdiyi ilk təhsil layihəsi məhz Hamlet müəllimin yaratdığı və rəhbərlik etdiyi universitetlə bağlı olmuşdur».
Zəlimxan Yaqub, xalq şairi, millət vəkili: «Hamlet İsaxanlı – gözəl insan və böyük alim! Bu qün varlığıyla vətəninə bağlı əsil Azərbaycan vətəndaşı! Yüksək intellekt, böyük ağıl, güclü zəka, nadir istedad sahibi! Təkcə Gürcüstan azərbaycanlılarının deyil, təkcə Azərbaycan Respublikasının deyil, dünya azərbaycanlılarının ən şöhrətli nümayəndələrindən biri! …Kökünə, nəslinə, torpağına, ədəbiyyatına, tarixinə, musiqisinə dərindən bələd olan, ömrünü elmi, bədii, siyasi, psixoloji, tarixi axtarışlara həsr edən bir neçə sahənin yorulmaz tədqiqatçısı! Dünyanın müxtəlif millətlərə və ölkələrə məxsus olan ən böyük alimlərini heyrətə gətirən Vətən oğlu!..”
Yeri gəlmişkən, onu da qeyd edim ki, şairlərdən Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Müzəffər Şükür, Şahin Fazil, Səadət Buta və başqaları Hamlet İsaxanlı şəxsiyyətinə xüsusi şeirlər həsr etmişlər. Onun elmi-bədii yaradıcılığı və şəxsiyyəti haqqında Azərbaycanda Camal Mustafayev, Manaf Süleymanov, Nurəddin Rzayev, Mövlud Süleymanlı, Mirabbas Qasımov, Vidadi Babanlı, Kamran Nəzirli, Xəlil Məcidoğlu, Vaqif Arzumanlı, Aydın Xan və digər müəlliflər, Türkiyədə Mətin Turan, Çində Van Dzen Bo, Rusiyada V. Odinets, Lyudmila Lavrova, İran, Gürcüstan və digər ölkələrdə müxtəlif elm və sənət adamları dəyərli fikirlər söyləmiş, məqalələr yazıb dərc etdirmişlər.
Şair, yazıçı və jurnalist, tədqiqatçı-publisist, “Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələflinin “Həyatın Dastanı: ədəbi-fəlsəfi düşüncələr” Hamlet İsaxanlının “Ziyarət” poemasının motivləri əsasında”, “Xəzər Universitəsi Nəşriyyatı” (2012) kitabı isə Hamlet İsaxanlının poetik yaradıcılığına həsr olunmuş əsərlər sırasında xüsusi, özü də deyərdim ki, əhəmiyyətli, siqlətli yer tutur (əsər əvvəlcə uzun zaman ərzində hissə-hissə “Kredo” qəzeti səhifələrində dərc olunmuşdu).
Bu kitab, Hamlet İsaxanlının təkcə bir poeması haqqında yazılsa da, Əli Rza Xələfli elə bir üslubi fənd tapır ki, bu fonda onun poetik yaradıcılığı, şəxsiyyəti, elmi-ictimai fəaliyyəti barədə müfəssəl təsəvvür yaradır. Həmçinin, müəllif – Əli Rza Xələfli “Həyatın Dastanı” kitabını bir şair fəhmi və bir tədqiqatçı təfəkkürü ilə yazdığından, Hamlet İsaxanlı poeziyasını müasir Azərbaycan poeziyasının faktı təkin götürmüş, bununla da ümumən müasir ədəbi proses haqqında da qənaətlərini və ədəbi-fəlsəfi düşüncələrini oxunaqlı, şirin-şairanə bir üslubda, müasir publisistikanın son imkanları çərçivəsində, hisslərini və fikirlərini yüksək səmimiyyətlə yoğuraraq ortaya qoymuşdur…
Əslində bu əsəri ilə Əli Rza Xələfli Hamlet İsaxanlını müasir şeirin xanı, poetik ruhun Məsihi kimi təqdim etmiş, onun bədii yaradıcılığının heç kəsin görmədiyi və ya görə bilmədiyi Hamlet fəlsəfəsini açmışdır… Və “Hamlet İsaxanlı kimdir?” sualına bədii-publisistik, fəlsəfi-estetik manerada cavablar axtararaq bu maraqlı şəxsiyyətin ədəbi-ictimai müstəvidə tutduğu yeri aşkarlamışdır…
Əli Rza Xələfli əsərinin əvvəlindəcə ədəbi niyyətini ortaya qoyaraq yazır: “H.İsaxanlı kimdir? Bu suala axıradək cavab vermək yəqin ki, müasirlərimiz üçün olduqca çətin olacaq. Buna görə də onun şəxsiyyətindən, bir müəllif olaraq yaradıcılıq dünyasından, ən başlıcası, onun elmi-bədii yaradıcılığından danışmaq məsuliyyət, ədəbi-elmi cəsarət tələb edir. Bizim qiymətləndirdiyimiz onun çox böyük mənəvi aləmi, şairlik dünyasıdır. …H.İsaxanlının ictimai-fəlsəfi görüşlərini, insani məhəbbət duyğularını əks etdirən poetik örnəklərində biz onun mənəvi gücü ilə qarşılaşırıq.”
Əli Rza Xələfli öz qələm dostu haqqında yüksək səmimiyyətlə, deyərdim, bir az da vurğunluqla danışır, ona Azərbaycanın ədəbi-mənəvi tarixində yeri olan, yeri görünən poetik sözü ilə özünü diktə edən bir sənətkar səviyyəsində yanaşaraq əminliklə deyir: “H.İsaxanlı sözün övladıdır, elmin övladı olmaqdan əvvəl. Kövrək duyğularının tarixi nə zamandan başlamasından asılı olmayaraq, şeirin, poeziyanın övladıdır…
…H.İsaxanlının poeziyasında lövhələr tez-tez dəyişir. O, bütün ruhu poeziyanın hakimiyyəti altında olan və bu hakimə özünü bütün varlığı ilə təslim edən istedadlı bir şairdir. Və heç şübhəsiz, heç vaxt H.İsaxanlının səmimiyyətini onun şairliyindən ayırmaq olmaz. Bəlkə də, onun şairliyinin və demək poeziyasının ən üstün məziyyətlərindən biri səmimiyyətdir – həyata, insanlara, eləcə də keçmişə və gələcəyə səmimiyyət. Oxucu, H. İsaxanlının ən azı hədsiz səmimiyyəti qarşısında qibtə hissi ilə düşünməli olur. Onun şeirləri insan qəlbinin dərinliklərindən süzülüb gəlir, duyğu ilə, hissiyyatla süzülüb gəlir…”
Bu cümlələri, fikirləri oxuduqca, adam Əli Rza Xələflinin özünün də səmimiyyətinə, dosta, qələm yoldaşına, əsirdaşına yanaşma səmimiyyətinə qibtə edir, onun səmimiyyətdən yoğrulmuş qəlbinin çırpıntılarını səmimiyyət mahnısıının not sədaları kimi eşidir… Bu sözlərin, bu duyğuların, belə bir münasibətin arxasında şübhəsiz ki, böyük ziyalı ürəyi, ziyalı mövqeyi, bütövləşmiş ziyalı dayanır.
Əli Rza Xələfli, bu əsərində də, şübhəsiz Hamlet İsaxanlı şəxsiyyəti ilə bahəm öz şəxsiyyətinin bütövlüyünü də ortaya qoymuş olur. Hamletin poezyasının oyatdığı duyğulardan irəli gələn hansısa fövqəltəbii qüvvənin təsiri ilə onu bir şair, bir yaradıcı kimi daxildən sıxan, ona əziyyət və güc verən, sevindirən, sözün fəthindən qürurlanan hisslərini, ədəbi-estetik görüşlərini, ictimai-fəlsəfi düşüncələrini ifadə edir, bəzən fikrin improvizə dalğalarında uyarlı və tutarlı gəzişmələr aparır… Bütün bunlar Əli Rza Xələflinin “Həyatın Dastanı” kitabını, doğrudan da həyat haqıında, müasir dünyamız haqqında, müasir poeziyamız və ədəbi-bədii fikrimiz barəsində elmi-publisist üslubda yazılan dastana çevirir – həyat dastanına, həyatımızın dastanına!…
Əli Rza Xələflinin “Həytın Dastanı” əsərində belə bir məqam da diqqətimi cəlb elədi. O, Hamlet İsaxanlıya xitabən yazır: “Əzizim Hamlet müəllim, sizin zəngin yaradıcılığınızı oxuduqca sizin insan hisslərinin rənga¬rəng xəritəsində ən ecazkar, bəlkə də, ekzotik ərazilər zonası olaraq təsvir elədiyiniz məqamları gözümün önünə gətirirəm və həmin anlarda düşünürəm ki, insan hisslərinin bu qeyri-adiliklərini ancaq şair görə bilər.”
Çox doğru, düzgün, özü də elmi-psixoloji müşahidədir! Elmi, publisistik yaradıcılıqda da belədir. Bədii təfəkkür sahibləri bədiyyatı daha dolğun, daha dürüst duya və qiymətləndirə bilərlər. Bu mənada, şair-publisist Əli Rza Xələfli, Əli Rza Zal oğlu şair – publisist, alim-riyaziyyatçı Hamlet İsaxanlını, Qaçaq İsaxanın şair nəvəsini doğru-dürüst anlaya bilir, onun heç kəsin görmədiyi, daha doğrusu görə bilmədiyi tərəflərini görüb, qədrini-qiymətini bilə bilir! Ancaq şair şairin qəlbinin pünhanlarına, gizlinlərinə bu qədər mərhəmliklə əl apara bilər ki, biz bunu Əli Rza Xələflinin “Həyatın Dastanı” bədii-publisisistik üslubda yazdığı fəlsəfi-estetik traktaktının hər fəslində, hətta fəsillərin başlıqlarında belə müşahidə etdik. “Kövrək sözün işığında”, “Bitik”lər nəsillərə ünvandır”, “Göynəyin köynəyində”, “Obrazın məntiqi – həyatın mənası”, “Yurda könül ziyarəti”, “Söz var, kimsəyə deyilməz”, “Yaşamağın vətəndaşlıq mahiyyəti”, “Səsin işığı”, “Poeziya – ruhun zərrələri”, “Çiçəklər önündə təzim”, “Bənzərsiz anların poeziyası”, “Aristarxlara cavab”, “Həyatdakı həqiqət – yuxudakı səadət”, “Dedal və İkar əfsanəsi”, “Hamlet – olum-ölüm arasında”, “Yaddaş simfoniyası – son akkordlar” təkin başlıqların hərəsi bir şeir misrasını, hərəsi bir fəlsəfi postulatı xatırladır və deyim ki, gəlişigözəl ifadələr deyil, fəsllərdəki məna və mahiyyətə, qoyulan problemə, məzmuna tamamilə uyar, Hamlet İsaxanlı poeziyasının kod açarına çevrilən başlıqlardır və oxucunu məcbur edir ki, oxu, gör bu başlıqların arxasında hansı mətləblər, mənalar gizlənibdir… Oxucu hiss edir ki, qeyri-adi, bənzərsiz, filosof və şair düşüncəli, zövqü yüksək məqamda olan bir qələm sahibi ilə həmsöhbət olacaq. Və belə də olur!..
Əli Rza Xələflinin təhlilləri zərif, şərhləri mənalı, izahları inandırıcıdır. O, Hamlet İsaxanlının poetik üslububnda müşahidə etdiyi elə məqamlara toxunur ki, bunlar onun yaradıcılığının mahiyyətindən irəli gəlir. Məlumdur ki, Hamlet İsaxanlı mənalı dördlüklər, bayatılar müəllifidir və bu onun poetik stixiyasında əsas yerlərdəndir. Əli Rza bu stixiyanı onun epik-lirik “Ziyarət” poemasında da aşkara çıxararaq belə mənalandırır: “H.İsaxanlının poeziyasında onu fərdiləşdirən, onun poeziyasını müasir şeiriyyətin boz-bulanıq axınından fərqləndirən bir cəhəti mütləq qeyd etmək lazımdır. Bu, bir bayatı ovqatıdır.
Müəllif anasına ismarıc elədiyi mahnısını “Gedin, deyin anama” şəklində oxuyur. Nə qədər gözəldir, nə qədər ritmikdir, nə qədər kədərli bir mahnıdır! Şairin bütün varlığını özündə ehtiva edən bu mahnı-oxşama, bu nəğmə-bayatı sanki xalqın min illər boyu ruhundan gələn, varlığına hopmuş olan, az qala onun özüylə əbədiyyətəcən yoldaşlıq edəcək bir kədərin səsidir. Bundan o yanası yoxdur.”
Beləliklə, elə bu tərzdə Əli Rza Xələfli Hamlet İsaxanlının şeiriyyət aləminin söz, ritm və anəng qovuşuğunun sirli əlaqələrini sərrafcasına aşkarlayır, üzə çıxarır, bu harmoniyanın mahiyyətini izah edir, Hamlet İsaxanlının poetik üslubunu şərtləndirən lirik hissin ahəngdar təhkiyyə siferasına nüfuz edir: “Poeziya, nəzm və adi şeirdən fərqli olaraq daha çox fəlsəfi ümumiləşdirmədir. Poeziyada bənzərsizlik və təkrarsızlıq var. H.İsaxanlı da özünün səmimiyyətilə müşayiət olunan şeirlərində daha çox poetik ruhun daşıyıcısı kimi görünür. Onun “Ziyarət” poemasındakı əhval adi bir adamın, sıradan bir nəfərin əhvalı deyil. Onu oxuyan hər kəs özündən xəbəri olmadan, özünü o yerin adamı bilir, özünü elə orada bilir. Nə vaxtsa, hardasa bir qərib diyarda keçirdiyi hissləri yada salır.
H.İsaxanlı istər şeirlərində, istərsə də “Ziyarət” poemasında sözü, fikri qafiyə xatirinə divana çəkmir. Elə təbii axarla öz ritmində ifadə edir. O, daxilində olan ritmi formaya tabe etməyə cəhd göstərmir. …Onun daxili aləmində səslənən simfoniya ağır-ağır, təmkinlə, kədərqarışıq bir ovqatla, necə varsa, eləcə də üzə çıxır. Daxili aləmindəki sarsıntılar, psixoloji gərginliklər onun misralarında açıq-aşkar duyulur. Bəzən bu fəryad şəklində, bəzən də həyatın xoş üzündən ruhlanan, həyat eşqilə alışan bir ürəyin çırpıntıları şəklində…”
Əslində, Əli Rza Xələflinin qələmə aldığı “Həyatın Dastanı” əsəri də həyat eşqi ilə alışan bir ürəyin çırpıntılarıdır, müəllifinin mənəvi aləmindəki fırtınaların, təlatümlərin əks-sədasıdır. Əli Rza Hamletin lirik qəhramanına məxsus olan cizgiləri açdıqca, proyeksiya etdikcə onun özü də bir lirik qəhrəmana çevrilir, Hamletin lirik qəhrəmanına “Yaddaş Sahibi” adını verərək özü də sözün sahibinə çevrilir, onun əlindən tutub Yurd, Vətən, Torpaq adlandırdığımız mehraba doğru ziyarətə apararaq belə bir qənaəti ifadə edir: “Zənnimcə, insanın mənəvi pasportu onun mənəvi dünyasını təsdiq edən ən dəyərli sənəd, ən tutarlı şəxsiyyət vəsiqəsi onun kövrək duyğularını ifadə elədiyi sözdə öz əksini tapır. Söz insanın rişəsidir. İnsan danışanda onun kökünü hansı torpaqda bitdiyini, hansı mənəvi münbitlik üstündə boy göstərdiyini təsəvvür etmək olur. Təsadüfi demirlər ki, insan doğulduğu yerə, yurda, torpağa, təbiətə daha çox oxşayır.”
Hamlet İsaxanlı Əli Rza Xələflinin zənnində, qələmində yurduna, torpaqına, doğulduğu yerin təbiətinə oxşayan bir obraz kimi canlandırılır və bu cür də təqdim olunur… Bütün istedadlı şairlər kimi, Hamlet İsaxanlının şairlik mahiyyətini, şairlik kübarlığını da bu oxşarlıqda görür… Və müəllif doğru olaraq bu versiyanı irəli sürür ki, Hamle İsaxanlı yurd yerlərini gəzə-gəzə ozanlıq edir və ozanlaşa-ozanlaşa Hamlet özü də Yurd atasına çevrilir:
“Məlumdur ki, “Ziyarət”də insan özünü ruhi-mənəvi aləmdə hiss edir. Demək olar ki, müəyyən mənada, gerçəklikdən təcrid olunur. Özünə qapanma, hətta yaşını unutma, həmin yerlərdəki yaşın çağlarına qayıtma burada əsas şərtdir. Həmin o erkən yaşlarından dünya işığını ona qaytaran şəffaf eynəyinin arxasından boylanan gənc – əslində, eynəkli adam – o adam ki, indi kifayət qədər ömür yolu keçmiş, həyatın ağırlıqlarını çiyinlərində duyan bir ziyalı özü yurd atasına çevrilib.”
“Yurd atasına” çevrilən ozan-şairin “Ziyarət” poeması da özü kimi rişəsiz, köksüz, ənənəsiz deyil. Əli Rza Xələfli tədqiqatçı fəhmi ilə, onu ulu Şəhriyarın “Heydərbabaya salam kitabxanası”na ən dəyərli hədiyyə hesab edərək, “Ziyarət”i üslubca, ritm və havacatla olmasa da, (bu Hamlet İsaxanlının ustalığıdır) ruhca onun “Şəhriyar düsturu”ndan istifadə etdiyini bildirir, onu bu sıradan yazılmış dəyərli ədəbi-bədii fakt təkin qiymətləndirir:
“Şəhriyar düsturu ilə, Heydərbaba ruhu ilə yazılmış əsərlərin dəqiq sayını bu gün bilən yoxdur. İraqdan Əlbüllətif Bəndəroğlu və onun “Yurt” dərgisi ətrafında birləşən çoxlu sənətkarlar “Heydərbabaya salam” poemasına nəzirələr yazmışlar. Cənubi Azərbaycanda da şairlər onun səsinə çox böyük hiss və duyğu ilə cavab vermişlər.
…Bu günə qədər Cənubi Qafqaz əhatəsində olan azərbaycanlı şairlər də “Heydərbabaya salam” kitabxanasına özlərinin zəngin töhfələrini vermişlər. Çox böyük məmnunluq hissi ilə qeyd edərdim ki, bu sətirlərin müəllifi olaraq mən də “Bir Xələfli var imiş” adlı əsərimlə o möhtəşəm “salam” qarşısında mənəvi borcumu verməyə çalışmışam. Təəssüflə bunu da deməliyəm, Şəhriyar düsturundan istifadə ilə yazılmış “qrafoman” əsərlər də az deyil. Bunu da təbii qəbul etmək lazımdır. Hər kəs yaddaş fenomeninin ecazkar sarayına özünün istedadı, düşüncəsi və təxəyyülünün imkan verdiyi güclə daxil olur. Son vaxtlar yaddaş fenomeninin təsiri altında yazılmış Şəhriyar ənənəsini yalnız mənəvi olaraq qəbul edib özünün original forması ilə diqqəti çəkən çox maraqlı əsərlər yaranmaqdadır. Xalq şairi Nəriman Həsənzadənin “Poylu beşiyim mənim” eposu, Hafiz Rüstəmin “Bakıdan Yardımlıya səyahət” yaddaş poeması, bu sıradan heç şübhəsiz, çox dəyərli yerlərdən birini tutan H.İsaxanlının “Ziyarət” poeması ədəbi-bədii dəyərinə, “sağlam-estetik əsaslarına” görə yaşarılıq haqqı qazanacaq, zamanzaman müəllifinə şöhrət qazandıracaq əsərlərdəndir.”
Mənə elə gəlir ki, müəllifin bu müqayisələri, “Heydərbaba kitabxanası” və “Şəhriyar düsturu” onun bir tədqiqatçı kimi tapıntısıdır və ədəbiyyatşünaslıqda tamamilə yeni anlayışlardır.
Onun yeni yazı manerası da diqqətimi çəkdi. Əli Rza söz arası söz deyir! Poeziyada “lirik ricət” anlamı var. Elə bil ki, bu anlama uyğun olaraq Əli Rza publisistik ricətlər edir, sözə əriş-arğac qatır, təzə-tər ilmələr artırır… Ümumiyyətlə, Əli Rzanın bu əsəri publisist ricətlərlə, elmi monoloqlarla, fikri imrovizələrlə süslənmiş, yeni üslubda yazılan monoqrafik tədqiqat əsəridir…
Son olaraq qeyd edim ki, Əli Rza Xələflinin “Həyatın Dastanı” ədəbi-fəlsəfi düşüncələr əsəri Hamlet İsaxanlının “Ziyarət” poemasının motivləri əsasında yazılsa da, müasir poeziyamızın, ədəbi-estetik düşüncəmizin bir sıra problemlərini əhatə edən kompleks səciyyəli əsərdir.
Hamlet İsaxanlı da, Əli Rza Xələfli də ruh adamıdırlar. Hər ikisi şeirin və elmin övladlarıdır… Bu iki tanınmış ziyalının ruh qovuşuğu öz gözəl nəticəsini, bəhrəsini vermiş, Kürlə Arazın qovuşuğu təkin bollu-bəhərli olmuş, müasir fikir dünyamızı, ruh dünyamızı zənginləşdirmişlər…
Əli Rza Xələflinin “Həyatın Dastanı” əsəri ədəbi-elmi dəyərinə, sağlam-estetik əsaslarına, təfəkkür dərinliyinə, güclü təxəyyül zənginliyinə görə müasir poeziyaşünaslığımza və əlbəttə ki, müəllifinə, onun ədbi qəhrəmanı Hamlet İsaxanlıya şöhrət qazandıracaq əsərlərdəndir…
05 may – 06 iyun, 2013.

Müəllif: Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,”Fədakar alim” və “Elm fədaisi” diplomantı,”Səməd Vurğun mükafatı” laureatı,1984-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

SƏN İDİN, HEYDƏR BABA!
Müstəqil ölkəmizin memarı və rəhbəri,
Uşaqdan böyüyədək dilimizin əzbəri,
Əlli milyonluq Xalqın Dahi Ulu Öndəri
Sən idin, Heydər Baba!
* * *
Ruhu vətənə bağlı mənliyimiz, özümüz,
Daim qayğıkeşliklə xalqa baxan gözümüz,
Ali tribunalarda cəsarətli sözümüz
Sən idin, Heydər Baba!
* * *
Bəşərin beş yüz ildə bir dəfə yetirdiyi,
Bir ananın qəhrəman doğduğu, bitirdiyi,
Allahımın o şəxsi dövrümə gətirdiyi
Sən idin, Heydər Baba!
10.05.2021.
Müəllif: Əjdər Əlizadə
YAZARLAR.AZ
===============================================
<<<<<<WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ>>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru