5 İYUN ŞAİRLƏR GÜNÜDÜR.
Əslində hər gün, hər an şairlər günüdür – əsl şairlərin günü.
Özünü şair sayanları yox, əsl şairləri təbrik edirəm.
Lidiya Obuxovanın düşüncəsi ilə razıyam: “Şeir düşüncə lallığını açmaq cəhdidir”. Əsl şair belələrinə deyirəm.
ŞAİR ÖMRÜ
(rübailər)
Tanrısı ilahi gözəllik olmaq,
İlahi insanın eşqidi ancaq.
Bütün şairlərə qismət olmadı,
Hüseyn Cavid kimi əfəndi qalmaq.
Xalqın imzasını axtaran Hadı,
Hər misrandan daddım azadlıq dadı.
Başdan ayağacan Türk oğlu Türksən,
Səni zamanında qanan olmadı.
Rübain bal dadır, ey Ömər Xəyyam,
Hər misran tərbiyə, bilikdir tamam.
Meyxana bar olub, xidmət başqadı,
İndi çirklənmişik, dəyişib əyyam.
Üsyandan, zəfərdən doğulur şeir,
Havasız sarayda boğulur şeir.
Söz əhli millətin çörəkçisidi,
Xalqın dərd-sərindən yoğrulur şeir.
Çox olub yolunu azan qələmlər,
Sahibinə qəbir qazan qələmlər.
Heç vaxt unudulmaz “Hophopnamə”lər,
“Ölülər”, “Gülüstan” yazan qələmlər.
İlham – söz mülkünün güllü baharı,
İlham – zirvələrin ləkəsiz qarı.
İlhamı mayasız qrammofon sözbaz,
Müşfiqin ruhunu incitmə barı.
Məntiqli sözləri çətin ki, xoşlar,
Gödənləri dolu, ürəyi boşlar.
Dəri də soyarlar, baş da kəsərlər,
İşıq qənimləri korgöz bayquşlar.
Sən ki, saray görməmişdin, zalım oğlu,
Şah bağına girməmişdin, zalım oğlu.
Uzaq başı bəy tərifi görmüşdün sən,
Şah tərifi hörməmişdin, zalım oğlu.
Mənbə: Vaqif Osmanov
Müəllif: Vaqif OSMANLI
GÜLLÜ ELDAR TOMARLININ YAZILARI
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru