“Parlaq İmzalar” Günelin kitabına ikinci həyat verdi

“Parlaq İmzalar” Nəşriyyatı bizi vaxtsız tərk etmiş gənc yazar Günel Eminlinin hekayə və esselərdən ibarət “Cənnətdə payız” adlı kitabını nəşr edərək oxucuların ixtiyarına verib. Belə təqdirəlayiq əmələ görə bütün əməyi keçənlərə təşəkkür edir, Günel Eminlini rəhmətlə anırıq… Ruhu şad olsun. Amin.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

KƏNDİM İMANLARDI, OĞLUM CƏLALDI – ARİF MƏMMƏDLİ

KƏNDİM İMANLARDI, OĞLUM CƏLALDI

Bu da iki doğmam, iki əzizim,
Kəndim İmanlardı, oğlum Cəlaldı.
Atamın yurdunda daşlaşan izim;
Kəndim İmanlardı, oğlum Cəlaldı.

Daha ayrılıqlar yolu çaşıbdı,
Vüsaldan sevincim aşıb-daşıbdı.
Dağların qoynunda qoşalaşıbdı,
Kəndim İmanlardı, oğlum Cəlaldı.

Hərə öz səmtini tapdı, aradı,
Elə bil min ilin tanışlarıdı.
Sormayın bu kimdi, bura haradı? –
Kəndim İmanlardı, oğlum Cəlaldı.

Arxası Çalbayır, sağı Mıxtökən,
Buluddan nəm çəkən dağlara söykən.
Bu ulu görüşdən ikisi də şən,
Kəndim İmanlardı, oğlum Cəlaldı.

Köhnə kişiləri imam övladı,
Şərəflə qoruyar gənclər bu adı.
Təzədən başlayır yeni həyatı,
Kəndim İmanlardı, oğlum Cəlaldı.

Müəllif: Arif Məmmədli

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Zafer nağmeleri” kitabı Türkiyədə təqdim edildi

“Zafer nağmeleri” kitabı Türkiyədə təqdim edildi

Şair- publisist Şahnaz Şahinin bu ilin may ayında Türkiyədə “Zafer nağmeleri” adlı kitabı çapdan çıxıb. Kitabın işıq üzü görməsilə əlaqədar Şahnaz Şahin avqust ayının 9 və 10- da Ankarada “Gənc Yürekler” dərgisinin qonağı olub.

Bundan başqa, o, TÜRKSOY, “Türkiyənin sesi” radiosu, dərginin internet televiziya proqramı olan “Mohabbat sofrası”, “Krım Xəbər ajansı”nın “Memleket hikayeleri” internet televiziyasında da yeni kitabını təqdim edərək Azərbaycan və doğma Qarabağdan bəhs edib.

Qarabağ müharibəsində xalqımızın qazandığı böyük qələbədən söz açan şair çətin günlərdə Türkiyənin Azərbaycanın yanında olduğunu və hər cür yardım göstərdiyini vurğulayıb.

“Ermənilər Şuşadakı tarixi əsərlərimizi, türbə və sənət abidələrimizi məhv etdi. Amma dövlətimiz azad edilmiş yurdlarımızı dircəldəcək, çiçəkləndirəcək” deyən Şahnaz Şahin hamını duyğulandırıb.

Azərbaycanlı şair eləcə də 2023-cü ilin iyul ayında “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşaya etdiyi səfərlə bağlı təəssüratlarını bölüşüb, tədbirə qatılanların suallara cavab verib.

Keçirilən görüşlərdə şair “Zafer Nağmeleri” kitabını da imzalayıb.

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ÇİNGİZ ABDULLAYEVİN YAZILARI

ŞAHNAZ ŞAHİNİN YAZILARI

GÜNEL NATİQİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

GƏNC ANARIN UĞURLARI

Onunla ilk dəfə qərargah rəisi şəhid Əsəd Həsənovun anım günündə tanış oldum.Şəhidin anası :
–Tanış olun ,bu gənc çox bacarıqlı,zəngin dünyagörüşünə malik bir uşaqdır-dedi.Qarşımda ucaboylu, arıq bir oglanı gördüm .Tədbirdə ona çıxış verdik.Maraqlı çıxışı ilə diqqətimi cəlb etdi.Öyrəndim ki, adı Anar soyadı isə Rzayevdir.
Atası- Hüsaməddin Rzayev ali təhsilli mühəndis, anası Zahidə xanım tibb bacısıdır..Bacıları Anarə ali təhsilli bioloq , Çinarə isə ali təhsilli riyaziyyatçıdır.Əlbəttə belə ziyalı ailənin oglu da şübhəsiz ki, müəyyən bir sahədə fərqlənməli idi…
Anar 2003 -cü ilin 29 iyulunda Bakıda anadan olmuşdur..2008-ci ildən 26 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzində(hazırda 6 nömrəli UG İnkişaf Mərkəzi) bədii qiraət ilə məşğul olmuşdur.
2009-cu ildə Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbin 1- ci sinfinə qəbul olunmuş və orada 9-cu sinfi bitirərək, 2018- ci ildə Bakı Slavyan Universiteti nəzdindəki lisey kompleksində 10-11 -ci sinifləri oxumuş və 2020 – ci ildə həmin liseyin məzunu olaraq Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan İkili Diplom proqramına qəbul olunur. Hal – hazırda inşaat mühəndisliyi ixtisasının 4- cü kurs tələbəsidir.
Həmçinin Almaniyanın Nümberq şəhərində yerləşən” Almaniya- Türk Muzeyi”-nin Azərbaycan və Cənubi Koreya nümayəndəsidir.
Anar daim öz üzərində çalışır.Tarix , incəsənət,astronomiya,mədəniyyət , dil, ədəbiyyat və başqa sahələr üzrə maraqlı mövzularda zoom platforması üzərindən onlane beynəlxalq konfransların təşkilatçısı və moderatorudur.
“Karabağ”ın yeniden yapılmasında geneleksel mimerinin önemi”,”Matemağin zihinsel dünyası” ,” Yunis Emre’yi 8anlatmak”,”Garbi Azerbaycanın Türk Dünyasında Önemi”,”Azerbaycan mimari anıtları sanat eserlerinde”,” Hocalı Soykırımının 30 yıldönümü” konfransları məhz onun təşəbbüsü ilə keçirilmişdir.Bir çox ölkələrdən olan siyasətçilər , tarixçilər, sənətçilər,memarlar,yazarlar kimi tanlnmış ziyalılarla keçirilən konfranslar bütün iştirakçıların fəallığı ilə başa çatmışdır.Sonda fəal içtirakçılara Sertifikatlar təqdim edilmişdir.Hal- hazırda da belə konfransların keçirilməsi davam edir.
Eyni zamanda ölkədaxili bir çox dövlət tədbirlərinin,sərgilərin, şəhidlərimizlə baglı çəkilmiş filmlərin belə ki. – “Daşkənddən Qarabağa könül körpüsü” ,” Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə”,”Ümumtürk mədəniyyətinin inkişafında Şuşa şəhərinin rolu”,” Koreya- Azərbaycan üçuncü Humanitar Forumu”,” Kulturologiya və insan kapitalı”tədbirlərinin;”Qurama”,”Əcdadların izi ilə”sərgilərinin,’ “”Vəsiyyət”,” Şahdağ , cavab ver!”filmlərinin iştirakçısı olmuşdur.
Bu proqramlarla bağlı bir sıra məqalələri həm yerli mətbuatda,həm də xarici mətbuatda dərc olunmuşdur.Belə ki “Nizami Gəncəvi Dühası”adlı məqaləsi Türkiyənin Türkelimedya,com,Tum 1 haber.com və Azərbaycanın Azadmedia.az,Anmedia.az,Sabaha- inamla.az mətbuatlarında dərc olunmuşdur.
Hazırda konfranslar 423 nəfəri birləşdirən “Türk Bilgi Platforması 2 ” – qrupunda davam etdirilir.Bu maraqlı , faydalı elmi işlərin təşkilində və keçirilməsində Anar Rzayevə bol yaradıcılıq uğurları diləyərək , onu bir daha təbrik edirəm..

Müəllif: Nəzakət EMİNQIZI

DAMM – nin EŞ – nın sədri,””Yazarlar”jurnalının İƏ üzrə meneceri ,AJB-nın üzvü, yazıçı- publisist.

NƏZAKƏT EMİNQIZININ YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fəridə Abdul – Allahla aramda.

Allahla aramda

Mən bu dünyadan yaman bezmişəm
Aynada əksimdə talan sezmişəm
Doğmamı ağladan,düşmənə gülən,
Həyatın gözündən yaman düşmüşəm.
Dinləmə, eşitmə,görmə,duy məni
Bütün hisslərimi,oxu sən barı
Sən təzə açılan gözəl çiçək ol,
Mən səndən bal alan kiçik bir arı.
Bu zindan qəfəsdən qurtar sən məni,
Sən aç kilidini, sən aç simini
Mənə qanad ver,qoy uçum gedim
Sənə salam deyənə mən səni verim
Sən gül üzümə bir uşaq kimi
Baxışaq bülbüllə,göy qurşaq kimi
Rənglənim səninlə,dirilim,ölüm
Mən sənin qoynunda vətənə dönüm
Mən səninlə yaranım, sənə yol tapım
Bütün varlığımla mən sənə tapım
Başımdan beynimi, qəlbdən qəlbimi
Mən sənin adınla büsbütün atım.

Müəllif: Fəridə ABDUL

FƏRİDƏ ABDULUN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc. Gölge!

Gölge!

Yolda üzgün üzgün yürürken peşimden gelen bir gölgeyi ezdim.
Ayaklarımın altında kırık dallar gibi ezildi.
Ayaklarımın altına baktım, yara ya da kan lekesi yoktu.
Gölgeye sordum, neden benimle yürüyorsun?
Senin gezgin gölgenim dedi
Eğer sen benim gölgemsen, ben kimim burada, kim gerçek, sen mi ben mi?
Zaman akar, varlık akar dedi, akmayan büyük ustalıklardır. “Senden iki adım öndeyim” dedi.
Gölgeyi defalarca ezdim
Onu o kadar çok ezdim ki hayatımda hiç bu kadar acı hissetmemiştim.
İçimde bir ateş gibi yanıyordum.
Ben çok incindim, o çok incindi.

15/08/2023-Paris

#carolinelaurentturunc

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“QAYIT, GƏL!” – İgid döyüşçü Hacı Əkbərin səngər gündəliyi – Şamil Namaz

“QAYIT, GƏL!”

İgid döyüşçü Hacı Əkbərin səngər gündəliyi

Düşmənə igid tək sinəsin gərən,

Hər bir əsgərinin qədrini bilən.

Döyüşdə Sənan tək oğul itirən,

Vuruşan Əkbəri tap, Qarabağda,

Atını dördnala çap, Qarabağda.

Akif Hüseynli

Qısa arayış: Rüstəmov Əkbər Məhəmməd oğlu 1947-ci ildə Ağdam şəhərində doğulub. Rayon 3 saylı orta məktəbin səkkizinci sinfini bitirib. Daha sonra elektrik montyoru ixtisasına yiyələnib. Bakı-Sənaye Pedaqoji İnstitutunu bitirib. Ağdam Uşaq-Gənclər İdman məktəbində məşqçi-müəllim vəzifəsində çalışıb. Dəfələrlə sambo güləşi üzrə çempion olub. O, Ağdam icra hakimiyyətinin şəhər nümayəndəsinin sədr müavini işləyib. Bakıda idman məktəbində çalışıb. Hazırda pensiyaçıdır. I Qarabağ mühaibəsi veteranıdır.

Əkbər Rüstəmovun I Qarabağ savaşı illərində torpaqlarımızı Ermənistanın hücumlarından qorumaq, üçün fəaliyyəti necə-necə kitaba sığmaz. Əkbər müəllim yaxşı publisistdir. Şəhid Sənanın atasının “Qayıt, gəl!” kitabı müəllifin oxucularla dördüncü görüşüdür. Bundan əvvəl “Qalx, ayağa, Vətən oğlu”, “Qapımı Vətən döydü”, “Vətən kitabı” əsərlərini çap etdirib.

Bu kitabı da maraqla oxudum. Bu əsər birinci Qarabağ müharibəsi dövründə – milli ordunun ilk yaradılışı dövründən atəşkəsə qədər bir müddəti, eləcə də son illəri əhatə edir.

O dövrdə, yəni 90-cı illərin əvvəllərində ilk ordumuz yaranmağa başladı. Milli Qəhrəman Şirin Mirzəyevin fəaliyyətindən də bu kitavda söz açılır. Bu illərdə Ağdamda ilk batalyonlarda fəaliyyətə başladı. 845 saylı olayın komandir müavini Ə. Rüstəmov övladları-Sənan, Sarvan, Kənan ilə birlikdə erməni qəsbkarlarına qarşı mərdliklə vuruşub. Sənan Hacı Əkbər oğlu 1992-ci ildə Ağdamın Abdal-Gülablı kəndlərinin müdafiəsi zamanı qəhrəmanlıqla şəhid olub. “Qayıt gəl!” kitabında bu illərin döyüş səhnələri, əsgər yoldaşların vətənpərvərliyi, vətən segvisi hərarətlə əks olunub.

Esse və məqalələrində emosionallıq var. Qələbədən xeyli əvvəllərdə “Qarabağ”, “Ədalət”, “Ana torpaq” və s. qəzetlərdə dərc olunmuş yazılara da rast gəlirik. O, Vətən torpağının müqəddəs güşəsi olan Qarabağın erməni qəsbkarlarının caynağından xilası üçün çağırış edirdi. Hacı Əkbərin “Hey, hey, irəli, milli ordu əsgəri!”, “Nə deyim”, “Vətən torpağı”, “Şəhidi ağlamazlar”, “Müharibə və ya nəslin sınağı”, “Haqqın yolu” və s. həm kövrək, həm dəyanətli ürək yanğısı ilə qələmə alınmış yazıları maraqla oxunur.

Əkbər müəllim döyüş yoldaşlarının obrazlarını əks etdirir.

“Sağ ol, Babək!” yazısı daha çox xoşuma gəldi. Müəllif qeyd edir ki, Babək Quliyev bir əlində video-kamera-foto aparat, o biri əlində avtomat tutub səngərlərə atılmışdı.

Bu kitabda şəhid olmuş oğullarımız kövrək hisslərlə xatırlanır. “Məktub” essesinin bədii dili çox emosionaldır. Səngərdə məktub alan döyüşçü yazır: “Bu məktubu hər kəs oxumalıdır. Qeyrətlilərin hamısı birlikdə oxuya-oxuya döyüşə atılmalıdır”

Hacı Əkbərin yazıları rəngarəgdir. “Əlvida, Vətən oğlu”, “Şəhidi ağlamazlar”, Vətən torpağı və digər publisistik qeydləri maraqlı oxunur.

Abdal-Gülablı vertolyotdakı pilotu xilas edən Sənan Əkbər oğlunun igidliyi haqqında yazarkən həyəcanını gizlədə bilmir.

“Bir neçə saatdan sonra pilotun birini azad etdilər. İkinci pilotu azad etmək cəhdi baş tutmadı. Düşmən gülləsi Sənanın sinəsini parça-paça etmişdi”.

Sənanın son sözü daha təsirlidir: “Qəm yemə, komandir. Onsuz da düşməndən qisasımı almışam. Atama, anama, deyərsiniz ki, məni ağlamasınlar, axı şəhidi ağlamazlar”.

23 iyul 2013-cü ildə qələmə alınmış “Qayıt, şəhid ruhları sevinsin” yazısı daha çox emosional, kövrək və inamlı təsir bağışlayır. Kitabda 1993-cü ilə kimi cəbhə xronikası verilib.

Müəllif öz publisist yazılarında döyüş yolunun anlarını xatırladır, o vaxtlar uduzmağımızın səbəblərini araşdırır, tezliklə qələbə olacağına inanır.

Hissiyyat, səmimi duyğular, birliyinə çağırış bu kitabın məziyyətləridir.

Hacı Əkbər canıyla, qanıyla bir çox yazılarıyla tarixə səyahət edir. Onun çağırış ruhlu yazılarının bir çoxu son illərdə mətbuatda çap olunub. Kitabda verilən “Yandırdılar Xocalını, yanır Xocalı, “Hansı yolla getməli”, “Döyüşçü Əkbərin bayatıları” və digər yazılar Vətən eşqiylə çırpınan bir ürəyin haray dolu həyacanlarıdır. Məsələn, bayatılarda o vətəndaş, Vətənsə vətənsiz qalan soydaşların ağrılarını əks etdirir. Bayatılarının biri daha kövrəkdir:

Vətənsiz ömrüm soldu,

Gözlərim yaman doldu,

Üç oğlumla döyüşdüm,

Sənanım şəhid oldu.

Hacı Əkbərlə şəxsi söhbətlərində qələbə sevinci var. O deyir ki, 2020-ci ildə qələbənin əldə edilməsi ürəyimi dağa döndərdi. Indi 76 yaşım var. Əgər erməni qəsbkarları yenidən baş qaldırsa, övladlarımla birgə döyüşə hazıram.

Bir qədər kitabın poliqrafik xüsusiyyətləri haqqında danışmaq istəyirəm. Kitab o illərdə çəkilmiş foto-şəkillərlə zəgindir. Nəfis tərtibat, üz qabığı, çap keyfiyyəti xoşagələndir. Üz qabığındakı rəngli rəsm işi Hacı Əkbərin nəvəsi Rəmzinin həyat yoldaşı Nigar Süleymanovanın əsəridir, əsərlərin ruhuna uyğundur. “Adiloğlu” nəşriyyatında buraxılmış kitabda ön söz çox maraqlıdır. Nəşrin redaktoru jurnalist, yazıçı-tərcüməçi Novruz İbrahimoğlu kitabın girişində yazır: “…Hacı Əkbərin insanlıq fəlsəfəsinin ruhu kitabın bütün səhifələrində aydın duyulur və dərk edilir”.

“Qayıt, gəl!” kitabı oxunduqca oxucu düşünür, təəssüratını başqalarıyla bölüşməyə çalışır. Müəllif onu təlqin edir ki, hər an torpaqlarımız qorumağa hazır olmalıyıq. Bəli, artıq Qarabağ azaddır.

Əkbər müəllim bu yaxın vaxtlarda işğaldan azad olunmuş Ağdama bir neçə dəfə gedib torpağı öpdüm deyir. O torpağa şəhid oğulların qanı hopub. Mənfur düşmən yurd yerlərini xaraba qoysa da, tezliklə qurulacaq, o yerlərə qayıdacağıq.

“Azad Azərbaycan” televiziyasında “Ağdam və mən” verilişinə həmişə baxıram. Bu yaxınlarda Əkbər müəllim Ağdamda çəkilmiş tele-filmdə gördüm. O, oğlu Sənanın qəbrini ziyarət etdi.

Qarabağdan, Ağdamdan danış.

… Bu kitabı hamı oxumalıdır, təbliğ etməlidir. Yaxşı olar ki, “Qayıt, gəl!” Əsəri Yazıçılar Birliyində müzakirəyə çıxarılsın, təqdimatı keçirilsin. Arzu edirəm ki, Əkbər Rüstəmov jurnalistlər birliyinə üzv qəbul edilsin.

Nəhayət sonda kitabın müəllifinə uzun ömür, can sağlığı, qələbə ruhlu yeni yazılar qələmə almasını arzulayıram.

Şamil Namaz,

Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü

Zaur Ustac – Dağlar

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!


* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hacı Əkbər Rüstəmovun “Qayıt, gəl” adlı kitabı işıq üzü görüb

Hacı Əkbər Rüstəmovun “Qayıt, gəl” adlı kitabı işıq üzü görüb. Jurnalist-yazıçı-tərcüməçi Novruz İbrahimoğlunun redaktoru olduğu bu kitabda müəllifin səngər qeydləri yer alıb. N.İbrahimoğlunun “Ölümün ağuşunda doğulan düşüncələr” başlıqlı ön sözdə qeyd etdiyi kimi, “Qayıt, gəl” kitabı bir əlində silah, bir əlində qələm tutan Hacı Əkbər Rüstəmovun səngər qeydlərindən yaranıb.

Türk dünyasının bir əlində qılınc, bir əlində qələm tutan qəhrəmanlarının çox olduğunu xatırladan N.İbrahimoğlu Hacı Əkbər Rüstəmovun bu qəhrəmanların ardıcıl statusunu əməlləri və qəlb ilə qazandığını vurğulayır və onun gördüyü dəhşətlərdən doğan hayqırtıları toqquşan nəhəng buludların nərəsindən yaranan enerji qədər güclü və yaxşı mənada dağıdıcı olduğu qənaətinə gəlir.

Birinci Qarabağ müharibəsində vətənin müdafiəsi uğrunda döyüşən Hacı Əkbər Rüstəmov “Qayıt, gəl” kitabında şahidlik etdiyi və iştirakçısı olduğu hadisələrdən bəhs edir.

N.İbrahimoğlunun qeyd etdiyi kimi, kitabda toplanmış qeydlərin maraq doğuran məqamlarından biri müəllifin xəyal və xatirələri, vətəni və istəkləri ilə tez-tez ədəbi personaj qismində mükaliməyə girməsidir: “Bu cür ədəbi tryuk fikrin dəqiq izahı üçün əhəmiyyətli rol oynayır. Kitibda eyni fikrin eyni sözlərlə dəfələrcə ifadə edilməsi təkrarçılıq yox, dərddən çatlayan və vətən sevgisindən alovlanan bir qəlbin çırpıntılarıdır. Qarabağ müharibəsinin xronikası Əkbər Rüstəmovun yaşadığı həyatdır. O, şahidlik etdiyi, yaxud iştirakçısı olduğu hadisələri bütün çılpaqlığı ilə oxucuya danışır və açıq mühakimələri ilə dünyanı silkələyir: müharibə arzulamayın, ancaq ondan qaçmayın, ölümdən qorxmayın, ancaq ölümə təslim olmayın, insanları sevin, ancaq insanlığın düşmənlərinə nifrət edin, vətəni sevin və üzərində ilk addım atdığınız torpaqdan heç vaxt qopmayın, ədalət uğrunda vuruşun və bu yolda məğlub olmağı bacarmayın! Hacı Əkbərin insanlıq fəlsəfəsinin ruhu kitabın bütün səhifələrində aydın duyulur və dərk edilir. Buna görə də yazılarda şəlalə tək çağlayan vətənpərvərlik hissinin bədii-estetik təsir qüvvəsi kifayət qədər güclüdür”.

Kitabda Hacı Əkbər Rüstəmovun “İrəli, hey irəli, milli ordu əsgəri!”, “Qalx ayağa, vətən oğlu”, “Sağ ol, Babək”, “Vətən”, “Biz qalib gəlmək üçün vuruşurduq”, “Vətəni azad etməliyik”, “Hər gecə yuxuma girir Qarabağ”, “Vətən yanğısı”, “Ana torpağı qoruyan ölməz” və digər başlıqlı yazıları daxil edilib. Müəllifin müxtəlif illərdə qələmə aldığı bu yazılarda xalqımızın heç zaman unutmayacağı Birinci Qarabağ müharibəsinin dəhşətləri, vətənin müdafiəsinə qalxan igid oğullarımızın çətin və eyni zamanda şərəfli mübarizəsi, o illərdə erməni cəlladlarının işğalına məruz qalan torpaqlarımızın itkisindən doğan ağrı-aclar, yurd nisgili və ötən illərin əzabları öz əksini tapıb.

Qeyd edək ki, Hacı Əkbər Rüstəmov “Qalx ayağa, vətən oğlu”, “Qapımı vətən döydü” və “Vətən” adlı kitabların da müəllifidir.

Elbar ŞİRİNOV