“ƏDƏBİ OVQAT” ədədi-bədii dərgisinin 10 (2023) sayı sözsevərlərin görüşünə gəlib. Bu sayda Firuzə Məmmədlinin, Əhməd Qəşəmoğlunun, Sevinc Qəribin , Flora Nacinin, Səadət Məftunun, Zaur Ustacın, İldırım Əlişoğlunun, Vahid Çəmənlinin, Vüsal Ağanın şeirləri, Təranə Məmmədin “Sual”, Vaqif Osmanovun “Qumru xoşbəxtliyi”, Rəna Nəcəfqızının “Dünya yaxşılardan xali deyil” hekayələri, professor Fuad Məmmədovun “Nizami Gəncəvi – ruhi mədəniyyətin böyük yaradıcısı”, Aygün Yaşar Cəfərovanın “Zirəddin Qafarlı: “Dərdlərim dən bağlayıb” ədəbi təhlilləri, Aleksanra Azima Reynhardtın “Təsadüflərin qanunauyğunluğu” essesi, Rəfail Tağızadənin “Son kadans” (Zəfər bayramı düşüncələri) çap olunmuşdur.
Artıq dərginin Azərbaycanın ayrı-ayrı bölgələrinin söz mühitinə “səyahət”i ənənəyə çevrilmişdir. Bu sayda AYB-nin Şabran Bölməsinin söz adamlarının yaradıcılığından nümunələrə geniş yer verilmişdir. AYB-nin Şabran Bölməsinin sədri Aydın Tağıyevin “Sözün sehri” icmal-yazısında Şabran Bölməsinin ədəbi tarixi işıqlandırılır.
Şabrandakı Xaqani Poeziya Evinin müdiri şairə Ay Bəniz Əlyarın təşəbbüsü və təşkilatçılığı ilə sözsevərlər Şabran, Siyəzən və Xızı rayonlarının şair və yazıçılarından Qafar Süleymanın, Ay Bəniz Əlyarın, Nəcməddin Mürvətovun, Sevinc Məmmədovanın, Bayram Novruzun, Məzahir Zeynalın, Zakir Bayramlının, Gülnar Zakirqızının, Günəş Hüseynin, Gülarə Şabranlının, Güləli Bağbanın, Müşfiq Qəribin, Əşrəf Dağlının, Qızqayıt Mahmudovanın, Nərminə Yunisin, Əziz Giraminin, Tural Coşqunun, Rəşad Məmmədovun şeirləri, Mehrəli Qulunun təmsilləri, Aynur Nurlunun “Rahat uyu” poeması, Vüsalə Anarın “İstək” hekayəsi, Aydın Tağıyevin “İmtina”, “Əkizlərin nağılı”, “Xal” hekayələri ilə tanış ola bilərlər.
Dərginin saylarını 28 MAY metrostansiyasının yanındakı “Kitabevim.az” kitab mağazasından (dəmiryol vağzalının, dəmiryol xəstəxanasının yanı) əldə edə bilərsiniz.
Dərginin üz və arxa qapağını dərginin rəssamı rəssam-şair Sehran Allahverdinin “Nur seli” əsəri bəzəyir.
Oxucularımıza uğurlar arzulayırıq.
MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİl
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru