Rafiq Yusifoğlu – Var…

HƏR ŞEYİN TEZİ, GECİ VAR

Adamlar cürbəcür olur,
Ağıllsı var, gici var.
Yüz yağışdan quru çıxan
Fırıldağı var, bici var…

Sevgi mum edər dəmiri,
Həsrət köz edər kömürü,
Yalanın qırx gündü ömrü,
Həqiqətin fil gücü var…

Bahar gələndə qış gedər,
Sevgi gələndə huş gedər,
Neçə dəyirman işlədər,
Göz yaşında sel gücü var…

Bitmir fələyin oyunu,
Tanıdıq qurdu, qoyunu,
Vüsalın qıl kimi buynu,
Ayrılığın ülgücü var…

Bir təmizcə ad bəsimdi,
Ürəyim qırılmış simdi,
Hamı biləcək kim kimdi, –
Hər şeyin tezi, geci var…

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir