Bu gün Fazil Aydının doğum günüdür – Təbrik!

Bu gün tanınmış şair Fazil Aydının doğum günüdür. Doğum günü münasibətlə “Yazarlar” jurnalı olaraq, şairi təbrik edir və müxtəlif illərdə qələmə aldığı şeirləri təqdim edirik:

Söz

Bu eşq odsa- qəlb isinə,
Tükənməyən sevgi- sinə.
Sevilən qız, sevgisinə-
Baxışından naz çıxardır.

Yüzü satan, biri alan,
Hünərin var yaşa, dolan!
Haqq tapdanır, haqqı olan-
Yanağından köz çıxardır!

Zülm bizə qucaq açdı,
Hamı yolda- qaçhaqaçdı.
Biri toxsa, mini acdı-
Çörək tapmır, toz çıxardır!

Yazıq Fazil, axşam- səhər,
Öz içindən çəkir qəhər.
Tutub qələmdən bir təhər-
Söz içindən söz çıxardır!…

Meşəlikdə nə qaldı kı?

Boş xəyalla yaza döndük,
Arzumuz çox, aza döndük.
Ələnməkdən toza döndük-
Bu ələkdə nə qaldı kı?

Sevgi üçün, saxta andıq,
Bu dünyada biz nə qandıq?
Ucuzlaşıb parçalandıq-
Cəmdə, təkdə nə qaldı kı?

Ömür yolundan bəllidi,
Şair sevgiyə zəlidi.
Hər bir günüm zəlzələdi-
Ev- eşikdə nə qaldı kı?

Bir oda yox, yatmaq üçün,
Bir ürək yox, batmaq üçün,
Bir ağacdan tutmağ üçün-
Meşəlikdə nə qaldı kı?…

Yüyürüb çatanda vaxta adamlar

Ölüb öz içində bir az yaşlılar
Uçur başımıza qəlbi daşlılar.
Bizə qəbir qazır bu rus başlılar
Bizə kəfən biçir taxta adamlar!

Oyan bu yuxudan gəl çırp qarını
Gözləmə namərdin etibarını.
Satır namusını, satır arını
” Kişi” bildiyimiz axta adamlar

Günəş zülmətləri qovar, öyünməz,
Qurda bax, öz qurdun haqqını yeməz.
Yetimi, yesiri udar, of deməz-
Hər gün bir don geyən saxta adamlar.

Mən qara buludam, boşalım, dolum,
Oyanıb durmuşam Vətəndir yolum.
Ya ölüm deyəcək, yadakı, olum-
Yüyürüb çatanda vaxta adamlar…

  

YOL ÇƏKİRƏM

(Doğum günümə bir şeir)

61- də göz açdım,
bu dünyadan tutub acdım.
62 pillədən keçdim,
yağa- yağa yol çəkirəm.

məkan böyük, insanlar az,
dincəlməyir ruhum bir az
mən həm Kürəm, həm də Araz,
axa- axa yol çəkirəm.

yolum üstə durub yağı,
tutmaq istər solu- sağı.
şeytan gözlü qaranlığı
boğa- boğa yol çəkirəm.

günə bənzər baxışın var
əritməyə sərt qışım var
daşdan keçən yoxuşum var-
ucalığa yol çəkirəm…

Şeirlərin üəllifi: Fazil Aydın



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir