Fazil Aydının şeirləri

Getmək istəyirəm mən bu şəhərdən

Getmək istəyirəm, mən bu şəhərdən ,
Gedirəm Allahın baxdığı yerə,
Gedirəm Günəşin çıxdığı yerə,
Gedirəm həsrətin yıxdığı yerə,

Getmək istəyirəm mən bu şəhərdən,
Kürün sularında günah yuyaram,
İçimi yandıran çox ah yuyaram,
Günahım vardısa Vallah yuyaram

Burda saxtalıqdan şəhər salınıb,
Min üzli adamdan abır alınıb.
Qalmayıb dözümüm səbrim talanıb-
Getmək istəyirəm mən bu şəhərdən!

Paklığda yuyunub şehdə gəzərəm,
Gecənin bağrında mehdə gəzərəm,
Elə ölənəcən kənddə gəzərəm,
Gedirəm saflığın olduğu yerə,
Birdə qayıtmaram mən bu şəhərə!…

Ölümlərdən keçir bu yol

Hara baxsan hey savaşdı,
Orda qandı, burda yaşdı,
Solum dərddi, sağım yaşdı-
Bölümlərdən keçir bu yol!

Tələsirsən yolmu açıq?
Arzum daha ömrümdən çıx,
Göyüm yağış, yerim palçıq-
Zülümlərdən keçir bu yol!

Günəşəcən bitən qalsın,
Zirvəyəcən yetən qalsın,
Qoy mən ölüm Vətən qalsın-
Ölümlərdən keçir bu yol!…

Sözündən asırlar düz adamları

Birimiz qarayıq, birimiz ağıq,
Birimiz təpəyik, birimiz dağıq,
Birimiz ölüyük, birimiz sağıq,
Sözündən asırlar düz adamları!

Birisi ən uca zirvəyə hakim,
Göyün daşlarını kim saxlayar, kim?
Kasıb can verirsə neynəsin həkim?!
Aca qılınc çəkir öz adamları!

Hər addım məngənə , acgöz əşdaha,
İsmətdən doğulan yaşamır daha.
Yaşamaq istəsən qızıldan baha
Oğru böyüdürük biz adamları!

Vaxtsız ilk payızın gülü üşüyür,
Qərib məzarlarda ölü üşüyür,
İçində bahar var , çölü üşüyür-
Tanrı bəndəsinin söz adamların!…

Duz göndər Allahım, duzumu yoxdur

Bahardan əl çəkib biz qışı gördük,
Əyilməz dağların belini bükdük,
Duza həsrət qalan şitdən də şitik-
Duz göndər Allahım , duzumuz yoxdur!

Yayı soyuq bildik kürkin içində,
Çöllərdə yaşadıq sürgün içində.
Min dəfə ölürük bir gün içində-
Ölüb ümüdimiz arzumuz yoxdur!

Gözləyib həyanı küsli deyilik,
Dağları titrədən səsli deyilik,
Elə bil Koroğlu nəsli deyilik-
Daha dil- dil ötən sözümüz yoxdur!

Hara aparırsan hara yolları,
Vaxtsız- vaxtsız hördük gora daşları,
Yollardan yığmağa qara daşları-
Çoxumuz tükənib azımız yoxdur!…

Şamaxı – 2023.

Müəllif: Fazil Aydın

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

BİR ADAM YOL GEDİR BİZDƏN UZAQDA

BİR ADAM YOL GEDİR BİZDƏN UZAQDA

Bu gün böyük şair, böyük qardaş Məmməd İsmayılın doğum günüdür. Şairlik taleyin ən ağır yüklərindəndir. Yəni dünyada baş verən hər müşkülə görə ağrımaqdan, özünü hamıdan öncə günahkar bilməkdən böyük dərdmi, məşəqqətmi var?! Şərq əsl şairləri heç zaman sevməyib. Onların külliyatını və adını coğrafi mədəniyyət tarixindən çıxarsan, orada psixikası pozğun beş-on hökmdardan savayı heç nə qalmaz. Neçə ki, başda Nizami, Füzuli olmaqla şairlər etiraza qalxıb özlərini mədəniyyət tarixindən silməyiblər, Məmməd İsmayılın bənzərsiz poetik irsi Azərbaycan ədəbiyyatında yaşayacaq. O, səksən illik həyatında bir-iki şeir toplusundan və bir ovuc dostdan savayı heç nə qazanmayıb. Düşmənləri haqda heç nə demək istəmirəm: onlar qazanc deyil, onlar itki də deyil… Onlar izafət tərkibli həmin o Şərqdir. Əbədi və məğlubedilməzdirlər. Sadəcə, biz hərdən bunu başa düşmürük.
30 ildir yol gedir bizdən uzaqda. Hər addımda öz sənət məğlubiyyətindən bizə pay ayırır. Payın çox olsun, Məmməd İsmayıl! Yüzə nə qaldı ki?!

Müəllif: Səfər Alışarlı


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Yasəmən ətri

–Yenə dəliliyin tutub deyəsən. Öz-özündən küsmüsən.Bəlkə səbəbini deyəsən bu incikliyin.Fikirləşə-fikirləşə qalmışam ki, görəsən harda düz etməmişəm? Beynim dağılacaq vallah düşünməkdən.
Heçnə olmayıb .Həmişəki halımdı. Nə etməliyəm ki?Yolun ortasında boynuna sarılmağımı gözləmirsən hər halda. _Həmişəki halın deyil.Görmürəm ki, əməllicə küsmüsən.Danışanda heç üzümə də baxmırsan. Bir də ki..Bir də ki, boynuma sarılanda nə olar ki? Adam sevdiyindən heç nəyi əsirğəməz. __Yox bir.Bircə o qalmışdı. __Nədi?İstəyirsən mən qucaqlayım səni.Elə küçənin ortasında, adamların içində.Qoy bilsinlər ki, səni necə sevirəm. __Yox,yox.Sən Allah bir az uzaq dur məndən. Tanış bilişdən görüb eləyən olar. Sonra heç kimin ağzını yuma bilmərik. __Görsünlər də.Sən ki, mənimsən. Nədən qorxursan? __Qorxmaq deməzdim. __Darıxma , az qalıb. Hərbi xidməti bitirən kimi elçilər sizdədi. __Eh… Oğlan daha dözmədi.Əl atıb qızın saçlarını qarışdırdı: __Saçların üşüyür. Buz kimidi. __Hmm. __Nə hmm? Üşüyür saçların. Nə qədər sığalsız, tumarsız qalacaq bu saçlar? Qaşqabağın yerlə gedir. Nə olub e, sən Allah? İndi nə etmişəm? __Dedim ki, heç nə olmayıb. Nə çox sual verirsən? Yorğunam sadəcə. __Niyə yorğunsan? Nə iş görmüsən ki, belə yorulmusan? __Ruhum yorulub. __Niyə yorursan axı ruhunu? Sənə deməmişəm ki, hər şey gözəl olacaq? __Heçnə gözəl zad olmayacaq. Özünü də, məni də aldatma. __Olacaq.Mənə güvən. __Nə bilim. İki saatdı fırlanırıq bu küçənin başına. Gedək evə.Gecdi daha. __Bezdin məndən? Saatı sayırsan bayaqdan? __Yox. Saatı filanı saymıram. Deyirəm ki, gecdi daha. Həm də hava soyuyur. Payız özünü göstərir artıq. Üşüyürəm. __Pencəyimi verim geyin.Mən üşümürəm. __Yoox. Evə gedək. __Yaxşı, dəli qız. Gedək. Səni taksiylə yola salacam.Özüm piyada gedəcəm.Gəzə- gəzə getməyi sevirəm. __Yaxşı. Oğlan yolun qırağında dayanmış , bayaqdan səbirsizliklə sərnişin gözləyən sürücülərin birinə yaxınlaşdı.Qızın gedəcəyi yeri tarif etdi.Sürücü böyük məmnuniyyətlə razılaşdı. Qız maşına oturdu.Birdən oğlan nə fikirləşdisə bir göz qırpımında keçib qızın yanında oturdu. __Sən niyə ?Bəs demədin piyada gedəcəm? İstəmədim tək gedəsən. Darıxdım həm də.
Hiss olunurdu ki, qız da sevinir. Gözlərindəki bütün incikliyi keçib getmişdi. Ürəyinə sakitlik çökmüşdü. Oğlan qızın əlindən tutdu.
_
Əlin də buz kimidi. Bu gün sənə nə olub? Xəstə filan deyilsən?
Qız oğlanın səsindəki titrəyişdən onun narahat olduğunu anladı . Sevindi. Amma bunu oğlana hiss etdirmədi:
Yox. Əli soyuq olanın ürəyi isti olur. Narahat olma. _Nə demək istəyirsən?Mənim əlim istidi.Bu o deməkdi ku, ürəyim soyuqdu? __Yoox.Elə demək istəmədim. Sən də sözdən söz çıxarırsan. __Sənin sözündən elə çıxır da. Nə ətri vurmusan?Saçların çiçək qoxuyur. __Yasəmən ətri. __Olar qoxulayım saçlarını? __Olmaz. __Niyə? __Elə. Maşın düz binanın qarşısında saxladı. Qız sağollaşıb maşından düşdü. O çıxıb getsə də ətiri içəridən getmədi.Yol boyu oğlan bu ətiri qoxulaya-qoxulaya qaldı. Yenə ürəyi dözmədi.Qızın səsini eşitmək istədi birdən-birə. Bu dəli istəklə də qızın nömrəsini nə vaxt yığdığından xəbəri olmadı: __Alo. Çatdın evə ? Necəsən indi? Üşümürsən?
Hə, çatdım.Yox , ev istidi. Üşümürəm. Sən hələ taksidəsən? __Hə. İndi mən üşüyürəm. Gördün?Dedim axı, havalar soyuyub.İnanmırdın mənə.
_
Çıx eyvana.Yağış yağır.
__Burda yağmır.
__Hmm.
__Məni gözlə ha. Az qalıb.
__Bu nə sözdü.
__Hər şeyin gözəl olmağına.
__Yaxşı.
….Güllələrin səsindən heç nə eşidilmirdi. Başının üstə dayanıb həyəcanla nəsə danışan yoldaşlarına halsız-halsız baxırdı.Dodaqlarının açılıb yumulduğunu görürdü sadəcə.Qulaqları batmışdı elə bil. Yaralıydı deyəsən.Amma ağrısı yox idi. Keyimişdi bütün bədəni. Qəribə bir ağırlıq çökmüşdü üstünə.Birdən qaranlığın içində gözlərinin qabağında ulduzlar oynamağa başladı.Rəqs edirdilər əməllicə. Yox, yox, yuxu deyildi. Həm də necə işıqlıydı bu ulduzlar, ilahi..Yüngülləşirdi getdikcə.. Özünü quş kimi hiss edirdi.Sonra hardansa burnuna yasəmən ətri doldu.Bütün qüvvəsini toplayıb bu ətri ciyərlərinə çəkdi.
…Qız yuxudan dik atıldı.Qalxıb yerinin içində oturdu. Əsim-əsim əsirdi.Bütün bədəni lərzəyə gəlmişdi. Gecə lampasının işığında gözü çarpayıyla üz-üzə dayanmış güzgüdə özünə sataşdı. Qorxdu.Gözünü güzgüdən çəkdi. Ürəyi ağzına gələcəkdi sanki. Tumbanın üstündən telefonunu götürdü. Saata baxdı.Hələ səhərə bir ömür vardı.

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

QULU AĞSƏSİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“İrəvan” futbol komandası azarkeşlərinə növbəti qələbə sevincini yaşada bildi.

“İrəvan” futbol komandası azarkeşlərinə növbəti qələbə sevincini yaşada bildi.

Xəbər verdiyimiz kimi futbol üzrə Azərbaycan I Liqasında 7-ci turun oyunları keçirilir
Bu gün “İrəvan” futbol komandasının Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda “Mingəçevir” futbol komandası ilə oyunu baş tutub.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “İrəvan” komandası 2:0 hesabı ilə “Mingəçevir” futbol komandasını məğlub edib.
Xatırladaq ki, “İrəvan” futbol komandasının baş məşqçisi Nazim Süleymanovdur.” İrəvan ” futbol komandası azarkeşlərinə növbəti qələbə sevincini yaşada bildi.

Oyunu izləyənlər sırasında “İrəvan” FK -nın İdarə Heyətinin sədri Zülfüqar Kazımov , klubun prezidenti Zahid Niyazəliyev, vitse-prezidentlər Həsən Həsənov və Canbaxış Hüseynov da olub.

Mübariz Ağaxan oğlu Süleymanlı,

“İrəvan”FK-nın Mətbuat Xidmətinin rəhbəri.

MÜBARİZ SÜLEYMANLINLN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Məmməd: – Üç dostun bir sevgisi

Bu gün növbəti dəfə sizə təqdim edəcəyim hekayənin qəhrəmanının nə az nə çox düz 70 yaşı tamam olur. Bəli! Bu hekayənin canlı qəhrəmanı var. Hekayədəki Vüqar adlı cavan oğlanın prototipi tanınmış jurnalist, birinci Qarabağ müharibəsinin odlu-alovlu günləri haqda operativ məlumatları cəbhə bölgələrindən xalqa çatdıran, Azərbaycanı,doğma Qarabağı canından artıq sevən, uzun illər həmkarım olan Xüsusi Xidmət orqanlarının mayoru mərhum Oqtay Əliyevin qardaşı, ailəmizin yaxın dostu İrşad Əliyevin oğlu Adil İrşadoğludur!
Adil müəllimi yubiley münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm!
Adil müəllimin gözəl ailəsi, tərbiyəli övladları var. Şəxsiyyətinə, gözəlliyinə, həkimliyinə və insani cəhətlərinə çox hörmət bəslədiyim həyat yoldaşı Yeganə xanımla birlikdə xoşbəxt həyat arzu edirəm ona!
Adil,təbrik edirəm!
Qələbə ilində 70 illik qeyd etməyin özü də bir xoşbəxtlikdir!
Yeni yaşın mübarək!

Üç dostun bir sevgisi

Sehirli gül butasıdı ,
Daş üstə də açasıdı,
Sevginin ən ucasıdı,
Vətən sevgisi !
Gəray Göyyurd .

Universitetin İkinci kursunu bitirirdim. Ərəb dilindən imtahan verirdim o gün. Tələbə yoldaşlarımdan ayrılıb boş bir otaqda biletlərin suallarını təkrar edirdim. Oturduğum otağa bir cavan oğlan daxil oldu.

  • Burda otursam sizə mane olmaram?-deyə soruşdu.
    -Yox. Buyurun, – dedim.
    O, arxada oturdu, başını aşağı salıb dəftərindən nəsə oxuyurdu. İmtahan ərəfəsində o qədər həyacanlı idim ki, onun mənə verdiyi sualı eşitmədim və çönüb ondan:
  • Nəsə dediniz? – soruşdum.
  • Dedim ki, bakılısınız?
  • Xeyr.
    Mən yenə gözlərimi kitaba zillədim.
  • Bəs haralısınız?
    Mən arxaya çönüb gülümsündüm və:
    -Yenə nəsə dediniz? – deyə soruşdum.
  • Dedim ki, bəs haralısınız?- deyə o da gülümsündü.
  • Anam şuşalıdır. Atam ağdamlı.
  • Ola bilməz!
  • Niyə?
  • Çünki mən də şuşalıyam.
  • Doğrudan?
    Beləliklə, biz tanış olduq. Mən o qədər sevinirdim ki, elə bil qohumlarımdan kiməsə rast gəlmişdim.
  • Mən 4 cü kursda oxuyuram, Hüquq fakültəsində. Adım Ümiddir,- deyə oğlan mənə tanışlıq verdi.
  • Mənim adım Gülərdir. Şərqşünas olacam əgər bu gün imtahanı verə bilsəm,- deyə mən də tanışlığı qəbul etdim.
    Bir qədər sonra yenicə tanış olduğum həmyerlimlə sağollaşıb imtahana getdim.
    Sonralar onu bir daha görmədim.
    O, məndən yaşca böyük və ilk baxışdan çox ciddi bir oğlan kimi qaldı yadımda.
    Həmin yay biz Şuşaya istirahətə getdik.
    Atamın dostları bizi həmişə Şuşada o qədər gözəl qarşılayırdılar ki, günlərin necə gəlib necə getdiyini hiss etmirdik.
    Bu dəfə ecazkar Şuşada bizi həm də qohumlar gözləyirdi.
    İlk getdiyimiz və orda qalacağımız yer qohumlardan birinin evi idi.
    Biz təzəcə yerləşmişdik ki, ev telefonuna zəng gəldi.
  • Evin sahıbəsi mənə baxaraq:
  • Gülər, qızım, səni telefona çağırırlar.
  • Hamı mənə baxdı.
    Bir qədər özümü itirib:
  • Siz səhv edirsiz. Mənə kim zəng edə bilər?
  • Deyir tələbə yoldaşıdı.
    Mən telefona yaxınlaşdım.
  • Vətənə xoş gəldiniz, Gülər xanım.
  • Bağışlayın…
  • Ümiddir.
  • Aaaa! Ümid. Necəsiniz? Biz indicə yerləşmişik hələ.
  • Bilirəm. Gördüm sizi gələndə. Sonra arxanızca gəldim. O evi tanıyıram. Ona görə zəng etdim. Bir gün bizə də dəvətlisiniz.
  • Çox sağolun.
    Mən dəstəyi yerinə asanda rəngim qıpqırmızı idi. Bilmirəm nədən.
    Evdəkilərin baxışları mənə zillənmişdi. Özümü bu yaranmış vəziyyətdən xilas etmək üçün dərindən nəfəs alıb:
    -Tələbə yoldaşımdır. Şuşalıdır, – dedim.
    Evdəkilərin bir saniyə sükutunu bizimlə gedən xalaqızı pozdu.
  • Gəlin sabah Çıdır düzünə gedək!
    Hamı elə bunu gözləyirmiş kimi sabahkı günün planını qurmağa başladı.
    Anam məni mətbəxə çəkib:
  • Kim idi zəng edən? – deyə soruşdu.
  • Mən onu cəmi bir dəfə görmüşəm, tanımıram. Dedi ki, şuşalıdır.
  • Qəribədir. Biabır olduq camaatın içində.
    Mən pərt olmuşdum, amma dəqiq bilirdim ki, heç bir günahım yoxdur.
    Hamı günorta yeməyinə hazırlaşırdı. Qarabağ aşının və gecədən qızların, gəlinlərin bükdüyü yarpaq dolmasının ətri aləmi götürmüşdü. Böyük şüşəbənd dolu idi qohum-əqraba ilə.
    Bakıdan gələcək daha bir adamı gözləyirdilər. Tezliklə həyətdə hay-küy eşidildi. Özünəməxsus səslə və sırf Qarabağ ləhcəsində danışan cavan bir oğlan həyət qapısından içəri girdi. İlk baxışdan kinoaktyor Nodar Şaşıqoğluya bənzəyən bu şən oğlan hər kəslə öz dilində danışırdı. O, diqqəti cəlb etdikcə özündən razı şəkildə pilləkənləri qalxıb bizə yaxınlaşdı.
    Hamı bu cavan oğlanı öpüb bağrına basırdı. Düzü özüm də anlamadığım qısqanclıq hissi yarandı məndə. Bu oğlan, mənim tanımadığım uzaq qohumum, gələcəyin jurnalısti Vüqar idi.
    Məclisimizin ağbirçəyi isə onun nənəsi idi. Nənə o qədər gözəl,mötəbər, təmkinli və yumorlu qadın idi ki, hamının sevimlisinə çevrilmişdi.
  • Nənəəə? Nətəərsən?- deyə o birinci nənəsini öpdü.
  • Yaxşıyam, ay bala, sən nətərsən?
  • Ay nənə, bu “firmenni” paltarı hardan almısan?
  • Nə paltarı?-deyə nənə sual verdi.
    Hamı gülüşdü.
    Beləliklə, bu yeni gələn cavan oğlan məclisi tam əlinə aldı.
    Sonra mən onun diqqətini cəlb etmək məqsədiylə:
  • Sabah Cıdır düzünə gedəcəyik. Siz də gedirsiniz?
  • O, sanki məni ilk dəfə görürmüş kimi düz gözümün içinə baxdı və:
  • Kim gedir?- deyə soruşdu.
  • Hamı.
  • Gedirəm! Cıdır düzünə getməmək olarmı?
    Gözüm kənardan bizə baxan nənəyə sataşdı. O altdan-altdan nəvəsinə baxıb fərəhlə gülümsəyirdi.
  • Get, nənə qurban, sən də get!- deyə nənə nəvəsinə göz vurdu.
  • Alınmır! Mənim sabah dostumla görüşüm var.Gözləyəcək məni. Atlara baxmağa gedəcəyik. Mən Şuşaya gəlib, Qarabağ atını çapmasam qayıda bilmərəm Bakıya. Atları çox sevirəm. Yəqin bu irsidir. Onda belə edərik, hamılıqla əvvəl dostumla görüşüb gedərik. İndi zəng edib deyərəm.
  • Kimdi, bala, o dostun? Denən gəlsin burda görüşün dayna,- deyə nənə müdaxilə etdi.
  • Yox, ay nənə, Ümid evinə qonaq çağırıb ey məni.
    Mən o qədər özümü itirdim ki,
  • Ümid?- deyə təəccübləndim.
  • Hə, Ümid mənim dostumdur. Qızıl kimi oğlandır. Hüquqşünasdır. Bu gün sabah prokurordur,- deyə qohumum yenə gülümsədi.
    Mən Ümidin kim olduğunu dərhal anladım, amma heç nə demədim. Ertəsi gün hamımız Cıdır düzünə getməyə hazırlaşırdıq. Səsimiz ətrafı götürmüşdü. Şuşanın füsunkar gözəlliyinə heyranlıqla onun unudulmaz küçələriylə addımladıqca içimizdə bir fərəh hissi çoşurdu sanki.
    Vüqar dostuyla görüşü Şuşa İncəsənət muzeyinin qarşısında təyin etmişdi.
    Onlar çox mehriban görüşdülər. Biz onlara kənardan baxırdıq. Birdən onlar bizə tərəf addımladılar.
  • Tanış ol! Qohumlarımdı hamısı. Bu qız isə şərqşünasdır. Bizim Univesitetdə oxuyur, – deyə Vüqar bizi tanış etməyə çalışdı.
  • Biz tanışıq, – deyə Ümid irəli addımlayıb əlini mənə uzatdı və:
  • Vətənə xoş gəlmisiniz, Gülər xanım! – dedi
    Mən sakit səslə:
  • Çox sağolun,- deyib geri çəkildim.
    Hiss etdim ki, qohumumun bu tanışlıq xoşuna gəlmədi. Düşündüm ki, gərək Ümidi tanıdığımı ona deyəydim dünən.Vüqar özünü ələ alıb dostuna bizimlə getməyi təklif etdi. Ümiddə çaşqın, lakin cox ciddi idi. O, bizimlə getmədi.
    Bu iki gəncin mənə münasibəti heç zaman dəyişmədi. Onlar indi də mənə hörmət və ehtiram bəsləyirlər.
    Şuşa, Cıdır düzü, təbiətin yarada biləcəyi ən möhtəşəm sənət əsəri! O çiçəklər, o ətir, o hava, o səslər sonralar uzun illər unudulmadı. Şuşada bitən ən gözəl çiçək Xarıbülbül yadıma düşəndə indi də kövrəlirəm. Məşhur Qırx pilləkən, Daşaltı, Topxana,Ərim gəldi qayası. Bu yerləri qarış-qarış gəzdik o yay. Dəfələrlə İsa bulağında olduq. Hətta Xan əmini canlı dinlədim mən Şuşada həmin il. Bilsəydim ki, bu Şuşayla son görüşümdür əyilib o daşlı küçələrindən öpərdim Şuşamın.Onunla vidalaşardım heç olmasa.
    Vüqar çox qalmadı bizimlə. Bakıya qayıtmalı idi. Ümidi Şuşada bir daha görmədim. Bu iki yaraşıqlı, ağıllı və tərbiyəli oğlanların hər ikisi çox ləyaqətli insan,etibarlı dost idi. Qarabağda dostluq müqəddəsdir. Biz həqiqətən dost ola bildik.Biz üç dost olduq. Üçümüzün də bir sevgisi var idi. Biz Şuşaya,Qarabağa vurğun idik. Şuşa məhəbbəti, Qarabağ sevgisi birləşdirirdi bizi .
    Lakin …biz o gözəl məkanda bir daha görüşə bilmədik.
    Qaraldı gözəllər-gözəli Şuşanın mavi səması.
    Şuşanı, tarixə alınmaz Qala kimi yazılmış Şüşanı ermənilər işğal etdi. Dağ çəkildi ürəklərimizə. Üzlərimizdə gülüşümüz, təbəssümüz dondu. Biz heç birimiz ürəkdən gülüb danışa bilmədik ondan sonra. Yaman kövrək olduq üçümüz də. Hər dəfə Qarabağdan söz düşəndə yanıb töküdük, yaramız gövr eylədi.
    Şuşada görüşmək ümudiylə yaşayırıq hələ də.
    Biz üçümüz də Şuşa və Qarabağ üçün əlimizdən gələni etdik.
    Ümid Qarabağ müharibəsinin ilk günündən əyninə hərbi paltar geyindi. Vüqar cəbhə bölgələrində könüllü hərbi jurnalıst kimi çalışdı. Mən isə təhlükəsizlik zabiti oldum. Hərə öz fəaliyyət cəbhəsində Qarabağ probleminin həlli naminə çalışdı.Amma … Hər üçümüz canımızdan keçməyə indi də hazırıq müqəddəs məhəbbətimiz, sevgimiz uğrunda. Çünki hər üçümüz Şuşanı və Qarabağı dəlicəsinə sevirik.

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Müşfik Şükürlü – Rüya

Rüya
(Tarih: 2013)
Kendisini karanlık suların akışına bırakmış gemi misali geceye dalmışız seninle. Arabayı sen
kullanıyorsun ve ikimiz güzel, oldukça rahat yollarla karanlığın içinden geçip uzaklarda ışınlanan
pamuk şekeri gibi pembe renkli yüksek tepelere doğru gidiyoruz. Sen böyle bir şeyin mümkünlüğüne
inanmıyor musun? Ben ise bunu yaşadığımızı söylüyorum…
Belki de akşam düşmüştür, emin değilim. Ama galiba gece olduğunu da hatırlıyor gibiyim. Ben
direksiyondaki ince parmaklarına bakıyorum ve onların pianonun tuşları üzerinde buz pateni
yapıyormuş gibi dans ettiklerini hayal ediyorum, senin zarif olup- olmamağınla bağlı düşüncelerim
bana zevk veriyor. Bu gün oldukça iyi huylusun. Biz neden konuşuyorduk, tam olarak hatırlamıyorum.
Ama sohbetimizden ikimiz de zevk alıyoruz buna eminim…
… Bu, çok uzun çekti aslında. Her şeyi konuşmak ve geçen zamanın büyüklüğünü ifade etmək
için hangi sözleri seçtiğim aklımda kalmamış, balık hafızalı olduğumu sen de biliyorsun, öyle değil mi?
Sonra polis arabayı durduruyor ve bize doğru yaklaşıyor, yakınlarda uçak kazası olduğunu
söylüyor. Yangının işartılarını seziyorum. Sen birşeylere hak kazandırıyorsun, “ uçak yandığında ağzınızı
açmayın” diye bir ses duyuyorum kenardan. Bunun ne demek olduğunu anlamak bile istemiyorum.
Biz ikimiz sessiz- sessiz sonsuza kadar böyle gide biliriz aslında…
Yazar : Müşfik Şükürlü
Türkçeye çeviren: Turan Novruzlu


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru